Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə17/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

5.Fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
6.Dəstəkləyici mühitin yaradılması -  şagird üçün pedaqoji prosesdə münasib maddi-texniki bazanın təşkili və sağlam mənəvi-psixoloji mühitin yaradılması prosesidir. Bu proses şagirdlərdə müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təlim prosesində bunu tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit yaratmalıdır. Əşyavi müdit dedikdə sinifdə əşyaların yeri, mebellərin şagird istifadəsinə uyğun təşkili nəzərdə tutulur. Həmçinin, müəllim şagirdlərin müxtəlif öyrənmə üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməlidir.


15. İnnovativ pedaqoji texnologiyalar və onların tədrisdə rolu.


Müasir dövrdə təhsil sistemində daha çox aşağıdakı innovativ pedaqoji texnologiyalardan istifadə olunur:
Pedaqoji ünsiyyət;
Pedaqoji qiymətləndirmə;
Pedaqoji tələb
Pedaqoji konflikt.
Pedaqoji ünsiyyət olmadan pedaqoji prosesdə uğurlar qazanmaq qeyri-mümkündür. Pedaqoji ünsiyyət müəllim-şagird, şagird-şagird arasında fikir və emosiyaların qarşılıqlı mübadiləsi prosesidir. Pedaqoji ünsiyyət praktik əhəmiyyət daşımaqla iki istiqamətdə bacarıqları əhatə edir:
1. Sosial persepsiya bacarığı;
2. Verbal və qeyri-verbal ünsiyyətə girmək bacarığı.
Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi zamanı belə məlum olmuşdur ki, yenilikçi, yaradıcı müəllimlərin təcrübəsində pedaqoji ünsiyyətdən daha səmərəli istifadə olunur. Onlar şagirdlərinə bir şəxsiyyət kimi yanaşaraq bütün fəaliyyətlərini onların inkişaf etdirilməsi istiqamətində qururlar. Bunun üçün maraqla qarşılana bilən mövzularda dialoqlar qurulur, şagirdlərin çıxış etmələrinə, dialoqlarda iştirakına şərait yaradılır. Bu zaman şagirdlərə daha çox fikir söyləmək imkanı verilir. Onların qarşılıqlı fəaliyyətdə olmalarına şərait yaradan sual və tapşırıqlardan istifadə edilir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin