- 40 -
mühüm əhəmiyyətə malikdir. Belə ki, regional innovasiya sistemi nəticəsində
regionlarda innovasiyon sahibkarlığ inkişaf edir, regional innovasiya mərkəzləri,
elm, biznes və biznes-inkubatorları və s. yaradılır. Regionların davamlı
iqtisadi
inkişafına yuxarıda göstərilən hər üç prioritetin reallaşdırılması nəticəsində nail
olmaq mümkündür.
İqtisadiyyatın rəqabətqabiliyyətliliyini,azad rəqabət mühitini və insan kapitalının
inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 dekabr 2016-
cı ildə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji
yol xəritəsi” də dayanıqlı inkişaf üçün aşağıdakı 4 mühüm strateji hədəf
müəyyənləşmişdir:
Fiskal dayanıqlılığın gücləndirilməsi həmçinin davamlı monetar siyasət.
Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların
reallaşdırılması.
İnsan kapitalının inkişafı.
Əlverişli biznes mühitinin inkişafı.
Bu 4 strateji hədəfin uğurlu icrası milli iqtisadiyyatın inkişafı ilə yanaşı, şəffaf
idarəetmə və nəzarət sisteminin qurulmasında mühüm rol oynayacaqdır.
Son illər dünyada neftin qiymətindəki dəyişkənlik, baş
verən iqtisadi böhranlar
göstərdi ki, azad bazarın öz-özünü tənzimləməsi ilə dayanıqlı sosial-iqtisadi inkişaf
nail olmaq mümkün deyil.Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata
keçirilən tətbirlərin əsas məqsədi neftdən asılılığı tamamilə aradan qaldırılmağa və
dayanıqlı iqtisadi sistemin formalaşmasına yönəlmişdir. Fiskal dayanıqlılığın inkişafı
və davamlı monetar siyasətin icrası məqsədilə aşağıdakı prioritet istiqamətlər
müəyyən olunmuşdur:
Neft
gəlirlərinin
dövlət büdcəsinə transfetini tənzimləyəcək “qızıl
qayda”prinsipinin icrası.
Xərc və investisiya təminatı üçün xüsusi mexanizmin yaradılması.
Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiqi.
- 41 -
Əlbəttdə ortamüddətli və uzunmüddətli dövrdə neftin dəyərinin hansı istiqamətə
dəyişəcəyini proqnoz etmək cətindir. Bu səbəbdən neft gəlirlərini daha ehtiyatla
istifadə etmək lazımdır ki,burada da “qızıl qayda” prinsipinə ehtiyac yaranır.Bu
prinsipinin
mahiyyəti ondan ibarətdir ki, neftin satışından əldə ediləcək mənfəət
Dövlət Neft Fondunda saxlanılır və dövlət büdcəsi neft gəlirlərindən yalnız müəyyən
qədər istifadə edə bilir.Dünya təcrübəsində bu prinsipdən geniş istifadə olunur
nümunə olaraq Norveçin neft fondunu göstərmək olar ki,
fond hər il dövlət büdcəsinə
öz gəlirlərinin 4 % yönəldir. “Qızıl qayda” prinsipinin həyata keçirilməsi ölkəmiz
üçün aşağıda göstərilən bir çox üstünlüklər yaradacaq:
Milli valyutanın məzənnəsinin proqnozlaşdırılmasını sadələşdirəcək.
Dövlət xərclərinin effektivliyini yüksəltəməyə və daha uzunmüddətli planlar
qurmağa imkan yaradacaq.
Dövlət Neft Fondu daha mənfəətli və uzunmüddətli
investisiyalar həyata
keçirəcək.
Transfertlərin məhdudlaşdırılması ilə fondun gələcək nəsillər üçün nəzərdə
tutulmuş yığımları artacaq.
Ölkəmizdə dövlət sektorunda məhsuldarlığı təmin etmək məqsədilə səmərəli və
effektiv xərc siyasətinin həyata keçirilməsi labüddür.Bu məqsədlə digər prioritet
məsələ, büdcə intizamının təminatı üçün mexanizmin yaradılmasıdır.Bu mexanizm
zəruri texnoloji yüksəliş və insan kapitalının inkişafı baxımından
vacib layihələrin
seçilməsində mühüm rol oynayacaq.
Təcrübə göstərir ki, qiymət sabitliyinin təmin edilməsi dayanıqlı iqtisadi artım və
məşğulluğun dəstəklənməsi üçün ən optimal yoldur.
Bu məqsədlə ölkəmizdə
Azərbaycan Respublikasının Prezidenti
Dostları ilə paylaş: