Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə8/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Təbii mühitin elementləri – hava, su, günəş radiasiyası, atmosfer təzyiqi, flora və fauna şəxsiyyətin həm fiziki, həm də mənəvi inkişafına, yetkinləşməsinə təsir göstərir.
Sosial mühit dedikdə, insanın həyat və fəaliyyətini əhatə edən xarici şərait, maddi həyat şəraiti, sosial münasibətlər sistemi nəzərddə tutulur. İnsan yalnız ünsiyyət və fəaliyyət prosesində sosial varlıq kimi, şəxsiyyət kimi formalaşır.
İnsanın inkişafına təhsil-tərbiyənin də təsiri böyükdür. Düzgün təşkil edilmiş təhsil-tərbiyə hər bir insanın meyl, maraq və qabiliyyətlərini üzə çıxarmağa, onun fərdi xüsusiyyət və imkanlarına müvafiq olaraq inkişaf etdirməyə imkan verir. Tərbiyə vasitəsilə insan xarakterini tamamilə dəyişmək mümkün olmasa da, onun inkişafını müsbət istiqamətə yönəltmək mümkündür.
Beləliklə insanın inkişafında, onun bir şəxsiyyət kimi formalaşmasında irsiyyət, mühit və tərbiyə amilləri qarşiliqla əlaqədə mühüm əhəmiyyət kəsb edir. 7.Şəxsiyyətin sosiallaşması prosesi
Şəxsiyyətin sosial təşəkkülü onun bir şəxsiyyət kimi özünü dərk etməsi, cəmiyyətə adaptasiyası prosesidir. Bu, tərbiyə, təhsil və özünütərbiyə prosesində baş verir.Sosiallaşma prosesində şəxsiyyətin fərdi xüsusiyyətləri: xarakteri və iradəsi, maraq və tələbatları,əqli inkişafının səviyyəsi, cəmiyyətdəki mövqeyi və dünyagörüşünün xüsusiyyətləri ön plana çəkilir.İnsanı əhatə edən ictimai mühit, sosial institututlar, o cümlədən ailə, məktəb , əmək kollektivləri, kütləvi informasiya vasitələri də sosiallaşmada mühüm rol oynayır.Bir sözlə sosiallaşma uşağın fəaliyyətindən, onun əməkdə iştirakından, görüş dairəsinin genişlənməsinə ətraf mühitin etdiyi təsirlərdən, cəmiyyət və dövlətin gənc nəslə qayğısından asılıdır.
Fiziki cəhətdən qüsurlu uşaqların şəxsiyyətinin sosiallaşması bir sıra çətinliklərlə müşayiət olunur.Bu zaman sosial pedaqoqun köməyinə ehtiyac duyulur.Sosial pedaqoq uşaqların meyl və qabiliyyətlərini, istəklərini aşkar edib,ailəni və ətraf mühiti öyrənib , onun inkişafı üçün şərait yarada bilər.
Psixoloq S.İ.Gessen şəxsiyyətin formalaşması prosesini üç mərhələdə nəzərdən keçirir.
Birinci mərhələ- oyun fəaliyyətinin üstünlük təşkil etdiyi məktəbəqədər dövrdür.
İkinci mərhələ - ətraf aləmin, onun qanun və tələblərinin uşaq tərəfindən fəal dərk olunması prosesidir.Bu inkişaf mərhələsi uşağın təhsil aldığı məktəbin cəmiyyətdəki sosial proseslərdən nə dərəcədə xəbərdar olmasından asılıdır.Çünki məhz məktəbdə verilən biliklər insanı mədəni aləmə aparıb çıxarır.
Üçüncü mərhələ - uşağın formalaşmasının başa çatması dövrüdür.Bu dövr təhsil, məktəbdənkənar və universitet təhsili ilə bağlıdır. Şəxsiyyət ətraf aləmi və cəmiyyəti dərk edərək öz “ mən”ini təkmilləşdirir,onün dünyagörüşü formalaşır.
Beləliklə, şəxsiyyətin sosiallaşmasında ailə mühiti, ailənin qayda-qanunları, tərbiyə şəraiti, məktəbdə təlim-tərbiyə prosesi, cəmiyyətdə insanların həyat fəaliyyətini tənzimləyən üsullar, cəmiyyətin iqtisadi, mədəni inkişaf səviyyəsi və s. amillər mühüm rol oynayır.Cəmiyyət iqtisadi və mədəni cəhətdən nə qədər çox inkişaf etmiş olarsa, sosiallaşma prosesində insanın inkişafı o qədər çox təmin olunar. Sosiallaşma cəmiyyətə girişdir. Şəxsiyyətin ictimailəşməsi həyatın ilk illərindən başlayır, o zaman insan normalara yiyələnir, ətrafdakı insanların rollarını ayırmağa başlayır: valideynlər, nənələr, tərbiyəçilər, kənar insanlar. Sosiallaşmanın başlanğıcında atılan mühüm addım fərdin cəmiyyətdəki rolunu qəbul etməsidir. Bunlar ilk sözlərdir: "Mən bir qızam", "Birinci sinif şagirdiyəm", "Mən uşağam”. İnsan dünyaya münasibətinin formalaşmasını tamamladıqda və öz rolunu dərk etdikdə sosilla.şma dayanır. Əslində fərdin ictimailəşməsi həyat boyu davam edir, ancaq əsas mərhələlər vaxtında tamamlanmalıdır. Valideynlər, müəllimlər və tərbiyəçilər bir uşağın və ya yeniyetmənin tərbiyəsində bəzi məqamları əldən verərlərsə, o zaman gənc şəxs sosiallaşmada çətinlik çəkə bilər.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin