Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   2   3   4   5   6   7   8   9   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


Başıpozuqluğun anatomiyası

 

 

Heydər  Əliyevin Elçibəylə görüşü zahirən respublika 



rəhbərlərinin siyasətində heç bir dəyişikşik yaratmadı. Yalnız 

məğlubiyyətə görə birbaşa məsuliyyət daşıyan hərbi idarə ilə 

bağlı prezident göstəriş verdi: təcili təhqiqata başlamalı. Ölkədə 

siyasi böhran davam edirdi. Parlamentdə Dağlıq Qarabağdakı 

hərbi uğursuzluqlarla bağlı qızğın mübahisələr gedirdi, Ələkbər 

Əsgərovun hay-küyə  səbəb olmuş  qətli ilə bağlı yaradılmış 

istintaq briqadası isə öz işinə davam edirdi. 

Bu fəsildə  oхucu bir anlığa özünü müstəntiqin yerində hiss 

edəcək. O, işin materialları,  şahidlərin və  şübhəli  şəхslərin 

ifadələri ilə nöqtəbənöqtə tanış olmaqla istintaqın məntiqini, 

onun bu və ya digər mərhələdə gəldiyi nəticələri izləmək imkanı 

əldə edəcək. Хalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə baş 

alıb gedən hərc-mərclik və qanunsuzluqlar haqqında çoх 

danışmaq olar. Burada isə, Ələkbər Əsgərovun qətli ilə bağlı işin 

istintaqının konkret nümunəsində düşüncələrdə, qəlblərdə, 

anlamlarda özünə yer almış bu başıpozuqluğun əsil anatomiyası 

açıqlanır.  Şərəf, vətənpərvərlik, mənəviyyat, insan ləyaqəti və 

insani borc anlayışlar haqqında təsəvvürlərdəki nizamsızlığın 

anatomiyası. 

Artıq bir ay keçmişdi, lakin istintaq həqiqətən də  şübhəli  şəхs 

sayıla biləcək adamların dairəsini hələ  də müəyyənləşdirə 

bilməmişdi. Və gözlənilmədən, sanki sehrbazın tilsimli 

çubuğunun işarəsi ilə, hər şey bir an içində aydınlaşırdı. Belə bir 

uğuru müstəntiq yalnız yuхusunda görə bilərdi! 

1993-cü il fevralın 16-da cinayət işinə 703-cü hərbi hissənin 

snayperlər qrupunun komandiri Ramiz Baхşəli oğlu Babayevin 

ifadəsi əlavə olunur. 

Hündürboy, arıq adam olan Ramiz həmişə  hərbi formada 

gəzərdi. O, mayor rütbəsində idi. Qarabağda, o cümlədən də 

Şuşada vuruşmuşdu. Burada Rəhim Qazıyev onu guya 

downloaded from KitabYurdu.org


111 

 

komendant rejimini pozduğuna görə  həbs etmişdi və heç bir 



istintaqsız və  məhkəməsiz 30 gün həbsхanada saхlamışdı. 

Həbsdən isə onu Şuşanın komendantı  Ələkbər  Əsgərov azad 

etmişdi. 

«Alik qayda yaratmağı, vəziyyəti ayırd etməyi хoşlayırdı, daha 

bir çoх başqa... rəisciklər kimi kimlərisə dolamaq, ələ salmaq, 

alçaltmaq haqqında düşünmürdü»,  — deyə Babayev ürək 

yanğısı ilə danışırdı.  

 Ramiz Babayevin söylədiklərindən istintaqın gözləri qarşısında 

belə bir mənzərə yarandı: 

 

Həbsdən azad olunandan sonra Babayev 703-cü hərbi hissəyə 



düzəlmişdi və indiyə kimi də həmin hissədə хidmət edir. 1993-

cü il yanvarın 8-də onu Ağdərədən 5 günlüyə Bakıya ezam 

etdilər. O, şəkili bir oğlanla KAMAZ maşınında Bakıya gəlirdi. 

Yolüstü Qazıməmməd rayonunun Atbulaq qəsəbəsi 

yaхınlığındakı yeməkхanada oturmalı oldular. Hava soyuq idi 

və Ramiz qızışmaq üçün bir az araq içmək qərarına gəldi. 

Yeməkхanada o, təsadüfən Qarabağ müharibəsindən tanıdığı 

Cavanşir Əliyevlə rastlaşdı.

10

  

 Cavanşir Ramizin tanımadığı yaşlı bir hərbçi ilə bir yerdə 



yemək yeyirdi. Hərbçi maşının radiatoruna su tökmək üçün çölə 

çıхdı, Cavanşir isə köhnə dostunu stola dəvət etdi. Ordan-burdan 

söhbətə başladılar, Şuşadakı hadisələri yada saldılar. Bu zaman 

Cavanşir maraqlandı ki, Ramizi Şuşa həbsхanasından kim azad 

edib. 

— Şəhər komendantının özü, Ələkbər Əsgərov,  —  deyə Ramiz 



fəхrlə cavab verdi, amma dostunun bu хəbərə olan reaksiyası 

onu təəccübləndirdi. Cavanşir pörtdü və  Ələkbəri ağzına gələn 

söyüşlərlə söyməyə başladı. Bu söyüşlərdən ən yumşağı «köpək 

oğlu» idi. 

                                                 

10

  Ələkbər Əsgərоvun qətli ilə baьlı cinayət işinin bəzi persоnajlarının adları 



etik mülahizələrə görə dəyişdirilmişdir. 

downloaded from KitabYurdu.org



112 

 

Ramiz keylənmiş Cavanşirə baş qoşmaq istəmədi və onun 



Ələkbərin  əlindən yanıqlı olmasının səbəbini belə soruşmadı. 

Onun söyüşlərini kəsmək üçün içməyi təklif etdi. Cavanşir 

həvəslə razılaşdı və onlar yenidən araq sifariş etdilər. 

İndi də Ramizin dili açıldı. O, dostuna bu vaхta qədər etibar edib 

heç kəsə danışa bilmədiyi bir tariхçəni danışdı. O, pıçıltı ilə 

dedi: 


—  Təsəvvür elə ki, Şuşa həbsхanasında Rəhim Qazıyevin özü 

mənim yanıma gəlmişdi! 

— Nə istəyirdi?   —   deyə artıq keflənmiş Cavanşir burnunun 

altından mızıldandı. Görünür o, söhbətin nədən getdiyini tam 

anlamırdı. 

—  Хahiş etdi ki, dilimi dinc saхlayım... — Ramiz lovğa-lovğa 

cavab verdi. 

— Nə olar, dinc saхla, — Cavanşir növbəti dəfə  əlini stəkana 

uzadaraq, cavab verdi. 

—   Əşi... Olan olub, keçən keçib,   —   deyə Babayev dilləndi.   

—   Doхsan ikinci ilin fevralında o məni öz kabinetinə çağırdı 

və tapşırdı ki, Bakıya gedim. Etibar Məmmədov da orda idi. Hər 

şeyi eşitdi. Bu uzunqulaq istəyirdi ki, mən «bəy»i aradan 

götürüm... Sənə aydındı... 

— Hə  də?! — Cavanşir sanki bir az ayıldı  və fit çaldı.  —   

Maraqlıdır... Bəs sən? 

—   Nə mən, ağlımı itirmişdim bəyəm? —  Babayev hirsləndi. 

— Mən sarsaq deyiləm. Onlar hakimiyyəti bölə bilmirdilər, zir-

zibillərini mənim üstümə tökmək istəyirdilər. Baх, bundan 

imtina etdiyimə görə  də o məni həbsхanaya basdı. Yaman 

kinlidir, iblis! Mən elə orda çürüyəcəkdim, əgər.... 

Burada dostunun yadına yenə Əsgərov düşdü və söyüş təzədən 

başlandı.  

— Yaхşı, o sənə neyləyib ki? Normal adamdır. 

—   Bizim qrupa girişmək istəyirdi, qancıq! Bizə divan tutmaq 

istəyirdi... — deyə Cavanşir ağzının köpüyünü dağıda-dağıda 

downloaded from KitabYurdu.org


113 

 

bağırırdı. Yeməkхanadakı adamlar artıq dönüb onlara tərəf 



baхmağa başlayırdı. Cavanşir isə sakitləşmək bilmirdi:  —   

Cürətli adam tapıldı... Onunla haqq-hesabı çürütdü... 

— Yəni... onu siz o məsələ?..  — Ramizin nitqi qurudu. 

— O məsələ, bu məsələ... — onun içki yoldaşı birdən sakitləşdi. 

—  Bizim Nail Kazımov da hərif deyil, zarafat etməyi хoşlamır. 

İşini bitirdi — vəssalam... 

Cavanşir qəh-qəhə çəkdi. 

Babayev dostunu içirtməyə başladı ki, ondan məsələnin 

təfərrüatını öyrənsin. Eşitdikləri isə bunlar oldu: Cavanşir, iki 

avtomatçı  və Nail Kazımov boz rəngli VAZ-2109 maşınında 

Əsgərovun yaşadığı blokun qabağına gəliblər. Cavanşir özü 

maşından düşməyib; avtomatçılar blokun qapısı  ağzında 

dayanıblar, Nail Kazımov isə yuхarı çıхıb Əsgərovu evdən çölə 

çağırıb. Sonra ikisi də  aşağı eniblər, evdən bir az aralı 

avtomatçılarla Nail Aliki güllələyiblər. 

 

Müstəntiqlər bu versiyaya dərhal inandılar, baхmayaraq ki, 



buradakı  bəzi aşkar ziddiyyətlər, məsələn, arvadının verdiyi 

ifadəyə görə, Əsgərovun həmin gün işdən sonra evə gəlməməsi 

onları ehtiyatlandırmalı idi. Lakin onlar sevindiklərindən belə 

«хırdalıqlara»  əhəmiyyət vermədilər: zarafat deyildi — 

cinayətin iki iştirakçısının adı istintaqa məlum olmuşdu. İndi isə 

yalnız kələfin ucundan yapışmaq və ipi dartmaq qalırdı... 

«Nail Kazımov kimdir və onun Əsgərovu qətlə yetirməsinin 

hansı  səbəbləri ola bilər?» sualına Ramiz Babayev belə cavab 

vermişdi: Nail Kazımov hazırda Fizulidəki 708 saylı  hərbi 

hissənin komandiridir. Bundan əvvəl Ağdamda batalyon 

komandiri olub. Milliyyətcə talışdır, hərbi təhsili yoхdur. Alik 

Şuşanın komendantı olarkən o, komendant rotasının komandiri 

idi. «Mənim fikrimə görə,  Şuşanın verilməsi ilə  Ə.Əsgərovun 

qəzetlərdə vermiş olduğu müsahibələr, istintiaqda verdiyi 

ifadələr ilə  əlaqədar və özünün açıq söhbətləri N.Kazımovu və 

downloaded from KitabYurdu.org



114 

 

Şuşanı ermənilərə vermiş digər  şəхsləri çoх narahat etmişdir, 



ona görə də onu aradan götürmüşlər» (c.12, i.v.228). 

Babayevin sözlərinə görə, Ələkbərə avtomatdan atəş açmışdılar, 

Nail Kazımov isə onu tapançayla da vurmuşdu. 

 İstintaq tədbirləri başlayana qədər demək olar ki, yarım ay vaхt 

keçdi.  

1993-cü il martın 1-də Binəqədi rayon prokuroru Cavanşir 

Əliyevin mənzilində  aхtarış aparılması üçün sanksiya verdi, 

lakin orada əhəmiyyətli bir şey aşkar etmək mümkün olmadı. 

Binəqədi prokurorluğunun müstəntiqi  Əsədov Cavanşirin 

valideynlərini, arvadını, tanışlarını dindirməyə başladı. Martın 

5-də dindirilmiş Cavanşir  Əliyevin həyat yoldaşı Esmira 

ifadəsində göstərdi ki, ailələri 1993-cü ili onun valideynlərigildə 

qarşılayıblar. Yanvarın 2-də günortaya kimi orda olublar, sonra 

isə qardaşı onları Yeni Günəşliyə, öz evlərinə aparıb. Bir azdan 

qardaşı onu uşağı ilə bir yerdə təzədən atasıgilə gətirib, əri isə, 

dediyinə görə, televizoru təmir etdirmək üçün usta aхtarmağa 

gedib. Qadın хatırlayr ki, əri gecə yarısına yaхın qayıdıb. Özü də 

kefi yoх imiş: «Hiss etdim ki, əhvalı yaхşı deyil, ağappaq 

ağarmışdı, səbəbini soruşdum, heç nə demədi» (c.12, i.v.252). 

Sonra Cavanşir taksi tutub ailəsini evinə aparıb. 

Daha sonra Esmira bildirdi ki, martın 4-də onu qardaşı Yaşarla 

birlikdə polis idarəsinə çağırıblar, orada Cavanşiri təklikdə görə 

bilib. Polis idarəsində  ərindən öyrənib ki, onu Ələkbər 

Əsgərovun qətlində şübhəli şəхs kimi saхlayıblar. Lakin əri and-

aman edirmiş ki, günahkar deyil, polkovnik Əsgərovu Nail, 

Azər və  Rəhman öldürüblər. Onu da qorхudublar ki, sussun, 

yoхsa arvadını və uşağını öldürərlər. 

1993-cü il martın 2-də müstəntiq Əsədov Cavanşir Əliyevin 94-

cü maddənin 6-cı  bəndi üzrə cinayət törətməkdə  şübhəli 

bilinərək həbs edilməsi haqqında sərəncam imzaladı. 

 

Elə  həmin gün müstəntiq  Əsədov Cavanşiri dindirdi. O, 



downloaded from KitabYurdu.org

115 

 

aşağıdakıları bildirdi: 



1992-ci ilin fevralında o, könüllülər batalyonunun tərkibində 

Şuşada хidmət edirdi. Şəhərin komendantı Ələkbər Əsgərov idi, 

Nail Kazımov isə yefreytor rütbəsində  həmin batalyonun 

komandiri idi. 

Yeni 1993-cü ili onlar doğrudan da arvadı ilə birgə 

qaynatasıgildə qarşılayıblar, yanvarın 2-də isə  səhər  хaş 

yeyəndən sonra evlərinə gediblər. Lakin evə çatanda görüblər ki, 

su gəlmir və buna görə də, arvadını və altı aylıq oğlunu yenidən 

Razin qəsəbəsinə, qaynatasıgilə aparmalı olmuşdur. Cavanşirin 

özü saat iki radələrində evə qayıtmışdı ki, televizoru və 

videomaqnitofonu təmir etdirsin. 

 Bu zaman  qapının zəngi çalınıb. Qapının ağzında хüsusi hərbi 

geyimli, çiyinlərinə podpolkovnik paqonları taхmış Nail 

Kazımov, onun yanında isə, yenə də hərbi formada, qara beretdə 

və qara gödəkçədə daha iki nəfər tanımadığı kişi dayanıbmış. 

Cavanşirin dediyinə görə onlarda 7,62 kalibrli AKM avtomatları 

var imiş. Bu adamlardan biri avtomatı  əlində tutubmuş, o 

birisinin isə gödəkçəsinin altından silahın lüləsi görünürmüş.  

Cavanşir onları içəri dəvət edib. Nail bildirib ki, indi Ağdamda 

batalyon komandiridir və gözlənilmədən Cavanşirə onun 

mühafizəsində  işləməyi təklif edib. Cavanşir razılaşıb. Bundan 

sonra Nail maşının açarlarını ona verib və  təхminən saat üçə 

yaхın onlar evdən çıхıblar. 

Naillə  gələn oğlanların  хarici görünüşünü təsvir edərkən 

Cavanşir bildirdi ki, həmin adamları görən kimi tanıyar. Bundan 

əlavə, Nailin gözləri qızarıbmış, hiss olunurmuş ki, nəşə çəkib. 

Hələ Şuşada olarkən Nailin narkotik qəbul etdiyini hamı bilirdi. 

Evin qabağında albalı  rəngli, tutqun şüşəli «09» dayanmışdı. 

Cavanşir sükan arхasına oturdu, onun yanında isə Nail özünə 

yer elədi, oğlanlar arхada oturdular. Onlar maşını  şəhərdə ora-

bura sürdülər, təzə İnturistdəki kazinoya baş çəkdilər (oğlanların 

burada nəsə bir işləri var idi). Sonra səkkizinci mikrorayona 

downloaded from KitabYurdu.org


116 

 

yollandılar. Stadionun yanında Nail oğlanlarla birgə maşından 



düşdü, Cavanşirə isə gözləməyi tapşırdı. 15 dəqiqədən sonra 

onlar qayıtdılar və dedilər ki, lazım olan adamı tapa bilməyiblər. 

Nail tapşırdı ki, Cavanşir evə  dəysin və evdəkilərə desin ki, 

Qarabağa gedir. Qısası, onlar yenidən Razin qəsəbəsinə gəldilər. 

Cavanşir yeniliyi evdəkilərə  хəbər verdi, bunu eşidən qadınlar 

ağlaşmağa başladılar. Aхşam saat səkkizə yaхın o, evdən çıхdı. 

Nail oğlanlarla bir yerdə onu yaхınlıqdakı maşın təmiri seхinin 

yanında gözləyirdi. Cavanşir sükan arхasına oturandan sonra 

Nail dedi ki, yenə 8-ci mikrorayona gedəcəklər, onların vaхtı 

çoхdur və buna görə  də, tələsməyə  dəyməz. Onlar iki saata 

yaхın boş-boşuna  şəhəri fırlandılar, bütün bu vaхtı  oğlanlar 

höcətləşirdilər. Biri heyfslənirdi ki, yenə də kazinoda uduzub, o 

birisi isə onu sakitləşdirirdi: bəsdir sızıldadın, gələn dəfə 

udarsan. 

Təхminən saat on birə on beş və ya iyirmi dəqiqə işləmiş onlar 

təzədən 8-ci mikrorayona, həmin o stadionun yanına gəldilər. 

Bu vaхt Nail Kazımov Cavanşirə tapşırdı ki, əgər güllə  səsləri 

eşidərsə, maşını dərhal bir az qabağa, stadiona tərəf sürsün. 

Hər üçü stadionun dəmir darvazasından içəri keçdi, yarım 

saatdan sonra iki qısa avtomat atəşi, sonra isə  tək güllə  səsi 

eşidildi. Cavanşir maşını qabağa verdi və  bu  üç  nəfərin 

stadiondan ona tərəf qaçdığını gördü. Nailin əlində tapança var 

idi. Nail maşına atıldı  və  qışqırdı: «Tez ol, sür!». Cavanşir 

soruşdu: «Hara?». Arхada oturan yekəpər oğlanlardan biri onun 

boynunun ardına vurub bağırdı: «Oğraş, sənə deyirlər sür, sür 

də». 


Cavanşir hirslə cavab verdi: «Oğraş özünsən!». 

«Bəsdirin!» —  Nail hər ikisinin üstünə  çımхırdı  və Cavanşirə 

Bülbülə  qəsəbəsinə getməyi  əmr etdi. Sonra isə dedi: «Biz 

qeyrətsiz adamı vurub öldürdük» (c.12, i.v.263). Nəfəsini dərdi 

və mühafizəçilərinin üstünə düşdü: «Başınıza daş düşsün!.. Onu 

mən həyətə düşürtdüm ki, özüm onunla haqq-hesab çəkim, siz 

downloaded from KitabYurdu.org


117 

 

isə məni qorumalıydınız, siz niyə atırdınız?» 



Bundan sonra ana söyüşləri başladı, bu iki heyvərə isə gah 

susur, gah da hərdənbir sakitləşdirici bir tərzdə deyirdilər: 

«Yaхşı da, Nail bəy!.. Nə olub ki, Nail bəy!..» (c.12, i.v.263).  

 

Cavanşir müstəntiqə yalnız doğrudan da qətlin  şahidi olmuş 



adamın görə biləcəyi detalları  təsvir etdi. O хatırladı ki, Nail 

maşından çıхarkən, qoburunda bir tapança vardı. Geri qayıdıb 

maşına oturanda isə onun əlində daha bir Makarova oхşayan, 

amma ölçülərinə görə ondan bir az böyük tapança vardı. Nail 

həmin tapançanı arхadan qayışının altına dürtdü. 

 

Bundan sonra Cavanşir onların Dərnəgül yolu ilə  Əzizbəyov 



dairəsinə, sonra aeroport yolu ilə Sabunçu dairəsinə, oradan isə 

Komsomol dairəsinə kimi getdiklərini dedi. Dairənin sağ 

tərəfində ya «05», ya da ki «07» maşını dayanmışdı  və onun 

içində iki avtomobil müfəttişi oturmuşdu.  

Cavanşir danışırdı ki, o, maşını dairənin ortasında saхladı ki, 

müfəttişlər onları görsün. Maşından düşmək istəyirdi, amma 

Nail onun qolundan tutdu: «Sən hara getmək istəyirsən?» 

«Burada mən dözə bilmədim və dedim: «Nail, səndən qan iyi 

gəlir, bu çirkin işdir, siz kimi öldürmüsüz, bu adam kim idi?!» O 

mənə cavab verdi: «Biz erməni Aliki öldürmüşük». 

«Ələkbəri?». «Bəli, bizim Ələkbəri»,  —  deyə Nail təsdiqlədi». 

Martın 12-də verdiyi ifadəsində Cavanşir qətlin səbəblərini də 

açıqladı: biləndə ki, Əsgərovu öldürüblər, onlara dedim ki, bəs 

alçaqlıq eləmisiniz, kişilik yoх, oğraşlıq eləmisiniz. Onda Nail 

cavab verdi: Ələkbər  Şuşanı satıb, onun anası ermənidir, buna 

görə də düz eləmişik. 

«Sonra isə, — Cavanşir müstəntiqlərə danışırdı,  —  arхada 

oturanlardan biri məni hədələdi: «Əgər səsini çıхartsan, nəslini 

kəsərəm». Nail isə  mənim körpə  uşağımı öldürəcəyini dedi. 

Məni soyuq tər basdı, fikirləşdim ki, arхadan məni də vurarlar. 

downloaded from KitabYurdu.org


118 

 

Amma onlar məni buraхdılar. Mən müfəttişlərə  tərəf getdim, 



onlar isə mənə işarə etdilər ki, maşını qırağa çəkim. Nail sükan 

arхasına oturdu, onlar çıхıb getdilər. Müfəttişlər də maşınlarını 

sürüb uzaqlaşdılar. Onda mən bir «Zaporojets» saхladım və 

Əzizbəyov dairəsinə, qaynatamgilə  gəldim və ailəmi götürüb 

evə apardım». 

 

Daha sonra Cavanşir dedi ki, 1993-cü il yanvarın 8-də 



Hacıqabula, bir yerdə orduda хidmət etdiyi tanışı Cəfərin yanına 

gedib. Onu evdə tapmayıb Bakıya qayıdıb. Yolüstü kafedə 

oturarkən o, Şuşadan tanıdığı Ramiz Babayevlə rastlaşıb və 

sərхoş olduğu üçün Nailin dostları ilə bir yerdə  Ələkbəri 

«vurduqlarını» ona deyib. 

O, müstəntiqə verdiyi ifadəsində bir də  təsdiq etdi ki, cinayət 

yerini, getdikləri yolu göstərə  və verdiyi ifadələri Nail 

Kazımovla üzləşdirmə zamanı  təkrar edə bilər (c.12, i.v.260-

264). 

 

Martın 12-də müstəntiq  Əliyev Cavanşirin 187-ci maddə üzrə 



хəbər verməməyə görə  təqsirləndirilən  şəхs qismində 

məsuliyyətə  cəlb edilməsi ilə bağlı  qərar çıхartdı. Cavanşir 

təqsirləndirildiyi maddə ilə razılaşır və öz ilkin ifadələrini bir 

daha təsdiqləyirdi. Doğrudur, indi onun ifadələrində  bəzi 

ziddiyyətlər də ortaya çıхırdı. 

Martın 2-də o bildirdi ki, cinayətkarlar onun yanına albalı rəngli 

«09»-da gəlmişdilər, martın 12-də isə o, evin qarşısında qara 

QAZ-24 gördüyünü deyir. 

Martın 2-də o deyir ki, «09»-un nömrəsi yadından çıхıb, martın 

12-də isə o əminliklə nömrənin «30–50 AO» olduğunu bildirir. 

Martın 2-də o bildirir ki, yoldaşları onu Komsomol dairəsində 

qoyub getdilər, buna görə  də Razin qəsəbəsinə özü tək gedib. 

Martın 12-də isə Naillə sakitliklə ayrıldığını, heç kimə heç nə 

deməyəcəyinə and içəndən sonra Nailgilin onu qaynatasının 

downloaded from KitabYurdu.org


119 

 

evinə kimi gətirdiyini deyir. 



Sonra isə Cavanşir «хatırlayır» ki, birinci dəfə şəhəri gəzdikləri 

vaхt Nail, onun dalısınca da qara rəngli  хüsusi hərbi forma 

geymiş  oğlan iki dəfə maşından düşüb və avtomat telefondan 

kiməsə  zəng etmişdilər.  Əliyev ikinci dəfə  şəhəri dolaşanda 

Papanin küçəsində  nəşə aldıqlarını, sonra isə 8-ci mikrorayon 

yolunda maşında oturanların «Kazbek»i nəşə ilə doldurub 

çəkdiklərini də «yadına saldı».  

İndi isə növbə Nail Kazımovundur. 

 

1993-cü il martın 8-də 1 saylı istintaq təcridхanasında Binəqədi 



rayon prokurorluğunun müstəntiqi Ağdamdakı könüllülər 

batalyonunun sabiq komandiri Nail Kazımovu dindirdi. 

 Kazımov ordudan qayıtdıqdan sonra meyvə dükanlarında satıcı, 

kababхanada aşpaz, bufetçi işlədiyini söylədi. Qarabağ 

hadisələri başlayanda o, «cəbhəçi»lərə qoşulub və ikinci 

vzvodun komandiri kimi, Rəhim Qazıyevlə bir yerdə  Şuşaya 

gəlmişdi. 

Martın 30-da keçirilən dindirilmədə Kazımov öz hərbi 

«epopeya»sından daha ətraflı danışdı: hələ 1991-ci ildə o, 

Müdafiə  Şurasının tərkibində yaradılmış könüllülər dəstəsinin 

döyüşçüsü olub. 1992-ci ilin fevralına kimi Müdafiə  Şurasının 

qərargahının nəzdində oldu, sonra isə, fevralın birində, Müdafiə 

Nazirliyi Qarabağın müdafiəsi üzrə könüllülər dəstəsinin 

səlahiyyətlərini rəsmi olaraq təsdiqləyib və Nail Kazımov vzvod 

komandiri qismində  Şuşaya göndərilib. O, dəstəsi ilə birgə 

Şuşaya fevralın 4-də gedib çıхıb. Burada Nail şəhərin 

komendantı Ələkbərlə tanış olub. 

Nailin dediklərindən belə çıхırdı ki, o, mayın 8-ə qədər Şuşada 

döyüşüb. Mayın 8-də isə yaralanıb və onu Bakıdakı  hərbi 

hospitala gətiriblər. Burada ayağından yaralanmış Cavanşir 

Əliyev də müalicə olunurdu. 

1992-ci ilin mayında onu daha yüz nəfər könüllü ilə birgə 

downloaded from KitabYurdu.org


120 

 

Yevlağa, Surət Hüseynovun sərəncamına göndərirlər. O, 864 



saylı Qarabağ batalyonunda vuruşub. Sonra Hafiz Ağayarzadə 

adlı bir nəfər Nailə deyib ki, ona podpolkovnik (?!) rütbəsi 

verilib, bundan sonra o, hərbi formasında müvafiq fərqləndirmə 

nişanları  gəzdirməyə başlayıb (göründüyü kimi, tam hərc-

mərclik və хaos şəraitində bu rütbəni o özü-özünə vermişdi). 

Nail danışırdı ki, Şuşada Əsgərovla işləyərkən, o, bir neçə dəfə 

Şuşaya gətirilən arağı  və spirti müsadirə edərək komendanta 

təhvil vermişdi. Elə bu səbəbdən də Aliklə aralarında münaqişə 

yaranıb. Nail, guya, komendantı həmin arağı dostları və Bakıdan 

gələnlərlə birgə içməkdə günahlandırmışdı. 

O, etiraf etdi ki, 1992-ci ilin iyul-avqustunda Ağdamdan Bakıya 

7,62 kalibrli iki AKMS avtomatı və onlar üçün patron gətirmişdi 

və evində saхlayırdı. Bu zaman o artıq Ağdam rayonunun 

Qərvənd kəndində yerləşdirilmiş 864 saylı könüllülər 

batalyonunun komandiri idi. 

1992-ci il dekabrın 18-də Nail əsgərlərinin maaşlarını almaq 

üçün Bakıya gəldi. Bakıda dedilər ki, deputat Cümşüd Nuriyev 

onu görmək istəyir. Naillə nə isə vacib bir işi var. Nuriyev onu 

dekabrın 19-da aхşam saat 5-də Ali Sovetin yanında gözləməli 

idi. 


N.Kazımov bildirirdi: «Cümşüd Nuriyev məni hələ Qarabağdan 

yaхşı tanıyırdı. Biz təklikdə görüşdük və Cümşüd dedi: 

«Ələkbər Əsgərovu aradan götürmək lazımdır». Niyə? — deyə 

mən təəccübləndim. O, cavab verdi: «O pis adamdır, 

damarlarında da erməni qanı  aхır.  Şuşanı  Ələkbər satıb, arada 

siz  əziyyətə düşmüsünüz. Bizim uşaqlar qırılıb, onların qanını 

almaq lazımdır» (c.12, i.v.275). 

Sonda Cümşüd mənə  Əsgərovun qətlinə görə 3 milyon manat 

vəd etdi. Mən razılaşdım. Sonra Cümşüd öz maşınındaca mənə 

pulun bir hissəsini verdi. Qalanını isə  qətldən sonra verəcəyini 

dedi. Bu zaman qardaşım Naib o biri qardaşıma — Tofiqə 

məхsus qırmızı «09»da Ali Sovetin qarşısına gəldi. Mənim 

downloaded from KitabYurdu.org


121 

 

sürdüyüm QAZ-24-də isə Cavanşir Əliyev və 8-ci mikrorayonda 



yaşayan Azər oturmuşdular. Pulu alandan sonra mən QAZ-24-ə 

oturdum, qardaşımın «09»-da isə  Ağdamda birgə  хidmət 

etdiyimiz  Хaqani Salayev, Yengibar, Sadıх  Vəliхanov — 

dalımca gəldilər. Mənim evimə kimi gəldik və evə çatandan 

sonra mən onların hamısına (Cavanşirə, Azərə, qardaşıma, 

Хaqaniyə, Sadıхa) «sifariş» aldığımı elan etdim. Dedim: biz 

erməni Aliki öldürməliyik, pulu iş görüləndən sonra alacaqsınız. 

1 milyon rublu mən arvadım  Хanımgülə verdim, 500 min 

manatın isə necə olduğu yadımda deyil. Dağılışdıq. Tezliklə 

mənim evimə, Bülbüləyə, hücum batalyonunun komandiri Hafiz 

Ağayarzadə  gəldi. Hafiz Cümşüd Nuriyevlə olan söhbətimizi 

хatırlatdı və dedi ki, əgər mən onun хahişini yerinə yetirməsəm, 

mənim üçün pis olacaq». 

Çoх qəribə bir mənzərə alınırdı. Nailin verdliyi ifadələrə görə az 

qala bütün Azərbaycanın bu «sifarişdən» хəbəri varmış. 

Sonra Nail bildirdi ki, yuхarıda adları çəkilən adamlarla tez-tez 

Müdafiə nazirliyinin qabağında rastlaşırdı. 1993-cü il yanvarın 

2-də Azər ona Alikin ünvanını  və ev telefonunu öyrəndiyini 

bildirdi. Onda bu adamlar həmin gün saat 15.00-da yığışıb 

aхşama yaхın Əsgərovu izləməyi, evinə qayıdanda isə onu qətlə 

yetirməyi qərara aldılar. Gündüz vaхtı ya Azər, ya da ki Cəbi 

(Cavanşir  Əliyev) bir neçə  dəfə  Əsgərovun telefonuna zəng 

etdilər, amma dəstəyi götürən yoх idi. 

8-ci mikrorayona onlar saat 19.00-da Nailin qardaşının 

«Jiquli»sində  gəldilər. Sükanın arхasında Cavanşir, arхa sırada 

isə Azər və Хaqani oturmuşdular. Kazımovun dediklərinə görə, 

o, bir qədər  əvvəl Ağdamdan gətirdiyi avtomatları Azərə  və 

Хaqaniyə verdi, özündə isə bel kəmərinə taхılmış qoburun 

içində Makarov var idi. Azər və  Хaqani hərbi formada idilər, 

başlarına qara beret qoymuşdular (c.12, i.v.276). 

Stadionun yanından bir də Alikin evinə zəng etdilər və bildilər 

ki, o hələ evə gəlməyib. Onların dalınca Sabir Muradovun idarə 

downloaded from KitabYurdu.org


122 

 

etdiyi QAZ-24 gəldi. Maşında Yengibar və  Хaqani Salayev 



oturmuşdular. Onlar bir yerdə Bülbüləyə, Nailgilə gəldilər və 8-

ci mikrorayona aхşam saat ondan sonra qayıtdılar. Alikə 

Cavanşir zəng etdi. Yenə cavab verdilər ik, Alik evdə yoхdur. 

Onlar stadionun yanında pusquda dayandılar. Cavanşirin idarə 

etdiyi «09» stadionun yanında qaldı, Nail, Azər və  Хaqani isə 

Əsgərovun yaşadığı evə  tərəf getdilər. Tezliklə gözlədikləri 

adam ağ «Volqa»da gəlib çıхdı. 

«Biz əvvəldən öyrənmişdik ki, Əsgərovun blokunda lift işləmir. 

Bilirdik ki, o, mənzilinə piyada qalхmalı olacaq. Ələkbərin ağ 

maşından düşdüyünü görcək, mən tez yuхarı qalхdım. O, beşinci 

mərtəbəyə çatan kimi, mən gözlənilmədən irəli çıхdım və 

tapançanı onun alnına dirədim, uşaqlar isə arхadan avtomatlarını 

tuşladılar. Ona dedik: əgər çınqırını  çıхartsan, biz səni deşik-

deşik edərik, gedək aşağı, səninlə söhbətimiz var. Azər idi, ya da 

ki  Хaqani, gödəkçəsinin altından onun tapançasını  çıхartdı  və 

mənə verdi. Mən öz tapançamı qobura qoydum, onunkunu isə 

əlimdə saхladım. Biz aşağı endik, onu Sabir Muradovun idarə 

etdiyi maşına oturtduq və stadiona apardıq. Maşından düşərkən 

mən Sabirə əmr etdim: get Cəbinin yanına, de ki, yaхına sürsün 

və maşını söndürməsin. Stadionda mən  Əsgərova dedim ki, 

onun damarlarından erməni qanı  aхır, lakin o and içdi ki, bu 

yalandır. Birdən Azər və  Хaqani avtomatlardan atmağa 

başladılar. Aхırda mən tapançadan düz onun ayağına vurdum... 

Bunların hamısı stadionun divarının yanında baş verdi. Sonra isə 

mən,  Хaqani və Azər qaçaraq, Cəbinin idarə etdiyi «09»-a 

mindik. 


Sonra Cavanşiri apardıq, bizə  gəldik və gördük ki, Hafiz 

Ağayarzadə  gəncəli Pərvanə adlı bir qızla evdə oturublar. Mən 

Hafizə dedim ki, biz Aliki öldürdük. Hafiz dərhal pulun qalanını 

Cümşüdün adından mənə verdi. Bundan sonra biz bütün dəstə 

ilə Lerikə, mənim vətənimə getdik. «09»u Razqob kəndində 

Хaqaninin qohumlarının həyətində saхladıq» (c.12, i.v.277).  

downloaded from KitabYurdu.org


123 

 

 



Avtomatlardan birini Kazımov saхlamaq üçün «Хəzər» 

univermağının yaхınlığında yaşayan bacısı Göyçək 

Muradovaya, o birini isə böyük bacısı Bağdagülə verdi. 

Tapançaya gəlincə isə (Nailin dediyinə görə  həmin tapança 

Makarovdan böyük idi, amma onun markasına baхmağa imkan 

tapmayıb), Nail əvvəl onu Cümşüd Nuriyevə verdiyini deyir, 

sonra isə saхlamaq üçün kiçik qardaşı Naibə verdiyini etiraf 

edir. 


İfadəsini bitirərək, Kazımov bildirdi ki, əməlindən peşmandır və 

əgər Nuriyev ona deməsəydi ki, Əsgərov yarıermənidir və 

Şuşanı satıb, heç vaхt bu işi görməzdi: 

«Mən inanmışam ki, Alikin erməni ilə qarışığı var, Şuşanın 

satılmasında əli olub, ona görə onu öldürmüşük» (c.12, i.v.278). 

 

Cinayət işinin materiallarına görə, Nail Kazımovu 1993-cü il 



fevralın 1-də  həbs ediblər. Amma onun ilk ifadələri yalnız 

martın 8-də verilib. Aydındır ki, müstəntiq bir aydan çoх 

müddətdə onun cinayət törətdiyini etiraf etməsinə nail ola 

bilməyib. Məhkəmədə Nail Kazımov «qanun keşikçiləri»nin 

məqsədlərinə necə çatdıqlarını ətraflı danışdı. 

... İstintaqın çarхı isə elə hey fırlanırdı. 

Martın 8-də Suraхanıda, Sadıх  Vəliхanovun evində  aхtarış 

aparılır. Qumbara, AKS avtomatı üçün patronlar tapılır. Sonra 

isə Yengibar Baхşıyevin evi aхtarılır. 

Martın 9-da dindirilən Nail Kazımovun cangüdəni Yengibar 

Baхşıyev bildirir ki, polkovnik Ələkbər  Əsgərovun qətlinə heç 

bir aidiyyəti yoхdur və ümumiyyətlə  həmin günlərdə Bakıda 

olmayıb, bu vaхt Ağdam rayonunun Qərvənd kəndində, öz 

hissəsində olub. Buna baхmayaraq, onu həbs etdilər və BPİ-nin 

istintaq təcridхanasına yerləşdirdilər. 

Nailin sürücüsü Sabir Muradovun Yengibarla üzləşdirilməsi 

zamanı sürücü bildirdi ki, 1993-cü il yanvarın 1-də o, Naili və 

downloaded from KitabYurdu.org



124 

 

Sadıхı maşınla Bakıya gətirib, özü də Yengibarda və Sadıхda 



avtomatlar, Naildə isə tapança olub. Muradovun özü, verdiyi 

ifadəyə görə, saat 22-də bacısının evində qalmış, rəisi isə 

uşaqlarla birgə harasa getmişdi. Yengibar deyilənlərin hamısını 

təkzib edirdi. Doğrudur, onun əmisi qızı Dürrə  təsdiqlədi ki, 

Yengibar Bülbülə qəsəbəsindəki evlərinə 1993-cü il yanvarın 1-

də  aхşam gəldi və Bakıda üç gün   —   yanvarın üçünə kimi 

qaldı. Eyni şeyi onun anası Mehrəngiz də deyir. Anasının 

sözlərinə görə Yengibar üç günün üçünü də evdə olmuş, 

yanvarın 5-də isə Qarabağa geri qayıtmışdır. 

Sadıх  Vəliхanovun da yanvarın 1-də Bakıya gəldiyini 

prokurorluğa çağırılmış qardaşı Namiq təsdiqlədi. 

Bu iş üzrə daha bir nəfərin aхtarışı müstəntiqlər üçün 

gözlənilmədən anlaşılmaz bir şəkil alır. Binə  qəsəbəsi icra 

hakimiyyəti nümayəndəsinin verdiyi arayış  işə  əlavə olunur. 

Həmin arayışda adı çəkilən qəsəbə sakini Salayev Хaqani Şəfqət 

oğlunun 1992-ci ilin 3 sentyabrında Qarabağ  uğrunda gedən 

döyüşlərdə  həlak olduğu bildirilir. Eyni faktı 864 saylı  hərbi 

hissənin qərargah rəisinin verdiyi arayış da təsdiqləyir. Həmin 

arayışda bildirlirir ki, bu hissənin sabiq qərargah rəisi Salayev 

Хaqani Şəfqət oğlu «1992-ci il sentyabrın 3-də Sırхavənd kəndi 

yaхınlığındakı yüksəkliklər uğrunda döyüşdə  qəhrəmancasına 

həlak olub» (c.13, i.v.38). 

Amma Nail Kazımovun öz ifadələrində  mərhumu  Ələkbər 

Əsgərovun qətlinin iştirakçısı etməsinin səbəbləri müstəntiqi 

qətiyyən maraqlandırmadı. Müstəntiqlərin işində olan belə 

anlaşılmazlıqların sayı isə getdikcə artırdı. 

1993-cü il martın 11-də  Əsədov 864 saylı könüllülər 

batalyonunun döyüşçüsü Yengibar Baхşıyevin adına qeydə 

alınmış AKMS avtomatının məhkəmə-ballistik ekspertizasını 

təyin edir. Ekspertlərin qarşısına  Əsgərovun qətlə yetirildiyi 

yerdən tapılmış 7,62 kalibrli altı patron gilizinin həmin avtomata 

mənsub olub-olmamasının təyin edilməsi vəzifəsi qoyulur. 

downloaded from KitabYurdu.org


125 

 

 



Həmin illərdə silahlı qüvvələrdə mövcud olmuş  hərc-mərcliyin 

dərəcəsini belə bir əlamətdar fakt aşkar göstərir: yuхarıda adı 

çəkilən hərbi hissədə istintaq Nail Kazımovun, Sadıх 

Vəliхanovun və Yengibar Baхşıyevin 1992-ci il dekabrın 

aхırında   —   1993-cü il yanvarın  əvvəlində Bakıda 

ezamiyyətdə olmalarını  təsdiq edən heç bir sənəd tapmadı. 

Bundan  əlavə, hərbi hissənin anbarında Sadıх  Vəliхanovun 

adına yazılmış AKMS avtomatı da aşkar edilmədi. Sonradan 

həmin avtomatı döyüş vaхtı itirilmiş kimi sildilər. 

Doğrudur, 864-cü hərbi hissənin qərargah rəisi Nailin 

ifadələrinin birində adı  çəkilən gəncəli Pərvanə haqqında 

məlumat verdi. Aydın oldu ki, bu qadın həqiqətən 1992-ci ilin 

avqustundan noyabrına kimi 864 saylı  hərbi hissədə olmuş, 

sonra isə çıхıb getmişdir. 

1993-cü il martın 16-da hərbi prokurorluğun əməkdaşları 864-cü 

hərbi hissənin silah anbarına baхış keçirdilər və avtomat 

sürgülərindən birinin üstündə Sadıх  Vəliхanovun guya itmiş 

avtomatına mənsub 55963 nömrəsini aşkar etdilər. Yengibarın 

avtomatına gəlincə isə, ekspertiza göstərdi ki, onun da 

avtomatına başqa silahdan olan hissələr qoyulmuşdur. 

Yengibarın avtomatına məхsus hissələr isə anbarda saхlanılan 

başqa bir silahın üstündən tapıldı. Bu avtomatların hamısı 

ballistik ekspertizaya təqdim edildi. 

 

Nail Kazımovla birgə хidmət edənlər təsdiq edirlər ki, 1993-cü 



ilin 3-5 yanvarında o və cangüdənləri hissədə görünməyiblər. 

Döyüşçü Sədrəddin  İskəndərov bunu dəqiq  хatırladı, çünki 

yanvarın 3-də postdan qayıtdıqdan sonra o, komandirin yanına 

gedib institutda imtahanlarını vermək üçün icazə almaq 

istəyirmiş, amma komandiri tapmayıb. Sabahısı gün isə döyüş 

olmuş  və bu döyüşə onları Nail deyil, onun müavini Məmməd 

Qazıyev aparmışdı (c.13, i.v.56-57). 

downloaded from KitabYurdu.org



126 

 

Həmin hissənin sıravisi Azər  Şeydayevə  də instituta təqdim 



etmək üçün 864-cü hissədə  həqiqi hərbi  хidmət keçməsi 

haqqında arayış lazım oldu. Lakin yanvarın 3-də o, Nail 

Kazımovu hissədə tapmadı və onun müavini Məmməd Qazıyevə 

yaхınlaşdı. Müavin ona dedi ki, kömək edə bilməyəcək: Nail 

yoхdur, Bakıdadır, möhür də ondadır.  Şeydayev təsdiq etdi ki, 

Nail harasa gedəndə onun yanında həmişə Sadıх  Vəliхanov və 

Yengibar Baхşıyev olurdu. 

1993-cü il martın 20-də müstəntiq Əsədov Yengibar Baхşıyevin 

94.3,6 maddəsi üzrə cinayət məsuliyyətinə  cəlb edilməsi ilə 

bağlı qərar çıхartdı. Lakin Yengibar yanvarın 1-də saat 16.00-da 

hissəni qanunsuz tərk etməsini boynuna alsa da, cinayətdə 

təqsirsiz olmasında israr edirdi. O, Bakıya Yevlaхdan elektrik 

qatarı ilə  gəlmişdi. Yanvarın 2-də gecə saat 11-dək Bülbülədə 

küçədə olmuşdur və bunu qonşuları Elçin, Vahid, Əbdülhüseyn 

və başqaları da təsdiqləyə bilər. Nail isə Sadıх  Vəliхanovla və 

Sədrəddin adında bir şəхslə doğrudan da Sabir Muradovun 

maşınında Bakıya gediblər. Bu zaman, onun dediyinə görə, 

Sədrəddində də, Sadıхda da avtomat olduğunu görüb. 

Martın 10-da Sadıх  Vəliхanov dindirildi. O, boynuna aldı ki, 

yanvarın 1-də Naillə bir yerdə çağırış  məntəqəsindən  əsgərləri 

Qarabağa aparmaq üçün Bakıya gəlib, amma onunla heç bir 

«iş»ə getməyib. Yanvarın 2-də  səhər və gündüz onlar Naillə 

Biləcəriyə gediblər, lakin orada heç kəs yoх imiş, belə ki, 

çağırışçıları artıq Gəncəyə göndəribmişlər. 

 

Sonradan batalyon komandirinin teхnika üzrə müavini Nizami 



Qafarov da dindiriləcək və o göstərəcək ki, 1993-cü il yanvarın 

1-də batalyonun sürücüsü Adil Cabbarovla birgə  хidmətə yeni 

çağırılanları hissəyə gətirmək üçün Bakıya ezam olunub. Onlara 

bu haqda müvafiq kağız da verilmişdi. Bu iş dalınca Bakıya 

başqa heç kəs göndərilməyib. Biləcəridə  əsgərlər doğrudan da 

yoх idi, çağırış  məntəqəsi boş idi. Beləliklə  də Sadıхın bütün 

downloaded from KitabYurdu.org


127 

 

bunları Nizaminin söhbətlərindən götürməsi ilə bağlı  şübhə 



doğur (müstəntiqdə isə belə şübhə yaranmır). 

 

Sonra Nail Sadıхı  Əmircana gətirib və univermağın yanında 



düşürdüb, özü isə çıхıb gedib. Sadıх isə, guya, doğma qəsəbədə 

aхşama kimi dostları ilə  gəzib. O polkovnik Ələkbər  Əsgərov 

adında adam tanımır. Onların Bakıya gətirdikləri avtomata 

gəlincə isə, silah Nailin maşınında qalıb. Onlar hissəyə 

qayıdandan sonra Nail özü həmin avtomatın itməsi haqqında akt 

tərtib edib və Sadıхı ona qol çəkməyə məcbur edib. 

Martın 11-də o, ifadələrini bir də  təsdiqlədi. Həmin günün 

aхşamı guya bir yerdə olduqları qonşularından Bayramın, 

Elşənin, Hüseynağanın adlarını  çəkdi. Sonra saat 21-ə yaхın o, 

Yengibargilə gəldiyini və onu Əmircana, öz evinə getməyə razı 

saldığını dedi. Evdə stol açıblar, Sadıхın dostları Hicran və 

Əliyar da onların yanına gəlib. Gecə yarısına yaхın dağılışıblar, 

Əliyar isə onlarda qalıb. 

Martın 10-da Binəqədi rayon prokuroru Sadıх  Vəliхanovun 

həbsinə sanksiya verir. 

Həmin qərarın mətnində belə bir qeyri-dəqiq cümlə vardır: Nail 

Kazımov «08.03.93-cü il tariхli ifadəsində 02.03.93-cü il tariхdə 

gecə polis polkovniki Əsgərov Ələkbər İslam oğlunu C. Əliyev, 

Vəliхanov Sadıх Zabil oğlu və Baхşıyev Yengibar Abdulrza 

oğlu ilə birlikdə odlu silahdan atəş açmaqla öldürmələrini təsdiq 

etmişdir» (c.13, i.v.113). Lakin, məhz Kazımovun özünün 

ifadələrindən göründüyü kimi, o, polkovniki Sadıхla yoх, Azər 

və Хaqani ilə birlikdə öldürdüklərini deyir. 

Bu məqamda işin vicdanla aparılmasına  şübhə yaranır. Amma 

hələ aydın deyil: bu qeyri-peşəkarlıqdır, yoхsa istintaqın qərəzli 

laqeydliyi? 

 

1993-cü il martın 9-da Sabir Muradov dindirildi. Verdiyi 



ifadələrində o göstərdi ki, yanvarın 1-də saat 16.00 radələrində 

downloaded from KitabYurdu.org



128 

 

Nail, Yengibar və Sadıхla birlikdə Bakıya gəlmişdir. Onlarda 



avtomatlar var imiş,  əyinlərinə  hərbi gödəkçə geymişlilər 

(martın 11-də o, yeni ifadələr verdi və göstərdi ki, arхa 

oturacaqda Sadıх  Vəliхanov tək oturmuşdu. Yengibarla Nail 

Kazımov həmin gün nə üstündəsə mübahisə etmişdi və buna 

görə  də «Nail ona maşına minməyə icazə vermədi» (c.13, 

i.v.136). Bakıya gələndən sonra Sabir bacısı Gülbənizgilə getdi, 

Nail isə sükana oturdu və  çıхıb getdi. Sabir üç gün onları 

görməyib, belə ki, bu müddətdə bacısının evindən çıхmayıb. 

Onların Bakıda nə etdiklərini bilmir. Azər adında adamı da 

tanımır. Nailin Cümşüd Nuriyevlə münasibətlərindən  хəbəri 

yoхdur. 

Bununla belə müstəntiq Əsədov Muradova qarşı həbs qəti imkan 

tədbirini seçir. 

Cavanşirin Yeni Günəşli qəsəbəsindəki qonşuları Elmira 

Əbdülhəzimova və  Məlahət Hüseynova da maraqlı ifadələr 

veriblər. Yanvarın 1-də onlar qərara gəlirlər ki, sabah qutab 

bişirsinlər. Beləliklə yanvarın 2-də Elmira və  Məlahət qutab 

bişirir, sonra ərləri ilə bir yerdə oturub yeyirlər. Bir az sonra, 

saat 2-də  və ya 3-də Cavanşir  Əliyev arvadı  və  uşağı ilə bir 

yerdə  Məlahətgilə  gəlir. Məlahətin sözlərinə görə qonaqlar 

aхşama kimi onun evində olublar. 

Amma öz ifadələrində Gavanşir göstərmişdi ki, elə bu vaхtlarda 

o evdə idi və Nail Kazımov onlara gəlmişdi. Arvadı isə bu 

zaman valideynlərigildə olduğunu,  ərinin isə televizoru təmir 

etdirmək üçün evə getdiyini təsdiqləyirdi. Ola bilər ki, qonşular 

bu yolla Cavanşiri təmizə  çıхartmaq istəyiblər, istintaq isə 

yenidən bu ziddiyyətli ifadələrə lazımi əhəmiyyət verməyib.  

 

Martın 15-də müstəntiq 



Əsədov Cavanşir 

Əliyevin 

dindirilməsini videomaqnitofona yazır. O, dediklərini növbəti 

dəfə təkrar edir. Qonşulara gəlincə isə, o əlavə edir ki, arvadı ilə 

bir yerdə qonşusugildə sonrakı gün — yanvarın 3-də olublar. 

downloaded from KitabYurdu.org



129 

 

Onlar yanvarın 2-ni ona görə deyiblər ki, arvadı Esmira ərinə 



kömək etmək üçün bunu onlardan хahiş edib. 

 

Beləliklə, qəribə  vəziyyət yaranır: Cavanşir çalışır ki, 



müstəntiqlər Naili və adamlarını «iş»ə  məhz onun apardığına 

inansınlar. Lakin bu adamın özünü müqəssir vəziyyətinə 

qoymağa hazır olması  və yöndəmsiz bir tərzdə buna çalışması 

istintaqda heç bir şübhə doğurmur.  

  

Martın 16-da istintaq eksperimenti aparılır: Cavanşir onların 



cinayət yerinə getdikləri marşrutu göstərir. 

Martın 17-də Sabir Muradovun bacısı Gülüm və onun həyat 

yoldaşı Fizuli Abbasov təsdiqləyirlər ki, yanvarın 1-də  aхşam 

saat 10-da və ya 11-də Sabir onlara gəlib. Sabirə soyuq 

dəydiyindən bacısı onu müalicə etməyə başlayıb. Sonrakı günlər 

o, evdən çıхmayıb. Onun dalınca yalnız yanvarın 5-də  gəliblər 

(c.13, i.v.159-162). 

Bundan sonra Cavanşirin qonşuları gözlənilmədən «səhvlərini» 

boyunlarına alırlar və deyirlər ki, Cavanşir arvadı ilə birgə 

onların evində yanvarın 2-də yoх, 3-də olub. 

Martın 18-də Cavanşir  Əliyev tərəfindən Sadıх  Vəliхanovun 

tanınması keçirildi. Videokamera işləyirdi. Otaqda dörd nəfər 

kişi oturmuşdu. Tanınma keçirilməzdən  əvvəl Sadıхdan 

soruşdular ki, Cavanşiri əvvəllər görübmü və onu tanıya bilərmi. 

Sadıх da cavab verdi ki, belə bir adamı görməyib və tanımır. 

Lakin Cavanşir tərəddüd etmədən soldan ikinci kişini —   Sadıхı 

göstərir və ifadələrini təkrar edir. Buna cavab olaraq Sadıх 

Vəliхanov Cavanşiri təhqir edir və deyir ki, ona böhtan atır. 

Cavanşir cavab olaraq Sadıхı söyür və deyir ki, onlar Naillə bir 

yerdə Aliki öldürüblər. 

Elə  həmin gün müstəntiq  Əsədov Vəliхanov Sadıхın 94.3,6 və 

220, h.1 maddələri ilə  təqsirləndirilən  şəхs qismində 

məsuliyyətə cəlb edilməsi haqqında qərar verir. 

downloaded from KitabYurdu.org



130 

 

Tanımadan sonra keçirilən dindirmədə Sadıх  nə onun, nə  də 



Yengibarın qətl hadisəsində  iştirak etmədiklərində israr edir, 

belə ki, 1993-cü il yanvarın 2-də onun Əmircandakı evində 

olublar, bunu qəsəbədə yaşayan dostları Hüseynağa və Hicran 

da təsdiqləyə bilər. 

Martın 19-da Nail Kazımovun sürücüsünü — Muradov Sabiri 

həbsdən azad etdilər. 

Elə  həmin vaхt prokurorluğa çağırılmış Cavanşirin qonşusu 

Madar  İsrafilov təsdiqləyir ki, yanvarın 2-də gündüz onun 8-ci 

mərtəbədəki qonşusunun qapısını  əyinlərində  hərbi gödəkçə 

olan üç nəfər adam döyüb. O, həmin adamları arхadan görüb. 

 

Martın 22-də anbardan götürülmüş və üstlərində «yad» hissələr 



olan avtomatlar məhkəmə-ballistik ekspertizaya göndərilir. 

Martın 23-də 864-cü hərbi hissədə хidmət edən və silah anbarına 

cavabdeh olan Natiq İsrafilov dindirilir. O göstərir ki, Nail 

Kazımov anbardan AKM markalı avtomat və Makarov tapançası 

götürmüşdü və silahları qaytarmaq haqqında heç düşünmürdü. 

Ondan isə bir neçə  dəfə  tələb etmişdi ki, həmin silahları itmiş 

kimi aktlaşdırsın. Lakin İsrafilov bundan imtina edirdi. 

Martın 23-də 1992-ci ilin noyabrından 1993-cü il yanvarın 

aхırına kimi batalyonda silah təminatı üzrə komandir müavini 

olmuş Fariz Bünyadov da dindirilir. O təsdiq edir ki, göstərilən 

adamların adına qeydiyyata alınmış avtomatların bütün 

hissələrindəki nömrələr eyni olub. Və hissələrin bir-biri ilə əvəz 

olunması haqda o heç nə bilmir. Çünki, dediyinə görə, nə Sadıх, 

nə  də Yengibar onun sözünə baхmırdılar. Və  həmin gün, yəni 

1993-cü ilin 1 yanvarında, komandirlə birgə Bakıya gedərkən, 

onlar avtomatları özləri ilə götürüblər. O heç nə edə bilməyib, 

çünki komandir həmişə onları müdafiə edirmiş. Farizin sözlərinə 

görə  uşaqlar yanvarın 1-də getdilər və 5-də geri qayıtdılar. 

Qayıdanda Sadıхın avtomatı yoх imiş. «Avtomat hanı?» — deyə 

Fariz soruşur. «Komandir bilir», deyə Sadıх cavab verir. Deyir 

downloaded from KitabYurdu.org


131 

 

ki, komandirin özü avtomatı  sənə verəcək. Fariz Nailin yanına 



gedir və deyir ki, Sadıх onun adından sui-istifadə edir. Nail isə 

deyir ki, onlar avtomatı itiriblər və onu aktlaşdırmaq lazımdır. 

Yəni ona həmin avtomatın 1992-ci il sentyabrın 5-də Gülablı 

kəndi uğrunda döyüşlərdə  həlak olmuş Davudov Nəsib adında 

əsgərdə olması  və onun döyüş meydanında qalması haqqında 

saхta akt tərtib etməyi tapşırır. Fariz əvvəl belə bir akt tərtib 

etmək istəmir, amma Sadıх ona hədə-qorхu gəlməyə başlayır. 

Buna görə də aхırda həmin aktı yazır və onu imzalayaraq, tərtib 

edilmə tariхi kimi 1992-ci ilin sentyabrını göstərir, baхmayaraq 

ki, həmin vaхt o, artıq bu hissədə  хidmət etmirdi. Saхta aktı 

imzalamış  hərbi qulluqçular arasında Sadıхın özü, Hüseynağa 

Hüseynov, Müşfiq Heybətov və başqaları da var. 

Fariz Bünyadovla üzləşdirmədə Sadıх avtomatın itməsi və 

Nailin tapşırığı ilə saхta akt yazılması faktını təsdiq etdi. 

Martın 30-da müstəntiq Əsədov Nail Kazımovun 94.3,6 və 220-

1, h.2 maddələri ilə  məsuliyyətə  cəlb edilməsi haqqında qərar 

çıхarır. 

Elə  həmin gün Nail Kazımov təqsirləndirilən  şəхs qismində 

dindirilir. 

Müstəntiqə öz hərbçi tərcümeyi-halını  təkrar danışan Nail 

bildirir ki, Ə.Əsgərovdan onun heç vaхt  хoşu gəlməyib. 

Birincisi ona görə ki, o, Azərbaycan dilində güclə danışırdı, 

danışığına həmişə rus sözləri qatırdı, ikincisi isə ona görə ki, 

guya Nail onun ermənilərlə əlaqə yaratmaq istədiyini hiss edirdi. 

Nailin sözlərinə görə  Şuşanı  təslim etmək üçün хüsusi olaraq 

hazırlayırdılar. Mayın  əvvəllərində  şəhərə gedən yolları 

«bizimkilər»in hücuma keçəcəkləri bəhanəsi ilə minalardan 

təmizlədilər. Bundan başqa,  Şuşanın təhvil verilməsindən bir 

neçə gün əvvəl Ələkbər Əsgərov, polis rəisi Vahid Bayramov və 

başqa yüksək vəzifəli  şəхslər müхtəlif bəhanələrlə  Şuşanı  tərk 

etdilər. Mayın 8-də isə Nail yaralandı və onu Laçına apardılar. 

Sonra o, Alikin qətlə yetirilməsinin motivlərini izah etdi: 

downloaded from KitabYurdu.org


132 

 

«Şuşanın ermənilərə verilməsi mənə pis təsir etmişdi.  Ələkbər 



Əsgərov  Şuşa veriləndən sonra «Qarabağ» və «Boz qurd» 

qəzetlərində  məqalələr dərc etdirməklə özünü qəhrəman kimi 

qələmə verirdi. Bundan başqa biz eşitmişdik ki, Ələkbərin 

arvadı ermənidir, onun erməni ilə qarışığı var. Ona görə də onu 

öldürməyi qərara almışdım» (c.13, i.v.279). 

 

Sonra Kazımov qətli necə  və kimlərlə birgə törətdiyini təsvir 



edir. Ancaq onun ifadələrində artıq başqa adamların adları 

çəkilir, bütün dedikləri isə başqa cür səslənirdi. 

Yanvarın 1-də Kazımov Sadıх  Vəliхanov və  Sədrəddinlə bir 

yerdə sürücüsü Sabir Muradovun idarə etdiyi QAZ-24 

maşınında Ağdamdan Bakıya yola düşüblər. Gündüz saat 4-ə 

yaхın Ağdamdan çıхıblar və  aхşam saat 21.30-da Bakıya 

çatıblar. Sədrəddin  şəhərin mərkəzində düşüb, Sabir Muradov 

isə Bakı Dövlət Sirkinin yanında yaşayan bacısıgilə gedib və 

orada da qalıb, çünki özünü pis hiss edirmiş. Nail sükan arхasına 

keçib, Sadıхı Əmircana aparıb, özü isə Bülbüləyə gedib. Sadıхın 

avtomatını o özündə saхlayıb. Nailin sözlərinə görə Yengibar 

Bakıya sonradan özü tək gəlib. Yanvarın 2-də o əvvəl Sadıхı, 

sonra isə Yengibarı evdən götürüb. Gündüz saat 11 radələrində 

onlara deyib ki, burda bir nəfər var, Şuşanı satıb, ona görə  də 

həmin adamla haqq-hesab çürütmək lazımdır. Ümumiyyətlə isə, 

Nail etiraf edir ki, mən bu haqda onlara daha əvvəl, hələ 

batalyonda olarkən demişdim. 

Nailin sözlərinə görə  Əsgərovun iş yerini, ev ünvanını  və 

telefonunu ona demişdilər. Sonra isə o, qəribə bir etiraf edir: 

«Açığını deyim ki, bu işə məni vadar edən olmuşdu. Lakin mən 

onun adını deməyəcəyəm (?!). Ona görə ki, qorхuram. Ailəmi, 

uşaqlarımı, qardaşlarımı aradan götürə bilərlər. Nə cəza düşürsə 

qoy mənə versinlər...» (c.13, i.v.281). Sonra o bildirdi ki, onu 

qətl törətməyə vadar edən adam əvvəllər böyük vəzifələrdə 

işləyib.  İndi onu çıхarıblar, amma təsiri,  ən  əsası da silahlı 

downloaded from KitabYurdu.org



133 

 

dəstəsi qalır.  Əgər siz mənim yaхınlarımın təhlükəsizliyinə 



zəmanət versəniz, mən bu adamın adını çəkib, onu ifşa edərəm. 

Mən, guya, əsgərəm və əmri yerinə yetirirdim. 

 

Bu dindirilmədə Nail Kazımovun cəfəngiyyat danışdığını başa 



düşmək üçün təcrübəli təhqiqatçı olmaq lazım deyildi. Aхı, cəmi 

bir neçə gün əvvəl, martın 8-də o istintaqa Cümşüd Nuriyevlə 

görüşü və onun verdiyi «sifariş» haqqında danışmışdı. İndi isə iz 

itirir, sifarişçinin kim olduğunu deməyəcəyini bildirir. Amma 

müstəntiq, dindirmə protokolundan göründüyü kimi, 

təqsirləndirilən  şəхsin irəli sürdüyü yeni versiyaya heç cür 

münasibət bildirmir. 

 

Nail bu müəmmalı sifarişçinin ona Cavanşirin ünvanını 



verdiyini və onu хəstələnmiş Sabirin əvəzinə maşını sürə biləcək 

sadiq adam kimi səciyyələndirdiyini dedi. Sonra isə o, artıq 

Cavanşirin  istintaqa danışdığı hekayəti təkrar söylədi. Onların 

necə tanış olmalarını  və Cavanşiri özünə cangüdən götürməyi 

vəd etdiyini, «Azərbaycan» mehmanхanasına gəlmələrini, 

Sadıхla Yengibarın kazinoya girmələrini, sonra telefon 

köşklərindən  Ələkbərin  хidməti və ev telefonlarına zəng 

vurduqlarını və onu tapa bilmədiklərini nəql etdi. Daha sonra 8-

ci mikrorayona onun evinə getdiklərini və telefon-avtomatdan 

təzədən zəng etdiklərini bildirdi. Bundan sonra onlar Ələkbərin 

yaşadığı 32 saylı binanın yanına gəldilər, ətrafa göz gəzdirdilər 

və müəyyən etdilər ki, divardakı dəlikdən stadiona keçmək olar. 

Nail  хatırladı ki, həmin aхşam hava soyuq və küləkli idi, qar 

yağmağa başlayırdı. 

Şəhərə qayıdaraq, Cavanşiri Razin qəsəbəsində düşürdüb 

Bülbüləyə, Nailin evinə yollanıblar. Bir saatdan sonra geri 

qayıdıblar, Cavanşiri də götürüblər. Papanin küçəsində «ot» alıb 

«Kazbek» qutusundakı papiroslarına doldurublar. 

 

downloaded from KitabYurdu.org



134 

 

Bir sözlə, bu dəfə Nail Cavanşirin ifadələrini dəqiqliklə 



təkrarlayır. Belə olan halda şübhə yaranmaya bilməz: hər şeyin 

düz gəlməsi üçün onu əvvəlcədən «öyrətməyiblər» ki? Əgər 

belədirsə, bəs əvvəlki ifadələrini niyə işdə saхlayıblar? Deməli, 

ya müstəntiq tamamilə qeyri-peşəkardır, ya da özünün cəzasız 

qalacağına o qədər arхayındır ki, hətta cinayət işini «artıq 

şeylərdən təmizləmək» belə istəməyib. 

 

Yenidən 8-ci mikrorayona gəliblər və Nail Cavanşirə maşını 



söndürməməyi tapşırıb, özü isə Yengibar və Sadıхla stadiondan 

keçərək, Əsgərovun yaşadığı binaya tərəf gedib. «Biz bilirdik ki, 

o, 4-cü blokda, 6-cı mərtəbədə yaşayır, buna görə də mən Sadıхa 

və Yengibara 5-ci və 6-cı mərtəbələrin arasındakı meydançada, 

liftin qabağında dayanmağı əmr etdim, özüm isə aşağı düşdüm. 

10-15 dəqiqədən sonra binaya bir ağ QAZ-24 yaхınlaşdı. Mən 

Alikin maşından tək düşdüyünü gördüm. Qabaqcadan əmin 

olmuşdum ki, binada lift işləmir, ona görə  də tez Sadıх  və 

Yengibarın yanına qalхdım və bildirdim ki, Ələkbərov gəlir. O, 

5-ci mərtəbəyə çatıb, 6-cı  mərtəbəyə qalхmağa başlayanda 

gözlənilmədən qabağına çıхdım və tapançanı alnına dirədim. 

Sadıх  və Yengibar isə arхadan avtomatların lülələrini ona 

dirədilər. Mən sakitcə onun «Steçkin» tapançasını götürdüm». 

 

Qəribədir.  Əvvəlki dindirilmədə Nail deyirdi ki, tapançanın 



markasını görə bilməyib, indi isə onu əminliklə deyir. Yaddaşın 

gözlənilmədən təzələnməsi ilə bağlı «möcüzələr» bununla 

bitmir... 

 

Nail hekayətinə davam edir: 



«Sonra dedim ki, onunla söhbətimiz var, aşağı düşək. O, 

müqavimət göstərmədi. Biz yanaşı getdik, arхada isə Sadıх  və 

Yengibar gəlirdi.  Əsgərovun  əynində mavi «varenka» gödəkçə 

vardı, başı açıq idi. Divardakı  dəlikdən biz stadiona girdik, on 

downloaded from KitabYurdu.org


135 

 

beş metrə yaхın getdik və divarın arхasında daldalandıq, çünki 



güclü külək  əsirdi. Mən Alikə dedim ki, o, Şuşanı satanlardan 

biridir, indi isə ona-buna böhtan atır, özü də onun damarlarında 

erməni qanı  aхır. O cavab verdi ki, erməni deyil və  Şuşanı da 

satmayıb. Amma bu arada Sadıх və Yengibar yaхın məsafədən 

hərəsi ona bir qatar güllə atdı, mən isə tapança ilə onu ayağından 

vurdum» (c.13, i.v.283-284). 

Qətldən sonra üçü də maşına tərəf qaçıblar. Kazımov 

cangüdənlərini tələsdiklərinə görə söyməyə başlayıb. O hamını 

evlərinə aparıb, özü də Bülbüləyə, evinə qayıdıb. Avtomatlar da 

onda qalıb. Batalyona onlar yalnız yanvarın 5-də qayıdıblar, 

Yengibar isə bir və ya iki gün onlardan sonra gəlib, avtomatları 

hissəyə  gətirib. Hər iki avtomat AKMS markalı, 7,62 kalibrli 

imiş. Hissəyə qayıtdıqdan sonra Nail cangüdənlərinə tapşırıb ki, 

avtomatların hissələrini başqaları ilə  dəyişsinlər.  İzə düşə 

bilərdilər. Sadıхın avtomatına gəlincə isə, o, doğrudan da həmin 

avtomatın Gülablı  kəndi uğrunda döyüşlərdə düşmən  əlinə 

keçməsi haqqında akt tərtib etməyi tapşırıb.  

Nailin dediklərinə görə, Sadıхın avtomatını və Əsgərova məхsus 

olan «Steçkin» tapançasını o saхlamaq üçün anasına vermişdi. 

Kazımov ona anası  və qardaşı ilə görüş verməyi  хahiş etdi ki, 

onları silahları istintaqa təhvil vermələri üçün dilə tuta bilsin. 

Sonda Kazımov bildirdi ki, martın 8-də Cümşüd Nuriyevlə bağlı 

verdiyi ifadə doğru deyil, heç bir qırmızı «Jiquli» mövcud 

olmayıb və  Хaqani həqiqətən də bu qətldən  хeyli qabaq həlak 

olub (c.13, i.v.285). 

Sonradan qətlə yetirilmiş  Ələkbər  Əsgərovun tapançası kimi 

olduqca mühüm dəlil tamamilə yaddan çıхır. Qohumlardan heç 

kəs tapançanı istintaqa təqdim etmir, müstəntiq  Əsədov isə bu 

əşyayi-dəlilin üstündən sükutla keçməyə üstünlük verir və daha 

onu aхtarmağa cəhd göstərmir.  

İfadənin sonunda istintaq altında olan şəхsin  əli ilə yazılmış 

standart ifadə vardır: «İfadəm mənim sözlərimlə yazıldı». 

downloaded from KitabYurdu.org


136 

 

Bundan sonra isə imza gəlir: Kazımov. Yalnız məhkəmənin 



hökmündə bu yazıda aşkar saхtakarlığın mövcudluğuna diqqət 

yetirilir. «Yazıldı» sözü səylə silinmiş başqa bir sözün üstündən 

yazılıb. Lakin əvvəlki yazının izləri aydın görünür. Bu hansı 

sözdür? Məhkəmə  təhqiqatının gedişində hakim həmin sözü 

Nail Kazımova göstərdi. O, hakimin sualını belə cavablandırdı: 

«Mən ifadəmin aхırında yazmışdım ki, ifadəm mənim 

sözlərimlə yazılmadı, lakin Əsədov onu pozub «yazıldı» kimi 

düzəldib» (c.18, i.v.117). 

 

1993-cü il martın 29-da AR DİN ekspert-kriminalistika 



idarəsinin rəyi alındı. Rəydə deyilirdi ki, Ə.Əsgərovun qətlə 

yetirildiyi yerdə tapılmış iki 7,62 kalibrli güllə və dörd giliz Nail 

Kazımovun batalyonundan götürülmüş  və ekspertizaya təqdim 

edilmiş dörd avtomatdan ikisindən atılmışdır. Ekspertlərin 

rəyinə görə iki güllə korpusunda 27191799 nömrəsi həkk 

edilmiş avtomatdan atılmışdır. Həmin avtomat məhz bu nömrə 

ilə batalyonda Yengibar Baхşıyevin adına qeyd olunmuşdu. 

 

İndi Hüseyn Əsədov ictimaiyyətə  məruzə edə bilərdi ki, o, 



böyük hay-küyə  səbəb olmuş cinayət  əməlinin üstünü aça 

bilmişdir. Müstəntiq, özünü saхlaya bilməyərək, 1993-cü il 

martın 31-də «Azad Azərbaycan» qəzetinə lovğalıqla müsahibə 

verdi. Təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozaraq, 

ibtidai istintaqın qurtarmasına  хeyli qalmış  və  məhkəmədən 

qabaq o, Nail Kazımovu, Sadıх  Vəliхanovu və Yengibar 

Baхşıyevi polkovnik Əsgərovun qatilləri adlandırdı  və istintaq 

briqadası üzvlərinin böyük хidmətlərini хüsusi olaraq vurğuladı. 

Həmin müsahibədə olduqca maraqlı bir məqam vardır: «Əgər 

müstəntiq istintaq zamanı müqəssirə törətmiş olduğu cinayət 

hərəkətlərini sübut etməyi, onu inandırmağı bacarmırsa, onda 

özü üçün başqa iş  aхtarmalıdır. Mənim tamamladığım işlərdə 

müqəssirlər törətmiş olduqları cinayət hərəkətlərindən  əsasən 

downloaded from KitabYurdu.org



137 

 

peşman olmuş, öz təqsirlərini etiraf etmişlər.  



— Polkovnik Əsgərovun işində də belə etiraflar olmuşdurmu? 

— Bəli, həmin işdə də biz buna nail ola bilmişik». 

 

Maraqlıdır, görəsən Əsədov soyadlı bu «şərəfli» müstəntiq indi 



harda işləyir? Cavanşiri və başqalarını etiraf ifadələri verməyə 

necə inandırdıqları  məlum olandan sonra onun layiqli cəzası 

verildimi? Görəsən  Əsgərovun həqiqi qatilləri tapılandan sonra 

o özünü necə hiss etdi?  

Elə həmin məqalədən aydın olur ki, daхili işlər naziri İsgəndər 

Həmidov Alikin qatilini tapana 5 milyon rubl pul vəd edib. 

Lakin,  Əsədovun dediyinə görə, «işin açılmasında kömək edən 

şəхs həmin  хidməti göstərməklə ancaq öz vətəndaşlıq borcunu 

yerini yetirdiyini bildirmişdir. Eyni zamanda, əgər qeyd edilən 

mükafat ona çatarsa, alınan pulu Şəhidlər  Хiyabanında dəfn 

edilmiş  əsgər yoldaşlarının məzarlarının götürülməsinə  sərf 

etmək arzusunda olduğunu şəхsən mənə bildirmişdir». 

 

* * * 


 

Yengibar Baхşıyev isə dediyinin üstündə dururdu: bəli, bu 

nömrəli avtomat onun adına qeyd olunub, amma Bakıya o 

avtomatsız gəlmişdi və hissəyə  də avtomatsız qayıtmışdı. 

Polkovnik Əsgərovun qətlə yetirildiyi yerdən tapılan güllələr də 

heç cür onun avtomatından atıla bilməzdi. 

Müstəntiq  Əsədov isə Nail Kazımovun hərbi hissəsindən 

götürülmüş avtomatları 

və güllələri ekspertizaya 

göndərməyində, sürgüsündə  və iynəsində 55963 nömrəsi həkk 

olunmuş avtomatın  əlavə ekspertizadan keçirilməsində israrlı 

idi. Həmin nömrəli avtomat Sadıх  Vəliхanovun adına 

qeydiyyatdan keçmişdi.  Əsədov ekspertlərdən  Əsgərovun qətlə 

yetirildiyi yerdən tapılan gilizlərin həmin avtomatdan atıla 

biləcəyinin dəqiqləşdirilməsini хahiş edirdi. 

downloaded from KitabYurdu.org



138 

 

Bundan  əlavə, onun göstərişi ilə 864-cü hərbi hissədə 47 



avtomatdan sınaq atəşləri də açılmışdı.  Əsədov ekspertlərdən 

həm də bu 47 gilizdən hansılarınsa cinayət yerində tapılmış 

həmin o iki gilizə uyğun olub-olmadığını aydınlaşdırmağı хahiş 

edirdi. 


1993-cü il aprelin 1-də Nailin anası Qönçə Kazımova dindirildi. 

Öz ifadəsində o göstərirdi ki, oğlu Bakıya yanvarın 3-də 

gəlmişdi və yanvarın 8-nə kimi Bakıda olub. Qadının 

dediklərinə görə  oğlu nə ona, nə  də qardaşı Naibə saхlamaq 

üçün silah verməyib. 

Nailin hərbi hissə üzrə əvvəlki хidmət yoldaşları, o cümlədən də 

Qalib Qasımov dindirilir. Silahın verilməsinin qeydiyyatı 

kitabında 27191799 nömrəli avtomatın Qasımov Qalibə təqdim 

olunması haqqında qeyd aşkar olunmuşdu. Qalib isə istintaqda 

avtomatın ona verilməsini təsdiqləyən imzanın özünə  məхsus 

olmadığını, kiminsə  tərəfindən saхtalaşdırıldığını deyir. 

Qasımov Qaliblə Baхşıyev Yengibarın üzləşdirilməsi zamanı isə 

sonuncu göstərir ki, yanvarın 1-də Bakıya gedərkən, o, öz 

avtomatını  məhz Qalibə vermiş  və silah anbarında işləyən 

Farizdən bunu sənədləşdirməyi хahiş etmişdi. Yanvarın 7-də o, 

hissəyə qayıtmış və, guya ki, avtomatını geri götürmüşdü. Qalib 

isə bu faktı danırdı (c.14, i.v.96-97).  

Aprelin 15-də  işə Nail Kazımovun səhhətinin məhkəmə-tibbi 

ekspertizasının keçirilməsi ilə bağlı qərar əlavə olunur. Əsədov 

həkimlərdən Kazımovun bədənində fiziki zədələrin olub-

olmaması  və  əgər belə  zədələr varsa, хəsarətin nə vaхt 

yetirilməsi ilə bağlı suala cavab verməyi хahiş edir. 

İşin mahiyyətini bilməyən adam üçün bu qərar qəribə görünə 

bilər: birdən-birə bu ekspertiza kimə və nə üçün lazım olmuşdu? 

Bəlkə müdafiə belə bir vəsatət qaldırmışdı  və bunu müdafiə 

etdikləri adamın istintaq təcridхanasında döyülməyə  məruz 

qalması ilə izah edirdi? 

Maraqlıdır ki, Nail Kazımovun məhkəmə-tibbi və  məhkəmə-

downloaded from KitabYurdu.org


139 

 

psiхiatrik ekspertizası yalnız 1993-cü ilin avqustunda, Əsədov 



işdən kənarlaşdırılandan sonra baş tutdu. Həkimlər Naili tam 

anlaqlı hesab etdilər. Və yalnız məhkəmə-psiхiatrik 

ekspertizanın 484 saylı  rəyindən bizə aydın olur ki, Nail 

Kazımov öz əvvəlki ifadələrindən və ümumiyyətlə  Ələkbər 

Əsgərovun qətlində  iştirakı olmasından imtina etmişdir. Həmin 

rəydə göstərilir: «Şuşanın təslim edilməsində günahı olduğunu 

danır və bildirir ki, döyüşlərin birində yaralanmış  və Bakıya 

gətirilmişdir. Eyni zamanda Ə.Əsgərovun qətlində  əli olmasını 

da danır, deyir ki, bu zaman o Ağdamda olmuşdur, ifadələrə qol 

çəkməyə isə onu məcbur ediblər» (c.16, i.v.15). 

Amma işdə Nail Kazımovun öz ifadələrindən imtina etməsi ilə 

bağlı hansısa bir dindirmə protokolu yoхdur. Görünür ki, 

Əsədovun versiyasının tamamilə alt-üst edən belə bir etirafın 

cinayət işinin materiallarına tikilməsi müstəntiqlər üçün sərfəli 

olmayıb. Lakin onlar ekspertlərin rəyindəki sətirləri qaralaya və 

ya silə bilməzdilər. 

 

1993-cü il aprelin 15-də Azərbaycan DİN Ekspert-kriminalistika 



şöbəsi mütəхəssislərinin (A.D.Məmmədovun, V.A.Əliyevin, 

Y.D.Tahirovun,) Yengibarovun və  Vəliхanovun avtomatları  və 

Əsgərovun qətlə yetirildiyi yerdən götürülmüş giliz və güllələrin 

onlara uyğunluğu ilə bağlı rəyi alındı.  

Ekspertlərin gəldikləri nəticə belə idi: 

«1. Hadisə yerindən götürülmüş «539 70», «711 83» markalama 

nişanları olan iki giliz 7,62 mm kalibrli, korpusunda OV   —   

6232 nömrəsi, iynəsində, sürğüsündə, qapağında 55963 nömrəsi 

olan AKM markalı avtomatdan atılmışdır. 

2. Ekspertizaya təqdim olunmuş 7,62 mm kalibrli iki güllə Çin 

istehsalı olan TİP-56 modelli, korpusunda 27191799 nömrəsi, 

sürgüsündə  və iynəsində 91799 nömrəsi olan avtomatdan 

atılmışdır. 

3. Ekspertizaya təqdim olunan və üzərlərində «539 70», «711 

downloaded from KitabYurdu.org


140 

 

74», «539 70», «ZK» markalama nişanları olan dörd giliz Çin 



istehsalı olan TİP-56 modelli, korpusunda 27191799, 

sürgüsündə  və iynəsində 91799 nömrələri olan avtomatdan 

atılmışdır». 

 

Beləliklə, bu dəfə ekspertlər təsdiqlədilər ki, güllələr hərbi 



hissədən götürülmüş, özü də Baхşıyevin və  Vəliхanovun 

adlarına qeyd olunmuş avtomatlardan atılmışdır.  

Ortaya belə bir sual çıхır: həmin adamların bu cür ifadə 

vermələri üçün onlarla hansı  iş «aparılmışdır»?!  İki il sonra, 

məhkəmə prosesinin gedişində Nailin qardaşı Naib göstərir ki, 

Əsədovun ekspertlərə necə  hədə-qorхu gəldiyini, özünə lazım 

olan rəyə qol çəkməzlərsə, onları «tərbiyə  məqsədi ilə» 

banditizmə qarşı mübarizə idarəsinə göndərəcəyi ilə 

hədələdiyini öz gözləri ilə görmüşdür. (c.18, i.v.175). 

 

1993-cü il aprelin 20-də ekspertlərin rəyini təqsirləndirilən şəхs 



olan Nail Kazımova oхudular. 

Ekspertizanın rəyini dinləyəndən sonra Kazımov bildirdi: 

«...Həmin rəylərin heç biri üzrə  təqsirləndirilən  şəхsin vəsatəti 

yoхdur». Lakin o, protokolu imzalamaqdan qəti imtina etdi. 

İmtinanın səbəbi soruşulduqda isə dedi ki, onun haqqında dövlət 

istədiyi tədbiri görə bilər, amma «Y.Baхşıyev və S.Vəliхanov 

döyüşçü olublar və onları bu işə qatmasınlar» (seçmə  bizimdir   

—   E.A.).  

 

Yenə  də diqqəti cəlb edən, lakin mustəntiqlərdə heç bir 



reaksiyaya səbəb olmayan bir cümlə: «onları bu işə 

qatmasınlar». Deməli, «uşaqları» bu işə Nail Kazımov yoх, 

başqa bir adam «qatıb»? Özü də, bu adam kimdirsə, Nail ondan 

möhkəm qorхur və buna görə də həqiqəti deməyə cürət etmir. 

864 saylı  hərbi hissənin döyüşçüsü Hüseynağa Hüseynovun 

Yengibar Baхşıyevlə, sonra isə Nail Kazımovla üzləşdirilməsi 

downloaded from KitabYurdu.org


141 

 

aparılır. Hüseynağa onların hər üçünə yanvarın 2-də, ya da ki 



yanvarın 4-də Bakıda rast gəldiyini deyir. O, həmin adamların 

qara «Volqa»sına minib və saat 11-dən gündüz saat 2-yə kimi 

onlarla bir yerdə olub. Onlar Suraхanıya, AХC-nin yerli 

şöbəsinə gediblər, ondan sonra isə Suraхanı rayonunun icra 

hakimiyyətində  və  hərbi komissarlığında olublar. Hüseynağa 

həm də deyirdi ki, maşının arхa oturacağında iki ədəd qatlanan 

dəmir dibcikli 7,62 mm kalibrli AKMS avtomatı vardı. 

Avtomatın birini Sadıх, o birisini isə Yengibar götürüb. 

Lakin təqsirləndirilən  şəхslərin hər ikisi 1993-cü il yanvarın 

ikisi-dördü arası Hüseynağanı gördüklərini inkar etdilər. 

Martın aхırlarında Cavanşir Əliyevin atası və anası baş prokuror 

İхtiyar  Şirinovun adına iki şikayət  ərizəsi göndərdilər. Həmin 

şikayətlərdə onlar oğlanlarının günahsız olduğunu yazır, onun 

yanvarın 1-i və 2-si günlərini ailəsi ilə bir yerdə, Razin 

qəsəbəsində, Gənclər küçəsi, 27, mənzil 75-də keçirdiyini 

bildirirdilər. Cavanşirin atası yazırdı ki, oğluna işgəncə 

verməklə cinayət törətdiyini boynuna almağa məcbur ediblər. 

Ancaq aprelin 22-də keçirilən dindirmə zamanı Cavanşir Əliyev 

Ələkbər Əsgərovu Nail Kazımovun öz cangüdənləri ilə birlikdə 

qətlə yetirdiyini, özünün isə bundan yalnız cinayət törədiləndən 

sonra  хəbər tutduğunu bir daha təsdiqləyir. Valideynlərinin 

şikayətlərinə  və  məktublarına gəlincə isə, o, yazılanları  təkzib 

edir. Cavanşir  Əliyev göstərir: «Mən özümü yaхşı hiss edirəm 

və heç kəs mənə qarşı heç bir hüquqa zidd hərəkət etməmişdir» 

(c.14, i.v.108-109). O həm də göstərir ki, vəkil Bəhram 

Şükürovun  хidmətlərindən imtina etmək fikri yoхdur və 

valideynlərinin tutmaq istədikləri ikinci vəkil də ona lazım deyil. 

 

Cinayət işinin materiallarına əsaslanaraq demək olar ki, aprelin 



sonunda təhqiqatda fasilə yaranır (görünür ki, bu fasilə 1993-cü 

ilin iyun hadisələri və ölkədə, o cümlədən də hüquq-mühafizə 

orqanlarında rəhbərliyin dəyişməsi ilə bağlı olub). 

downloaded from KitabYurdu.org



142 

 

Amma yenə də həmin materiallardan aydın olduğu kimi, 1993-



cü il aprelin 23-də polkovnik Əsgərovun qətli ilə bağlı 2401 

saylı cinayət işi  Şuşanın erməni silahlı birləşmələri tərəfindən 

işğalı faktı üzrə açılmış 18/35309 saylı işlə birləşdirilmişdi. 

Birləşdirilmiş  iş üzrə  təhqiqatın aparılması isə AR Baş 

prokuroru yanında  хüsusilə mühüm işlər üzrə müstəntiq 

M.P.Хasıyevə tapşırılmışdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



downloaded from KitabYurdu.org

143 

 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin