"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə3/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   2   3   4   5   6   7   8   9   ...   19
Arxeoloji qoruqlar


39°30′46″S45°10′28″W

6

Əliköməktəpə

Üçtəpə, Cəlilabad rayonu

Cəlilabad rayonunun Üçtəpə kəndi ətrafında, İncəçayın sağ sahilində yerləşir. Eneolit dövrünə aid yaşayış yerinin mərkəzində 600 kv. m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 5,1 m-dir. Qazıntı zamanı altı tikinti qatının olduğu müəyyən edilmişdir. Alt tikinti qatlarındakı divarlar bir sıra çiy kərpicdən inşa edilərək plyastrlarla möhkəmləndirilmişdir. Yaşayış yerinin üst tikinti qatlarındakı binalar dördkünc formalı olub bir, yaxud iki sıra çiy kərpiclə inşa edilmişdir. Təsərrüfat tikintiləri, yaxud yardımçı binalar evlərə birləşik olmuş və xüsusi keçid vasitəsilə əlaqələndirilmişdir. Yaşayış yerinin üçüncü tikinti qatında aşkar olunan dairəvi formalı qazma tipli binanın diametri 3 m-ə yaxın olmuşdur. Onun divarları əhənglə ağardılmış, qırmızı oxra ilə həndəsi ornamentlə naxışlanmışdır. Ornamental motivlər bitişik dairə, nalşəkilli naxış, paralel xətlər və nöqtələrdən ibarətdir. Bu binanın sitayiş məqsədi ilə inşa edildiyi ehtimal olunur. Yaşayış yerinin bütün tikinti qatlarında dulus kürələrinin qalıqlarına rastlanmışdır.[10] Arxeoloji tədqiqatlar nəticəsində Əlikoməktəpəsində iki növ əhliləşmiş at sümüyü aşkarlanmışdır ki, bu tapıntı nəinki Qafqaz, həmçinin də bütün Avrasiyada atın əhliləşdirilməsi haqqında ən qədim tarix verilməsi baxımından böyük yenilikdir.[11]



39°20′13″S48°25′19″W

7

Çalağantəpə

Əfətli, Ağdam rayonu

Ağdam rayonunun Əfətli kəndi ərazisində yerləşən Eneolit dövrünə aid yaşayış yeridir. Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Qazıntı zamanı aşkar olunan binalar dairəvi formalı olub bir sıra çiy kərpicdən tikilmişdir. Binalardan biri (№ 26) arakəsmə divarla iki hissəyə bölünmüşdür. Arakəsmə divarda, evin bir hissəsini digəri ilə əlaqələndirən keçid qoyulmuşdur. Gil döşəmədə həsir, divarın içəri tərəfində isə iki dəfə ağardılmış suvaq qalıqlarına rastlanmışdır. Ağardılmış divarlar qırmızı boya ilə naxışlanmışdır. Bu naxışlardan yarımdairəvi və dairəvi işarələr qalmışdır. Ehtimal ki, bu binadan ziyarətgah kimi istifadə edilmişdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa, obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər aşkar olunmuşdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, cilalanmışdır. Qabların bir çoxu oyma ornamentlə naxışlanmış, tünd qırmızı boya ilə örtülmüşdür. Bəzi kasalar tünd qəhvəyi rənglə bir-birinin içərisinə çəkilmiş kvadratlarla naxışlanmışdır. Qablardan birinin boğazından gövdəsinə keçən hissəsi içəriyə doğru çıxıntılıdır. Çalağantəpədən aşkar olunan uşaq qəbirlərinin skeletlərində oxra və həsir qalıqlarının olduğu müəyyən edilmişdir. Qəbirlərdən həmçinin daş, sümük, firuzə və mis muncuqlar, sədəfdən hazırlanmış bəzəklər aşkar olunmuşdur.[12] Yaşayış yerindən aşkarlanmış buğda qalıqlarının radiokarbon analizindən sonra Çalğantəpə abidəsinin e.ə. V miniliiyin birinciyarısına aid olması müəyyən edilmişdir. 1983-cü ildə Ağdamşəhərində açılmış Çörək muzeyinin ən qədim eksponatları Çalağantəpədən aşkarlanmış buğda qalıqları olmuşdur.[13]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin