Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası



Yüklə 54,08 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü54,08 Kb.
#16022

2-1(104)-25/2015 

                                                                                              



 

                                       

 

 



                    

Qərar 

 

Azərbaycan Respublikası adından 

 

Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 

 

08 yanvar 2015-ci il                                                                                         Gəncə şəhəri 



 

Sədrlik  edən  hakim:  Mehtiyev  Fikrət  Ədilşah  oğlu,  məruzəçi  hakim  Rüstəmov 

Əsədulla  İbadulla  oğlu  və  hakim  Rzaquliyev  Şamil  Qəhrəman  oğlundan  ibarət 

tərkibdə 

Əliyev Natiq İltifat oğlunun katibliyi ilə 

 

İддиачы Abbasova Dəstəgül Ələddin qızının ъавабдещ Azərbaycan Respublikası 



Dövlət  Sosial  Müdafiə  Fondunun  Gəncə  şəhər  Nizami  Rayon  Şöbəsinə  qarşı 

cavabdeh  orqanın  vəzifəli  şəxsinin  üzərinə  öhdəliyin  qoyulması  tələbinə  dair  iş  üzrə 

Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  20  oktyabr  2014-cü  il  tarixli  qərarından 

ъавабдещ  Azərbaycan  Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondunun  Gəncə  şəhər 

Nizami Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq kollegiya 

 

  Müəyyən etdi: 

 

            Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  (hakim  F.Hüseynov)  20  oktyabr  2014-cü 



il tarixli qərarı ilə, iddianın təmin edilməsi, Abbasova Dəstəgül Ələddin qızına məxsus 

20.02.1989-cu  il  tarixli,  ИТ-I  22466093  nömrəli  əmək  kitabçasında  sonuncunun  əmək 

fəaliyyətini  əks  etsirən  müddətlərin  və  10.06.1982-ci  il  tarixli,  ДТ-I  762856  nömrəli 

diplomda qeyd edilən təhsil illərinin əmək pensiya hüququ verən sosial sığorta stajına 

daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 

Gəncə şəhəri, Nizami rayon şöbəsinin üzərinə qoyulması гярара алынмышдыр. 

                                             

                                               İşin halları: 



 

             İddiaçı  Abbasova  Dəstəgül  Ələddin  qızı  iddia  tələbini  onunla  əsaslandırmışdır 

ki,  o,  19.01.1978-ci  ildə  6  nömrəli  əmrlə  Xanlar  Aqrar  Sənaye  Kombinatının  6  saylı 

briqadaya  fəhlə  kimi  qəbul  edilmişdir.  16.03.1978-ci  ildə,  61  nömrəli  əmrlə  7  saylı 

briqadaya keçirilmişdir. Öz xahişi ilə 171 nömrəli əmrlə 28.07.1979-cu ildə işdən azad 

edilmişdir.  1980-ci  ildə  Bakı  şəhər  Medtexnikomun  tibb  bacısı  fakultəsinə  daxil 

olmuşdr.  05  iyun  1982-ci  ildə  həmin  Texnikomu  bitirmişdir.  02.10.1982-ci  ildə  sabiq 

Xanlar  rayon  (indiki  Göygöl)  rayon  MRX-nın  cərrahiyyə  şöbəsinə  işə  qəbul 

edilmişdir.  Gəncə  şəhərində  yaşadığına  görə  ailə  vəziyyəti  ilə  əlaqədar  öz  xahişinə 

əsasən  20.02.1989-cu  ildə  işdən  azad  edilmişdir.  01.03.1989-cu  ildə  Kirovabad  Kənd 



 

Təsərrüfat  Texnikomun  tədris  istehsalat  təsərrüfatına  fəhlə  işinə  qəbul  edilmişdir. 



10.11.1993-cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi iş yerlərinin vaxtı 

və  tarixi  barədə  onun  İT-I  nömrəli  2020619  saylı  əmək  kitabçasında  öz  əksini 

tapmışdır. Lakin, həmin əmək kitabçası DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsi 

tərəfindən  qəbul  edilməmiş,  kitabçada  qeyd  olunan  iş  illərinin  sosial  sığorta  stajına 

daxil edilməsindən imtina edilmişdir. Nəticədə onun pensiya hüquqları pozulmuşdur.  

Ona görə də, iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək əmək 

kitabçasında  qeyd  olunan  19.01.1978-ci  il  tarixdən  28.07.1979-cu  il  tarixədək  Xanlar 

Aqrar  Sənaye  Kombinatında,  1980-1982-ci  illər  Bakı  şəhər  Medtexnikumunda, 

02.10.1982-ci  il  tarixdən  20.02.1989-cu  il  tarixədək  Xanlar  rayon  (hazırki  Göygöl)  

rayon  MRX-da,  01.03.1989-cu  il  tarixdən  10.11.1993-cü  il  tarixədək  Kirovabad 

hazırki  Gəncə  şəhər  Kənd  Təsərrüfatı  Texnikumunda  işlədiyi  illərin  sosial  sığorta 

stajına  daxil  edilməsi  vəzifəsinin  Azərbaycan  Respublikası  DSMF-nun  Gəncə  şəhər 

Nizami Rayon şöbəsinin üzərinə qoyulması barədə гяrar чыхарылмасыны хащиш етмишдир. 

         İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. 

         Гярардан  наразы  галан  ъавабдещ  Azərbaycan  Respublikası  Dövlət  Sosial 

Müdafiə  Fondunun  Gəncə  şəhər  Nizami  Rayon  Şöbəsi  tərəfindən  apellyasiya 

şikayəti verilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 

qərarının  ləğv  edilməsini  вя  işin  yenidən  baxılması  üçün  Gəncə  İnzibati-İqtisadi 

Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.  

 

Apellyasiya şikayətinin dəlilləri: 

 

Apellyasiya  şikayəti  onunla    əsaslandırılmışdır  ki,  birinci  instansiyası 



məhkəməsi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-

ci maddəsinin tələblərini pozmuşduir. Belə ki, həmin Qanunda nəzərdə tutulmuşdur 

ki, əyani təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Nəticədə məhkəmə maddi 

və  prosessual  hüquq  normalarını  pozaraq  qanunsuz  qərar  qəbul  etmişdir. 

Apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir.      

  

Proses iştirakçılarının izahatları: 



 

Apellyasiya  instansiyası  məhkəməsinin  iclasında  ъавабдещ  Azərbaycan 

Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondunun  Gəncə  şəhər  Nizami  Rayon 

Şöbəsinin  nümayəndəsi  Allahverdiyeva  Sevda  İsmayıl  qızı  apellyasiya  şikayətini 

müdafiə  edərək  izahat  verib  göstərmişdir  ki,  «Ямяк  пенсийалары  щаггында» 

Азярбайъан  Республикасы  Ганунунун  21-ci  maddəsində  əyani  təhsilin  müddəti 

sığorta  stajına  daxil  edilmədiyi  müəyyən  edilmişdir.  Birinci  instansiyası  məhkəməsi 

işin  bu  kimi  hallarını  nəzərə  almamış  və  nəticədə  qanunsuz  və  əsassız  qərar  qəbul 

etmişdir.  Ona  görə  də,  apellyasiya  şikayətinin  təmin  edilməsini  və  iş  üzrə  birinci 

instansiyası məhkəməsinin qəbul etdiyi qərarın ləğv, iddia tələbinin təmin edilməməsi 

barədə qərar çıxarılmasını xahiş etmişdir.  

 Apellyasiya  instansiyası  məhkəməsinin  iclasında  iддиачы  Abbasova  Dəstəgül 

Ələddin  qızının  nümayəndəsi  Abbasova  Adilə  Adil  qızı  apellyasiya  şikayətini  qəbul 

etməyərək  rədd  edilməsini,  Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  20  oktyabr  2014-

cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.  

 


 

  



 

Hüquqi məsələlər: 

 

Azərbaycan  Respublikası  İPM-nin  87.7-ci  maddəsinə  əsasən  apellyasiya 



instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 

Həmin  Məcəllənin  87.6-cı  maddəsinə  görə  apellyasiya  instansiyası  məhkəməsi 

birinci  instansiya  məhkəməsinin  qərarını  dəyişdirmədən  qüvvədə  saxlaya  bilər, 

dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci 

instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 

Apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinin  dəlilлərini  işin 

materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları məcmuyu qaydada tədqiq edib 

qiymətləndirərək,  tərəflərin  izahatlarına  hüquqi  qiymət  verib  hesab  edir  ki, 

apellyasiya  şikayəti  təmin  edilməməli,  Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  20 

oktyabr  2014-cü  il  tarixli  qərarı  10.06.1982-ci  il  tarixli,  ДТ-I  762856  nömrəli 

diplomda qeyd edilən təhsil illərinin əmək pensiya hüququ verən sosial sığorta stajına 

daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 

Gəncə  şəhəri,  Nizami  rayon  şöbəsinin  üzərinə  qoyulması  barədə  iddianın  təmin 

edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 

          Belə  ki,  işə  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Dövlət  Sosial  Müdafiə 

Fondunun  Gəncə  şəhər  Nizami  Rayon  şöbəsinin  50/1987  nömrəli  09  iyun  2014-cü  il 

tarixli  məktubundan  görünür  ki,  Abbasova  Dəstəgül  Ələddin  qızına  əlillik 

pensiyasının təyin edilməsindən imtina edilmişdir. 

          İşdə  olan  20.02.1989-cu  il  tarixli  əmək  kitabçasının  notarial  qaydada  təsdiq 

olunmuş  surətindən  görünür  ki,  iddiaçı  Dəstəgül  Əmirova  (Abbasova)  19.01.1978-ci 

ildən 28.07.1979-cu ilə kimi, 02.10.1982-ci ildən 20.02.1989-cu ilə kimi və 01.03.1989-

cu ildən 10.11.1993-cü il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 

           İşdə  olan  Göygöl  Şərab  Zavodu  ASC  tərəfindən  məhkəməyə  göndərilmiş  180 

nömrəli,  02.10.2014-cü  il  tarixli  məktubundan  görünür  ki,  Əmirova  (Abbasova) 

Dəstəgül  Ələddin  qızının  19.01.1978-ci  ildən  28.07.1979-cu  il  tarixə  kimi  Xanlar 

Aqrosənaye Kombinatında fəhlə işləməsi müəyyən edilir. 

           İşdə olan ДТ-I 762856 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, 

Əmirova  (Abbasova)  Dəstəgül  Ələddin  qızı  1980-ci  il  tarixdə  Azərbaycan 

Respublikası  Bakı  Tibb  məktəbinə  qəbul  olunmuş,  1982-ci  ildə  tibb  bacısı  ixtisasını 

almışdır. 

           İşdə  olan  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  Göygöl  Mərkəzi  Rayon 

Xəstəxanasının  verdiyi  494  nömrəli,  20.10.2014-cü  il  tarixli  arayışından  görünür  ki, 

Əmirova (Abbasova) Dəstəgül Ələddin qızı həmin xəstəxananın Cərahiyyə şöbəsində 

02.10.1982-ci il tarixdən 20.02.1989-cu il tarixə kimi tibb bacısı vəzifəsində işləmişdir. 

           İşdə  olan  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Gəncə  Texniki  Kolleci 

tərəfindən verilmiş 37 nömrəli, 10.10.1989-cu il tarixli arayışdan görünür ki, Əmirova 

(Abbasova) Dəstəgül Ələddin qızı 01.03.1989-cu ildə 21/4 saylı əmrlə Kirovabad K/T 

Texnikumun tədris istehsalat təsərrüfatına fəhlə işinə qəbul edilmiş, 10.11.1993-cü ildə 

66/4 saylı əmrlə işdən azad edilmişdir. 

          «Ямяк  пенсийалары  щаггында»  Азярбайъан  Республикасы  Ганунунун  7-ъи 

маддясинин, о ъцмлядян щямин маддянин «Гейд» щиссясинин мцддяаларындан эюрцнцр 


 

ки,  59  йашына  чатмыш  вя  азы  12  ил  сиьорта  стажы  олан  qadınlara    йаша  эюря  ямяк 



пенсийасы щцгугу вардыр. 

          Həmin  Qanunun  11.1-ci  maddəsinə  əsasən,  əlilliyə  görə  əmək  pensiyası  sığorta 

olunanın  xəstəlik  və  ya  xəsarət  nəticəsində  yaranan  əqli  və  ya  fiziki  qüsurlara  görə 

əmək  qabiliyyətinin  məhdudlaşdırılması  ilə  əlaqədar  təyin  edilir.  Əlillik  qrupları, 

əliliyin  və  ya  18  yaşınadək  sağlamlıq  imkanları  məhdudluğunun  səbəbləri,  habelə 

onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunverciliyyə 

uyğun olaraq müəyyən olunur. 

          Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya 

sağlamlıq  imkanları  məhdud  sığortaolunana  ümümilikdə  sığorta  stajı  5  ildən  az 

olmamaq  şərtilə  əmək  qabiliyyətli  yaş  dövrünün  hər  tam  ili  üçün  4  ay  sığorta  stajı 

olduqda təyin edilir.  

       Həmin  Qanunun  21.1-ъи  маддясиня    ясасян,    Qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada  məcburi  dövlət  sosial  sığorta  haqlarının  ödənilməsi  şərtilə    mülkiyyət 

formasından,  əmək  fəaliyyətinin  xarakterindən  və  müddətindən  asılı  olmayaraq 

müəssisə,  idarə  və  təşkilatlarda  əmək  müqaviləsi  (kontraktı)  əsasında  işləyənlərin, 

hərbi  qulluqçuların  (1)  eləcə  də  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul  olan  fiziki  şəxslərin,  vəzifəyə  seçilmiş  və  ya  təyin  edilmiş  şəxslərin  iş,  hərbi 

xidmət (1) və ya digər fəaliyyət müddətləri stajına daxil edilir. 

         Həmin Qanunun 22.1-ъи маддясиня  ясасян, əmək pensiyası hüququ verən sığorta 

stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.  

         Щямин  Ганунун    23.2-ъи  маддясиня    ясасян,  1992-ъи  ил    йанварын  1-дяк  кечмиш 

ССРИ-нин яразисиндя газанылмыш ямяк стажы цмуми гайдада сиьорта стажына дахил едилир. 

          Həmin  Qanunun  25-ci  maddəsinə  əsasən  sığorta  stajı  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  məcburi  dövlət  sosial  sığorta  haqlarının  ödənilməsi  barədə  verilən 

sənədlərlə təsdiq olunur.         

Apellyasiya  instansiya  məhkəməsi  yuxarıda  şərh  olunanlara,  hüquqi  qiymət 

verib hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan 

tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  iddianı  təmin  etməkdə  düzgün  nəticəyə 

gəlmişdir.  Belə  ki,  iş  materiallarından  və  işin  araşdırılmış  hallarından  görünür  ki, 

iddiaçı  Dəstəgül  Abbasova  əmək  pensiyasının  hesablanması  üçün  cavabdeh  inzibati 

orqana  müraciət  etmişdir,  lakin  ona  bundan  imtina  edilmişdir.  Birinci  instansiya 

məhkəməsi iddianı təmin etmişdir. 

  Apellyasiya  şikayəti  verən  inzibati  orqan  yalnız  təhsil  müddətinin  sosial 

sığorta stajına daxil edilməsini mübahisələndirmişdir.  

  Ona görə də məhkəmə kollegiyası işə apellyasiya şikayətinin dəlilləri həcmində 

yoxlayıb ona hüquqi qiymət verilməsi nəticəsinə gəlir.   

   Apellyator qeyd etmişdir ki, təhsil müddətinin iş stajına hesablanması Əmək 

Pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  21-ci  maddəsində 

nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının təhsil müddəti sosial sığorta stajına 

daxil edilə bilməz.  

             Lakin,  kollegiya  hesab  edir  ki,    iddiaçının  1980-ci  ildən  1982-ci  illərdə  təhsil 

alması iş materialları ilə öz təsdiqini tapmışdır. Yuxarıda əks olunan Qanunun 23.2-ъи 

маддясиня    ясасян  isə  1992-ъи  ил    йанварын  1-дяк  кечмиш  ССРИ-нин  яразисиндя 

газанылмыш ямяк стажы цмуми гайдада сиьорта стажына дахил едилир. 

            Apellyasiya  instansiyası  məhkəməsi  yuxarıda  şərh  edilənlərə  hüquqi  qiymət 

verib  belə  nəticəyə  gəlir  ki,  иш  цзря  биринъи  инстансийа  мящкямясинин  гярары  йухарыда 



 

гейд  олунан  ганунвериъилийин  тялябляриня  ямял  едilərək  чыхарылмышдыр,  məhkəmə 



maddi  və  prosessual  hüquq  normalarını  düzgün  tətbiq  etməklə  qərar  çıxarmışdır. 

Apellyasiya  şikayətinin  dəlilləri  iş  materialları  ilə  təsdiq  edilmədiyindən  təmin 

edilməməli  və  bu  iş  üzrə  qəbul  edilmiş  qərar  mübahisələndirilən  hissədə  

dəyişdirilmədən saxlanılmalıdır.   

         Azərbaycan  Respublikası  İPM-in  58.7-ci  maddəsinə  görə  sübutlar  məhkəmə 

tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.  

        Azərbaycan Respublikası İPM-in  87.5, 87.6, 89, 94.1-ci maddələri  rəhbər tutub 

məhkəmə kollegiyası 

 

                                                           Qərara aldı: 

 

Apellyasiya şikayəti təmin edilməsin. 



İş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2014-cü il tarixli  qərarı 

10.06.1982-ci  il  tarixli,  ДТ-I  762856  nömrəli  diplomda  qeyd  edilən  təhsil  illərinin 

əmək  pensiya  hüququ  verən  sosial  sığorta  stajına  daxil  edilməsi  vəzifəsinin 

Azərbaycan  Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondunun  Gəncə  şəhəri,  Nizami 

rayon şöbəsinin üzərinə qoyulması  hissəsində dəyişdirilmədən saxlanılsın. 

Qərar  tam  formada  təqdim  olunduğu  gündən  1  ay  müddətində  Gəncə 

Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

kassasiya şikayəti verilə bilər.  

Qərar tam formada təqdim edildiyi gündən 1 ay müddətində  kassasiya şikayəti 

verilməzsə qanuni qüvvəyə minir.  



 

            Sədrlik edən:                                                             Fikrət Mehtiyev  

 

                Hakimlər:  

 

 

 

 

 

Əsədulla Rüstəmov 

 

  

 

 

 

 

 

 

 

           Şamil Rzaquliyev  

Yüklə 54,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin