Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Seyidli Rüfət Azər
oğlunun “Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması
xüsusiyyətləri” adlı magistr dissertasiyasının
REFERATI
Hər hansı bir regional sistemin sosial-iqtisadi inkişafı artıq mövcud və yaradılmış
bir çox faktorlar ilə müəyyən edilir ki, bu da regional sistemin mövcud vəziyyətinin
xüsusiyyətlərini təşkil edir. Lakin regionun davamlı sosial-iqtisadi inkişafına nail
olmaq vəzifəsi indiyə qədər əlçatmaz olaraq qalır. Ümumiyyətlə, regionun sosial-
iqtisadi inkişafının prioritetləri təbii, coğravi, tarixi, iqtisadi amillər nəticəsində
yaranır ki, beləcə müəyyən edilmiş prioritetlər regionlarda mövcud problemlərin
müəyyənləşməsi və aradan qaldırılması üçün mühüm rol oynayır. Sosial-iqtisadi
inkişafın prioritetləri müəyyənləşdikdən sonra effektiv dövlət tədbirlərinin həyata
keçirilməsi regionların sosial-iqtisadi inkişaf yolunun müsbət istiqamətdə hərəkət
etməsində vacib amildir.
Regionun sosial-iqtisadi inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi nəzəri
metodoloji baxımdan mövcud problemlərin və prioritetlərin obyektiv müəyyən
olunmasına kömək edir ki, bu da regional iqtisadiyyat subyektləri tərəfindən qəbul
edilən qərarların keyfiyyətli və effektiv olmasında mühüm rol oynayır.
Bu günə kimi regionların sosial-iqtisadi inkişafının prioritetlərinə dair bir çox
elmi tətqiqat işlərinin yazılmasına baxmayaraq,davamlı sosial-iqtisadi inkişafa nail
olmaq üçün hər zaman yeni prioritetlərin müəyyən olunmasına ehtiyac var.Bu nəticə
tədqiqat üçün seçilmiş dissertasiya mövzusunun aktuallığını bir daha təsdiq edir.
Tədqiqatın işinin məqsədi regionun sosial-iqtisadi inkişafının öyrənilməsi üçün
nəzəri əsasları inkişaf etdirmək və regionun davamlı sosial-iqtisadi inkişafını
formalaşdırmaq üçün müəyyən olunmuş prioritetlərin həyata keçirilməsində praktik
tövsiyələr verməkdən ibarətdir.Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələri
müəyyən olunmuşdur:
- 87 -
-
regionun sosial-iqtisadi inkişaf prioritetlərini müəyyən etmək və onları həyata
keçirmək;
-
regionun sosial-iqtisadi inkişaf prioritetlərindən biri kimi aqrar sektorunun
hazırki vəziyyətini təhlil etmək;
-
regionlar arası fərqlərin azaldılması üçün həyata keçirilməli olan tətbirlərin təhlili;
-
regionun sosial-iqtisadi inkişafında klaster siyasətinin həyata keçirilməsinə dair
istiqamətlər vermək;
Tədqiqatın işinin nəzəri və təcrübi əhəmiyyəti həll olunmalı vəzifələrin vacibliyi
ilə müəyyən edilir. Əldə edilmiş nəticələr elmi nəzəriyyəyə və təcrübəyə müəyyən bir
töhfə verir, həmçinin regionun sosial-iqtisadi inkişafında prioritetlərin müəyyən
olunması ilə bağlı bilik sahəsini genişləndirir.
İşin informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
hesabatları və bülletenləri, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
analitik materialları,dövri mətbuat,jurnallar və internet resusları təşkil edir.Həmçinin
tədqiqat prosesində müqayisəli təhlil, statistik qruplaşdırma, analitik metodlarından
istifadə edilmişdir.
Dissertasiya tədqiqatının nəticələrinin əsas elmi yeniliyi regionun davamlı sosial-
iqtisadi inkişafının xüsusiyyətlərini öyrənməyə, prioritetlərini müəyyənləşdirməyə və
həyata keçirməyə yönəlmiş bir sıra nəzəri və metodoloji müddəaların
əsaslandırılmasından ibarətdir. Bundan başqa tədqiqat işində aşağıdakı əhəmiyyətli
nəticələr əldə olunmuşdur.
Vahid bir iqtisadi məkanın yaradılması və onun möhkəmləndirilməsi
istiqamətində dünya ölkələrinin təcrübəsinin təhlili;
Ayrı-ayrı regionların inkişaf xüsusiyyətlərini müəyyən etmək, onların yeni
prioritetlərini formalaşdırmaq və həyata keçirmək;
Regionların səmərəli inkişafında dövlət və bələdiyyə orqanlarının rolunun
qiymətləndirilməsi;
- 88 -
Regional iqtisadiyyatın prioritetlərindən biri kimi aqrar sektorunun hazırkı
vəziyyətinin təhlili və bu sahənin inkişafı ilə bağlı tətbirlərin həyata keçirilməsi;
Regionların rəqabət qabiliyyətliliyinin artırılmasında klaster siyasətinin rolunun
öyrənilməsi və ölkəmizdə tətbiqi imkanları;
Azərbaycan Respublikasının regionları tədqiqat işinin obyekti olaraq götürülüb.
İşin predmeti isə regional inkişaf prosesində yaranan sosial-iqtisadi əlaqələrin və
sosial-iqtisadi prioritetlərin həyata keçirilməsidir.
Tədqiqat işinin strukturu qarşıya qoyulmuş məqsəd və vəzifələrə müvafiq olaraq
müəyyən edilmişdir. Tədqiqat işi girişdən, üç fəsildən, nəticədən və istifadə edilmiş
ədəbiyyat siyahısından ibarətdir.İşin yazılmasında mövzuya uyğun olaraq 9 cədvəl, 4
sxem, 1 şəkildən istifadə edilmişdir.
Birinci fəsildə sosial-iqtisadi inkişaf siyasəti, mahiyyəti, regionlaşma və onun
zəruriliyi, regional inkişafın ərazi prinsiplərindən bəhs edilir.
İkinci fəsildə regionların sosial-iqtisadi inkişafında əhəmiyyətli rola malik
dövlət proqramları, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunmuş yeni
prioritetlər və aqrar sektorun müasir vəziyyəti təhlil olunmuşdur.
Üçüncü fəsildə regionlar arası fərqlərin müəyyən olunması və azaldılması üçün
görülməli tətbirlər və regionların rəqabətqabiliyyətliyinin artırılmasında mühüm rola
malik klaster siyasətinin əhəmiyyəti təhlil olunmuşdur.
Məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqedə yerləşir və zəngin təbii
ehtiyyatlara malikdir. Lakin ölkəmizin sosial-iqtisadi inkişafına dəstək olan
regionlarda kəskin fərqlər aydın görünür. Belə ki, iqtisadi resuslar regionlar üzrə
qeyri bərabər bölünmüş və nəticədə regionlar arasında inkişaf səviyyəsində kəskin
fərqlər yaranmışdır. Xüsusilə əsas infrastruktur sahələrinin paytaxda yerləşməsi
əhalinin regionlardan şəhərə axınını sürətləndirmişdir. Bu amil regionların təsərrüfat
fəaliyyətinin inkişafına mənfi təsir göstərmişdir. Bununla bağlı olaraq dövlət
regionların sosial-iqtisadi inkişafının tənzimlənməsini qarşısına vacib məqsəd kimi
qoymuşdur.
- 89 -
Sonda tətqiqat işində regionların sosial-iqtisadi inkişafının artırılması baxımından
aşağıdakı təkliflər verilmişdir.
regional iqtisadiyyatın inkişafının xüsusiyyətlərini müəyyən etmək , onun yeni
prioritetlərini formalaşdırmaq və həyata keçirmək;
regionların səmərəli inkişafı üçün dövlət və bələdiyyə orqanlarının səlahiyyətləri
çərçivəsində yerli və xarici investisiyaların cəlb edilməsi;
regionun inkişafı üçün bələdiyyələrin strateji planlarının hazırlanması ilə mövcud
resursların və inkişaf meyllərinin müəyyən edilməsi;
aqrar sektorunun hazırkı vəziyyətini regional iqtisadiyyatın prioritetlərindən biri
kimi öyrənmək və bu sahənin inkişafı ilə bağlı tətbirlər həyata keçirmək;
yerli iqtisadiyyatın şaxələndirilməsinin əsas yollarından biri kimi kiçik biznesin
dəstəklənməsi və yeni iş yerlərinin yaradılması, region əhalisinin həyat
keyfiyyətinin yüksəldilməsi;
dövlətin stimullaşdırılma siyasəti ilə bağlı olaraq biznes inkubatorları,
texnoparklar və s. kimi yeni perspektivli formaların yaradılması həmçinin
regionlarda klaster siyasətinin reallaşdırılması istiqamətində tətbirlər həyata
keçirmək;
Dostları ilə paylaş: |