L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda


FƏSIL 3. REGIONUN SOSIAL-IQTISADI INKIŞAF STRATEGIYASININ



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

FƏSIL 3. REGIONUN SOSIAL-IQTISADI INKIŞAF STRATEGIYASININ 
TƏKMINLƏŞDIRILMƏSI ISTIQAMƏTLƏRI 
3.1.Regionlar arası fərqlərin azaldılması və inkişaf etdirilməsi istiqamətində 
görüləcək tətbirlərin təhlili 
Bazar münasibətlərinin inkişafı şəraitində iqtisadiyyatın səmərəli inkişafının təmin 
edilməsin məqsədilə ölkənin bütün regionlarının sosial və iqtisadi inkişaf 
səviyyəsinin yüksəldilməsi vacib amil hesab olunur. Regionlarda fərdi ərazilərin 
iqtisadi inkişafı müxtəlif səviyyələrdədir. Regionların sosial-iqtisadi inkişaf 
səviyyəsinin uyğunlaşdırılması istehsalın inkişafının ən vacib qanunu olmaqla, 
bütövlükdə ölkənin inkişafını sürətləndirməkdə mühüm rol oynayır.
Ölkənin iqtisadiyyatının ərazi strukturunda qeyri-bərabərliyin mövcudluğu 
problemi ölkəmiz üçün də xarakterikdir. Müstəqillik qazandıqdan sonra yeni bir 
iqtisadi məkanın formalaşması və ölkənin iqtisadi inkişafının artması nəticəsində bu 
nisbətlər daha kəskin şəkildə artırmışdır. 
Regionların sosial və iqtisadi inkişaf səviyyəsində ərazi fərqləri müxtəlif amillərin 
təsiri altında formalaşır.Regionlararası fərqlərin təbii şəraiti aşağıdakılardan ibarətdir: 

Bölgənin coğrafi mövqeyinin xüsusiyyətləri; 

İqlim şəraiti; 

Təbii ehtiyatların mövcudluğu (su, enerji, mineral və xammal kimi); 

Bölgənin tarixi və etnik xüsusiyyətləri. 
Regionlarda əhalinin miqrasiyasına, əhalinin cinsiyyət və yaş strukturunda 
dəyişikliklərə, əmək resurslarının və təhsil sisteminin dəyişməsinə xüsusi diqqət 
yetirmək lazımdır. 
Əhalinin nisbətən aşağı səviyyədə real pul gəlirləri, yüksək işsizlik, təsərrüfat 
subyektlərinin son dərəcə zəif fəaliyyəti, regionlarda əhəmiyyətli dərəcədə fərqliliklər 
yaradır.Buda problemli bölgələrin ortaya çıxmasına gətirib çıxarır ki, müxtəlif 


- 54 - 
ölkələrdə bu problemi həll etmək üçün dövlət ən geridə qalmış ərazilərin xeyrinə 
maliyyə resurslarının düzgün bölgüsünə daha çox diqqət edir. 
Regionda fərqlərin aradan qaldırılması mövcud vəziyyətin əsas səbəblərini 
müəyyən etməyə və bu istiqamətdə doğru addımları müəyyənləşdirməyə imkan verən 
kifayət qədər metodoloji yanaşmalara əsaslanmalıdır. Büdcə vəsaitlərindən səmərəli 
istifadə etməklə ərazi problemlərini həll etmək mümkündür. Bunun üçün regional və 
sosial siyasətin səmərəli inteqrasiyasının həyata keçirilməsi vacibdir. Belə inteqrasiya 
siyasətinin məqsədi ölkənin bütövlüyü və birliyini qorumaq ,daxili sosial gərginliyi 
zəiflətməkdən ibarətdir. İnteqrasiya siyasəti aşağıdakı prioritetlərdən ibarət olmalıdır: 

böyük şəhərlərdə, rayon mərkəzlərində və aqlomerasiyalarda inkişafı 
sürətləndirmək; 

böyük şəhərlərdə və əhalinin sıx olduğu ərazilərdə dövlətin infrastruktur 
investisiyalarını artırmaq; 

ərazilərin rəqabət üstünlüklərinin konsentrasiyası; 

Əhalinin normal həyat səviyyəsinin təmin edilməsi, əhalinin gəlirlərinin 
artırılması, əmək bazarının inkişafı, məşğulluq və sosial müdafiənin təmin 
edilməsi; 

əhali arasında kəskin sosial fərqliliyinin aradan qaldırılması; 

müəssisələr və əhali üçün əlverişli biznes mühitinin yaradılması ; 
Beləliklə,sosial-iqtisadi inteqrasiya siyasəti ərazinin inkişafında potensial 
imkanları müəyyənləşdirməklə, regional bərabərsizlikləri aradan qaldırmaqda mühüm 
rol oynayır. 
Əsas məqsəd regionlar arasındakı sosial-iqtisadi fərqləri minimuma endirmək olan
regional inkişaf siyasəti, ənənəvi və müasir mənada iki hissədə qiymətləndirilə bilər. 
Birincisi, əsas hesab edilən müəssisələrə böyük investisiyaların yönəldilməsidirsə, 
ikincisi regionun inkişaf potensialı hesab edilən kiçik və orta ölçülü müəssisələr


- 55 - 
şəbəkəsinə insan kapitalı və investisiyaların axtarılmasına əsaslanır və yeniliklər 
vasitəsilə istehsal artımı yaratmağa çalışır. 
Bugünki regional inkişaf siyasəti,ölkənin iqtisadi şəraiti və müxtəlif siyasi 
yanaşmalara görə ölkədən-ölkəyə fərqli olmasına baxmayaraq, ölkə təcrübələrində 
bəzi ümumi xüsusiyyətlər mövcuddur. Bu ümumi xüsusiyyətlərin aşağıdakılardan 
ibarətdir: 

Sadəcə ölkə daxili mənfi cəhətlərə görə geri qalmış regionlar deyil,bütün 
regionları hədəf alan bir yanaşmaya önəm verilməsi. 

Ən əsas prioriteti hər regionun öz potensial və qaynaqlarından ən yaxşı şəkildə 
istifadə etməklə milli inkişafın ən üst səviyyəsinə çatmaq və rəqabət 
qabiliyyətinin artırmaq. 

Regional rəqabət qabiliyyətinin müəyyənləşdirilməsi, inkişafı və davamlılığına 
diqqət yetirmək. 

İnnovasiya və sahibkarlığın bölgələrin inkişafını artırmaq üçün əsas vasitə 
olması. 

Texnologiya və informasiya axını təmin etmək məqsədilə regionlar arası 
əlaqələrin artırılması. 

İnfrastruktur, texnoloji inkişaf, insan kapitalı, turizm və ətraf mühit kimi 
strateji sahələrin prioritet olması. 
Bundan əlavə, iqtisadi, texnoloji dəyişikliklə yanaşı,informasiya texnologiyaları 
sahəsində inkişaf,regional inkişaf siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb 
olmuşdur. 
Regional inkişafın prioritet istiqamətlərindən biri regionlar arasında mövcud
fərqlərin aradan qaldırılmaqdan ibarətdir. Ümumiyyətlə regionlararasi fərqlərin 
aradan qaldırılmasında vacib şərtlərdən biridə səmərəlikdir.Odur ki, mühüm 
problemlərin həlli üçün səmərəli inkişafın müasir modelindən istifadə etmək 
lazımdır. 


- 56 - 
Müxtəlif ölkələrin təcrübəsinə nəzər salsaq görə bilərik ki, regional siyasətdə yeni 
bir modelə keçid regional fərqləri əhəmiyyətli dərəcədə azaltmışdır.Ümumiyyətlə 
regional siyasətdə köhnə və yeni modellər arasındakı fərqlər mövcuddur(sxem 3.1).
Sxem 3.1:Regionlar arası fərqlərin aradan qaldırılmasında 
ənənəvi və yeni model arasındakı fərqlər.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin