Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə6/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   2   3   4   5   6   7   8   9   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment. Təşkili formasına görə eksperiment üç cür olur: təbii ( adi, təbii şəraitdə
keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks (həm təbii,
həm də laborator şəraitdə keçirilir) eksperiment. Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digəində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup).Müəyyən müddətdən (6 ay, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir.
Eksperiment yaxşı nəticə verərsə, onu bir qədər geniş miqyasda keçirmək lazımdır.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə, riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Pedaqoji tədqiqatda nəzərdən keçirilən metodların kompleks tətbiqi tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərtdir.
5.Didaktogeniya və valeologiya
“Didaktogeniya” anlayışını elmi dövriyyəyə ilk dəfə Ukrayna alimi K.İ.Platonov (1877-1969) gətirmişdir.
Didaktogeniya-müəllim, tərbiyəçi tərəfindən pedaqoji taktın pozulması nəticəsində şagirddə baş verən mənfi psixoloji halətdir. Yüksək psixoloji -əsəbi gərginlik, qorxu, çox mütəssir əhval-ruhiyyə və s. ilə ifadə olunur. Şagirdlərin fəaliyyətinə mənfi təsir göstərir, ünsiyyəti çətinləşdirir. Didaktogeniyanın yaranmasının əsasında pedaqoqun günahı ucbatından şagirdin aldığı psixoloji travma durur.Didaktogeniya çox vaxt nevroza çevrilir.
Bu zaman şagirdin psixikasını zədələyən amil müəllimin davranışı olur. Bu, şagirdə, tələbəyə hörmətsizlik, etimadsızlıq, onun təşəbbüsünü boğmaq, cavablarını lağa qoymaqda, həmçinin biliklərin verilməsi tərzində (şagirdin öz həyatında rast gələ biləcəyi bu və ya digər hadisənin mənfi məqamlarının xüsusi vurğulanması, öyrənilən materialın onun mənimsəməyə bilməyəcəyinin təlqin edilməsi və s.) təzahür edir. Şagird şəxsiyyətinin xüsusiyyətləri, onun yüksək sensitivliyi, mühakimələrin səthiliyi, onların qətiyyətsizliyi və s. də vacib əhəmiyyət kəsb edir.
Didaktogeniya dedikdə həmçinin, müəllim, tərbiyəçi, məşqçi tərəfindən pedaqoji taktın gözlənilməməsi, informasiya ilə həddindən artıq yükləməklə, qeyri-adekvat tələblərin verilməsi və həddi-hüdudu olmayan pedaqoji təsirlər nəticəsində şagirddə yaranan psixoloji –emosional gərginlik başa düşülür.
Son zamanlar psixoloqlar bu anlayışı ”məktəb nevrozu” adlandıraraq, fiziki baxımdan zəif uşaqlarda meydana gələn psixi hal kimi qiymətləndirirlər.
“Məktəb nevrozu” –(didaktogeniya) olan uşaqlar məktəbə getməmək üçün özlərini xəstəliyə vurur, tez-tez ağlayır, məktəbdə və evdə münaqişə yaradırlar. Bir müddət sonra onların aqressivliyi artır, yorğunluq, əzginlik, laqeydlik yaranır, baş ağrıları və yuxu pozulmaları baş verə bilər.
Müasir rus pedaqoji ədəbiyyatlarda “didaktogeniya”anlayışı haqqında belə yazılır: ”Didaktogeniya” (yunan dilindən: didakticos - öyrətmək, genos-nəsil) müəllimin pedaqoji taktı gözləməməsi nəticəsində şagirdlərin fəaliyyətində və şəxsi münasibətlərində meydana gələn neqativ (halsızlıq, qorxu, həyəcan) psixi hallar şəklində özünü göstərir. Didaktogeniya nevrozun əmələ gəlməsinin başlıca səbəblərindən biridir .
Didaktogeniyaya verilən bu izahların hamısının əsasında tərbiyə, təhsil və təlim sahəsində öyrədənlə-öyrənən arasındakı qarşılıqlı münasibətlərdə ( müəllimin, tərbiyəçinin, məşqçinin ) pedaqoji taktın gözlənilməməsi, ona riayət olunmaması durur.
“Valeo”- latın sözüdür. Mənası sağlamlıq, sağlam olmaq, cansağlığı deməkdir. Lakin sağlamlıq dedikdə, yalnız xəstəliyin , yaxud fiziki qüsur və çatışmazlığın olmaması deyil, həmçinin şəxsiyyətin cismani, intellektual, əxlaqi-psixoloji və mənəvi rifahında vəhdətin gözlənilməsi, təmin edilməsi başa düşülür.
Valeologiya insanı özünün sağlamlığının formalaşmasına cəlb etmək haqqında elm sahəsi kimi təşəkkül mərhələsindədir. Ümumiyyətlə, bu barədə ilk dəfə yalnız 1981-ci ildə rus alimi İ.İ. Brexman fikir söyləmiş, L.Q. Tatarnikova (Sankt Peterburq Dövlət Universiteti) isə pedaqoji valeologiyanın təşəkkülü sahəsində ilk addım atmağa cəhd göstərmişdir.
MDB ölkələrinin bəzilərində bu sahədə artıq müəyyən işlər görülmüş, elmi araşdırmalar aparılmış, hətta pedaqogika kursunda valeologiya üzrə məşğələlərin də keçirilməsinə başlanmışdır. Məsələn, bir neçə il bundan əvvəl Maksim Tank adına Belorusiya Dövlət Pedaqoji Universitetində valeologiya şöbəsi açılmışdır.
Beləliklə, göründüyü kimi, valeologiya pedaqogikanın tərkib hissələrindən birinə, bəlkə də müstəqil fənnə çevrilmə ərəfəsindədir.
Pedaqoji və didaktik səbəblərdən-tədris planı, tədris proqramları, dərsliklər və dərs vəsaitlərinin tərtibində buraxılan səhvlər, təlim-tədris prosesindəki mövcud nöqsanlar ( proqram materialının düzgün bölünməməsi, fərdi xüsusiyyətlərin nəzərə alınmaması və s.), təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin (təhsilin fərdiləşdirilməsi, diferensiallaşdırılması və s.) yerinə yetirilməsindəki astagəllik və tədrisin birtərəfli aparılması ucbatından şagirdlərin beyin yarımkürəsi qabığının eyni mərkəzlərinə düşən yük artır və bunun nəticəsində beyində qanın düzgün paylanma prosesi pozulur, məktəblilər həddən artıq yorulur və bununla bağlı digər fəsadlar meydana çıxır.
Valeoloji tərbiyədən danışarkən bir məsələyə də diqqət etmək lazımdır: müəllimlər uşağa tam, bütöv şəxsiyyət kimi deyil, şagird kimi, yəni təlim-tərbiyənin obyekti kimi baxmağa adət etmişlər. Halbuki, demokratiyaya, humanizmə əsaslanan müasir pedaqogika şagirdi təlim-tərbiyənin subyektinə çevirməyi təkidlə tövsiyə edir.
. Pedaqoji valeologiyanın zəif inkişafına baxmayaraq o, məktəblilərin sağlamlığı sahəsində yaranan boşluğu doldurur. Şəxsiyyətin rifahı yığcam şəkildə sağlam həyat tərzində öz əksini tapır. Belə sağlam həyat tərzini məqsədyönlü, sistemli şəkildə məktəb mühitinə gətirmək və şagirdlərin özlərini şəxsi sağlamlıqlarının qayğısına qalmağa öyrətmək və alışdırmaq lazımdır.
Bu gün məktəblərimizdə həyata keçirilən “ Sağlam təhsil “ layihəsi də məhz şagirdlərin sağlamlığının mühafizəsinə xidmət edir. Pedaqoji fikir tarixində səxsiyyətin formalaşmasında üç mühüm amilin rolu xüsusi vurğulanmışdır:irsiyyət,mühit və tərbiyə.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin