Yerli sosial inkişaf
proqramları dövlətin sosial proqramlarında mövcud olmayan
inkişaf məsələlərinin özündə əks etdirir.Belə proqramlara nümunə olaraq
təhsil,mədəniyyət,səhiyyə,yerli əhəmiyyətli yolların tikilməsi ,mərasim xidmətlərinin
təşkili və s göstərmək olar.
Yerli ekoloji inkişaf
proqramları dövlətin uyğun proqramlarında nəzərdə
tutulmayan yerli əhəmiyyətli ekoloji inkişaf məsələrinin özündə əks etdirir.Belə
proqramlara nümunə olaraq bələdiyyə ərazisində sahibkarlığın inkişafı üçün görülən
tətbirlər,həmçinin yerli əhalinin iş yerləri ilə təmin olunması və s. aid edilə bilər.
Bələdiyyələrin sosial-iqtisadi inkişaf üçün vahid strategiyanın hazırlanmasında
yerli rəhbərliyin təşəbbüskarlığı vacib amildir. Onların fikirləri inkişaf etmiş
strategiyanın həyata keçirilməsində uğurlu və ya uğursuz təsir göstərir. Eyni zamanda
belə bir strategiya həm bələdiyyə işçiləri, həm də bu işlə məşğul olan elmi qurumların
mütəxəssisləri tərəfindən hazırlana bilər.
İnkişaf proqramlarının qəbul edilməsi tezliyi belediyyenin ehtiyaclarından asılı
olaraq dəyişə bilər. Ənənəvi olaraq, belə proqramlar qısa müddətli və uzun müddətli
ola bilər. Həmçinin sosial-iqtisadi inkişaf proqramının strukturu aşağıdakı
mərhələlərdən ibarətdir:
1.
İnkişaf məqsədləri və prioritetləri (inkişaf konsepsiyası).
2.
Məqsədə çatmaq üçün əsas addımlar planı.
3.
Maliyyələşdirmə mənbələrini (inkişaf büdcəsini) sərt şəkildə sabitləşdirməklə
müəyyən bir müddət üçün konkret tədbirlərin planı hazırlamaq.
4.
Bu proqramın həyata keçirilməsinin monitorinqi proseduru, vaxtı mexanizmi
və proqramın effektivliyini təhlil etmək.
Sosial-iqtisadi inkişafa dair proqramlar aşağıdakı elementləri əhatə etməlidir:
- 38 -
•
Bölgənin iqtisadi inkişafı. Sənaye və qida məhsulları üçün regional bazarların
vəziyyətinin qiymətləndirilməsi, ixrac potensialı.
•
Maliyyə vəziyyəti və büdcə prosesi.
•
Regionda sosial-demoqrafik vəziyyət. Sosial proqram və prioritetlər.
•
Maliyyə və investisiya alətləri və mexanizmləri. Regional proqramları
dəstəkləmək üçün büdcə resurslarını səfərbər etmək.
•
Regional qanunvericilik və normativ baza.
Bələdiyyə səviyyəsində inkişaf proqramının predmeti aşağıdakılar ola bilər:
•
yerli əhəmiyyətli istehsal və infrastruktur sahəsində disproporsiyaların aradan
qaldırılması problemi;
•
kiçik sahibkarlığın inkişafına yardım məsələləri;
•
əhalinin ərazi üçün proritet istiqamətlərdə sahibkarlıq fəaliyyətinə
stimullaşdırılması və yerli istehsal və infrastruktur obyektlərinə investisiyaların cəlbi
üçün əlverişli şəraitin yaradılması məqsədilə normativ-hüquqi bazanın
təkmilləşdirilməsi məsələləri;
•
yerli əhəmiyyətli infrastruktur obyektlərinin inkişafında iştirak;
•
sosial yönümlü problemlər – sosial əhəmiyyətli obyektlərin (xəstəxanalar,
məktəblər, uşaq baxçaları, idman kompleksləri və s.) dəstəklənməsi və inkişaf
etdirilməsi;
•
kadrların yenidən hazırlanması və struktur işsizliyin aradan qaldırılması da
daxil olmaqla əhalinin məşğulluğuna yardım problemləri.
2016-ci ilin fevral ayından etibarən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat
Sistemi (BAMS) proqramı hazırlanmağa başladı və oktyabr ayından tətbiq edildi.
Proqramda bələdiyyələrin fəaliyyəti,həmçinin gəlirləri və xərcləri haqqında
məlumatlar qeydə alınaraq xüsusi bazada yerləşdirilir. Baza vaistəsilə lazımlı statistik
məlumatlar haqqında operativ məlumatlar əldə etmək mümkündür.Hal-hazırda
BAMS proqramı bütün bələdiyyə orqanlarında uğurla icra edilir.
- 39 -
Dostları ilə paylaş: |