26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi


partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi


partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb.
[2]
 2015-ci il 
avqustun 25-
də gecə saatlarında 
PKK
 
terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz 
kəmərinin 
Qars
 
vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış 
kəmərin 
Qars
 
vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il 
sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" 
şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən 
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
[3]
 
Azərbaycanda neft sənayesinin inkişaf tarixinə dair qısa arayış 
Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa 
başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI 
əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə 
olaraq 1836-cı ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş və onun tərkibini müəyyən etmişdir. 
Professor K.V. Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış və təsərrüfat işləri üçün təbii 
qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişlər. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk 
neft quyusu 1847-ci ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu 
XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin 
qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. Azərbaycan dünyada təkcə ilk neft-
qaz hasilatçısı kimi deyil, həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu 
ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft 
və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft 
kəməri çəkilir. Aşağıda Azərbaycanın neft sənayesi tarixində baş vermiş ən mühüm hadisələr qeyd 
olunmuşdur: 
1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu 
qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. 
1872-1873-cü illərdə, ABŞ-dan 15 il əvvəl quyu nasosundan istifadə edilib. 
1877-ci ildə neft məhsullarının daşınması üçün ilk metal korpuslu “Zoroastr” (“Zərdüşt”) tankeri 
istifadəyə verilib. 
1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar “Bakı üsulu” adı ilə 
məşhurlaşıb. 


1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb və Azərbaycan neft hasilatı 
sahəsində dünya liderinə çevrilib. (Bu zaman ABŞ-da ildə cəmi 9,1 milyon ton neft hasil olunurdu). 
1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq 
edilmişdir. 
1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur. 
1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili 
quyu qazılıb istifadəyə verilib. 
1949-cu ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının 
əsasını qoydu. 
1971-ci ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı. 
1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” 
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil 
olmuş saziş imzalandı. Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qoyuldu. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin