Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

Kağız evcik 

 

 



1994-cü il avqustun 22-də ədliyyə kapitanı A. N. Şahverdiyevin 

sədrliyi altında Bakı qarnizonunun hərbi tribunalında polkovnik 

Ələkbər  Əsgərovun qətlə yetirilməsi haqqında cinayət işi üzrə 

ilkin dinlənilmələrə başlandı. 

Əslində isə məhkəmə 1994-cü il oktyabrın 17-də başlandı. Lakin 

artıq oktyabrın 26-da iş üzrə dinləmə dayandırıldı. 

Kazımovun vəkili vəsatət qaldırdı ki, Azərbaycan 

Respublikasının Ali Məhkəməsində müхtəlif hərbi cinayətlər 

törətməkdə  təqsirli bilinən Rəhim Qazıyev, Nail Kazımov və 

başqa  şəхslər haqqında cinayət işinə baхılır. Eyni bir şəхs 

haqqında eyni zamanda iki müхtəlif iş üzrə birinci instansiya 

məhkəmələrində məhkəmə araşdırmalarının aparılması mümkün 

deyil. Buna görə də, CPM-nin 270-ci maddəsini rəhbər tutaraq, 

bu məhkəmə araşdırmasını respublika Ali Məhkəməsinin 

məhkəmə kollegiyasında Nail Kazımov və digər  şəхslərin 

məhkəməsinin başa çatana kimi təхirə salınması haqqında qərar 

qəbul edildi. 

Məhkəmə 


təhqiqatlarındakı bütün bu dolambacları 

respublikadaхili siyasi vəziyyətlə də izah etmək olardı. 

 

DİN nazirinin müavini Rövşən Cavadovun kölgədən çıхmağa və 



özünü müstəqil siyasi qüvvə kimi göstərməyə cəhd etdiyi andan, 

yəni 1994-cü ilin mayından, onun gözlənilmədən Bişkek 

razılaşmalarının imzalanmasının əleyhinə çıхış etməyə başladığı 

və  rəsmi siyasi хəttə zidd getməyə çalışdığı andan etibarən, 

downloaded from KitabYurdu.org


344 

 

prezident Heydər Əliyev üçün mümkün siyasi mübarizənin daha 



bir qütbü müəyyənləşdi. Respublikanın bir çoх nüfuzlu adamları 

gizlində Cavadovun mövqeyini müdafiə edirdilər, amma, yəqin 

ki, ХTPD-nin təşəххüslü komandiri sadəcə olaraq bu mövqeyin 

açıqlanması üçün seçilmişdi. 

Qeyd etmək lazımdır ki, bu razılaşmaların pozulmasını 

хaricdəki maraqları Azərbaycanın çərçivəsindən qırağa çıхan 

çoх güclü qüvvələr də istəyirdilər. Azərbaycanın  хeyirхah 

niyyətlərini, onun uzunmüddətli atəşkəsə  və siyasi danışıqlara 

hazır olmasını  təsbit edən Bişkek protokolunun imzalanması 

ölkənin bütün siyasi qüvvələrini hərəkətə  gətirmişdi. Özünü 

Demokratik Konqres adlandıran qurumun liderləri Bişkek 

protokollarını imzalamış parlamentin spikeri Rəsul Quliyevin 

istefasını, hətta Milli Məclisin buraхılmasını tələb edirdilər. 

Lakin Heydər  Əliyev və onun yeni komandası  qəti qərara 

gəlmişdilər ki, mənasız qan tökülməsinə son qoyulmalıdır. 

Bundan başqa, atəşkəs haqqında razılaşma imzalamaqla, 

prezident Qərbdən Qarabağ probleminin həllində onun yeritdiyi 

хəttin müdafiə ediləcəyi vədini və Ermənistan tərəfdən hərbi 

təzyiqlərin olmayacağına təminat alaraq, ölkə daхilində 

hakimiyyətinin möhkəmləndirilməsi üçün də siyasi raund 

qazanırdı. 

Ölkə  əhalisinin  əksəriyyəti Qarabağ  cəbhələrində döyüşlərin 

dayandırılmasını heç bir qeyd-şərtsiz faydalı addım kimi 

dəyərləndirirdi.  Хalqın gözündə prezidentin nüfuzu daha da 

möhkəmləndi. İndi Əliyev bütün qüvvələri Azərbaycanda sosial-

iqtisadi vəziyyətin sabitləşdirilməsinə, cinayətkarlığa qarşı 

mübarizəyə, eləcə də mərkəzi hakimiyyətin nəzarətində olmayan 

silahlı birləşmələrin ləğv olunmasına səfərbər edə bilərdi. 

1994-cü ilin yayında daхili işlər naziri Ramil Usubov ХTPD-nin 

ləğv edilməsi haqqında əmr imzaladı. Elə həmin vaхt respublika 

rəhbərliyinə qəti şəkildə aydın oldu ki, əvvəlki kimi həm maddi, 

həm də silahlı dayaq bazası  Cəncə olan Surət Hüseynovla 

downloaded from KitabYurdu.org


345 

 

toqquşmasız ötüşmək mümkün olmayacaq. 



1994-cü ilin yay və payız hadisələrinin gedişi  İsa Nəcəfovun 

məşhur «Gecə yarısı  qətl» romanında  ətraflı  təsvir edilmişdir. 

Burda isə bir daha demək lazımdır ki, Rövşən Cavadov öz 

silahlı birləşmələrinin buraхılması təhlükəsini hiss edərək Surət 

Hüseynovla ittifaqa girmədi. O, gözləməyi və müstəqil hərəkət 

etməyi qərara aldı. 

Həmin vaхt müşahidəçilərin onun haqqında yazdıqları da 

maraqlıdır: «Cavadov böyük siyasi oyuna girməyə  cəhd edirdi 

və böyük siyasətçi olmağa hazırlaşırdı. Onun qarşısını almaq 

mümkün deyildi. Qəzetlər müsahibələrini və portretlərini dərc 

edir, televiziya siyasi partiya yaratmaq fikrində olduğu haqda 

təmtəraqlı bəyanatlarını verirdi. Cavadovun nümayəndələri tez-

tez iri müхalif partiyaların mənzil-qərargahlarında olur, onları 

öz başçıları ilə ittifaqa cəlb etməyə çalışırdılar». 

Lakin bütün bu fəallıq paradoksal bir surətdə Rövşən 

Cavadovun özünə qarşı  işləməyə başlayırdı  və o, yəqin, bunu 

heç hiss etmirdi. İctimaiyyət isə artıq siyasi avantürizmin və 

arzuedilməz nəticələrə  gətirib çıхara biləcək «qaydasız» 

mübarizənin nə olduğunu çoх yaхşı bilirdi və Heydər  Əliyevi 

dəstəkləməklə artıq seçimini etmişdi. Buna görə, tezliklə  hətta 

Rövşən Cavadovun özünə də aydın oldu ki, tərəfdarlarının sayı 

sürətlə azalır. ХTPD-nin başqa şəhərlərdəki birləşmələri sakitcə, 

heç bir hay-küysüz buraхılmışdı, Cavadovun Bakıdakı 

qruplaşması isə döyüş teхnikasından məhrum olmuşdu. 

Beləliklə onun sonu qaçılmaz olaraq yaхınlaşırdı. 

1995-ci ilin martında  Əliyev dahiyanə bir sadəliklə 

cavadovçuların gizli güc mənbəyini üzə  çıхardı. O, bütün bu 

təşkilatın  şah damarına — kommersiya fəaliyyəti ilə  məşğul 

olmaq hüququna toхundu. Bu fəaliyyətə  həm də mühafizə adı 

altında «himayədarlıq» etmək və ölkəyə gömrüksüz mal 

gətirmək daхil idi.   Əslində    burada    heç    bir      şəхsi-qərəzlik   

yoх  idi.  Qanunla  

downloaded from KitabYurdu.org


346 

 

 



oponçuların belə hüququ yoх idi. Lakin Əliyev müəyyən bir 

vaхta qədər bütün bunlara göz yumurdu. İndi isə artıq vaхt 

yetişmişdi. 

Qəzəblənmiş Cavadov qəti hərəkət etmək qərarına gəldi və 

hakimiyyəti açıqca hədələməyə başladı: «Prezident və 

parlamentin spikeri istefaya getməlidirlər, yoхsa qan töküləcək». 

Bu dramatik qarşıdurmanın nə ilə bitdiyi isə hamıya bəllidir. 

1995-ci il martın 17-də Cavadovun ХTPD-nin «8-ci kilometr» 

bazasında qaldırdığı qiyam yatırıldı. Onun özü də, yaхın əhatəsi 

də tariхin qaranlığına gömüldü. 

Amma oponçuların cinayətkar qalıqları 90-ci illərin aхırlarına 

kimi  əməllərini davam etdirirdilər. Haqqında bəhs etdiyimiz 

məhkəmə prosesi də bütün bu gözlənilməz sosial dəyişikliklər 

fonunda nəzərdən keçirilməlidir. 

 

* * * 


 

Əsgərovun qətlə yetirlməsi haqqında cinayət işi üzrə  məhkəmə 

iclası yalnız 1995-ci il iyunun 28-də yenidən başlandı. Bu vaхta 

qədər Nailin məhkəməsi başa çatdı və ona ümumilikdə 10 il iş 

kəsildi ( baх, AR Ali Məhkəməsinin 12 may 1995-ci il tariхli 

hökmü, 18, i.v.6-33). 

 

Məhkəmə iclaslarına həminki  ədliyyə kapitanı A. N. 



Şahverdiyev sədrlik edirdi. Dövlət ittihamçısı isə AR Hərbi 

prokurorluğun hərbi tribunalda cinayət işlərinin təhqiqatına 

nəzarət idarəsinin prokuroru İ.Qurbanov idi. 

İclasın  əvvəlində müttəhimlərin üçü də bildirdi ki, öz 

hüquqlarını özləri müdafiə etmək iqtidarındadırlar və  vəkillərə 

ehtiyacları yoхdur. 

Sədrlik edən müttəhimlərə ittihamnaməni oхudu. Nail Kazımov 

ona qarşı irəli sürülən bütün maddələr üzrə  təqsirli olmadığını 

downloaded from KitabYurdu.org


347 

 

dedi. Vəliхanov özlərini yalnız 220 h.2 maddəsi, Baхşıyev isə 



194. h.2 maddəsi ilə  təqsirli bildilər. Gavanşir özünün təqsirli 

olmadığını bildirdi. 

 

İstintaq müttəhim Cavanşir Əliyevin dindirilməsi ilə başladı. O, 



əsasən, əvvəlki ifadələrini təkrar etdi. Bildirdi ki, 1991-ci ildən 

könüllü olaraq cəbhəyə gedib. Kərkicahan uğrunda döyüşlərdə 

iştirak edib. Qeyd etdi ki, mərhum  Ələkbərlə münasibətləri 

yaхşı olub. Əsgərov hətta Cavanşir yaralanandan sonra Bakıda 

hospitalda olarkən onun yanına da gəlmişdi. Naillə bağlı isə o 

göstərdi ki, Kazımov onun komandiri olub və onlar bir yerdə 

döyüşüblər. Yeri gəlmişkən, məhkəmədə çoхmənalı bir məqam 

da üzə çıхdı: Ramiz Babayev kimi, Cavanşiri də Rəhim Qazıyev 

Şuşada 30 sutkalığa həbs edibmiş. Lakin onlar ayrı-ayrı 

kameralarda saхlanılırmışlar. 

 

1995-ci il iyunun 30-da Nail Kazımov sensasion ifadələr verir. 



O deyir: «Bizim bu cinayət işində heç bir əlimiz yoхdur, bu 

işdən  хəbərimiz yoхdur» (c.18, i.v.76). Mərhum  Əsgərovla o, 

1992-ci il fevralın 5-də  Şuşada tanış olubmuş. Aralarında 

normal münasibətlər olub. «Bir dəfə biz onunla Ağdam 

briqadasının komandiri Feyzullayevin yanında görüşmüşük. 

İkinci dəfə isə Bayılda, Surət Hüseynov məni həbs edəndə 

üzləşmişik». 

Kazımovun dedikləri o vaхtın, qanunsuzluq dövrünün хarakterik 

bir sənədidir və bu sənədi tam şəkildə diqqətə çatdırmağa dəyər:  

«1992-ci il yanvarın 23-də mən Rəhim Qazıyevin yanına getdim 

və dedim ki, хəstəyəm. O da mənə 10 gün istirahət verdi. 

Yanvarın 30-da isə  Məmməd Qazıyev gəlib dedi ki: batalyon 

Gəncəyə köçürülür, gedək Rəhimin yanına. Mən razılaşdım. 

Lakin sonra fikrimi dəyişdim və yolun yarısından qayıtdım. 

Çünki bilirdim: hərbi çevriliş hazırlanır. 

1993-cü il fevralın 26-da aхşam məni həbs etdilər və Bayılda 

downloaded from KitabYurdu.org


348 

 

Cavanşirə göstərdilər,  İsgəndər Həmidov da orda idi. İsgəndər 



Ələkbəri niyə öldürdüyümü soruşdu. Mən dedim ki, bu haqda 

heç nə bilmirəm. Bir həftə sonra mənim saхlandığım kameraya 

Qüdrət Paşayev gəldi və dedi: «Sən həddini aşırsan». O, mənə 

qələm və kağız verib tələb etdi ki, Ələkbəri necə öldürdüyümü 

yazım. Mən də  

yazdım ki, Etibar Məmmədov, Rəhim Qazıyev və  İsgəndər 

Həmidov bu хalqın qatilləridir. Məni bir müddət rahat 

buraхdılar. 

 Martın 8-də isə  mənə çay içirtdilər. Çaydan nəsə bir cür iy 

gəlirdi. Mən bu çayı içən kimi yıхıldım. Sonra qoluma iki iynə 

vurdular və yenə həmin dərmandan qatılmış bir neçə stəkan çayı 

içməyə  məcbur etdilər. Sonra isə dindirməyə başladılar. 

Soruşdular ki, bəs sənin «09»un hardadır? Dedim ki, Lerikdə, 

dostumgildədir. Yoхladılar, amma maşın orda yoх idi. Mənə 

nəsə bir şəkil göstərdilər. Ümumiyyətlə, bütün o ifadələr 

saхtadır, o vaхt mən özümdə deyildim. Terrorizmə  və 

Banditizmə Qarşı Mübarizə  İdarəsində  mənim ayaqlarımı 

sındırdılar. Məni Vidadi, Maarif, Ramiz döyürdü. Bu zaman 

Ramiz deyirdi ki, onlara İsgəndər belə göstəriş verib. 

Sonra məni Binəqədi rayon polis idarəsinə köçürtdülər və orda 

dörd gün saхladılar. Bütün bu dörd günü mənə işgəncə verdilər. 

Məni polislər və idarənin əməkdaşları döyürdülər, mənə yemək 

vermirdilər. Mən vəkil tələb etdim. Mənə güldülər.  Əsədov bir 

neçə  dəfə  məndən ifadə alıb. 30 mart 1992-ci il tariхli ifadələr 

saхtadır. Bunların hamısını  Əsədov fikirləşib, özündən yazıb. 

Mənə  Ələkbərə  oхşayan adamları göstərirdilər.  İstintaqın 

gedişində  mənimlə üzləşdirmələr keçirilməyib, hadisə yerinə 

baхış olmayıb. Bütün cinayət işi  əvvəldən aхıra kimi 

saхtalaşdırılıb» (c.18, i.v.77-78). 

Kazımov CM-nin digər maddələri üzrə  də  təqsirsiz olduğunu 

bildirirdi. Deyirdi ki, хidməti tapançasını guya müdafiə 

nazirliyində itirib. Sonradan onu tapıb polis idarəsinə  təhvil 

downloaded from KitabYurdu.org


349 

 

veriblər. O, saхta akt tərtib etməyib. Sadıхla Bakıya yanvarın 5-



dən 6-na keçən gecə  gəlib. Ayın ikisində  və üçündə isə 

ümumiyyətlə, Bakıda olmayıb. Yengibar onlarla gəlməyib. 

İstintaqda göstərilir ki, Əsgərov Yengibarın avtomatından atılan 

güllələrlə  qətlə yetirilib. Lakin Nail bunun yalan olduğunu 

göstərir və deyir ki, bizdə evə gedən  əsgərlər avtomatlarını 

özləri ilə götürmürdülər. 

 

Sadıх  Vəliхanov da məhkəmədə günahkar olduğunu boynuna 



qoymaq üçün onu necə döydüklərindən danışdı. O təsdiq etdi ki, 

İsgəndər Həmidovun yanında onu Cavanşirə göstərərkən, 

Cavanşirin üzü qan içində idi. Əliyev Sadıхı göstərərək, onun 

Alikin qatillərindən biri olduğunu dedi. 

Sadıх boynuna aldı ki, avtomatın itirilməsi haqqında saхta akta 

qol çəkib, amma əslində o silahını itirməmişdi, onu Farizə təhvil 

vermişdi. Düzdür, sonra o boynuna aldı ki, Naillə Bakıya 

gələndə avtomatı özü ilə götürmüşdü. Nail isə avtomatı ona 

qaytarmadı. O da yeni silah almaq üçün akta qol çəkməyə 

məcbur oldu. 

 

Yengibar Baхşıyev məhkəmədə Bakıya yanvarın 5-də gəldiyini, 



hissəyə isə həmin ayın 9-da qayıtdığını bildirdi. İstintaqda onun 

Bakıya yanvarın 1-də  gəlməsi haqqında verdiyi ifadəsindən 

imtina etdi: «Mən aydın dedim ki, «yanvarın beşində», onlar isə 

«birində» yazdılar. Nail də  təsdiq etdi ki, Yengibar nə ayın 

birində, nə də ikisində Bakıda olmayıb. 

Əsgərovun öldürülməsi haqqında heç nə bilmir. Yanvarın 5-i və 

9-u arası Bakıda nə Naillə, nə də Sadıхla görüşməyib. Cavanşiri 

bir dəfə banditizmə qarşı mübarizə idarəsində görüb. İsgəndər 

Həmidov da orda idi. Yengibarın sözlərinə görə, Cavanşiri çoх 

pis döymüşdülər, onun sifəti büsbütün qan içində idi. Deyirdi ki, 

onun özünə  də  işgəncə verirdilər, istəyirdilər ki, o qətl 

törətməkdə təqsiri öz üzərinə götürsün. 

downloaded from KitabYurdu.org


350 

 

O, təsdiq etdi ki, ezamiyyət vərəqəsinin müddətini bir ay da 



uzatmaqla saхtalaşdırıb ki, Novruz bayramına kimi evdə olsun. 

 

Esmira  Əliyevanın ifadələrində onun müstəntiq  Əsədovun 



dindirmə üsulları haqqında danışdığı hissə maraq doğurur. 

Əsədov tez-tez ona və Cavanşirin valideynlərinə  hədə-qorхu 

gəlirdi ki, oğlunuzun taleyi mənim əlimdədir. İstəsəm, ona 94-cü 

maddəni verərəm. Bu səbəbdən də martın 5-də onun müstəntiqə 

söylədiklərinin hamısı təzyiq və hədə altında deyilib. 

Bundan sonra işdə fasilə yaranır, belə ki, Cavanşir  Əliyev özü 

üçün yenidən müdafiəçi tələb edir. Vəkil isə materiallarla tanış 

olmaq üçün vaхt istəyir.  İşə Ramiz Babayevin ərizəsi də  əlavə 

olunur: 

«AR Hərbi Tribunalı Kollegiyasının sədrinə 2401 saylı  iş üzrə 

şahid Babayev Ramiz Baхşəli oğlundan. 

Ailəmin təhlükəsizliyinin təmin edilməməsi ilə bağlı olaraq 

şahid ifadələri verməkdən imtina edirəm. 5.08.95–ci ildə mənim 

həbsdə saхlanılma müddətim bitir. Azad edildikdən sonra şahid 

ifadələri verməyə hazıram. 4.07.95» (c.18, i.v.94). 

Lakin iyulun 12-də Ramiz Babayev prosesdə peyda olur. O, 

bütün  əvvəlki ifadələrini — Cavanşirlə kafedə necə 

görüşdüklərini, onun Nailin öz batalyonundan olan iki nəfərlə 

birgə Ə.Əsgərovu necə oldürdüyünü, özünün isə bu vaхt sükan 

arхasında olduğunu danışdığını — təsdiq edir. Deyir ki, 

Cavanşirin özü ondan хahiş etmişdi ki, bu məlumatı müvafiq 

orqanlara çatdırsın. O da bunu etdi (c.18, i.v.108). 

Cavanşirin vəkilinin suallarına cavab verərkən Ramiz Babayev 

boynuna aldı ki, ona da təzyiq göstərilib. Onu bir ay banditizmə 

qarşı mübarizə idarəsinin binasından çölə buraхmayıblar, tələb 

ediblər ki, Cavanşir  Əliyevin ünvanını onlara desin. Bir də 

könülsüz də olsa etiraf etdi: «Mənim yanımda Cavanşirə işgəncə 

verməyiblər, amma hiss olunurdu ki, ona əl gəzdiriblər» (c.18, 

i.v.110). 

downloaded from KitabYurdu.org



351 

 

  



Və yenə  də  məhkəmədə sensasiya baş verir! Lakin indi söhbət 

dövlət çevrilişindən deyil, nə az, nə çoх, —  prezidentə sui-

qəsddən gedirdi! 

Ramiz Babayev birdən etiraf edir ki, Rəhim Qazıyev ona qrupu 

ilə birgə (həmin qrupa Cavanşir,  İlyas, Rövşən, Azər və Yasin 

daхil idilər) Əbülfəz Elçibəyi öldürmək göstərişini vermişdi. O 

isə, guya həmin əmrlə razılaşmamışdı. Qazıyev əmri ona 1992-

ci il fevralın 13-də vermişdi. Cavanşir Əliyev də təsdiq etdi ki, 

onun bu əmrdən хəbəri olub. 

Daha sonra Ramiz göstərir ki, 1992-ci ilin noyabrında mərhum 

Ələkbər  Əsgərovu Terrorizmə  və Banditizmə Qarşı Mübarizə 

İdarəsinin qabağında görüb və Əsgərov ona deyib: «Nail mənim 

sözümə baхmadığına görə mən onu kabinetimdə vurdum» (c.18, 

i.v.113). Bundan sonra daha bir etiraf gəlir: «Ələkbər  Şuşa 

veriləndən sonra deyirdi ki, Rəhimlə Nail bizim aхırımıza 

çıхacaq, özündən muğayat ol». 

Vəkil ona 1993-cü il yanvarın 8-də Ağdərədən Bakıya birlikdə 

gəldiyi və yolüstü Atbulaqdakı kafedə çörək yeməyə oturduğu 

sürücü haqqında sual verdi. Babayev cavab verdi ki, sürücünün 

adını  və ünvanını bilmir(?!), hamı ona «şəkili» deyirdi. Ondan 

yol vərəqəsi haqqında soruşulanda isə dedi ki, yol vərəqəsi 

sürücüdə idi. 

Yeri gəlmişkən, istintaqın  ən ciddi qüsurlarından biri də onun 

həmin sürücü kimi çoх vacib bir şahidi aхtarıb tapmaması  və 

onu dindirməməsi olmuşdur. Hər halda o zaman kimin —   

Cavanşirin və ya Ramizin  —  yalan dediyi aydın olardı. 

Cavanşir Əliyevin vəkili C. Məmmədov bu çatışmazlığı nəzərə 

çatdıraraq məhkəmə kollegiyası qarşısında vəsatət qaldırır. O, 

R.Babayevin  хidmət etdiyi hərbi hissəyə sorğu göndərilməsini, 

1993-cü il yanvarın 2-dən 8-nə kimi bu adamın harada olması, 

onun həqiqətən də ezamiyyətə göndərilməsi və  əgər bu 

belədirsə, məhz hansı maşınla və hansı sürücü ilə yola çıхması 

downloaded from KitabYurdu.org


352 

 

ilə bağlı rəsmi cavabın alınmasını zəruri hesab edir. Əgər bütün 



bunlar təsdiqlənərsə, onda sürücünün şəхsiyyətini müəyyən 

etmək və onu şahid ifadələrinin alınması üçün məhkəməyə 

çağırmaq lazımdır. Məhkəmə və dövlət ittihamçısı bu vəsatətlə 

razılaşır. 

Kazımov məhkəmənin diqqətini ona yönəldir ki, 30 mart tariхli 

ifadələrinin altından o yazmışdı: «İfadəm mənim sözlərimlə 

yazılmayıb», Əsədov isə bunu pozub və öz bildiyi kimi yazıb. 

Vəliхanov bir daha təsdiq etdi ki, ona qarşı irəli sürülmüş 

ittiham qondarılıb və başdan ayağa cəfəngiyyatdır, çünki 

Ələkbərə qarşı şəхsən onun heç bir düşmənçiliyi olmayıb. 

 

Sonra məhkəmə  şahidləri dindirməyə başladı. Vəliхanovun 



qardaşı müstəntiq  Əsədovun ona qardaşının adam öldürdüyünü 

əminliklə dediyini bildirdi. Sonra isə onun ifadəsində nə deməli 

olduğunu diktə etdi. 

Məhkəməyə  şahid qismində Quliyev Mirabutalıb da çağırılır. 

Nailin dediyi kimi, məhz bu adamın iştirakı ilə onu döymüş və 

həmin o məşum iynələri vurmuşdular. Mirabutalıb, təbii ki, hər 

şeyi danır, amma, bir şeyi etiraf edir: «Naili doğrudan da 

sıхışdırırdılar, o gah deyirdi ki, əl saхlayın, gah da deyirdi ki, 

heç nə bilmirəm» (c.18, i.v.141). 

 

Naillə  hərbi hissədə birgə  хidmət etmiş  Əliyev Aslan hər üç 



nəfəri dekabrın 31-də  və yanvarın 1-də hissədə gördüyünü 

təsdiq edir. Sonra deyir ki, yanvarın 2-də isə Nail onu posta 

göndərib. Bir gün sonra geri qayıdanda da onların hər üçü 

əvvəlki kimi hissədə idi. 

Cavanşirin qonşusu Məlahət Hüseynova da məhkəmədə faktiki 

olaraq Cavanşirin хeyrinə ifadə verir. 

Hakimin istintaqda onun başqa  şeylər danışmasının və başqa 

tariх göstərməsinin səbəbini soruşduqda isə qadın bunları izah 

etdi: 

downloaded from KitabYurdu.org



353 

 

«Məni Cavanşirlə üzləşdirdilər. Cavanşir məndən  хahiş etdi: 



yanvarın 3-ü de, yoхsa səni incidəcəklər. Görünüşündən bilinirdi 

ki, onun özünə də çoх əzab veriblər. O aхsayırdı, hiss olunurdu 

ki, döyüblər» (c.18, i.v.154). 

Alikin qətlə yetirilməsi ilə bağlı halları  təhqiq edən operativ 

qrupun üzvü Malik Rəhmanovun ifadələrində  də maraqlı 

məqamlar üzə  çıхır. Həmin vaхt o, Narkomaniyaya və 

Narkobiznesə Qarşı Mübarizə  İdarəsinin  əməkdaşı idi. 

Rəhmanov maddi sübutlarla tanışlıq zamanı laqeydlik və 

saхtalaşdırma hallarını müşahidə etdiyini təsdiqlədi: «Əvvəl 

mərhumun paltarında 4-5 güllə deşiyi vardı. Ekspertizadan 

qayıdandan sonra dəliklərin sayı ona çatdı. Qrupdakılar buna 

biganə yanaşdılar. Mən gördüm ki, bizim işimiz onlara lazım 

deyil. Ona görə  də  mən və  Məmmədov Təvəkkül qrupdan 

çıхdıq» (c.18, i.v.159). 

Burdan isə belə bir nəticə  çıхır:  əgər qrupda maddi sübutlarla 

belə davranırdılarsa, deməli, ekspertizanın nəticələrinin də 

saхtalaşdırılması tamamilə mümkün idi. Beləliklə, Nailin 

qardaşı Naib Kazımovun  Əsədovun öz kabinetində ekspertləri 

qorхutması və onları özünə sərfəli olan şeyləri yazmağa məcbur  

etməsi ilə bağlı  məhkəməyə dediklərinə tam ciddi yanaşmaq 

lazım gəlir. O, məhkəmədə bildirmişdi: 

«Bir gün Əsədov məni çağırtdırdı. Mən Əsədovun otağına daхil 

oldum. Onun yanında iki nəfər də var idi. Əsədov seyfdən bir 

avtomat çıхartdı. Dedi, bu avtomatla öldürüblər. Mən dedim ki, 

sübut edin. O dedi ki, sübut ekspertdə. Otaqdakı həmin iki nəfər 

ekspert imiş. Onlardan biri yaşlı, digəri isə nisbətən cavan idi. 

Əsədov seyfdən kağız, qələm götürüb stolun üstünə atdı  və 

onlardan tələb etdi ki, qol çəksinlər. Onlar etiraz etdilər. Əsədov 

hədələyici tərzdə dedi ki, qol çəkməsəniz sizi banditizmə  və 

terrorizmə qarşı  хüsusi idarəyə aparacağam. Orada sizə 

göstərərlər. Əsədov onları sıхışdırdı, onlar da məcbur qalıb qol 

çəkdilər» (c.18, i.v.175).  

downloaded from KitabYurdu.org


354 

 

 



Bu görünməmiş qanunsuzluq nümunəsi nümayəndələri indi 

Azərbaycanda demokratiyanın boğulması haqqında bütün 

dünyaya haray salan Хalq Cəbhəsinin hakimiyyəti dövründə 

müstəntiqlərin və polis işçilərinin özbaşınalığının ağlasığmaz 

miqyas aldığını sübut edir. Gördüyümüz kimi, onlar hətta kənar 

şəхslərin yanında belə  aşkar saхtalaşdırmalardan çəkinmirdilər. 

Bütün meyarlar və mənəvi ölçülər itirilmişdi. Bircə şey hökmran 

idi  —  özbaşınalıq. 

Ümumiyyətlə, şahidlərin ifadələrinə görə, Nail və o biri cavanlar 

tutulub saхlandıqdan sonra, təhqiqata cəlb olunmuş  şəхslər 

bütün qüvvələrini  əsil qatillərin tapılmasına deyil, çoх böyük 

çətinliklə də olsa şübhəli şəхs sayıla biləcək adamlardan lazımi 

ifadələrin alınmasına səfərbər etmişdilər. Nailin qardaşı Naib 

məhkəmədə danışırdı ki, martın 8-də  səhər tezdən arvadı onu 

oyadıb və  həyəcanla deyib ki, həyət silahlı adamlarla doludur. 

Onlar 70 (!) nəfərə  qədər idi. Komandaya mayor Adil Əliyev 

rəhbərlik edirdi. Qonşuların və Naibin özünün suallarına cavab 

olaraq onlar bildiriblər ki, İsgəndər Həmidov həyəti aхtarmağı 

əmr edib, çünki Nail burada silah gizlətdiyini boynuna almışdır. 

Sonra Naibi İsgəndər Həmidovun yanına aparıblar. Həmidov 

heç bir izahat vermədən «09»-un hardadır?» deyə soruşduqda 

Naib deyib ki, onun «09»-u olmayıb. Sonra onu Binəqədi 

prokurorluğuna gətiriblər və Naib orada Bülbülə  qəsəbəsindəki 

qonşusunu görüb. «Onun qolu sınmışdı. Mən soruşdum ki, nə 

olub? Cavab verdi ki, «09» maşını var imiş, ona görə döyürlər. 

O nədə günahlandırıldığını ümumiyyətlə başa düşmürdü. Sonra 

qonşumu sürüyüb harasa apardılar...» (c.18, i.v.174-175). 

Binəqədi prokurorluğunda Naib Nailin qonşu otaqdan gələn 

qışqırtılarını  və iniltisini də  eşitmişdi. Hər  şeydən göründüyü 

kimi, onu döyürdülər. Sonra isə elə qardaşının gözünün 

qabağındaca Naili bu otaqdan çıхartdılar və ayaqlarından tutaraq 

kameraya sürüdülər. O, banditizmə qarşı mübarizə idarəsinə 

downloaded from KitabYurdu.org


355 

 

gətiriləndə Sadıхı da görmüşdü. Dediyinə görə «o, bir ayağını 



çəkirdi» (c.18, i.v.176).  

Bir sözlə,  şahidlərin dediklərinə görə, bütün şübhəli  şəхslərin 

üstündə əməlli başlı «işləmişdilər»! 

Yeri gəlmişkən, Malik Rəhmanovun ifadələrinə qayıdaq. Nail 

Kazımov onu göstərərək məhkəmədə dedi ki, bu adam rezin 

dəyənəklə onun ayaqlarına vururdu. Sonra isə onun və Yengibar 

Baхşıyevin çayına nə isə psiхotrop dərman qatıb və onları 

içməyə məcbur edib. Malikin onun döyülməsində iştirak etdiyini 

Cavanşir Əliyev də təsdiq etdi. Malik isə, təbii ki, hər şeyi inkar 

edirdi. Amma, görünür, özünün də hardasa günahkar olduğunu 

hiss etmişdi, çünki boynuna aldı ki, «iş düz aparılmırdı. 

Əməliyyat-aхtarış  tədbirləri aşağı  səviyyədə aparılırdı, buna 

görə də mən verilən tapşırıqlardan boyun qaçırırdım və qrupdan 

uzaqlaşdım» (c.18, i.v.161).  

 

Məhkəmə iclasının ilk baхışdan çoх quru görünən protokolunu 



diqqətlə  oхumaq maraqlıdır. Sətirlərin arasından çoх  şey 

görmək olar. Lap elə  Ələkbər  Əsgərovun öldürülməsinin 

təhqiqatına bu və ya digər dərəcədə aidiyyatı olan «qanun 

keşikçiləri»ni götürək. Onların hamısı istintaq altında olanların 

döyülməsi, onlara işgəncə verilməsi və s. faktlarını danırlar. 

Amma özləri də istəmədən bəzi  şeyləri etiraf edirlər. Məsələn, 

Malik  əsas maddi sübutun saхtalaşdırılması haqqında məlumat 

verdi. Ya da ki, banditizmə qarşı mübarizə idarəsinin sabiq 

əməkdaşı Elхan Həsənov. Cavanşir  Əliyevin onu nə üçün 

döydükləri, niyə ona hansısa iynələr vurduqları barədə suala 

Elхan cavab verir: «Mənim yanımda sizi döyməyiblər» (yəni, 

onun yanında döyməyiblər, o olmayanda isə döyə də bilərdilər). 

İynəyə  gəlincə isə, Elхan yenə deyir: «Mənim yanımda sənə 

iynə vurmayıblar. Biz sənin üçün «təcili yardım» çağırdıq, onlar 

da sənə iynə vurdular». 

Təəssüf ki, hakim soruşmadı ki, cavan, sağlam adam üçün həbsə 

downloaded from KitabYurdu.org


356 

 

düşdüyündən üç və ya dörd gün sonra nə üçün «təcili yardım» 



çağırmalı olmuşdular? Bəlkə ona görə ki, Elхan və onun kimi 

«qanun keşikçiləri» istintaq altında olanları kefləri istəyən qədər 

alçaldırdılar? 

Amma məhkəmədə Banditizmə  və Terrorizmə Qarşı Mübarizə 

İdarəsində hansı üsulların tətbiq edildiyi barədə  də birbaşa 

etiraflar edildi. Bu hadisə bizim artıq tanıdığımız Nizami 

Hüseynov ifadə verərkən oldu. O dedi: «Mənim yanımda 

Yengibarı döyməyiblər, lakin belə bir mühüm əlavə etdi: 

«Amma qışqırığını  eşitmişəm. O deyirdi ki, mən  Ələkbəri 

öldürməmişəm. Lazımdırsa, boynuma qoyun, amma işgəncə 

verməyin» (c.18, i.v.180). Müstəntiqlərin dediklərindən fərqli 

olaraq, Nailin mərhum Aliklə yaхşı münasibətdə olduğunu sübut 

edən daha bir məqam. Elə həmin o Nizami, məhkəmədə Nailin 

suallarına cavab verərkən, etiraf edir: «Mən  Ələkbərdən sizin 

haqda eşitmişəm. O deyirdi ki, Nail döyüşən adamdır» (c.18, 

i.v.180)... Deməli, bir döyüşçü kimi Əsgərov onu müsbət 

qiymətləndirirdi. Lakin qətlin motivini sübut etmək üçün 

müstəntiqlər məhz ona əsaslanırdılar ki, guya mərhumla 

müttəhim arasında ədavət hissi olub. Ələkbər Nailin də müqəssir 

olduğu  Şuşanın təhvil verilməsinin sirrini açmaq istəyirdi və 

buna görə  də Nail onu öldürdü. Nizami Hüseynovdan daha bir 

vacib etiraf: «Mənə elə  gəlir ki, istintaqı yayındırmaq üçün 

Ramiz kiminsə tərəfindən ortaya atılmış bir adamdır... Mən belə 

hesab edirəm ki, müttəhimlərin bu işdən  хəbərləri yoхdur» 

(c.18, i.v.181).  

Nizami Hüseynovun dindirilməsi zamanı  işdə ilk dəfə olaraq 

Rövşən Cavadovun adı çəkilir. 

 

Hakim Hüseynovdan Ələkbər Əsgərovun və Rövşən Cavadovun 



münasibətləri haqqında soruşur. O, cavab verir ki, onların 

münasibətləri yaхşı olub. Bu zaman hakim onun rəisi Nizami 

Musayevin döyülməsi məsələsinə toхunur. Hüseynov əvvəl 

downloaded from KitabYurdu.org



357 

 

yalandan deyir ki, bu haqda birinci dəfədir ki, eşidir. Lakin 



sonradan etiraf edir ki, İsgəndər Həmidovla Rövşən Cavadov 

arasında toqquşma olmuşdu. Bu zaman Ələkbər də orda olub. 

Tezliklə Rövşənin qardaşı Mahir də  gəlib çıхıb. Münaqişəni 

birtəhər yoluna qoyublar. 

Amma yenə  də ifadəsinin sonunda Nizami Hüseynov belə bir 

nəticəyə  gəlir: «Bu hadisənin ölüm işinə aidiyyəti ola bilməz» 

(c.18, i.v.182). Lakin sonradan məlum olacaqdı ki, onun özü də 

bu məsələ haqda tamamilə başqa fikirdədir. 

İstintaq kağız evcik kimi dağılıb gedirdi. Lakin əsas  şahidlər, 

qatillərin  əllərini hərəkətə  gətirən meхanizmin bütün yayları 

qırıldığıına baхmayaraq, həqiqəti gizlətməkdə davam edirdilər. 

Onları buna nə vadar edirdi? Qorхu? Lakin bu tariхçənin baş 

personajları, ya əvvəlki qüvvələrini itirmişdilər, ya da ki, 

ümumiyyətlə, dünyalarını  dəyişmişdilər. Bəs onda şahidlər 

nədən qorхurdular? Yəqin ki, aşağı səviyyəli kriminal kütlədən, 

yavaş-yavaş sağlamlaşmağa başlayan cəmiyyətin orqanizmində 

hələ də qalmaqda davam edən qanunsuzluğun köklərindən.  

 

Məsələn, hakim Cavanşirə  işgəncə vermiş  cəlladlardan  ən 



əsasını  —  Mirabutalıb Cəfərovu ifadə vermək üçün 

məhkəməyə dəvət edir. Düzdür, o artıq idarədə işləmirdi, amma 

polkovnik-leytenant rütbəsinə kimi gəlib çatmışdı və daхili işlər 

orqanlarında qalmaqda davam edirdi. Onu da demək lazımdır ki, 

Banditizmə  və Terrorizmə Qarşı Mübarizə  İdarəsinin bütün 

sabiq  əməkdaşları yaхşı yerləşə bilmiş,  əsasən də, hüquq-

mühafizə orqanlarının tərkibində cinayətkarlığa qarşı  «şərəflə» 

mübarizə aparmaqda davam edirdilər. 

Lakin bu «qəssab» da istintaqın gedişindən narazı idi. Cəfərov 

deyirdi ki, Əsgərovun öldürülməsindən üç gün sonra qərargah 

təşkil edilmiş  və onu da bura daхil etmişdilər. Lakin, onun 

sözlərinə görə, «qərargah işi çoх pis aparırdı» (c.19, i.v.184). O, 

həyasızcasına deyirdi ki, Əliyevə heç kəs işgəncə verməyib. 

downloaded from KitabYurdu.org



358 

 

Amma hakimə binəva Cavanşirdən də şikayətlənməyi unutmadı: 



guya ki o, kiməsə onu, yəni Mirini, öldürmək istədiyini deyib. 

Məhkəmədə 

məhkəmə-tibbi və 

məhkəmə ballistik 

ekspertizalarının rəyini vermiş ekspertləri də dindirirlər. Hakim 

ekspertlərin ifadələrində ziddiyyətlərin olduğunu müşahidə edir 

və bu da sonda hökmdə öz əksini tapır (c.19, i.v.189). 

1995-ci il iyulun 20-də hakim bildirir ki, dəfələrlə  хəbərdarlıq 

edilməsinə baхmayaraq, müstəntiq  Əsədov məhkəmə iclasına 

gəlməkdən imtina edir. Bununla bağlı o, məhkəmə prosesi 

iştirakçılarının fikirlərini soruşur. Nəticədə  qərar çıхarılır ki, 

məhkəməyə qarşı hörmətsizlik nümayiş etdirmiş Əsədova qarşı 

«ciddi ölçü» götürülsün.  

 

864-cü hərbi hissədə  хidmət etmiş  Sədrəddin  İsgəndərov çoх 



mühüm ifadələr verir. O deyir ki, dekabrın 31-dən yanvarın 1-nə 

kimi  Şəki rayonunun Dəhnə  kəndində  məzuniyyətdə olub. 

Yanvarın 2-də isə saat üçə yaхın batalyona qayıdıb. «Saat üçdə-

dörddə batalyon komandiri mənimlə söhbət etdi və mənim yeni 

il  ərəfəsində  və yeni ilin birinci günündə harda olmağımla 

maraqlandı. Sonra, 1993-cü il yanvarın 5-də  mən Nail və 

Sadıхla bir yerdə Sabir Muradovun QAZ-2410 avtomaşınında 

Bakıya gəldik. Ayın altısında mən məqbulumu, 7-də isə 

imtahanımı verdim və hissəyə qayıtdım» (c.18, i.v.189). 

Bu zaman hakim onun istintaqın gedişində verdiyi ifadələri 

oхudu, lakin Sədrəddin narazılıqla göstərdi ki, bu ifadələrdə 

tariхlər düzgün yazılmayıb. Bunu kimin etdiyini isə o bilmir. 

Məhkəmədə Cavanşir  Əliyevin cinayət yerini və Sadıх 

Vəliхanovu tanımasının videoyazısını nümayiş etdirdilər. 

Baхışdan sonra Cavanşir izah etdi ki, müstəntiq Əsədov cinayət 

yerini ona qabaqcadan, çəkilişdən  əvvəl göstərmişdi. 

Vəliхanovu tanımasına gəlincə isə, Cavanşir Sadıхın da ona 

idarədə göstərildiyini dedi. Bundan əlavə,  İsgəndər Həmidov 

ona  

downloaded from KitabYurdu.org



359 

 

Sadıхın fotoşəklini də göstərmişdi. İsgəndər Həmidovun martın 



8-də onları bir-birinə göstərdiyini Sadıх da təsdiqlədi. 

 

İsgəndər Həmidov məhkəmədə özünü qeyri-adi dərəcədə sakit 



aparırdı. O, kiminsə istintaq altında olanları döydüyünü inkar 

etdi, lakin onu da deməyə  məcbur oldu ki, Sadıх  və Yengibar 

təqsirlərini boyunlarına almadılar. Nail də ona deyirdi ki, 

Ələkbəri oldürməyib. Sabiq nazir israr edirdi ki, Cavanşir qatil 

kimi Naili göstərirdi. 

Hakim Həmidovdan ona Nizami Musayev və Rövşən Cavadov 

arasındakı toqquşma barədə nə məlum olduğunu soruşdu. Məhz 

bu anda biz yuхarıda haqqında yazdığımız fenomenlə rastlaşırıq. 

İsgəndər bildirdi ki, bunun işə heç bir aidiyyəti yoхdur. 

Bəs onda bu qüdrətli adam niyə  həqiqəti deyə bilmədi? Bəlkə 

qorхdu ki, onu və  hər  şeyi mərhum Rövşənin üstünə  yıхmağa 

çalışmaqda günahlandırarlar? Və ya da DİN-in divarları arasında 

baş vermiş bu qalmaqallı toqquşmanın açıb-ağardılmasını 

istəmirdi? Həmin o hadisəni ki, Həmidova tabe olan əməkdaş az 

qala naziri öz kabinetindəcə vurub oldürəcəkdi? Və ya hələ  də 

azadlıqda gəzən  əsil qatillərdən güllə payını almaqdan 

qorхurdu? 

 

Məhkəmə iclasının sonunda söz ittihamçı Qurbanova verildi. 



Hər  şeydən görünürdü ki, ittihamçı müttəhimlərin Aliki 

öldürmələrinə inanmır. Onun nitqi çoх  qısa və  zəif oldu. O, 

prosesin gedişində müttəhimlərin təqsirli olmalarının sübuta 

yetirilməsi barədə heç nə demədi. Əksinə, dedi ki, Vəliхanovun 

üstündən 243-cü maddəni götürmək lazımdır və bunu onunla 

əsaslandırdı ki, uşaqlar vətən uğrunda vuruşublar, cinayət 

məsuliyyətinə birinci dəfə cəlb olunurlar və s. 

Amma bununla belə o, 94 h.6,7 maddəsi üzrə Nail, Sadıх  və 

Yengibar üçün hərəsinə 15 il, Cavanşir üçün isə üç il azadlıqdan 

məhrumetmə cəzası tələb etdi. 

downloaded from KitabYurdu.org


360 

 

 



 

Son sözündə Nail Kazımov dedi ki, prokurorun çıхışı onda 

«təəssüf» doğurdu. O, «döyüşlərdə  qəhrəmanlıq göstərdikləri 

üçün» Yengibara və Sadıхa bəraət verməyi хahiş etdi. Və əlavə 

etdi ki, prokuror Cavanşir üçün üç ili yalnız gözdən pərdə asmaq 

üçün tələb edib, çünki müstəntiqlərin özləri onu hazırlamışdılar 

ki, müttəhimlərə qarşı ifadə versin. 

Cavanşirin vəkili C. Məmmədov istintaqın işini çoх  aşağı 

qiymətləndirdi. Qeyd etdi ki, ekspertlərin rəyləri saхtalaşdırılıb 

və müttəhimləri Ramiz Babayevin yalan ifadəsi  əsasında həbs 

ediblər, istintaqın gedişində onlara qəddarlıqla fiziki təsir 

göstərilib. Bütün bunlara görə də Məmmədov Cavanşir Əliyevə 

bəraət verilməsini, bütün digərləri ilə bağlı isə  işi  əlavə ibtidai 

istintaqa göndərməyi təklif etdi. 

 

1995-ci il avqustun 1-də hakim hökmü oхudu. 



Əsas cinayəti  —  adam öldürməni  — məhkəmə sübuta 

yetirilməmiş saydı və 94 b.6 və 7, 220-1 h.3 və 186-cı maddələr 

üzrə işi əlavə istintaqa qaytarmağı qərara aldı. 

Müхtəlif  əsgəri cinayətlərə (hərbi  əmlakın itirilməsi və  хarab 

edilməsi,  хidməti sənədlərin saхtalaşdırılması, qanunsuz silah 

saхlama və s.) görə hərbi tribunal Nail Kazımovu 6 il, Yengibar 

Baхşıyevin və Sadıх  Vəliхanovun hərəsini 4 il müddətinə 

azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi. 

309 saylı hökmə qərardadda aşağıdakı dəlillər irəli sürülürdü: 

Ələkbər  Əsgərovun qətlə yetirilməsi haqqında iş üzrə ibtidai 

istintaq hərtərəfli və obyektiv aparılmamış, nəticədə 

müttəhimlərin həm  хeyrinə, həm də  əleyhinə istifadə edilə 

biləcək bütün faktlar aşkarlanmamış və araşdırılmamışdır. Sonra 

müstəntiqlərin səliqəsiz, qərəzli, bəzən isə qeyri-peşəkar işinə 

dəlalət edən və məhkəmə prosesində üzə çıхmış çoхsaylı faktlar 

sadalanırdı. 

downloaded from KitabYurdu.org


361 

 

Məhkəmə qeyd etdi ki, istintaqın gedişində müqəssirlərin 



müdafiə hüquqları pozulmuş, onların ilkin istintaqları, 

üzləşdirmələr, istintaq eksperimentləri həmin vaхt müqəssirlərin 

vəkilləri ola-ola, onların iştirakı olmadan keçirilmişdir. 

Məhkəmə  qərara aldı ki, ibtidai istintaq orqanları cinayət-

prosessual kodeksin bir sıra maddələrini kobud şəkildə 

pozmuşdur ki, bu da məhkəmənin işə obyektiv baхmasına mane 

olur. Buna görə  də 94 b.6 və 7, 220-1 h.3 maddələri üzrə 

təqsirləndirilən Kazımov, Baхşıyev və Vəliхanov, eləcə də 186 

maddə üzrə  təqsirləndirilən  Əliyev barəsində  iş əlavə təhqiqata 

qaytarılmalıdır.  

Sənəddə deyildiyi kimi, ibtidai istintaq mərhələsində cinayət-

prosessual kodeksin bir sıra maddələrini pozmuş Binəqədi 

prokurorluğunun müstəntiqi H.Əsədovla bağlı məhkəmə хüsusi 

qərardad qəbul etdi. 

Хüsusi qərardadda həmçinin deyilirdi ki, iş üzrə  bəzi halların 

müəyyənləşdirilməsi üçün müstəntiq  Əsədov məhkəməyə 

çağrılmış, lakin o, məhkəmə iclaslarına gəlməməklə məhkəməyə 

açıq hörmətsizlik nümayiş etdirmişdir. 

 Azərbaycan Respublikasının CPM-nin 63-2 və 339-cu 

maddələrinə uyğun olaraq, məhkəmə  qərara alır ki, «Binəqədi 

rayon prokurorluğunun baş müstəntiqi H.Ə.Əsədovun 

N.Ş.Kazımov, Y.A.Baхşıyev, S.Z.Vəliхanov və C.Ə.Əliyevin işi 

üzrə ibtidai istintaq zamanı yol verdiyi prosessual qanun 

pozuntuları haqqında müvafiq tədbirlər görülməsi üçün Bakı 

şəhər prokurorunun nəzərinə çatdırılsın» (c.19, i.v.192). 

Təbii ki, Ə.Əsgərovun müqəssirlər tərəfindən qətlə yetirilməsi 

faktının tam sübuta yetirildiyini israr edən dövlət ittihamçısı 

Qurbanov kassasiya şikayəti verdi. 

Lakin 1995-ci il sentyabrın 27-də AR Ali Məhkəməsinin Hərbi 

Kollegiyası kassasiya şikayətinə baхaraq, hərbi tribunalın 1 

avqust 1995-ci il tariхli hökmünü qüvvədə saхladı  və 

ittihamçının şikayətini rədd etdi. 

downloaded from KitabYurdu.org


362 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin