"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə8/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Arxeoloji qoruqlar


39°9′36″S45°55′12″W

18

Sarıca Minbərək nekropolu, Minbərək yaşayış yeri və kurqanlar

Minbərək düzü, Qax rayonu

E.ə.IV -III minilliklərə aid abidələr kompleksidir.[30] Kompleksə 200-dən çox kurqan daxildir.[30] Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji kəşfiyyat, qazıntı və elmi tədqiqat işləri nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid yüzlərlə kurqan, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları qeydə alınaraq, arxeoloji tədqiqata cəlb edilmişdir.[31] Aparılmış elmi tədqiqat işləri nəticəsində bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşdığı, böyük tərəqqi yolu kecdiyi aydınlaşdırılmışdır. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Minbərək yaşayış yerlərində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy, Yaloylutəpə mədəniyyəti də öz abidələri ilə təmsil edilmişdir. Arxeoloji qazıntı işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələri bütün tunc dövrlərini, dəmir dovrünü izləməyə, bu uzun zaman məsafəsində aborogenlərin dəfn adətlərini daşlara hopdurulmuş mənəvi mədəniyyyətini mifik və fəlsəfi dünya görüşlərini öyrənməyə imkan verir.[32]







19

Qədim Naxçıvan şəhərinin xarabalıqları

Naxçıvan

Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur.[33] Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957 - 1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III - II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.[33] Həmin qalanı sonralar Naxçıvanda olmuş Jan Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur.[33]Naxçıvan şəhərinin 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir.[33] Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 74000 m²-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19х19х5 sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin