26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
  1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi



26 oktyabr 1917 
– "Müsavat" partiyasının I qurultayının keçirilməsi 
1917-
ci ilin sonları-1918-ci ilin əvvəlləri – Cənubi Azərbaycanın Xoy, Salmas, Soucbulaq və 
başqa bölgələrində azərbaycanlılara qarşı erməni-aysor və kürd quldur dəstələrinin soyqırım 
törətmələri. 
10 (23) fevral 1918 
– Cənubi Qafqaz Seyminin yaradılması 
30 mart-1 aprel 1918 -
"Mart soyqırımı". Erməni-bolşevik qüvvələrinin Bakıda və ətraf ərazilərdə 
müsəlman soyqırımı törətmələri. 
22 aprel 1918 
– Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması. 
25 aprel 1918 
– Bakı XKS-nın yaradılması. Sədri daşnak-bolşevik Stepan Şaumyan seçildi. 
26 may 1918 
– Cənubi Qafqaz Seyminin son iclası. Gürcüstanın öz müstəqilliyini elan etməsi. 
28 may 1918 
– Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi. 
28 may 1918 
– F.X.Xoyski başda olmaqla I hökumət kabinetinin təşkili və fəaliyyət göstərməsi. 
30 may 1918 
– Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə 
radioqram göndərilməsi. 
4 iyun 1918 
– Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "Sülh və 
dostluq" müqaviləsinin imzalanması. 
10 iyun 1918 
– Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə yürüş 
16 iyun 1918 
– Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsi. 
19 iyun 1918 - 
Azərbaycan xallq Cümhuriyetinin bütün respublika ərazisinde hərbi vəziyyət elan 
etməsi 
24 iyun 1918 - 
Azərbaycan üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks olunmuş dövlət 
bayrağının qəbul olunması 
26 iyun 1918 
– 
Azərbaycan Milli ordusunun
 
yaradılması. 
27 iyun 1918 -
Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi. 
31 iyun 1918 
– Bakı XKS-nın istefa verməsi. 
1 avqust 1918 
– "Sentrokasp" diktaturasının hakimiyyəti ələ alması 
23 avqust 1918 
– Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edilməsi. 
28 avqust 1918 
– Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin, orta məktəblərin 
milliləşdirilməsi haqqında qanun qəbul etməsi. 
15 sentyabr 1918 
– Azərbaycan-Türk ordularının Bakını azad etməsi. "Sentrokaspi" 
diktaturasının devrilməsi. 
17 sentyabr 1918 
– Azərbaycan hökumətinin Bakıya köçməsi. 
9 noyabr 1918 
– Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi. 
10 noyabr 1918 
– Türk ordusunun Bakını tərk etməsi. 
17 noyabr 1918 
– General Tomsonun komandanlığı altında ingilis ordusunun Bakıya gəlməsi. 
7 dekabr 1918 
– Azərbaycan parlamentinin fəaliyyətə başlaması. 
15 yanvar 1919 
– Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi. 
28 may 1919 
– Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında ABŞ prezidenti 
Vilsonla görüşməsi 
11 iyun 1919 - 
Əksinqilab ilə mübarizə təşkilatı"nın yaradılması 
1 sentyabr 1919 
– Azərbaycan parlamentinin Bakı Unversitetinin açılması haqqında qanun 
qəbul etməsi. 
15 noyabr 1919 
– Bakı Dövlət Unversitetinin fəaliyyətə başlaması. 
24 oktyabr 1919 
– Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması. 
7 dekabr 1919 
– "İstiqlal" muzeyinin yaradılması. 
24 dekabr 1919 
– Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə beşinci hökumət kabinetinin yaradılması. 
2 yanvar 1920 
– RSFSR xarici işlər komissarı Çiçerinin Azərbaycan xarici işlər naziri F. 
Xoyskiyə birinci notasının göndərilməsi. 
11 yanvar 1920 
– Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə 
Azərbaycanın müstəqilliyini defakto tanınması. 
15 yanvar 1920 
– Azərbaycan nümayəndələrinə Azərbaycanın müstəqilliyinin defakto tanınması 
barədə Paris sülh konfransının rəsmi qərarının təqdim olunması. 
23 yanvar 1920 
– Çiçerinin Azərbaycana təcavüzkar ruhlu ikinci nota göndərməsi. 
11-12 fevral 1920 
– Azərbaycan K(b) P-nın yaradılması. 


17 mart 1920 
– Xoyskinin Çiçerinə növbəti nota göndərib cavab almaması. 
17 mart 1920 
– V.İ.Leninin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə 
teleqram göndərməsi. 
30 mart 1920 
– Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabinetinin istefa verməsi. 
15 aprel 1920 
– Fətəli xan Xoyskinin Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri 
barədə məlumat vermək üçün Çiçerinin adına növbəti nota göndərməsi 
22 aprel 1920 
– Məhəmmədhəsən Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi. 
27 aprel 1920 
– XI Qırmızı Ordunun Bakını işğal etməsi. 
1920 
– Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi. Azərbaycanın bolşeviklər tərəfindən 
işğal olunması. 
28 aprel 1920 
– Azərbaycanda sovet hakimiyyətinin elan edilməsi. Azərbaycan SSR-nin 
yaradılması. Bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə verilməsi. 
1920 mayın ilk günləri – Qırmızı ordunun Azərbaycan Milli Ordusunun müqavimətini qıraraq 
Gəncəyə daxil olması, Qazaxı zəbt etməsi, Şamaxı, Göyçay, Şəki, Zaqatala və Balakəni ələ 
keçirməsi; Bakı limanına hərbi donanmanın daxil olması. 
3 may 1920 
– Rusiyanın hərbi-dəniz donanmasının Lənkərana və Astaraya desant çıxartması; 
Azərbaycan İnqilab Komitəsinin dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin 
yaradılması. 
5 may 1920 
– Bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən 
kəndlilərin istifadəsinə verilməsi. 
7 may 1920 
– Ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verilməsi. 
12 may 1920 
– İnqilab Komitəsinin xalq məhkəməsi yaradılması haqqında dekretinin verilməsi; 
"əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali inqilabi tribunal 
təsis edilməsi; silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilməsi. 
15 may 1920 
– Xalq Maarif Komissarlığının qərarı ilə vicdan azadlığının elan edilməsi; dinin 
dövlətdən və məktəbdən ayrılması; Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlərin 
milliləşdirilərək dövlət mülkiyyətinə verilməsi. 
24 may 1920 
– Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında 
dekret verməsi. 
25-31 may 1920 
– Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd 
Qacarın və Cahangir Bəy Kazımbəyovun başçılığı altında üsyan baş verməsi və üsyanın 
qəddarlıqla yatırılması. 
1920 iyunun əvvəli – Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi. 
6-18 iyun 1920 
– Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz 
Əfəndinin başçılığı altnda xalq üsyanının baş verməsi. 
9 iyun 1920 
– Bankların milliləşdirilməsi. 
15 iyun 1920 
– Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələrinin 
üsyan etməsi. 
15 iyul 1920 
– Balıq sənayesinin milliləşdirilməsi. 
İyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında üsyan baş verməsi. 
5-9 avqust 1920 
– Qırmızı ordu hissələrinin hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini 
Sisiyan, Qafan və Gorusdan qovması. 
Avqust 19 
– Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və 
Qaçaq 
Mayıl
ın başçılığı altında kəndli çıxışlarının baş verməsi. 
26 avqust 1920 
– Taxıl ticarətinin inhisara alınması haqqında dekret verilməsi. 
23 sentyabr 1920 
– Yoxsul komitələrinin yaradılması. 
1-7 sentyabr 1920 
– Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsi. 
30 sentyabr 1920 
– RSFSR ilə Azərbaycan SSR arasında Moskva müqaviləsinin bağlanması. 
2 dekabr 1920 
– Türkiyə ilə Ermənistan arasında Aleksandropol (Gümrü) müqaviləsinin 
bağlanması. 
6 mart 1921 
– Azərbaycan SSR-nin I Sovetlər qurultayının keçrilməsi. 
16 mart 1921 
– Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsinin imzalanması. 
17 may 1921 
– Azərbaycan İnqilab Komitəsinin dekreti ilə ərzaq sapalağının ləğv olunması. 
19 may 1921 
– Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsi. Azərbaycan İnqilab 
Komitəsinin ləğv olunması. Ali qanunverici, sərəncamverici, nəzarətedici orqan olan Azərbaycan 
Mərkəzi İcraiyyə Komitəsinin yaradılması. 
Aprel 1921 
– Türk qoşunlarının Naxçıvandan çıxarılması. 


27 iyun 1921 
– Azərbaycan K(b)P MK-nın iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə 
olan iddialarının rədd edilməsi. 
4-5 iyul 1921 
– RK(b)P-nın Qafqaz Bürosunun Qarabağın dağlıq hissəsinin Azərbaycan SSR-
nin tərkibində saxlanması haqqında qərar qəbul etməsi. 
Sentyabr-oktyabr 1921 
– Türkiyə ilə Cənubi Qafqazın Sovet respublikaları arasında Qars 
müqavilələrinin bağlanması. Naxçıvanın Azərbaycan hüquqlarında ərazi mənsubiyyətinin bir 
daha təsdiqlənməsi. 
16 oktyabr 1921 
– Azərbaycan Dövlət Bankının yaradılması. 
12 mart 1922 
– Azərbaycan, Gürcüstan və Ermənistan MİK-nin səlahiyyətli nümayəndələrinin 
ZSFSR-
in yaradılması haqqında müqaviləni təsdiq etməsi. 
iyun 1922 
– Cənubi Qafqaz respublikalarının xarici siyasətinin birləşdirmək haqqında qərar 
qəbul edilməsi. 
10 dekabr 1922 
– ZSFR MİK-nin yaradılması. Azərbaycan SSR-nin Formal müstəqillikdən 
məhrum edilməsi. 
22 dekabr 1922 
– ZSFSR-in SSRİ tərkibinə qatılması. 
1923 
– Savadsızlıqla mübarizə üçün Xüsusi Komitənin yaradılması; "Azərbaycanı Öyrənən 
Cəmiyyət"in yaradılması. 
7 iyul 1923 
– DQMV-nin yaradılması. 
9 fevral 1924 
– Naxçıvan MSSR-in təşkil edilməsi. 
1924 
– Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılması; Azərbaycan Opera və Balet teatrının 
fəaliyyətə başlanması. 
1929 
– Latın qrafikasına keçidin başa çatdırılması; Qızılağac və Zaqatala qoruqlarının 
yaradılması. 
1930 
– Şəki-Zaqatala mahalında, Naxçıvanın Keçili kəndində, Şəmkirin Bitdili kəndində və s. 
antisovet üsyanların baş verməsi. 
1930-
cu ilin yayı – Bərdə və Qasım İsmayılov rayonlarında ilk MTS-lərin təşkil olunması. 
1931-ci il 
– SSRİ Elmlər Akademiyası Azərbaycan şöbəsinin açılması; Azərbaycan Yazıçılar 
İttifaqının yaradılması; Azərbaycan Rəssamlar İttifaqının təşkil edilməsi. 
10 mart 1937 
– Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbul edilməsi; Ü.Hacıbəyovun 
"Koroğlu" operasının tamaşaya qoyulması. 
1939 
– Azərbaycan SSRİ-də latın qrafikasından kiril qrafikalı əlifbaya keçməsi. 
1939 
– Ə.Bədəlbəylinin ilk Azərbaycan operası olan "Qız qalası"nı tamaşaya qoyması. 
28 iyun 1941 
– Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması. 
Avqust 1941 
– 402-ci milli diviziyanın yaradılması. 
Avqust 1941 
– SSRİ və Böyük Britaniya qoşunlarının İrana müdaxiləsi. 
Oktyabr 1941 
– 223-cü milli diviziyanın yaradılması. 
Oktyabr 1941 
– İsrafil Məmmədovun ilk azərbaycanlı kimi Sovet İttifaqı Qəhrəmanı fəxri adına 
layiq görülməsi. 
Mart-sentyabr 1942 
– 416-cı (Taqanroq) milli diviziyanın yaradılması. 
May 1942 
– 77-ci diviziyanın yenidən komplektləşdirilməsi. 
Avqust-sentyabr 1942 
– 271-ci milli diviziyanın yaradılması. 
9 sentyabr 1942 
– Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi. 
22 dekabr 1942 
– Həzi Aslanovun birinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alması. 
1943-
cü ilin payızı – Berlində mühacir Azərbaycan Parlamenti və hökuməti seçilməsi. İyun 1944 
– H.Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adın almaq üçün təqdim edilməsi. 
27 mart 1945 
– Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması. 
1945-1954 
– Mingəçevir SES-nın tikilib istifadəyə verilməsi. 
1947-10-mart-1948-23 dekabr 
– SSRİ Nazirlər Sovetinin Ermənistan SSRİ-dən 
azərbaycanlıların deportasiya edilməsi haqqında qərarlar qəbul etməsi. 
1948 
– Xəzər dənizində dünyada ilk dəfə olaraq neft-mədən estakadasının qurulması. 
1949 
– Azərbaycan SSR-də icbari yeddillik təhsilə keçilməsi. 
1955 
– M.Ə.Rəsulzadənin Ankarada vəfat etməsi. 
1955 
– Azərbaycan televiziyasının fəaliyyətə başlaması. 
1959 
– Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilməsi. 
1962 
– Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi. 
1966 
– İcbari onillik orta təhsilə keçilməsi. 
İyul 1969 – H.Ə.Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. 


1976 
– H.Ə.Əliyevin Azərbaycan İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi. 
1978 
– Azərbaycan SSR-nin Yeni Konstitusiyasının qəbul edilməsi. 
1982 
– H.Ə.Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti 
sədrinin I müavini təyin edilməsi. 
1987 
– H.Ə.Əliyevin Moskvada öz vəzifəsindən istefaya göndərilməsi. 
19 fevral 1988 
– Bakıda-Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqinin keçirilməsi. 
Fevral-dekabr 1988 
– Qərbi Azərbaycanın (indiki Ermənistanın) azərbaycanlılar yaşayan 185 
yaşayış məntəqəsindən 230 min nəfərədək azərbaycanlının qovulması, evlərinin və əmlakının 
talan edilməsi. Bununla da, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorakı 
deportasiyasının başa çatdırılması. 
17 noyabr 
– Bakıda Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda 
milli-
azadlıq hərəkatının başlanması. 17 noyabr hazırda Dirçəliş günü kimi qeyd edilir. 
12 yanvar 1989 
– "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" 
SSRİ Ali Soveti Rəyasət Heyətinin qərar qəbul etməsi. A.Volskinin başçılığı ilə Xüsusi İdarə 
Komitəsinin (XİK) yaradılması. 
16 iyun 1989 
– Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının 
keçirilməsi. Əbülfəz Əliyevin (Elçibəy) AXC sədri seçilməsi. 
23 sentyabr 1989 
– Respublika Ali Sovetinin sessiyasının "Azərbaycan SSR-in suverenliyi 
haqqında" Konstitusiya qanununu qəbul etməsi. 
28 noyabr 1989 
– DQMV-də XİK ləğv edilməsi. Azərbaycan SSR- in Təşkilat Komitəsinin 
yaradılması. 30 dekabr 1989 – Gəncə şəhərinin tarixi adının bərpa olunması. 
31 dekabr 1989 
– Araz çayı boyunca 137 km-lik Sovet-İran sərhəddində qurğuların dağıdılması. 
Həmin gün hazırda Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir. 
20 yanvar 1990 
– Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum 
edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması. 
19 may 1990 
– Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının 
prezidenti vəzifəsinin təsis edilməsi. 
21 may 1990 
– Respublika prezidentinin 28 Mayı Azərbaycan dövlətçiliyinin bərpası günü elan 
etmək haqqında fərman verməsi. 
28 iyul 1990 
– Respublikada demokratik qüvvələrin forumunun keçirilməsi. – 20-dən çox ictimai 
təşkilatın iştirak etdiyi demokratik blokun yaradılması. 
5 fevral 1991 
– Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan 
Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. 1918-1920-ci illərdə fəaliyyət 
göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi 
təsdiq edilməsi. 
30 avqust 1991 
– Respublika Ali Sovetinin növbədənkənar sessiyasında"Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat" qəbul edilməsi. 
5 sentyabr 1991 
– Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması. 
8 sentyabr 1991 
– Azərbaycanda ilk prezident seçkilərinin keçirilməsi. 
14 sentyabr 1991 
– Azərbaycan Kommunist Partiyasının fövqəladə XXXIII qurultayının 
keçirilməsi və partiyanın buraxılması haqqında qərar qəbul edilməsi. 
9 oktyabr 1991 
– Respublika Ali Sovetinin "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında" 
qanu
n qəbul etməsi. 
18 oktyabr 1991 
– "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya 
aktının qəbul edilməsi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi. 
9 noyabr 1991 
– Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə 
tərəfindən tanınması. 
20 noyabr 1991 
– Azərbaycan Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin Dağlıq 
Qarabağda Qarakənd kəndi yaxınlığında vertolyotun vurulması nəticəsində həlak olması. 
26 noyabr 1991 
– Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması. 
26 noyabr 1991 
– Respublika Ali Sovetinin DQMV-nin statusunu ləğv etməsi. 
9 dekabr 1991 
– Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması. 
11 dekabr 1991 
– Azərbaycan Respublikasının müstəqilliyini Rumıniya tərəfindən tanınması. 
13 dekabr 1991 
– Azərbaycan Respublikasının müstəqilliyinin Pakistan tərəfindən tanınması. 
25 dekabr 1991-1992-1993-
cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas 
məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması; 
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının hər il dekabrın 31-nin Dünya 


azərbaycanlılarının həmrəyliyi günü elan olunması haqqında qərar qəbul etməsi; "Latın qrafikalı 
Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsi. 
29 dekabr 1991 
– Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına 
münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin 
Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması. 
25-26 fevral 1992- 
Erməni silahlı birləşmələrinin Rusiyanın Xankəndindəki 366-cı polkunun 
yardımı ilə Xocalı şəhərini işğal etməsi və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətməsi 
(
Xocalı Soyqırımı
). 
2 mart 1992 
– Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması. 
6 mart 1992 
– A.Mütəllibovun prezidentlikdən istefa verməsi. 
4 aprel 1992 
– Azərbaycan respublikası ilə Rusiya Federasiyası arasında diplomatik 
münasibətlər yaradılması haqqında protokol imzalanması. 
8 may 1992 
– Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi. 
may 1992 
– Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının Milli məclisə çevrilməsi. 
18-19 may 1992 
– Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi. 
6 iyun 1992 
– Azərbaycan Ordusunun Goranboy və Ağdərə istiqamətində ilk uğurlu hücum 
əməliyyatına başlaması. 
7 iyun 1992 
– Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin 
prezident seçilməsi. 
25 iyun 1992 
– Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılması. 
10 iyul 1992 -
Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə 
qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması. 
15 avqust 1992 
– Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması. Oktyabr 1992 – ABŞ 
konqresinin "Azadlığı müdafiə Aktı"na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın 
maliyyə yardımından məhrum edilməsi. 
16 oktyabr 1992 
– Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət 
edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi. 
3-4 aprel 1993 
– Kəlbəcər rayonunun Ermənistandan və Dağlıq Qarabağdan erməni hərbi 
birləşmələrin hücumu nəticəsində işğal edilməsi. 
30 aprel 1993 
– BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ilə Ermənistan arasında 
münasibətlər məsələsinə dair 822 saylı qətnamə qəbul edilməsi və Kəlbəcərin işğalının 
pislənilməsi. 
May 1993 
– Avropa Birliyinin Qafqaz və Mərkəzi Asiyada nəqliyyatın İnkişafına dair TRASEKA 
proqramını qəbul etməsi. Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara dəniz-
Cənubi Qafqaz-Xəzər dənizi Mərkəzi Asiya istiqamətində nəqliyyat dəhlizinin İnkişaf 
etdirilməsinə xidmət edir. 3 Cənubi Qafqaz və 5 Mərkəzi Asiya ölkəsi onun iştirakçısıdır. 
4 iyun 1993 
– Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması. 
15 iyun 1993 
– H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan 
həmin günün "Qurtuluş" günü kimi qeyd edilməsi. 
23 iyul 1993 
– Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması. 
18 avqust 1993 
– Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması. 
21-23 avqust 1993 
– Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması. 
23 avqust 1993 
– Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu işğal etməsi. 
31 avqust 1993 
– Qubadlı rayonunun işğal edilməsi. 
24 sentyabr 1993 
– Azərbaycan Respublikasının MDB-yə daxil olması. 
3 oktyabr 1993 
– H.Əliyevin Respublika Prezidenti seçilməsi. 
30 oktyabr 1993 
– Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması. 
20 sentyabr 1994 
– Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) 
arasında neft konfraktlarının ("Əsrin müqaviləsi"də adlanır) imzalanması. 
Oktyabr 1994 
– Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması. 
Mart 1995 
– Dövlət çevrilişinə cəhdin iflasa uğraması. 
5 iyun 1995 
– H.Əliyevin sədrliyi ilə Azərbaycan Respublkası Konstitusiyası layihəsini 
hazırlayan komissiyanın ilk iclasının keçirilməsi. 
24 noyabr 1995 
– Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması. 
Fevral 1996 
– Müstəqil Azərbaycan Gənclərinin I forumunun keçirilməsi. 
22 aprel 1996 
– Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq 
haqqında saziş imzalanması. 


3 iyun 1996 
– Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk 
şəhərində "Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda" 
bəyənnamə verməsi. 
İyul 1996 – Bakıda yeni televiziya qülləsinin istifadəyə verilməsi. 
Avqust 1996 
– "Dədə Qorqud" dəniz qazma qurğusunun istismara verilməsi. 
Noyabr 1996 
– Azərbaycanın dahi şairi M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş 
yubi
ley tədbirlərinin keçirilməsi. 
2-3 dekabr 1996 
– ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi 
bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi. 
10 aprel 1997 
– Azərbaycan Respublikasının prezidenti yanında Təhlükəsizlik Şurasının 
yaradılması. 
20 aprel 1997 
– "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyinin qeyd olunması haqqında 
prezident fərmanının verilməsi. 
16 may 1997 
– Azərbaycan Respublikasının Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə 
qoşulması. 
19 iyun 1997 
– 
Özbəkistanda
 
Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyinin 
açılması. 
25 oktyabr 1997 
– Azərbaycan neftinin Şimal marşrutu-
Bakı-Novorossiysk neft kəməri
 
ilə nəql 
edilməsinə başlanması. 
12 noyabr 1997 
– 
ARDNŞ
-
lə xarici neft şirkətləri arasında bağlanmış "Əsrin 
müqaviləsi"əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi 
18 dekabr 1997 
– Azərbaycan Respublikası prezidentinin "1948-1953-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə 
deportasiyası haqqında" fərman imzalanması. 
30 yanvar 1998 
– Azərbaycan Respublikasının prezidentinin Azərbaycan Xalq Cumhuriyyəti 
yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam verməsi. 
10 fevral 1998 
– Milli Məclisin Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun 
qəbul etməsi. 
26 mart 1998 
– Azərbaycan Respublikası prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 
fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi. 
10 aprel 1998 
– "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan 
Respublikasının qanununun qəbul edilməsi. 
28 aprel 1998 
– Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi. 
18 iyun 1998 
– İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi. 
8 avqust 1998 
– "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi 
sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin fərman imzalaması. 
Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini 
mühafizə edən baş idarənin-"Qlavlit"in ləğv edilməsi. 
8 sentyabr 1998 
– Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. 
"Avropa- Qafqaz-
Asiya" dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli 
saziş və Bakı bəyannaməsinin imzalanması. 
14-15 sentyabr 1998 
– Azərbaycan qadınlarının qurultayının keçirilməsi. 
25 sentyabr 1998 
– Azərbaycan müəllimlərinin qurultayının keçirilməsi. 
11 oktyabr 1998 
– Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci 
dəfə prezident seçilməsi. 
29 dekabr 1998 
– Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Azərbaycan 
Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməsi. 
Aprel 1999 
– 
Bakı-Supsa neft kəmərinin
 
işə salınması. 
22 iyun 1999 
– "
Milli arxiv fondu
 
haqqında" Azərbaycan Respublikasının qanununun qəbul 
edilməsi. 
30 sentyabr 1999 
– Bakıda 
Binə beynəlxalq hava limanın
ın yeni binasının açılması. 
18 noyabr 1999 
– Azərbaycan neftinin 
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
 
vasitəsilə 
nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında 
saziş imzalanması. 
12 dekabr 1999 
– Azərbaycanda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi. 
Aprel 2000 
– "
Kitabi-
Dədə Qorqud
" dastanının 1300 illik yubileyinin təntənə ilə qeyd edilməsi. 
May 2000 
– Azərbaycan Respublikasının Milli Məclisinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 


kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqaviləni ratifikasiya etməsi. 
5 noyabr 2000 
– Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi. 
Noyabr 2000 
– Bakı və 
Sumqayıt
 
şəhərlərində güclü zəlzələnin baş verməsi. 
• 
25 yanvar
 
2001
 
– 
Azərbaycan Respublikasın
ın 
Avropa Şurasına
 
tamhüquqlu üzv qəbul 
edilməsi. 
• 
9 avqust
 
2001
 
– 
Azərbaycan Respublikasın
ın Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-
nin 
Azərbaycan əlifbası
 
və 
Azərbaycan dili
 
günü elan edilməsi. 
• 
9-
10 noyabr
 
2001
 
– 
Bakıda
 
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi. 
• 
14 oktyabr
 
2009
 
– 
Bursada
 
keçirilən 
Türkiyə
-
Ermənistan
 
milli matçı 
zamanı 
Azərbaycan
 
bayraqlarının stadiona buraxılmaması ilə bağlı 
FİFA
 
baş katibi və 
təşkilat komitəsi sədrinin imzası ilə 
Türkiyə Futbol Federasiyasın
ın baş katibi 
Əhməd 
Güvənər
ə göndərilən məktubun
[1]
 
icrasından sonra 
Azərbaycan
 
və 
Türkiyə
 
arasında bayraq 
qalmaqalı başlanmışdır. 
Dəniz kəşfiyyatının başlanması[redaktə | əsas redaktə] 
1946-cı ildə “Gürgan” yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül 
qurulmuşdur.[2] 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda 
“Dənizneftqazlayihə” Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki 
qurğuların layihələndirilməsinə başlanılmışdır.[2] 1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki 
qurğular kompleksi tikilmişdir.[2] 1955-ci ildə «Qum-dəniz» yatağının işlənilməsinə başlanmışdır.[2] 
1954-1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə 
isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır.[13] Qurum 1970-ci ilin avqustunda 
yenidən "Azərneft" adlandırılmışdır.[13] 
Neft Daşları[redaktə | əsas redaktə]Neft daşları 
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan 
Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və 
Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.[4] Neft Daşları Ginnesin 
Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.[14] Sonralar Xəzərin Azərbaycan 
sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqlar 
mənimsənilmişdir.[1] 
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək[15] və 13 
metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər 
faciəli şəkildə həlak olmuşdur.[16] Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.[15] 
1960 və 1980-ci illərdə offşor kəşfiyyatı[redaktə | əsas redaktə] 
1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.[8] Azərbaycanda Naftalan neftinin 
tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və 
tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur.[8] 1966-cı ildə 
"Kürsəngi"yatağınınişlənilməsinə başlanmışdır.[2] 1970–1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə 
"Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə 
"Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" 
kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya 
gətirilmişdir.[2] 


1970–1988-ci illərdə Azərbaycan neftçiləri ("Xəzərdənizneftqaz" İstehsalat Birliyi) tərəfindən Xəzər 
dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar 
edilmişdir.[2] 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır.[2] 
1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanmışdır.[2] 1980-cı ildə «Günəşli» yatağının 
dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır.[1][4] 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu 
(indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir.[2] 1985-ci ildə "Çıraq" 
yatağı kəşf edilmişdir.[1][4] 1987-ci ildə «Azəri» yatağı kəşf edilmişdir.[1][4] 1988-ci ildə «8 Mart» 
yatağının işlənilməsinə başlanmışdır və "Kəpəz" yatağı aşkar edilmişdir.[2] 
Erkən 1990-cu illər[redaktə | əsas redaktə] 
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 
dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır.[13] Neft 
sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin 
idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək 
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə 
"Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan 
Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.[13] 1993-cü ildə “Azərneftyanacaq” Neft Emalı 
Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) “Katalitik krekinq" qurğusu 
istifadəyə verilmişdir.[2] 
Əsrin müqaviləsi[redaktə | əsas redaktə]Əsrin müqaviləsi sazişinin imzalanması anı 
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi 
müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[17] "Əsrin müqaviləsi" adı ilə 
tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının 
dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay 
şəklində bölüşdürülməsinə səbəb oldu.[18][17] 
Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), 
ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 
faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim 
Ortaklığının" (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var 
idi.[17] 
Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf 
konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının 
həyata keçirilməsinin təzahürü idi.[19] Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında 
Heydər Əliyev demişdir: 
1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu 
strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən 
neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən 
ibarətdir.[4] 

Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət 
göstərdi.[20] Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni 
neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.[20] 1997-ci ildə Bakı–Novorossiysk 
Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.[21] 


1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti 
Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və 
Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.[4] "Çıraq" yatağından hasil 
olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti 
şimala yox, qərbə istiqamət götürmüşdür.[4] 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün 
gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan 
Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 
vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar.[4] Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, 
Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni 
dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar.[4] Bununla da Azərbaycanın uzunmüddətli siyasi, 
iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni 
zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım 
atılmışdır.[4] 
1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 
1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.[22] 
XIX əsr[redaktə | əsas redaktə]Mövcud vəziyyəti[redaktə | əsas redaktə] 
Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi 
2006-cı ilin payızında "Şahdəniz" yatağından ilk qaz alınmışdır.[2] Həmin ilin mayın 28-də ilk neft Bakı-
Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına çatmışdır.[23] İyulun 13-də Ceyhan limanında kəmərin 
rəsmi açılış mərasimi keçirilmişdir.[24] 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə 
verilmişdir.[2] Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il 
Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.[25] 
2012-ci ildə Bloomberg agentliyinin verdiyi məlumata görə, Azəri-Çıraq-Günəşlidən hasil olan resurslar 
ölkə istehsalının 78 faizini təşkil edirdi.[26] Həmin ilin iyunun 26-da İstanbulda Prezident İlham Əliyev və 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi 
üzrə sənədlərin imzalanması mərasimi 2012 keçirilmişdir.[27] 
2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında yanğın nəticəsində 63 nəfər zərər çəkmiş, 
onlardan 30 nəfər dünyasını dəyişmişdir.[28][29][30][31] Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham 
Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.[32] 2016-cı ilin 15 dekabr 
tarixində aniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-
Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın 
uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçması nəticəsində 10 nəfər nəfər dünyasını 
dəyişmişdir.[33][34] 
Siyasətdə rolu[redaktə | əsas redaktə]

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin