Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə23/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Tədris ədəbiyyatı. Tədris ədəbiyyatına məktəb dərslikləri, məlumat kitabları, əlavə oxu kitabları, atlaslar, xəritələr, məsələ, misal və ça­lış­ma topluları və s. aiddir. Dərslik aşağıdakı didaktik funksiyaları yerinə yetirir:
1. Motivasiyalaşdırıcı funksiya. Dərslikdə verilmiş materiallar şagirdlərdə fənnə maraq oyatmalı, pozitiv münasibət formalaşdırmalıdır.
2. İnformasiyavermə funksiyası. Şagirdlərə biliklərinin həcmini genişlən­dirmək, dünyagörüşünü formalaşdırmaq üçün mümkün olan bütün yollardan is­tifadə etməklə informasiya almaq imkanını yaratmaqdan ibarətdir.
3.Nəzarət-korreksiya funksiyası. Şagirdlərə təlimin gedişini və nəticələrini yoxlamağı, özünüqiymətləndirməyi, həmçinin zəruri bacarıq və vərdişləri formalaşdırmaq üçün çalışmaları yerinə yetirməyi nəzərdə tutur.
. Dərsliyə əlavə kimi müxtəlif dərs vəsaitləri-müntəxəbatlar, metodik göstəriş və tövsiyələr, lüğətlər, məlumat və sorğu kitabları, tapşırıq və məsələlər toplusu da tərtib edilir.


21.Təlim prinsiplərinin təsnifatı ( ümumi məlumatı yazandan sonra hər prinsip haqqında 1-2 cümlə yazın).
Prinsip latın sözü olub, əsas tələb, ilkin ideya, başlıca tələb mənasını verir. Təlimin prinsipləri təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən əsas tələblər deməkdir.
Təlim prinsipləri təlimin qanunauyğunluqlarından irəli gəlir, onun məzmununa, üsullarına və təşkili formalarının təsir göstərir. Təlim prinsiplərinin təsnifatı ilə bağlı pedaqoqlar arasında fikir müxtəlifliyi vardır. Belə ki, müxtəlif illərdə nəşr olunmuş, pedaqogika dərsliklərində təlim prinsiplərinin sayı fərqlidir. Məsələn: N.Kazımov və Ə.Həşimovun “Pedaqogika” kitabında 13, Ə.Ağayevin redaktəsi ilə nəşr olunmuş “Pedaqogika” kitabında 8, Ə.Paşayev və F.Rüstəmovun “Pedaqogika” dərsliyində isə 7 təlim prinsiplərinin adı çəkilir. Lakin bu bölgülər nə qədər müxtəlif olsa da, təxminən hamı tərəfindən qəbul edilən təlim prinsipləri aşağıdakılardır:

  1. Təlimin həyatla əlaqələndirməsi prinsipi;

  2. Təlimdə elmilik prinsipi;

  3. Təlimdə şüurluluq və fəallıq prinsipi;

  4. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi;

  5. Təlimdə müvafiqlik prinsipi;

  6. Təlimdə əyanilik prinsipi;

  7. Biliklərin möhkəmləndirilməsi prinsipi.



22.Təlimin həyatla əlaqələndirilməsi prinsipi
Bu prinsip tələb edir ki, müəllim öyrətdiyi fənnin, tədris etdiyi mövzunun həyat üçün, istehsalat üçün əhəmiyyətini şagirdlərə başa salsın. Belə olduqda şagirdlərin fənnə, elmə, biliyə həvəsi artır, öyrəndiyi hər bir materialın gələcəkdə ona nə üçün lazım olacağını dərk edir. Müasir dövrdə şagirdlərdə həyati bacarıqların formalaşdırılması vacib hesab edilir. Yəni müəllim öyrətdiyi hər bir qaydanı, düsturu, teoremi şagirdə sadəcə mexaniki şəkildə əzbərlətməməli, onların gələcək həyatlarında praktik olaraq onlara nə üçün lazım olacağını başa salmalıdır.
Müəllim yeri gəldikcə, şagirdin yaşadığı kəndin, rayonun, şəhərin həyatından faktlar gətirir, onları ölkədə gedən sosial-iqtisadi proseslərlə tanış edir.



Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin