Qafqaz Universiteti Materiallar


AZƏRBAYCANDİLİNİNQƏRB ŞİVƏSİNDƏ ARXAİKLƏŞMİŞ SÖZLƏR



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə15/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

AZƏRBAYCANDİLİNİNQƏRB ŞİVƏSİNDƏ ARXAİKLƏŞMİŞ SÖZLƏR 

(M.KAŞĞARİNİN "DİVANÜ LÜĞAT-İT-TÜRK" ƏSƏRİ ƏSASINDA) 

 

Vüsalə QURBANOVA 

ADPU 

qurbanovavusale@gmail.com 

AZƏRBAYCAN 



 

 Türkologiyanın ilk əsəri olan "Divanü lüğat-it-türk" həcm etibarilə də ən iri və ən zən-

gin bir kitabdır. Bu əsər bir çox türk xalqlarının dillərini müqayisəli şəkildə öyrənmək baxımın-

dan dövrümüzdə  də öz aktuallığını saxlamaqdadır. "Divan"da Oğuzlar haqqında maraqlı 

məlumatlara da rast gəlirik : "İslam dinini qəbul etdikdən sonra türkmən adlanmışlar. Səlcuq 

Sübaşı, Toğrul, Çağrı, Alp Arslan, Məlikşah və Osmanlı sultanları ən görkəmli oğuz başbuğ-

larıdır. (504) 

"Divanü lüğat-it-türk" əsərini fonetik, leksik, morfoloji, semantik və s. baxımdan tədqiq 

etmək mümkündür. Mahmud Kaşğari "Divan"da bu sözləri isimlər, fellər və s olmaqla hərflər 

üzrə bölmüşdür. Professor Ə. Tanrıverdiyevin "Azərbaycan dilinin tarixi qrammatikası" kita-

bında qeyd etdiyi kimi, "Divan"dakı sözlərin bir hissəsi Azərbaycan dilinin qərb şivələrində 

ilkin forma və semantikasına uyğun işlənir".  

"Divanü lüğat-it-türk" əsərində eynilə müasir ədəbi dilimizdə olduğu kimi feilin quru-

luşca üç növü vardır. Abidədəki feillərin böyük əksəriyyəti sadə feildir. Məsələn: almak, bak-

mak, atmak, bilmək, içmək, körmək.  

 Düzəltmə fellər isə əsasən aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir: 

1. -la, -lə. atlamak, közləmək 

2. -lan, -lən. atlanmak, közlənmək 

3. -lat, -lət. atlatmak, közlətmək 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

854



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

4. -laş, -ləş. atlaşmak, közləşmək 

5. -at, -ət. atatmak, közətmək 

6. -ış


4

. atışmak 

7. -ıl

4

. atılmak 



8. -ın

4

. alınmak 



9. -ıt

4

. korkutmak 



10. -dır

4

. aldırmak 



11. -sa, -sə. atsa, körsə 

12. -msın

4

. Bu şəkilçi əslində olmayan bir hərəkəti olmuş kimi göstərmək mənası yara-



dır. barımsındı = evə gedirmiş kimi göstərmək. 

 Azərbaycan dilinin qərb şivəsində arxaikləşmiş sözlərin bir çoxu da "Divanü lüğat-it-

türk" əsərindəki lüğətdə mövcuddur. Düzəltmə fellərin bir neçəsinə nəzər salaq: 

Yaprattı - "at kulakın yaprattı = at qulağını şəklədi". At bir şeyə təpik atacağı və ya bir 

şeydən qorxduğu an belə edir. (333) 

Yapratmaq - (Qazax) şəkləmək, yastılamaq. At qulağlarını yapratıf geler. 541 

Tomurdu - ər yığac tomurdu = adam ağacı dirək kimi dəyirmi şəkildə kəsdi. (119) 

Tomar- (Şəmkir) ucları bir birinə qarışmış, dəyirmi formada olan kol-kos. Ujdarı bir-

rəşsə şivlərin tomar olar. (501) 

Arındı - ər arındı = adam təmizləndi, yuyundu. (246) 

Arıtdamax-(Qazax, Tovuz)-təmizləmək.Yetim bir çuvux kəsdidi, arıtdadı, xanıma verdi. (26) 

 "Divan" da digər nitq hissəsinə mənsub sözlərin də vaxtilə dilimizin qərb şivəsində iş-

ləndiyi məlum olmuşdur. Misal üçün düzəltmə isimlərə nəzər yetirək: 

Bağır - qaraciyər, "heç kimə boyun əyməyən adama bedük bağırlığı" deyilir ki, "ciyəri/ 

bağrı böyük" deməkdir. (366) 



Bağır-(Gəncə, Qazax, Şəmkir)-qaraciyər. Bağır kavavı yaxşı olur; Qoyunun bağrınnan yaxşı 

kavaf yedix`; Lət ürəx`də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar. (35) 

Ətəklik - ətəklik böz = ətək tikiləcək bez. (207) 

Ətəx` - (Borçalı) -qadın paltarı adı. Söylü özünə bir ətəx` tix`di.(166) 

Ətəx`lix` - (Qazax, Gəncə, Şəmkir, Tovuz) döşlük, önlük (166) 

Tütək - aftafa və cürdəyə bənzər şeylərin lüləsi. (387) 

Tütək - (Qazax) lülə. Avcı tütəyi ceyrana tuşladı. (499) 

Təzik - xalq arasında çaxnaşma. (387) 

Təzix` - (Qazax, Borçalı) hürkmək, ürkmək, çaxnaşmaq. Təzikif getməx`. (349) 

Göründüyü kimi "Divanü lüğat-it-türk" lüğətinə daxil olmuş bir çox sözlər Azərbaycan 

dilinin digər  şivələrində olduğu kimi Qərb  şivəsində  də  işlənmişdir. Bu sözlərin bir qrupu 

müasir dövrümüzdə də işlənir, bəziləri isə arxaikləşərək lüğət fondumuzu tərk etmişdir 



 

 

MƏTN KOMPONENTLƏRİNİN AKTUAL ÜZVLƏNMƏSİNDƏ                   

SÖZ SIRASININ ROLU 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 



pearl087@hotmail.com 

AZƏRBAYCAN 



 

Bildiyimiz kimi, cümlənin qrammatik üzvlənməsi ilə yanaşı, eyni zamanda xüsusi bir 

üzvlənmə  səviyyəsi də vardır ki, bu səviyyə cümlənin aktual üzvlənməsidir. Qrammatik 

üzvlənmə dedikdə, cümlənin məlum beş üzvə ayrılması, aktual üzvlənməsi dedikdə isə 

cümlənin tema və remaya ayrılması nəzərdə tutulur. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

855



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mətnin semantikasının öyrənilməsində  mətn komponentlərinin aktual üzvlənməsinin, 

yəni tema – rema  əvəzlənməsinin böyük rolu vardır. Cümlədə sözlərin və söz birləşmələrinin 

yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual üzvlənməsi ilə bağlı olur və söz 

sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir. Prof. Kamal Abdullayev “Azərbaycan 

dili sintaksisinin nəzəri problemləri” kitabında yazır: Cümlənin aktual üzvlənməsi mümkün 

olan başqa  üzvlənmələrindən öz funksional yönü ilə  fərqlənir. Funksional sintaksisin  əsas 

tədqiqat obyektlərindən biri olan aktual üzvlənmə prinsip etibarilə cümləyə yalnız onun 

quruluşundan çıxış edib, qiymət vermir, bu quruluşu sərhədlərindən kənara çıxarır”. 

Mətndə müəyyən məqsədlə işlədilən hər bir cümlə “məlum olan”ı bildirən və dilçilikdə 

“tema” adlandırılan çıxış nöqtəsinə  və “yeni”ni bildirən, “rema” adlandırılan hissəyə malik 

olur. Tema həm danışanın, həm qəbul edənin ümumi bilik bazasıdır. Bu ümumi bilik olmasa, 

prinsip etibarilə informasiya ötürmək nöqteyi-nəzərindən irəli addım atmaq mümkün olmaz. 

Tema cümlələr arasında semantik bağlılıq yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan 

sonrakı cümlədə müəyyənləşir. Rema isə  əksinə, məlumatın  əsas nüvəsini və canını  təşkil 

edir. Hər bir cümlədə verilən yeni informasiya remanı  təşkil edir. Rema məntiqi vurğu ilə 

fərqləndirilir və cümlənin kommunikativ mərkəzini təşkil edir. Cümlənin strukturu danışanın 

məqsədindən, tema və remanın cümlədə necə yerləşdirilməsindən asılı olur. Tema cümlənin 

çıxış nöqtəsi kimi cümlənin  əvvəllində, rema isə fikir ifadəsinin  əsas məqsədini – “yeni”ni 

bildirməklə sonra işlənir. Bu hal cümlənin komponentlərinin belə bir ardıcıllıqla düzülüşü 

fikrin məntiqi ifadəsinə xidmət edir. 

 Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və intonasiyadır. Ədəbi 

dilimizin normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra 

işlənir; temada ton nisbətən yüksək olur, rema isə  məntiqi vurğu ilə, nisbətən aşağı tonda 

tələffüz edilir. Prof.Qəzənfər Kazımov yazır: “Rema vasitəsilə tema - təbiət hadisələri, 

müxtəlif proseslər,  şəxslər və  əşyalar, ayrı-ayrı faktlar, zaman, şərait və s. haqqında yeni 

məlumat verilir, müxtəlif məsələlər dəqiqləşdirilir.” 

Azərbaycan dilində digər müxtəlif sistemli dillərdə olduğu kimi cümlə üzvünün 

aktuallaşması yazılı dildə  əsasən söz sırasının hesabına həyata keçirilir. Dilimizin kəskin, 

sabit, möhkəm söz sırasına malik olması aktual üzvlənmə elementlərinin təzahürü üçün çox 

münbit bir zəmin yaradır. Söz sırası sabit olduğu zaman aktuallaşma nəticəsində baş verən hər 

hansı yerdəyişmə cümlənin quruluşunda çox aydın, qabarıq  şəkildə onun əsas səthindən 

seçilir.Azərbaycan dilinin qrammatik quruluşuna  görə cümlədə sözlərin müəyyən  sırası  var. 

Əgər  cümlə müxtəsərdirsə, mübtəda birinci, xəbər isə ikinci gəlir.  Geniş cümlələrdə  də 

mübtəda ilə xəbərin sırası yuxarıdakı kimi olur: mübtəda əvvəldə (təyin varsa, təyindən sonra) 

xəbər cümlənin sonunda gəlir. Tamamlıqlar mübtədadan sonra, xəbərdən əvvəl, zərfliklər isə 

daha çox xəbərin yanında əvvəlində olur.Lakin  bu, o demək deyil ki, cümlə üzvlərinin yeri 

heç vaxt dəyişə bilməz. Bəzən zərflik tamamlıqdan, hətta mübtədadan da digər cümlə 

üzvlərinə nisbətən əvvəl gələ bilər 

Müxtəsər cüttərkibli cümlələrdə mübtəda temaya, xəbər remaya uyğun gəlir; məsələn: 



Leyla oxuyur –cümləsində Leyla tema, oxuyur remadır. Əgər bu cür cümlələrdə tema və rema 

yerini dəyişsə (Oxuyur Leyla), qrammatik və aktual üzvlənmə uyğun gəlməz: oxuyur – tema, 

Leyla –rema olacaqdır, lakin həmin sözlərin əvvəlki qrammatik funksiyası qalacaqdır: oxuyur 

– xəbər, Leyla – mübtəda. Geniş cümlələrdə isə qrammatik üzvlənmə beş cümlə üzvünün 

müəyyənləşdirilməsini tələb edir. Aktual üzvlənmədə  isə söyləm hökmün üzvlərinə - subyekt 

və predikata müvafiq olaraq iki üzvə - tema və remaya ayrılır. Bu cür hallarda tema mübtəda 

zonasına, rema xəbər zonasına uyğun ola bilir. 

Beləliklə, məlumatı tema ilə dəqiqləşdirilmiş remanı cəminə bərabərləşdirmək mümkün-

dür. Və bu hal istənilən dildə predikatların müəyyənləşməsində əsas çıxış nöqtəsi ola bilər. 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

856



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU                    

TERMİNLƏRİNİN MƏNŞƏYİ 

 

Rəna MƏMMƏDOVA 

 

Bakı Slavyan Universiteti 



rena.memmedova.1991@inbox.ru 

AZƏRBAYCAN



 

 

Qohumluq terminləri dilin ən qədim semantik sahələrindən olduğu üçün bu termin-lərə 



tarixi yazılı abidələrdə  də rast gəlinir. Həmçinin, bir çox türk dillərində  işlənən ortaq qo-

humluq terminləri mövcuddur. 



Ağadadaş – ağa böyük deməkdir. Ağadadaş “böyük dadaşdır” (Həm ad kimi işlədilir, 

həm də kiçiklərin böyüklərə müraciət formasıdır). 



Ana – Tuva dilində bu sözün yerinə iyə (qida verən) işədilir. Görünür, ana sözü iyə sö-

zünün dəyişmiş formasıdır. İyə isə öz növbəsində yemək feli ilə bağlıdır, “кормилица” de-

məkdir (mənbələrdə ana sözünün ruscaya tərcüməsi məhz bu cür verilmişdir. 

Ata – nəinki türk dillərində, hətta latın dilində, elamlarda və s. işlədilmişdir. Amma türk 

dillərində daha geniş yayılmış və dədə, ata babası, əmi, böyük qardaş, erkək adam anlamlarını 

əks etdirmişdir. Noqay, tatar, başqırd dillərindəindi də kişi (yəni erkək adam) mənasını 

bildirir. Çox maraqlıdır ki, bir çox dillərdə dədə “ata babasına” deyirlər. Ehtimal ki, aba (böyük 

bacı, ana və s.) və baba sözləri eyni kökdən törəyib, süd tərəflə bağlı işlədilir. Ata, dədə isə 

kök tərəflə bağlı olub və daha çox erkək mənasına uyğun gəlib. Dədə və ata eyni kökdəndir, 

bütün başqa dillərə türk dilərindən keçib. Qədim mənası kişi (erkək) deməkdir. Sözün başqa 

yozumu da mümkündür: ruslarda отец sözü “o” səsi ilə başlayır. Bizdə od, ocaq sözü də ailə, 

ev mənalarında işlədilir. Oтец və od sözləri arasındakı fonetik yaxınlığa əsasən deyə bilərik 

ki, ata – “od başçısı” (ailə başçısı, ocaq rəhbəri, ocaq yandıran) deməkdir. 



Qağa – “ağa” (böyük) sözünün dəyişmiş formasıdır, əvvəllər “böyük qardaş” mənasın-

da işlədilib. 



Qardaş – bu söz qarın və daş kəlmələrindən əmələ gəlib, “bir qarında olanlar” demək-

dir. Qıza da qardaş demişik, oğlana da. İndi təkcə oğlana deyirik ( bəzi başqa türk dillərində 

indi bacıya “qız qardaş deyirlər). 

Qız – mənbələrdə “qısır qısraq” ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyib-

lər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlan-

dırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qız və qısır eyni kökə malikdir. İndi 

qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva 

dilində qız (qıs) “dişi mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən ya-

ranmışdır. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə qız it 

birləşməsindən istifadə olunur. Rus dilində дочъ və доитъ sözləri eyni kökə malikdir “дочъ” 

– süd verə bilən,yəni dişi deməkdir. 



Dayı – ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza – xala, dağay – dayı, day-

baş – ana babası kimi şərh olunub. Ata tərəfdən qohumlar əm sözü ilə bağlıdır (əmi – atanın 

qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.). Bu əmmək feli ilə qohumdur, eyni döşdən 

süd içənlər deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir k, həmin 

kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “Doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. 

Əmi  –  mama  sözü  “əmiyə oxşayan” deməkdir (eyni məməni  əmmiş olan). Dayza isə 

doğana (anaya) oxşayandır. Latın dilində xalaya matertera (подобная  матери) deyirlər. 

Deməli əmi və mama (bibi), eləcə də dayı və dayza (xala) kökdaş sözlərdir. 

Yadıca – nəvədən sonra nəticə  gəlir, üçüncü uşaq kötücə,dördüncü nəbibə, beşinci 

nədidə, altıncı yadıca, yeddinci isə tullancı adlanır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

857



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), ya-

dıca (yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni 

yedi arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır. 



Mama – bibi mənasında işlədilir (bibi ərəb sözüdür), əmi sözü ilə qohumdur, “eyni döş-

dən süd əmən” deməkdir. Əsli əvvəl əmə, sonra məmə kimi olub. 



Nəvə - nəvə, nəticə, nəbibə, nədidə kimi sözlər alınmadır. Bizdə nəvə yerinə torun işlə-

dilib, görünür, törəmək sözü ilə bağlıdır. Kötücə, yadıca, iticə, tullancı kəlmələri də öz sözləridir. 



Nədidə - farsca “görünməyən” deməkdir. Nəticənin uşağına nədidə deyirlər (bizdə 

“kötücə” sözü işlədilib). Farsca “didən” (görmək) məsdərinin qrammatik əsası bin sözüdür 

(zərrə bin və s.). 

Nənə - serb dilində bu söz ana, polyak dilində dayə, hind dilində ana, alban dilində qida-

landırıcı (dayə), bolqar dilində xala, fin dilində “məmə” (döş) mənalarında işlədilir. Няня for-

masında rus dilinə də keçib. Belə zənn edirəm ki, ana sözü ilə qohumdur və başqa dillərə türk 

dillərindən keçib. 



Oğul – indi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər 

(indi də qalmaqdadır). Söz doğul feli zəminində əmələ gəlib, oğlaq da buradandır (qabaqlar 

quzuya da oğlaq deyilib). Yakutiada (saxa dilində) oğo “uşaq” deməkdir, oğolon “родитъ” ki-

mi tərcümə edilib. Bu bir daha sübut edir ki, oğlan və doğmaq sözləri eyni kökə malikdir. Başqa 

dillərdə də belədir: сын sözü ruslara qədim hind dilindən keçib, doğmaq anlayışını əks etdirir. 

Xala – bizdə ananın bacısına dayza deyiblər. Xala alınma sözdür. Fars dilində dayı əvə-

zinə xal işlədirlər. Xal və xala, dayı və dayza sözləri necə də uyğun gəlir! 

 

 

AZƏRBAYCAN ŞİFAHİ FOLKLORUNDA “ATALAR SÖZLƏRİ            



VƏ BAYATILARDA” İŞLƏNƏN HİDRONİMLƏR 

 

Lalə HÜSEYNOVA 

Bakı Slavyan Universiteti 

lhuseynova22@gmail.com 

AZƏRBAYCAN 

 

Dilimizin onomastik vahidləri xalqımızın qədim və  zəngin sərvətidir. Xalqımızın bir 



dövlət kimi təşəkkülündə, millət kimi formalaşmasında, əsrlərdən bəri onun müqəddəsliyinin 

qorunmasında, xalqın təfəkkürünün, dilinin, adət- ənənələrinin xalqın sosial və mədəni həyatı-

nın əksi özünü adlarda göstərir. 

Dilimizdəki adlar-onomastik vahidlər müxtəlif qruplara bölünür. Bu bölgülər içərsində 

hidronimlər xüsusi əhəmiyyət kəsb edir. Hidronim yunan sözüdür, hidos və onoma sözlərinin 

birləşməsindən əmələ gəlmişdir. Yunan dilində hidos “su”, onoma “ad” deməkdir. Dilçilikdə 

su ilə, su mənbələrinin adları ilə əmələ gələn xüsusi adlar - bulaq, çay, göl, şəlalə, dəniz, okean 

adları hidronim adlanır. Azərbaycan dilinin lüğət tərkibində hidronimlərin miqdarı olduqca 

çoxdur. Azərbaycan tarixini hərtərəfli öyrənmək baxımından daha çox əhəmiyyət kəsb edən 

tayfa, qəbilə və qədim yer adlarının mühafizə edib saxlayan hidronimləri öyrənmək, xüsusilə 

onların  şifahi folklorda necə yaşadığını hansı  dəyişikliyə  uğradığını müəyyənləşdirmək çox 

vacibdir.  Su obyektlərinin adının formalaşması uzaq keçmişlərə gedib çıxır ki, bu da 

insanların ta qədimdən suya olan böyük ehtiyacı ilə bağlıdır.  

Azərbaycan dili qədim və zəngin hidronimik leksikaya malikdir. Folklorumuzun demək 

olar ki, bütün janrlarında hidronimlərə rast gəlirik. Xüsusilə Atalar sözləri və bayatılar 

hidronimlərlə  zəngindir. Folklorda tez-tez adı  çəkilən hidronimlər; Kür, Araz, Tərtər, Arpa 

çayı, Ağdərə gölü, Şahbulaq, Zümrüd bulaq və s. göstərə bilərik. Bu adlar nəinki folklorda, ta-

rixi mənbələrdə, səyyah və coğrafiyaşünasların da əsərlərində də özünü göstərir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

858



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şifahi folklor janrının bir nümunəsi olan atalar sözləri keçmişdən bu günə, bu gündən 

gələcəyə əcdadlarımızın bizə nəsihətləri və vəsiyyətləridir. Müdriklik xəzinəsi olan atalar söz-

ləri milli dəyərlər sisteminin göstəricisi olduğu qədər də milli dilin qrammatik, leksik, semantik 

xüsusiyyətlərinin daşıyıcısı, onun məna yükü, ifadə imkanlarının da göstəricisidir. Atalar söz-

lərində dilimizin onomastik vahidlərinin bütün örnəklərinə rast gəlmək mümkündür, xüsusilə 

hidronimlər bu sırada diqqəti cəlb edir.  

Atalar sözlərində  işlənən hidronimlər: “Araz aşığındandır, Kür topuğundan”, / “Hər 

guruldayan  Kür deyil”, / “Hər aparan su Araz deyil”, / Araz axır, gözüm baxır”, / “Araz, altını 

da bilirəm üstünü də”, / “Araz duru, Kür sarı”, /  “Araz axır, Kür baxır”. 

Azərbaycan şifahi folklorunun lirik qolunun  geniş, çoxçeşidli janrlarından biri də baya-

tıdır. Bayatılar insan həyatının canlı poetik salnaməsidir. Bayatıların yaradıcısı olan xalq öz 

həyat tərzini, duyumlarını xüsusilə dilini bu janrda yaşatmışlar. Bayatılarda dilimizin leksik 

zənginliyi özünü göstərir. Burada onomastik vahidlər, xüsusilə toponimlər və hidronimlər öz 

zənginliyi ilə seçilir 

Bayatılarda işlənən hidronimlər: “Araz, Araz xan Araz , Gəl eyləmə qan Araz, Qoy ge-

dim yar gözləyir, Nədir bu tüğyan Araz?”, / “Arazam Kürə bəndəm, Bülbüləm gülə bəndəm. 

Dindirmə qan ağlaram, bir şirin dilə bəndəm.”,  / “Araza gəmi gəldi, mən dedim, hamı gəldi. 

Sən ağla ay gözlərim, Ayrılıq dəmi gəldi”, / “Araz, Araz, can Araz! Mən sənə qurban Araz! 

Zaman məni yandırdı, Sən də alış, yan, Araz!”. / “Qateq daşar, Kür daşar, Çıxıb körpüdən aşar. 

Mən dərdimi danışsam, Dağlar, daşlar ağlaşar.”, / “Çimdim  Gəncə çayında, Baharında, yayında. 

Mən azadlıq quşuyam, Düşmən canın hayında.”, / “Arpa çayı dərindi, Suyun içdim sərindi. 

Nə yatıbsan dur, oğlan, Keçən bu nazpərindi.”və s. 

Göstərilən şifahi folklor nümunələrinə nəzər salsaq görərik ki, həm bayatılarda, həm də 

atalar sözlərində ən çox işlədilən hidroobyekt adı Araz və Kür adlarıdır. Bu da təsadüfi de-

yildir, çünki Azərbaycan ərazisində ən böyük çaylar Araz və Kürdür. Kür -  Azərbaycanda və  

bütün Qafqazda ən böyük çaydır. Hidronimə ilk dəfə Ptolomeyin “Coğrafiya” kitabında 

təsadüf olunur. Həmin əsərdə leksik vahid “Kor” formasında verilmişdir. 

“Kür” haqqında geniş  məlumata Strabonun yaradıcılığında rast gəlinir. Burada isə 

leksik vahid “Kir” formasında işlədilir. 

Ümumiyyətlə, mənbələr üzərində aparılan araşdırmalar göstərir ki, hidronimə antik 

müəlliflərin əsərlərində və eləcə də şifahi xalq yaradıcılığında Kuruş, Kor, Kür, Əl-Kür vari-

antları mövcud olmuşdur. 

Xalq etimologiyasında kür dalaşqan, dəcəl, cızığından çıxan mənasında anlaşılır. 

Araz çayının adına da tarixi mənbələrdə  təsadüf olunur. Onomastik vahidin müxtəlif 

mənbələrdə bir-birindən fərqli yazılış formaları diqqəti cəlb edir. Ar-ras, Rase, Arraks, Aras, 

Eraks, ruda Aras və s.  

Hidronimin birici tərəfi “ar” hissəsinin “su”, “çay” mənasını ifadə edir. “Az” hissəsi isə 

tarixən “uz” formasında olmuş “çay yatağı” mənasındadır. Azərbaycan dilindəki ümumişlək 

su leksik vahidi özüdə uz sözünün fonetik variantıdır. Nəticə etibarilə deyə bilərik ki, Araz 

hidronimi ar və az birləşmələrindən əmələ gəlmiş, çay, çay yatağı mənasını ifadə edir. 

Göründüyü kimi Azərbaycan  şifahi folklorunda işlənən hidronimlər tarixi yaşadır, 

xalqın etnogenezində mühüm rol oynayır. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

859



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ANTONİMLİK MƏSƏLƏSİNİN DİLÇİLİKDƏ QOYULUŞU 

 

Mirvari QASIMOVA

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



qasimovamirvari@gmail.com

 

AZƏRBAYCAN



 

 

Dildə məna münasibətləri fonunda fərqləndirilən söz qruplarından biri də antonimlərdir. 

Sinonimlər kimi antonim sözlər də dilin lüğət fondunda olduqca geniş yer tutan, dil daşıyıcı-

larının gündəlik ünsiyyət tələbatlarını ödəmək üçün tez-tez müraciət etdikləri aktiv leksik va-

sitələrdir.  

Əks və ya zidd məna dedikdə nə başa düşülür? Sözlər - haqqında danışdığımız zidd, əks 

mənanı sonradan qazanır, yoxsa elə birbaşa real aləmdə tərs mütənasib münasibətlər zəminin-

də yaranmış, biri-digərinin əksi olan mövcud real hal, vəziyyət, şərait və s.-ni ifadə etməklə, 

adlandırmaqla bu mənanı  əldə edirlər? Antonimlərin mövcudluğunu  şərtləndirən, təbiətini 

müəyyənləşdirən belə suallar daim maraq doğurmuşdur. 

Alimlər güman edirlər ki, əks mənalı sözlər dilin inkişafının ilk dövlərinə-insan təfəkkü-

rünün inkişaf etməsi ilə gecəni gündüzdən, acını şirindən, yaxşını pisdən ayırmağa, fərqləndir-

məyə başladığı dövrə təsadüf edir. 

Antonimlik və antonim sözlər məsələsinin fundamental tədqiqatçılarından olan Stiven 

Cons “antonim” termininin ilk dəfə 1867-ci ildə C.J.Smis tərəfindən sinonim sözünün əksi və 

analoqu kimi düzəldiyini və  həmin tarixdən günümüzədək bu anlayışın (antonimliyin) tam 

izahını və praktik tərifini vermək üçün saysız cəhdlər edildiyini lakin buna hələ də birmənalı 

şəkildə nail olunmadığını qeyd edir. Tədqiqatçı məsələnin çətinliyini belə görür: “Antonimlik 

sözlə  təsvirdən daha çox əyani mümunələrə yatımlıdır; yaşlı/cavan, pis/yaxşı, aşağı/yuxarı, 

uduzmaq/qalib gəlmək kimi “zidiyyətlər” hamıya intuitiv tanışdır, lakin bu “ziddiyyət”lərin 

hamısı üçün adekvat, işlək tərif təyin etmək daha çətindir”. 

Antonim termini yunan mənşəli anti (sözlərin əvvəlinə artırılaraq əks məna yaradan ön 

şəkilçi) və onoma (onuma; ad ) sözlərinin birləşməsindən yaradılıb, dilçilikdə  əks mənalı 

sözləri bildirmək üçün istifadə edilir. 

Burada bu söz qrupuna verilən ad ilə onun mahiyyəti, mənası arasındakı təzad diqqəti 

cəlb edir. Belə ki, yuxarıda göstəridiyimiz kimi “əks ad” mənasını ifadə edən antonim termini 

nədənsə “əks mənalı” sözləri bildirmək üçün istifadə olunmaqdadır.  

Ənənəvi olaraq bir-birinə  əks, zidd olan sözlər qismində tanıdığımız antonimlərə 

müxtəlif dilçilərin birmənalı yanaşmaması deyilənləri bir daha təsdiq edir. 

Ümumiyyətlə, dilçiliyə dair mənbələrdə sözlər arasında antonimik münasibətlərin  iki 

üsulla təyin edildiyini qeyd edilir - 1) semantik meyar əsasında ; 2) leksik meyar əsasında. 

Sözlərin tam qarşı-qarşıya qoyulması antonimlik kimi qiymətləndirilir. Sözlər 

mənasındakı  ən ümumi və əhəmiyyətli cəhət olan semantik cəhət baxımından bir-birinə qarşı 

qoyulduqda antonim hesab edilə bilər. 

Antonimlərin ümumi cəhətləri bu sözlər vasitəsilə ifadə edilən hadisə və əşyaların real 

xüsusiyyətlərindən yox, onların öz semantik cəhətlərindən əldə edilir. Real aləmdə zidd əşya 

və hadisənin olmaması fikrimizin əsaslı olmasına dəlalət edir.  

V.N.Komissarovdan fərqli olaraq L.A.Novikov isə antonimlərin  əks anlayışları ifadə 

etdiyini və zidd mənalara malik olduqlarını qeyd edir. 

“Mənaca başqa bir sözə əks olan söz antonimdir”; “Semantik ziddiyyətin bütün növləri 

antonimliyə aiddir”; “Mənaca qarşı-qarşıya qoyulan sözlər antonimdir və ancaq eyni bir 

qrammatik kateqoriyadan olan sözlər antonimik münasibətdə olurlar”. 

Bəzi dilçilər hesab edirlər ki, antonimlər fərqli deyil, eyni hadisələrə məxsus olan zidd 

cəhətləri ifadə edirlər. Yəni, eyni kateqoriyadan hesab edilən müəyyən bir anlayışın bir-birinə 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin