Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə124/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   116   117   118   119   120   121   122   123   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1509


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

beynəlxalq əmtəə nişanı qeydiyyatı işləri Azərbaycan Respublikasının Standartlaşdırma, Met-

rologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 

Madrid Protokolu çərçivəsində edilən işlər  əsasən iki istiqamətlidir: xarici ölkələrdən  

Azərbaycana edilən müraciətlər və Azərbaycandan xarici ölkələrə göndərilən  əmtəə nişanı 

qeydiyyati müraciətləri. 

Madrid sistemi vasitəsi ilə Azərbaycandan müraciətlər yalnız Azərbaycan Respublikası-

nın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) vasitəsi ilə edilə 

bilər. Birbaşa WIPO’ya göndərilən müraciətlər WIPO tərəfindən müraciət edənə geri qay-

tarılır. Qaydalar sadəcə Azərbaycan baxımından bu şəkildə deyildir, Protokolla təmin olunan 

sistemin  əsas xüsusiyyətlərindən birisi beynəlxalq qeydiyyat müraciətlərinin WIPO’ya tərəf 

ölkələrin rəsmi əmtəə nişanı mənşə idarələri tərəfindən çatdırılmasıdır. 

Reyistrdə qeydiyyatın gerçəkləşməsinin ardından iddiaçılar hər cür dəyişiklik (adres / 

ünvan / nevi dəyişikliyi), ləğv,məhdudlaşdırma, təhvil  əməliyyatlarını WIPO Beynəlxalq 

Bürosuna göndəriləcək tək bir tələblə etmək imkanına sahibdirlər. WIPO-un aldığı tələb əgər 

üsuluna uyğun isə bu tələbi reyestre salır və qeydiyyat əməliyyatın ardından əlaqədar ölkələrə 

göndərir. Seçilmiş ölkələr müraciət sahibinin istədiyi və WIPO tərəfindən özlərinə bildirilmiş 

tələbi öz məlumat bazalarında da əks etdirirlər. Bu baxımdan Madrid Sisteminin iddiaçıların 

əmtəə nişanlarınının tək mərkəzdən nəzarətini tam mənada təmin etdiyi deyilə bilər. 

Beynəlxalq qeydiyyatın davamlılıq  müddəti 10 ildir. 10 il sonunda beynəlxalq qeydiy-

yatın sahibləri WIPO-ya  tələblə  Əmtəə nişanlarınını yeniləmə haqqına sahibdirlər. WIPO 

yeniləməyi beynəlxalq reyestdə qeydiyyata aldıqdan sonra beynəlxalq reyestrin əhatə etdiyi 

ölkələrə bildirişlə müraciət edir və  əlaqəli ölkələr də  əmtəə nişanının yenilənməsini öz 

məlumat bazasında qeyd edirlər. 

 

 



XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNİN ANLAYIŞI 

 

Aysel BABAYEVA 

Bakı Dövlət Universiteti 

aysel.babasoy@yahoo.com 

AZƏRBAYCAN 

 

Xüsusi mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin  ən 



mühüm problemlərindən biridir. Mülkiyyət-iqtisadi münasibətlər həmişə hüquqi təminatla 

bağlıdır. Xüsusi mülkiyyət münasibətləri hüququn bütün sahələri tərəfindən mühafizə edilsə 

də, heç şübhəsiz, bu sahədə aparıcı rol konstitusiya hüququna məxsusdur. Konstitusiyanın 29-

cu maddəsində qeyd edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa-

nunla qorunur.  

Xüsusi mülkiyyət hüququnun müdafiəsi vasitələrindən birincisi əşya hüquqi iddialarıdır 

(vəzifəsi mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam vermək 

hüquqlarını bərpa etmək, habelə bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilmə-

sində maneələri və ya şübhələri yox etməkdir). Müvafiq olaraq əşya-hüquqi iddialar başqa-

sının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddi-

ası), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz  hüquqları-

nın bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət  hüququnun etiraf edilməsi haqqında 

iddialardır. İkinci - mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir (mül-

kiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları 

və s.). Bu cür vasitələri təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institut-

larından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi 

əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir. Üçüncü 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1510


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qrup vasitələr, nə əşya-hüquqi, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, onlar mülki-

hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının 

mühafizəsi, qanunun tələblərinə müvafiq olmayaraq bağlanan əqdlərdə tərəflərin mənafeləri-

nin müdafiəsi belələrindəndir. Dördüncü qrupa qanunla müəyyən olunmuş qaydada mülkiyyət 

hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitə-

lər daxildir. 

Mülki hüquqlar, xüsusən də bu hüquqların bir növü olan əşya hüquqları (o cümlədən 

mülkiyyət hüquqları) qanunla mühafizə edilir (qorunur). Xüsusi mülkiyyət münasibətlərinin 

hüquqla mühafizə edilməsi (qorunması) mürəkkəb xarakterli anlayışdır. Xüsusi mülkiyyət 

münasibətlərinin qorunmasında əmək hüququ da müəyyən rol oynayır. Azərbaycan Respub-

likasının Konstitusiyasının 35-ci maddəsində bildirilir ki, əmək fərdi və ictimai rifahın əsası-

dır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə 

görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq 

hüququ vardır (1, s.14).   Əmək hüququ müəyyən edir ki, işəgötürən və işçi qarşılıqlı maddi 

məsuliyyət daşıyır. Maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işəgötürən və işçinin) 

digər tərəfə  əmək vəzifələrinin yerinə yetirilməsi zamanı  təqsirli, hüquqazidd hərəkətləri 

nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur (5, s. 415; 7).  

Mülki hüququn yarımsahəsi hesab edilən  əşya hüququnun əsas vəzifələrindən biri 

subyektlərin mülkiyyət hüquqlarını qorumaqdan ibarətdir. Mülkiyyət münasibətlərinin mülki 

hüququn müəyyən etdiyi qaydalar və normalar əsasında mühafizə edilməsi “mülkiyyət hüqu-

qunun mülki-hüquqi qorunması” anlayışı ilə  əhatə edilir. Bu anlayış iki mənada - geniş  və 

məhdud mənada işlədilir. Geniş  mənada - mülki hüquqda nəzərdə tutulan və  cəmiyyətdəki 

iqtisadi münasibətlərin normal və maneəsiz inkişafını  təmin edən bütün üsul və vasitələrin 

məcmusu başa düşülür

  

(8;  с.58-78). Mülki hüquq normalarının vasitəsilə xüsusi mülkiyyət 



hüququnun qorunması  həyata keçirilir. Birinci qrup normalar xüsusi mülkiyyət hüququnun 

əmələ  gəlmə  əsaslarını, ikinci qrup normalar xüsusi mülkiyyət hüququna xitam verilməsi 

üsullarını, üçüncü qrup normalar mülkiyyətçinin malik olduğu səlahiyyətin həcmini, dördün-

cü qrup normalar xüsusi mülkiyyət hüququnun həyata keçirilməsinin hədlərini və bu hüquq-

ların məhdudlaşdırılmasını, beşinci qrup normalar xüsusi mülkiyyət hüququnun obyektlərinin 

ayrı-ayrı növlərinin hüquqi rejimini, altıncı qrup normalar əşya hüququnu pozan subyektlər 

üçün mənfi (arzuolunmayan) nəticələri müəyyən edir. “Xüsusi mülkiyyət hüququnun mülki-

hüquqi mühafizə edilməsi” anlayışı ilə “xüsusi mülkiyyət hüququnun mülki-hüquqi qorunma-

sı” anlayışı sinonim anlayışlardır. RF-də yazılan dərsliklərin çoxunda mülkiyyət hüququnun 

mülki-hüquqi qorunması anlayışı hər iki mənada işlədilir  (9, с.334; 10, с.302; 11, с.611). Bu 

normaların çoxu pozulmamış mülkiyyət hüquq münasibətlərini qoruyur. 

Mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi iki əsas funksiyanı - qoruyucu və  bərpa-

edici funksiyanı yerinə yetirir. Qoruyucu funksiyanın mahiyyəti normal və pozulmuş vəziy-

yətdə mülkiyyət münasibətlərini mühafizə etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə 

mülki dövriyyədə əmlakın normal təsərrüfat istismarı, habelə öz şəxsi mülkiyyətinə maneəsiz 

olaraq sərəncam verməsi və ondan istifadə etməsi təmin edilir. Bərpaedici funksiyanın mahiy-

yəti isə pozulmuş mülkiyyət münasibətlərini bərpa etməkdən ibarətdir; bu funksiyanın köməyi 

ilə mülkiyyətə edilən müxtəlif qəsdlərin zərərli əmlak nəticələri aradan qaldırılır, hüquqazidd 

hərəkətlərlə vurulmuş zərərin əvəzi ödənilir.  

  

 



 

Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin