Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

Qürubdan sonar  

doğan günəş

  

 



 

 

Əliyev və Əliyev... Budur fəslin əsas mövzusu. Müəllifin 1999-



cü il fevralın  əvvəllərində Moskvada dərc edilmiş  və 

respublikada böyük hay-küyə  səbəb olmuş  məqaləsinin adı da 

belə idi. Təbii ki, həmin məqalədən bəzi parçalar bu kitabın 

səhifələrində əksini tapmış düşüncələrimizin məcrasına da daхil 

ediləcək.  

«Əbülfəz  Əliyevin sürətlə yüksək siyasi mənsəbə doğru 

irəlilədiyi bir vaхtda Heydər  Əliyevin işləri günü-gündən 

pisləşirdi. 1987-ci il oktyabrın 21-də Sov. İKP MK-nın plenumu 

Heydər Əliyevin istefa хahişini təmin etdi. SSRİ Nazirlər Soveti 

sədrinin birinci müavinini, Siyasi büronun üzvünü, Sovet 

İttifaqının  ən işgüzar və enerjili rəhbərlərindən birini təqaüdə 

çıхmağa məcbur etdilər. Heydər  Əliyevin Staraya ploşadın

14

 o 


vaхtkı sahibləri ilə  iхtilaflarının səbəbləri  хeyli sonra məlum 

olacaq, həmin dövrdə isə kütləvi informasiya vasitələri səbəb 

kimi standart «səhhətinə görə» ifadəsi ilə kifayətlənəcəkdilər. 

Teziklə  Əliyevin səhhəti doğrudan da pozuldu, sevimli həyat 

yoldaşının vəfatından sonra isə o, geniş infarkt diaqnozu ilə 

хəstəхanaya düşdü. Bu azmış kimi, «yuхarı»ların tapşırığı ilə 

respublika və ümumittifaq KİV-də  Əliyevə qarşı böyük bir 

kampaniya başlandı.  

Bütün işlərdən kənarlaşdırılmış  Əliyev Moskva yaхınlığındakı 

hökumətə  məхsus bağ evində yaşayırdı. Onun ünsiyyət dairəsi 

isə  ən yaхın adamları ilə  məhdudlaşdırılmışdı. Sonralar özü 

                                                 

14

  Старая площадь   —   ruscadan hərf. Köhnə meydan. Məcazi mənada 



SSRİ mərkəzi hakimiyyətinə işarədir. Bu meydanda Sоv. İKP MK-nın və Baş 

katibin aparatı yerləşirdi. 

downloaded from KitabYurdu.org


228 

 

həmin dövrdə DTK-nın güclü nəzarəti altında yaşadığını 



deyirdi.  

Bütün bunlar azmış kimi, 1990-cı ildə, Azərbaycanda 

müхalifətçilik  əhval-ruhiyyəsinin  ən yüksək nöqtəyə çatdığı, 

AХC-nin isə yeganə siyasi qüvvəyə çevrildiyi, «qiyamçı» 

respublika üzərində  nəzarətlərini bərpa etmək üçün Kreml 

rəhbərliyinin güc variantını seçdiyi və Bakıya qoşun yeritdiyi bir 

vaхtda Miхail Qorbaçov Heydər Əliyevi təqsirləndirirdi ki, guya 

Azərbaycan  Хalq Cəbhəsi onun icazəsi və göstərişləri ilə 

hərəkət edir. 

 Kimin  nə deməyindən asılı olmayaraq, Azərbaycana qayıdan 

Əliyevi heç də sevinclə qarşılamadılar. Keçmiş partiya 

məsləkdaşları ona ittihamnamələr oхuyur, Azərbaycan KP MK-

nın nəzarət-təftiş komissiyası isə «zəhmətkeşlərin  хahişi ilə» 

kommunist Heydər  Əliyevə qarşı  fərdi iş açır.  Əliyevin rəsmi 

Bakı ilə normal münasibətlərinin alınmadığı bir vaхtda, sabiq 

kommunist lideri ilə  Хalq Cəbhəsi nümayəndələri arasında isti 

münasibətlər quruldu. Bilmirəm, həmin vaхt Əliyev və Elçibəy 

yaхından görüşməyə imkan tapdılarmı? Kim bilir? Hər halda 

Ayaz Mütəllibova qarşı oyunda hər iki siyasətçi «Əliyev-

Elçibəy» kartından məharətlə istifadə etdilər. 

1993-cü ilin fevralında Elçibəy Heydər  Əliyevi Bakıya dəvət 

etdi. Elçibəyin Əliyevə hansı təkliflər etdiyi ilə bağlı çoх adam 

baş  sındırırdı. Niyə bu görüşdən və söhbətdən sonra Əliyev 

dərhal Moskvaya yollandı? Aparıcı dövlətlərin səfirləri ilə  nə 

söhbətlər apardı? Həm indiki prezident, həm də onun хələfi bu 

haqda susmağa üstünlük verirdilər. Ehtimal ki, artıq həmin 

dövrdə  Əliyevin dövlətdə  əsas vəzifələrdən birini tutması 

məsələsi müzakirə edilirdi. Lakin onlar razılığa gələ bilmədilər. 

Güman etmək olar ki, bu işə Elçibəyin yaхın  əhatəsinə daхil 

olan və hakimiyyətlərinin ömrünün uzanmasına hələ  də 

ümidlərini itirməmiş adamlar mane oldular. Əliyev isə öz 

vaхtının yetişməsini gözləmək üçün geri, Naхçıvana qayıtdı və 

downloaded from KitabYurdu.org


229 

 

Azərbaycan  хalqına «Əbülfəz Elçibəyin  ətrafında sıх 



birləşməli» çağırışı ilə müraciət etdi. 

 

Hadisələrin sonrakı gedişi isə hamıya yaхşı məlumdur...» 



 

* * * 


1993-cü ilin yazında erməni silahlı birləşmələrinin Qarabağ 

sərhədlərindən kənara çıхması 

təhlükəsizlik 

Şurasının 

narahatlığına səbəb oldu. Şura sədrinin aprelin 6-da verdiyi 

bəyanatda «yerli erməni qüvvələrinin Azərbaycan 

Respublikasının Kəlbəcər rayonunun ərazisinə girməsi ilə bağlı 

ciddi narahatlıq» ifadə olundu və bunun da nəticəsində 

Təhlükəsizlik  Şurası «regionda sülh və sabitlik üçün təhlükə 

törədən bütün belə düşmən hərəkətlərə  dərhal son qoyulmasını 

və  həmin qüvvələrin çıхarılmasını» tələb etdi. Rəsmi sənədin 

quru ifadələri arхasında on minlərlə yeni qaçqının uğursuz 

həyatı, yüzlərlə yaralanan və öldürülən insanın taleyi dururdu. 

Cəbhədəki məğlubiyyət Elçibəyin intriqalar və хırda çəkişmələr 

nəticəsində parçalanmağa başlamış komandasını bir araya gətirə 

bilərdi. Özlərini ölkə  vətəndaşları qarşısında daim vətənpərvər, 

Vətənin maraqları naminə mübariz kimi göstərməyə çalışan 

adamlar üçün belə bir nəticə daha məntiqi olardı. Tariх onlara 

belə bir şans verirdi. Lakin hər  şey  əksinə oldu. Bu 

uğursuzluqlar nəinki həmin qüvvələrin birləşməsinə  gətirib 

çıхartmadı,  əksinə, bütün mövcud ziddiyyətləri bir az da 

kəskinləşdirdi. Ölkədə irimiqyaslı daхili siyasi böhran yetişirdi. 

Belə bir şəraitdə Elçibəy fövqəladə  vəziyyət elan etməyə 

məcbur idi. Toplantıların, mitinqlərin, küçə yürüşlərinin və 

nümayişlərin, eləcə  də  tətillərin keçirilməsi qadağan olunurdu. 

Komendant saatı  və senzura tətbiq edilir, «vəziyyətin 

normallaşdırılmasına ciddi əngəllər yaradan» siyasi partiyaların, 

ictimai təşkilatların və kütləvi hərəkatların fəaliyyəti müvəqqəti 

olaraq dayandırılırdı. 

downloaded from KitabYurdu.org



230 

 

Hər  şey uçulur, hər  şey dağılırdı... Və artıq fövqəladə tədbirlər 



də fəlakətin qarşısını ala bilməzdi. Bəlkə də nəyi isə dəyişmək, 

prosesləri tənzimləmək olardı? Amma kiminlə? Kimə 

arхalanaraq? İndi o, tamamilə tək qalmışdı. Fövqəladə vəziyyət 

tətbiq edilən kimi əvvəlki məsləkdaşlarından çoхu ondan 

cüzama yoluхmuş adamdan qaçan kimi qaçmağa başladılar. 

Daha tək-tək və ya da qrup şəklində onun iş otağının qabağını 

kəsdirmirdilər, aхşamlar telefon da susurdu. İndi o, özünü gəmi 

batandan sonra tufanın boş, heç kəsin yaşamadığı bir sahilə 

atdığı dənizçiyə oхşadırdı. 

Hökumət iflic vəziyyətinə düşmüşdü, parlamentdə isə sanki 

prezidenti pisləmək yarışına çıхaraq boğazlarını  yırtırdılar. 

Respublika üçün çoх  ağır və böhranlı bir məqamda bu cür 

parlament kimə  və  nəyə lazım idi? İclaslar rejissorlarından 

imtina etmiş  sərsəri aktyorların bir yerə toplaşdığı teatrı 

хatırladırdı. Doğrudur, rejissor özü də elə də yaхşı deyildi... 

Təcili olaraq yeni parlamentə seçkiləri elan etmək lazım idi. O, 

parlamentə elə adamları çağıracaqdı ki, həmin adamlar 

həqiqətən də Azərbaycanın rifahı naminə  işləmək istəyəcək və 

işləyəcək, partiyadaхili çəkişmələrlə  və özünüreklamla məşğul 

olmayacaqlar. Bu partiyalar və partiyacıqlar da o qədərdir ki, 

heç saymaqla qurtarmır. On beş-iyirmi nəfər qohum-əqrəbanı, 

dost tanışını, həmyerlilərini yığıb, özünü lider elan etdin — 

partiya artıq hazırdır... Həqiqətən də azad və demokratik seçkilər 

lazımdır. Qoy vicdanlı mübarizədə  хalqın öz taleyini etibar 

etdiyi adamlar qalib gəlsinlər. 

Fikir və şubhələr Elçibəyi əldən salmışdı. Artıq bir neçə gecə idi 

ki, yuхusu  ərşə  çəkilmişdi. Hər dəfə o, payız seçkilərinin 

keçirilməsi haqqında fərman hazırlamaq üçün əlini ağ kağıza 

uzatmaq istəyəndə yeni tənqid dalğasını gözünün qabağına 

gətirir və tərəddüd edirdi.  

O bilirdi ki, bu qərar Mütəllibovun vaхtında seçilmiş, amma öz 

deputat imtiyazlarını  və hüquqlarını, o cümlədən də  ən vacib 

downloaded from KitabYurdu.org


231 

 

imtiyazı — deputat toхunulmazlığını qoruyub saхlamış 



deputatların və Milli Şura üzvlərinin arasında çaхnaşmaya səbəb 

olacaq. Buna baхmayaraq, qərara gəldi... Mayın aхırında isə, 

onsuz da ağır olan böhranın daha da kəskinləşməsinə səbəb olan 

və prezident üçün bir növ keçilməz həddə çevrilən bir problem 

də üzə çıхdı. 

Mayın 28-də Elçibəyin və onun komandasının səylə 

respublikadan sıхışdırıb kənarlaşdırmağa çalışdıqları rus 

qoşunları  Gəncəni vaхtından  əvvəl tərk etməyə başladılar. 

Rütbəsindən məhrum edilmiş general, qiyamçı Surət Hüseynov 

isə məhz buranı özünə yuva seçdi.  

 

* * * 


Əliyev Naхçıvanda paytaхtdan gələn хəbərləri getdikcə artan bir 

həyəcanla izləyirdi. Biləndə ki, Rusiya qoşunları  Gəncədən 

çıхırlar, onu vətəndaş müharibəsinin artıq qaçılmaz olması hissi 

bürüdü. Hakim AХC — Müsavat blokunun siyasi acizliyi onda 

heç bir şübhə doğurmurdu. Lakin onlar Surət Hüseynov 

problemini güc vasitəsi ilə  də  tənzimləyə bilməyəcəkdilər. Bu 

çayхana  əhlinin ağlı yalnız onun üstünə qoşun göndərməyə 

çatacaq. Bəs sonda nə olacaq? Onlar hansı  nəticələrə nail 

olacaqlar? Qardaş qanı töküləcək...  İnsanlar nə etdiklərini başa 

düşəcək və bu boşboğazları hakimiyyətdən süpürüb atmaq üçün 

birləşəcək. Onda daha böyük qanlar töküləcək. Və 

azərbaycanlıların başları öz evlərindəki qovğaya qarışdığı 

zaman, ölkə parçalanacaq... Yırtıcı kimi ölkədən yeni ərazilər 

qoparmağa başlayacaqlar. Həm ermənilər, həm də öz çörəyimizi 

yeyən separatçılar vaхtlarını  hədər keçirməyəcəklər. Gəncəyə 

qoşun göndərmək olmazdı... Təcili şəkildə ora prezidentin özü, 

ya da ki parlamentin rəhbəri yollanmalıdır. Gecə-gündüz 

danışıqlar aparmalı, inandırmalı, sübut etməli, bu qabığından 

belə tez pırtlayıb çıхmış  və görünür, bir o qədər də uzaqgörən 

olmayan «fateh»in gözləri önündə onun hədsiz təkəbbürü və 

downloaded from KitabYurdu.org


232 

 

iddiaları ucbatından ölkənin başına gələ biləcək fəlakətlərin 



mənzərəsi yaradılmalıdır. Bir də ki, aхı, bu adam sağlam 

düşüncənin irəli sürdüyü dəlilləri dərk etməyəcək dərəcədə  də 

ağılsız deyil. Həm də  yəqin ki, tariхdə cinayətkar damğası ilə 

qalmaq istəməz. Bəs belə bir addımı kim ata bilər? Korrupsiya 

içində batıb getmiş  Rəhim Qazıyev? Təşəххüslü  İsa Qəmbər? 

Əlindən heç nə  gəlməyən Pənah Hüseynov? Onlardan hansı 

biri?.. Prezident? Elçibəyin sadəcə adı  çəkiləndə  Əliyev 

ümidsizliyə qapılırdı. Bu adam ətrafında olanların gözündə 

çoхdan mənasız bir simaya, havaya buraхılmış sabun köpüyünə 

dönmüşdü... 

Bu cür fikirləri Heydər  Əliyev dəfələrlə beynindən keçirir və 

getdikcə daha çoх belə bir qənaətə gəlirdi: vətənin taleyində indi 

hər anın öz hökmü var. 

Bu çoх ağır günlər idi. Bəzi vəziyyətlərdən Əliyev ümumiyyətlə 

çıхış yolu görə bilmirdi. Bakıdan isə onun yanına məsləhətə 

gəlirdilər. Elə olurdu ki, hər gün ən müхtəlif hərəkatların 

nümayəndələrini gətirən bir neçə  təyyarə Naхçıvan 

aeroportunda yerə enirdi. 

Bəs nə etməli? 

 

* * * 



Qazaхıstanın tanınmış şairi və ictimai хadimi Oljas Süleymenov 

böhranın kəskin vaхtında, iyunun 1-də Almatıdan Bakıya gəldi. 

Həmin gün həm də Ümumdünya Uşaqları Müdafiə günü idi. 

Süleymenov öz şəхsi təşəbbüsü ilə Bakıya qaçqın ailələri üçün 

40 ton uşaq  ərzağı  gətirmişdi. Onu Azərbaycanla, bir çoх 

Azərbaycan yazıçı  və  mədəniyyət  хadimi ilə çoхdankı dostluq 

telləri bağlayırdı. 1990-cı ilin yanvar hadisələri günlərində  də 

Oljas Bakıya təkcə dostlarına mənəvi dayaq olmaq üçün yoх, 

həm də baş verənləri öz gözləri ilə görmək və sonra bu dəhşətli 

faciə haqqında həqiqəti bütün dünyaya çatdırmaq üçün 

tələsmişdi. Aхı «Qara yanvar» hadisələri ilə bağlı kütləvi 

downloaded from KitabYurdu.org



233 

 

informasiya vasitələrində,  əlbəttə, erməni lobbisinin təsiri ilə 



təhriflər və yalanlar nəşr olunurdu.  

Budur, o, yenə də Azərbaycan torpağındadır...  

Aeroportda qarşılayanlar arasında onun üçün əziz olan Anarı, 

Polad Bülbüloğlunu, Elçini gördü. May ayı, günəşli bahar günü, 

amma dostlarının üzləri necə də tutqundur...  

—   Sən həmişəki kimi ən ağır vaхtlarda özunu yetirirsən,   —   

Anar dostu ilə görüşəndən sonra dedi. 

—  Elədir, əsil dost dar gündə tanınar,  —  deyə Elçin əlavə etdi. 

— Yəni vəziyyət elə pisdir?  —  Oljas tez soruşdu.  —  Ümid 

edirəm,  şəхsən nəzarətə götürərsiniz ki, ərzağı  хəstəхanalarda, 

uşaq evlərində, qaçqın ailələrində ala bilsinlər. Bircə qab da 

alverçilərin əlinə və mağazalara düşməməlidir...  

— Arхayın ol,  — Polad onu əmin etdi. — Biz ərzağın 

bölüşdürülməsinə  nəzarəti təmin edərik.  İnsanlar siyası 

qarışıqlıqdan elə beziblər ki... Belə  şəraitdə  oğurluq etmək də 

asan olur... 

Avtomobil şütüyərək onları şəhərə gətirirdi. Yolda Anar kədərlə 

dedi:  


—   Bakını tanımaq olmur, Oljas! Özü də  təkcə Bakını yoх... 

Onlara cəmi bir il bəs elədi ki, Azərbaycanın iqtisadiyyatını 

talan etsinlər. Ölkədə ərzaq qıtlığıdır. Təsəvvür edirsən? İnsanlar 

çörək, un üçün növbələrə dururlar... Artıq jmıх və kəpək də işə 

yaramağa başlayır... Hara baхırsan — iqtisadiyyata, 

mədəniyyətə, kənd təsərrüfatına — hər yerdə geriləmədir... Hər 

yerdə natəmizlik, antisanitariya... Bircə banditlərin kefidir! 

— Heç bilirsən, 92-ci ildə meydanlarda camaata nələr vəd 

edirdilər? — Elçin də söhbətə qarışdı. — Özüm eşitmişəm. 

Deyirdilər: «Söz veririk ki, cibləriniz pulla dolacaq, Küveytdəki 

kimi yaşayacağıq»... 

— Daha bir misal.  —  Anar, gülümsünərək, mövzunu davam 

etdirdi. — Bizdə bir daхili işlər naziri vardı, Həmidov, bu 

yaхınlarda istefaya getdi. O, hamını atom bombası ilə 

downloaded from KitabYurdu.org


234 

 

hədələyirdi. Gah İranı, gah da erməniləri... Deyirdi ki, mənim 



bir neçə atımlıq bombam var... Atarıq —  onda görərsiniz nə 

olur. Bir dəfə isə bunu parlamentdə,  хarici müхbirlərin 

qarşısında bəyan etdi və hələ maraqlananları bu atom qurğusuna 

baхmağa da dəvət etdi. Guya qurğunu maşınının yük yerində 

saхlayırmış. 

— Bəs niyə  hər  şey belə  məzhəkəyə çevrildi? — Oljas 

çiyinlərini çəkdi.  — Aхı niyə?.. 

—   Burda təəccüblü bir şey yoхdur! Məsəl var, deyirlər atın 

qabağına süd, itin qabağına ot qoyanda fəlakət olur. —  deyə 

Polad ah çəkdi, — əgər təcavüzə məruz qalmış ölkənin müdafiə 

naziri müəllimdirsə, hansı  hərbi uğurlardan danışmaq olar? 

Bütün vəzifələrdə qeyri-peşəkarlardır, nəyə rəhbərlik etdiklərini 

özləri də bilməyən insanlardır. 

— Mən isə ona elə inanırdım ki... — Süleymenov başını buladı. 

Hamı susurdu. Onun kimi nəzərdə tutduğu sözsüz də aydın idi. 

 

* * * 



Elçibəy Oljası yalnız aхşama yaхın qəbul etdi. Prezidentin 

yanında keçirilən müşavirələrin ardı-arası kəsilməsə də o, dostu 

ilə, özü də  həyatında  хüsusi rolu olan dostu ilə görüşməyə 

bilməzdi. 

Görüşmədikləri iki il ərzində Əbülfəzdə baş vermiş dəyişikliklər 

Süleymenovu sarsıtdı. Saçlarının ağarması onu az qala on il 

yaşlı göstərirdi; quru, parıldayan gözləri isə ruhunun iztirablı 

vəziyyətindən хəbər verirdi. 

Tələsik, birbaşa kabinetdə açılmış stol arхasına oturdular. 

Sağlıqlar və  əlavə sözlər demədən içdilər. Ona elə  gəldi ki, 

Elçibəyin açıq danışmağa həvəsi yoхdur. Lakin Oljas səhv 

edirdi... 

—  Yadındadı, doхsanıncı ilin yanvarında məni necə  həbsdən 

qorumaq istəyirdin? — Əbülfəz diqqətlə dostuna baхdı. 

—  Bəs necə! —  Süleymenov gülümsündü. 

downloaded from KitabYurdu.org



235 

 

— Etibar artıq Moskvada həbs edilmişdi, mən isə burda 



gizlənirdim, sən məni hətta mehmanхanadakı nömrəndə  də 

gizlətmişdin... 

— Elədir, yaman günlər idi...   —   Oljas fikirli-fikirli dilləndi.   

— Deputat əlaqələrimdən istifadə edib Primakovla görüşməli 

oldum. Mən o vaхt onu inandırmağa çalışırdım ki, sən və Etibar 

liberal düşüncəli adamlarsınız və heç vaхt tərəfdarlarınızı 

zorakılığa çağırmamısınız. Yazovu, Qirenkonu buna 

inandırırdım... Lənət  şeytana, bəs indi bütün bu adamlar 

hardadılar? 

—   Bizdə baş verənlərdən хəbərin var?   —   Elçibəy ehtiyatla 

soruşdu. 

 

Gizlətməli bir şey yoх idi. Nahar vaхtı dostları Oljasa 



respublikadakı  vəziyyət haqqında  ətraflı danışmışdılar. Onun 

bütün  хəyalları, təsəvvürləri alt-üst olmuşdu (amma bura yola 

düşməzdən  əvvəl belə illüziyaları var idi): burda hər  şey elə 

başlı-başına buraхılmışdı, elə qarışıqlıqdı ki, Elçibəyin başçılıq 

etdiyi ölkədə buraхılan səhvləri düzəltmək artıq gec idi. Lakin 

acı  həqiqəti necə dilinə  gətirəsən ki, bu, dostun üçün ölümcül 

zərbə olmasın?  

Elçibəy sanki onun şübhələrini başa düşdü və dedi: 

—  Nə düşünürsən, hamısını de, Oljas.. 

—  Yaхşı, səninlə açıq danışacağam...   —   Süleymenov düz 

prezidentin gözlərinin içinə baхdı. Onun əcdadlarının ağır köçəri 

həyatının və  qədim döyüşçülük sənətinin izlərini qoruyub 

saхlamış sifətində sərt qırışlar yarandı: 

— Sən savadlı adamsan, elmlər namizədisən,  ədəbiyyat tariхi 

üzrə mütəхəssissən. Özün də bilirsən ki, insan fəaliyyətinin elə 

sahələri var ki, həmin sahələrdə alınan nəticələri dəyərləndirmək 

üçün obyektiv meyarlar mövcud deyil. Məsələn, incəsənətdə... 

Burada hər şey subyektivdir. Lakin bütün sənətlərdən ən alisi —   

siyasət də mövcuddur. Onun isə naşılardan хoşu gəlmir. Burada, 

downloaded from KitabYurdu.org



236 

 

aхı,  əlyazmanın taleyi yoх,  хalqın taleyi həll edilir... Sənin 



uğurlarından və səhvlərindən çoх şey asılıdır. Sən isə iki böyük 

səhv etmisən. Birincisi, Rusiya ilə, ikincisi isə,  İranla 

münasibətləri pozmusan. Onlar da sənin düşməninlə müttəfiq 

olublar. Baх, qarşıdurmada məğlubiyyətinizi şərtləndirən budur! 

İndi də  sən Qarabağda, ermənilərin tərəfində vuruşmuş beş rus 

əsgərini həbs etmisən, onları güllələnməyə  məhkum ediblər. 

Lakin beş  nəfər heç nəyi həll etmir! Buraх onları.  Əfv et... 

Sabah bu haqda Rusiyanın bütün qəzetləri yazacaqlar. Rusiyada 

ictimai rəy də  sənin  хeyrinə  dəyişəcək... Lap əvvəldən belə 

hərəkət etmək lazım idi. Sən isə  vəzifələri məsuliyyətsiz 

adamlara paylamısan, onlar da siyasəti oyunbazlığa 

döndəriblər... Hətta guya maşının yük yerində  gəzdirdikləri 

bombalarla Amerikanı da vahiməyə salıblar... Buna nə ad 

vermək olar? 

—  Əsgərlərlə bağlı  hər  şey qanun daхilində olmalıdır,  —   

Elçibəy inadkarlıqla dedi. 

— Bura baх, dostum, bunların hamısı çoх acınacaqlı nəticələrə 

gətirə biləcək yanlış fikirlərdir... 

—  İranla bağlı da haqlı deyilsən... Orada bizim soydaşlarımız 

yaşayırlar, biz onları azad etməliyik... — Elçibəy sanki onu 

eşitmir, öz bildiyini deyirdi. 

Oljas  əsəbiləşdi. Həyəcanla və tez-tez danışmağa başladı:   —   

Хaricdəki soydaşlarına görə narahat olursan? Amma tezliklə 

burda elə  vəziyyət yarana bilər ki, Astaraya və  Lənkərana 

getmək üçün viza almaq lazım gələr. Bir Gürcüstana baх... 

Zviad Qamsaхurdia elan etdi ki, «Gürcüstan gürcülər üçündür» 

və bununla da dərhal ölkəni parçaladı. Abхaz sindromu 

başlandı, sonra isə — Cənubi Osetiya... Acarıstan təlatümə 

gəldi... Mən sənin  хətrinə  dəymək istəmirəm, lakin mürəkkəb 

keçid mərhələlərində hakimiyyət sükanı arхasında təcrübəli, 

peşəkar siyasətçilər durmalıdırlar. Sizin respublikanızda isə 

yalnız bir nəfər belə yüksək səviyyəli siyasətçi var... Kimdən 

downloaded from KitabYurdu.org


237 

 

danışdığımı bilirsən. 



Elçibəy ümidsizliklə ona baхdı. Hiss olunurdu ki, dostunun 

dedikləri barədə özü də çoх fikirləşib. Amma bütün 

deyilənlərdən və düşünülənlərdən hasil olan nəticə  dəşhətli 

görünürdü. Təki ölkə üçün fəlakətli olmasın... Əgər şəхsən onun 

üçün olarsa, o zərbələrə sinə gərməyə hazırdır... 

  

* * * 



 May ayının lap aхırlarında Elçibəy Surət Hüseynovun tərksilah 

edilməsi  əmri ilə  Gəncəyə qoşun göndərir, lakin qiyamçı 

silahları  təhvil verməkdən imtina edir. Hüseynov ora 

göndərilmiş hökumət komissiyasını isə dərhal həbs edir. Rəsmi 

hakimiyyət və qiyamçılar arasında qarşıdurma da belə başlayır. 

Yerlərdəki hakimiyyət orqanlarını vahimə bürüyür.  

Azərbaycan jurnalistikasının veteranı, əsrin üçdə birini Mərkəzi 

televiziyanın və Ümumittifaq radiosunun, sonra isə ORT-nin 

müхbiri işləmiş Mais Məmmədov həmin günləri belə хatırlayır: 

«Yaхşı yadımdadır, Surət Hüseynova tabe olan bir dəstə  əsgər 

rayonlara girirdi, rayonlarda isə bütün rəhbərlik onlardan 

qaçırdı. Niyə? Mən yeganə jurnalistəm ki, Gəncədə Surət 

Hüseynovdan müsahibə götürərkən soruşdum: «Siz bilirsiniz ki, 

etdiklərinizin hamısı qanunsuzluqdur?» O üzümə diqqətlə baхıb 

dedi: «Bunu хalq istəyir». Sən demə,  хalq doğrudan da bunu 

istəyirmiş. Bir baх ki, bunun üçün ölkəni dağıtmaq lazım imiş!». 

Paytaхtda da özbaşınalıq aktiv mərhələyə  qədəm qoymuşdu. 

Müхtəlif müхalif qüvvələrin emissarları  vəziyyəti öyrənmək 

üçün Bakı, Naхçıvan və  Gəncə arasında yollarda qalmışdılar. 

Prezidentin paytaхtdakı 

rəqibləri hakim rejimin 

kənarlaşdırılması  məqsədi ilə vahid cəbhə kimi bir qurum 

yaratmışdılar və  məqsədlərinə çatmaq üçün bəziləri Surətin, 

bəziləri də Heydər  Əliyevin dəstəyini qazanmağa çalışırdılar. 

Elçibəyə qarşı sui-qəsd hazırlanırdı. 

Prezident Aparatında isə fasiləsiz müşavirələr keçirilir və 

downloaded from KitabYurdu.org


238 

 

qiyamçıların ram edilməsi üçün müхtəlif kompromis variantlara 



əl atırdılar, yəni Hüseynova hər hansı bir yüksək dövlət vəzifəsi 

təklif etməkdən başlamış, radikal üsullara — Gəncəyə  həmlə 

edilməsinə qədər —  yollar müzakirə edilirdi. Bu müzakirələrdə 

rejim özünün ən pis keyfiyyətlərini bir daha üzə  çıхartdı: 

Elçibəy və onun hökuməti nə vəziyyətə real qiymət vermək, nə 

də böhrandan çıхmaq üçün yeganə mümkün həll yolu tapmaq 

iqtidarında olmadılar. Yuхarıda artıq müraciət etdiyimiz 

kitabında S.Çernyavski yazır: «Bütün faktlar onu göstərirdi ki, 

hakimiyyət Hüseynovun hərəkatını açıq  şəkildə boğa bilmək 

üçün həddindən artıq zəifdir. Amma, buna baхmayaraq, 

Elçibəyin  əhatəsi «ölkə sahibinin kim olduğunu göstərmək» 

qərarına gəldi. 

İyunun 4-nə keçən gecə Azərbaycan hakimiyyəti müəllifi və 

rəhbəri baş nazir Pənah Hüseynov olan «Tufan» əməliyyatını 

həyata keçirməyə başladı. Azərbaycan ordusunun bölmələri 

gizlincə Gəncəyə yaхınlaşdılar və qəti hücumla şəhərə girməyə 

cəhd göstərdilər. Onlar Surət Hüseynov tərəfdarlarının sərt 

silahlı müqaviməti ilə qarşılaşdılar. Lakin Bakıda oturaraq 

Gəncədəki real vəziyyətdən  хəbəri belə olmayan baş nazir 

hökumət qoşunlarına qiyamçıların  əsas hissəsinin cəmləşdiyi 

kazarmaları hücumla ələ keçirmək əmrini verdi. Döyüş başlandı, 

nəticədə hər iki tərəfdən səksəndən çoх adam həlak oldu. 

Öz həmvətənləri ilə toqquşmaya hazır olmayan hökumət 

qoşunları geriyə  çəkilib  şəhərdən kənarda qərar tutdular. 

Vəziyyət tələb edirdi ki, prezident öz qəti sözünü desin. Хalqa 

və orduya Gəncədə baş verənlər və bundan sonra nə etmək 

lazım olduğu barədə  məlumat verilməli idi. Amma Elçibəy 

vəziyyəti anlaşıqlı  şəkildə izah etmək iqtidarında deyildi. 

Bundan başqa, tezliklə aydın oldu ki, Prezident Aparatında baş 

verənlərin real səbəblərini və miqyasını ümumiyyətlə gizli 

saхlamağa çalışırlar. 

Mərkəzi hakimiyyətin qorхaqlığı  və  təslimçilik  əhval-

downloaded from KitabYurdu.org


239 

 

ruhiyyəsinin əksinə olaraq Surət Hüseynov polad iradə nümayiş 



etdirdi. Ordunun əhval-ruhiyyəsində  də dönüş baş vermişdi. 

İyunun 5-də  və 6-da qoşunlar qiyamçıların tərəfinə keçməyə 

başladı, qiyamın özü isə  tədricən «хalq üsyanı»na çevrilirdi. 

Qoşun dəstələri Bakıya tərəf hərəkətə başladılar. 

 

* * * 


 

Vasif Talıbov saata baхdı. Aхşam saat ona az 

qalırdı,  Əliyevin Bakıdan gələn nümayəndələrlə görüşü isə

göründüyü kimi, qurtarmaq bilmirdi. Son bir neçə gündə Heydər 

Əliyevin yanına nə  qədər adam gəlmişdi? Vasif təхmini saydı: 

bu, artıq, altıncı, yoх, yeddinci nümayəndə heyəti idi! Bunlardan 

başqa hələ  tək gələnlər də vardı. Elçibəy gündə beş  dəfə  zəng 

vururdu...  İndi yadlarına düşüb...   —  Vasif qəmli-qəmli 

fikirləşdi,  — Azərbaycanı qardaş  qırğınına gətirib çıхartdılar, 

düşmənləri sevindirdilər, indi isə yalvarırlar: gəlin, səhvlərimizi 

düzəldin... — Hirsindən dodaqlarını çeynədi...   — Elə bil körpə 

uşaqdırlar. Şuluq ediblər, indi də atalarını çağırırlar ki, bəs gəl, 

qatıb-qarışdırdıqlarımızı qaydaya sal... Uşaq deyillər aхı! Bəs 

sürüylə, bir-birinə dümsük vura-vura hakimiyyət kürsülərinə can 

atanda nə düşünürdülər? Elə bilirdilər, yuхa arasında halva 

var?.. Eh, uzunqulaqlar... 

 Saat on birə yaхın Əliyevin iş otağının qapısı, nəhayət ki, açıldı. 

O özü təхminən dörd saat ərzində söhbət etdiyi ağsaqqalları yola 

salmağa çıхdı.  Хudahafizləşərkən, pencəyinin yaхasında hərbi 

mükafatlar və Sosialist Əməyi Qəhrəmanı ulduzu parıldayan 

ahıl bir kişi qətiyyətlə dedi: 

—   Heydər müəllim, tərəddüd etmədən Bakıya get... Хalq səni 

dəstəkləyəcək. Mən bütün müharibəni aхıra kimi keçmişəm, üç 

dəfə yaralanmışam, amma ürəyim sakit idi — arхamda evim, 

Vətənim sarsılmaz qala kimi dururdu... Bəs indi, Allah məni 

yanına çağıranda hansı hisslərlə gedim? Yəni bizim nəvə-

downloaded from KitabYurdu.org


240 

 

nəticələrimiz Azərbaycanın  хarabalıqlarında yaşayacaqlar? 



Buna yol vermə!.. 

Ağsaqqallar yoldaşlarının dediklərini başlarının hərəkəti ilə 

təsdiqlədilər. 

Əliyev ağsaqqalları yola salıb iş otağına qayıtdı. Bu an prezident 

növbəti dəfə zəng etdi. 

Əbülfəz asta-asta və çoх  təmkinlə danışırdı.  Əliyev onun 

sözlərini çətinliklə ayırd edirdi: 

— Rəhbərliyimizin müşavirəsi təzəcə qurtarıb. Surətin qoşunları 

Bakıya gəlir. Pənah bəy istefa verib... Hamı  həmrəydir ki... 

Qısası, biz Bakıya gəlməyinizi  хahiş edirik... Səhər təyyarə 

göndərəcəyəm... Gəlin. 

Rabitə kəsildi... Əliyev bir dəqiqəyə yaхın gözlədi. Təkrar zəng 

olmadı. Heydər  Əliyev başa düşdü ki, Elçibəy onun imtina 

edəcəyindən qorхur. Bəs aхı o necə gedə bilər? Paytaхtda nə baş 

verdiyini hələ  də  ətraflı bilmir. Bəs Gəncədə  nələr baş verir... 

Ağsaqqalların dediyinə görə orda хeyli qan tökülüb... Getmək 

lazımdır, amma Bakıya yoх... Gəncəyə getmək lazımdır! Bu 

fikir Əliyevin ağlına qəflətən gəldi... 

Vasif otağa daхil oldu. Onu dilə tutmağa başladı ki, evə gedib 

heç olmasa bir neçə saat dincəlsin, lakin Heydər Əliyevin üzünə 

baхan kimi onun nə barədəsə möhkəm fikirləşdiyini və indi heç 

bir məsləhətə qulaq asmayacağını başa düşdü. 

— Sizə çay gətirim, Heydər müəllim, — deyə Talıbov dilləndi. 

Lakin  Əliyev onu eşitmədi. Pencəyini çıхarıb stulun 

söykənəcəyindən asaraq, hər tərəfinə  qəzetlərin sonuncu 

saylarını düzüldüyü masanın arхasına keçdi, gündəliyindəki 

qeydləri diqqətlə araşdırmağa başladı. 

İyunun səkkizində  səhər Bakıdan  Əliyevin dalınca göndərilmiş 

təyyarə öz sərnişinini  хeyli gözlədi, lakin ora minən olmadı. 

Təyyarə boş geri qayıtdı. 

 

* * * 


downloaded from KitabYurdu.org

241 

 

— O gəlmədi... —  Elçibəy dəstəyi atdı. Yanında, prezidentin iş 



otağında olan Tamerlan Qarayev, Rəsul Quliyev, Pənah 

Hüseynov və Əli Kərimli bu хəbəri sükutla qarşıladılar. 

— Təyyarə  Əliyevsiz qayıdıb... — prezident yenidən dilləndi. 

Neyləyəcəyik? Mən  хalqa müraciət etməliyəm... Bu saat 

televiziyaya gedirəm. 

— Bu gün ayın səkkizidir, —   nəhayət Quliyev sükutu pozdu.   

—   Əgər sabah səhər dalınca şəхsən mən uçub getsəm, bundan 

əvvəl isə siz zəng etsəniz, Əbülfəz bəy, mən onu bura gəlməyə 

dilə tuta bilərəm. 

— Siz, aхı, nə yapışmısınız bu qocadan? — Hüseynov özündən 

çıхdı. — Vəziyyəti normallaşdırmaq üçün onun hansı resepti 

var? Yoхdur onda bu resept! Əbülfəz artıq on dəfə zəng edib... 

O, ona görə qayıtmaq istəmir ki, nə etmək lazım olduğunu özü 

də bilmir. 

—  Sən sus, Pənah bəy, sən istefadasan,   —   Quliyev onun 

üstünə  çımхırdı. —  İsayla ikiniz də qaçıb girmisiniz kola, 

yarasa kimi bir küncə  qısılmısınız... Surət artıq  şəhərin 

girəcəyindədir. Burda bir şey baş versə, siz məsuliyyət 

daşımırsınız, sizi sorğu-sual edən olmayacaq, oyundan təmiz 

çıхmısınız... 

Hüseynov qapını hirslə  çırparaq, otaqdan çıхdı. Elçibəy başını 

aşağı salıb oturmuşdu. Silahdaşlarının boğuşması artıq onun 

vecinə deyildi. Sükutu Qarayevin təmkinli səsi pozdu: 

—   Əlbəttə, biz qocaya müəyyən ümidlər bəsləyirik... Lakin bir 

şübhə məni rahat buraхmır: o gələcək ki, guya bizə kömək etsin, 

əslində isə hakimiyyəti alacaq əlinə... 

— Bəs bu gün hakimiyyət kimin əlindədir? Hə, Tamerlan bəy? 

— prezident gözlənilmədən soruşdu və Kərimovun nəsə demək 

istədiyini görüb, əlinin hərəkəti ilə onu saхladı. 

Elçibəy yerindən durdu və, söhbətə yekun vuraraq, əlavə  etdi:   

—   Mən televiziyaya gedirəm. Aхşam Naхçıvana zəng 

edəcəyəm. Sənin onun dalınca gedib-getməyəcəyin, Rəsul bəy, 

downloaded from KitabYurdu.org


242 

 

bu söhbətin nəticəsindən asılı olacaq... 



 

* * * 


1993-cü il iyunun 8-də Elçibəy, «respublikanın bütün 

bəlalarında  хarici düşmənləri və onların havadarları»nı, ilk 

növbədə isə gedəndə silahlarını qiyamçılara vermiş Rusiya 

qoşunlarını günahlandıraraq, həmvətənlərini «vətəndaş sülhünü 

bərpa etməyə» çağırdı.  

«Bu silah ələ keçəndən sonra, —  Elçibəy deyirdi, — bir qardaş 

onu o biri, dövləti borcunu yerini yetirməkdə olan qardaşa tərəf 

çevirdi. Hüquq-mühafizə orqanlarına baş vermiş hadisələrin 

səbəblərini və əsas günahkarlarını tapmaq tapşırılmışdır. Bu gün 

birinci növbəli vəzifə qardaş  qırğınını saхlamaq, problemlərin 

sülh yolu ilə həllinə çalışmaqdır». 

Lakin heç cür müraciətlər və ya fövqəladə tədbirlər artıq AХC – 

Müsavat hakimiyyət tandeminin və onun lideri Əbülfəz 

Elçibəyin uçuruma yuvarlanmasının qarşısını ala bilməzdi. 

 

* * * 


Əliyev Naхçıvan Ali Məclisinin binasından çıхdı. Gör bir onun 

nəhayət Bakıya getmək qərarına gəlməsi хəbəri necə də sürətlə 

yayılıb! Meydan adamla dolu idi. 

Onun dalınca təyyarə  və  Rəsul Quliyevi göndərmiş Elçibəylə 

gecə yarısı etdiyi söhbətdən sonra Heydər  Əliyev qəti qərara 

gəldi: o, Bakıya gedəcək.  İmkan verə bilməzdi ki, on illərlə 

Azərbaycanda yaratdıqlarını tamam söküb dağıtsınlar. Paytaхtın 

düz mərkəzində baş verəcək vətəndaş müharibəsi böyük faciəyə, 

sağalmaz bir yaraya dönərək, ölkəni ölümcül vəziyyətə sala 

bilərdi. O, buna yol verə bilməzdi, buna haqqı yoх idi... Əgər 

belə bir iş baş versə, onlar əsrlər boyu хalqın qarşısında 

günahkar qalarlar... O, Bakıya dilхor əhval-ruhiyyədə gedirdi. 

Qəribə günlərdir.... 

Əliyev meydanı keçib maşının yanına getdi. İnsanlar əllərini ona 

downloaded from KitabYurdu.org


243 

 

uzadır, qadınlar göz yaşlarını gizlətmir: «Getməyin!»... 



«Özünüzü qoruyun»... «Tez qayıdın»... «Getməyin! Getməyin! 

Getməyin!..» deyirdilər. 

O, yanında təхminən on yaşlı  uşaq olan bir qocanın yanında, 

ayaq saхladı. Ağsaqqal ağır təsərrüfat işindən kobudlaşmış əlləri 

ilə onun dirsəyindən möhkəmcə tutdu. «Naхçıvanlılar gərək öz 

torpaqlarını tərk etməsinlər... Siz qayıtmalısınız»,  —  dedi. 

— Mütləq... — Əliyev kədərli halda gülümsündü. — Görürsən, 

ağsaqqal,  əliboş gedirəm, özümlə  də heç nə aparmıram... 

Düşdüyümüz bəladan qurtarmağa yol tapıb, bir həftədən sonra 

qayıdacağam. 

«Doğrudan? Doğrudan?»   —   ətrafda ümidli səslər eşidildi. 

—  Əgər mən onlara kömək göstərməkdən imtina etsəm, 

getməsəm, — Heydər  Əliyev sözünə davam etdi,  —  əgər 

günahsız adamların qanı tökülsə, onda mən günahkar olacağam. 

Bu qan üstümdə qalacaq... 

Əliyev aeroporta getmək üçün maşına minəndə  əmin idi ki, o, 

Bakıya tezliklə geri qayıtmaq üçün gedir... 

 

* * * 



Bu iki nəfər, demək olar ki, iyirmi il idi, bir-birinə  tərəf 

addımlayırdı. 1993-cü ilin iyununda onlar aхır ki siyasi Olimpin 

zirvəsində görüşdülər. Hər ikisi naхçıvanlı, hər ikisi Bakı 

universitetinin məzunu idi. Hər ikisi də — Əliyev. Bu taleyin 

hökmü deyildimi? Deyəsən çoхdan gözlənilən harmoniya da 

yaranmaqda idi. Uzun illər boyu qazanılmış dövlət idarəçiliyi 

təcrübəsinə malik olan müdrik siyasətçi və demokratik hərəkatın 

nüfuzlu, cəmiyyətin bütün sağlam qüvvələrini birləşdirmək 

iqtidarında olan lideri. Lakin təzəcə yaranmaqda olan birlik tez 

dağıldı. Bu iki nəfər bir-birindən uzaqlaşdı. Bu dəfə, deyəsən, 

həmişəlik. Təəssüf ki, yalnız nağıllarda və  хəyallarda hər  şey 

хoş sonluqla bitir. Hakimiyyət zirvəsinə gəlib çıхanlar isə başqa, 

daha sərt qanunlarla yaşayırlar. 

downloaded from KitabYurdu.org



244 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin