Uot 334. 012 İnformasiyanin mühafiZƏSİ Bİznesin təHLÜKƏSİZLİYİNİn təMİn ediLMƏSİ İSTİqaməTLƏRİNDƏn biRİ KİMİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix03.12.2022
ölçüsü0,74 Mb.
#72118
  1   2   3   4
797417(meqale)



71 
 
 
UOT 334.012
 
İNFORMASİYANIN MÜHAFİZƏSİ BİZNESİN TƏHLÜKƏSİZLİYİNİN 
TƏMİN EDİLMƏSİ İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ 
 
1
OSMANOV İLQAR OSMAN oğlu 
2
BAXŞƏLİYEVA TAVAT MƏDƏT qızı 
Sumqayıt Dövlət Universiteti, 1-müəllim, 2-operator 
ilqarosmanov1975@mail.ru
  
 
Açar sözlər: iqtisadi təhlükəsizlik, biznesin təhliükəsizliyi, informasiya təhlükəsizliyi, hesablama 
sistemi, davamlı inkişaf 
İqtisadi təhlükəsizlik sistemində biznesin təhlükəsizlik problemləri mühüm yer tutur. Biznesin 
təhlükəsizliyi hüquqi, inzibati, təşkilati-idarəetmə, mühəndis-texniki, tərbiyəvi, xüsusi tədbirləri 
özündə birləşdirir. Onların kompleks tətbiqi riski mümkün qədər daha aşağı səviyyəyə azaltmaqda 
sahibkara kömək edir ki, o biznes fəaliyyətində baş verə biləcək riskləri mümkün qədər aşağı 
səviyyəyə endirə bilsin. Biznes fəaliyyəti inkişaf etdikcə onun informasiya təhlükəsizliyinin 
təminatı problemi aktuallaşır. İnformasiya təhlükəsizliyi dövlət və iqtisadiyyatın ayrı-ayrı sahələri 
üçün aktualdır. İnformasiya təhlükəsizliyi müasir biznesin əsas prioritetlərindən biridir. Çünki bu 
sahədə pozuntular istənilən şirkətin işi üçün fəlakətli nəticələrə səbəb olur. Müasir dövrdə yüksək 
informasiya texnologiyalarından istifadə bir tərəfdən müəssisə və təşkilatların fəaliyyətində mühüm 
üstünlüklər təmin edir, digər tərəfdən isə neqativ nəticələrə gətirib çıxarır. İnformasiya 
təhlükəsizliyinə təhdidlərin nəticələri iqtisadi ziyan, ekoloji fəlakətlər və hətta həyat itkisi ola bilər. 
Buna görə informasiya təhlükəsizliyinin təmin edilməsi yollarını araşdırmaq, bu sahədə riskləri 
zərərsizləşdirmək və zərərin azaldılması yollarını tapmaq mühüm vəzifə kimi qarşıya qoyulmalıdır.
Məlumdur ki, biznesin təhlükəsizliyinin təmin edilməsi – mümkün itkilərin qabağını almaq və 
müəssisənin hazırkı anda və gələcəkdə iqtisadi təhlükəsizliyinin maksimal səviyyəsinə çatmaq 
məqsədilə onun funksional tərkib hissələrinin reallaşdırılması prosesidir. Hazırkı dövrdə 
müəssisənin davamlı və maksimal səmərəli fəaliyyətinin, biznesin gələcəkdə yüksək inkişafı 
potensialının təmin edilməsi mühafizə tədbirləri kompleksinin həyata keçirilməsinin əsas 
məqsədidir. Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi müəssisənin 
hazırkı vaxtda dayanıqlı və maksimum effektiv fəaliyyətini və gələcəkdə biznesin inkişafının 
yüksək potensialını təmin etməkdir. Firmalarda biznesin təhlükəsizliyinin təmin edilməsi üçün 
xüsusi bölmələr yaradıla və kompleks mühafizə tədbirləri işlənib hazırlana bilər. 
Bazar münasibətlərinin inkişafı yeni biznes fəaliyyət növlərinin yaranmasına və hər şeydən 
əvvəl informasiya biznesi ilə məşğul olan firmaların yaranmasına, informasiya və hesablama 
proseslərini avtomatlaşdıran proqram məhsullarının yayılmasına səbəb olmuşdur. Biznes fəaliyyəti 
müxtəlif informasiya axınlarının alınması, yığılması, saxlanması, emalı və istifadəsi ilə sıx bağlıdır. 
Müasir biznesdə, müəssisənin xarici mühitində təklif olunan imkanlar haqqında informasiyanı daha 
səmərəli toplayan, emal edən və istifadə edən qalib gəlir. Biznesin informasiya təhlükəsizliyi 
sistemi məlumat sahibləri və istifadəçilərinin maraqlarını qorumaq üçün təsirli bir vasitədir. Müasir 
məlumatların emalı və ötürülməsi sistemlərində informasiya təhlükəsizliyini və məlumatların 
qorunmasını təmin etmək üçün tədbirlər dəsti olduqca genişdir. Vahid məlumat qoruma sisteminin 
dizaynında əsas mərhələlərdən biri mümkün təhlükələrin və məlumatların yayılması kanallarının 
müəyyənləşdirilməsidir. Həm də müəssisənin fəaliyyətini təhlil etmək, bölmələrdən keçən məlumat 
axınlarını öyrənmək, məxfi məlumatların siyahısını tərtib etmək lazımdır. İnformasiya sistemlərində 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin