Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə16/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

860



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

zidd olan iki xüsusiyyətini bildirirlər; məs: keyfiyyət, əlamət anlayışı qoçaq-tənbəl, yaxşı-pis, 

varlı-kasıb, halal-haram və s. kimi müxtəlif cəhətlərdə ola və ifadə edilə bilir.“Antonimlər zidd 

mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cə-

hətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir”. 

Antonimlərlə bağlı bir çox mənbələrdə antinimliyin ilk növbədə dildə keyfiyyət bildirən 

sözləri  əhatə etməsi və bu qəbil sözlərdə  “əks mənalı” münasibətlərin daha geniş  və aydın 

şəkildə müşahidə edilməsi qeyd edilir. Bundan başqa keyfiyyət mənalı əlamətin dərəcələnən 

olması, yəni bu əlaməti təmsil edən iki antonim söz arasında üçüncü, nisbətən zəif mənalı 

sözün mövcudluğu vurğulanır 

Azərbaycan dilçiliyində  də antonimlik və antonim sözlər məsələsinin qoyuluşu fikir 

müxtəlifliyi ilə diqqəti cəlb edir. Belə ki, antonimlər “ zidd, qarşı məna və məfhumları ifadə 

edən sözlər”; “eyni mənanın, eyni anlayışın müxtəlif  əks cəhətlətini qarşılaşdırma yolu ilə 

bildirən sözlər”; “məna və şəkil etibarı ilə fərqlənən söz qrupu”; “sinonimləri əksi olan, əks 

mənalı sözlər”; “formaca müxtəlif və mənaca bir-birinin əksini təşkil edən sözlər” və s. kimi 

fərqli ibarələrlə  təyin edilir. Gördündüyü kimi antonim sözlər barədə irəli sürülmüş bütün 

fikirləri birləşdirən əsas amil sözlərin məna elementidir. Demək olar ki, bütün dilçilər antoni-

mlərin ya əks məna ifadə edən, ya da ziddiyyət bildirən sözlər olması ilə razılaşır. Beləliklə, 

antonim sözlərin leksik təbiətindəki təzad, əks olanı bildirmə keyfiyyəti bizi əhatə edən aləm-

dən qaynaqlanır.  İnsanın təfəkkürü onu ətrafındakı digər canlılardan fərqləndirən  əsas amil 

olmaqla insanlara onu əhatə edən aləmi idrak etmə, başqalarının fikir, düşüncə və hisslərinə 

münasibət bildirməyə qadir olma, seçim edə bilmə və s. kimi xüsusi qabiliyyətlər bəxş edir. 

Bu mükəmməl vergi səbəbilə biz özümüzü dərk edən andan həyatımızın sonunadək təzadlı 

dünyanın müxtəlif  təbiətli hadisə  və prosesləri arasındakı  fərqləri duya, “mənfiyə müsbəti, 

müsbətə isə  mənfini” qarşı qoya, onların birini-digərindən seçə, fərqləndirə bilirik. Deməli, 

anti-əks münasibətdə, mövqedə olma, bu mənanı bildirmə elə həyatın özündən doğur və bütün 

bunların ifadə vasitəsi olan sözlər (antonimlər) təbii zərurətin nəticəsidir. 

 

 



ALINMA TERMİNLƏRİNQRAMMATİKMƏNİMSƏNİLMƏSİ 

 

Esmira AĞAMİRZƏYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



invisible7@list.ru 

AZƏRBAYCAN 

 

«Alınma terminlər dilimizə mənsub olduğu dilin qrammatik qayda-qanunlarını, morfem 



və fonetik xüsusiyyətlərini dəgətirirlər. 

Məlumolduğukimibəzidillərdəmövcudolanqrammatikkateqoriyalara,digərdillərdərastgəl

inmir. Beləfərqlərinolmasıdaqrammatikassimilyasiyazamanıçətinliktörədir. Məsələn, alınma-

sözlərin rus dilində hansı qrammatik cins kateqoriyasına aid etməklə bağlı bir çox çətinliklər 

mövcuddur. 

Rus dili vasitəsilə alınan beynəlmiləl terminlərdə bir sıra şəkilçilər Azərbaycan dilinin 

fonetik qanunları, qrammatik quruluşu əsasında dəyişdirilir. Belə şəkilçilər də leksik qramma-

tik vəsemantikdiferensiallaşmaxüsusiyyətlərinə görəbütövlükdə sözdüzəldicilik xarakterinə 

malik olur. Həminşəkilçiliinformatikaterminlərininəzərdənkeçirək: 

-ация  şəkilçiliinformatikaterminiAzərbaycandilinəolduğukimiverilir. Məsələn,  регене-

рация-regenerasiya, репродукция-reproduksiya, телекоммуникация-telekommunikasiyavəs. 

-ациф  şəkilçisi –laşdırma

2

şəkilçisiiləverilir:  дискретизация-diskretləşdirmə,  иденти-



фикация-identifikasiya,  интеллектуализация-intellektuallaşdırma,  информатизация-infor-

matikləşdirmə, квантификация-kvantlaşdırma, нормализация-normallaşdırma. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

861



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

-ование şəkilçisi –laşdırma

2

şəkilçisiiəlverilir: тестирование-testləşdirmə, пакетирова-



ние-paketləşdirmə,  прогнозирование-proqnozlaşdırma,  программирование-proqramlaşdır-

ma, профилирование-profilləşdirməvəs. 

-ност şəkilçiliinformatikaterminiAzərbaycandilinə –lıq

4

şəkilçisiiləverilir: релевантнос-



ти-relevantlıq. 

QrammatikmənmisəməalınmaterminlərdəAzərbaycandilinəbirbaşadeyil, dilimizin qram-

matikquruluşunu, normalarınıqəbuletdikdənsonrakeçir. Məsələn, file catalogue (ingilis)-kata-

loq faylov (rus)-faylkataloqu (Azərbaycan). Rusdilindəki terminbirləşməsində tərəflər yerini-

dəyişib. Aşağıdakıterminbirləşmələrdədəbuhalözünügöstərir: fileatribute (ingilis)-atributfayla 

(rus)-faylınatributu (Azərbaycan). 

Azərbaycandiliqrammatikmənimsəməprosesindəinformatikaterminolojibirləşməsinişəkilç

isizqəbuledir. Məsələn, adaptivsistem (adaptivnaəsistema), avtonomrejim (avtonomnıyrecim) 

vəs. 

Alınmasözyenidiləkeçdikdənsonradəyişməyəuğrayır, 



yenidilinfonetiksisteminəuyğunlaşır, onunsözdüzəltməvəsözdəyişməqaydalarınatabeolur, be-

ləliklə, sözmənşəyinə, yaxudmənbəyinəxasbirsıraxüsusiyyətləriitirir. 

Alınmasözlərsözdüzəldicişəkilçilərqazanaraqyenimənalarkəsbetməklədilinqrammatiksis

teminədaxilolur, müvafiqqrammatiknormalaratabeolur, paradiqmalaryaradır. 

BeynəlmiləlterminlərAzərbaycandilindərabitəlimətnlərdəişləndikdədilinqrammatiknorm

alarınatabeolur. 

Beynəlmiləlterminlərinqrammatikmənimsənilməsininəsasxüsusiyyətlərindənbirionlarınsözdəy

işdiricişəkilçilərinormalarauyğunşəkildəqəbuletməsidir. 

Əgərbeynəlmiləlsözqrammatikşəkilçiləriqəbuledirsə, 

ondadilinqrammatiknormalarınatabeolabilir.  

İngilisdilindənalınmışalınmasözlərinAzərbaycandilindəisminhalşəkilçiləriiləişlənməsinə

aidrabitəliməntlərdənkifayətqədərnümunələrgətirməkolar. Məsələn.  Adlıqhal. «Yol gələrkən 



paltarı toza bulansa da, mustangerçoxqəşəngdi»; Yiyəlikhal. «Hamı mustangerinindinə edə-

cəyinigözləyirdi»;  Yönlükhal.  «Deməklazımdırki,  mustangerəqarşılütfkarlıq təkcə Luizanın 

baxışlarındahissolunmurdu»;  Təsirlikhal.  «Atmustangeriözününsahibi bilib ona tabe 

olmuşdu»;  Yerlikhal.  «Qocaoğlununölümününgünahınımustangerdəgörürdü» ; Çıxışlıqhal. 

«Luizaatınyüyəninimustangerdənaldı» . 

Azərbaycandilinətərcüməmateriallarındanseçilmişmisallargöstərirki, 

halşəkilçilərininalınmasözlərəartırılmasındaheçbirməhdudiyyətyoxdur.  

İngilisdilindənalınmasözlərinsonundaikisamitinardıcılişlənməsikifayətqədərdir. 

Məsələn, kolt, sent, şillinq, standart, turist, pudinq, lordvəs. Bu cür sözlərə yerlik vəçıxış-

lıq halşəkilçilərininartırılmasızamanısöz-formadainlautmövqedə üçsamitinardıcıl gəlməsi 

imkanıyaranır: Məsələn, krasvord, krosvordda, krosvorddan; lord, lordda, lorddan; standart, 

standartda, standartdan.  

Azərbaycandiliüçüninlautdaüçlüsamitbirləşməsisəciyyəvihaldeyildir. Bununlabelə, dil-

dəbu cürbirləşmələrqeydəalınır. Məsələn, kənd, kənddə, kənddən, qurd, qurda, qurddanvəs. 

Deməli, 


sonuikisamitləbitənalınmasözləryerlikvəçıxışlıqhalşəkilçiləriniqəbuledərkəndilinfonemlərsiste

minindistributivimkanlardairəsinidəyişdirmir. Hallanmadilinnormalarınauyğunşəkildəgedir. 

Avropamənbəlialınmasözlərkəmiyyətkateqoriyasışəkilçiləriniqəbuledir, onlarla bir gəra-

bi təlimətnlərdəişlənir. 

Alınmasözlərkəmiyyətşəkilçisiqəbuletdikdənsonrahallanabilir. Buda Azərbaycan dilinin 

morfolojinormalarınauyğungəlir. 

AdlarAzərbaycandilindəxəbərlikşəkilçisiqəbuledərək cümlənin xəbəri vəzifəsində  çıxış 

edir. Alınmasözlərdəbufunksiyanıdilinqrammatiknormalarınauyğunşəkildəyerinəyetirir. Mə-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

862



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sələn, «Bəli, mənmustangerəm, ancaqvəhşiatlarıtəkbaşınaovlayıram»; «GələnMoris-mustan 



gerdir». 

İngilisdilindənleksikalınmalarmənsubiyyətşəkilçiləriqəbuledərəkdildəişlənir. 

«Professional 

jurnalistikasahəsindəAvropastandartlarıvəonlarıntətbiqimövzusundaməruzəiləçıxışedən…» 

(«Şərq» qəzeti, 12.10.2004); «BirinciqrupunmoderatoruPananBredi, ikinciqrupun modera-



toru isəZeynalMəmmədliolub» («Şərq» qəzeti, 12.10.2004). 

Qrammatik mənimsəmədə hər bir dilin milli özəllikləri, sisnemliliyi, daxili strukturu əsas 

götürülür. Buna görə də alınma sözlər burbaşa deyil milli dillərin qrammatik quruluşu, norma-

ları səviyyəsində yeni formada  tərtib olunduqdan sonra dillərə keçir. Bununla  da qrammatik mə-

nimsəmədə alınma sözlərin dillərin morfoloji  kateqoriyalarına uyğunlaşması nəzərdə tutulur. 

 

 



CEYMS MORİYERİN “İSFAHANLI HACIBABANIN               

MACƏRALARI” ROMANINDA ŞƏRQ LEKSİKASINA DAİR 

 

Lalə İSAYEVA 

Qafqaz Universiteti 



lala1508@mail.ru 

AZƏRBAYCAN 

 

XIX  əsr ingilis ədəbiyyatı tarixində daha çox Şərq mövzusunda yazdığı  əsərləri ilə 



məşhur olan realist yazıçı Ceyms Yustinyan Moriyer (James Justinian Morier, 1782-1849) 

Smirnədə  (İzmirdə) anadan olmuş, İngiltərədəki Hərro məktəbində təhsil almışdır. O, 1807-ci 

ildə diplomatik xidmətə başlamış, Ser Harford Consun Persiya (İran) missiyasına təhkim 

edilmişdir. Persiyada (İranda) olduğu müddətdə o, burada yaşayan çoxsaylı xalqların dili, 

tarixi, mədəniyyəti və  məişəti ilə maraqlanmış, gələcəkdə yazacağı  əsərləri üçün zəngin 

material toplamışdır.  Şərq ölkələrində diplomatik xidməti nəticəsində o, “1808-1809-cu 

illərdə Persiya, Ermənistan və Kiçik Asiyadan Konstantinopola (İstanbula) səyahət” (“A 

Journey through Persia, Armenia and Asia Minor to Constantinople in the Years 1808-1809”) 

adlı səfər kitabını isə 1818-ci ildə yazıb tamamlamışdır. Lakin diplomat, səyahət yazıçısı kimi 

məşhur olan Ceyms Moriyerin Şərq romanları sırasında ona daha böyük yazıçı şöhrəti gətirən 

1824-cü ildə ilk dəfə anonim şəkildə nəşr etdirdiyi “İsfahanlı Hacıbabanın macəraları” (“The 

Adventures of Hajji Baba of Ispahan”) romanı olmuşdur. Romanın davamı, 1828-ci ildə 

Londonda “Hacıbabanın İngiltərədə macəraları” (“The Adventures of Hajji Baba in England”) 

adı ilə nəşr olunan romanın ikinci hissəsi  böyük uğur qazanmışdır. 

Lakin  ədibin yaradıcılığında qırmızı  xətt kimi keçən  Şərq mövzulu əsərlərində, 

xüsusilə “Hacıbaba” romanında  Şərq leksikasının uğurlu seçiminə  və hadisələrin təsvirində 

əsasən düzgün müraciət formalarına rast gəlirik. 

Ədibin Azərbaycan dilinə tərcümə nəşrinə “Ceyms Moriyer və onun “İsfahanlı Hacı 

babanın macəraları” romanı barədə” ön sözün müəllifləri Zakir Səfəroğlu və Şahin Xəlillinin 

aşağıdakı qeydləri müəllifin Şərq həyatına, mədəniyyətinə və dilinə yaxından bələd olduğunu 

söyləməyə  əsas verir. Həmin yazıda oxuyuruq: “C.Moriyer “İsfahanlı Hacıbabanın macəra-

ları”nda  Şərq mənşəli sözləri, ifadələri böyük sənətkarlıqla işlətmişdir (Qeyd: C.Moriyerin 

işlətdiyi həmin söz və ifadələr tərcümə  nəşrində orijinaldakı transliterasiyası (deyimi) ilə 

kursivlə verilmişdir). Əlbəttə, bu söz və ifadələr fars, ərəb, türk mənşəli olsalar da, dilimizin 

vətəndaşlıq hüququnu qazanmış sözlər, ifadələr kimi diqqəti cəlb edir”. 

Yazıçının orijinal mətni və onun Azərbaycan dilinə edilmiş  tərcümə  mətni arasında 

apardığımız müqayisələr belə bir mühakiməni söyləməyə  zəmin yaradır: Ceyms Moriyerin 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

863



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şərq həyatına həsr etdiyi romanında böyük sənətkarlıqla işlətdiyi milli koloritin daşıyıcıları 

olan Şərq sözlərinin və ifadələrinin yerli-yerində işlənilməsi romanın məzmun və mündəricə-

sinə xüsusi bədii rəng və orijinallıq vermişdir. 

Fikrimizcə, Ceyms Moriyerin yuxarıda adını qeyd etdiyimiz romanında işlətdiyi çox-saylı 

Şərq mənşəli sözləri və ifadələri aşağıdakı şəkildə qruplaşdırmaq məqsədə uyğun olardı: 

1) Dini mərasimlərdə və məişətdə daha çox işlənən söz və terminlər. Məs.: Alem penah 

– aləmlərin sığınacağı; Allah! Allah! İl Allah! – Allahdan başqa tanrı yoxdur; Azan – məscidin 

minarəsindən müəzzinin müsəlmanlara namaz vaxtını bildirmək üçün oxuduğu dini avaz

bismillah – bismillah, Allahın adı ilə; Guriye – cənnət gözəli, huri; İnşallah! – Allah qoysa!; 

Ramadan – Ramazan ayı, müsəlmanların orucluq bayramı; Ulamah – alim, ilahiyyatçı və s. 

Beləliklə, romanda daha çox dini mərasimlərdə işlənən ərəb mənşəli sözlərin işlədilməsi 

və bu sözlərin böyük qisminin Azərbaycan dilində mənalarını saxlaması, bəzilərinin isə ingilis 

dilində fonetik, leksik-qrammatik cəhətdən dəyişməsi Azərbaycan oxucusu üçün romanın 

tərcüməsində adekvatlığı və fikrin aydınlığı baxımından xüsusi maraq doğurur. 

2) Romanda  Şərq xalqlarının həyat tərzi,  əmək fəaliyyəti və güzəranı ilə bağlı söz və 

ifadələr: bir shey yok – bir şey olmayıb; belli – bəli; dust – dost; fakir – yazıq, kasıb; fese – 

fəs, baş geyimi; gahbr – atəşpərəst; kalaat – xələt; kalian – qəlyan; kabob – kabab; khena – xına; 

khosh guzeran – xoş güzəran; pilav – plov; rayat – rəiyyət; sofa – taxt; yatağan – əyri türk 

xəncəri; zourna – zurna, çalğı aləti və s. 

Beləliklə, Britaniya ədəbiyyatında realist nəsrin oxunaqlı və maraqlı sənət nümunəsini 

yaradan Ceyms Moriyerin “Hacıbaba” romanında leksik formulaların düzgün seçimi və işlə-

dilməsi tarixi gerçəkliyin düzgün əks etdirilməsində mühüm vasitə sayıla bilər. Bu isə,hər 

şeydən əvvəl, xalqlar arasında qarşılıqlı əlaqə və münasibətlərin möhkəmləndirilməsində müasir 

ədəbiyyatşünaslıqda dil və ədəbiyyat məsələlərinin vəhdətdə öyrənilməsinin vacib və aktuallı-

ğını şərtləndirir. 

 

 

DİL EKSPRESSİVLİYİNİN MEDİADAKI ƏHMİYYƏTİNƏ DAİR 



 

Zaur MƏHƏRRƏMOV 

zaur.meherremov@hotmail.com 

AZƏRBAYCAN 

 

Azərbaycan dili sürətlə inkşaf ediyi bir dövrdə onun ruhunu, ifadəliyni cəmiyyətə təq-



dim etmək və dilimizin alt qatlarına enmək olduqca vacibdir. "Dil elə bir şeydir ki, onu öz 

halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş - 

gəliş artdı, adətlər dəyişildi, artıq sözlər ələ gəldi, təzə sözlərin qədəri artacaq. Belə sözlərin 

zərəri yoxdur, xeyri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur." 

Bu sözlərin müəllifi milli mətbuatımızın banisi, görkəmli jurnalist və mütəfəkkir Həsən 

bəy Zərdabidir. Hələ o dövrdə "Əkinçi" qəzetinin yaradıcısı və redaktoru ana dilimizə daxil 

olan yeni söz və ifadələrə anlayışla yanaşmış, dilə uyğunlaşmış və qəbul edilmiş yeni ifadələri 

dilin inkişafına və tərəqqiyə səbəb olan faktorlardan biri kimi göstərmişdir. 

Dilimizin  əsas təqdimatçısı publisistika sahəsi olduğu üçün onun dilini ekspressivlik 

cəhətdən müasir dövrümüzdə araşdırılması təqdirəlayiq bir addım olardı. Gündəlik medianı 



izləyənlər asanca hiss edər ki, Azərbaycan dilinin zənginliyindən düzgün şəkildə istifadə 

edilmir və bunun nəticəsidir ki, medianın dili çox quru və soyuqdur. Xəbərdə bu, müəy-

yən qədər normal olsa da, digər janrlarda emosiya, hiss, həyəcan olmalıdır. Dil bütün fi-

kirləşmə proseslərinə müdaxilə edir və düşünürəm ki, dilimizin zənginliyini göstəricilə-

rindən biri də sözlərimizin emosiya, hiss, həyəcan qatında necə işlənməyidir. Jurnalistlər 

hər hansı bir məlumatı çatdırarkən xəbər başlığının necə seçilməsi haqqında dərin 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

864



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

axtarışlar aparırlar ki, insanların  diqqətin çəksin və onların hisslərinə  təsir edərək 

xəbərin oxumasına kömək olsun, ancaq mətndə bu şeyə diqqət yetirilmir. Bunun 

nəticəsində oxucu mətnin iki sətrin oxuyan kimi bezir və ardın oxumaq istəmir. Bu kimi 

problemlərdən qurtarmaq üçün birinci vasitə dildə işlənən ən mükəmməl ifadələri tapıb 

tədqiq edikdən sonra cəmiyyətə təqdim etmək lazımdır ki, kütlə dilimizin ifadəliyindən 

zövq alaraq həmin məlumatları mənimsəsin. Uşaqlığımızdan bəri qəzetdə oxuduğu haqsız-

lıqlara, televiziyada seyr etdiyi ac insanların halına ağlayanların, onların içində olduqları və-

ziyyətə kədərləndiklərini ifadə edənlərin duyğulu anları ilə hər birimiz rastlaşmışıq. Bu fikrim 

bir daha təsdiq edir ki, dilin emosianalığını öyrənmək nə qədər önəmlidir. Dilimizi zənginləş-



dirmək, yazı texnikasını mükəmməlləşdirmək üçün bu, çox vacibdir. 

Hər bir jurnalist və qələm sahibi mətbuata gətirdiyi yeni ifadə və yaradıcılıq tapıntısı ilə 

onu zənginləşdirir. Yazıda səlislik, lakoniklik, aydınlıq və dəqiqlik mətbuatın dilinin daha da 

inkişafına səbəb olur. 

Mövzunun  yeniliyi, səmərəliliyi və faydalılığı haqqındakı fikirlərimizi aşağıdakı kimi 

ümumiləşdirə bilərik: 

- Emosionallıq sözlərin və cümlənin məna yükünə təsir edərək və onun leksik-semantik 

sistemində yerini dəyişir. 

- Ədəbi düşüncə ilə dil qaydaları elə sintez edilməlidir ki, dünyanın aparıcı dilləri sıra-

sında öz mövqeyin itirməsin. 



- Tədqiqatın obyektini publisistika sahəsində Azərbaycan dilinin öyrənilməsi zama-

nı dildənkanar  vasitələrin ekspressivliyini semantik aspektdə araşdırılması təşkili edir. 

- Tədqiqatın predmetini isə müasir publisistikada və ya diskursda rast gəlinən söz-

lərin, söz birləşmələrinin, həmçinin cümlələrin variantlarının, funksiyalarının və xüsu-

siyyətlərinin tədqiqi və öyrənilməsi prosesində əldə olunmuş nəticələrin ümumiləşdiril-

məsindən və müasir dil prosesinə tədbiq edilməsindən ibarətdir. 

Tədqiqat işinin qarşısında duran məqsədlər aşağıdakılardan ibarətdir; 

-Qiymətləndirici ifadələrə dair edilən təsnifatları nəzərdən keçirmək və bu təsnifatların 

məqbul müddəalarını nümunələrlə izah etmək. 

- Eyni fikir müxtəlif situasiyalarda fərqli düşüncəyə yol açması və bunların elmi-nəzəri 

əsasları. 

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrhəyata keçiriləcəkdir; 

- Elmi ədəbiyyatda və müasir qəzetlərdə mövzu ilə olan müddəaları nəzərdən keçirmək. 

- Tədqiqat işinin nəzəri bazasını və praktik dil materiallarını müəyyənləşdirmək. 

Tədqiqatın elmi yeniliyi publisistika sahəsində müasir Azərbaycan dilinin ifadəliliyini

elmi müxtəlifliklərini və oxşarlıqlarını üzə çıxarmaqdan başlayır. Həmçinin sözlərə, söz birləş-

mələrinə və cümlələrə paraqmatik aspektdən yanaşılır və mətində olan informasiyanın məna-

lılığını dil kontekstində tətqiqə cəlb edilir. 



Tədqiqat işinin praktik əhmiyyəti. Bu tədqiqat işinin praktik əhmiyyəti ondadır ki, dis-

sertasiyanın  əsas müddəalarından publisistika sahəsində  işləyən və ya maraqlanan gənclər 

istifadə edə bilər. Burada təqdim olunan faktlar müasir Azərbaycan dilçiliyində də maraq do-

ğuracağına və bu faktlardan faydalana biləcəklərinə inanıram. Həmin faktların dilimizə baxışı 

dəyişdirəcək və yeni bir nəfəs gətirəcəkdir. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

865



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BƏHRAM ƏSƏDİNİN VÜCUDNAMƏSİNDƏ                                           

VARLIQ FƏLSƏFƏSİNİN İNİKASI 

 

Elmira MƏMMƏDOVA-KEKEÇ 

Xəzər Universiteti 



mamedovaelmira4@gmail.com 

AZƏRBAYCAN 



 

Vücudnamə klassik və müasir şeirdə, aşıq yaradıcılığında tez-tez istifadə olunan ədəbi 

formalardan biridir. Yazılı ədəbiyyatda ilk örnəyinə Əhməd Yəsəvi yaradıcılığında rast gəl-

diyimiz vücudnamə sonradan bütün türk xalqları  şerində istifadə edilən və insan həyatını 

xülasə edən bir poetik forma olmuşdur. Daha çox nəmzlə, bəzən isə  nəsrlə örnəklərinə rast 

gəldiyimiz vücudnamələrə bütün türk xalqları şerində olduğu kimi, Azərbaycan ədəbiyyatında 

rast gəlirik. Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Xəstə Qasım kimi aşıqlar tərəfindən klassik 

nümunələri yaradılan vücudnamələr dillər  əzbəri olmuş, hətta bəzi dastanlarda da 

söylənilmişdir. “Şah İsmayıl” və “Maral” dastanlarını buna nümunə verə bilərik. 

 Sovet dövründə Azərbaycanda, eləcə də SSRİ-yə daxil olan digər türk respublikalarnda 

vücudnamə yazmaq ənənəsi zəifləsə  də, Türkiyə  və Güney Azərbaycanda yaşayan  şair və 

aşıqlarının yaradıcılığında insan ömrü ilə bağlı bu bədii-fəlsəfi, eyni zamanda dini məzmunlu 

şeirlər daima davam etdirilmişdir.  

Bu baxımdan Güney Azərbaycan aşıq mühitində vücudnamələr keçmişdən günümüzə 

qədər insan həyatı ilə bağlı ədəbi-bədii nümunələr kimi diqqəti cəlb edir. Aşıq Müslüm Əsgəri, 

Xaltanlı Tağı kimi müəlliflərin vücudnamələrini bu baxımdan örnək olaraq vermək mümkün-

dür. Bu mühitdə qələmə alınmış örnəklərdən biri də Bəhram Əsədiyə məxsusdur.  

Bəhram  Əsədinin vücudnaməsi həcmcə böyükdür, 44 bənddən ibarətdir.  Şeir qoşma 

ölçüsündədir. Məzmun baxımından vücudnamələr, adətən üç qrupda təsnif edilir: ümumi 

insan həyatı ilə bağlı vücudnamələr, qız-qadınlarla bağlı vücudnamələr, tərcümeyi-hal səciyyli 

vücudnamələr. Bəhram  Əsədinin vücudnaməsi məzmun etibarilə birinci qrupa daxil edilə 

bilinər.  

İlk beş  bənddə  şair varlığın təkamülünü və bu prosesdə dörd ünsürün rolunu, varlığın 

əsasında torpağın durduğunu qeyd edir. Ümumiyyətlə, həm islamdan, həm də daha öncəki 

dünyagörüşdən irəli gələn bu fikir Bəhram  Əsədi tərəfindən də  təkrar edilir. “Laməkan 

seyrində  qərar tutan” substansiyanın  əmrlə  məkana gəldiyi deyilir. Burada məkansızlıq və 

məkan kateqoriyaları qarşılaşdırır və birinci insan övladının ilk yeri olaraq verirlir. Bu vücud-

namədə məkan və zaman anlayışına fəlsəfi münasibət özünü göstərir. Vücudnamənin başlan-

ğıcında qeyd olunan zaman isə elə bir zamandır ki, hələ  kəhkəşanlar belə yaradılmamışdır. 

Mövlananın: “Torpaqdım, ot oldum, quş oldum, insan oldum”, -fikri bu vücudnamənin də giriş 

hissəsində  verilir və təkamül prosesində cansız aləmdən canlıya doğru keçidin pillələri göstə-

rilir. Öncə topraqda element şəklində olan, sonra torpaqdan bitkiyə keçən insan haqqında 

Bəhram Əsədi deyir:  



 

Yolun torpaği idim uzun bir zaman, 

Məni ayaqlardi hər yaxşi, yaman, 

Qarişdim əkinə, çixdim göy otdan, 

Davar məni yedi mən cana gəldim. 

 

Davarliq dövəranim ki sona irdi, 

Qəssab kəsdi məni bazara verdi. 

Atam məni aldi, anam bişirdi, 

Yedirtdi atama insana gəldim. 

Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin