miqdarı (manatla) 75
85
93,5
93,5
105
Regionların inkişafına dair uğurla həyata keçirilmiş dövlət proqramları davamlı
sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi hesab olunur.Bu
proqramlarda nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində ölkəmizdə qeyri-neft
sektorunun, sahibkarlıq mühitinin inkişafına, yeni müəssisələrin və iş yerlərinin
açılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına nail olunmuşdur. Məhz bu
səbəbdən sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq 27 fevral 2014-cü ildə
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq etdi.Bu proqramın proqnozlaşdırıldığı
kimi icra olunduğu təqdirdə ölkə iqtisadiyyatının neftdən asılılığının azalması,
ölkədəki investisiya və biznes mühitinin inkişaf etməsi, vətəndaşlar, xüsusilə də
gənclər arasında kiçik sahibkarlıq fəaliyyətinin genişlənməsi, ölkədəki təhsilin
səviyyəsinin artması, ixtisaslı kadrların sayının çoxalması, vətəndaşlara göstərilən
sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi gözlənilir. Digər proqramlarda olduğu
kimi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”-da geridə qalan illər ərzində əsas sosial-iqtisadi
göstəricilərdə artım qeydə alınmışdır(cədvəl 2.3).
Cədvəl 2.3. Maddələr üzrə ölkə iqtisadiyyatında baş verən dəyişikliklər (2014-2017)
Maddələr / İllər 2014 2015 2016 2017 ÜDM(milyon manatla) 58977
54352
59987
70135
İşsizlik (faizlə) 4,9%
5%
5%
5%
Əhalinin illik gəliri (adambaşı manatla) 4180,5
4380,7
4710,1
5050,5
Minimum əmək haqqının