"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə9/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Arxeoloji qoruqlar


39°11′43″S45°24′50″W

20

Borsunlu kurqanları

Borsunlu, Tərtər rayonu

Nekropol Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarında yerləşmişdir. Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. Ayrı-ayrı qruplar halında cəmləşən kurqanlar H.F.Cəfərov tərəfindən beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Kurqanın altında yerləşən qəbir kameraları dördkünc formalı olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunmuşdur. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olmuşdur.[34] Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.[35]



40°26′37″S46°51′48″W

21

Zazalı məbədi

Zazalı, Samux rayonu

Samux rayonunun Zazalı kəndi ərazisində, mərkəzdən 4 km aralıda yerləşən Son Tunc - Erkən Dəmir dövrünə aid məbəddir. Ehtimal ki, sonrakı dövrdə bərpa edilərək xristian məbədi kimi də istifadə edilmişdir. Hazırda dağılmaq təhlükəsi altndadır. Məbəd təxminən 35-40 metr uzunluğunda və 4-5 metr enindədir. Hazırda həmin tikili torpağın altında qaldığından görünməz hala düşüb. Amma Zazalı kəndinin ağsaqqalları deyirlər ki, bu məbəd yer səthindən təxminən 3 metr aşağıda tikilib və 40-50 il bundan əvvəl onun içərisinə girmək mümkün idi.[36]




40°43′05″S46°28′25″W

22

Xocalı kurqanları

Xocalı rayonu

Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biridir. Abidə Xocalı yaxınlığındakı Tunc dövrüqəbiristanlığıdır. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu kurqanlarda tək və kollektiv dəfnlər olmuşdur. Bəzi kurqanlarda yandırma adəti də qeydə alınmışdır. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalıda tədqiq edilən 11 №- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir. Bu kurqandan Assuriyapadşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, sonrakı tədqiqatlarda tədqiqatçılar bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid edirlər.[37] Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin birinin qulpunda buğda təsviri vardır.[35]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin