"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə2/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   2   3   4   5   6   7   8   9   ...   19
Arxeoloji qoruqlar


41°8′29″S45°15′58″W

4

Qazma mağarası

Tənənəm, Şərur rayonu

Şərur rayonunun Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.[8] 1983-cü ilin yayında Paleolit arxeoloji ekspedisiyasının Naxçıvanın Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı aşkar olunmuşdur. İlkin kəşfiyyat qazıntısı zamanı Qazma mağarasının çöküntülərində 4 mədəni təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qablar, III-IV təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Qazma mağara düşərgəsindən 1983-cü ildə tapılmış daş məmulatının texniki və tipoloji tədqiqi zamanı onların Mustye mədəniyyəti dövründə hazırlandıqları müəyyən edilmişdir.[9]




39°30′46″S45°10′28″W

5

Qobustan dövlət tarixi-bədii qoruğu

Qobustan, Qaradağ rayonu

Qaradağ rayonunun Qobustanqəsəbəsində, Bakıdan 56 km aralıda yerləşir. Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə1939 – 1940–cı illərdə aşkara çıxarmışdır. 1941–ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947–ci ildə davam etdirilmişdir. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır. Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında C. Rüstəmovun və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Böyükdaş dağındakı "Ana zağa" yaşayış məskənində aşkara çıxarılmış üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir. Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq XVIII əsrə qədər ardı-arası kəsilmədən davam etmişdir. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966 – cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan etmişdir. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.





Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin