Monitorinq qrupu ilk növbədə Bakı şəhərinin Xətai rayonunda yerləşən qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq apardılar



Yüklə 27.5 Kb.
tarix14.01.2017
ölçüsü27.5 Kb.
Press-reliz
6 may 2005-ci il tarixdə «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin monitorinq qrupu 4 saylı qadınlar üçün cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayan oğlan məhbuslar üçün nəzərdə tutulmuş tərbiyə müəssisəsində monitorinq keçirmişdir. Monitorinq saat 10.30 başlamışdır və saat 12.30 qədər davam etmişdir.

Monitorinq qrupu ilk növbədə Bakı şəhərinin Xətai rayonunda yerləşən qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq apardılar. Cəzaçəkmə müəssisəsinin rəis əvəzi Ədliyyə polis-mayoru Aidə İmaməliyeva qrupun monitorinq aparması üçün hər bir şərait yaratdı. Sözügedən müəssisədə hal hazırda 259 qadın məhkum cəza çəkir. Müəssisə qarışıq rejimlidir, burada məhkumlar üçün ümumi və ciddi rejimlər nəzərdə tutulmuşdur. Törətdiyi cinayətlərin ağırlığından və təkrarlığından asılı olaraq 14 nəfər məhbus ciddi rejimdə, qalanları isə ümumi rejimdə cəzalarını çəkirlər. Qanuna uyğun olaraq məhbuslara rejimdən asılı olaraq müxtəlif həcmdə hüquq və imtiyazlar tətbiq olunur. Lakin, qanunda göstərilən kimi müxtəlif rejimdə cəzaçəkən məhbus-qadınlar bir-birindən təcrid olunmadan saxlanılırlar.

Ümumilikdə cəzaçəkmə müəssisəsindəki vəziyyət qənaətbəxşdir. Burada insanın normal şəkildə həyat sürməsi üçün hər bir şərait yaradılıb - mütamadi isti suyu olan hamam və gigiyena otaqları, səliqəli və təmiz yataq dəstləri ilə təhciz olunmuş yataqxanalar, kitabxana, ibadət, müalicə, gözəllik, ana-uşaq otaqları, televizorla təchiz olunmuş istirahət otağı təşkil olunub. 4 saylı cəzaçəkmə müəssisəsində 1 yeniyetmə qız cəza çəkir. Respublikada qızlar üçün tərbiyə müəssisəsi olmadığından o, yetkinlik yaşına çatanlar ilə birgə cəzaçəkmə müəssisəsində cəza çəkir (qanun yetkinlik yaşına çatmayanlar ilə yetkinlik yaşına çatanların birgə cəzaçəkməsini qadağan edir. Bu faktın səbəbi kimi yetkinlik yaşına çatmayan qızların sayının bir – iki nəfərdən artıq olmaması və belə az say üçün ayrı cəzaçəkmə müəssisısinin təchizinə maliyyə vəsaitinin olmaması göstərilir.

Qeyd etmək istərdik ki, məhkumların qida rasionu kifayət qədər keyfiyyətlidir.

Cəzaçakmə müəssisəsində 17 dəzgahdan ibarət olan xalçaçılıq sexi fəaliyyət göstərir.

Bundan sonra monitorinq qrupu yeniyetmə oğlanların cəza çəkdiyi tərbiyə müəssisəni müşahidə etdilər.

Cəzaçəkmə müəssiəsinin rəisi Ədliyyə polkovnik-leytenantı İmran Məmmədov monitrinq qrupuna hərtərəfli monitorinq aparılması üçün hər bir şərait yaratdı.

Hal-hazırda sözügedən cəzaçəkmə müəssisəsində 57 oğlan uşağı cəza çəkir. Qanuna əsasən oğlanlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələri ümumi və möhkəm rejimli olmalıdır. Lakin bu cəzaçəkmə müəssisəsində gənclər ümumi rejimdə cəza çəkirlər. Burada 45 saylı axşam məktəbində məhkumlar təhsil alır, peşə təhsili almaq həvəsində olan uşaqlar çilingərlik peşəsinə yiyələnirlər. Peşə məktəbini bitirən uşaqlar serrtifikat əldə edirlər. Müəssisənin həyətində futbol, voleybol oynamaq üçün xüsusi ayrılmış yer, müxtəlif mərasimlər keçirmək üçün klub vardır. Rəisin söylədiyinə görə uşaqların qida rasionunda hər gün ya ət, ya balıq mütləq olmalıdır (həmin gün uşaqların naharı toyuq şorbasından, vermişeldən və kompotdan ibarət idi).

Aldığımız məlumata görə tərbiyə müəssisəsinin nəzdnində yaradılmış Himayəçilik şurasının üzvlərinddən yalnız ombudsman Elmira Süleymanova yeniyetmə məhbuslara qayğı göstərir. Himayəçilik Şurasının ziyalılardan, dövlət məmurlarından ibarət olan digər üzvləri uşaqlara lazimi qayğını göstərmir.

Ümumiyyətlə uşaqların tədris-tərbiyə prosesinin gücləndirməsində, islah olunmalarında ictimai təşkilatların, ictimai xadimlərin cəzaçəkmə müəssisələrində təşkil edəcəkləri maarifləndirici-tərbiyəvi, ibratamiz mərasimlər böyük rol oynaya bilər.


Monitorinq qrupunun üzvləri:


  1. Aliyeva Sevinc

  2. Zeynalova Könül

  3. Yaqubov Şəhriyar

  4. Həsənli Rauf



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə