Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə117/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1467



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Türk” “Yeni Qafqasya”nın varisi idi və onunla eyni ideya, məsləkə xidmət edirdi. Hətta hər 

iki mətbuat orqanının mövzuları kimi qələm sahibləri də eyni olmuşdur. 

“Azəri Türk”də dünyada, eləcə də Azərbaycan, Türkiyə, İran, Rusiya və Əfqanıstanda 

baş verən ictimai-siyasi, iqtisadi hadisələr təhlil edilir, münasibət bildirilir, yeni proseslərlə 

əlaqədar olaraq mühacirlərin qarşısında duran vəzifələr müəyyənləşdirilirdi. Bu mətbuat 

orqanının Azərbaycan problemlərinin və ölkədə baş verən hadisələrin Türkiyə ictimaiyyətinə 

çatdırılmasında böyük rolu olmuşdur. Qeyd edək ki, “Azəri Türk” gizli yollarla Azərbaycana 

gətirilir və xalq arasında yayılırdı.  

Azərbaycanlı mühacirlərin nəşr etdirdikləri mətbuat orqanlardan biri də “Odlu Yurd” 

jurnalı idi. Bu jurnal əvvəlki mətbuat orqanlarından fərqli olaraq, bütövlükdə latın əlifbası ilə 

nəşr edilirdi. İlk sayı 1929-cu il martın 1-də işıq üzü görən məcmuənin əsas mövzuları başda 

Azərbaycan olmaqla, Rusiya məhkumu millətlər, Qafqasiya, İslam dünyası  və beynəlxalq 

məsələlərlə bağlı idi. “Odlu Yurd” jurnalının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri 

Kamal, baş redaktoru isə M.Ə.Rəsulzadə idi.  

Jurnal demokratiya, demokratik millətçilik ideyalarını əsas tutur, milli istiqlal uğrunda 

mübarizə aparırdı. “Odlu Yurd” istiqlal davasının mənasını belə açıqlayırdı: “Milli istiqlal 

davası  mədəni millətlər ailəsi meydanında özünəməxsus bir evə, bir yuvaya malik olmaq 

davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih (qanuni) haqqında hələ 

malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə (geri 

qaytarmaq) məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir”. 

“Odlu Yurd” jurnalının nəşri çətin tarixi şəraitə, təzyiqlərlə dolu bir dövrə  təsadüf 

edirdi. Həmin dövrdə Sovet hakimiyyəti bir sıra mühacir nəşrlərinin fəaliyyətini dayandır-

mağa müvəffəq olmuşdu. Lakin müsavatçıların fəaliyyətinə tamamilə xitam verilməmişdi. 

Səbəb isə belə bir addımın Türkiyənin də  mənafeyinə uyğun olmaması  və ictimaiyyət tərə-

findən bu addımın birmənalı qarşılanmayacağı  məsələsi idi. Ümumiyyətlə isə, Türkiyə mü-

hacir nəşrlərinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atsa da, 

qəti tədbirlər həyata keçirmirdi. Bu, mühacirlər tərəfindən də anlayışla qarşılanırdı. 

“Odlu Yurd” jurnalında siyasi, elmi, mətbuat, kitabiyyət və s. ilə bağlı yazılara yer 

verilirdi. Jurnalın əsas yazarları isə A., A.Arazlı, A. B., Bir Türk, Gültəkin, Cəfər Sadiq, Də-

mirçioğlu, Kamal, Krımlı C., M., M. Ş., Məmməd  Əmin Rəsulzadə, Mir, Mirzə Bala, 

Mustafa, O. T. və digər imzalar ilə tanınan M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, 

M.Ş.Əfəndizadə, Ə.Cəfəroğlu, A.Cövdət, A.Battal və başqaları idi.  

Türkiyədə üç ilə yaxın müddətdə nəşr olunan “Odlu Yurd” jurnalı Azərbaycan müha-

cirlərinin Türkiyədə  çıxardıqları son siyasi məcmuə idi. Mühacirlərin Azərbaycan istiqlalı 

uğrunda apardıqları mübarizədə  əhəmiyyətli rol oynayan məcmuənin son sayı 1931-ci ilin 

avqust ayında nəşr olunmuşdur.  

Bu mətbuat orqanlarının fəaliyyəti Sovet ideologiyasının təsiri ilə dayandırılsa da, mü-

hacirlərin mübarizə  əzmini qıra bilməmiş  və onlar öz mübarizələrini yeni mətbu orqanlarla 

davam etdirmişlər.  

 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1468



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“MİR`ATUZ-ZAMAN Fİ TƏRİXİL-Ə`YAN” ƏSƏRİNƏ ƏSASƏN 

SULTAN TOĞRUL BƏY DÖVRÜNDƏ TƏBRİZ ŞƏHƏRİNDƏ BAŞ 

VERƏN HADİSƏLƏRDƏN 

 

Könül SADIQOVA 

Azərbaycan Milli Elmlər Akademiyası  

 M.Füzuli adına Əlyazmalar İnstitutu 



sadiqova_konul@rambler.ru 

AZƏRBAYCAN 

 

Orta əsrlər Şərq tarixinin öyrənilməsində mühüm mənbələrdən biri hesab edilən “Mir` 



atuz-zaman fi tərixil-  ə`yan”  əsəri həmçinin həmin dövr Azərbaycan tarixini tədqiq etmək 

üçün də qiymətli mənbədir. Sibt ibn əl- Cövzi ləqəbi ilə tanınan Şəmsuddin Əbu-l Müzəffər 

Yusif b. Qızoğlu b.Abdullah tərəfindən qələmə alınan əsər, böyük bir tarixi salnaməni əks et-

dirir və bəşər tarixi başlayandan müəllifin ölümünə qədər (654/1256) cərəyan edən bütün ha-

disələri əhatə edir. Bu salnamədə hər ilin mühüm hadisələri göstərilmiş, həmin ildə vəfat edən 

tanınmış şəxslərin adları əlifba sırası ilə düzülərək, hər biri haqqında biblioqrafik məlumatlar 

verilmişdir. 

Bilindiyi kimi XI əsrdən etibarən Səlcuq İmperiyası, dövrünün hakim ünsürünə çevril-

mişdir. Lakin hələ də bu dövr Səlcuqlar tarixi ətraflı tədqiq edilməmişdir. Bunun başlıca sə-

bəblərindən biri də, o dövrlərdə yazılan tarixi qaynaqların günümüzə qədər gəlib çatmaması-

dır. Bu baxımdan Sibtin yazdığı“Mir’atuz-zaman” əsəri Səcuqlar tarixinin öyrənilməsi istiqa-

mətində böyük bir boşluğu doldurur. Əsərin başlıca əhəmiyyəti, onun Səlcuq dövrü Azərbaycan 

tarixinin öyrənilməsində bizə geniş imkanlar verməsidir , bu da əsərin dəyərini daha da artırır. 

Ilk Səlcuq sultanı Toğrul bəyin hakimiyyəti illərində (1038-1063) Səlcuq türkləri daha 

da qüvvətləndilər. XI əsrin əvvəllərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana 

dəfələrlə basqınlar törədən oğuzların bu yürüşləri yalnız cənubdan, İran tərəfdən deyil, tarixçi 

Rəşidəddinin yazdığı “Oğuznamə”  əsərində göstərildiyi kimi, şimaldan - Dərbənd keçidi 

vasitəsilə  də baş verirdi.  İbn  əl-Əsir, Toğrul Bəyin Azərbaycana səfəri  ərəfəsində ölkədəki 

vəziyyəti belə izah edir: "Hicri 446-cı ildə (1054/55) Toğrul Bəy Azərbaycana hərəkət edərək 

Təbrizə gəldi. O vaxt Təbrizin hakimi Vəhsudan ibn Məhəmməd Rəvvadi, Toğrul Bəyə tabe 

olduğunu bildirdi, adına xütbə oxutdurdu, sikkələr üzərində  zərb etdirdi və  hədiyyələr gön-

dərərək qəlbini ələ aldı, oğlunu girov olaraq onun yanına göndərdi". Toğrul Bəylə görüşündən 

az sonra vəfat edən Rəvvadi Vəhsudanın yerinə, sultan, onun oğlu Məmlanın keçməsini istə-

mişdir. Ancaq 1060-cı ildə Toğrul Bəy Təbriz şəhərini yenidən mühasirəyə almışdır. Bu hadi-

səni Sibt əsərində belə qeyd edir: “sultan Bağdaddan ayrıldıqdan sonra, basqınlardan dağılıb 

tökülən və  əhalisinin olduqca çətin vəziyyətdə yaşadığı  Təbrizi mühasirəyə aldı. Lakin qış 

fəsli olduğu üçün bir çox çətinliklərlə rastlaşdılar və bu səbəbdən mühasirəni buraxaraq qala 

bilmələri üçün özlərinə yer düzəltdirən sultan əsgərlərinə “qışın qurtarmasını, qarın əriməsini 

daha sonra mühasirəni davam etdirəcəklərini”  əmr etdi. Lakin qışın ağır keçməsi ilə  ərzaq 

çatışmamazlığı yaranmışdı. Əsgərlərin başçıları sultana adam göndərib bildirdilər: “bu müd-

dətdə qardan, soyuqdan donarıq. Buna görə də biz Reyə qayıtmaq istəyirik, novruz yaxınla-

şanda geri dönüb mühasirəni davam etdirərik”. Bu sözlər sultanın xoşuna gəlmədi və onları 

hədələdi. Lakin onlar qərarlarından dönmədilər, bildirdilər ki,: “ biz Bağdada gedib şəhəri və 

şəhərkənarı ərazilərə dağıdıb qarət edəcəyik, çünki biz çox az səfərə çıxırıq, daha çox istirahət 

edirik. Qərar sənindir.” Sultan onları yenə təhdid etdi, həmçinin yumuşaq şəkildə bildirdi ki, 

siz mənim övladlarımsınız və onlara Reyə getməyi icazə verdi, özü də oraya köçdü.” Dörd ay 

çəkən mühasirədən sonra sultan şəhər hakimləri ilə müqavilə bağlayaraq geri dönmüşdür. 

Müqavilənin nəticəsində Toğrul Bəy Təbriz vergisinin bir miqdarını və Məmlanın oğlunu özü 

ilə aparmışdır.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1469



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Cövzi əsərində yazdığına görə, sultan Təbrizi tutmaq üçün gəldikdə şəhər olduqca pis 

vəziyyətdə idi, dağılmışdı, əhalisi kasıb yaşayırdı. Lakini S.Onullahi əsərində qeyd etmişdir 

ki, həmin dövrlərdə Təbrizdə vəziyyət elə də acınacaqlı deyildi. Bu haqda müəllif yazmışdır: 

“1042-ci il zəlzələsi nəticəsində  Təbrizdə 40-50 min nəfər həlak olur. Şəhərin bir hissəsi 

tamamilə dağılıb xarabalığa çevrilir. Bu zəlzələdən 4 il sonra 24 gün Təbrizdə olmuş tacik 

şairi Nasir Xosrov yazır ki, mən Təbrizdə olarkən hökmdar Vəhsudan ibn Məhəmməd idi. 

Təbriz abad və böyük şəhər kimi görünürdü. Qeyd edilənlərdən aydın olur ki, Təbrizin yarısı 

tamamilə dağılmış, lakin zəlzələdən sonra bərpa edilmişdir. Əlbəttə, dörd ildə şəhəri zəlzələ-

dən əvvəlki səviyyəsinə qaldırmaq mümkün deyildi. Lakin hər halda, şəhər müəyyən dərəcə-

də abadlaşmışdı.” 

Səlcuq İmperiyası tarixi istər siyasi, istərsə də sosial tərəfdən maraqlı hadisələrlə zən-

gindir. Bunlardan biri də Sultan Toğrulun xəlifə  əl-Qaim Biəmirillahın qızı Seyyidə Fatimə 

əl-Bətül arasında baş verən toy mərasimidir. Bu hadisəni də Sibt əsərində geniş işıqlandırmış-

dır. Toy mərasimi Təbrizdə baş tutmuşdur. Maraqlıdır ki, Sibt toy mərasimindən geniş məlu-

mat verdikdən sonra bu qeydləri edir: “nigah mərasiminin səhəri mən (İbnu-l Mahləban) 

dövlət xəzinəsindən (hazainu`l- mamurə) bütün daş-qaşları, qızılları, digər hədiyyəlik əşyaları 

və s. nə varsa hamısını çıxartdım. Sonra Məmlanur-Razi adıyla tanınan Təbriz şəhərinin valisi 

Əbu Nəsr Məhəmməd b. Vəhsudan sultanın qapısına gəldi və ondan müəyyən miqdarda pul 

verməsi tələb olundu, o da bu pulun böyük bir qismini verdi və qalan hissəsi üçün də oğlunu 

girov olaraq qoydu. Daha sonra sultan Toğrul Anadoluya yaxın olan Naxçıvana getdi.” 

“Mir`atuz-zaman” əsərində Təbriz haqqında daha bir çox tarixi hadisələr öz əksini tap-

mışdır. Qeyd etdiklərim bunlardan bəziləridir. Azərbaycanda ilk dəfədir ki tədqiq edilən Sibt 

ibn əl-Cövzinin bu əsəri XI əsr tariximizin daha dərindən öyrənilməsi yönündən bizə işıq tutur.  

 

 

ZEYL-İ TARİX-İ ALƏMARA-Yİ ABBASİ ƏSƏRİ                        



AZƏRBAYCAN TARİXİNİN MƏNBƏYİ KİMİ 

 

Şahin AĞAYEV 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 



sahinagayev@box.az 

AZƏRBAYCAN 

 

Azərbaycan tarixinin öyrənilməsində tarixi mənbələrin rolu çox böyükdür. Bu tarixi 



mənbələrdə əsasında biz tarixi faktların həqiqəti nə dərəcədə əks etdirməsi haqqında məlumat 

ala bilirik. Qədim və orta əsrlər dövrünə aid tarixi mənbələrimizin böyük əksəriyyəti fars və 

ərəb dillərində yazılmışdır. Belə  mənbələrdən biri də  İsgəndər bəy Münşi və  Məhəmməd 

Yusif Movərrexin ortaq əsəri olan “Zeyl-i tarix-i aləmara-yi Abbasi” (Dünyanı  bəzəyən 

Abbasın tarixinin davamı)  əsəridir. Bu əsər Səfəvilər dövründə I Şah Abbasdan sonra 

hakimiyyətə  gələn I Şah Səfinin hakimiyyət illəri barədə misilsiz məlumatlar verir. Əsər 

barədə qeyd edək ki, bu əsər sonradan iki əsərin birləşdirilməsi nəticəsində “Zeyl-i tarix-i 

aləmara-yi Abbasi” əsəri kimi tərtib olunmuşdur. İsgəndər bəy Munşi I Şah Abbasın vəfatın-

dan sonra, I Şah Səfinin tarixini də yazmağa başlayır. Lakin ömrünün qocalıq çağında əsəri 

bitirmədən vəfat edir. Həmin dövrdə baş verən tarixi hadisələr Məhəmməd Yusif Movərrexin 

də “Xold bərin”  əsərində  qələmə alındığından sonradan bu iki əsər birləşdirilərək “Zeyl-i 

tarix-i aləmara-yi Abbasi” əsəri adı ilə ortaya çıxarılmışdır.  Əsərin 146-cı  səhifəsinə kimi 

İsgəndər bəy Münşinin yazdıqları, onun ardınca isə, 6-cı bağça, 8-ci gülüstanından başlayaraq 

Məhəmməd Yusif Movərrexin “Xold bərin” əsəri verilir.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1470



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Əsərin başlanğıcında  Şah Səfinin hakimiyyətə  gəldiyi zaman onun təcrübəsizliyindən 

istifadə edərək qaldırılan üsyanlar və onların yatırılması barədə dolğun məlumatlar verilir. Bu 

məlumatlar digərlərindən fərqli olaraq hadisələrin hər bir məqamını ehtiva edir. Şah Səfinin 

hakimiyyətinin ilk illərində baş verən üsyanlara misal olaraq İmamqulu Mirzənin, Qərib şa-

hın, özbəklərin üsyanını və s. göstərmək olar.  

Bu üsyanlar yatırılandan sonra Osmanlı sultanı Sultan IV Murad I Şah Abbasın haki-

miyyəti zamanında osmanlıların itirdiyi Bağdadı geri qaytarmaq üçün Səfəvilər diyarına hərbi 

yürüş edir. Bu yürüşə osmanlıların sərkərdəsi Xosrov paşa başçılıq edirdi. Xosrov paşanın 

Səfəvi səfəri haqqında digər tarixi mənbələrdə də məlumat verilir. Amma “Zeyl-i tarix-i alə-

mara-yi Abbasi” əsərində bu məlumatlardan əlavə informasiyalar yer almaqdadır. Bildiyimiz 

kimi, I Şah Səfi Səfəvilər tarixində ən qəddar şahlardan biri kimi tanınırdı. Lakin “Zeyl-i tarix-i 

aləmara-yi Abbasi” əsərində onun humanist bir şah olması haqqında da faktlar yer alır. Xos-

rov paşa Bağdadı mühasirəyə almasından sonra heç bir nəticə əldə edə bilməyib geri qayıt-

malı olur. Lakin o, buradan bir dəfəlik getməmək və osmanlılara daimi bir baza yaratmaq üçün 

Həle qalasını tikdirir. Şah Səfi Həle qalasını fəth edən zaman osmanlıların 2 min əsgər və za-

bitini əsir almışdı. Lakin Şah Səfi bu böyük fəthdən ilhamlanaraq Allaha şükr əlaməti olaraq 

həmin 2 min əsgəri azad edir. Osmanlı sultanı isə Şah Səfinin bu humanistliyi qarşısında Axıs-

qanın girov götürülmüş hakimləri  Şəmsi xan Tezaqləri və  Səlim xan Şəmsəddinlu Zulqədri 

azad edir və onlarla birlikdə sultanın məktubunu Şah Səfiyə göndərir. Iki dövlət arasında baş 

verən bu məktublaşma sülh və dostluq münasibətlərini irəli sürürdü. Bunun da nəticəsi olaraq 

hicri təqvimi ilə 1041-ci ilin sonuna kimi (təqribən1633-ci ilə təsadüf edir) Səfəvi və Osman-

lılar arasında atəşkəs bərqərar oldu. Hər iki dövlətin atdığı bu humanist addım “Qəsri şirin” sülh 

müqaviləsinin imzalanmasına və uzun bir müddət qüvvədə qalmasına böyük təsir göstərmişdir.  

Bütün bunlarla yanaşı, bu mənbə Şah Səfinin qadınlarla zalım olmasının əksinə məlu-

mat verir. Belə ki, bu mənbədə osmanlıların tabeçiliyində olan kürd qəbilələrindən birinin 

başçısı Sehran xanım haqqında da xəbər verilir. Bu xanım öz qəbiləsi ilə birlikdə Səfəvilərin 

idarəsi altında olan Kərkük üzərinə hücum etmiş və əsir düşmüşdü. Şah Səfi onun cəzasını əfv 

edərək öz qəbiləsinin yanına göndərmişdi. 

Ümumilikdə, “Zeyl-i tarix-i aləmara-yi Abbasi” əsəri Azərbaycan tarixinin və  həmin 

dövrdə Səfəvilərlə digər dövlətlər arasında mövcud olan əlaqələrin öyrənilməsi üçün misilsiz 

bir məlumat bazasıdır.  

 

 

AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ BEYNƏLXALQ 



ƏLAQƏLƏR TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ 

 

Günay ALLAHVERDIYEVA  

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası 



gunayallahverdiyeva1@mail.ru 

AZƏRBAYCAN 

 

Bu gün kitabxanalar informasiyalaşdırılmış vətəndaş cəmiyyətinin əsas göstəricisi olan 



qlobal informasiya mühitinin, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi 

sistemlərinin yaradılmasında, informasiyanın  əmtəəyə çevrilməsində, informasiya və bilik 

bazarının yaradılması və inkişafında, təhsil sisteminin və səviyyəsinin təkmilləşdirilməsində, 

cəmiyyətin peşə və ümumi mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu cə-

hətdən respublikamızın ən böyük elmi kitabxanası olan Azərbaycan Milli Elmlər Akademiya-

sının Mərkəzi Elmi kitabxanasının fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların 

tarixən  əsas funksiyası olan zəngin elmi bəşəri informasiya sərvətlərinin gələcək nəsillərə 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1471



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ötürülməsində, yüzlərlə elmi kadrların yetişməsində, bir sözlə Azərbaycan elminin inkişafında 

AMEA Mərkəzi Elmi Kitabxanasının xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində digər 

kitabxanalar kimi Mərkəzi Elmi Kitabxana da yeni kitabxana işi quruculuğu istiqamətində 

qarşısına-oxuculara kitabxana xidmətini yeni forma və üsullar əsasında qurmaq; kitabxana işi-

nin informasiyalaşdırılması; kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək, ən əsası 

isə kitabxana işinin dünya standartları səviyyəsində qurmaq və s. kimi vəzifələr qoymuşdur. 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası fəaliyyətinin bütün dövrlərində beynəlxalq elmi 

əlaqələrin yaradılmasına və daha da genişləndirilməsinə böyük əhəmiyyət vermişdir. 

AMEA kitabxana fondlarının, elmi-tədqiqat müəssisələrinin profilinə uyğun xarici ədə-

biyyatla zənginləşməsində “Qərbi Avropa Ədəbiyyatı”  şöbəsi aparıcı rol oynayır.  İmkan 

daxilində xarici ölkələrdə çıxan çap məhsullarının cəmləşdirilməsi AMEA-nın alim və mütə-

xəssislərini elmin bütün sahələrini əhatə edən ədəbiyyatla mümkün qədər çox təmin etmək , 

vaxtında alimlərin yeni çıxan  ədəbiyyata olan tələblərini yerinə yetirmək  şöbənin mühüm 

vəzifələrindən biridir. Qərbi Avropa dillərində ədəbiyyatın komplektləşdirilməsi üçün şöbənin 

apardığı Beynəlxalq kitab mübadiləsi ən əlverişli mənbədir və bu sahədə MEK respublikada 

aparıcı kitabxanalarından biri sayılır. Qərbi Avropa ədəbiyyatı şöbəsi dünyanın 42 ölkəsinin 

493 təşkilatı ilə sıx əməkdaşlıq edir. Bunlardan 21-si Elmlər Akademiyası, 92-si Universitet, 

56-sı Kitabxana, 17-si Nəşriyyat, 85-i müxtəlif cəmiyyətlər, 110-u İnstitut, 31-i Muzey, 21-i 

xüsusi şəxslərdir. Şöbə son illərdə inkişaf etmiş ölkələrdən olan partnyorlarla əlaqələri daha 

da genişləndirir. Bunlardan ABŞ Konqres Kitabxanası, Nyu-York Kolumbiya Universiteti, 

Vaşinqton və Kaliforniya Universitetləri, Fransa Milli kitabxanası, Alman Tədqiqat 

Cəmiyyəti, Yaponiyanın Milli Parlament Kitabxanasını qeyd etmək olar. Bu təşkilatlardan 

alınan dövri nəşrlər və kitablar yüksək elmi dəyərlərə malikdirlər. Partnyorlar sırasında ABŞ 

birinci yer tutur. Onlardan kimya, mikrobiologiya, botanika, fizika, riyaziyyat, geofizika və s. 

elmi sahələr üzrə dəyərli nəşrlər əldə edilir. Bir müddət öncə Alman Tədqiqat Cəmiyyəti ilə 

xüsusi proqram çərçivəsində  əməkdaşlıq nəticəsində kitabxananın fondu dəyərli bir nəşrlə-

Qmelinin 734 cildlik “Kimya məlumat kitabı” ilə daha da zənginləşmişdir. 

Qeyd etməliyik ki, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən 

struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzi Elmi Kitabxananın müdiriyyətinin qərarı ilə 

Xarici  Ədəbbiyyatın Komplektləşdirilməsi və Beynəlxalq Kitab Mübadiləsi  şöbəsinin apar-

dığı iş növləri genişləndirilmişdir: şöbənin adı dəyişilərək Qərbi Avropa Ədəbiyyatı adlanmış, 

bundan əlavə Qərbi Avropa dillərində daxil olan ədəbiyyatın işlənməsi, sistemləşdirilməsi və 

kataloqlaşdırılması işi əlavə olunmuşdur. 

Bəşəriyyət sivilizasiyasının yüksək sürətlə inkişafı  hər bir sahədə özünü göstərir. O 

cümlədən son illər informasiya və elmi biliklər də tərəqqinin mühüm amillərindən birinə çev-

rilmişdir. Məhz kitabxanamızda bu atmosfera özünü xüsusi olaraq göstərir. Əsasən müxtəlif 

Cəmiyyətlərdən, Mərkəzlərdən  əldə edilmiş kompüter dəstləri  şöbədə aparılan işlərin avto-

matlaşdırılmasına zəmin olmuşdur. Avtomatlaşdırma ilə bağlı  şöbə çalışmışdır ki, ənənəvi 

üsulları modernləşdirsin, yeni informasiya şəraitnidə işin səviyyəsini yüksəltsin. Belə ki, şöbə 

ənənəvi qaydadan istifadə etməklə yanaşı, avtomatlaşdırmanın yüksək nailiyyətlərindən ba-

carıqla istifadə edir: 

1.  Şöbədə mübadilə  məqsədilə respublikamızın hüdudlarından kənarda olan əməkdaş-

larımızla elektron rabitə vasitəsilə işgüzar yazışmalar aparılır.  

2.  İnternet  şəbəkəsinin elektron informasiya ehtiyatlarından istifadə edə-rək yeni 

partnyorların axtarışındadır. 

3. Müxtəlif tipli müraciət, hesabat, plan, məqalə və s. kimi işlər kompüter vasitəsilə ye-

rinə yetirilir. 

4. Yeni daxil olan xarici dildə jurnal, nəşri davam edən ədəbiyyat və kitabların biblioq-

rafik-informasiya bülleteni tərtib olunur və kompüterə daxil edilir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1472



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Oxuculara biblioqrafik informasiya xidmətində sorğulara cavab verməkdə, onları düz-

gün istiqamətləndirməkdə mühüm əhəmiyyəti olan «Azərbaycan xaricdə» kartotekasının 

aparılması  işi davam etdirilir və bu kartotekanın  əsasında «Azərbaycan xarici mətbuatda» 

göstəricisinin III və IV buraxılışının təkmilləşdirilməsi və hazırlanmasında  ənənvi iş üsulu 

avtomatlaşdırma istiqamətinə yönəldilir. 

Kitabxananın xarici ədəbiyyatla zənginləşməsində xüsusi rolu olan digər bir şöbəsi isə 

“Şərq Ədəbiyyatı Şöbəsi”dir. 

Şərq ədəbiyyatı şöbəsi uzun illərdir ki, Türkiyə, İran, Misir, Suriya, Küveyt, İraq, Səudiy-

yə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya və s. dövlətlərin 25-dən 

çox universitetləri, kitabxanaları, elmi təşkilatları, mədəniyyət mərkəzləri və görkəmli alim-

ləri ilə sıx əlaqə saxlayır və qarşılıqlı kitab mübadiləsi apararaq bu ölkələrlə dostluq və əmək-

daşlıq əlaqələrini davam etdirir. 

İşgüzar münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə Kitabxana 

Bakıda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri - Türkiyə, İran, İraq, Misir və Səudiyyə 

Ərəbistanı Krallığı, Yaponiya, Norveç, Fransa, Almaniya və başqa ölkələrlə  əlaqələr yarat-

mışdır. Nəticədə, “Azərbaycan-Fransa elmi mədəni  əlaqələr zalı” (2002), “Azərbaycan-İran 

elmi-mədəni əlaqələr zalı” (2005) açılmış, Fransadan 1000 avro dəyərində ədəbiyyat alınmış 

(2003), Səudiyyə  Ərəbistanı Krallığının Azərbaycandakı  Səfirliyi tərəfindən 600 nüsxə 

qiymətli  ədəbiyyat hədiyyə verilmiş (2002), Alman Tədqiqat Cəmiyyəti tərəfindən Leopold 

Qmelinin 734 cildlik “Kimya məlumat kitabı” (2003) hədiyyə verilmişdir. 

Azərbaycan və Almaniya arasında elm və mədəniyyət sahəsində mövcud olan əlaqələrin 

inkişafı istiqamətində 2006-cı ildə Orta Asiya və  Şərqi Avropa ölkələrində mövcud olan 

aparıcı kitabxanaları almandilli elmi ədəbiyyatla zənginləşdirmək məqsədilə Almaniya Xarici 

İşlər Nazirliyi, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutu ilə birgə  “İnsanlar və kitablar”, 

2009-cu ildə isə “II Dünya müharibəsindən sonrakı alman ədəbiyyatı üzrə Nobel 

mükafatçıları” adlı layihələr həyata keçirilmişdir. Kitabxana bir neçə beynəlxalq təşkilatların 

üzvüdür: Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası – İFLA-nın (1993), Azərbaycan 

Kitabxana İnformasiya Konsorsiumunun (2004), Elektron Kitabxanalar və Yeni İnformasiya 

Texnologiyalarının yaradıcıları  və istifadəçiləri beynəlxalq assosiasiyasının (2010), Avropa 

Elmi Kitabxanalar Assosiasiyasının (2012). 

1996-cı ildən Mərkəzi Elmi Kitabxana Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının 

nəzdində yaradılmış Elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar Şurasının 

üzvüdür. 

Hər il müxtəlif ölkələrdə  təşkil olunan beynəlxalq simpoziumlara, tədbirlərə qatılaraq, 

Kitabxana bilik və təcrübə mübadiləsi aparır. Kitabxananın əməkdaşları ingilis, türk, rus, al-

man, fransız, ərəb, fars, dillərini bildikləri üçün beynəlxalq əlaqələrimiz günbəgün intensiv-

ləşir və dayanıqlı, etibarlı partnyorluğa çevrilir. Eyni zamanda Kitabxana ABŞ,  İngiltərə, 

Fransa, Almaniya, İtaliya, Yaponiya, İsveçrə, Türkiyə,  İran,  İraq, Misir, Suriya, Səudiyyə 

Ərəbistanı Krallığı, MDB dövlətləri və digər ölkələrin akademiyaları, elmi-tədqiqat institutla-

rı, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri və assosiasiyaları, ali təhsil müəssisələri, 

nəşriyyatlar, redaksiyalar, ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə əlaqə yaradaraq, ədəbiy-

yat və informasiya mübadiləsi aparır. Əcnəbi qonaqların Kitabxanaya dəfələrlə gəlişi də bey-

nəlxalq əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük təsiri olmuşdur. Ha-

zırda Kitabxana dünyanın 80-ə yaxın dövlətinin 750 təşkilatı ilə mübadilə  və informasiya 

əlaqələri aparır.

 

Kitabxana həmçinin Azərbaycan kitabını xarici ölkələrdə təbliğ etmək, respublikamızın 



elm və mədəniyyətinin son nailiyyətlərini, dinamik inkişafını, dünyada lider dövlətə çevrilmə-

sini əks etdirən kitab sərvətimizi beynəlxalq aləmdə yaymaq üçün beynəlxalq kitab sərgilərin-

də iştirak edir. Frankfurt, İstanbul, Tehran şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin