Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə20/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   16   17   18   19   20   21   22   23   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

17.Təhsilin məzmunu.
Təhsilin məzmunu dedikdə - müəyyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər və bacarıqlar sistemi nəzərdə tutulur. Təhsilin məzmununda 2 aspekt gözlənilir:milli və bəşəri. Milliyə Vətən tarixi, ana dili və ədəbiyyat, Vətənin fiziki və iqtisadi coğrafiyası, nəğmə və musiqi daxildir, qalanları isə ümumbəşəriyə daxildir.
Təhsilin məzmununda 4 struktur geniş yayılmışdır: xətti, konsentrik, spiralvari və qarışıq struktur.
Xətti strukturda tədris materialının ayrı-ayrı hissələri fasiləsiz ardıcıllıqla məktəb təlimi dövründə 1 dəfə öyrədilir;
Konsentrik strukturda əvvəl öyrənilənlərə yenidən qayıdılır, hər dəfə materialın məzmunu yavaş-yavaş genişlənir;
Spiralvari strukturda başlanğıc problem diqqətdən kənarda qalmır, hər dəfə onunla bağlı biliklərin dairəsi yavaş-yavaş genişlənir və dərinləşir;
Qarışıq strukturda bütün əvvəlki strukturların əlamətləri var.
Ənənəvi olaraq təhsilin məzmununu əks etdirən sənədlər dedikdə, tədris planı, tədris proqramları və dərsliklər yada düşür.
Tədris planında aşağıdakı məsələlər öz əksini tapır:tədris ilinin,rüblərin və tətillərin müddəti, öyrənilən fənnlərin tam siyahısı, hər fənnə ayrılan həftəlik saatların miqdarı və s.
Tədris proqramlarında öyrənilən fənnlərin tematik məzmunu, fənnin ayrı-ayrı mövzularına müəllimin sərf edəcəyi saatların miqdarı, fənlərarası əlaqə yaratmaq üçün göstərişlər, tədris avadanlığı, əyani vəsaitlərin siyahısı və s.
Dərslik fənnin məzmununu sistemli, aydın, anlaşıqlı, elmi şəkildə, şərh edən sənəddir. Dərslik motivasiyalaşdırıcı, informasiya vermə, nəzarət və korreksiya funksiyalarını yerinə yetirir.
18. Təhsilin dövlət standartları
Standart ingilis sözüdür, norma, ölçü, nümunə mənasında işlədilir.
Dövlət təhsil standartı dedikdə, şəxsiyyətin və təhsil sisteminin imkanlarını nəzərə alan dövlət təhsil normaları başa düşülür. Təhsil standartı şagirdlərin hazırlıq səviyyəsində qoyulan dövlət tələbidir, dövlətin müəyyən etdiyi normalardır.
Təhsil standartında 2 komponent fərqlənir:


  1. Yüklə 170,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin