26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi


SOCAR- ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi

SOCAR-
ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 
20-
si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.
Quru sahəsindəki 
Balaxanı-Sabunçu-Ramana yatağı 1871-ci ildən istismar olunur. Balaxanı-Sabunçu-Ramana yatağının 
işlənməyə başlanması nəticəsində əsası 1848-ci ildə qoyulmuş Azərbaycan neft sənayesinin daha sürətli 
inkişaf dövrü başlamışdır.
SOCAR-
ın "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli 
"Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı 
Səhmdar Cəmiyyətinin maddi texniki bazasında yaradılmışdır.
İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, 
paylanması və satışını həyata keçirir. Tərkibində Təmir-tikinti İdarəsi, Anbar təsərrüfatı və digər istehsalat 
funksiyalarını yerinə yetirən İdarələri, Departamentləri və Sahələri birləşdirən Birlikdə alim, mühəndis, 
qulluqçu və texniki heyətdən təşkil olunmuş əməkdaşlar çalışır. İstehsalat Birliyi ölkəmizin bütün 
regionlarını əhatə edən 1,954 milyondan çox istehlakçını təbii qazla təmin edir. Bu funksiyanın icrası üçün 
qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji 
obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur. 
SOCAR tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili 
istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində 
intensiv iş aparılır.
Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ 
aktlar, SOCAR-
ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin