Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə23/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

 

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

901



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

RADİO VƏ ANA DİLİ 

 

 Şəlalə QULİYEVA 

BDU 


selale_meh@mail.ru 

AZƏRBAYCAN 



 

Bu gün qloballaşan cəmiyyətdə ən böyük problemlərdən biri də dilin yad təsirlərə məruz 

qalması, lüğət tərkibinə daxil olan beynəlxalq terminlərin artmasıdır. Dilin assimilyasiyaya 

uğramasının bir sıra mövcud  səbəbləri var. Müasir dövrdə kütləvi informasiya vasitələri bu 

sahədə neqativ halların yaranmasına şərait yaradır. Kommunikativ informasiya mənbələrinin 

artması, insanların informasiya əldə etmək üçün virtual aləmlə ünsiyyəti də dilin köklü prob-

lemlərinə yol açır.  

Vaxtilə  radio yarananda, bəşəriyyətin bu nadir tapıntısı hər bir ölkənin milli maraqları-

nın xidmətinə uyğun dilin təbliğatı məqsədi daşıyırdı. Müasir dünyada radio şəbəkələrinin ço-

xalması,  internet radiolarının inkişafı və özəl radio sisteminin sərbəst yaradıcılıq mühiti dil 

mədəniyyətinə ciddi xələl gətirir. Radioda gedən verilişlərin təhlili zamanı dilçi alimlər həqi-

qətən də bu sahədə yaranan problemlərdə  audiopublisistikanın mənfi situasiyalarından dəfə-

lərlə söhbət açırlar.  

Çünki radionu bir anın içində milyonlar dinləyir. Bir neçə dəfə təkrarlanan yad söz asanca 

qulaqlara həkk olunur və qısa  zamandan sonra da elin işlək terminlərindən birinə çevrilir. Ca-

vanlar, dili yaxşı bilməyən gənclər mikrofon önündə sərbəstlikdən istifadə edərək auditoriya 

ilə ünsiyyətdə istədikləri ifadəni tez-tez işlədərək, özləri də bilmədən dilə mənfi hallar gətirir.  

Ölkənin radio mühitini nəzərdən keçirəndə görürük ki, yeganə olaraq milli radioda Azər-

baycan dilinin elmi səviyyədə  təbliği siyasəti həyata keçirilir. Radiojurnalistikanın özəlliyi 

odur ki, hər bir verilişin özünəməxsus yaradıcılıq xüsusiyyəti hiss edilsin. Xəbərlərin dili rəs-

mi hesab olunursa, 50 yaşlı “Bulaq” proqramının dili folklor dilidir və  əsrlərlə yaddaşlarda 

yaşayan qədim danışıq tərzinin bariz nümunəsidir. Yaxud bədii-əyləncəli proqramlarla ictimai-

siyasi verilişlərin dili arasınsda kəskin fərq hiss olunur. Halbuki bütün verilişlər Azərbaycan 

dilində aparılır.  Radio dilinin elmi-kütləvi proqramlar səviyyəsində  təqdim olunmasında 

yaradıcı kollektivin, xüsusilə radio jurnalistlərinin anlaşıqlı, gözəl dil mədəniyyəti olmalıdır. 

Hazırki dövrdə mətbuat üzərində senzura olmasa da, radioda əvvəkli ənənəni qorumaq məqsə-

di ilə 2009-cu ildən yaradılmış  xüsusi komissiya hazırlanmış verilişlərə öncə qulaq asaraq, 

verilişin efirə yararlığı barədə rəy verir. Əsas məqsəd verilişlərdə, proqramlarda dil mədəniy-

yətinin qorunmasına nəzarətdir. Ancaq özəl radiolarda bu məsələyə laqeyd yanışıldığından 

dilimizin gələcək taleyi sual altına düşür.  

Tək bircə radio ilə  iş bitmir. Bu məsələyə hamı bir nəfər kimi həssas yanaşmalıdır. 

Ailədə, məktəbdə, ali təhsil müəssisələrində,  əmək kollektivlərində, bir sözlə bütün ictimai 

yerlərdə danışıq mədəniyyəti hiss olunmalıdır. Milli dilə hörmət nümayiş etdirilməlidr. Məsə-

lən, özəl orta məktəblərindən birində valideyn ədəbiyyat müəlliminə uşağını danladığı üçün 

iradını bildirir. Övladının rus dilində  təhsil aldığını  və  ali məktəbə  də rus dilində  sənəd 

verəcəyini əsas gətirərək, müəllimin dərs metoduna qarşı çıxır. “Ana dilindən, yəni Azərbay-

can dilində qiyməti yaxşı olmaya bilər”-deyə öz etirazını söyləyir. Belə olan halda Azərbay-

can dili müəllimi də haqlı olaraq məktəbin müdiriyyəti və valideynlər qarşısında vəsadət 

qaldırır ki, birinci növbədə hər bir azərbaycanlı uşağı öz ana dilini mükəmməl bilməlidir və 

sonra özgə dildə oxumalıdır. Bu olduqca vacib məsələdir. Müəllim iradı düzdür. Əgər uşaq 

milliyətcə azərbaycanlıdırsa, Azərbaycanda doğulubsa, bu vətəndə yaşayırsa öz ana dilini 

niyə mükəmməl bilməməlidir.? 

Azərbaycan dövlətinin siyasətində də ana dili prioritet məsələlərdən biridir. Ölkə rəhbə-

rinin dilə aid xeyli sayda fərman və sərəncamları var. Qloballaşan cəmiyyətdə Azərbaycan di-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

902



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

linin yad ünsürlərdən qorunması ilə bağlı xüsusi Sərəncam da qüvvəyə minib.  Dillə bağlı 

dövlət proqramı təsdiqlənib. Hər bir vətəndaşın borcudur ki, həmin fərman və sərəncamlara 

hörmətlə yanaşsın. Anasının ona beşiyinuin başında layla çaldığı dilə etinasız qalmasın...  

Radio verilişlərinə dili  mükəmməl bilən mütəxəssislər cəlb edilməlidir.  

1.  İşə qəbul zamanı jurnalistlərdən istənilən dil sertifikatları öz doğma ana dillərində də 

tələb olunsun.  

2.  Aparıcıların mikrofon önündə söylədiyi hər bir kəlməyə görə həmin efirin rəhbərliyi 

məsuliyyət daşımalı və əməkdaşının ciddi səhvlərinə görə dilçi alimlərə cavab vermələri mütl-

əqdir.  


3.  İctimai qınaq olarsa, efirlərdə dil mədəniyyəti qoruna bilər. Məsələn,  tez-tez radioda 

dilə aid xüsusi proqramlar təşkil olunmalıdır. Efirə dəvət olunan qonaqların özlərinin dil səviy-

yəsi cəmiyyətə nümunə çəkilməldir.  

 

 

MİKAYIL MÜŞFİQ ŞEİRLƏRİNİN FONOPOETİKASI 

 

Gülnar  MƏMMƏDOVA 

Qafqaz Universiteti 



gmemmedova2@std.qu.edu.az 

AZƏRBAYCAN

 

 

Bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin, 



komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında  əhəmiyyət kəsb edir. 

Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi, 

eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur. Məsələn, 

şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, paralelizmlər, qafiyə yaradan dil vahidləri 

və s. bu qəbildən olan amillərdəndir. Şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada işti-

rak edən komponentlər -  heca, söz, fraza, bütövlər danışıqda da müşahidə olunur, onlar poe-

ziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə  və s. kimi vasitələr 

yalnız şeirdə özünü büruzə verir. 

Dilin fonetik imkanları deyəndə ilk öncə səslərdən bəhs etmək lazım gəlir. Şeir dilinin 

özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik 

xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır.  Şeir 

dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və 

onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur. 

Alliterasiya dildə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi, 

rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak 

edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məz-

munu  şərtləndirir. Səs təkrarı ilk baxışdan sadə görünsə  də, fonetik hadisənin  ən mürəkkəb 

növü sayıla bilər. 

Həm türkdilli, həm də digər xalqların poeziyasında xüsusi rol oynamış alliterasiya, səs 

təkrarı uzun müddət diqqət mərkəzində olmuş,dünyanın müxtəlif dilçiləri bu hadisəyə öz 

fikirlərini bildirmişlər. Bəziləri alliterasiyanı dilin qrammatik quruluşu ilə əlaqələndirir, bəzi-

ləri isə türk dillərində alliterasiyanın mənşəyini monqol dilinin təsiri ilə bağlı izah edən nəzə-

riyyəni qəbul etmir. Lakin tük şeirində alliterasiyanın monqol istilasına qədər mövcudluğunu 

sübut etmək üçün Orxon-Yenisey abidələrinin,”Kitabi-Dədə Qorqud” dastanının dilinə nəzər 

salmaq kifayətdir. 

Bildiyimiz kimi,Müşfiqdə xalq ədəbiyyatının, xalq şeiri məktəbinin təsiri güclü idi. Sadə 

və canlı xalq dilinə yaxından bələd olması  şairin ilk şeirlərində, obrazlı ifadələrində özünü 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

903



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

göstərir. Müşfiq ilk şeirlərində 1-ci misrada atalar sözü verirdisə, ondan sonra mütləq bir hik-

mətli fikir deməyə çalışırdı. Bu səpkidə yazması şairin şifahi ədəbiyyatdan bəhrələnməsinin 

sübutudur. 

   

 

Hər səhər,hər axşam,hər axşam,hər səhər 



 

  Çox 


zaman 

sərsəri küləklər bixəbər 

 

  Bir 


yaxın dost kimi qapımı döyərlər, 

   


 

Küləklər,küləklər,bəstəkar küləklər, 

 

  Dünyanı dolaşan bəxtiyar küləklər. 



Müşfiqin “Küləklər”  şeirinin poetikası o qədər güclüdür ki, burada dilin istər fonetik, 

istər leksik, istərsə də sintaktik səviyyəsi üzrə üslubi fiqurların zənginliyini aydın görə bilirik. 

Müşfiq eyni zamanda aşıq  ədəbiyyatını da yaxşı bilmiş, onun realist üslubundan, rən-

garəng növlərindən, şəkli xüsusiyyətlərindən, təşbeh və  bənzətmələrindən bütün yaradıcılığı 

boyu bəhrələnmişdir. Müşfiqin aşıq  şeirinin qoşma və  gəraylı növlərindən istifadə edərək 

yazdığı 20 dən çox əsəri bizə gəlib çatmışdır.”Eşqim”, ”Kimidir”, ”Ayrılıq”, ”Sənə qurban”, 

”Söylə”, ”Məhəbbət”, ”Dilbər”, ”Küsmərəm” məhz bu şeirlərdəndir. 

   


 

Mən ki bilməz idim nədir məhəbbət, 

 

  Bu 


sirri 

sən mənə anlatmadınmı? 

 

  Dünyaya 



sığmayan şair könlümü 

 

  Köksümdən çıxarıb oynatmadınmı? 



Nümunədəki “n” və ”m” sonor samitlərinin növbəli ahəngi şeirə xüsusi axıcılıq, melodiya 

gətirib. 

   

 

Nə arzu eyləsən,könlümdə vardır, 



   

 

Eşqimin səhəri bir ilk bahardır. 



 

  Ona 


könül 

verən nə bəxtiyardır, 

 

  Fikrim-hissim 



təzə gülşən kimidir. 

Bu parçada isə “n” və ”r” samitlərinin normativliyi nəzərə çarpır. 

 

 

 



 

 Yenə o bağ olaydı, yenə yığışaraq siz, o bağa köçəydiniz 

   

 

Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq 



   

 

Yenə o bağ olaydı, səni tez-tez görəydim, qələmə söz verəydim 



   

 

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,yazaydım səhər,axşam 



   

 

Arzuya bax, sevgilim! Tellərindən incəmi? Söylə, ürəyincəmi? 



Bu strukturda “-mi

4

” sual ədatının qoşulduğu sözlərin ahənginə uyğun olaraq digər 



sözlərdəki “m” samitinin alliterasiyasını zəruriləşdirir. Bundan başqa şeirdə “y”, ”d” samitlə-

rinin təkrarı şeirin ahəngdarlığını artırıb. 

 

 

ALINMA SÖZLƏRİN İŞLƏNMƏ FORMALARI 



 

Nigar MİKAYILOVA 

Qafqaz Universiteti 



nigar2292@gmail.com 

AZƏRBAYCAN 

 

Aparılan araşdırmaların nəticəsində demək olar ki,son bir neçə ildə  dilimizə 300-dən 



artıq alınma söz daxil olmuşdur.Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 

sədr müavini Sayalı Sadıqovanın verdiyi məlumata əsasən: "Müxtəlif elm sahələri , xüsusən 

də informatika,texnologiya sahəsi ilə bağlı dilimizə yeni sözlər daxil olub.Bəzi sənaye 

məhsulları müxtəlif ölkələrdən idxal edildiyinə görə , bu sahədən də  yeni sözlər dilimizə da-

xil olub.Dilə daxil olan yeni sözlər arasında ümumişlək sözlər , demək olar ki, yoxdur." 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

904



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Dilə daxil olan yeni sözlər  həm dilin öz daxili imkanları hesabına,həm də alınma  sözlər 

hesabına yaranır.Həmin alınma sözlərin bir qismi bizim nitqimizi zənginləşdirir,onu dəqiq, 

səlis və ifadəli hala gətirir.Ancaq onu qeyd etmək yerinə düşər ki,alınmalardan yerli-yersiz 

istifadə etmək  həm dili , həm də nitqi korlamağa gətirib çıxarır. 

Alınma sözlərin bir qismini,daha doğrusu,əksəriyyətini elmin müxtəlif sahələrinə aid 

olan terminlər təşkil edir.Elmin, təhsilin inkişaf etməsi yeni-yeni  anlayışların ortaya 

çıxmasına səbəb olur.Milli təhsilimiz Beynəlxalq Təhsil Sisteminə inteqrasiya etmişdir.Bunun 

nəticəsi olaraq,dilimiz yeni təhsil terminləri ilə  zəngiləşmişdir.Ancaq Bir sıra termin və 

anlayışlar var ki,Onlar Azərbaycan dilinin leksikasında tam öz yerini tutmamışdır. Alınma 

sözlərin bir çoxunun dilimizdə qarşılığı var.Ancaq,bu nitqdə alınma sözlərdən qaçmağa əsas 

vermir.Alınma sözlər dilimizi zənginləşdirir,fikrin dəqiq,ifadəli çatdırılmasına yardımçı olur. 

"Dil statik qala bilməz,bir  şeyin statik halda dəyişməz qalması onun ölümü hesab 

olunur.Dil daima inkişaf edir,cəmiyyətə tam xidmət edə bilməyən,onun inkişafından geri 

qalan sözlər dildən çıxır,yeniləri onları  əvəz edir.Lakin bu proses bir-birini gözləmir, yəni, 

yeni söz köhnə məhv olandan,sıradan çıxandan sonra yox, hələ dilə az da olsa xidmət etdiyi 

dövrdə yaranır və ünsiyyət vasitəsinə çevrilir." 

Bilindiyi kimi dilimizdə olan sözlər mənçəyinə görə 2 qrupa bölünür: Əsl Azərbaycan 

sözləri və alınma sözlər. Və bunu da qeyd etmək yerinə düşər ki,dilimizdə olan sözlərin 

böyük əksəriyyəti,xüsusilə say ("sıfır","həşdat","milyon","milyard" istisna olmaqla) , əvəzlik 

və feillərin hamısı Azərbaycan mənşəlidir. 

Dilimizdə işlənməkdə olan pomidor sözünün rus dilindən alındığına şübhə yoxdur. Tə-

əccüblü burasıdır ki, həmin söz rus dilinə italyanlardan keçmişdir. İtalyanların dilində pomi-

dor sözü vaxtilə iki sadə və müxtəlif mənalı pomi (qırmızı) və doro (alma) sözlərinin birləş-

məsindən alınmışdır, yəni qırmızı alma. Həm bizim dilimizdə, həm də rus dilində karandaş 

sözünün işləndiyini hamımız bilirik. Keçmişinə görə karandaş mürəkkəb sözdür. O, qara və 

daş sözlərinin birləşməsindən əmələ gəlmişdir. Vaxtilə ruslar karandaş ixtira edildiyi zaman 

bizim dilimizdən qara daş ifadəsini götürərək işlətmişlər. Həmin sözlərdən alınan söz onların 

dilində yeni məna vermişdir. 

Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər 

olmasın. Bütün dillərdə alınma sözlərə təsadüf edilir. Eyni zamanda bir sıra dillər dolayı yol-

larla öz sözlərini başqa dillərə verir. Söz götürmə və söz vermə ancaq bir-birilə qonşuluqda və 

münasibətdə olan dillərə deyil, uzaq dillərə də aiddir. 

Bəzi sözlər başqa dillərdən gələrkən dilimizdə öz ilk mənalarında deyil, yeni mənada 

işlənir. Məsələn,"azar" sözü fars dilində azurdən felinin köküdür. Həmin dildə o, təhqir, qəm, 

qüssə mənalarında işlənir. Bizim dilimizdə isə azar sözü xəstəlik mənasını verir. 

Azərbaycan dilində  işlənən bəzi alınma sözlərin necə yazılması  məsələsi də problem 

olaraq qalmaqdadır.Bu gün də dilimizdə  işlənən bəzi alınma sözlərin bir neçə yazılış for-

masına rast gəlirik.Kütləvi informasiya vasitələrində bir sıra terminlər, təşkilat, telekanal adları 

gah ingilis, gah da Azərbaycan dilində yazılır.Bilindiyi üzrə,hal-hazırda əsrimiz "Texnologiya 

əsri"dir  və  bu əsrin tələbindən irəli gələn "facebook", "twitter", "online" və s. sözlərbuna mi-

sal ola bilər. Maraqlıdır, bu tipli sözlər necə yazılmalıdır? Məsələyə münasibət bildirən Azər-

baycan  Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi,filologiya 

elmləri doktoru İlham Tahirovun qənaətinə görə,bu kimi sözlərin yazılışı ilə bağlı  hələ tam 

qəti fikir yoxdur:"Bəzən Avropa mənşəli həmin sözlər tələffüz formasına  əsaslanaraq 

yazılır.Bu sözlərin yazılış forması seçilərkən səslənmə əsas gətirilir.Amma əvvəlki illərdə də 

dilimizə bu tipli sözlər keçib.Azərbaycan əlifbasında "w" hərfi olmadığından bu hərflə yazılan 

sözləri biz tələffüz edildiyi kimi yazmalıyıq.Əksər dilçilərin də fikrincə,alınma sözün 

orijinaldakı kimi yazılışı normal deyil.Hər bir alınma söz dilimizə uyğun olaraq yazılmalı və 

tələffüz edilməlidir.Əgər dilimizin qayda-qanunlarını başqa dilin qayda-qanunları ilə 

qarışdırsaq, onda Azərbaycan dili inkişaf edə bilməz." 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

905



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MİR CƏLAL HEKAYƏ USTASI KİMİ 

(YAZIÇININ “XATİRƏ HEKAYƏLƏRİ” ƏSASINDA) 

 

Ayşən SADİQLI 

Bakı Dövlət Universiteti 



ayshan_bdu@mail.ru 

AZƏRBAYCAN

 

 

Mir Cəlal gənclər arasında çox sevilən yazıçılardan biridir. Hekayə janrının daha da tək-

milləşməsində, oxucular tərəfindən maraqla qarşılanmasında Mir Cəlalın böyük xidmətləri 

vardır. O, hekayə janrında bir çox dəyərli, ibrətamiz sənət nümunələri yaratmışdır.  Ədibin 

hekayələri mövzu baxımından da rəngarəngdir, yeknəsəq deyil.Yazıçının “Xatirə hekayələri” 

ndən “Ərəb qardaş”, “Gənc  şairin  ərizəsi”, “Ləyaqət”, “Xarici naxoşluq”, “Mən zaminəm”, 

“Dil və əməl”, “Mənim vəfalı maşınım”, “Yalan yeriməz”, “Sözün yeri var”, “Mənim səmimi 

dostum”, “Gülbəsləyən qız”, “Qəbul imtahanı”, “Ərəb qızı”, “Ehtiram”, “Təsadüf və zərurət”, 

“Naxış” və s. misal göstərmək olar.  

Mir Cəlal Paşayevin 1960-cı ildə yazdığı  “Ərəb qardaş” adlı xatirə hekayəsində bir 

ərəbin Bakıya gəlməsindən, yazıçının ona bələdçilik etməsindən danışılır. Məlum olur ki, 

ərəbin atası uzun illər Bakıda işləyib. O, Bakıdan aldığı  təəssüratları  oğluna danışıb. 

Hekayədə diqqəti cəlb edən məqamlardan biri belədir: “Salavat ilə donuz darıdan çıxmaz. 

Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır”. M.S.Ordubadinin “Qılınc 

və  qələm”  əsərində  də bu mövzuya toxunulur. Yəni Azərbaycanın bütövləşməsi yalnız 

qılıncın gücü ilə əql gücünün birləşməsi nəticəsində ola bilər. “Qılınc və qələm” əsərində biz 

igid, cəngavər, mübariz Fəxrəddinin yanında daim onun yaxın dostu, məsləhətçisi Nizamini 

görürük. Yəni, düşünmədən, ağıla arxalanmadan vuruşmaq, döyüşə getməklə heç kim qələbə 

qazana bilməz. Ağılla güc ayrılmazdır. 

Mir Cəlalın “Xatirə hekayələri”ndən olan “Yalan yeriməz” hekayəsində yalanın Bəşir 

adlı bir uşağın həyatını mənfi istiqamətdə dəyişməsindən danışılır. Hekayədə qeyd edilir ki, 

yalan açılanda üstünü heç çadır da örtə bilməz. Bir yalan gələcəkdə daha böyük, daha 

təhlükəli yalanların başlanğıcı olur. Uşaq yalanlar içində böyüyür. Bir zamanlar dəhşətli faciə 

kimi təsir bağışlayan yalan Bəşirdə adət halını alır.Beləliklə, hər bir ananın övladına verdiyi 

tərbiyədən çox şey asılıdır. “Yalan insanları pisliklərə, pisliklər isə  cəhənnəmə sövq edər”.  

Bəlkə  də  Bəşirin anasına da uşaq vaxtı düzgün tərbiyə verilməmiş, yalan danışmağa vadar 

edilmişdi. Bir adama verilən düzgün olmayan tərbiyə sonradan bütün cəmiyyətə sirayət edir. 

Mir Cəlalın “Sözün yeri var” hekayəsində iki rəfiqənin qızı  və onların  ətrafında baş 

verən hadisələrdən söhbət açılır. Hekayədə göstərilir ki, Şəfiqə xanım və Şirin xanımın qızları 

Ziyafət və  Məryəm ikisi də eyni bağçaya gedirlər.Məryəmin atası müharibədə  həlak olub, 

Ziyafətin atası isə sağdır və ona tez-tez gözəl oyuncaqlar alır. Hər dəfə  Məryəm onun 

oyuncağını götürmək istəyəndə Ziyafət deyir ki, bunu atam alıb. Balaca qız tez-tez bu ifadəni 

işlədir və özü də bilməyərəkdən Məryəmin qəlbinə dəyir. Bu hekayədən belə nəticəyə gəlmək 

olar ki, yaşından asılı olmayaraq, uşaq da olsa hər kəs sözün yerini bilməlidir. Bir sözlə qəlbi 

qırmaq asandır, amma onu bərpa etmək çox çətindir.  

“Xatirə hekayələri”ndən olan “Dil və  əməl” də yazıçının diqqətəlayiq  əsərlərindəndir. 

Hekayədə Hərzə adlı xanım öz bildiyi kimi qızına tərbiyə verir. Ona öyrədir ki, kim səndən nə 

isə soruşsa, “bilmirəm, yoxdur” de. Hərzə xanım kimilər dildə bir cür, əməldə başqa cürdür. 

Üzdə özlərini yaxşı adam kimi göstərirlər, amma başqa vaxt qonşusunun dalınca danışır, lazım 

olanı vermək istəmir. Valideynlər düşünməlidir ki, onların “tökdüyünü” uşaq “yığışdırır”. Va-

lideynlər uşağının yanında yalan sözlər deməməli, başqasının dalınca danışmamalıdırlar. Ək-

sinə, uşağın yanında daha ehtiyatla, lazımi sözlər işlətməlidirlər ki, sonradan bir başqasının 

yanında üzü qara olmasınlar, öz dediyi sözü başqasından eşidəndə özünə nifrət hissi oyanmasın.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

906



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mir Cəlalın 1974-cü ildə yazdığı “Gülcamal” hekayəsi də çox maraqlıdır. Hekayədə 

göstərilir ki, Ziyafət xanım qızlarının birinə  Qəşəng, o birinə Göyçək adını qoyur. Qızlar 

böyüyür, heç 17 yaşa çatmamış, məktəbi qurtarmamış qoşulub qaçırlar. Ziyafət xanım kiçik 

qızına Qurdyeməz adını qoyur ki, heç kimin istəyində olmasın. Sanki uşaq qəsdən daha gözəl, 

daha cazibədar, ay parçası kimi bir qız olur. May nümayişlərinin birində hamı küçələrə 

çıxanda Ziyafət xanım da gözəl körpəsi ilə gedir. Bir fotoqraf uşağın  şəklini çəkir. Qızının 

adını soruşanda Qurdyeməz deyir. Fotoqraf inanmır, zarafat sayır və deyir ki, belə gözəl 

uşağın adı Gülcamal olar. Gülcamal böyüyür, peşə  məktəbində  fərasəti ilə hörmət qazanır. 

Heç kəs onu sənəddəki adı ilə yox, may nümayişlərində deyilən Gülcamal adı ilə çağırır və 

hörmət edir. 

Hekayədə çox düzgün olaraq deyilir ki, “Ataların bu sözündə həqiqət var: uşaq böyüyən-

dən, el içinə çıxandan sonra özünə ad qoyur”. Adqoyma motivinə bizim qədim abidəmiz olan 

“Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Ad qoyma ilə bağlı hissələrə 

biz dastanın I, III, VIII boylarında rast gəlirik.  

Beləliklə, Mir Cəlal az sözlə dərin məna daşıyan cümlələri, həyat təcrübəsi ilə  oxucunu 

özünə cəlb edir. Hekayələrində onun sadəliyi, səmimiliyi, zəhmətsevərliyi, ustalığı özünü göstərir.  

 

 



DİLİN İNKİŞAF PROSESİ VƏ LÜĞƏTLƏR 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin