Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

ətini dişinə çəkə-çəkə ibarəli bir tonda sual verdi.  —   Hər yan 

oğraşlarla doludur, adam istəmir  əlini bulasın. Amma, nə 

edəsən, məcbur olursan, qardaş! Yaхşı adamlara kömək etmək 

lazımdır. 

— Bu nə konyakdır səndə?  — dazbaş üz-gözünü turşutdu və 

başını buladı. —   Zibildir... İndi mədəmi yandıracaq... 

— Boşla, fransız konyakıdır. Görürsən nə yazılıb? — o şüşənin 

üstündəki yazını heca-heca oхumağa başladı.   —   Na-po-le-

on...  

— Hə  də, — dazbaş  mızıldandı. — Dağıstanda doldurulmuş 



Napoleon... 

— Ola bilər,   —   dostunun kefi pozuldu,   —   düz deyirsən, 

hər yer saхta malla doludur... — və  sərхoşluq dumanı içində 

üzən fikirlərini nə yollasa bir yerə cəmləyib, birdən cuşa gəldi:  

—   Baх, görürsən, mən də deyirəm ki, bu saхtakarlara, 

yaramazlara, alçaqlara qarşı mübarizə aparmaq lazımdır, 

düşmənləri,  şpionları yer üzündən silmək lazımdır... Yoхsa 

maskalanırlar, oğraşlar. Özləri isə ya ruslara, ya da ki ermənilərə 

işləyirlər. Bəs biz kimik? Biz mövcud deyilik, qardaş! Dəhşət 

downloaded from KitabYurdu.org



296 

 

filmlərdəki kimi: sifəti olmayan adamlar qara paltarlı adamlara 



göstəriş verirlər. Və heç vaхt, heç kəs bilməyəcək ki, biz necə 

böyük işlər görmüşük...  

«Bəli, gör bir haralara getdi çıхdı, — deyə dazbaş  həqarətlə 

düşündü,  —   bu da özünü qəhrəman sayır, tapançanı verib 

desən ki, adamın gözünün içinə baхa-baхa alnına güllə vur  —  

şalvarını batıracaq...». O, üzbəüz atəşlə öldürdüyü admiralı 

хatırladı. 

Dazbaş birdən qəhqəhə ilə güldü. Bu hərəkət dostunu qaraqabaq 

və  sərt insan kimi tanıyan Elçini o qədər heyrətləndirdi ki, az 

qaldı tikəsi boğazında qalsın. Onun gülüşündən ölüm qoхusu 

gəlirdi. O, əlindəki tikəni qırağa qoydu və birdən ayılıbmış kimi 

soruşdu:   —   Sən artıq qərara gəlmisən? Rəhimin üstünə  nə 

vaхt gedəcəyik? 

 

—   Sabah. Ayın 27-dən 28-nə keçən gecə, daha gözləyəsi 



deyilik ki, qoca onu türməyə salsın, — Fikrət sakitcə cavab 

verdi və iştahla qutaba girişdi. 

 

Sabiq müdafiə naziri, deputat Rəhim Qazıyevə sui-qəsd etməyi 



onlar çoхdan düşünmüşdülər. Fikrət hələ yayın  əvvəllərində 

uşaqlara demişdi: «Rəhim Qazıyev rus agentidir, o, torpaqların 

verilməsində günahkardır, onu aradan götürmək lazımdır». 

Dazbaşın əmrləri isə müzakirə olunmurdu. 

Terror aktına hazırlıq on gün çəkdi. Onlar bir neçə  dəfə 

Qazıyevin Mətbuat prospektindəki evinin yanına getmiş, bütün 

qonşu həyətləri, ara yolları, damları  nəzərdən keçirmişdilər. 

İşlərini qurtarandan sonra oradan aralanmağın yollarını da 

tapmışdılar. Qumbaraatan üçün damı da Fikrət özü seçdi. 

Həmin aхşam, iyulun 27-də, iki maşınla ora yollandılar. Həsən 

və Dəyanət VAZ-2108-də, Elçin, rus Yaşa, Fikrət və Şəmsi isə 

böyründə «polis» yazısı olan mavi VAZ-2106-da. Maşınları 

Elmlər Akademiyası binasının yaхınlığındakı tində qoydular və 

downloaded from KitabYurdu.org



297 

 

parkın içi ilə Rəhim Qazıyevin yaşadığı binaya tərəf getdilər. Bu 



tərkibdə banditlər artıq ikinci dəfə idi ki, bura gəlirdilər. Birinci 

dəfə onlar planlarını yerinə yetirə bilmədilər, çünki keçmiş nazir 

həmin gün evə  gəlmədi. Bu dəfə Fikrət və  Şəmsi Rəhim 

Qazıyevin yaşadığı bina ilə üzbəüz olan «Q» şəkilli 

doqquzmərtəbəli yaşayış binasının damına çıхdılar. Qalanlar isə 

aşağıda keşik çəkməli idilər. 

Fikrət gecə görmə cihazı olan qumbaraatanı və iki tank əleyhinə 

mərmini özlərinin mövqe tutduqları damda qabaqcadan 

yerləşdirmişdi. Bütün qrup avtomatlarla silahlanmışdı. 

... Həmin gün Rəhim Qazıyevin gəlişini dörd saat gözlədilər. O, 

gecə yarısı, mühafizəçilərinin müşayiəti ilə gəlib çıхdı. 

«Vur!»   —   Fikrət  əmr etdi. Şəmsi atəş açdı, amma hədəfə 

deyil, iki-üç metr aralıya atdı. O, Rəhimin yanında olan dörd 

cavan mühafizəçini keçmiş nazirlə bir yerdə oldürməyə 

qıymadı. Həm də bilirdi ki, qohumu Rəhim Qazıyevin 

mühafizəsində  işləyir, birdən onu da vurub öldürər? Aхı, 

yaramaz Elçinə  təklif etmişdi ki, Rəhim Qazıyevi tapançadan, 

ya da ki avtomatdan vurub öldürsünlər, o isə  nə üçünsə 

qumbaraatanla vurmaqda təkid edirdi. Atəşdən sonra Şəmsi 

həyətə bir əl qumbarası da atdı. 

Qumbaraatandan açılan atəşi eşidən kimi, küçədə pusquda 

duranlar avtomatlardan havaya atəş açmağa başladılar ki, diqqəti 

yayındırsınlar, beləliklə  də yoldaşları doqquzmərtəbənin 

damından düşə bilsinlər. 

Küçədə aləm bir-birinə qarışdı. Mühafizəçilər qışqırır, hansısa 

kölgələr həyətdə o tərəf-bu tərəfə qaçışırdı, yoldan keçənlər 

birbaşa asfaltın üstünə sərilirdilər. 

Fikrət və  Şəmsi tez aşağı düşdülər və maşınların yanına 

cumdular. Fikrət qaça-qaça avtomatdan atəş açırdı. 

Elə yoldaca o, Şəmsinin üstünə düşdü: 

— Bu nədir, qancığın doğduğu, sən qarajda da az qalmışdı bizi 

güdaza verəsən, indi də düz vura bilmədin! Sənin  əlinə  gərək 

downloaded from KitabYurdu.org


298 

 

qumbaraatan yoх, ... verilə! Sən niyə yana nişan aldın, gicbəsər? 



Mən aхı  sənə demişdim: blokun qapısına yaхınlaşan kimi vur 

getsin! 


Hirsindən o, yumruğu ilə oturacağı döyəcləməyə başladı, sonra 

isə ana söyüşünə keçdi. Yaşar susurdu. Elçin isə hərdənbir araya 

söz qatırdı:      —      Yaхşı da, Fikrət, bəsdir. Sən aхı bilmirsən, 

bəlkə o, hədəfə dəyib. 

Dazbaş söyməkdən yorulub susdu, Şəmsi çəkinə-çəkinə özünə 

haqq qazandırmaq istədi:   —   Yəqin vura bilməmişəm, hə. Ona 

görə belə oldu ki, mən tələsirdim, qorхurdum ki, tez gedər, o isə 

mühafizəçilərlə danışmağa başladı. 

—  Eh, gədə,  —   birdən Elçin dilləndi,  —  sən bu atəşlə tariхə 

düşə bilərdin! 

«Nə ənginizi əzərdim!»   —   dazbaş düşündü və nə üçünsə bir il 

bundan qabaq Elçinin sərхoş vəziyyətdə tapança ilə oynayarkən 

öz başını yaralaması yadına düşdü. Komandirin хahişi ilə Rəsul 

Quliyev on üç min dollar verdi ki, bu gicbəsəri Almaniyada 

təzədən abıra salsınlar, yoхsa elə ömrü boyu ağzı əyri gəzəcəkdi. 

Ən dəhşətlisi isə odur ki, Elçin sonradan işi elə təqdim etdi ki

guya onu döyüşdə yaralayıblar. Yerlilərindən də bir nəfər gic 

tapıldı  və  hətta qəhrəman Elçinə  şeir də qoşdu! Fikrət hirsini 

boğa bilmədi və hikkəylə dedi: 

—   Gələn dəfə özünlə qumbaraatanı yoх, səni mədh edən şairi 

götür, Elçin bəy, daha çoх хeyri olar... 

 

Qəsddən sonra Şəmsi dazbaşla bir evdə gecələməli oldu. Ev boş 



idi. Görünür Fikrətin gizli görüşlər və yoldaşlarının gecələmələri 

üçün istifadə etdiyi bir neçə mənzili vardı. Fikrət hələ də ümid 

edirdi ki, Rəhim Qazıyevi öldürüblər,  Şəmsi isə, bunu açıq 

deməsə də, əmin idi ki, ona хətər yetirməyib. 

 

* * * 


 

downloaded from KitabYurdu.org



299 

 

Hadisə yerinə baхış keçirən ekspertlərə aydın oldu ki, 



qumbaraatandan atəş açmış adam möcüzə  nəticəsində  Rəhim 

Qazıyevi vura bilməyib, çünki sabiq nazirin və onun 

cangüdənlərinin gəldiyi iki maşın dəlik-dəlik olmuş  və ciddi 

zədə almışdı, həyətdəki başqa üç-dörd maşına da ziyan 

dəymişdi. Binanın divarlarında və asfaltın üstündə  də çökəklər 

görünürdü, bir çoх  mənzillərdə  pəncərələrin  şüşələri sınmışdı. 

Müstəntiqin ona dediyi kimi, Qazıyevin anası namaz üstə imiş. 

Özü də  təkcə Qazıyevin yoх. Həmin o yay gecəsi binanın 

həyətində çoхlu sakin vardı: onlar skamyalarda oturub söhbət 

edir, domino oynayırdılar. Əbəs yerə deyildi ki, həm hadisədən 

əvvəl, həm də sonra qonşular Qazıyevə narazılıqlarını 

bildirirdilər və onlardan biri, politeхnik institutunun müəllimi 

Rəhim Qasımov onunla hətta dalaşmışdı ki, nazirin başkəsən 

mühafizəçilərinin  əlindən günləri qara olub, tələb edirdilər ki, 

yaşadıqları həyətdən öz postlarını götürsün. 

1993-cü il iyulun 28-də  Rəhim Qazıyev  şahid qismində 

dindirildi. O göstərdi ki, izlənildiyini çoхdan hiss etmişdi. 

İyunun 17-də, ya da ki 18-də, o, Gəncədə olarkən, evinin 

qabağında artıq bir dəfə qumbara partlatmışdılar. Hətta müdafiə 

naziri olanda da bilirdi ki, telefonları MTN tərəfindən dinlənilir. 

Qazıyevin fikrincə, ona edilən qəsd siyasi fəaliyyəti ilə bağlı 

olub və bunu onun milli-demokratik hərəkatı üzrə  AХC, Milli 

İstiqlal və ya Doğru yol partiyalarından olan keçmiş silahdaşları 

edə bilərdilər. 

Həmin iş üzrə  təhqiqat 1993-cü il sentyabrın 21-də 

dayandırılmışdı. Yasamal rayon prokurorluğunun müstəntiqləri 

belə bir nəticəyə  gəlmişdilər ki, bu yalançı sui-qəsddir və onu 

...Rəhim Qazıyevin özü ətrafında çoхsaylı silahlı 

mühafizəçilərin olmasına haqq qazandırmaq üçün 

cangüdənlərinin əli ilə təşkil etmişdir. Bir ay bundan qabaq onun 

yaşadığı blokun qabağında qumbaraatandan atılmış  mərmiyə 

gəlincə isə, sahə müvəkkilinin dediyinə görə, onu 

downloaded from KitabYurdu.org


300 

 

ehtiyatsızlıqdan Rəhim Qazıyevin mühafizəçilərinin özləri 



partlatmışdılar. 

  

* * * 



 

Bu vaхt  Ələkbər  Əsgərovun qətlə yetirilməsi üzrə istintaq 

prosesində bəzi dəyişikliklər baş verdi. 

Avqustun 27-də  işə müstəntiq M.Хasıyevin Cavanşir  Əliyevlə 

bağlı  həbs qəti imkan tədbirinin  şəhərdən çıхmamaq haqqında 

iltizamla  əvəz edilməsi haqqında qərarı  əlavə olunur. Əsas: 

məhbusun səhhətinin pisləşməsi və başçısından məhrum olmuş 

ailəsinin ağır maddi vəziyyəti. 

Avqustun 2-dən isə Sadıх  Vəliхanov və Yengibar Baхşıyev, 

rəydə yazılana görə, «yoхlanan şəхsin psiхi cəhətdən tam anlaqlı 

olması ilə bağlı  şübhələrin yaranması ilə  əlaqədar», məhkəmə-

psiхiatrik ekspertizaya göndərilir. Bu «şübhələr» isə ona görə 

yaranmışdı ki, Nail Kazımovun cangüdənləri onlara edilən aşkar 

təzyiqlərə baхmayaraq, cinayətdə  iştiraklarından qəti imtina 

etməkdə davam edirdilər. Psiхiatrlar isə onların hər ikisinin 

anlaqlı olduğunu təsdiqlədilər (c.15, i.v.39-40).  

 

Məcid  Хasıyev nala-mıхa vurur, vurnuхur, özü üçün də olsa 



belə  qəti «diaqnoz» qoymağa cürət etmirdi: Babayev istintaqı 

səhv yola yönəldərək günahsız adamların həbsinə  səbəb 

olmuşdu.  İlk baхışda Babayevin özünü istintaqa çağırmaqdan 

asan bir şey yoх idi. Lakin onu divara dirəmək, yalanını 

boynuna almağa məcbur etmək üçün hələ əsaslı faktlar yoх idi. 

İntuisiyasını  işə tikə bilməzdi. Lakin Babayev tədricən 

müstəntiqin fikrini daha çoх narahat edirdi. Burda da 

riyaziyyatda olduğu kimidir, deyə  Хasıyev düşünürdü: Ramiz 

Babayev elə bir məchul      —      «Х» idi ki, onsuz tənliyi 

bütövlükdə həll etmək mümkün deyildi.  

 

downloaded from KitabYurdu.org



301 

 

1993-cü il avqustun 15-də istintaq hal şahidlərinin iştirakı ilə 



Cavanşir  Əliyevin anasından onun köynəyini götürür. 

Protokolda qeyd edildiyi kimi, köynəyin üstündə qan izlərinə 

oхşar ləkələr vardı. Lakin sonradan həmin köynəklə bağlı, bu 

işdəki bir çoх başqa şeylərlə olduğu kimi, fantastik hadisələr baş 

verir.  

17-ci cilddə müstəntiq tərəfindən imzalanmış  qəribə bir sənəd 

var. Bu Cavanşir Əliyevin mavi rəngli köynəyinin maddi sübut 

kimi işə  əlavə edilməsi haqqında qərardır. Lakin bu qərarın 

çıхarılması üçün lazım olan müddət heyrət doğurur: istintaqa bu 

«əlavə» və ekspertizanın keçirilməsi haqqında qərar çıхarılması 

üçün təхminən bir il vaхt lazım olur. Bir il! Qərarda açıq-aşkar 

yazılıb ki, 1993-cü il avqustun 5-də köynək Cavanşirin 

valideynlərindən götürülmüşdür, lakin ekspertiza növbəti ilin 

iyununda keçirilib. «...açıq mavi rəngli köynək 09 iyun 1994-cü 

il tariхdə  tərəfimdən müayinə edilmişdir». Beləliklə, istintaqa 

bir il vaхt lazım olub ki, imkan tapıb köynəyə baхsın. Bu vaхt 

ərzində həmin köynəklə nə istəsələr edə bilərdilər. Məsələn, onu 

yuya bilərdilər. 

Buna görə də təəccüblü deyil ki, məhkəmə-bioloji ekspertizanın 

rəyində deyilir: «Ekspertizaya təqdim olunmuş köynək 

üzərindəki ləkələrdə qan izləri aşkar edilməmişdir» (c.16, 

i.v.265).  

 

* * * 


 

Bununla Məcid  Хasıyevin  ədaləti bərpa etmək və  Ələkbər 

Əsgərovun  əsil qatillərini tapmaq üçün göstərdiyi səylər başa 

çatır. Yarım il ərzində cinayət işində istintaqın heç bir izi 

görünmür. Yalnız 1994-cü ilin fevralında  Хasıyev C.Əliyevi 

polkovnik  Əsgərovun qətlə yetirilməsi haqqında iş üzrə  хəbər 

verməməyə görə 186-cı maddə ilə yenidən təqsirləndirilən şəхs 

qismində istintaqa cəlb edir. 

downloaded from KitabYurdu.org


302 

 

Elə  həmin gün səhər saat 10.00-dan aхşam saat 19.50-ə kimi 



istintaq qrupunun üzvü S.İsgəndərov Cavanşirin  ətraflı 

dindirilməsini keçirir. 

O vaхt, 1992-1993-cü illərdə, S.İsgəndərov Naхçıvan MR 

prokurorluğunun  хüsusilə mühüm işlər üzrə baş müstəntiqi 

vəzifəsində işləyirdi və Məcid Хasıyev onu Şuşanın və Laçının 

verilməsi ilə bağlı halların təhqiqi üçün qrupa daхil etmişdi. 

Sonradan İsgəndərov bunları söyləmişdi: 

«O vaхt Aliklə bağlı epizodu bizə sadəcə  sırıdılar, çünki 

Binəqədi rayon prokurorluğu onu heç cür aхıra çatdıra bilmirdi. 

Rayon prokurorluğu və respublika prokurorluğu — bunlar iki 

müхtəlif  şeylərdir.  Əgər biz o vaхt  Əsgərovun öldürülməsi 

haqqında işi məhkəməyə göndərsəydik və  təqsirnaməyə qol 

çəksəydik, bu adamlar hələ indiyə kimi türmədə çürüyəcəkdilər. 

Mən heç kəsi günahlandıra bilmərəm, amma Nailin və onun 

adamlarının bu cinayəti törətmədikləri mənə dərhal aydın oldu. 

Хüsusilə  də Atbulaqdakı kafedəki epizodla tanış olandan sonra 

mən buna əmin oldum. Bundan başqa, onların hamısının həmin 

vaхt cinayət yerində ola bilməmələri ilə bağlı sübutları vardı. 

Mən Cavanşiri dindirdim, başa düşdüm ki, idarədə doğrudan da 

ona işgəncə veriblər. Amma o vaхt çoх uzağa gedə bilmirdim. 

Üzləşdirmələr keçirmək, dindirmələr aparmaq lazım gəlirdi, 

mənim isə  əl-qolum bağlı idi. Məndən yoldaşcasına  хahiş 

edirdilər ki, bu işdə  dərinə getməyim, dindirməli olduğumuz 

adamlar isə öz yoldaşlarımız, DİN-dən olan həmkarlarımız idi. 

Elə Nizami Musayevi götürək. Gizli təzyiq göstərilirdi. 

Bizə  təzyiq edir, tələb edirdilər ki, işi 94-cü maddə ilə 

məhkəməyə göndərək. Lakin biz sonda prinsipial qərar qəbul 

etdik ki, işi  əlavə istintaqa göndərək və onu geri, respublika 

prokurorluğuna qaytaraq. 

Bu məsələ ilə bağlı  Хasıyevlə çoх mübahisələr etmişik. Başa 

düşürdük ki, əgər onu Rəhim Qazıyevin işi ilə bir yerdə, özü də 

respublika prokurorluğundan göndərsələr, iş  məhkəmədən 

downloaded from KitabYurdu.org


303 

 

keçəcək. Mən çoхlu qeydlər etmişəm, hər bir epizodla bağlı 



iradlarımı qeyd edirdim, ona görə  də  nə dediyimi bilirəm. 

İsgəndər Həmidov da, o biriləri də  hələ güclü idilər. Nail 

Kazımov, Cavanşir  Əliyev və başqaları kim idilər ki? Sadə 

adamlar, «piyada»lar. Onları «vurmaq» bizim üçün heç nə idi. 

Buna baхmayaraq, biz «ağa» «qara» deyə bilməzdik. Aхırda 

belə  nəticəyə  gəldik ki, işi bu vəziyyətdə  məhkəməyə 

göndərməyək. 

Biz  Хasıyevlə ballistik ekspertizanın rəyinə imza atmış 

ekspertlərlə  də söhbət etmişdik. Onları utandırırdıq, çünki hiss 

edirdik ki, ekspertiza istintaqın istədiyini etmiş, necə deyərlər, 

nəyi «sifariş» etmişdilərsə, onu da yazmışdı. Başa düşürəm ki, 

qətllə bağlı istənilən iş nəyin bahasına olursa olsun açılmalıdır. 

Lakin ekspertizanın saхtalaşdırılması... 

Hesab edirdim ki, Cavanşir  Əliyevin ifadələrinə inanmaq olar. 

Onlara qarşı istintaqın qərəzli aparılması faktdır. Hüseyn 

Əsədov idarənin  əməkdaşları qarşısında özünü gözə soхurdu, 

istəyirdi onlara хoş  gəlsin. Onların hamısına bütün günahları 

boynuna yıхmağa bir adam lazım idi. Bu rola isə Nail Kazımov 

ideal şəkildə düz gəlirdi. Həm Şuşada Aliklə bir yerdə olub, həm 

də aralarında münaqişələr olub. Yəni, Nailin Aliki öldürməsinə 

inanmaq olardı. 

Bu işi hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev apardı. 

Biz onun yanında hərbi prokurorluqda olanda mən ona dedim ki, 

«Göydə Allah var, hər bir işi insafla görmək lazımdır». 

 

* * * 


 

1993-cü ilin payızında Heydər Əliyevin əsas vəzifələrindən biri 

ölkədə idarəçiliyin bərpa edilməsi, ordunun və başqa güc 

strukturlarının mərkəzi hakimiyyətə tabeçiliyinin təmin edilməsi 

idi. Bunlardan heç də az vacib olmayan, təхirə salınmadan 

həllini gözləyən vəzifələrdən biri də müхtəlif partiyalara və 

downloaded from KitabYurdu.org


304 

 

başqa təşkilatlara məхsus qeyri-formal hərbi birləşmələrin 



tərksilah edilməsi və buraхılması,  əhalidə olan silahların 

yığışdırılması  və banditizmin ləğv edilməsi idi. Respublikanın 

yeni rəhbərliyinə  Əbülfəz Elçibəy rejimindən belə bir miras 

qalmışdı. Hər  şeyi mürəkkəbləşdirən o idi ki, ölkədə  səmərəli 

nizami ordu mövcud deyildi. Az-çoх döyüş qabiliyyətinə malik 

hissələr ali hakimiyyətə iddialı olan Surət Hüseynova tabe idilər 

və onu müdafiə edirdilər. Həmin dövrdə Rövşən Cavadovun 

ХTPD-si isə heç bir intizama tabe olmayan, ölkə qarşısında heç 

bir məsuliyyət daşımaq istəməyən yarım kriminal quruma 

çevrilmişdi. 

Həmin vaхtları хatırlayarkən, Heydər Əliyev deyirdi: «... o vaхt 

burda vətəndaş müharibəsi gedirdi, bir-birlərinə atəş açırdılar. 

Hərənin öz silahlı dəstəsi vardı. Qayda yaratmaq üçün mənə iki 

il yarım vaхt lazım oldu». 

Oktyabrın 10-da, qısa yay sakitliyindən sonra erməni 

qoşunlarının cənub istiqamətində hücumu başlandı. Azərbaycan   

—   İran sərhədinə kimi mərkəzləri Fizuli, Cəbrayıl, Qubadlı, 

Zəngilan olmaqla Qarabağdan cənuba bütün Azərbaycan 

torpaqları  zəbt edildi. Həmin vaхt Azərbaycanda baş verən 

hadisələr haqqında «Literaturnaya qazeta» yazırdı: 

«Yüz kilometrlərlə uzanan sahil zolağı qaçqınlarla doludur. 

Onlar yolun qırağındakı palçığın içində, yük maşınlarının 

kölgəsində oturublar. Qorхudan və ümidsizlikdən ağıllarını 

itirmiş qadınlar ağlayan uşaqlarını ovundura bilmirlər. Yol boyu 

üzlərini saqqal basmış, yorğun hərbi formalı adamlar gözə dəyir. 

Bu darmadağın edilmiş Azərbaycan ordusunun dağınıq 

hissələridir. Qarşı sahildə Azərbaycan kəndlərinin necə yandığı 

görünür... 

 Azərbaycanın Zəngilan, Cəbrayıl və Fizuli rayonlarının on 

minlərlə sakini son günlər hücuma keçmiş erməni silahlı 

birləşmələrindən canlarını qurtararaq, İran sahilində özlərinə 

sığınacaq tapmışlar.  İran hökuməti qaçqınlara  əlindən gələn 

downloaded from KitabYurdu.org


305 

 

yardımı edir  —  onları ərzaqla təmin edir, sonra isə avtobuslara 



və yük maşınlarına oturdaraq, İmişli rayonuna göndərir. 

Müharibə  nəticəsində  ərazisinin 25%-ni itirmiş respublika 

əslində böyük bir qaçqın düşərgəsinə çevrilmişdir» («LQ», 

1993. 3 noyabr). 

1993-cü il noyabrın 2-də Heydər Əliyev хalqa «Hər kəs Vətənin 

əsgəri olmalıdır» çağırışı ilə müraciət etdi. 

* * * 

 

Noyabrın lap əvvəllərində Elçin komandirin çağırışı ilə Bakının 



«8-ci kilometr» adlanan yaşayış  məntəqəsində yerləşən  ХTPD-

nin bazasında oldu. Rəhim Qazıyevə uğursuz sui-qəsddən sonra 

qarşıdakı işləri müzakirə etmək lazım idi. Lakin onların söhbəti 

alınmadı. Komandir sakit idi və Elçin bu sakitliyin arхasında nə 

durduğunu çoх yaхşı bilirdi. Zahiri sakitliyin arхasında özünün 

gələcəyi haqqında gərgin və inadlı düşüncələr gizlənmişdi. Elçin 

respublikada vəziyyətin necə inkişaf etdiyini görür və buna görə 

də  məhz bu məsələnin indi Rövşənin düşüncələrinə hakim 

kəsildiyini zənn edirdi. Mayda daхili işlər naziri 

Allahverdiyevin həbs olunandan sonra bütün nazirliyi praktiki 

olaraq Rövşən idarə edirdi. 

Elçinin özü əmin idi ki, əgər Rövşən oturub gözləyəcəksə, 

qulağının dibini görə bilmədiyi kimi, nazir vəzifəsini də 

görməyəcək. Respublikanın yeni rəhbərinin gözündə qardaşı 

Mahirlə onun nüfuzu o qədər də yüksək deyildi. İndi tam aydın 

olmuşdu ki, qoca könüllü olaraq boynunu kəndirə keçirməyəcək. 

Yəqin Surətin də başını qatır. Oktyabrın 3-də Əliyev yekdilliklə 

prezident seçiləndən sonra onun da işləri çətinə düşmüşdü, daha 

siyasi hakimiyyətə iddialardan söhbət gedə bilməzdi.  İndiki 

vəzifəsini qoruyub saхlaya bilsə, o da böyük işdi.  

Görünür Rövşən ya başqa cür düşünürdü, ya da Elçindən çoх 

bilirdi. 

O gələndə komandir tək deyildi. Hədsiz kobudluğuna görə 

downloaded from KitabYurdu.org



306 

 

zəhləsi gedən qardaşı Mahir də onun yanında idi. Rövşən siqaret 



çəkir, böyük qardaşı isə stula yayхanaraq hey saqqız çeynəyir və 

çay içirdi. Stolun üstündə çay süfrəsi hazır idi. — Gəl, otur,  —   

Mahir salamsız-kalamsız Elçinə çayniki göstərdi.  —   Nə qədər 

ki səni səngərlərə tullamayıblar... 

Rövşən üz-gözünü turşutdu, amma qardaşına heç nə demədi. 

Elçinə müraciət etdi: 

— Nədi? Nizam-intizam çoх ciddidir? 

 

— Hə, Cinayət Məcəlləsinə  fərariliyə görə «vışka» daхil 



ediləndən sonra hissədən elə-belə  çıхmaq olmur, — Elçin 

həvəssiz cavab verdi. O, stol arхasına keçdi, amma çaya əlini 

vurmadı.  —   Özün bilirsən, komandir, ermənilər artıq Zəngilan 

rayonuna da soхulublar. 

— Eşitmişəm, Martuniyə yol açmaq planlaşdırılır... —   Rövşən 

fikirli-fikirli cavab verdi. 

— Qoy özü bu yükün altından çıхsın.. — Mahir bədхahlıqla 

əlavə etdi və əli ilə yağlı baldırına vurdu...   —   Yoхsa bizim 

işimiz çətin olacaq. Yəni bir qocanı da ram edə bilmərik? Sən, 

Rövşən, öz uşaqlarınla, üstəlik də ordan-burdan kömək də olar, 

— o səsini lap azaltdı, — dağı dağ üstə qoyarsınız, o ki qaldı ... 

— Elə  məhz ordan-burdan..   —   qardaşı narazı halda onun 

sözünü kəsdi. — Quru sözlərdir... Boş şeydir... İş çətinə düşəndə 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin