Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə118/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   114   115   116   117   118   119   120   121   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1473



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

iştirak etmiş Kitabxana Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermə-

nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və s. aid Azərbaycan və xarici dillərdə ədə-

biyyatı dünyaya nümayiş etdirib. 

 

 

OSMANLI DÖVLƏTİNİN ŞAHNAMƏÇİ ŞAİRİ ƏFLATUN ŞİRVANİ 

 

Bilal DƏDƏYEV  

Qafqaz Universiteti 



bdedeyev@qu.edu.az 

AZƏRBAYCAN

 

 

Osmanlı dövlətində "şahnamə" yazma ənənəsi Azərbaycan və İran mədəniyyətinin təsiri 



ilə XV əsrdən etibarən ortaya çıxmağa başlamışdır. Osmanlı dövlətində ilk şahnamə 

nümünələri Fateh Sultan II Mehmed (1451-1481) dövrünə  təsadüf edir. Bunlar Keşifinin 

qələmə aldığı "Qəzanamə-i Rum" və  Məalinin "Hünkarnamə"  əsərləridir.  Şahnaməçilik işi 

Sultan II Bəyazid (1481-1512) zamanında da şair  Şahnaməçi Firdövsi tərəfindən davam 

etdirilmişdir. Bütün bunlara baxmayaraq, Osmanlı tarixində  rəsmi və planlı bir şəkildə ilk 

"şahnaməçi" vəzifəsi Qanuni Sultan Süleyman (1520-1566) dövründə  təsis edilmişdir. 

Şahnaməçilərin gördüyü iş isə, Osmanlı xanədanının  şərəfli tarixini şeir diliylə yazdıqdan 

sonra, bu əsərləri cildlənmiş bəzəkli kitablar şəklinə gətirməkdən ibarət olmuşdur. Ümumiy-

yətlə, Osmanlı dövlətinin tarixində XVI əsrin ortalarından başlayaraq XVII əsrin əvvəllərinə-

dək bu vəzifəyə beş  şahnaməçi təyin edilmişdir. Bu şahnaməçilərdən ilk üçü azərbaycanlı 

alim-şairlər olan Fətulla Arifi Çələbi (v. 1562), Əflatun Şirvani (v. 1569) və Seyyid Loğman 

bin Hüseyn Urməvi (v.1601?) olmuşdur.  

 Osmanlı dövlətinin ilk rəsmi  şahnaməçisi olan Fətulla Arifi Çələbidən sonra onun 

yerinə keçən və Osmanlı dövlətində bu vəzifəni rəsmi  şəkildə icra edən ikinci şahnaməçi 

Əflatun Şirvanidir. Əflatun Şirvani haqqında indiyə qədər heç bir ciddi araşdırma aparılma-

mışdır. Sadəcə  bəzi məqalələrdə onunla bağlı müəyyən məlumata rast gəlmək mümkündür. 

Ümumiyyətlə Əflatun Şirvani haqqında orta əsr mənbələrində də geniş məlumat verilmir. Hə-

ləlik XVI əsr  şair-alimi təzkirəçi  Əhdi Bağdadinin (v. 1593) "Gülşəni  Şüəra" adlı  əsərində 

onunla bağlı verilmiş məlumatdan savayı əlimizdə digər məlumatlar yoxdur.  

  Əslən Şirvanlı olan Əflatun, Şirvanşahlar dövlətinin 1538-ci ildə Azərbaycan Səfəvilər 

dövlətinə birləşdirilməsindən sonra Şirvan bəylərbəyi təyin olunan Əlqas Mirzənin katibi və 

Şirvan diyarının tanınmış  şairlərindən biri olmuşdur. 1546-cı ildə qardaşı  Şah Təhmasibə 

(1524-1576) qarşı üsyan qaldıran və 1547-ci ildə  Şimali Qafqaz və Krım yoluyla Osmanlı 

dövlətinə  sığınan  Əlqas Mirzənin yanında  Əflatun  Şirvani də  İstanbula sığınmışdır. 1548-ci 

ildə  Əlqas Mirzənin Sultan Süleymanın yanında Azərbaycan yürüşündə  iştirak etməsi və 

1549-cu ildəki faciəli aqibətindən sonra, Əflatun Şirvaninin İstanbulda qalıb, burda fəaliyyət 

göstərdiyini görürük. Özündən əvvəl fəaliyyət göstərən Fətulla Arifi Çələbinin şahnaməçilik 

dövründə Əflatun Şirvani onunla mübahisə və mücadilə etməyə başalayır. Hətta onun bir neçə 

beytində  səhvlər tutaraq bu məsələni Sultan Süleymana şikayət edir. Sultan onu cəzalandır-

maq istəsə də, sonra bu fikrindən daşınır. Nəticədə Fətulla Arifi Çələbidən sonra, şahnaməçi-

lik işini onun özünə tapşırır. XVI əsr təzkirəçisi Aşiq Çələbi (v. 1572) "Məşairüş-Şüəra" əsə-

rində Fətulla Arifi Çələbidən bəhs edərkən yuxarıdakı şikayət məsələsinə də toxunur. Əflatun 

Şirvaninin adını çəkməsə də, bu dövrdə Osmanlı dövlətinin baş rəssamı (nəqqaşbaşı) və əslən 

azərbaycanlı olan Şahqulunu tənqid edərək, "...on bin, ya iyirmi bin beyt... kayrı makbul olsa, 

yine kırk bin iyi beyt baki kalur" deməklə Fətulla Arifi Çələbinin tərəfini saxlayır. 

Əflatun Şirvaninin şahnaməçiliynə gəlincə, Əhdi Bağdadi bunun Fətulla Arifi Çələbinin 

ölümündən sonra gerçəkləşdiyini yazır. Nəzərə alsaq ki, Fətulla Arifi Çələbi 1559-cu ildə şah-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1474



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

naməçi vəzifəsindən çıxarıldıqdan sonra Misirə getmiş  və üç il sonra orada vəfat etmişdir. 

Buna görə də, ikinci şahnaməçi olan Əflatun Şirvaninin, məhz bu vəzifəyə 1559-cu ildən son-

ra təyin olunduğunu qəbul etmək olar.  

Çox gözəl  şair olduğu bildirilən  Əflatun  Şirvani eyni zamanda nəstəliq xəttində yaza 

bilən tanınmış xəttat olmuşdur. Farsca qələmə aldığı şeirlərdə "Əsiri", türkcə yazdığı şeirlərdə 

isə "Xəzani" təxəllüsünü istifadə edirmiş, lakin daha çox Əflatun kimi tanındığından, sonr-

adan "Əflatun" ləqəbində yazmağa başlamışdır. Ona Osmanlı şanlı tarixinin nəzmə alınması 

haqqında "fərman-ı hümayun" verilsə də, əfsuslar olsun ki, onun adı ilə bağlı heç bir şahnamə 

əsəri əlimizdə yoxdur. Sadəcə, Əhdi Bağdadi öz əsərində onun bir neçə farsca və türkcə bey-

tini vermişdir. Aşağıdaki beyt onlardan biridir: 

Bu fena deyrində çün hərf-i vəfa əfsanədür, 

Aləmə aldanma kim dünya açılmış xanədür. 

Onu da qeyd etmək lazımdır ki, Əflatun  Şirvani haqqında məlum olan bu məlumatlar 

bilavasitə 1563-cü ilə  qədər olandır. Çünki, Əhdi Bağdadi "Gülşən-i  şüəra"  əsərinin ilk va-

riantını 1563-cü ildə hazırlamışdır. Doğrudur, o bundan sonra 30 il daha yaşayıb və ilk tərtib 

etdiyi bu əsərinə 1592-ci ildə bəzi şairləri də əlavə etmişdir. Lakin, Əflatun Şirvani haqqında 

sadəcə bu qədər məlumat verə bilmişdir. 1569-cu ildə başqa bir azərbaycanlı şair-alim olan 

Seyyid Loğmanın  şahnaməçi vəzifəsinə  təyin olunması göstərir ki, Əflatun  Şirvani həmin 

vəzifədən uzaqlaşdırılmış və ya həmin tarixdə o, vəfat etmişdir. 

  Nəticə etibarilə, Azərbaycandan Osmanlı dövlətinə yerləşən "şahnamə yazma" mədəni 

irsi davam etdirilərək Qanuni Sultan Süleyman dövründə daimi "şahnaməçi" vəzifəsinin təsis 

edilməsi və ardından da "şahnaməçilər" müəsisəsinin qurulmasına səbəb olmuşdur. Bu mü-

əsisənin fəaliyyətində  əsas rol oynayanlar yenə  də azərbaycanlı  şair və alım-sənətkarlar idi. 

Osmanlı tarixində  təxminən 1551-ci ildən 1611-ci ilə  qədər rəsmi olaraq bu vəzifəyə beş 

şahnaməçi təyin edilmiş və bunlardan biri də Osmanlı mədəniyyətinin inkişafında 10 il xid-

mət göstərən Əflatun Şirvani olmuşdur. 

 

 



ТОРГОВЫЕ СВЯЗИ ГОРОДОВ МУГАНИ 

 

Рамиль РУСТАМОВ 

Института Археологии и Этнографии НАНА 



rustemovramil@mail.ru 

AZƏRBAYCAN 

 

В  развитии  экономики  Азербайджана  и  торговых  связях  с  соседними  странами 



большую роль сыграли города Мугани. В III веке, завоевав власть в Иране Сасаниды, 

как и их предшественники, Парфянские правители, старались удержать в своих руках 

контроль над Великим Шёлковым Пути. А во время арабского правления в Азербайд-

жане, находившиеся на Шёлковом пути - Шеки, Барда, Дербент, Чола, Бейлакан счита-

лись  городами  международного  значения.  Среди  этих  городов  наиболее  отличался 

Бейлакан.  Одним  словом,  после  образования  Шелкового  Пути,  Азербайджан  превра-

тился  в  непосредственного  участника  процессов  на  этом  торговом  пути.  В  раннем 

средневековье  веков  такие  города  Мугани, как  Хамшара,  Варсан,  Бачираван  и  Балхаб 

играли важную роль в развитии торговли.  

В IV-VIII веках  виды  городских  ремёсел,  можно  сказать,  полностью  носили  ха-

рактер  товарного  производства.  Ремесленники  обеспечивали  население  готовыми  ме-

таллическими изделиями, керамическими предметами, строительными и хозяйственны-

ми материалами, кожно-обувными изделиями, домашней утварью и др. предметами. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1475



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Источники IX-XIII веков называют для городов, находящихся на территории Му-

гани, такие товары, как шёлк, хлопок, холст, рис, пшеница, виноград, гранат и другие 

сельхозпродукты.  Эту  мысль  доказывают  и  археологические  раскопки.  Всё  это  пока-

зывает, какую роль играли города в средние века во внутренней торговле страны. Мест-

ное сырьё часто создавало условия для специализации городов в той или других обла-

сти  ремесла.  Специализация  городов  служила  причиной  увеличения  междугородней 

торговли.  Азербайджанские  города  соединяли  караванные  пути.  Для  обеспечения 

функционирования  караванных  путей  на  реках  возводились  современные  для  того 

времени мосты на свайных опорах. 

Источники IX-XIII веков  называют  для  городов,  находящихся  на  территории 

Мугани,  такие  товары,  как  шёлк,  хлопок,  холст,  рис,  пшеница,  виноград,  гранат  и 

другие сельхозпродукты. Эту мысль доказывают и археологические раскопки. Все это 

показывает, какую роль играли города в средние века во внутренней торговле страны. 

Местное сырьё часто создавало условия для специализации городов в той или других 

области  ремесла.  Специализация  городов  служила  причиной  увеличения  междугород-

ней  торговли.  Азербайджанские  города  соединяли  караванные  пути.  Для  обеспечения 

функционирования  караванных  путей  на  реках  возводились  современные  для  того 

времени мосты на свайных опорах. Вместе с использованием транзитных путей через 

территорию  Имишли,  азербайджанские  города  торговали  своими  ремесленными 

изделиями. Эти изделия продавались не только внутри страны, но и экспортировались в 

другие  страны.  По  сведениям,  приведенным  аль-Истахри,  купцы  Барды  возили  свои 

товары через город Балхаб в Китай и Индию.Так, во время раскопок в одном из городов 

Мугани - Бяндован, были найдены образцы привезённой из Китая посуды из селадона. 

А  это  важное  доказательство,  отражающее  торговые  связи  между  Азербайджаном  и 

Китаем.Несомненно,  большое  значение  имеет  подверженность  нашествиям  и  смена 

владычества  в  Азербайджане,  места  производства,  производившие  ремесленники,  и 

даже  ценные  и  изящные  изделия,  дающие  сведения  о  путях  которыми  они  пользова-

лись.Несомненно,  большое  значение  имеет  подверженность  нашествиям  и  смена  вла-

дычества  в  Азербайджане,  места  производства,  производившие  ремесленники,  и  даже 

ценные и изящные изделия, дающие сведения о путях которыми они пользовались. 

Указанные выше материалы ремесла, превращение в дальнейшем ремесла в мел-

котоварное производство, усиление экономических позиций расположенного на Миль-

Муганской  равнине  Имишли,  у  ворот  на  Восток,  увеличение  численности  путей,  сое-

динявших его с окружающими территориями, городами и странами, сведения письмен-

ных  источников  о  торговле,  богатые  археологические  доказательства,  найденные  при 

раскопках,  остатки  золотых  монет  и  другие  факты  приведенные  из  жизни  города 

Бялхаба,  убедительно  доказывают  о  последовательном  развитие  торговли  в  городе  и, 

особенно достижения ей высокого уровня в начале XII-XIV веков. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1476



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ÜÇTƏPƏ YAŞAYIŞ YERİ  

 

Taleh ƏLIYEV  

Azərbaycan Elmlər Akademiyası 

 Arxeologiya və Etnoqrafiya İnstitutu 



taleh.ali@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycanın ilk orta əsr və orta əsr yaşayış yerlərinin öyrənilməsi arxeologiya elminin 



aktual mələlərindəndir. Zərdab rayonu ərazisində  Dəli Quşçu kəndi yaxınlığında yerləşən 

Üçtəpə yaşayış yeri Ağtəpə və Qaratəpə hissələrindən ibarətdir. Təəssüflər olsun ki, digər bir 

təpəlik Sovet hakimiyyəti illərində təsərrüfat işləri zamanı dağıdılmışdır.  

Ümumiyyətlə, Azərbaycan ərazisində 15-dən çox eyni adlı kənd vardır. Yevlax və Şa-

maxı rayonları  ərazisində yerləşən Quşçu kəndlərində ilk orta əsr yaşayış yerləri öyrənil-

mişdir. Ziya Göyalp bu toponimi hunların dini inancları ilə əlaqələndirir və qədim türklərin 

səcdə etdikləri beş müqəddəs totemdən biri olduğunu qeyd edir.  

2013-2014-cü illərdə təxminən 3 ha ərazini əhatə edən Üçtəpə abidəsində aparılmış ar-

xeoloji tədqiqatlar nəticəsində yaşayış yerindən şirsiz saxsı məmulatının hissələri əldə olun-

muşdur. Saxsı məmulatı xırda və iri qum qarışığı olan gildən hazırlanmış və sarımtıl rəngdədir. 

Küp, küpə, bardaq, dopu və digər qabların qulpları, ağız hissələri, gövdə və oturacaqları tapıl-

mışdır.  

Qeyd edək ki, abidə yerli əhali arasında Üçtəpə kurqanı kimi də tanınır. Lakin apardığı-

mız elmi araşdırmalar təpələrin kurqan deyil, ilk orta əsr yaşayış yeri olduğunu söyləməyə 

əsas verir. Fikrimizi ərazidən əldə olunnmuş şirsiz saxsı məmulatının dövrü də əsaslandırır. 

Həmçinin, təpələrin üzərində sonradan müsəlman qəbirlərinin salınması ehtimalı da var.  

Belə ki, Övliya Çələbinin “Səyahətnaməsi”ndə göstərilən  əraziyə uyğun gələn bu yer 

orta  əsrlərdə “Qoyun Ülumu” və ya “Qoyu Keçidi” adlandırılmışdır. Övliya Çələbi yazır: 

“Özdəmir oğlu Osman Paşa çayını (Əlicançay – T.Ə.) keçib, yolumuza davam etdik. Qoyun 

Keçidi adlı yerə çatdıq. Orada xeyli insan sümüklərinə rast gəldik. Bizim bələdçimiz Yassər 

Əli ağanın söylədiklərinə görə, burada Özdəmir oğlu Osman Paşa, Maraş (Kahraman Maraş – 

T.Ə.) hakimi Mustafa Paşa və  Hələb hakimi Məhəmməd Osmanlı ordusunun başında 

vuruşmuşdur. Döyüşdə əsgərlərdən bəzisi Kanuk, bəzisi isə Kapur çayında batmışdır. Burada, 

böyük bir çöldə (Türyançayın sol sahili – Dəli Quşçu kəndinə yaxın yerdə - T.Ə.) 40 min 

döyüşçünün qalığı var idi. Bu böyük bir abidəni xatırladırdı. Mən onların ruhuna Fatiha oxu-

dum və biz Qoyun Keçidindən şimala keçərək Ağsu çayına çatdıq...”. Qeyd edək ki, Özdəmir 

oğlu Osman Paşa 1584-1585-ci illərdə Osmanlı imperatorluğunda sədr-əzəm olmuşdur. Hələ 

1578-ci ildə  Çıldır döyüşündə  rəhbərlik etdiyi Osmanlı ordusunun qələbəsindən sonra ələ 

keçirdiyi  Şirvanda bəylərbəyi təyin edilmiş, həmin ilin iyul ayının 9-da Qoyun Ülumu 

(Zərdab ərazisində - T.Ə.) adlı yerdə növbəti qələbəsini qazanmışdır.  

Digər bir maraqlı məsələ abidənin Ağtəpə adlı hissəsində kiçik xatirə daşının olmasıdır. 

Daşın torpaq hissədə eni 0,4 m, mərkəz hissədə eni 0,3 m, baş hissədə isə 0,2 m-dir. 

Hündürlüyü 0,55 m olan daşın hər bir tərəfi bir cəhətə (şimal-cənub-şərq-qərb) doğrudur. Dəli 

Quşçu kəndinin sakinləri öz ata-babalarının həmin xatirə daşının 1918-ci ildə Qafqaz-İslam 

ordusu tərəfindən qoyulduğunu söylədiyini qeyd edir. Onu da qeyd edək ki, həmin ildə 

erməni-bolşevik qüvvələrinin  Şamaxıda törətdiyi soyqırımın qarşısını almaq üçün Qafqaz-

İslam ordusunun bir hissəsinin Göyçay qəzasından keçərək irəliləməsi məlumdur. Ehtimal 

olunur ki, həmin dəstələrin bir hissəsi Övliya Çələbinin xatırlatdığı bu ərazidən keçmiş  və 

orada öz xatirə daşlarını qoymuşdur.  

Beləliklə, Azərbaycan (Qafqaz) Albaniyası dövründən Azərbaycan Demokratik Res-

publikası zamanına qədər tarixin keçməkeşli hadisələrinin şahidi olan Üçtəpə abidəsi ilk orta 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1477



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

əsr yaşayış yeri olmuş, orta əsrlərdə isə üzərində müsəlman qəbirləri salınmışdır. Tədqiqatlar 

Üçtəpə yaşayış yerinin Azərbaycan (Qafqaz) Albaniyasının  Əcəri vilayətinin  ən iri yaşayış 

məntəqələrindən biri olduğunu göstərir.  

 

 

ŞİMALİ AFRİKANIN ƏRƏB ÖLKƏLƏRİNİN SİYASİ  



HƏYATINDA İSLAMÇIPARTİYA VƏ HƏRƏKATLARIN ROLU 

 

Günel KƏRİMOVA 

Azərbaycan Elmlər Akademiyası 

Şərqşünaslıq İnstitu 

g_ahmedova@yahoo.com 

AZƏRBAYCAN 

 

Misirin “Müsəlman qardaşları” hərəkatı bütün islamçı partiya və  hərəkatların forma-



laşmasına və siyasi baxışlarına böyük təsir göstərmişdir. Bu təsirin çox və ya az olmasına 

baxmayaraq, istənilən islamçı partiya və  hərəkatda “Müsəlman qardaşları”nın izlərinə rast 

gəlmək mümkündür. Buna görə  də istənilən islamçı partiyanı araşdırmaq üçün ilk növbədə 

“Müsəlman qardaşları”nı tədqiq etmək lazımdır. Hərəkat yarandığı gündən müasir dövrə kimi 

uzun inkişaf yolu keçmişdir. Onun qurucusu olan H. Əl-Bənnadan başlayaraq müasir günü-

müzə kimi təkamül etmiş və demək olar ki, mövcud olduğu dövrün sosial-siyasi hadisələri ilə 

ayaqlaşa bilmişdir. “Müsəlman qardaşları”nın ideologiyasını anlamaq üçün ilk növbədə onun 

yarandığı tarixi şəraiti araşdırmaq lazımdır. Hərəkat ölkədə baş verən daxili və xarici siyasi 

hadisələr fonunda islama qayıdışın zəruri olduğu tarixi şəraitdə meydana gəlmişdir. Hərəkatın 

ideoloji bazasını XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Cəmaləddin Əl-Əfqani, Mə-

həmməd Əbdo, Rəşid Rida kimi islam mütəfəkkirlərinin fikirləri təşkil edir. Hərəkat yaran-

dığı vaxtlarda sadəcə sosial-ictimai xarakter daşıyırdı. Hərəkatın banisi H.Əl-Bənna ölkənin 

qərbləşdirilməsinin əleyhinə çıxış edir, ölkədə mövcud olan sosial-ictimai çətinliklərin, xüsu-

silə gənclər arasında işsizliyin artmasının qarşısının alınmasına çalışırdı. Lakin onun ölümün-

dən sonra hərəkatın rəhbəri olan Seyyid Qutb öz çıxışlarında islam dəyərləri və islam qayda-

larına əsaslanan dövlət yaranmasını təbliğ edirdi. Artıq bu dövrdən başlayaraq hərəkat siyasi 

xarakter almağa başladı. XX əsrin 40-cı illərindən başlayaraq hərəkat siyasi arenaya gəldi. 

Bundan başqa, 1980-ci illərdən etibarən hərəkat özünün maliyyə şəbəkəsini yaratmaqla siyasi 

fəaliyyətini möhkəmlətməyə başladı. Hərəkatın belə geniş vüsət alması və əsasən də gənclər 

və ziyalılar arasında rəğbət qazanması hakim dairələri qorxuya saldı.  İlk dövrlərdə hakim 

dairələr islamçı partiyalardan öz mənafeləri üçün istifadə etsələr də, sonradan “Müsəlman 

qardaşları”nın artan məşhurluğu hakim təbəqəni narahat etməyə başladı. Bundan başqa, 40-cı 

illərdən başlayaraq, hərəkatın öz daxilində baş verən ixtilaflar və fikir ayrılığı nəticəsində bir 

qrup radikallar ayrılaraq öz dəstələrini yaratdılar.  Əslində “Müsəlman qardaşları” heç bir 

zaman silahlı mübarizənin tərəfdarı olmayıblar. Onlar öz ideyalarını  təbliğ etmək üçün 

mövcud vəziyyətə uyğunlaşmağa çalışırdılar. Belə ki, Misirdə aktiv qərbləşmə siyasəti getdiyi 

üçün hərəkatın liderləri və  fəalları öz ideyalarının demokratik və dünyəvi prinsiplərə zidd 

olmadığını sübut etməyə çalışırdılar. Lakin sonradan bir qrup radikallar tərəfindən törədilən 

terror aktları hakim təbəqələri “Müsəlman qardaşları”na qarşı aktiv mübarizəyə başlamağa 

sövq etdi. Belə ki, H. Mübarək hakimiyyətə  gəldikdən sonra hərəkatın leqal fəaliyyəti 

qadağan edildi. Buna baxmayaraq, hərəkat ölkənin siyasi həyatında iştirak etməyə müyəssər 

olurdu. Belə ki, onlar digər partiya və hərəkatlarla koalisiya şəklində və ya müstəqil namizəd 

kimi parlament seçkilərində  iştirak edərək yer tuturdular. “Müsəlman qardaşları”  ən böyük 

uğura 2005-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə 88 yer tutaraq (20 %) qalib gəlməklə 

nail oldular. Bu qalibiyyətin əsas səbəblərindən biri hərəkatın yaxşı təşkilatlanması və təbliğat 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1478



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

işinin hərtərəfli qurulması olmuşdur. Bundan sonra hərəkat yeni islahatların aparılması üçün 

işlərə başladı. Onlar ilk növbədə islam qaydaları  əsasında demokratik dövlət qurulmasının 

tərəfdarı idilər. Bundan başqa, onların fikrincə islahatların keçirilməsinin əsas məqsədi misir-

lilərin  şəxs kimi formalaşması, onların düşüncə  tərzində islamın təsirini artırmaqdan ibarət 

idi. 2005-ci il seçkilərindəki qələbə hakim təbəqələr tərəfindən hərəkata qarşı təzyiq və rep-

resiyaları artırdı. Hərəkatın əsas liderləri və fəalları ölkəni tərk etməyə məcbur oldular. Lakin 

2011-ci ildə başlayan “ərəb baharı” inqilabından istifadə edən hərəkat rəhbərləri hakimiyyətə 

gəlmək üçün fəaliyyətə başladılar. 2011-ci ilin aprel ayında hərəkat özünün Azadlıq və ədalət 

partiyasını yaratdığını elan etdi. İyun ayında hakim qüvvələr partiyanı rəsmi olaraq tanıdılar 

ki, bu da hərəkata qoyulan qadağanın aradan qalxması demək idi. 

Misir hüdudlarından kənarda “Müsəlman qardaşları”nın fəaliyyəti hələ 1930-cu illərdə 

başlamışdı. Bu proses nəticəsində C.Ə.Nasirin hakimiyyəti dövründə kütləvi təqiblərdən yaxa 

qurtarmaq məqsədilə digər  ərəb ölkələrinə miqrasiya edən hərəkat üzvləri burada öz 

ideyalarını yaymağa başladı. Hərəkatın ilk qolu Suriyada yarandı. İordaniyada hərəkat leqal 

partiya kimi təsdiqləndi və ölkənin siyasi həyatında mühüm rol oynayır. “Müsəlman qardaş-

ları” Sudanda nəzərə çarpan nüfuz əldə etdilər. Həmçinin Yaxın Şərq və Şimali Afrikanın di-

gər ölkələrində də hərəkat siyasi həyata təsir etmişdir. 80-ci illərdə Əfqanıstanda sovet qoşun-

ları ilə müharibəyə  hərəkat çoxsaylı qüvvələr göndərmişdir. Bundan başqa, 1960-cı illərdən 

sonra hərəkatın ABŞ-da da qolları yaranmağa başladı. 

 

 

XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR DANIŞIQLAR VƏ BU 



PROSESİN HÖVZƏDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ 

 

Pərvanə İSLAMOVA 

Azərbaycan Elmlər Akademiyası 

İ

nsanHüquqlarıvə Konfliktologiyaİnstitutu 



Perish8888@mail.ru 

AZƏRBAYCAN 



 

Xəzərin hüquqi statusu məsələsi tarixi prosesdir. Bu proses 1991-ci ildə SSRİ-nin da-

ğılması və Xəzər hövzəsi regionunda müstəqil dövlətlərin yaranması ilə başlamışdır. Bu tarixə 

kimi Xəzər dənizinin hüquqi məsələləri Rusiya və  İran arasında imzalanmış müqavilələrlə 

tənzimlənirdi. Dəniz Rusiya və İranın dənizi kimi tanınırdı. Lakin 1991-ci ildən etibarən beş 

müstəqil dövlət Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və  İran Xəzərin hüquqi 

məsələlərini nizama salmaq, statusu müəyyənləşdirmək üçün danışıqlara başladılar. 

Xəzərin hüquqi statusunun müəyyən edilməsi dünya dəniz hüququnda ən çətin məsə-

lələrdən biridir. Bu məsələ 1992-ci ildən indiyə kimi sahilyanı dövlətlərin ikitərəfli və çoxtə-

rəfli görüşlərində dəfələrlə müzakirə obyekti olsa da, Xəzərin dəniz ya da göl olması haqqında 

konsensusa gəlmək mümkün olmamışdır. Bu da özlüyündə Xəzərin hüquqi statusuna dair qəti 

qərarın qəbul edilməsinə mane olur. 

Ümumiyyətlə, Xəzərin hüquqi statusu məsələsinin həllinə yönəlmiş danışıqlar prosesini 

qısaca olaraq aşağıdakı mərhələlərə bölmək olar: 

I mərhələ (1991-1994-cü illər) 

II mərhələ (1995-1999-cu illər) 

III mərhələ (2000-ci ildən başlayaraq hal-hazırda da davam edir.) 

Birinci mərhələnin 1991-ci ildən hesablanması Sovetlər birliyinin dağılması, Xəzər 

ətrafında beş müstəqil dövlətin yaranması ilə əlaqədardır. Məhz Sovet ittifaqının dağılmasın-

dan sonra indiyə kimi SSRİ ilə  İran arasında Xəzərə aid müqavilələr qüvvədən düşür və 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin