20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş ssri-nin



Yüklə 9.72 Mb.
Pdf просмотр
səhifə1/4
tarix23.12.2016
ölçüsü9.72 Mb.
  1   2   3   4



 20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, 

bir  plan  idi.  Belə  ki,  1988-ci  ildən  başlanan  xalq  hərəkatını  dağıtmaq  və 

demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş SSRİ-nin 

müttəfiq  respublikalarına  dərs  məhz  Azərbaycanda  verilməli  idi.  Yanvarın 

13-də təhrikçilərin təşəbbüsü ilə Bakıda başlanan erməni talanları 20 yanvar 

faciəsinin  reallaşması  üçün  mərkəzin  və  maymaq  respublika  rəhbərliyinin 

əlində bir bəhanə oldu. Azərbaycan KP MK-nın yanvarın 13, 15, 17 və 18-də 

keçirilən  büro  iclaslarında  respublikadakı  vəziyyət  müzakirə  edilmiş,  res-

publikaya güc tədbiq olunmasının vacibliyi bildirilmişdir. Ə.Vəzirov Moskva-

ya  göndərdiyi teleqramda tələb edirdi ki, “Anti- sovet, antipartiya  şüarları 

ilə mitinq edən ekstremislərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidir. 

Bunun üçün hüquqi əsaslar vardır. Müxalifətin əlində çoxlu silahın olması 

Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə 

də dərhal güc tətbiq olunmalıdır.” 

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 01 (1576)  15 yanvar 2014 - úц èë                         Ãèéìÿòè 20 ãÿïèê

Y

anvarın  7-də  paytaxtda  Azərbaycanın  ən 

böyük  tibb  müəssisəsi  olan  Bakı  Sağlamlıq 

Mərkəzi istifadəyə verilmişdir

.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 



Əliyev  və  xanımı  Mehriban  Əliyeva  açılışda 

iştirak etmişlər.

Dövlətimizin  başçısı  Mərkəzin  rəmzi  açılışını 

bildirən lenti kəsdi.

Azərbaycan  Prezidenti  və  xanımı  Bakı 

Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış 

oldular.

Bakı  Sağlamlıq  Mərkəzi  Prezident  İlham 

Əliyevin  2010-cu  il  6  avqust  tarixli  Sərəncamı 

əsasında inşa olunmuşdur. Dövlətimizin başçısı 

2011-ci  ilin  iyulunda  mərkəzin  təməlqoyma 

mərasimində iştirak etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı 

barədə  Prezident  İlham  Əliyevə  və  xanımı 

Mehriban Əliyevaya məlumat verdi.

Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi 

ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşdü.

Bakı Sağlamlıq Mərkəzi 

istifadəyə verilmişdir

Prezident İlham Əliyev 

açılışda iştirak etmişdir



Ə



ziz  dostlar,    “Təbib”  qəzetinin 

hörmətli  oxucuları,  qədəm  qoy-

duğunuz  bu  yeni  il  sizə  ailə  səadəti, 

könül  xoşluğu  gətirsin.  Üzünüzdən 

təbəssüm, 

süfrənizdən 

bərəkət 

əksilməsin.  2014-cü  il  xalqımız, 

ölkəmiz üçün sülh, əmin-amanlıq, bol-

luq ili olsun...  Düşmən işğalında olan 

torpaqlarımızın  azad  edilməsi  sədası 

ilə sevinək-gülək, bayram şadyanalıq-

ları eləyək.

  

Çox  güman  ki,  bu  il  inkişaf  etməkdə, 

çiçəklənməkdə  olan  Azərbaycanımızın  iq-

tisadi,  mədəni,  sosial  həyatında  çox  böyük 

irəliləyiş olacaq.

Artıq  yeni il tarixin səhifələrinə çe viril mək də-

dir. Saatlar, günlər bir-birini əvəz eləyə- eləyə 

irəliləyir. At ili kimi qəbul etdiyimiz  yeni ildən  

15 gün keçir. At muraddır demişlər. İnşallah hər 

birinizin arzu və istəyi, muradı bu il hasil 

olacaq...

 

“Təbib”

  qəzetinin  redak-

siyası  bu  yeni  ildə  sizin 

mənəvi  həyatınıza 

yeni  sürprizlər 

hazırlamış-

dır.  Möhtərəm 

oxucularla  biz  ayda 

iki 


dəfə 

görüşməklə 

qəzetimizi  8  səhifə    buraxa-

cağıq.  Bu  tədris  ilindən  etibarən 

“Təbib”  həm  də  rəngli  çap  olunmağa 

başlayıb.    Əvvəllər  biz  oxucularla  istədiyimiz 

kimi  təmas  qura  bilmir,  onların  arzu  və 

istəklərini normal ödəyə bilmirdik.



“Təbib”

  öz  ənənəvi  mövzularına  sadiq  qa-

laraq yenə də Universitet həyatını geniş işıq-

landıracaq. Universitetdə baş verən yenilikləri, 

tədrisin  və  təhsilin  inkişafındakı  nailiyyətləri, 

xarici  universitetlərlə  qurulan  əlaqəni,  Tələbə 

Elmi  Cəmiyyətinin  müsabiqəsini,  tələbə- 

gənclərin həyatı ilə bağlı yazılara geniş yer ayı-

racaq, tikinti-abadlıq işlərini diqqət mərkəzində 

saxlayacaqdır.

 Yeni formatda, yeni üslubda çıxan 

“Təbib”

in 


səhifələrində  həkim  məsləhətinə,  xalq 

təbabətinə,  müsahibələrə,    istedadlı  tələbə-

gənclərin yaradıcılığına geniş yer veriləcəkdir. 

Dünya  tibb  elmində  baş  verən  yeniliklər  və  

mahaqlı hadisələr ətraflı işıqlandırılacaq.

 

 Əziz dost,

 yəqin ki, sən qəzetimizin daha 

oxunaqlı, daha məzmunlu olmasını istəyirsən. 

O zaman sən 

“Təbib”

in fəaliyyətindən kənarda 

qalmamalısan.  Qəzetin  işıq  üzü  görməsində 

redaksiya  əməkdaşlarına  yaxından  yardımçı 

olmalısan.  Bacarıq  və  qabiliyyəti,  istedad  və 

səriştəsi olan, qəzetimizin fəaliyyəti ilə maraq-

lanan  hər  bir  oxucuya  redaksiyanın  qapıları 

açıqdır. Buyurun, əlaqə saxlayın... 



QƏZETİ

MİZİN O

XUCULAR

INA

Baş redaktordan

XALQIN QAN YADDAŞI- 20 YANVAR

http://www.amu.edu.az

15 yanvar 2013-ъц ил

2

Diasporla  İş  üzrə  Dövlət  Komitəsindən  AzərTAc-a 

bildirilmişdir ki, Amerika Birləşmiş Ştatları, Kanada, La-

tın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da 

daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar 

faciəsinin qurbanları yad ediləcəkdir.

Yanvarın  19-dan  başlayaraq  Vaşinqton,  Hyuston, 

Nyu-York,  San-Fransisko  və  azərbaycanlıların  kom-

pakt yaşadıqları digər şəhərlərdə anım mərasimlərinin, 

“dəyirmi masalar”ın keçirilməsi, faciəni əks etdirən vi-

deoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tu-

tulur.


Almaniyada  da  20  Yanvar  faciəsi  ilə  bağlı  müxtəlif 

formatlı tədbirlər təşkil olunacaqdır. Maqdeburq, Berlin 

və digər şəhərlərdə silsilə mərasimlər keçiriləcəkdir.

Yanvarın  18-23-də  Niderlandın  Haaqa,  Amsterdam 

və  Rotterdam  şəhərlərində  digər  ölkələrin  diaspor 

təşkilatlarının  nümayəndələrinin  iştirakı  ilə  20  Yan-

var  faciəsi  qurbanlarının  xatirəsinə  həsr  olunan  anım 

tədbirlərinin  keçirilməsi,  həmçinin  Niderlandın,  Belçi-

kanın  və  Lüksemburqun  siyasi  partiyalarına  faciə  ilə 

bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.

Yanvarın  19-da  Türkiyənin  Kocaeli  şəhərində  “41” 

televiziya  kanalında  Türkiyə-Azərbaycan  Dərnəkləri 

Federasiyasının  sədri  Bilal  Dündarın  iştirakı  ilə  bri-

finq keçiriləcəkdir. Brifinqdə ölkəsinin azadlığı və ərazi 

bütövlüyü  uğrunda  mübarizəyə  qalxmış  dinc  əhaliyə 

qarşı  Sovet  rejiminin  törətdiyi  kütləvi  terror  haqqında 

ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Yanvarın  20-də  isə  tarixçi-yazıçı  Abdulla  Köktü-

rün  iştirakı  ilə  konfrans,  Mədəniyyət  Evində  fəaliyyət 

göstərən  Azərbaycan  Muzeyində  fotosərgi,  Adana 

şəhərində  isə  “Azərbaycan  tarixinin  qanlı  səhifəsi” 

mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.

Yanvarın  19-da  Birləşmiş  Ərəb  Əmirliklərində 

qanlı  faciədən  bəhs  edən  sənədli  filmlərin  nüma-

yiş  etdirilməsi,  yerli  qəzetlərdə  isə  bu  barədə  ətraflı 

məlumatların dərc olunması nəzərdə tutulmuşdur.

Həmçinin  yanvarın  19-20-də  Gürcüstanın  Qarda-

bani,  Marneuli,  Tbilisi,  Rustavi  şəhərlərində  də  faciə 

ilə  bağlı  anım  mərasimləri,  konfrans,  “dəyirmi  masa”, 

şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olu-

nacaqdır.

Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xar-

kov və Dnepropetrovsk, Minsk, Kişinyov şəhərlərində 

də anım mərasimləri keçiriləcəkdir.

Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Mi-

sirin Qahirə şəhərində 20 Yanvar faciəsi qurbanlarının 

xatirəsinə  həsr  olunan  anım  mərasimi  keçiriləcək  və 

“Şəhidlərimiz”  mövzusunda  fotosərgi  nümayiş  oluna-

caqdır.

Eyni  zamanda,  Qırğızıstanın  Bişkek  şəhərində  “20 



Yanvar  faciəsinin  Azərbaycan  xalqının  milli  azad-

lıq  hərəkatında  yeri  və  rolu”  mövzusunda  konfrans 

keçiriləcək,  fotosərgi  və  sənədli  filmlərin  nümayişi 

təşkil  olunacaq,  “20  Yanvar  qəhrəmanlıq  tariximizin 

səhifəsi” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.

Qazaxıstanın  Astana  şəhərində  “Azərbaycan  xalqı-

nın azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzu-

sunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 

Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı 

törədilmiş  dəhşətli  cinayət”  mövzusunda  konfrans  və 

fotosərgi təşkil ediləcəkdir.

Digər ölkələrdə də 20 Yanvar faciəsinin 24-cü ildönü-

mü ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.

          

Ö

lkəmizin ən nüfuzlu 

elm məbədi olan 

Azərbaycan Milli Elmlər 

Akademiyasının (AMEA) 

Mərkəzi Elmi Kitabxanası 

“Azərbaycanın elm və 

mədəniyyət xadimləri” 

seriyasından görkəmli 

oftalmoloq alim, akademik 

Zərifə Əziz qızı Əliyevanın 

elmi, pedaqoji və ictimai 

fəaliyyətini əks etdirən 

biobiblioqrafik göstəricini 

nəşr etmişdir.  

Kitabxanadan 

AzərTAc-a 

bil dir mişlər  ki,  nəşrin  tərtibçi 

müəllifi  filologiya  üzrə  elmlər 

doktoru 


Aybəniz 

Əliyeva-


Kəngərlidir.

Azərbaycan Milli Elmlər Aka-

demiyası  rəyasət  heyətinin 

qərarına  əsasən  hazırlanan, 

AMEA  Mərkəzi  Elmi  Kitabxana-

sının  direktor  müavini  Firəngiz 

Hüseynova  və  akademiyanın 

Mərkəzi  Elmi  Kitabxanasının 

bölmə  müdiri  İsmət  Səfərovun 

redaktorluğu  ilə  işıq  üzü  görən 

biobiblioqrafiyaya alimin kitab və 

monoqrafiyaları,  dərs  vəsaitləri, 

dövri  mətbuatda  və  ayrı-ay-

rı  məcmuələrdə  dərc  olunmuş 

elmi məqalələri və başqaları da-

xil  edilmişdir.  Göstəricidə  mate-

riallar  bir  neçə  bölmədə  təqdim 

edilmişdir:  “Həyatı,  elmi-peda-

qoji və ictimai fəaliyyətinin əsas 

tarixləri”;  “Görkəmli  dövlət,  elm 

və  mədəniyyət  xadimləri  Zərifə 

Əliyeva  haqqında”;  “Əsərlərinin 

biblioqrafiyası”;  “Dissertasiya-

lara  elmi  rəhbərlik”;  “Həyatı,  el-

mi-pedaqoji  və  ictimai  fəaliyyəti 

haqqında  ədəbiyyat”;  “Veblioq-

rafiya”.

Biobiblioqrafiyada 

AMEA-

nın 


prezidenti, 

akademik 

Akif  Əlizadənin  “Böyük  in-

san,  unudulmaz  alim”  baş-

lıqlı  məqaləsində,  akademik 

Əhliman  Əmiraslanovun  “Zərifə 

Əliyevanın  elmi-pedaqoji  və  ic-

timai  fəaliyyəti  haqqında  qısa 

oçerk”ində  alimin  elmi-peda-

qoji  və  ictimai  fəaliyyəti,  onun 

Azərbaycanda  tibb  elminin  in-

kişafında  böyük  töhfələri  üç 

dildə - Azərbaycan, rus və ingilis 

dillərində geniş işıqlandırılıb.

Biobiblioqrafiyadan  istifadəni 

asanlaşdırmaq məqsədilə alimin 

əsərlərinin,  həyat  və  fəaliyyəti 

haqqında  və  onun  barəsində 

yazan  müəlliflərin  adları  əlifba 

göstəricisi 

ilə 

verilmişdir. 



Biobiblioqrafik-göstərici 

aka-


demik  Zərifə  Əliyeva  haqqında 

hərtərəfli məlumat almaq istəyən 

oxucular  üçün  əvəzedilməz  bir 

vəsaitdir.



                  

Azərbaycan Tibb Universitetinin insan anatomiyası 

kafedrasında  yanvarın 10-dan 12-nə kimi “Endosko-

pik sinus  və kəllə əsası cərrahiyyəsi” mövzusunda sayca 

2-ci disseksiya kursu öz işinə başlamışdır

İki gün davam edən tədbiri giriş sözü  ilə açan universi-

tetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov 

bildirdi ki, hər il neçə- neçə  beynəlxalq konfransların və 

eləcə  də    bu  cür  layihələrin  həyata  keçirilməsində  daim 

qardaş  Türkiyə  Cümhuriyyətinin    universitetləri  ilə  birgə 

əməkdaşlıq    etmişik.  Türkiyəli  alimlərin  də  qatıldığı  dis-

seksiya  kursunun      əhəmiyyətini  qeyd  edən  rektor  dedi 

ki,  biz  hər  təşəbbüslə  bağlı  Türkiyə  tərəfinin  köməyini 

hiss etmişik və belə kursların keçirilməsi də gənc həkim-

mütəxəssislərimiz və rezidentlərimiz üçün faydalı olacaq. 

Ə. Əmiraslanov bu tədbirə təşkilati dəstək verən hər kəsə 

öz dərin təşəkkürünü bildirdi və bütün iştirakçılara uğurlar 

dilədi. 


Daha sonra toplantının işini davam etdirən universitetin 

elmi işlər üzrə prorektoru, ə.e.x, professor İbrahim İsayev 

disseksiya kursunun proqramına əsasən nəzəri hissədə çı-

xış etmək üçün sözü məruzəçilərə verdi.

Otorinolarinqologiya    kafedrasının  müdiri,  professor 

Əzizağa  Talşinski  “Otorinolarinqologiyada    disseksiya-

nın    əhəmiyyəti”,  anatomiya  kafedrasının  müdiri,  ə.e.x,  

professor  Vaqif  Şadlinski  və  həmin  kafedranın  professo-

ru  Ağasəmid  İsayev  “Burun  və  burunətrafı  ciblərin  kliniki 

anatomiyası”, uzman doktor Yusif Hacıyev ”Sellar bölgəyə 

yanaşma”  Türkiyəli  alimlər  -  professor  Ömər  Taşkın  Yü-

cel  “Endoskopik  sinus  cərrahiyyəsinin  ağırlaşmaları”  və 

professor  Mustafa  Berker  isə  “  Genişlənmiş  endoskopik 

kəllə  əsası  yanaşmaları”  mövzusunda  məruzələr  etdilər.   

Məruzəçilər burun içi diaqnostik  endoskopiya,  orta konxa 

rezeksiyası,    nazoseptal  flep  hazırlanması,    etmoidekto-

miya, arteria sfenopalatinanın bağlanması, sinus frontalis 

açılması, endozal hipofiz cərrahiyyəsinə yanaşma  haqqın-

da ətraflı məlumat verdilər .   

Məruzələrdən sonra praktiki hissədə tədbir iştirakçılarına 

kəsilmiş baş üzərində burunətrafı ciblərin  və burun boş-

luqlarının endoskopik  müayinəsi və cərrahi əməliyyatları 

nümayiş edilib. Məşğələdə ümumilikdə 12 nəfər tibb işçisi 

iştirak edib ki, onlardan da 6 nəfəri az təcrübəli, 6 nəfəri isə 

peşəkar tibb işçisi olub.

Məşğələnin  sonunda  tədbirdə  iştirak  edən  bütün 

həkimlərə sertifikat təqdim olunub.  

Tədbirdə    disseksiya  kursuna  təşkilati  dəstək  göstərən 

bir sıra tibb müəssisələrinin sərgisi də açılmışdır

.

 



MƏNSUR

ATU-da disseksiya kursu 

öz işinə başlamışdır

Akademik Zərifə Əliyevanın elmi, 

pedaqoji və ictimai fəaliyyətini əks etdirən 

biobiblioqrafik göstərici nəşr olunmuşdur

Dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsinin 

24-cü ildönümü ilə bağlı tədbirlər keçiriləcəkdir



 Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra 



ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif tədbirlər keçiriləcəkdir.

15 yanvar 2013-ъц ил

http://www.amu.edu.az

3

Həmin 


günlərdə 

respubli-

ka 

rəhbərliyindən 



Moskvaya 

göndərilmiş  digər  teleqramda  işə 

deyilirdi:  “  Respublikanın  SSRİ  güc 

nazirlikləri hərbi kontingentini qeyri-

qanuni silahlı birləşmələri tərksilah 

etmək üçün əməliyyat keçirəcəkləri 

müddətdə yerləşdirmək və ərzaqla 

təmin  etmək  imkanı  vardır”.

Azər baycan  Ali  Soveti  Rəyasət 

Heyətinin müraciətinə əsasən SSRİ 

Ali Soveti Rəyasət Heyəti yanvarın 

15-də  DQMV  və  bəzi  başqa  ra-

yonlarda  fövqəladə  vəziyyət  elan 

olunması  haqqında”  fərman  verdi. 

Bu  fərmanla  Azərbaycan  SSR  Ali 

Sovetinə  təklif  edildi  ki,  Bakı  və 

Gəncə şəhərlərində, eləcə də baş-

qa  yaşayış  məntəqələrində  qada-

ğan  saatı  tətbiq  edilməsi  də  daxil 

olmaqla  hər  cür  lazımı    tədbirlər 

görsün.

İmperiya Azərbaycandakı hakimiy-



yət  böhranından,  bəzi  respublika-

larda olduğu kimi, Bakıda da Sovet 

hakimiyyətinin 

devriləcəyindən, 

be ləliklə,  Azərbaycanı  itirəcəyindən 

qorxub  Bakı  ətrafına  əlavə  qoşun  

hissələri,  ağır  texnika  gətirməyə  

başladı.  AKP    MK  binası  qarşısın-

da  yanvarın  17-də  izdihamlı  mitinq 

başlandı və ümumi tətil elan olundu. 

Mitinqçilər  tələb  etdilər  ki,  Moskva 

Ermənistanın  Azərbaycana  ərazi 

iddiallarına  qəti  son  qoysun.  İmpe-

riyanın  Bakıya  və  ətrafına  yığdığı 

qoşunlar Dağlıq Qarabağa və daim 

erməni  basqınlarına  məruz  qalan 

bölgələrə göndərilsin. 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti 

yanvarın  20-də  “Bakı  şəhərində 

fövqəladə  vəziyyət  tətbiq  olunma-

sı  haqqında”  fərman  verdi.  Xal-

qı  qəfildən  yaxalamaq,  ona  divan 

tutmaq,  qırğın  törətmək  üçün  qo-

şunlardan  istifadə  ediləcəyi,  aman 

verilməyəcəyi,  habelə  ən  başlıcası 

fövqəladə vəziyyətin elan olunacağı 

vaxt  gizli  saxlanıldı.  Bu  vaxtın  elan 

olunması  mərkəzin  qanlı  planları-

nı  poza  bilərdi.  AXC-nin  “radikal” 

qanadı  insanları  şəhərin  müxtəlif 

yerlərində  barikadalar  qurmağa 

təhrik  etdi  və  onlara  “silah,  kömək 

gələcək” vədlərini verdilər. Moskva-

nın  Azərbaycan  xalqına  qarşı  qanlı 

planları  haqqında  xalqa  məlumat 

verilməsin  deyə  yanvarın  19-da 

saat  19.27-də  Azərbaycan  Televi-

ziyasının  enerji  bloku  partladıldı. 

Xalqın xarici aləmlə əlaqəsi kəsildi. 

Fövqəladə  vəziyyətin  yanvarın  20-

də,  saat  00.00-dan  başlanmasına 

göstəriş  verilməsinə  baxmayaraq, 

qoşun  hissələri  yanvarın  19-da 

saat  21-dən  ilk  olaraq  Türkan-Qala 

tərəfdən  şəhərə  yeridildi.  Bu  qan-

lı  əməliyyata  SSRİ  müdafiə  nazi-

ri    D.Yazov  şəxsən  rəhbərlik  edirdi. 

Ağır hərbi texnika çox asanlıqla ba-

rikadaları  dağıtdı,  Bakı  qarnizonu  

qoşunları,  gətirilən  hərbi  hissələr, 

hərbi  gəmilərdən  desant,  xüsusi 

cəza dəstləri hücuma keçdi. Şəhərin 

əksər  küçələrində  əsgərlər  gözya-

şardıcı qazdan istifadə edir, əliyalın 

adamlara avtomat silahlardan güclü 

atəş  açırdılar  və  qaçıb  sığınacaq-

larda  gizlənənlər  tanklar  üzərindəki 

projektorların köməyi ilə axtarılıb ta-

pılır, gülləbaran edilirdilər.

O, müdhiş gecədə gözü qanla dol-

muş hərbiçilər təsadüfən yola çıxan-

ları,  yaşayış  evlərini,  təcili  yardım 

maşınlarını, şəhər  nəqliyyatını atəşə 

tutur,  yaralıları  öldürür,  meyitləri 

yandırır,  təhqir  edir,  adamları  tank-

ların  tırtılları  altına  salıb  əzabla  öl-

dürür, eybəcər hala salırdılar. Bütün 

bunlar  az  imiş  kimi  əsgərlər  tibb 

müəssisələrini  mühasirəyə  ala-

raq  yararlı  mülki  şəxs lərin  buraya 

gətirilməsinə mane olurdular.

Bakıya  və  başqa  yaşayış  məntə-

qə lərinə  sovet  ordusunun  hucumu 

vaxtı  131  nəfər,  o  cümlədən  117 

azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 ta-

tar  öldürülmüş,  744  nəfər  yaralan-

mış, 400 nəfər həbs edilmiş, 4 nəfər 

itkin  düşmüşdür.  Hucum  zamanı 

evlərə,  ictimai  və  şəxsi  nəqliyyat 

vasitələrinə,  şəhər  təsərrüfatına  və 

vətəndaşlara  böyük  maddi  ziyan 

dəymişdi.

Fövqəladə vəziyyət şəraitində par-

tizan müharibəsi aparmaq kimi avan-

türist çağırışları xalq rədd etdi. Qar-

şıya mövcud reallıqlar şəraitində həll 

edilməsi  mümkün    olan  məsələlər 

qoymağa,  mübarizəni    dinc  siyasi 

vasitələrlə  davam  etdirməyə  baş-

ladı.  Şair  Bəxtiyar  Bahabzadə, 

yazıçılar  Anar  və  Elçin  Ali  Sovet 

sədrindən fövqəladə sessiya cağırıl-

masını, ha disəyə qiymət verilməsini 

tələb  etdilər.  Deputatların  1/3-nin 

təşəbbusü  ilə  fövqəladə  sessiya 

keçirildi,  baş  vermiş  faciyəyə  siya-

si    qiymət  verməyə  səy  göstərildi. 

Onu  törədən  ölkə  və  respublika 

rəhbərlərinə  qəti  etiraz  bildirildi.  

Sessiya  Bakı  şəhərində  fövqəladə 

vəziyyət  tətbiq  edilməsi  haqqında 

fərmanın  fəaliyyətini  dayandırmaq, 

ordu hissələrini şəhərdən çıxarmaq 

barədə  qərarlar  qəbul  etdisə  də, 

Moskva onlara əhəmiyyət vermədi.

Xalq  demək  olar  ki,  başsız  qal-

mışdı. Belə bir ağır gündə yanvarın 

21-də  Böyük    azərbaycanlı  Heydər 

Əliyev  Azərbaycanın  Moskvada-

kı  daimi  nümayəndəliyinə  gələrək, 

burada  təşkil    olunmuş,  6  minədək 

adamın  iştirak  etdiyi  izdihamlı  yı-

ğıncaqda  çıxış  etdi,  heç  yerdən 

kömək  almayan  doğma  xalqı  ilə 

birgə  olduğunu  bildirdi.  Ulu  öndər 

Heydər  Əliyev  çıxısında  və  verdiyi 

müsahibələrdə 20 Yanvar faciəsinə  

siyasi    qiymət  verdi.  H.Əliyev  xal-

qın  qırılmasını  hüquqa,  demokrati-

yaya,  humanizimə  zidd,  mərkəzin 

və  respublika  rəhbərlərinin  günahı 

üzündən  yol  verilmiş  kobud  siya-

si  səhv  kimi  ifşa  etdi.  O,  çıxışın-

da  qeyd  etdi  ki, 



“Dağlıq  Qarabaq 

hadisələrinin  ilkin  mərhələsində 

ölkənin ali partiya siyasi rəbərliyi 

tərəfindən 

vaxtında 

zəruri 

tədbirlər  görülsə  idi,  gərginlik  

indiki  hala  çatmaz,  tərəflər 

itkilərə  məruz  qalmaz,  başlıcası 

isə 1990-ci il yanvarın 19-dan 20-

nə  keçən  gecə  çoxlu  insan  qırğını 

ilə  nəticələnən  hərbi  müdaxilə 

üçün zəmin yaranmazdı”.

Ulu  öndərin  Moskvadakı  tarixi  çı-

xışının  mətni,  bütün  manelərə  bax-

mayaraq,  respublikada  və  dünyada 

geniş yayıldı.

Bakıda  fövqəladə  vəziyyət  olma-

sına  baxmayaraq,  yanvarın  22-də 

Azərbaycan  azadlıq  uğrunda  öz 

canlarını qurban vermiş  şəhidləri ilə 

vidalaşdı.

İmperiya  tərəfindən  törədilmiş 

bu  faciə  xalqımızın  iradəsini  qıra 

bilmədi,  əksinə  onun  azadlıq  uğ-

runda 


mübarizəsini 

daha 


da 

kəskinləşdirdi  və  ölkənin  dövlət 

müstəqilliyinin  bərpası  yolunda  ən 

böyük addım oldu.



Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə