Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Şəxsiyyətin inkişafına təsir göstərən amillər



Yüklə 170,13 Kb.
səhifə7/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   2   3   4   5   6   7   8   9   10   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

6.Şəxsiyyətin inkişafına təsir göstərən amillər.
Pedaqogikada şəxsiyyətin inkişafı ilə bağlı 3 istiqamət vardır: Bioloji, sosioloji və biososioloji istiqamət.
Bioloji istiqamətin nümayəndələri şəxsiyyətin sırf təbii varlıq hesab edir, onun bütün davranışını anadan olarkən özü ilə gətirdiyi maraqların, tələbatların, instiktlərin təsiri ilə izah edirlər.
Sosioloji istiqamətin tərəfdarları insanın bioloji varlıq kimi dünyaya gəlməsini qəbul edir, lakin qeyd edirlər ki, insan onu əhatə edən sosial qruplarla ünsiyyət prosesində, cəmiyyətdə sosial varlıq kimi formalaşır.
Biososiolji istiqamətin tərəfdarlarının fikrincə, psixi proseslərin(duyğu, qavrayış, təfəkkür) bioloji təbiəti olsa da, şəxsiyyətin təcrübəsi, əxlaqi-mənəvi baxışları, maraq və qabiliyyətləri sosial hadisələr kimi formalaşır.
Şəxsiyyətin inkişafı və formalaşmasına 3 başlıca amil təsir göstərir:İrsiyyət, mühit və tərbiyə
İrsiyyət - valideynlərdən irsən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin keçməsi başa düşülür. Valideynlərin uşaqlara irsən həm fiziki əlamətlər (zahiri bənzəyiş, saçın, gözün, dərinin rəngi və s.), həm də fizioloji əlamətlər (ali sinir sisteminin xüsusiyyətləri, pataloji qüsurlar – qan xəstəliyi, şəkər xəstəliyi və s.) keçə bilər.
Elm sübut edir ki, qabiliyyətlər irsən keçmir, uşaq təbii imkanlarla doğulur. Məsələn: Uşaq nitq qabiliyyəti ilə doğulmur, lakin danışmaq üçün təbii imkanlarla dünyaya gəlir. Onun boğazının,dilinin, dişlərinin, səs tellərinin xüsusi quruluşu nitq qazanmaq üçün təbii imkanlardır. Bu təbii imkanlar isə yalnız sosial mühitdə, insanlarla ünsiyyətdə, inkişaf edib nitq qabiliyyətinə çevrilə bilər.Vaxtilə görkəmli rus inqilabçı- demokratı V. Q. Belinski yazırdı ki, palıd ağacını alma yetişdirməyə məcbur etmək olmaz, çünki onda alma yetişdirmək imkanı yoxdur. Amma meşədə bitən cır armud ağacını peyvənd etməklə onu dadlı, ətirli armudlar yetişdirməyə məcbur etmək olar, çünki onda armud yetişdirmək imkanı var.Yəni insanın irsən gətirdiyi təbii imkanların inkişafı üçün hökmən əlverişli mühit olmalıdır.
Şəxsiyyətin inkişafına təsir göstərən amillərdən biri də mühitdir. Mühit dedikdə, həm təbii mühit, həm də sosial mühit nəzərdə tutulur.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin