Qafqaz Universiteti Materiallar


İSA MUĞANNANIN "İDEAL" ROMANINDA İCTİMAİ KONFLİKT



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə25/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   21   22   23   24   25   26   27   28   ...   124

İSA MUĞANNANIN "İDEAL" ROMANINDA İCTİMAİ KONFLİKT 

 

Günel PƏNİYEVA 

ADPU 


gunelpeniyeva@mail.ru 

AZƏRBAYCAN

 

 

İsa Hüseynov hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan çox, bir 



sosioloq, bir filosof-tarixçi kimi, ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin 

köklərini araşdırmışdır. ”Məhşər” öz elmi-fəlsəfi dərinliyi ilə daha uzaq tarixə baş vurmaq üçün 

onun görücülük qabiliyyətini gücləndirmişdir. 

   "İdeal”da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə böyümüş gənc 

Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə  gəlib işə başladığı ilk gündən elə 

böyük çətinliklərlə, hər gün, hər saat, hər dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşıl-

maz müəmmalarla, el malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə 

dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə aparacağını, öz ürəyinin, 

vicdanının tələbləri əsasında necə işləyəcəyini, məsələləri necə həll edəcəyini fikirləşdikdə az 

qala oxucunun nəfəsi təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata 

yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması, əmisi ilə barışmaq üzrə ikən 

gözünün qabağında Sultanın Gülgəzi zorlaması  hələ bir yana, Səməd  əmisinin idarəçilik 

işlərində geriyə doğru dəhşətli dönüş görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi 

indi Qudalıları  iş başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı  Rəhim 

kolxoz sədri olan kimi, əsas vəzifələri — mühasibliyi də, fermanı da qudalılara tapşırmışdır. 

Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni çıxarılmış qardaşı Məhəmmədin intiqamını 

almağa başlayıb, kolxozçuların əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla 

kolxozu dağıtmağa çalışır. Təbiətən  əyriliyə, soyğunçuluğa, el malına həris olan, faktiki 

olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə birdən-birə  iş başına 

gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir? 

  Məlum olur ki, bütün bunlar Mirqəzəb — Dudiyev xətti ilə bağlıdır və Sultan artıq 

əvvəlki Sultan deyildir. 

   Səməd rayona qayıdana qədər əmisini başqa cür tanıyırdı: Sultan canını, həyatını, ailə 

səadətini xalq işinə, ictimai işə qurban vermiş bir kommunistdir. Əyriliyin, tüfeyliliyin, saxta-

karlığın düşmənidir, kasıb, yoxsul, həqiqi zəhmət adamlarının pənahı, arxasıdır. Ədalət, qanun 

naminə hətta çox böyük vəzifə sahibləri ilə üz-üzə gəlməkdən, toqquşmaqdan, vuruşmaqdan 

çəkinməmişdir. Böyük vəzifə sahibi Mirqəzəb bir tərəfdən onu əməyinə görə yüksək qiymət-

ləndirməli, döşündən ulduz asmalı, digər tərəfdən, onu Dudiyev xətti ilə izləməli, məhv etmə-

yə çalışmalı, onun keçmişi və İrandakı qardaşları haqqında material toplamalı olsa da, Sultan 

öz təmizliyi, işgüzarlığı, möhürlü inventar ev əşyaları, boz kiteli ilə kristal partiya işçisi kimi 

ləkəsiz və təmiz yaşamışdır. 

"İdeal” sosial-psixoloji bir əsər kimi XX əsrin ikinci yarısında yaranmış Azərbaycan 

nəsrinin ən qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir. 

   “İdeal”  İsa Muğannanın yaradıcılığında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradı-

cılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

913



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bu bölgüyə  nəzərən “İdeal”ın müəllifinə  də üç mərhələdə baxmaq olar - yazıçı, yazıçı-

peyğəmbər, peyğəmbər. “İdeal” öz müəllifinin düşüncəsində koordinat oxlarının kəsişdiyi 

sıfır nöqtəsidir. Hər  şey ordan keçir. İsa Muğannanın bu romandan sonra yazdıqları artıq 

ədəbiyyat hadisəsi deyil.      

Bu roman sadəcə bir nəfərin yox, ümumən Azərbaycan xalqının, bir az da geniş desək, 

dünya insanının bir neçə minillik düşüncəsinin roman şəklinə düşmüş  məcmusudur.   İnsan 

niyə ölür, necə edək ki, ölməyək, əbədi mövcud olaq? Bu suala dinin öz, elmin öz cavabı var. 

İdeal romanı insanlığı dünya yaranandan narahat edən bu ən böyük suala ədəbiyyatın 

cavabıdır. Və təkcə elə problemin özü “İdeal”ı dünya ədəbiyyatının ən möhtəşəm romanların-

dan biri adlandırmağa əsas verir. 

 

 

DƏDƏ ÖMƏR RÖVŞƏNİNİN DİLİNDƏN “NEY” 

 

Xanım ƏSƏDOVA (ABDULLAYEVA) 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu 



xanim_z@hotmail.com 

AZƏRBAYCAN

 

 

XV  əsrin görkəmli mütəsəvvifi və  şairi Dədə Ömər Rövşəni Türkiyənin Aydın elinin 



Gözəlhisar bölgəsində doğulmuş, gənclik illərində isə Azərbaycana gələrək Xəlvətiyyə 

təriqətinin “piri-sani”si olan Seyyid Yəhya Bakuvi Şirvaninin tələbəsi olmuşdur. Dədə Ömər 

yaradıcılığının ideya-bədii qaynaqları sufizim üzərinə qurulmuşdur. Bunun başlıca səbəbi 

ədibin Xəlvətiyyə təriqətinin Rövşəniyyə qolunun qurucusu, sufi alim,  zahid bilgə olmasıdır. 

Rövşəni divan şairidir. Sənətkarlıq baxımından XV əsr Şərq ədəbiyyatının dəyərli nümunələri 

olan əsərləri klassik janrın qəzəl, qəsidə, müxəmməs, müstəzad, tuyuğ, tərkibbənd, təcribənd, 

müləmmə və s. kimi örnəkləri ilə zəngindir.  Mütəsəvvif şair olduğundan əsərlərində İlahi eşqi, 

insansevərliyi, yaradılışdakı möhtəşəmliyi, kamilliyi, ədaləti, gözəlliyi, vətənə-torpağa bağlı 

olmağı, əsil sufinin kimliyini tərənnüm etmişdir. Nəsihətçilik, təmsil, lətifə,  hekayə əxlaqi-di-

daktik məzmunlu məsnəvilərin başlıca janrlarıdır ki, məsnəvi bütün bunları özündə ehtiva edir.  

Dədə Ömər Rövşəninin əlyazma əsərləri haqqında məlumatı Şərqin təzkirəçi alimlərin-

dən və əlyazma kataloqlarından, Avropa şərqşünas alimlərinin tədqiqatlarından, eyni zamanda 

Qərbin və Şərqin müxtəlif muzeylərində, arxivlərində saxlanılan əlyazma nüsxələrindən alırıq. 

Azərbaycanda Dədə Ömər haqqında dolğun məlumatı 70-ci illərin sonlarından başlaya-

raq araşdırmalar aparan, şeyxin həyat və yaradıcılığına dərindən bələd olan, əlyazma nüsxələ-

rinə istinad edərək dissertasiya işi, məqalələr, kitablar ərsəyə gətirərək tədqiqatçılara və oxu-

culara bəxş edən görkəmli alim, professor Azadə Musabəylidir. 

Azərbaycan Milli Elmlər Akademiyası  Əlyazmalar  İnstitunda mühafizə olunan B-

778/2938 şifrəli Rövşəni “Divan” əlyazması haqqında qısa məlumat 1963-cü ildə nəşr olunmuş 

“Əlyazmaları kataloqu”nun birinci cildində verilmişdi. İkinci əlyazma nüsxəsi isə B-3972/23506 

şifrəli Rövşəni “Divan”ıdır. Həmçinin Əlyazmalar İnstitutunda saxlanılan fərqli- fərqli əlyaz-

ma nüsxələrində və cünglərdə ədibin şeirlərindən seçmələr vardır.  

Rövşəni “Miskinlik kitabı”ndakı iki hekayəni (“Çaqqalın boyaqçı küpünə düşməsi”, 

“Yoxsul kişinin hekayəsi”), “Çobannamə” və “Neynamə” məsnəvisini Mövlana Cəlaləddin 

Ruminin “Məsnəvi”sindən yaradıcı tərcümə etmiş, öz müstəqil düşüncəsini qatmışdır. Şeyxin 

həyat yolundan və əsərlərindən anlaşılır ki, ədibin Mövlanaya dərin məhəbbət duymuş, yara-

dıcılığını dərindən öyrənmişdir. 

Dədə Ömərin Rumidən tərcümə etdiyi ikinci məsənəvisi “Neynamə”dir. Adından da bəlli 

olduğu kimi “ney” təsəvvüfün başlıca musiqi alətlərindəndir.  Əsərlərində yer-yer  يﺎ ﻧ(ney), 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

914



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ﻞهد  (dühl), ﺞﻨ ﺳ (sinc), نﻮﻧﺎ ﻗ (qanun), ﻞ ﺒﻃ (təbl), ادو (ud), ثﻮ آ (kus) və s. musiqi alətlərindən 

söhbət açılır. 

Cəlaləddin Ruminin “Məsnəvi”sində sufi dini ayinlərinin  əsas motivi olan “ney”i öz 

mənəvi aləmində yetişdirmiş, ruh dünyası ilə dilə gətirmişdir. Rövşəni isə neyin dili ilə : “Mən 

neyəm ki, bənim üçün Mövləvi 

Söyləyib bir xoş kitabi-məsnəvi” - deyərək Mövlananın “Məsnəv”ini ona ithaf etdiyini 

vurğulamışdır.  

AMEA  Əlyazmalar  İnstitutu xəzinəsində B-778/2938 şifri altında mühafizə olunan 

Dədə Ömər Rövşəni “Divan”ının Neynamə bölümü: “Bu neyin sifətləri, əhvalı və sirlərinin 

növləri və kamil insana bənzədilməsi haqqında risalə və bəzi hekayələrdir” şərhiylə açıqlama 

verir və 27 bölmədən ibarətdir. Məsnəvi “neyin hekayətləri” ilə başlayır. 

Ney, onu neyistandan ayırıb bu aləmə  gətirmələrindən, inlətmələrindən,  şəklini dəyiş-

mələrindən, ayrılıqlardan şikayət edir, “Neyin yanında dəmbədəm dəf, tər gərək” -deyir. Lakin 

sonrakı misralarda neyin inləməsindəki, yanmasındakı sirrlər yavaş-yavaş açılır: 

 

   


Der ki, mən bir aşiqəm, yəni neyəm, 

  

Guşü huşəm, cümlə didü didəyəm. 



 

   


Sanmaguz siz bəni kim, ku-ku derəm, 

   


Bəlkə yahu deməzəm, Hu-Hu derəm. 

 

Ney özünü aşiqə bənzədir və Hu-Hu deyərək Yaradana olan eşqini zikr edir. Ney, Anı 



(“O” işarə  əvəzliyi – X.Ə) biləndən, tanıyandan sorun, çünki Anı bilən hər nəfəsdə Anı 

gözlər, Ansız gəzməz, Anıda onu görər: 

 

  

Bir dəm Ansız olma, ey can, Anı gör, 



  

Canü dildən aç gözün Cananı gör. 

 

  

Rövşəni fəryadü hayi-huy ilə, 



  

Ney dəmində Anı tapdı buy ilə. 

 

Rövşəni sonrakı bölümlərdə qoxunun sirri, kamil insanın neyə bənzəməsi və naləsində 



gizlənən sirrlər haqqında danışır. Yar əlində olan yarələrin yarə xoş gəlməsi, Davud nəbinin 

dərd ilə inləməsinə cümlənin dəmsaz olması, bunların nəbi üçün labüdlüyü şairin təfəkkürü və 

neyin inləməsi ilə bütünləşmişdir. Neyin eşq ilə bəslənməsi, məqsədinin Həqqə dərvişlik et-

məsi, Eşqi bilənin vəli olması kimi məqamlar əslində insan və Yaradan arasındakı münasibətə 

işarə vurur.  

“Neynamə” məsnəvisi sonluq və münacatla yekunlaşır. Sonluqda Rövşəni: “Ya İalhi, 

istəmən Misrü Dəməşq, Rövşəniyə ver yenə bir zərrə eşq” -deyərək dünya adına bir istəyinin 

olmamasını, sadəcə İlahi eşqə talib olduğunu bəyan edir. 

Dədə Ömər Rövşənin bütün əsərlərinin ana qaynağında Yaradana, Peyğəmbərlərə, 

insana, canlıya olan ilahi məhəbbət dayanır ki, şeyx qəzəl, qəsidə, müxəmməs janrında 

yazdığı şeirlərini zəmanəsinin hökmdarlarına yox, Aləmlərin Sahibinə ithaf etmişdir.  Şairin 

həyatı  hər zaman tədqiqata açıq olan incə  məqamlarla zəngindir ki, bu da araşdırmacıların 

üzərinə düşən müqəddəs bir vəzifədir.  

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

915



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

DÜNYA VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA                                     

ŞEYTAN MİFİK OBRAZ KİMİ 

 

Aysel TALIBOVA 

Qafqaz Universiteti  



atalibova@qu.edu.az 

AZƏRBAYCAN 



 

Şeytan bir çox dində insanları pisliyə təşviq edən, ədalətsizliyin öndəri  kimi dəyərləndi-

rilən bir varlığın adıdır.  Şeytan sözünün mənşəyi ibrani dilində  rəqib, müxalif, pozucu və 

təxribatçı kimi mənalara gələn "Satan"dan, ya da ərəbcə "rəhmətdən uzaqlaşdı, haqqdan uzaq 

oldu" mənalarını verən "şətanə"dən gəlir. Müasir dinlərdə ya da mifologiyalarda, şeytan ümu-

miyyətlə, fövqəltəbii güclərə sahib, durmadan insanları dindən, dolayısı ilə yaradıcısının 

əmrlərindən uzaqlaşdırmağa çalışan bir varlıq kimi dərk olunmuşdur. 

Bəşəriyyətin tarixində şeytanın rolu bütün dinlərdə mahiyyət etibarilə eynidir. Lakin bu

şeytanın  ədəbiyyatdakı mahiyyətindən köklü şəkildə  fərqlənir.  Şeytanın  ədəbiyyatdakı 

mahiyyəti onun yezidilik fəlsəfəsindəki mövqeyi ilə bir çox oxşarlıqlara malikdir: 

a)  Şeytan fiqurunun yəhudi, xristian və müsəlmanlıqdakı bir bənzəri yezidilikdə  də var. 

Yezidilikdə Tanrı dünyanın yalnız yaradıcısıdır, ancaq davam etdiricisi deyil. İlahi iradənin 

vücuda gəlməsi üçün şeytan bir növ vasitə rolunu öhdələnmişdir. Eyni cəhəti  əsərlərdə  də 

görə bilərik. Cəmiyyətdə  mənəvi böhran maksimum həddinə çatanda ilahi qüvvə  şeytanın 

timsalında zühur edir. Əsərlərdə Tanrının rolunu, demək olar ki, görmürük. İnsanları əxlaq və 

mənəviyyat dəyirmanında üyütmək vəzifəsini yazıçı şeytanın öhdəliyinə verir. 

b) Yezidiliyə görə, axirət inancı kimi sonradan hesab veriləcək bir yerin varlığı 

mümkün deyil. İnsanın inancına və yaşayışına görə dünya cənnətə də cəhənnəmə də çevrilə 

bilər. Bəlkə də yazıçılar elə bu mövqedən çıxış edərək, şeytanı insanların qarşısına öldükdən 

sonra axirətdə deyil, real maddi dünyada çıxardır, axirət məhkəməsini real dünyaya gətirir. Və 

bu əsərlərdə şeytan özünü bütün insanlara dost bilir. Necə ki axirət məhkəməsi hər kəs üçün 

qaçınılmazdır, eləcə  də  şeytan məhkəməsi insanların ortaq taleyidir. Şeytanın fani dünyaya 

səyahəti ilk dəfə ədəbiyyatımıza H. Cavid yaradıcılığı ilə gəlir. Ondan əvvəl şeytan obrazını 

Ə. Haqverdiyev yaradıcılığında da görürük. Lakin burada şeytan real dünyada deyil, insanlar 

öldükdən sonra cəhənnəmdə meydana çıxır. 

c)  Yezidilik fəlsəfəsində şeytan daha yüksək mərtəbədə yerləşdirilir. Bu fəlsəfəyə görə, 

şeytan bütün bu işlərin nəzarət edicisi və Tanrının yer üzündəki kölgəsidir. Bədii  əsərdə  də 

yazıçı iblisin əli ilə  qəhrəmanlarının həyatını alt-üst edir, onları  məhv edir, bəlkə  də bütün 

həyat bağlarını  qırır. Lakin elə onların qazancı bu uçurum olur. Onlar mənən köklü şəkildə 

dəyişirlər. “İblis”  əsərində  sınaqdan bu cür qazancla çıxmış Arif yenə  də  İblisin özünü 

günahlandırır. H.  Cavid onu peşmançılıq hisslərinin müşayiətilə  tərbiyələnmiş  həddə 

çatdığını göstərsə  də, yenə  də  qəhrəmanına həqiqəti dərk etməyə imkan vermir. Əsərin 

sonunda o yenə də baiskar kimi İblisi görür.  Şeytanın dinimizdəki mahiyyətindən 

uzaqlaşdırılıb, həqiqət güzgüsü kimi təqdim olunması motivi ədəbiyyatımıza ilk dəfə H. 

Cavid qələmi ilə  gəldi.  İstər H. Cavidin, istərsə  də digər yazıçıların yaratdığı  şeytan obrazı 

çirkabların qaynağı olsa da, əslində bu çirkablar onun həyat həqiqətləri, dünyanı qavrama 

modeli deyildir. Onun da həyat həqiqətləri bütün dinlərin insanlardan tələb etdiyi əxlaqi-

mənəvi normalardır. Biz əslində  şeytanı eybəcərlikdən həzz alıb, gözəlliyə nifrət edən bir 

varlıq kimi dərk edirik. Şeytan, insanın bir növ heyvan olduğu düşüncəsini və dinlər üçün 

günah olanı  təmsil edir.Yəni ki, şeytan anlayışının kökü dini və  əxlaqi olan hər  şeyə qarşı 

çıxmaq və bunun tərsi olan hər  şeyi həyata keçirməyə dayanır.Halbuki  ədəbiyyatda  şeytan, 

gözəlliyi gözəllik kimi, eybəcərliyi də eybəcərlik kimi dərk və  qəbul edir. Və eybəcərliyin 

hökm sürdüyü qəlbləri cəzalandırır. İnsanları uçuruma çəkmək onun fərdi-mənəvi təlabatın-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

916



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dan doğan bir məqsəd kimi deyil, ilahi iradənin əmrinə əsasən yerinə yetirilən bir vəzifə kimi 

göstərilir. Məsələn, Hötenin Mefistofeli şeytan olduğu halda, insan olan Faustun ondan 

dilədiyi təmizqəlbli qızları öz şeytani əməllərinin qurbanına çevirməyə layiq görmür: 

Hər cür ifritəylə, adi cırtdanla 

Sənə hər dəqiqə qulluq edərəm. 

Lakin ifritəni hər qəhrəmanla 

Heç cür müqayisə edə bilmərəm. 

Bulqakov bu motivdən tamam fərqli  şəkildə istifadə edib. Əsərdə bir deyil, bir neçə 

nəfərdən ibarət  şeytan qrupu iştirak edir. Lakin onlar, qətiyyən mənfi obraz deyillər. Heç 

şeytan da deyillər. Onlara “cin-şəyatin” deyə xitab edənlər onların cəza xarakterli zərbələrinə 

tuş  gələnlərdir. Bəli, onlar insanlarla amansız rəftar edirlər, kimilərini öldürür, kimilərini 

alçaldır, kimiləri ilə  də amansız zarafatlar edirlər. Lakin bu həmlələrin hər biri o insanların 

hansısa mənfur  əməl və ya düşüncələrinə verilmiş konkret cavablardır. Bu şeytan dəstəsi 

insanları yoldan çıxartmaq üçün heç də böyük əmək sərf etmirlər. İnsanlar mənən o dərəcədə 

zəifləyiblər ki, artıq özləri yoldan çıxmağa, aldadıcı vədlərə, pula hərislikdən doğan inanclara 

birbaşa meyillidirlər. Lakin Bulqakovun şeytanlarını digər yazıçıların şeytanlarından fərqlən-

dirən əsaslı bir cəhət də var: digər yazıçıların əsərlərində şeytan ancaq cəza verən funksiyasını 

daşıyır. Bu əsərlərdə yazıçını maraqlandıran günahlar və onların cəzalarıdır. Lakin Bulqako-

vun şeytanları həm də mükafatlandırır. Onlar Masterə və Marqaritaya gözəl şəraitli həyat bəxş 

edirlər. “Xortdanın cəhənnəm məktubları”  əsərində insanlar pis əməllərin iblislik olduğunu 

dərk etsələr də, bu dərketmə qorxudan doğan natamam dərketmədir. Onlar iblisi günahlandı-

rırlar, lakin əsərdə cəhənnəm alovu öz vəzifəsini başa çatdıra bilmir, onların qəlbindən çirkabı 

silib ata bilmir. Çünki günahlar rəngarəng olduğu halda onların cəzasının bir rəngi var: alov. 

Halbuki Bulqakovun iblisi hər günaha öz rənginə uyğun cəza metodu ilə cavab verir. Və 

qəhrəmanlar səhv etdiklərini sözün əsl mənasında dərk edirlər. Bədii  əsərdə obrazın günah 

yolundan nədənsə qorxaraq dönməsi deyil, səhvini dərk edib öz qərarı ilə dönməsi daha təbii 

alınır. Bu mövqeni bir çox dünya klassiklərində görmək mümkündür. Mənəvi təmizlik və 

ilahi qüvvələrə bağlılıq müxtəlif konsepsiyalarda izah olunur. Lakin H. Cavid Avropa 

ədəbiyyatından hər nə qədər təsirlənsə də, milli psixologiyadan uzaqlaşa bilməmişdir. Avropa 

klassiklərinin  əsərlərində  şeytanla görüş obrazlar üçün müəyyən qazanclarla nəticələnsə  də, 

Cavidin obrazlarında bu qazancı görmürük. Arif İblisi kəşf etsə  də, onu özününküləşdirə 

bilmir. Öz məni kimi qəbul edə bilmir. Onu fizioloji bir varlığa sahib olan məxluq kimi dərk edir. 

Və inanır ki, müəyyən fiziologiyaya sahib bir varlıq onun ruhi-mənəvi sükanını  ələ keçirə 

bilər. 

İnsan psixologiyasının  ən gizlin nöqtələri  şeytanın həmlələri sayəsində  kəşf olunur. 



Bəşəriyyətin xislətində əzəldən bu cür psixologiya vardır ki, insanlar bəlkə, hansısa peşmanlıq-

dan duyduğu  əzabları yüngüllətmək, bəlkə  də müəyyən mənada bir sıra mənəvi-vicdani 

ağırlıqların yükündən xilas olmaq üçün xəyallarında mistik bir varlıq yaratmış  və onun 

varlığına inanmış, peşmanlıqlarının, ya da qalib gələ bilmədiyi hansısa zəifliklərinin səbəbini 

həmin varlığın mövcudluğunda axtarmışdır. Və özünü həmişə elə qələmə vermişdir ki, guya 

bu varlıq – İblis, Şeytan ən nifrət etdiyi, bəlkə də ən çox qaçdığı varlıqdır. Halbuki, biz ondan 

qaçmırıq, nə də ona nifrət etmirik. Çünki bizim ona ehtiyacımız var. Allah insanları sonuna 

qədər mükəmməl yaratmayıb, müəyyən zəiflikləri və çatışmazlıqları ilə birlikdə yaradıb. Allah 

insanları yaradıb həyatın yarış meydanına atdıqda, sözsüz ki, bu zəifliklər və çatışmazlıqlar 

müəyyən qüsur və xətaların meydana gəlməsinə səbəb olacaq. Bəs insanlar bu qüsur və xəta-

ların səbəbini harada axtaracaqlar? (üstəlik, bunları aşmaq üçün mübarizəyə niyyətlidirlərsə) 

Bunun üçün xəyallarında qarşı tərəfə məxsus bir rəqib, bir opponent uyduracaqlar. Psixologi-

yamız  əzəldən belə yaranıb:  əgər döyüşürüksə, ya da müdafiə olunuruqsa deməli, hansısa 

rəqib var, bunun əksi mümkün deyil. Və bu böyük döyüş  üçün biz insanlar rəqib olaraq şey-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

917



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

tanı seçdik. Şeytanı da Allah yaradıb, lakin onun ruhu qara çirkabdan yoğrulmuşdur, bütün 

eybəcərliklərin və günahların qapısı ondadır. Deməli, dünyadakı bütün eybəcərliklərin və gü-

nahların baiskarı elə iblisin özüdür. Lakin bir şeyi unuduruq ki, bu iblisin qəlbimizə bu qədər 

nüfuz etməsinə bais olan yeganə cəhət elə öz zəifliyimizdir: 

İblis nədir?- 

Cümlə xəyanətlərə bais. 

Ya hər kəsə xain olan insan nədir?- 

İblis!.. 

(H. Cavid – “İblis”) 

 

 

AZƏRBAYCAN “YENİ NƏSRİ”NİN FORMALAŞMASI 



 

Nizami HÜSEYNOV 

nizaaa@mail.ru 

AZƏRBAYCAN 

 

60-90-cı illərdə  bədii nəsr  əsrin birinci yarısına nəzərən daha sürətlə inkişaf etmişdir. 



Həmin tərəqqini və inkişafı  şərtləndirən bir neçə mühüm amil vardır. Belə ki, bu illərdə 

müasir Azərbaycan nəsrinin artıq dünya miqyasında tanınmış, bədii söz xəzinəmizə bir sıra 

gözəl monumental, epik əsərlər, roman-epopeyalar, dilogiyalar, tetralogiyalar vermiş, ağsaqqal 

ədiblərimiz, ədəbiyyatımızın patriarxları, “uzaq vuran artilleriyaları” (S.Vurğun) olmuşlarsa, 

başqa bir nəsil isə - o dövrdə ədəbiyyata gələn odlu-alovlu gənclər, romantik təbiətli qələm sa-

hibləri öz sözü, öz üslubu, dəst-xətti yazı manerası artıq püxtələşməkdə olan söz və  sənət 

təşnələri coşqun fəaliyyət göstərmişlər. Ona görə də sözü gedən dövrdə bədii nəsrimiz onların 

ədəbi axtarışları nəticəsində xeyli zənginləşmiş, demək olar ki, epik növün istisnasız olaraq, 

bütün janrları dinamik inkişaf yolu keçmişdir. 

Azərbaycan  ədəbiyyatında, o cümlədən  nəsrində  bədii gerçəkliyin yeniləşməsi və bir 

mərhələ xüsusiyyəti kəsb edib vicdana, milli oyanışa, şüura və milli mentalitetə xidmət etməsi 

missiyası da keçən  əsrin 60-cı illərində yeni nəfəs almış, növbəti dəfə  təcəssüm tapmışdır. 

Əsrin  əvvəllərində  Cəlil Məmmədquluzadə,  Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir 

Çəmənzəminli kimi sənətkarların formalaşdırdığı  bədii  ədəbiyyatı 60-cı illərdə  ədəbiyyata 

gələn nasirlər nəsli – Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Maqsud İbrahimbəyov, 

Rüstəm İbrahimbəyov, İsi Məlikzadə, Sabir Azəri və başqaları daha da əlvanlaşdırdılar. Mirzə 

Cəlilin “Vətən! Vətən! Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!”məramını yeni şəraitdə 

daha ucadan səsləndirən bu yazıçılar sovet rejiminin ideoloji prinsiplərini pozaraq insana 

məhəbbətin, haqqa, həqiqətə  sədaqətin yeni nümunələrini yaratdılar. 

Sonrakı  mərhələdə bu nəslin işığı altında  ədəbiyyata başqa nasirlər – nisbətən gənc 

yazıçılar gəldilər: Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla, Vaqif Nəsib, Baba 

Vəziroğlu, Afaq Məsud, daha sonralar Firuz Mustafa, Aqil Abbas, Mustafa Çəmənli, Saday 

Budaqlı, nəhayət, Orxan Fikrətoğlu, Səfər Alışarlı, Elçin Hüseynbəyli, Mənzər Niyarlı, Rəşad 

Məcid, Yaşar, Eyvaz Əlləzoğlu və neçə-neçə başqaları. Bu yazıçıların çoxu, xüsusilə bu gün 

nəsrimizin ağsaqqalları  səviyyəsinə yüksəlmiş Anar, Əkrəm  Əylisli, Maqsud İbrahimbəyov, 

Elçin, Rüstəm  İbrahimbəyov kimi nasirlər  ədəbiyyata sovet dövründə  gəlmiş,  əsərlərinin  

çoxunu cəmiyyətdə yasaqların, ideoloji qadağaların mövcud olduğu dövrdə yazmışdılar. Buna 

baxmayaraq, onların yaradıcılığı ənənəvi “sovet ədəbiyyatı” deyildi. Tənqidçi Yaşar Qarayev 

bu məsələni doğru qeyd edir: “”Mövcud total rejimi “dünyada ən azad rejim” kimi vəsf və 

tərənnüm edən külli miqdarda “bədii” məhsul meydana çıxsa da, ədəbi iqlimi və mövsümü 

müəyyən edən artıq onlar deyildi, ideoloji bir ərazi kimi “sosialist realizmi”nin bədii təcrübə-


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin