Mövzu 10 Dövlət və özəl müəssisələrinin fərqi və onların əsas xüsusiyyətləri Plan



Yüklə 70,74 Kb.
səhifə1/5
tarix16.12.2023
ölçüsü70,74 Kb.
#183514
növüQaydalar
  1   2   3   4   5
Mövzu 10


Mövzu 10
Dövlət və özəl müəssisələrinin fərqi və onların əsas xüsusiyyətləri
Plan:
1.Müəssisə anlayışının mənası
2.Müəssisə anlayışının qısa tarixçəsi
3.Müəssisənin növləri
4.Müəssisənin təşkilati hüquqi formaları
5.Dövlət müəssisələrində etik davranış qaydaları
6.Özəl müəssisə anlayışı
7.Ayrı-ayrı sahələr üzrə özəl müəssisələrin təsnifi
8.Özəl müəssisələrin idarə edilməsi formaları
9.Özəl müəssisələrdə etik davranış qaydaları
10.Dövlət və özəl müəssisələri fərqləndirən ən əsas amillər
11.Dövlət müəssisəsi idarəçilərinə xas olan əsas xüsusiyyətlər
12.Özəl müəssisənin işləmə prinsiplərinə aid olan xüsusiyyətlər

Müəssisə anlayışının mənası
 Müəssisələr haqqında niyə danışmalıyıq? Təhsilinizi başa vurduqdan sonra atacağınız növbəti addımlardan biri, çox güman ki, hərhansı bir müəssisədə işə başlamaq olacaqdır. Fəaliyyət göstərəcəyiniz müəssisənin necə işlədiyi, hansı xüsusiyyətlərə malik olduğunu bilmək sizin ən başlıca hüquqlarınızdan biridir. Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. Gələcək kariyeranızda çalışacağınız müəssisəni özünüz analiz edərək seçməniz artıq sizin bir addım öndə olduğunuzu göstərən amillərdən olacaqdır.
Müəssisə nədir?
Müəssisə haqqında olan bu təriflə tanış olaq. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir. Yəni özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, qanunauyğun şəkildə təsis olunmuş, ictimai tələbatı ödəmək və bununla həm də qazanc əldə etmək məqsədilə məhsul istehsal edən, satan və digər xidmətlər göstərən hüquqi müstəqil təsərrüfatçılıq subyektidir. Müəssisənin özəl və ya dövlət müəssisəsi olması onun üstünlüyünü, yaxud çatışmayan cəhətləri olduğunu göstərmir, sadəcə olaraq, hər bir müəssisə digərindən müxtəlif amillərə görə fərqlənir. Müəssisə, onun növləri və təşkilati – hüquqi formaları barədə aşağıdakıları bilmək vacibdir.
Müəssisə anlayışının qısa tarixçəsi
Müəssisə anlayışının kökləri Qədim Yunanıstan və Finikiyalılara kimi gedib çıxır. O zamanlar ticarətçilər dənizboyu ticarətdə tərəfdaşlıq naminə istifadə etmək üçün qayıqlar düzəltdirir və istifadə edirdilər. Lakin bu tərəfdaşlığın qayda-qanuna bağlanması və hazırki İşhəyatındakı öz yerini alması uzun illər ərzində baş vermişdir. Belə ki, XV əsrdə İngiltərədə “məhdud məsuliyyətlilik” anlayışının əsası qoyulmuşdur. Daha sonralar “Şərqi Hind Qruppası”, “Hudzon Körfəzi Qruppası” kimi ticarət kompaniyaları quruldu.
Müəssisələrin növləri hansılardır?
“Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət, kollektiv, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər. Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
1. Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
2. Ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
3. Nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
4. Nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
5. Sığorta müəssisələri - əmlakın və yüklərin sığortalanması ilə məşğul olur.
Müəssisələrin təşkilati-hüquqi formaları hansılardır?
Müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli, məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir.
Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmİşmüəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir. Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər:
Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər.
Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən edilmİşhəcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.
Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm (pay qiymətli kağız) buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşıyır.
Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş yayılmışdır.
Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir.
Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir.
Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər filiallar fəaliyyət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) buraxa bilərlər.

Yüklə 70,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin