"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə1/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
  1   2   3   4   5   6   7   8   9   ...   19
Arxeoloji qoruqlar








rayonu

Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr asağıda yerləşir. Füzuli ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.[2] 1968-ci ilin iyununda Məmmədəli Hüseynovunrəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.[3]Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.[4]










2

Tağlar mağarası

Böyük Tağlar, Xocavənd rayonu

Xocavənd rayonunun Böyük Tağlarkəndinin cənubunda, Quruçay çayının sol sahilində yerləşir. Qafqaz və Yaxın Şərq ərazisində Tağlar paleolit düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişaf tarixini və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini tədqiq etmək olur.[5] 1963-1986-cı illərdə mağarada aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır.[5] Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq 1963-cü ilin iyun-iyul aylarında M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır.[6]




39°37′06″S45°57′17″W

3

Damcılı mağarası

Daş Salahlı, Qazax rayonu

Qazax rayonunun Daş Salahlıkəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altında yerləşir. 1956-1958-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır. M.M.Hüseynovun rəhbərliyi altında Damcılı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mağarada çöküntünün qarışıq olması müəyyən edilmiş və ona görə də çöküntünün stratiqrafiyasını təyin etmək mümkün olmamışdır. Damcılı düşərgəsində ayrı-ayrı dövrlər üzrə olan çöküntü qatları və maddi mədəniyyət qalıqları bir-birinə qarışmışdır. Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri tapılmışdır. Damcılı düşərgəsindən tapılmış daş məmulatı içərisində mustye və levallua itiucluları, qaşov tipli alətlər, bıçaqlar, kəsici alətlər, bizlər və çoxlu istehsal tullantıları qeydə alınmışdır. Damcılı mağara düşərgəsindən aşkar olunmuş daş məmulatının hazırlanma texnikası və tipologiyasına əsasən Mustye, Mezolit, üst Paleolit və Neolit dövrlərində hazırlandıqlarını söyləmək mümkün olmuşdur.[7]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin