Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Pedaqoji prosesin mahiyyəti və mərhələləri



Yüklə 170,13 Kb.
səhifə15/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

13. Pedaqoji prosesin mahiyyəti və mərhələləri - Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Pedaqoji proses bir sistem kimi çox mürəkkəb mexanizmdir. O, təlim-tərbiyə, təhsil, inkişaf, formalaşma, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı əməkdaşlığı və s. prosesləri özündə ehtiva edir.
Pedaqoji prosesin subyektini ayrı-ayrı şəxslər, yəni tərbiyə edənlər (tərbiyəçi, müəllim, valideyn, təhsil müəssisəsinin rəhbərləri, həmçinin şagirdlər, tələbələr , onların toplandığı qruplar təşkil edir Pedaqoji proses tam, mürəkkəb və dinamik sistemdir. Onun aşağıdakı komponentləri var: Məqsəd, məzmun, fəaliyyət və nəticə komponentləri.
Məqsəd komponeneti - pedaqoji fəaliyyətin məqsəd və vəzifələrinin birləşdirir;
Məzmun komponenti - məqsədə və vəzifələrə qoyulan mənanı əks etdirir;
Fəaliyyət komponenti – müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığını , pedaqoji prosesin təşkili və idarə olunmasını nəzərdə tutur. Pedaqoji ədəbiyyatda bu komponentə təşkilati- idarəetmə komponenti də deyilir.
Nəticə komponenti isə əldə olunmuş nailiyyətləri əks etdirir.
Pedaqoji proses əmək prosesidir.O ictimai əhəmiyyətli məqsədlərə çatmaq üçün həyata keçirilir.Hər bir əmək prosesi kimi onun da sonunda hazır məhsul yaradılır. Lakin digər əmək proseslərindən fərqli olaraq bu məhsul mütəşəkkil təhsil-tərbiyə görmüş,həyata hazır olan canlı insandır
Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. 
Pedaqoji prosesin hazırlıq mərhələsində aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s.
Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və plan­laş­dırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur.
.Pedaqoji prosesin əsas mərhələsi qarşılıqlı əlaqədə olan mühüm elementləri özündə birləşdirir Bu ele­ment­lər aşağıdakılardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin