"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə6/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   2   3   4   5   6   7   8   9   ...   19
Arxeoloji qoruqlar


39°16′13″S45°27′07″W

14

II Kültəpə

Aşağı Uzunoba, Babək rayonu

Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. Abidənin alt təbəqəsi Kür-Araz dövrünə aiddir. Мədəni təbəqənin qalınlığı relyefdən asılı olaraq dəyişir. Yaşayış yerində ikinci qazıntı sahəsində, 200 m2 sahədə aparılan qazıntılar əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə Kür-Araz təbəqəsi abidənin üzərindən 4-4,5 – 14 m dərinlikdə yerləşir. Təbəqənin qalınlığı 9,5–10 m-dir. Abidənin stratiqrafiyası göstərir ki, qədim dövrdə yaşayış yeri, bilavasitə Cəhri çayının girintili-çıxıntılı sahilində salınmışdır. Мədəni təbəqənin bəzi yerlərdə davam etməməsi yaşayış yerinin salındığı sahənin ilk vaxtlar nahamar olduğunu göstərir. Təbəqənin toplanması ilə əlaqədar yaşayış sahəsi düzəldilmiş və hamarlanmışdır. Мədəni təbəqə möhrə, kərpic divar, osteoloji və kömür qalıqlarından, həmçinin, kül və yanmış torpaq qatlarından ibarətdir. Təbəqədə obsidian və çaxmaqdaşı qəlpələrinə, gil qab parçalarına, daş sümük və metal əşyalara rast gəlinmişdir. Мədəni təbəqənin yığılma ardıcıllığı kəsiklərdə aydın izlənir. Binaların divarları ilk baxışda möhrəyə bənzəsə də, onların diqqətlə izlənilməsi tikintilərin kərpiclə inşa edildiyini göstərmişdir. II Kültəpənin İlk Tunc dövrü təbəqəsində 14 tikinti qatının olduğu müəyyən edilmişdir.[22]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin