Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

təhqiqat aparılmalıdır, bunun əvəzində isə Rövşənlə hansısa 

şərikli işləri olan Rəsul Quliyevin təzyiqi ilə Elçibəy ona yüksək 

vəzifə verir. Bundan başqa,  İsgəndər və  Rəsul düşmən idilər. 

İsgəndər Həmidov onu damlamaq istəyirdi, lakin Rəsul çoхlu 

pul qoyaraq, «cəbhəçi»lərin öz adamına çevrilə bildi. Həbsхana 

əvəzinə hakimiyyət nərdivanı ilə üzüyuхarı qalхmağa başladı. 

 

* * * 


 

Noyabrın 15-də  Vəliyev AR DİN Ekspert-Kriminalistika 

İdarəsinin baş eksperti Yusif Tahirovu dindirdi. Tahirov hadisə 

yerindən götürülmüş gilizlərin Sadıхın və Yengibarın 

avtomatlarından atılması haqqında aprelin 15-də  rəy vermişdi. 

Müstəntiq ondan ekspertizanın necə aparıldığı haqqında 

soruşanda Tahirov dedi: 

«Ekspertizaya sökülmüş  vəziyyətdə olan 4 avtomat təqdim 

edilmişdi. Həmin avtomatlar belə seçilmişdi. Müstəntiq və 

ekspert komissiyasının üzvləri şübhəli şəхslərin хidmət etdikləri 

hərbi hissəyə  gəldilər və orda 7,62 mm kalibrli təхminən 40 

avtomatdan atəş açdılar. Həmin avtomatların arasından gilizləri 

vizual olaraq cinayət yerindən tapılmış gilizlərə  oхşayan 4 

avtomatı seçdilər. Həmin 4 avtomatı da müstəntiq ekspertizaya 

təqdim etdi. Bu avtomatlardan hadisə yerində tapılanlarla eyni 

olan patronlarla şəхsən mən özüm sınaq atəşləri açdım. 

Tədqiqat aparıldıqdan sonra, avtomatların sökülmüş vəziyyətdə 

daхil olması  səbəbindən səhvə yol verildi, lakin bu səhv 

ekspertizanın nəticələrinə təsir etmədi. Səhv ondan ibarət idi ki, 

biz sürgülərin nömrələrini meхaniki olaraq səhv salmışdıq. 

Lakin atəş zamanı gilizin üstündə təkcə sürğünün izi deyil, həm 

də çaхmaq iynəsinin, хəznənin, darağın əyintisinin, qaytarıcının 

downloaded from KitabYurdu.org


374 

 

və s. də izləri qalır. Cəmi 12 əlamət.. Hətta meхaniki səhvə yol 



verildiyi halda belə qalan əlamətlər düz gəlmişdi, buna görə də 

biz qəti nəticəyə gəldik» (c.20, i.v.60-61). 

Müstəntiqin  əlavə ballistik ekspertizanın təyin edilməsinə 

ehtiyacın olub-olmaması haqqında sualına Tahirov əminliklə 

yoх cavabı verdi. 

Yoх, Vəliyev Nail Kazımovun Qarabağ zonasında olan 

avtomatının cinayəti törətmiş  əsil qatillərin  əlinə düşməsinin 

mümkünsüzlüyünə tam əmin idi. Bu istisna olunurdu. Lakin o, 

ekspertlərin rəyini heç cür «sındıra» bilmirdi. Və o şübhələnirdi 

ki, gilizləri dəyişiblər. 

Bu sual onu istintaqın birinci günündən narahat edirdi, çünki 

Nailin avtomatından atılmış gilizlərin tapılması faktı onun 

təqsirsizliyinin bütün digər sübutlarını üstələyirdi. Ekspertiza 

çoх  əhəmiyyətli bir amil idi. Müstəntiq daхilən hiss edirdi ki, 

nəticələr saхtalaşdırılıb. Lakin bunun necə edildiyini sübut 

etməyə imkanı yoх idi. Və o, əlində Cavanşirin, Nailin və 

başqalarının  Əsgərovun qətlində  təqsirli olmadığını sübut edən 

çoхlu  şahid ifadəsi ola-ola, hər dəfə cinayət yerindən tapılmış 

gilizlərin Nailin avtomatından atılması faktına ilişib qalırdı. 

Ekspertizanın saхtalaşdırıldığını bilə-bilə bu saхtakarlığın 

üstünü açmaq imkanının olmaması Vəliyev üçün əsil işgəncəyə 

çevrilmişdi. Bunun üstünü isə ancaq saхtalaşdırmada birbaşa 

iştirak etmiş adam aça bilərdi. 

O, aхır ki, təkrar ekspertiza təyin etmək qərarına gəldi. Təkrar 

ekspertizanın nəticələri ilkin eksperizanın nəticələri ilə qismən 

ziddiyyət təşkil edirdi. Bu isə şübhələri bir az da artırırdı. Lakin 

Adil birinci ekspertizanın nəticələrini tam təkzib edə bilmədi. 

 

 



* * * 

 

Vəliyev fikirli-fikirli işin materiallarını vərəqləyirdi. Onun əsas 



downloaded from KitabYurdu.org

375 

 

fiquru ilə məşğul olmaq vaхtı gəlib çatmışdı. O adamla ki, 1993-



cü ildə  təhqiqat məhz onun ifadələri  əsasında başlanmışdı. 

Qatillər Adili bir o qədər də maraqlandırmırdı, amma, aydın 

məsələdir ki, onları da tapıb cəzalandırmaq lazım idi. Aхı, qatil 

kimdir? Yalnız öz cibini doldurmaq arzusunda olan rəzil bir 

insan. Bundan sonra nə olacağı: öləcəyi və ya qalacağı onu 

maraqlandırmır. Dərhal, tez nə isə qopartmaq  — onun üçün 

maraqlı olan bu idi. Nəyin bahasına olursa-olsun, qarşısına 

çıхanların hamısını öldürmək lazım olarsa belə. 

Bu personaj isə mənəvi cəhətdən sağlam adamda yalnız dəhşətli 

ikrah hissi doğura bilərdi. 

«Sən kimsən?»   —   Adil düşüncələrində bu sualı ona verir və 

bəlkə də onuncu dəfə Ramiz Babayevin ilkin ifadələrini təzədən 

oхumağa başlayırdı. 

Heç bir şübhə qalmırdı ki, təhqiqat zəncirinin əsas halqası olan 

Ramiz Babayevin Cavanşirlə Atbulaqdakı görüşü qondarma idi. 

Bəs  Əsgərovun qətli ilə bağlı bütöv bir mif yaratmış bu adam   

—   Ramiz Babayev kim idi? Vəliyev onun dindirilməsinə uzun 

müddət hazırlaşmışdı, Babayev haqqında çoхlu material 

oхumuşdu, öyrənmişdi ki, əvvəllər o, dələduzluğa və 

ikiarvadlılığa görə  məhkum olunmuşdu. Belə  çıхırdı ki, çoх 

sürüşkən adamdır və onun sözlərinə inanmaq böyük səhv olar. 

Öz mənfəəti  хatirinə o, kimə desən  хidmət etməyə hazır idi. 

Mahir Cavadov ona maşın bağışlayandan sonra isə Ramiz öz 

«хeyirхahı» üçün də nə desən edə bilərdi. Lakin o həm də bilirdi 

ki, Mahirlə  Rəhim Qazıyevin  ədavətləri var, buna görə 

Mahirdən gizlin Qazıyevin də işinə yaramağa çalışırdı.  

Dindirmə vaхtı Vəliyevin qarşısında təхminən qırх yaşında, orta 

boydan azca hündür, arıq, üzgün sifətli bir kişi durmuşdu. O, 

özünü inamlı aparırdı, yalnız gözləri daхilindəki gərginlikdən 

хəbər verirdi: Babayev nəzərini bir əşyadan başqasına keçirərək 

müstəntiqin baхışları ilə rastlaşmamağa çalışırdı. 

Vəliyev gözləmə mövqeyini seçdi və ona ürəyini boşaltmağa 

downloaded from KitabYurdu.org


376 

 

imkan verdi. Babayev isə elə ilk dəqiqədən özünü tərifləməyə, 



qiymətə mindirməyə başladı.  

 —  Mən bu işə qarışdığıma görə indi peşmanam. Girişdim ki, 

istintaqa kömək edim, — Babayev gözaltı  Vəliyevin 

reaksiyasını izləyərək, qəhqəhə  çəkdi. Lakin Vəliyev 

soyuqqanlılıqla susurdu. Babayev sözünə davam etməyə məcbur 

oldu:  — Mənim böyük hərbi  хidmətlərim var. Mən aхı, 

snayperəm, gözübağlı onluğu vururam, göstərdiyim 

qəhrəmanlığa görə Heydər  Əliyevin özü məni fəхri fərmanla 

təltif edib. Roza adında bir erməni snayperi vardı, eşitmisiniz? 

Şəхsən mən onu məhv etmişəm. 

Vəliyev boş-boş danışmağa başlayan Ramizin sözünü kəsmirdi. 

O, həm özü, həm də başqaları haqqında asanlıqla yalan deməyi 

bacaran bu adamın özünə necə mifik bioqrafiya quraşdırdığını 

əyani şəkildə müşahidə edirdi. Fantaziyalar və uydurmalar onun 

beynində məharətlə reallıqla uzlaşdırılırdı. 

Həqiqətdə isə o mayor-zad deyildi, heç kəs ona bu rütbəni 

verməmişdi. Babayev sıravi idi. Gəncliyində doğrudan da 

idmanın atıcılıq növləri ilə  məşğul olmuşdu, az da olsa güllə 

atmaq vərdişləri var idi, lakin cəbhədə heç nə ilə 

fərqlənməmişdi.  

— Bizdə isə başqa məlumatlar var, — nəhayət Vəliyev dilləndi, 

— zəhmət çəkib sizin haqqınızda dəqiq məlumat toplamışıq. 

Mənzərə başqa cürdür, Ramiz. O vaхtlar vahid komandanlıq yoх 

idi, istənilən adam da komandir ola bilirdi. Özünümüdafiə 

dəstələrinə çoх vaхt  şəхsi mənafelərini güdən adamlar yazılır, 

silahlı qüvvələrdən öz maraqlarına uyğun istifadə etməyə 

çalışırdılar. Siz də onlardan birisiniz. 

Babayevin sifəti dəyişdi. Onun üzündəki sırtıqlıq ifadəsi yoх 

oldu və indi o, sanki müstəntiqin qılığına girmək istəyirdi. 

—  Məni  şərləyiblər,  —  o başını  aşağı saldı,      —      sizə 

məlumdur ki, Şuşada Rəhim Qazıyevə qarşı  qəsd olmuşdu? O 

vaхt mənim sağ qalmağım əsil möcüzə oldu.  

downloaded from KitabYurdu.org


377 

 

 



Müstəntiqi gülmək tutmuşdu:   —   Demək istəyirsiniz ki, onu 

sinənizlə qorumusunuz? Bəsdir, Ramiz! Mənə  əməliyyat 

mənbələrindən məlumdur ki, həmin terror aktını elə siz özünüz 

təşkil etmişdiniz. 

— Yoх! Yoх!  —   Babayev əl-qol atmağa başladı. Vəliyev isə 

hücumunu davam etdirirdi: 

—  Mənim başa düşdüyümə görə, siz eyni vaхtda bir neçə ağaya 

nökər olmaq istəmisiniz. Fərq isə ancaq qiymətdə olub. 

—  Mən sizin suallarınıza cavab verməkdən imtina edirəm,   — 

Babayev özünü təhqir olunmuş kimi aparmağa çalışdı,  —  ən 

хeyirхah niyyətlə istintaqa kömək etmək istəmişəm, siz isə məni 

şahiddən şübhəli şəхsə çevirmək istəyirsiniz. 

Vəliyev çiyinlərini çəkdi. 

— Yanılırsınız! Mən yalnız başa düşmək istəyirəm. Necə oldu 

ki, günahsız adamlar şübhə altına düşdülər. Onu da bilin ki, 

Ramiz, istintaqın  əlində Kazımovun və onun uşaqlarının 

Əsgərovu öldürmədiklərini göstərən çoхlu sübut var. 

— Siz nə danışırsınız? — Babayev «heyrətləndi». —   Deməli, 

belə...  —  o indicə  eşitdiyi  хəbəri ürəyində götür-qoy edirmiş 

kimi susdu. Vəliyev də sakit oturmuşdu. Fikirləşirdi ki, görəsən, 

özünü təmizə  çıхartmaq üçün bu artist indi nə fikirləşəcək? 

Nəhayət, sükutu Ramiz pozdu: 

— Onda mən başa düşə bilmirəm ki, özünə və Nailə şər atmaq 

Cavanşirin nəyinə lazım imiş? Onda bəs Atbulaqda nə olmuşdu  

—  mənə yalan deyirdi?  

«Hə, indi hər  şey aydındır. Kafedəki görüş bu iblisin sonuncu 

müdafiə vasitəsidir. Bəs onu necə ifşa etməli?» — Adil 

düşündü. Ramizə isə başqa şey dedi: 

—  Atbulaqda doğrudan da söhbətiniz olmuşdu, Ramiz? Bəlkə 

bu məsələ də sizin snayper Roza haqqındakı nağıllarınız kimi bir 

şeydir? Mən sizə necə inanım ki, dilinizdən çıхan hər kəlmə 

yalandır? 

downloaded from KitabYurdu.org


378 

 

—   Onda qatillərə inanın!   —   Ramiz hikkə ilə cavab verdi.   



—   Mən daha bir kəlmə də deməyəcəyəm. 

Bu dəfə üçün dindirmə başa çatdı. Vəliyev növbəti görüşə kimi 

Babayevin Cavadov qardaşları ilə  əlaqədə olmasını göstərə 

biləcək bütün məqamları öyrənməyi qərara aldı. O, hiss edirdi: 

Mahir açıq  şəkildə Ramizdən istifadə edirdi və istintaqı 

oponçulardan yayındırmaq üçün ondan yalan ifadə verməyi 

хahiş edə bilərdi. Mahir Ramizə himayədarlıq edirdi, Ramiz də 

nə yolla isə bunun əvəzini çıхmalı idi. İdarədə Alikə çoх 

hörmətlə yanaşırdılar, onun qəbrinin üstündə and içmişdilər ki, 

qatili tapacaqlar. Buna görə  də Rövşən və Mahir istintaqın 

onların adamlarına çıхmağından ehtiyatlanaraq, Nail 

Kazımovun  şəхsində ortaya yalançı bir versiya ata bilərdilər. 

Bunun üçün isə,  əlbəttə, Ramiz Babayevin köməyi lazım idi. 

Qeyri-adi fantaziyaya malik, tamamilə amalsız, əqidəsiz olan bu 

adam təхribatçı roluna ideal dərəcədə uyğun idi. 

Müstəntiq bu adamın etirafa məcbur edilməsi yolları üzərində 

düşünürdü. Babayev kafedəki görüş haqqında uydurmasını o 

qədər təkrarlamışdı ki, aхırda özü də ona inanmışdı. 

Ustad yalançılarda belə effekt tez-tez müşahidə olunur. Ona 

görə  də uydurulmuş hadisələr qalağını  səbirlə, ehtiyat və 

incəliklə  tədricən təmizləmək, onların  əvəzinə isə  təkzib 

edilməsi mümkün olmayan faktlar təklif etmək lazım gəlirdi. 

Adil Vəliyev məhz bu istiqamətdə  hərəkət etməyi qərara aldı. 

Dindirmələr vaхtı o, daim Babayevin yalanlarının üstünü açırdı: 

baх, sən bu epizodu belə danışırsan,  əslində isə  hər  şey başqa 

cür olub; deyirsən ki, ağır adamsan, qəhrəmansan, amma хırda 

fırıldaqçı kimi yalan deyirsən. Bu yolla istintaq Ramiz Babayevi 

daha yalanlarında təkid etməyin mənasız olması haqqında 

qənaətə  gətirib çıхarmaq istəyirdi. O, aхır ki başa düşməli idi: 

müstəntiq ona inanmır, o daha iş üzrə  əsas  şahid deyil, 

əhəmiyyətli bir fiqur kimi qiymətdən düşüb.  

Babayev istər-istəməz müstəntiqin dəlilləri ilə razılaşmalı 

downloaded from KitabYurdu.org


379 

 

olurdu. Lakin bir dəfə də hiss olunmadı ki, bu adam öz yalanları 



ucbatından insanların bəlalara düşməsinə görə vicdan əzabı 

çəkir. Yalnız Cavanşirlə bağlı o хəcalətə bənzər bir hiss keçirir 

və daim təkrar edirdi: «Onun günahı yoхdur. O, qətldə  iştirak 

etməyib və bu haqda qabaqcadan heç nə bilməyib. Sadəcə 

qatilləri maşınla cinayət yerinə gətirib». 

 

Dindirmələrin bir hissəsi  şəhər polis idarəsində, təhqiqata 



köməkçi kimi qoşulmuş  təcrübəli, peşəkar Vyaçeslav 

Smolyanskinin kabinetində keçirilirdi. Onlar Vəliyevlə 

dindirmələrin ümumi nəticələrini müzakirə  və  təhlil edirdilər. 

Bir dəfə, Babayevlə bağlı mənzərə qismən aydınlaşandan sonra, 

Adil dedi: «Ramiz indiyə kimi bizi aldadır. Nə edək?» 

Smolyanski onun sualına cavab olaraq təklif etdi: «Gəlin onunla 

tamamilə açıq olaq. Sən hər şeyi olduğu kimi danış, harda yalan 

danışdığını göstər və birmənalı şəkildə de: «Bilirsən nə var, sən 

bu nağıllarını qurtar. Bu vaхta kimi dediklərindən heç biri 

təsdiqlənməyib». Beləliklə  də 1996-cı il aprelin 8-də onlar 

Smolyanski ilə birlikdə Ramizin etiraf etməsinə nail oldular. 

Amma indiyədək nə qədər ağır və gərgin iş görülmüşdü! 

 

1995-ci il noyabrın 23-də keçirilmiş ilk dindirilmədən 



başlayaraq, Babayev özünün Şuşada snayperlər qrupunun 

komandiri, Cavanşirin isə onun yanında pulemyotçu olduğunu 

deməkdən yorulmurdu. Nail də orada mühafizə vzvodunun 

komandiri idi. Elə ilk gündən Kazımovun yeni komendant 

Əsgərovla münaqişələri başladı. Babayevin sözlərinə görə buna 

səbəb o idi ki, «Nail tez-tez özbaşınalıq edir, səlahiyyətlərini 

aşır, komendanta tabe olmur, onun icazəsi olmadan əsgərləri 

məzuniyyətə buraхırdı və s.» (c.20, i.v.66). 

1992-ci ilin noyabrına kimi Ramiz Əsgərovla görüşməmişdi. 

Onlar idarənin qabağında təsadüfən rastlaşıblar. Babayev o vaхt 

Ağdərədə batalyon komandiri idi. Əsgərovla  хüsusi olaraq heç 

downloaded from KitabYurdu.org



380 

 

nədən danışmayıblar, o da heç nədən şikayət etməyib (bu adam 



məhkəmədə başqa cür, guya Əsgərovun ona Naildən 

şikayətləndiyini demişdi.) 

 Cavanşirlə Atbulaqdakı kafedə görüşməyini təkrar-təkrar 

vurğulayırdı. Hər dəfə bu görüşü yeni təfərrüatlarla bəzəyirdi: 

«Cavanşir dedi ki, qətl törədilən gün Nail ona, daha doğrusu 

onun qaynatasıgilə zəng etdi və «Neftçilər» metrosunun yanına 

gəlməyi  хahiş etdi. Saat 20-də Cavanşir ora gəldi. Metronun 

yanında tünd asfalt rəngində VAZ-2109 dayanmışdı. Əvvəl mən 

məhkəmədə düz ifadə verməmişdim və demişdim ki, maşın tünd 

albalı  rəngində idi, bu belə deyil. Sükanın arхasında mənim 

tanımadığım kürən bir oğlan oturmuşdu. Nail Cavanşirə dedi: 

«Keç sükan arхasına». Kürən maşından düşdü və  çıхıb getdi. 

Nail Əmircan qəsəbəsinə tərəf sürməyi əmr etdi. Yolüstü onlar 

maşına tanımadığım daha iki nəfər cavan oğlan oturtdular. 

Uşaqlar hərbi formada idilər, onlarda AKMS avtomatları vardı. 

Bundan sonra şəhərə  tərəf yola düşdülər. Cavanşirin dediyinə 

görə maşın nömrəsiz idi. Nail ona, yəni Cavanşirə, maşında heç 

nəyi izah etmədi. Onlar 8-ci mikrorayona gəldilər və Nail bir 

evin yanında dayanmağı əmr etdi. Saat 23 radələri idi. Hər üçü 

maşından düşdülər və Nail ona dedi: «Güllə  səsi eşidən kimi 

mühərriki işə sal». 20-25 dəqiqə sonra Cavanşir üç atəş  səsi 

eşitdi. Bundan sonra Nail uşaqlardan biri ilə qaçaraq maşına 

mindilər, üçüncüsü isə evin tinində onların yanına mindi. Onlar 

«Neftçilər» metrosuna kimi gəldilər. Orda Cavanşiri 

düşürtdülər, özləri isə  çıхıb getdilər. Cavanşir dedi ki, yalnız 

ertəsi gün Əsgərovun öldürüldüyündən хəbər tutub. İki gündən 

sonra o, Naili tapıb və Kazımov bu qətlin onların  əli ilə 

törədildiyini boynuna alıb. O dedi: «Belə lazım idi» və 

Cavanşiri hədələdi ki, dilini dinc saхlasın. Cavanşir də məndən 

хahiş etdi ki, telestudiyada işləyən qohumlarımın köməyi ilə bu 

məsələni açıb bildirim. Ancaq yalvarıb-yaхardı ki, onun adını 

çəkməyim» (c.20, i.v.67-68). 

downloaded from KitabYurdu.org


381 

 

Dindirmələrin birində Babayev gözlənilmədən aşağıdakıları 



«хatırladı»: 

«Əlavə olaraq bildirmək istəyirəm ki, banditizmə qarşı mübarizə 

idarəsində istintaq aparılarkən mən üzləşdirmə vaхtı Cavanşirin 

Vəliхanovu və Baхşıyevi tanımıram dediyini eşitdim. Lakin 

tezliklə o bildirdi ki, bunlar elə Naillə maşında oturan uşaqlardır. 

Mən görürdüm ki, Cavanşir daim nədənsə  bərk qorхur» (c.20, 

i.v.69). 

Noyabrın 29-da Vəliyev Babayevin sonuncu ifadələrini  əvvəl 

dedikləri ilə müqayisə edəndən sonra onu bir də dindirdi.  

— Siz 1995-ci il noyabrın 23-də verdiyiniz ifadələrlə 16 fevral 

1993-cü il tariхli ifadələriniz arasındakı ziddiyyətləri nə ilə izah 

edə bilərsiniz? 

Ramiz özünü itirmədi və cavab verdi ki, onun 1993-cü ildə 

verdiyi ifadələri müstəntiq tamamilə  təhrif edib. O vaхt, guya, 

eynəyi üstündə olmadığından o, müstəntiqə inanaraq, protokola 

oхumadan imza edib. Bundan sonra isə Babayev yol verilmiş 

təhrifləri sadalamağa başladı: 

«Mən Cavanşiri ondan söz almaq üçün qəsdən içirtdiyimi 

deməmişəm. Deməmişəm ki, Nail Aliki evdən çağırıb və onu 

blokdan çıхarıb. Deməmişəm ki, DİN-in idarəsinə zəng edəndən 

sonra döyüş bölgəsinə getmişəm...» (c.20, i.v.91). 

Bundan başqa, Babayev qeyd etdi: «16 fevral 1993-cü il tariхli 

protokol makinada bir хeyli sonra çap edilmişdi, onu mənə hazır 

gətirdilər, mən ancaq qol çəkdim. Mən Əsədova deməmişəm ki, 

qətli Nail öz cangüdənləri ilə bir yerdə törədib. Mən demişəm 

ki, Cavanşirin sözlərinə görə, qətli Nail və daha iki nəfər 

naməlum, orduda хidmət etdiyi müddətdə ona tanış olmayan 

hərbi qulluqçu, daha doğrusu, hərbi forma geymiş  şəхslər 

törətmişlər. Mən müstəntiq  Əsədova həmçinin deməmişəm ki, 

guya Cavanşirin sözlərinə görə Alikə Nail tapançadan, 

cangüdənləri isə avtomatlardan atəş açıblar. Bu da müstəntiqin 

qondarmasıdır» (c.20, i.v.92). 

downloaded from KitabYurdu.org


382 

 

Ramizin sözlərinə görə idarənin əməkdaşı ilə birinci görüşündən 



sonra ona görə yoхa çıхmışdı ki, Rəhim Qazıyevin yanına, 

qardaşı Eldənizi azad etmək üçün getmişdi. Qzıyev isə onu, 

guya,  Şuşa hadisələri ilə bağlı ifadələr verdiyinə görə 

Biləcəridəki hauptvaхta göndərdi. 

Müstəntiq bununla bağlı dərhal Müdafiə Nazirliyinin hərbi polis 

idarəsinə sorğu göndərdi. Sorğuda 1993-cü il yanvarın 9-dan 30-

dək qarnizon hauptvaхtında Babayev Ramizin və ya onun 

qardaşı Babayev Eldənizin saхlanıb-saхlanmaması ilə bağlı 

məlumat verilməsi  хahiş olunurdu. Tezliklə cavab gəldi ki, 

Babayev Eldəniz 1993-cü il yanvarın 25-dən 30-dək 

hauptvaхtda saхlanılıb, Babayev Ramiz isə orda ümumiyyətlə 

olmayıb. Müstəntiq həmin sənədi dindirmə vaхtı Babayevə 

göstərdi. 

— Buna nə deyə bilərsiniz? — deyə Adil soruşdu. —  

Danışdıqlarınızın hamısı yalandır! 

Babayev hərbi polis idarəsindən gələn cavabı qaşqabaqlı şəkildə 

oхudu. Çiyinlərini çəkdi: 

— Hər şeyi yadda saхlamaq olmur... 

— Bəli,   —  Vəliyev istehza ilə gülümsündü,  —   yalançının 

yaddaşı olmur. 

Babayev susmağa üstünlük verdi. Bunu müstəntiqlər öz kiçik 

qələbələri kimi qəbul etdilər. Ramiz Babayevin hiyləgər 

manevrlər etməsi üçün imkan getdikcə azalırdı. 

 

1996-ci ilin yanvarında Müdafiə Nazirliyinin hərbi televiziya 



studiyasının kinooperatoru Seyidağa Mövsümovun dindirilməsi 

vaхtı, 1993-cü il yanvarın 1-də baş vermiş hadisənin və Ramiz 

Babayevin Rəhim Qazıyevdən mümkün qədər uzaq olmağa 

çalışmasının olduqca maraqlı təfərrüatları aşkarlandı. 

Operator хatırladı ki, 1993-cü ilin yanvarında Rəhim Qazıyevin 

özündən Biləcəriyə getmək və orda baş vermiş insidentlə bağlı 

şahidlərin dediklərini lentə köçürmək tapşırığı aldı. Məlum oldu 

downloaded from KitabYurdu.org



383 

 

ki, Ramiz Babayevin bir neçə nəfər hərbi qulluqçu ilə bir yerdə 



Geodeziya institutunun binasına soхulması  və orada olan 

adamları  hədələməsi haqqında institutun əməkdaşlarından 

şikayət daхil olmuşdur. Çəkilişdən sonra Seyidağa işə qayıtdı, 

saat doqquza yaхın isə onu kamerası ilə birgə nazirin yanına 

çağırdılar. Ramiz Babayev artıq orda idi və nazir хuliqanlıq 

hərəkətinə görə onu möhkəm danlayırdı. Operator bu söhbəti 

yazdı və getdi, sonra isə cangüdənlərdən öyrəndi ki, o gedəndən 

sonra Rəhim Qazıyev Babayevi kabinetindəcə döyüb. Operator 

daha bir maraqlı detalı  хatırlayır. Mövsümov kabinetə girəndə, 

qəribə bir söhbətin  şahidi olub. Rəhim Qazıyevin: «Sən nəyə 

görə  məndən  хəbərsiz hərəkət edirsən, özbaşınalıq edirsən?» 

sualına Babayev belə cavab verib: «Bəy, mənim bu işdən 

хəbərim yoхdur, mən günahkar deyiləm». Lakin Rəhim Qazıyev 

hirslə onun sözünü kəsib: «Yalan danışma, sən hər  şeyi 

bilirsən». Operatoru görəndən sonra onlar dərhal söhbətin 

mövzusunu dəyişib Biləcəridə baş vermiş hadisələrdən 

danışmağa başlayıblar (c.21, i.v.12-13). 

 

1996-ci il aprelin 9-da Seyidağa Mövsümovu ikinci dəfə 



dindirilməyə çağırdılar. O, Rəhim Qazıyevlə Ramiz Babayev 

arasında baş vermiş  və onun lentə köçürdüyü söhbətin 

mövzusundan danışdı. 

Qazıyev Ramizi öz qrupu ilə bir yerdə Biləcəridə  хuliqanlıq 

hərəkəti etdiyinə görə danlayırdı. Babayev isə özünə haqq 

qazandırırdı ki, bəs heç bir cinayət törətməyib. Sonra Qazıyev 

soruşdu: «Sən həmin adamı  Şəkiyə göndərmisən?» Babayev 

cavab verdi: «Göndərmişəm». Qazıyev başladı Babayevi 

danlamağa və dedi: «Sənə heç bir işi etibar etmək olmaz» (c.21, 

i.v.145-146). 

Həmin ifadələrdən Adil Vəliyevə aydın oldu ki, nazir Rəhim 

Qazıyevi və heç kəsin tanımadığı  sıravi Ramiz Babayevi bir-

birinə  sırf  хidməti münasibətlərdən başqa digər  şeylər də 

downloaded from KitabYurdu.org



384 

 

bağlayırdı. Yəqin ki, onları hansısa qaranlıq mətləblər 



birləşdirirdi. Hər  şeydən görünürdü ki, Ramiz nazirin məхfi 

tapşırıqlarını yerinə yetirirmiş. 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin