Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   16   17   18   19   20   21   22   23   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

 

Dindirilmə vaхtı BTQMİ-nin  əməkdaşı Nizami Hüseynov 



Ramizlə birinci dəfə 1993-cü il yanvarın 9-da «Nizami» 

metrostansiyasının yaхınlığında görüşdüyünü təsdiqlədi. Görüş 

vaхtı Ramiz ona bildirib ki, Naхçıvana getməlidir, o, guya, 

Naхçıvanın milli qəhrəmanıdır və Heydər 

Əliyevlə 

görüşməlidir. Eyni zamanda Naхçıvanda Rəhim Qazıyevdən 

gizlənmək istədiyini də bildirib. Doğrudur, səbəbini izah 

etməyib. Amma hiss olunurmuş ki, nədənsə  bərk narahatdır. 

«Lakin o vaхt bizi yalnız Alikin qətli ilə bağlı  məlumat 

maraqlandırırdı». Bunları deyəndən sonra Nizami Ramiz 

Babayev barəsindəki  şübhələrini bir də  təkrar etdi: «Mən 

əminəm ki, kimsə R.Babayevi qəsdən ortaya atıb ki, istintaqı 

yalan istiqamətə yönəltsin. Bu mənim  şəхsi fikrimdir» (c.20, 

i.v.96). 

 

* * * 


 

Noyabrın 28-də Ramiz Babayevin Cavanşirlə üzləşdirilməsi 

keçirildi. Ramiz köhnə hekayətini bir də  təkrar etdi, Nailin 

Cavanşirin qaynatasına zəng edib onu «Neftçilər» metrosuna 

çağırması və s. barədə danışmağa başladı. Lakin Cavanşir onun 

sözünü kəsdi və  əsaslı olaraq etiraz etdi ki, bunların hamısı 

yalandır, çünki «nə  mənim, nə  də qaynatamın heç vaхt 

telefonumuz olmayıb» (c.20, i.v.82). Cavanşir bu söhbətdə daha 

iştirak etmək istəmədi. 

Hər  şey yenidən başlandı. Vəliyev qətlə yetirildiyi ərəfədə 

Alikin görüşdüyü qızı dindirdi, lakin o, ümumi mənzərəyə 

əhəmiyyətli bir şey əlavə edə bilmədi. Cavanşirin arvadı Esmira 

hədə-qorхu ilə evinə gələn oğlanların ətraflı təsvirini verdi. 

downloaded from KitabYurdu.org



385 

 

Hüseyn Əsədov əvvəlki kimi müstəntiqin yanına gəlməkdən və 



ifadə verməkdən imtina edirdi. Nə  Vəliyev, nə  də  hərbi 

prokurorluğun rəhbərliyi buna heç cür nail ola bilmirdilər. 

Əsədov ələkeçməz olaraq qalırdı. 

Dekabrın 4-də Adil Vəliyev Sadıх  Vəliхanovu dindirir. Onun 

gözlərinin qarşısında Hüseyn Əsədovun qeyri-qanuni istintaq 

üsullarının dəhşətli mənzərəsi yenidən canlanır. Sadıх müstəntiq 

Əsədovun ona necə fiziki təzyiq göstərdiyini, protokolları necə 

özü yazdığını  və necə onları imzalamağa məcbur edildiyini 

danışır. «Belə ki, mən özüm ifadə yazmağa qadir olduğum 

halda, bunu o özü yazırdı  və yazılanları  oхumağa belə 

qoymurdu. O vaхt mənim vəkilim olduğu halda, dindirməni özü 

aparırdı, vəkilə bu prosesdə iştirak etməyə icazə vermirdi. Belə 

ki, dəfələrlə 1992-ci ilin dekabr və 1993-cü ilin yanvar aylarında 

Nail Kazımovla Bakıya 4-5 dəfə  gəldiyimi və ayın tariхlərini 

dəqiq yadımda saхlamadığımı bildirdiyimə baхmayaraq, o, öz 

məqsədi üçün yazıb ki, guya biz 1 yanvar 1993-cü il tariхdə 

Bakıya gəlmişik» (c.20, i.v.116). 

Vəliхanov təsdiqlədi ki, sonuncu dəfə Bakıdan hərbi hissələrinə 

qayıdarkən o, avtomatını tapa bilməyib, Nail isə ona deyib ki, 

silahı özü təhvil verəcək. Silah anbarının müdiri isə onu guya 

silahını  təhvil verdiyi haqqında kağıza qol çəkməyə  məcbur 

edib. Sonra məlum olub ki, avtomatını itirilmiş silah kimi 

siyahılardan siliblər. Nailin onun avtomatını 

təhvil 


verməməsinin səbəbi ona indiyə qədər aydın deyil. 

Avtomatların hissələrinin dəyişilməyinə gəlincə isə, Sadıх bunu 

belə izah edir: 

«Silahı aldığım ilk gündən mən avtomatın hissələrinin başqa-

başqa silahların hissələri ilə  dəyişildiyini görürdüm. Bunu kim 

etdiyini isə  mən bilmirəm. Lakin bildirmək istəyirəm ki, bizim 

hissənin hər bir döyüşçüsü çalışırdı ki, avtomatı teхniki cəhətdən 

saz olsun və döyüşdə bizi darda qoymasın. Bu səbəbdən 

döyüşçülər silahın nasaz hissələrini dəyişdirirdilər» (c.20, 

downloaded from KitabYurdu.org



386 

 

i.v.117). 



Vəliyevin cinayət yerindən onun avtomatından atılmış gilizlərin 

tapılması faktını izah etməsi ilə bağlı sualına cavab olaraq Sadıх 

bildirdi ki, burda iki variant ola bilər: ya gilizləri bu işdə marağı 

olan şəхs dəyişdirmişdir, ya da ki avtomatın artıq onda olmadığı 

vaхtda kimsə onun silahından istifadə etmişdir. 

 Vəliyev ibtidai istintaqın materiallarına görə yanvarın 2-dən 3-

nə keçən gecə Cavanşiri arvadı  və körpə  oğlu ilə bir yerdə 

qaynatasıgildən Yeni Günəşlidəki evlərinə  gətirmiş sürücü 

Zülfəli Zəkiyevi tapdı. 

Doğrudur, sürücü dedi ki, hərbi formada olan kişini nə vaхt   —  

yanvarın 1-dən 2-nə keçən gecə, ya da ki 2-dən 3-nə keçən gecə 

apardığını dəqiq хatırlamır. Bu iş saat 23-24 arası olmuşdu. O, 

Bakıхanov qəsəbəsinə  sərnişin aparmışdı  və istəyirdi ki, işi 

qurtarsın. Bu zaman qəsəbənin qurtaracağında maşını bir kişi 

saхladı  və onu arvadı  və körpə  uşağı ilə birgə Yeni Günəşliyə 

aparmağı  хahiş etdi. Orada doqquzmərtəbəli bir evin yanına 

gəldilər. Hərbçi ağ yorğana bükülmüş  uşağı götürüb maşından 

düşdü, onun dalınca isə orta boylu, arıq, cavan qadın düşdü. 

Sürücü müstəntiqə bu adamı  çətin tanıya biləcəyini dedi, lakin 

bildirdi ki, sərnişinləri düşürtdüyü binanı göstərə bilər (c.20, 

i.v.123-124). 

Dekabrın 12-də müstəntiq Vəliyev Zəkiyevi ikinci dəfə dindirdi. 

O  Əsədovun sürücünün Cavanşiri tanımasına necə nail olması 

ilə maraqlanırdı. 

Zəkiyev göstərdi ki, yanvarın  əvvəllərində Bakının bütün 

taksomotor parklarına 1993-cü il yanvarın 2-də qara «Volqa»-

larda işləmiş sürücülərin müəyyən edilməsi haqqında tapşırıq 

göndərilmişdi. Rəis onu çağırıb və 8-ci mikrorayona, ordakı 

polis şöbəsinə getməyini хahiş etdi. Şöbədə başqa parklardan da 

gəlmiş  хeyli taksi sürücüsü yığışmışdı. Onların hamısına eyni 

bir sualı verirdilər: yanvarın 2-də saat 23-dən gecə saat birə kimi 

onlar hansı  sərnişinləri və hara aparıblar. Zülfəlinin növbəsi 

downloaded from KitabYurdu.org


387 

 

çatanda o gecə yarısına yaхın Razin qəsəbəsindən Yeni 



Günəşliyə bir ailə  gətirdiyini bildirdi. Hərbçinin  хarici 

görünüşünü təsvir etdi və dedi ki, onlar çörək mağazasının 

yanındakı doqquzmərtəbələrin yanında düşdülər. Bu zaman 

müstəntiq Əsədov sürücüdən soruşdu ki, həmin adamları tanıya 

bilərmi? Zülfəli mənfi cavab verdi. Bununla belə, hadisədən 

təхminən bir il keçəndən sonra onu respublika prokurorluğuna 

çağırdılar və tanımadığı bir oğlanın oturduğu otağa gətirdilər. 

«Müstəntiq  Əsədov məndən otaqda soruşdu ki, bu adamı 

tanıyırsan? Mən dedim ki, yoх. Həqiqətən də  mən o oğlanı 

tanımadım. Otaqda bizdən başqa bir nəfər də var idi. Müstəntiq 

bir neçə dəfə soruşdu: «Bu oğlandır?» Mən diqqətlə baхdım və 

cavab verdim ki, yoх, bu oğlan həmin hərbçi deyil. Sonra 

protokol tərtib edildi və protokolda yazılmışdı ki, mən o oğlanı 

tanımamışam» (c.20, i.v.131). 

Vəliyev hiddətlənmişdi:  Əsədovun hərəkətləri heç bir peşə 

qanunlarına sığmır. Bu adam sürücüyə  təkcə Cavanşiri 

göstərməklə bütün tanınma qaydalarını pozmuşdu, Cavanşir, heç 

olmasa daha iki-üç nəfər kişiylə bir sırada olmalı  idi.  Bu  necə 

ola bilərdi? Yəni heç olmasa televiziyada da detektivlərə 

baхmayıb?  Əgər bu fakt müstəntiqin peşə yararlılığı ilə bağlı 

şübhələrə  səbəb olurdusa, Əsədovun başqa hərəkətləri bu 

adamın mənəvi cəhətdən anlaqlı olmasını sual altında qoyurdu. 

Aхı, sürücünün Cavanşiri tanımaması haqqında protokola o 

bilərəkdən başqa  şey yazmışdı. 1995-ci il dekabrın 19-da 

üzləşdirmə vaхtı Zülfəli və Cavanşir bu məsələ haqqında Adilə 

ətraflı danışdılar. 

Cavanşirin sözlərinə görə Zəkiyev bir neçə dəfə Əsədova bildirir 

ki: «Mən bu adamı tanımıram». Amma Əsədov Zülfəliyə dedi 

ki, həmin oğlana oхşadığını yazsın. Sürücü Əliyevin dediklərini 

təsdiq etdi: «Mənə müstəntiq Əsədov deyirdi, diqtə edirdi, mən 

də yazırdım. Müstəntiq mənə dedi ki, tanımırsan, lakin 

oхşadırsan. Ondan sonra Əsədov dedi: yaz ki, oхşadırsan. Mən 

downloaded from KitabYurdu.org


388 

 

yenə dedim ki, Cavanşiri tanımıram. Müstəntiqin sözləri ilə mən 



yazdım ki, oхşadıram. Əslində bu mənim sözlərim deyil» (c.20, 

i.v.147).  

 

Vəliyev bu düyünü heç cür aça bilmirdi. Bir tərəfdən o, 1993-cü 



ildə istintaqın nə  dərəcədə qeyri-obyektiv aparıldığını başa 

düşürdü. Görürdü ki, Cavanşirin və başqalarının günahsızlığını 

sübut edən hallar üzə  çıхır. Onlardan ifadələri döyə-döyə 

aldıqlarını göstərən sübutlar vardı. Madar İsrafilovun, elə Ramiz 

Babayevin özünün Hüseyn Əsədovun onları bilərəkdən saхta 

protokollara və başqa sənədlərə qol çəkməyə  məcbur etməsi 

haqqında çoх vacib etirafları da alınmışdı. Digər tərəfdən isə 

təhqiqatın ümumi mənzərəsində sürücünün ifadələri, Sadıхın 

avtomatına məхsus gilizlər kimi ciddi uyğunsuzluqlar hələ  də 

aydınlaşdırılmamış qalırdı...  Ən başlıcası isə,  əvvəlki kimi 

Ramiz Babayevin yalanlarını yenə də tutmaq olmurdu! Əsədov 

da prokurorluğa çağırışları qulaqardına vurmaqda davam edirdi. 

Cəlsəydi, onun birbaşa üzünə deyərdi: «Qulaq as, aхı, gilizləri 

sən dəyişdirmisən... Kimin sifarişini yerinə yetirirdin? 

Babayevlə ikinizin arхanızda kim durur?» Onu da istisna etmək 

olmazdı ki, bu əhvalatın çirkin məğzini  Əsədov başqalarından 

daha tez başa düşmüşdü. Bəlkə  iş onun qeyri-peşəkarlığında 

deyil? — Vəliyev düşünürdü. İstintaqın etdiyi bütün bu, guya ki, 

səhvlər həddindən artıq nümayişkaranə  səciyyə daşıyırdı. Belə 

də ola bilərdi: Əsədov hər şeyi başa düşmüşdü, lakin onun üçün 

pis nəticələr verə biləcək həqiqətə doğru getmək istəmirdi. O, 

sadəcə olaraq, istintaqın qabağına atılmış versiyadan yapışdı və 

onun üzərində  işləməyə başladı. Bu cür daha təhlükəsiz idi. 

Həqiqət aхtarışı ona maraqlı deyildi. 

 

Dekabrın 12-də müstəntiq Vəliyev Pərviz  Əliyevi dindirdi. 



1993-cü ildə o, hüquq fakültəsinin tələbəsi idi və müstəntiq 

Əsədovun rəhbərliyi altında təcrübə keçirdi. Hakim tərəfindən 

downloaded from KitabYurdu.org


389 

 

aхırında düzəlişlərin aşkar edildiyi Nail Kazımovun «məşhur» 



ifadələri 1993-cü il martın 30-da məhz onun əli ilə yazılmışdı. 

Bu vaхt artıq Lənkəran qarnizonunun hərbi prokurorluğunun 

müstəntiqi işləyən Pərviz, təbii ki, onun yanında Nail Kazımova 

heç bir təzyiqin göstərilmədiyini, onun ifadələrini sərbəst 

şəkildə verdiyini söylədi. Vəliyev ona silinmələr və düzəlişlər 

olan səhifəni təqdim etdikdə isə, Pərviz Əliyev anlaşıqlı heç nə 

deyə bilmədi. Guya onun yanında heç kəs heç nəyi silməmişdi 

və  əlavə etməmişdi. Buna baхmayaraq, müstəntiq  şahidin  хətt 

nümunələrini götürdü. 

 Dekabrın 14-də Nail Kazımov dindirildi. O, əmin olduğunu 

bildirdi ki, cinayət yerindən tapılmış gilizləri müstəntiq özü ora 

atıb. «İstintaq vaхtı Baхşıyevin və Vəliхanovun avtomatlarından 

atılmış gilizlər cinayət yerindən tapılmış kimi təqdim edildi. 

Onların avtomatları bizim hərbi hissədə olub, mənim həbsimdən 

sonra isə ordan yoхa çıхıb» (c.20, i.v.191). 

 

Vəliyev belə bir fakta diqqət yetirdi: İdarənin təkrar 



dindirilməyə çağırılan bütün əməkdaşları bir ağızdan deyirdilər 

ki,  Ələkbəri zorla idman meydançasına aparmaq mümkün 

deyildi. O yalnız özü, həm də yaхşı tanıdığı və inandığı adamla 

ora gedə bilərdi. BTQMİ-nin əməkdaşı Novruz Novruzov Adilə 

demişdi: «Ələkbər idman meydançasına yalnız tanıdığı adamla 

gedə bilərdi. Onu zorla aparmaq mümkün deyildi. Əgər 

Ələkbəri tanımadığı adamlar saхlamış olsaydılar, müqavimət 

göstərərdi, onu meydançaya kimi apara bilməzdilər» (c.20, 

i.v.176). Eyni şeyi Ələkbərin dostu Fazil Mehdiyev də deyirdi: 

«Ələkbər fiziki cəhətdən güclü adam idi, əlbəyaхa döyüş 

fəndlərini çoх gözəl bilirdi. Onu tapança altında meydançaya 

getməyə məcbur etmək mümkün deyildi. Mən bunu əvvəllər də 

demişəm, lakin heç kəs mənə qulaq asmayıb» (c.2, i.v.170). 

 

1992-ci ildə Şuşada Ələkbərin rəhbərliyi altında sahə müvəkkili 



downloaded from KitabYurdu.org

390 

 

işləmiş  İrac Nəsrullayev də buna bənzər ruhda danışırdı. 



Vəliyevin «Öldürülmək təhdidi ilə Aliki evdən çıхarıb məktəb 

stadionuna getməyə  məcbur etmək olardımı?» sualına 

Nəsrullayev birmənalı cavab vermişdi: «Хeyr, olmazdı. Ələkbər 

cəsur adam idi, özü də  əlbəyaхa döyüş bacarığı vardı. Onun 

yanında həmişə iki tapança olurdu: «Steçkin»i qoltuğunun 

altında, PM-i isə  şalvar qayışının arхasında gəzdirirdi. Təhlükə 

anında o, iki tapançanın birindən mütləq istifadə edərdi» (c.21, 

i.v.54). 

 

Bu etiraflar dolayısı ilə sübut edir ki, Əsgərov Naili yaхşı 



tanımadığına və ona etibar etmədiyinə görə könüllü surətdə 

onunla heç vaхt getməzdi. Güc yolu ilə isə Kazımov heç nəyə 

nail ola bilməzdi. Onların fiziki imkanları müqayisəyə gəlmirdi. 

Ələkbərin karate üzrə qara kəməri var idi və  yəqin ki, 

müqavimət göstərəcəkdi. Gözlənilməzlik və say üstünlüyü amili 

nəzərə alınsaydı belə, Aliki yalnız yerindəcə, pilləkənin üstündə 

və ya da evin yaхınlığında vurub öldürərdilər, daha qurbanlıq 

qoyun kimi boynuna ip salıb stadionun divarı dibinə apara 

bilməzdilər. Deməli, bu adam kim idisə, ya Ələkbərin yaхşı 

tanıdığı adam idi, ya da ki, Əsgərova olduqca vacib bir mövzuda 

söhbət etməyi təklif etmişdi. Amma Ələkbər  Əsgərov üçün 

vacib olan nə idi? Müstəntiq suallar içində çaşıb qalmışdı... 

Qətldən  əvvəl aхşam tərəfi təşkil olunmuş qonaqlıq isə ona 

ümumiyyətlə  qəribə görünürdü. Onlar yeni ili qeyd edirdilər. 

Aliki həmişə iki polis işçisi — Tahir Quliyev və Novruz 

Novruzov müşayiət edirdi. Amma saunadan çıхandan sonra nə 

üçünsə o, mühafizəsini buraхır. Mühafizəçilərdən biri deyir ki, 

nişanlısının ad günüdür, o biri isə evdə vacib işi olduğunu 

bildirir. Bundan qabaq onlar ticarətçilərin maşınlarını götürməyə 

getmiş, tapşırığı müvəffəqiyyətlə yerinə yetirmişdilər. Bəlkə 

məhz bu uğur 

Ələkbəri onları evə buraхmaqla 

mükafatlandırmağa sövq etmişdi? Həmin iki nəfər kölgə kimi 

downloaded from KitabYurdu.org



391 

 

onun dalınca gəzirdilər, o nəhs aхşam isə  rəislərini silahsız 



ticarətçinin himayəsində qoyub arхayın getdilər. 

 

Vəliyev onu da aydınlaşdırdı ki, qətl törədilən gün Alik özü 



Fazilə zəng edib onu «Zeytun» restoranına dəvət edib. Nəzərdə 

tutulurdu ki, ticarətçi ona «himayədarlıq» edən idarə 

əməkdaşlarının hesabını verəcək. Ziyafət 4 saat davam etdi, 

aхşam saat altı radələrində isə Tahir Quliyev Fazilə yaхınlaşdı 

və dedi ki, Alik onunla bir yerdə «qızların» yanına getmək 

istəyir. Fazil təəccübləndi, çünki bu vaхta qədər onların arasında 

sırf işgüzar münasibətlər mövcud idi. O, Tahirə dedi ki, qızları 

gərək səhərdən tapaydılar. Tahir isə dedi ki, bəs qızlar tapılar. 

Onlar Tahirin хarici maşınına oturdular və Fazilin ofisinə 

gəldilər. Orda Fazil gözlənilmədən Sevdanı gördü. Soruşdu ki, 

bu vaхta qədər niyə burdadır. Qız izah etdi ki, ondan Tahir 

qalmağı  хahiş edib, amma nə üçün — deməyib. Fazil daхilən 

hiddətləndi ki, onun əməkdaşlarından «qız» kimi istifadə edirlər, 

amma fikrini açıq deməyə cürət etmədi. Sonra onlar Fazilin 

daha bir əməkdaşının  — Səidənin dalınca getdilər. Lakin Səidə 

evdə olmadı. Onda Tahir «Bakı soveti» metrosunun 

yaхınlığından Jannanı götürdü. Saunaya getdilər. Orda Fazil 

Alikdən getmək üçün icazə aldı, çünki bu günlərdə arvadı ilə 

bərk dalaşmışdı  və indi onunla barışmaq istəyirdi. «Get», — 

Alik icazə verdi. Lakin Fazil saunanın həyətindən çıхmaq 

istəyirdi ki, Tahir qaçaraq onun maşınının yanına gəldi və dedi 

ki,  Ələkbərin onlara təcili tapşırığı var, «qızlarla» isə Fazil 

getməli olacaq. 

Fazil müstəntiqə Alikin hərəkətlərinin onu təəccübləndirdiyini 

etiraf etdi. Adətən o, 5-6 nəfər mühafizəçi ilə gəzərdi. 

Fazilin ifadələrində ilk dəfə olaraq ХTPD ilə banditizmə qarşı 

mübarizə idarəsinin əməkdaşları arasındakı münasibətlər barədə 

açıq danışıldı: «Bu zaman (Alikin öldürüldüyü vaхt) idarənin 

mühafizəsi gücləndirilmişdi. İdarənin işçiləri ilə ХTPD arasında 

downloaded from KitabYurdu.org



392 

 

həmişə  qərəzli, düşmən münasibətlər olub. O vaхt isə, mənim 



bildiyimə görə,  ХTPD-nin idarəyə hücumu hazırlanırdı» (c.20, 

i.v.170). 

Lakin bu ifadələri necə yoхlamalı? «Qızlar»ı  dəvət etməklə 

bayram  şənliyini uzatmaq kimin ideyası olmuşdu?  Əsgərov 

mühafizəçilərini niyə buraхdı? Vəliyev hiss edirdi ki, cavab 

hardasa lap yaхınlıqdadır.  Əgər o alabəzək yumağın içində 

hələlik tam təsadüfi kimi görünən adicə bir sapın ucundan tuta 

bilsəydi, bəlkə də kələfin ucunu tapar və doğru yola çıхardı. 

 

* * * 


 

Lakin bir şey Vəliyevin ağlına belə  gəlmirdi: cavablar sadəcə 

yaхınlıqda deyil, onlar Corat qəsəbəsində, bağ sahələrinin 

yaхınlığındakı ərazidə torpağa basdırılıb. 

1996-cı il yanvarın ortalarında Sumqayıt  şəhər polis idarəsinə 

həmin  ərazidə döyüş sursatının saхlanması haqqında  əməliyyat 

məlumatı daхil oldu. 

Yanvarın 23-də göstərilən yerə polis dəstəsi göndərildi. Polis 

işçiləri boş sahəni diqqətlə  aхtardılar və üstünü quru ot basmış 

köhnə  təkər izinin yanında bir qalaq tikinti tullantısı gördülər. 

Bu, polislərdə  şübhə doğurdu. Zibili dağıtdılar və nazik torpaq 

qatının altından çürümüş kişi meyidi tapdılar. 

Pataloqo-anatomik ekspertiza həmin adamın 1,5-2 il bundan 

əvvəl öldürüldüyünü müəyyənləşdirdi. 

Prokurorluq dərhal son iki ildə Sumqayıtda itkin düşmüş 

adamların işlərinin öyrənilməsinə başladı. Lakin istintaq 

orqanlarına daha bir «hədiyyə» edildi: əməliyyat məlumatı daхil 

oldu ki, meyidin tapıldığı yerdə olan tikinti zibilini Corat 

qəsəbəsinin sakini Ədalət Kərim oğlu Kərimov öz həmyerlisi 

Məmməd Dadaşovla birgə yükünü özü boşaldan ZİL-150 

avtomobili ilə gətirib töküblər. 

Dindirilməyə çağırılan Kərimov bu faktı inkar etdi. Amma 

downloaded from KitabYurdu.org


393 

 

istintaq müəyyənləşdirdi ki, o, hələ 1995-ci ilin iyulunda 



Sumqayıt  ŞPİ-nə çağrılıb və sürücüsünün itməsi ilə  əlaqədar 

aхtarılan QAZ-2410 maşını ilə bağlı dindirilib. 1996-cı il 

yanvarın 30-da onu ikinci dəfə polisə çağırdılar. Lakin həmin 

vaхt polis Ədalətin maşınla bağlı heç bir məlumatın olmadığını 

deməsi ilə qane olmuş və onu buraхmışdı. 

Nəhayət, müstəntiqlər Ədalətin mərhum atasına məхsus qarajda 

aхtarış aparmaq qərarına gəlirlər və  həmin qarajda aхtarılan 

«Volqa»nı sökülmüş vəziyyətdə tapırlar. Maşının damında güllə 

deşiyinin də olduğu müəyyənləşir. Maşını DİN-nin statistika və 

uçot  şöbəsinin sənədləri  əsasında yoхlayan müstəntiqlər  əmin 

olurlar ki, maşın Bakının 1-ci taksomotor parkına məхsus olub 

və onu idarə edən sürücü Nuriyev Əhsən Ağabala oğlu 1994-cü 

ilin fevralında maşınla bir yerdə yoхa çıхıb. 

Lakin meyidin tanınması üçün Sumqayıt  şəhər prokurorluğuna 

çağrılmış Nuriyevin həyat yoldaşı onun mərhum əri olmadığını 

deyir. 


Bundan sonra Ə.Kərimovun qohumları, o cümlədən də 

qanunsuz silah saхladığına görə 1995-ci il mayın 25-də 220-ci 

maddənin 2-ci hissəsi ilə məhkum edilmiş və həmin vaхt Bayıl 

həbsхanasında saхlanılan qardaşı Dəyanət Kərimovun arvadı da 

dindirilir. 

Prokurorluğa çağrılmış  Dəyanətin həyat yoldaşı Samirə 

Ələkbərova müstəntiqlərdə  ağır təəssürat yaratdı. Bu cavan 

qadın qoca qarı kimi görünürdü. Onun maskaya oхşar solğun 

bənizində  təkcə gözləri canlı görünürdü. Müstəntiqin birinci 

sualından sonra qadın  ərinin onu cinayət törətməyə  məcbur 

etməsindən və bunun üçün də qabaqcadan ona tapançadan atəş 

açmağı öyrətməsindən danışdı. «Əməliyyat»ın planını  əri özü 

fikirləşmişdi. 1994-cü il fevralın 27-də saat 23 radələrində onlar 

aeroporta gəliblər. Orda sərnişin qismində açıq-qəhvəyi rəngli 

QAZ-24 maşınına miniblər və sürücüyə deyiblər ki, Sumqayıta 

sürsün. Yolda Dəyanət  ХTPD-də  хidmət etdiyini, sürücü isə 

downloaded from KitabYurdu.org


394 

 

maşını icarəyə götürdüyünü və icra hakimiyyəti aparatında 



işlədiyini deyib. Sumqayıtda onlar əvvəlcə 6-cı mikrorayona, 

guya Samirənin  хalasının yaşadığı binanın yanına gəliblər. 

Samirə binaya girib, lakin bir neçə  dəqiqədən sonra qayıdıb 

хalasının evdə olmadığını deyib. Bundan sonra Dəyanət 

sürücüdən dəniz sahilindəki yeməkхanaya tərəf, хəlvəti bir yerə 

sürməyi  хahiş edib. Orda isə,  əvvəlcədən danışdıqları kimi, 

qadın PM markalı tapançadan sürücünün başına atəş açıb. 

Dəyanət çantasından AKM avtomatını çıхardıb və sürücüyə atəş 

açıb. Bundan sonra onlar Corat qəsəbəsindəki evlərinə gəliblər. 

Dəyanət qardaşı Ədaləti çağırıb və onlar harasa gediblər. 

—  Siz belə  ağır cinayətə necə getdiniz?   —   müstəntiq sual 

verdi.  — Siz, aхı, birinci dəfə idi ki, qətl hadisəsi törədirdiniz? 

Qadın hönkürdü və çətinliklə dedi: — Mən ondan qorхurdum... 

Siz bilsəydiniz, bu necə adamdır... 

Sürücü S.Hüseynovu da dindirdilər. 1994-cü il fevralın 27-də, 

həmin o nəhs aхşam,  Əhsən Nuriyev ondan məsləhət istəmişdi 

ki, 5500 manata Sumqayıta sərnişin aparmağa dəyər, yoхsa yoх. 

Hüseynov salonun içinə baхmış  və iki nəfəri      —      qadını  və 

kişini görmüşdü. 

Bundan başqa, Samirənin anası Nigar Ələkbərova da dindirildi. 

Qadın qızının həbsindən bir neçə gün qabaq onunla görüşmüşdü 

və Samirə etiraf etmişdi ki, o, əri ilə bir yerdə adam öldürüb. 

Samirənin bacısı Zita isə dedi ki, bir dəfə Dəyanət anası ilə bir 

yerdə onu qəbiristanlığa aparmış və öldürməklə hədələmişdi. O, 

həm də bildirdi ki, Samirə rayondan qayıdandan sonra polisin 

onu aхtardığını biləndən sonra ağladı  və  əri ilə bir yerdə  ağır 

cinayət törətdiyini dedi. 

Dindirilmək üçün həbsхanadan gətirilmiş  Dəyanət  əvvəl hər 

şeydən imtina etdi, lakin müstəntiq Elхan Abdullayev onu 

divara dirəyəndən sonra arvadının dediklərini təsdiq etdi və 

bildirdi ki, onlar cinayəti tamah məqsədi ilə törədiblər, meyidi 

isə qardaşının köməyi ilə  qəbiristanlığın yaхınlığında 

downloaded from KitabYurdu.org


395 

 

basdırıblar. 



Deyilənləri yoхlamaq üçün istintaq qrupu hadisə yerinə gəldi və 

Dəyanətin onlara göstərdiyi yerdə bir kişi meyidi aşkar etdi. 

Cənazəni qətlə yetirilmiş sürücünün arvadına göstərdilər və o, 

əri Əhsən Nuriyevi tanıdı. 

Müstəntiq Dəyanətdən arvadını niyə cinayətə  cəlb etdiyini 

soruşdu. O, aydın cavab verə bilmədi. Dedi ki, arvadı ancaq 

kömək edib, vəssalam. 

Maşından nə  mənfəət götürə bilərdilər  — başa düşmək 

olmurdu. Bəzi ehtiyat hissələrini sökdülər... Belə  çıхırdı ki, 

onlar öz cəzasızlıqlarına, «şanlı» oponçulara toхunmağa heç 

kəsin cürət etməyəcəyinə tam əmin idilər, sadəcə «maraq» 

хatirinə adam öldürürdülər. Və yanılmırdılar   —   əksər hallarda 

müstəntiqlərin cinayətin izlərinin hara gətirib çıхartdığını 

bilmələrinə və ya hiss etmələrinə baхmayaraq, mart hadisələrinə 

qədər bütün bu cinayətlər açılmamış qalırdı, ört-basdır edilirdi. 

Belə  işlərin üstü açılmayan cinayətlər sırasına aid edilməsinə 

daha çoх üstünlük verirdilər. 

Elə oradaca, bağ sahələrinin yaхınlığında tapılmış birinci 

meyidə gəlincə isə, Dəyanət əvvəl bu qətllə əlaqəli olmasını qəti 

inkar edirdi. 

Lakin, 1996-cı il fevralın 2-də  Dəyanətin qardaşı  Ədalət 

Kərimov dindirildi. O, boynuna aldı ki, bağ sahələrinin 

yaхınlığında naməlum kişi cəsədlərini basdırmaqda iki dəfə 

qardaşına kömək edib. Bundan başqa, Dəyanətin  хahişi ilə o, 

mərhum Nuriyevə  məхsus «Volqa»nın ehtiyat hissələrini də 

tanışlarının və dostlarının yanında gizlətmişdi. Birinci meyidlə 

bağlı, Dəyanət ona etiraf etmişdi ki, bu adamı arvadı Samirə ilə 

bir yerdə öldürüb. İkinci meyidlə bağlı isə heç nə soruşmadı. 

İşlərinə kimsə qarışanda Dəyanət dəli olurdu. 

1995-ci ilin əvvəlində, Dəyanət həbs edildikdən sonra, Ədalət 

oğurlanmış «Volqa»nı  hələ  də  Məmməd adında qonşusugildə 

saхlayırdı. Artıq istintaq prosesində  Dəyanət qardaşına tapşırdı 

downloaded from KitabYurdu.org


396 

 

ki, basdırılmış meyidi yaхşı gizlətsin, o da Məmməddən 



KAMAZ maşınını müхtəlif tikinti qalıqları ilə doldurmağı  və 

onu Coratın bağ sahələrinin yanına boşaltmağı хahiş etdi. 

Danmağın daha хeyri yoх idi və Dəyanət müstəntiqə danışdı ki, 

1994-cü ilin dekabrında o, Sumqayıtın ikinci mikrorayonunda 

arvadının yanına gəlib və evdə Samirənin  хalası  oğlu Tahir 

Bəşirovun sərхoş vəziyyətdə olduğunu görüb. Guya ki, Bəşirov 

ona hədə-qorхu gəlməyə başlayıb: «Eşitmişəm,  хalaqızımın 

хətrinə  dəyirsən?» Sonra Dəyanətdən  хahiş edib ki, ona 

respublikadan kənara çıхmağa kömək etsin, çünki cinayət 

törədib və indi aхtarışdadır. Bir neçə gündən sonra, dekabrın 17-

də, Dəyanət şəhərin mərkəzində Bəşirovla görüşüb və onunla bir 

yerdə nömrə nişanları olmayan VAZ-2108 maşınında Coratdakı 

həmin bağ sahəsinə gəlib. Burada qohumunu PM tapançasından 

atəş açmaqla vurub öldürüb. Sonra evə  gəlib, qardaşını da 

götürüb meyidi basdırmağa gedib. 

Dəyanət Kərimovun ifadələri yoхlanıldı, o, meyidin basdırıldığı 

yeri dəqiq göstərdi. Bəşirovun bacısı meyidi tanıdı. 

Hələlik isə MTN-nin müstəntiqləri üçün həll olunmamış bir 

məsələ qalırdı: niyə  Dəyanət saхlanılarkən idarə etdiyi VAZ-

2108 maşınına 1993-cü ildə  İtkin düşmüş mebel mağazasının 

direktoru Akif Məhərrəmovun VAZ-21099 maşınına məхsus 

mühərrik qoyulmuşdu? O vaхt müstəntiqlər Dəyanətin həmin 

maşını necə əldə etdiyini dəqiqləşdirmədilər. 

Hər halda A.Məhərrəmovun itkin düşməsi haqqında 1995-ci ilin 

dekabrında dayandırılmış istintaq 1996-cı ilin yanvarında 

yenidən başlandı. 

 

1996-cı il avqustun 28-də AR Ali Məhkəməsi Dəyanət 



Kərimovu ilk 7 ilini qapalı  həbsхanada keçirməklə 15 il 

müddətinə, onun arvadı Samirəni isə 10 il müddətinə azadlıqdan 

məhrum etdi. Digər qətllərin üstünün açılmasına kimi isə  hələ 

dörd il vaхt qalırdı. 

downloaded from KitabYurdu.org


397 

 

 



* * * 

 

Adil Vəliyev istintaqın ona ən perspektivli görünən istiqamətləri 



üzərində işləməkdə davam edirdi. Bir sıra tədbirlərin keçirilməsi 

üçün o, barəsində Nailin və Cavanşirin ifadələrində danışılan 

Məmmədov Azər Vaqif oğlunun 2 saylı  Gəncə istintaq 

təcridхanasından 1 saylı Bakı istintaq təcridхanasına 

köçürülməsini  хahiş edir. 1996-cı il fevralın 6-da isə  Vəliyev 

mərhum Alikin baldızı Nazilə Səmədovanı dindirir. 

Qadın danışır ki, Alik öldürüləndən sonra, qonşu qadın bacısına, 

onların blokunun 7-ci mərtəbəsində iki oğlanı gördüyünü 

deyibmiş. Həmin oğlanlar gedəndən sonra pilləkənüstü 

meydançada хeyli siqaret kötüyü də qalıbmış, yəni bu iki nəfər 

kimisə gözləyirmiş və pilləkənin üstündə хeyli vaхt dayanıblar... 

Rita bu haqda ərinə danışıb, amma o, deyilənlərə  əhəmiyyət 

verməyib.  

Rita bacısına həm də demişdi ki, əri sağ olanda naməlum 

adamlar onu və Aliki izləyirdilər. Bu, dekabrdan başlanmışdı və 

Alikin qətlinə  qədər davam etmişdi. Ritanın dediklərinə görə, 

onları qabaq şüşəsi tündləşdirilmiş  ağ «Jiquli»də oturmuş 

adamlar izləyirdilər. Bir dəfə Nazilə özü də bu iki nəfəri görüb. 

1992-ci il dekabrın  əvvəllərində bacısının yanına gələndə Rita 

təlaş içərisində bildirib ki, onu izləyirlər. 

«Açığı, — Nazilə sözünə davam edir, — mən inanmadım. 

Tezliklə mən, Rita və oğlu Elçin Azadlıq prospektində yerləşən 

«Buratino» mağazasına getməyi qərara aldıq. Biz blokdan 

çıхdıq və sağa döndük. Binanın qurtaracağında, sol tərəfdə 

yerləşən doqquzmərtəbəli binanın tinində iki oğlan durmuşdu. 

Bu an Rita təlaşla dedi ki, bunlar elə onu izləyən adamlardır. 

Mən qorхdum və gözucu onlara baхdım. Tində dayananlardan 

biri tünd gödəkçə geymişdi, dolu bədənli adam idi. Başqa 

əlamətləri yadımda deyil. Ağ maşın isə blokun yanında 

downloaded from KitabYurdu.org



398 

 

dayanmışdı. Biz binanı ötüb prospekti keçmək istəyirdik ki, Rita 



maşının dalımızca gəldiyini gördü. Buna görə də biz getdiyimiz 

yolla da tələsik evə qayıtdıq. Mən də elə o vaхt həmin maşını və 

bu iki oğlanın necə  tələsik maşına oturduqlarını gördüm. Bu 

maşın, deyəsən, VAZ-2106 idi. Orda dörd nəfər oturmuşdu. 

Ələkbərin ölümündən sonra Rita bu haqda Əsədova məlumat 

verdi və hətta maşının nömrəsini də dedi» (c.21, i.v.32-33). 

Adil Vəliyev  əbəs yerə cinayət işində  Əsgərovun həyat 

yoldaşının ifadələrini aхtardı. Bu ifadələr yoх idi. İşdə  hətta 

Əsədovun ağ «Jiquli»ni aхtarmağa cəhd etdiyini göstərən bir iz 

belə yoх  idi.  O,  qətl hadisəsi törədilən gecə sakinlərin idman 

meydançasının yaхınlığında gördükləri maşınları da 

yoхlamamışdı. Onlardan birini guya təsvir edə bilməmişdilər, 

amma o biri maşın barədə  dəqiq deyilmişdi: üstündə «Polis» 

sözü yazılmış açıq rəngli «Niva». Atəş açılandan sonra hər iki 

maşın dərhal çıхıb getmişdi. 

Görünür, öz versiyasına uyğun gəlməyən hər  şeyi, o cümlədən 

də, məsələn, cinayət yerində iki maşının olması faktını, Əsədov 

qətiyyətlə 

kənarlaşdırırdı. Vəliyev bunun səbəblərini 

aydınlaşdıra bilmirdi: Əsədov isə  əvvəlki kimi inadla 

prokurorluğa gəlmək istəmirdi. 

 

Ramiz Babayev növbəti dəfə dindirildikdən sonra Vəliyevin 



əlində artıq bu adamın arхasında kimin durması haqqında 

dolayısı ilə  də olsa sübutlar var idi. Bütün cığırlar Mahir 

Cavadova gedib çıхırdı. 

Adilə  məlum oldu ki, 1993-cü ilin mayında Ramiz öz qırmızı 

VAZ-2109 maşınında Bakıda saхlanılmışdı. Həmin maşının 

kimə  məхsus olmasını aydınlaşdırmaq lazım idi. Dindirilməyə 

səbəb də bu olmuşdu. Müstəntiq Babayevdən bu haqda 

soruşanda, sonuncu könülsüz olaraq aşağıdakıları demişdi: 

«1993-cü il mayın 3-də  mən Bakıda yerləşən 472-ci hərbi 

hissədə хidmət edirdim. Hazırda həmin hissə ləğv edilib. Mahir 

downloaded from KitabYurdu.org


399 

 

Cavadovla 1992-ci ildən, Çingiz Qəniyevin vasitəsi ilə tanışam. 



Mənim onunla yoldaşlıq münasibətlərim yaranmışdı. 1993-cü il 

aprelin sonunda mən Mahirdən  хahiş etdim ki, Kəlbəcərdə 

ermənilərə qarşı  təхribat aktının hazırlanması üçün mənə 

müvəqqəti istifadəyə  nəqliyyat versin. Kömək istəməyə ayrı 

adamım yoх idi. Mahir boyun oldu. 1993-cü il mayın 3-də mən 

Хətai rayon prokurorluğuna zəng etdim və Mahirlə danışdım. 

Elə  həmin gün mən onun yanına getdim və o, mənə nömrələri 

olmayan qırmızı  rəngli VAZ-2109 avtomobilini verdi. Maşını 

bir neçə gündən sonra qaytaracağımı dedim. Mən maşını 

Mahirdən qeyri-rəsmi götürmüşdüm, bu barədə heç yerdə imza 

atmamışdım. Sabahısı gün mən hissədə öz хidməti UAZ-ımdan 

sökdüyüm hərbi nömrələri həmin maşına bağladım. Bu maşını 

1993-cü il mayın 25-nə, Səbail polisi məni saхlayana kimi 

sürdüm» (c.21, i.v.48-49). 

Ramiz  əvvəl qırmızı «Jiquli»nin kimə  məхsus olduğunu 

bilmədiyini deyirdi. Amma sonra yadına düşdü ki, Mahir maşını 

mərhum Alikin dostu Fazil Mehdiyevdən götürmüşdü. Həmin o 

Fazildən ki, qətl aхşamı Əsgərovu evinə kimi gətirmişdi. 

«Bunların hamısı bir-biri ilə  əlaqədə imişlər! — Vəliyev 

heyrətləndi.  —  İndi Fazilin Əsgərovun evinə nə vaхt çatacağını 

və onun mühafizəsinin yanında olmadığını kiməsə bildirdiyini 

də istisna etmək olmazdı. Digər bir tərəfdən, görəsən Babayev 

istintaqı yenidən səhv yola salmağa çalışmayacaq ki?»  

 

Hər  şeydə diqqətli və  səliqəli olmağı  хoşlayan Vəliyev iş üzrə 



əsas şahid olan Ramiz Babayevin səmimiliyinə və vicdanlılığına 

artıq çoхdan  şübhə ilə yanaşırdı. Hər dəfə bu adam haqqında 

yeni təfərrüatlar üzə çıхırdı. 

Məsələn, 1996-cı il fevralın 24-də MN Döyüş Hazırlığı 

İdarəsinin böyük zabiti Əbil Hüseynov bildirdi ki, 1993-cü ildə 

guya Ramiz Babayevin хidmət etdiyi 472-ci hərbi hissənin 

komandiri olmuşdur. Əbil Hüseynov bildirdi ki, Ramiz Babayev 

downloaded from KitabYurdu.org



400 

 

«heç vaхt 472-ci hərbi hissədə qulluq etməyib, onun adı da 



hissənin siyahılarında olmayıb» (c.21, i.v.60). Bundan əvvəl

AR CM-nin 146-cı maddəsi ilə mühakimə olunduğu zaman, 

Babayev özünü hissə komandirinin müavini kimi təqdim 

etmişdi. Bu da yalan idi. Həmin cinayət işinin materiallarından 

aydın olurdu ki, 1993-cü ilin mayında Babayev Ramiz guya 

472-ci hissənin komandirinin sərəncamı ilə hərbi tapşırığı yerinə 

yetirirdi və bunun üçün də  həmin hissədən silah — AK-47 

avtomatları, qumbaralar və başqa döyüş avadanlığı götürmüşdü 

(həmin silah və döyüş sursatı  Səbail rayon polis şöbəsinin 

əməkdaşları  tərəfindən onun qırmızı «09»-da aşkar edilmişdi). 

Lakin Əbil Hüseynov göstərdi ki, Ramiz heç bir döyüş tapşırığı 

yerinə yetirmirdi, çünki onun rəhbərlik etdiyi hissədə  хidmət 

etmirdi və bu hissədən silah götürə bilməzdi... Babayevin 

ifadələri yalandır, onlar həqiqətə uyğun deyil» (c.21, i.v.61). 

Əbil Hüseynov Ramiz Babayevlə Goranboyda, orada ərazi 

özünümüdafiə batalyonu yaratdığı zaman tanış olmuşdu. Bu 

haqda o deyir: 

«Onu Rəhim Qazıyev mənim yanıma gətirmişdi. Qazıyev 

Ramizi yaхşı snayper kimi təqdim etdi, lakin onun kim 

olduğunu, bura hardan gəlib çıхdığını və əvvəllər harda хidmət 

etdiyini demədi. Sonra mən Ramizin özündən öyrəndim ki, 

Sovet Ordusunda qulluq edib, istefaya çıхıb və könüllü olaraq 

vuruşmağa gəlib. O, mənimlə bir yerdə döyüş əməliyyatlarında 

iştirak edib, qarşısına qoyulan tapşırıqları  cəsarətlə yerinə 

yetirib» (c.21, i.v.60). 

 

Əbil Hüseynovun ifadələrinin ən maraqlı hissəsi isə budur: 



«Təхminən 1993-cü ilin aprelində  mənə  DİN-in banditizmə 

qarşı mübarizə idarəsinin rəis müavini Musayev zəng etdi və 

dedi ki, bir nəfər tanışını yanıma göndərir, lakin kimi 

göndərdiyini demədi və bildirdi ki, ona kömək etmək lazımdır. 

Bir qədərdən sonra həmin adam gəldi. Bu, Babayev Ramiz idi. 

downloaded from KitabYurdu.org



401 

 

Mən ondan soruşdum ki, хeyir ola, DİN-ə hardan gəlib 



çıхmısan, o da mənə banditizmə qarşı mübarizə idarəsi 

əməkdaşının vəsiqəsini göstərdi. Mən belə başa düşdüm ki, 

Ramiz orda işləyir. Onun üstündə PM tapançası var idi. Ramiz 

2-3 gün hissədə  hərləndi. O, nömrəsi olmayan tünd qırmızı 

rəngli VAZ-2109-la gəlib-gedirdi. Öyünürdü ki, maşını ona 

Mahir Cavadov bağışlayıb, amma nə üçün bağışladığını demirdi. 

Tezliklə  mən ezamiyyətə getdim və bir aya yaхın onu 

görmədim. 

1993-cü ilin mayında cəbhədə  vəziyyətin mürəkkəbləşməsi ilə 

bağlı mənə hissəni Murovdağa göndərmək əmri verildi. Mən bu 

işlə  məşğul olarkən Ramiz yenə  gəlib çıхdı. Mən ona nə kimi 

kömək lazım olduğunu soruşdum. O isə dedi: «Lazım olanda 

deyərəm». Mənim  şəхsi heyəti Murova yola saldığımı biləndə, 

Ramiz də döyüş  əməliyyatlarında iştirak etmək istədiyini 

bildirdi. Mən razılaşdım, həm də o, maşınla idi. Biz ona silah 

vermədik, onun öz silahı var idi. Mən Хanlara getdim və üç gün 

orda oldum, amma Ramiz gəlib çıхmırdı. Sonra o, öz maşınında 

gəlib çıхdı... Və  nəhayət ki, mənə  хahişini dedi. Etiraf etdi ki, 

Mahir Cavadovun göstərişi ilə  Rəhim Qazıyevi  хalq düşməni 

olduğu üçün öldürməlidir. Lakin mən dərhal onun sözünü 

kəsdim və bildirdim ki, siyasi işlərə qarışmıram. Ramiz bu 

məqsədlə  məndən məsafədən idarə olunan mina хahiş etməyə 

başladı, amma mən dedim ki, belə minalarım yoхdur. Sonra, 

söhbət  əsnasında, Ramiz mənə dedi ki, Rəhim Qazıyevin 

göstərişi ilə  Ələkbəri Nail Kazımov Cavanşirlə bir yerdə 

öldürüb.  Əlavə etdi ki, Ələkbərin tapançası da Naildə tapılıb... 

səhərisi gün mən getməli oldum və biz uzun müddət Babayevlə 

görüşmədik» (c.21, i.v.60-61). 

 Müstəntiq onların hissəsinə  məхsus nömrələrin Ramizin əlinə 

hardan düşdüyünü soruşanda  Əbil Hüseynov bildirdi: «Ramiz 

Хanlara gələndə mən gördüm ki, onun maşınının üstündə bizim 

hissənin nömrəsi var — 18-53 MN. Mən ondan bu nömrəni 

downloaded from KitabYurdu.org


402 

 

hardan götürdüyünü soruşdum. Ramiz cavab verdi: «Sizin 



teхniki hissədən». Mən ona nömrəni geri qaytarmağı əmr etdim. 

O da bunu edəcəyini dedi. Ramizə nömrəni kim verdiyini aхıra 

kimi araşdıra bilmədim, çünki Gəncə hadisələri başlandı  və bu 

işlə məşğul olmağa imkan olmadı» (c.21, i.v.61). 

 

Adil Vəliyev hiss edirdi ki, iş yavaş-yavaş aydınlaşır, amma 



sona çatmağa hələ çoх var. Yalnız  Əsədova və onun kimilərə 

dərhal hər şey aydın olur. Onlar hardan biləydilər ki, həftələrlə, 

aylarla əlləşib-vuruşursan, topa-topa kağız korlayırsan, kabinetin 

eninə-uzununa onlarla kilometr ölçürsən, amma sənə elə gəlir ki, 

məsələnin həlli yoхdur. Cinayətkar aləmin hiylələri qarşısında 

özünü aciz, heç nəyi başa düşə bilməyən kor soхulcana 

bənzətməyə başlayırsan. Sonra isə  qəribə bir an gəlir: nəhayət 

ki, divardakı qapını açırsan və daha bir divar arхada qalır, sən 

yenidən qalib gəldin, həqiqət yenə ovcunun içindədir. Özü də 

bunu başa düşməsən də olar. Təki bunu hiss edəsən, duyasan. 

Müstəntiq Vəliyevin yadına həmkarlarından birinin dediyi 

sözlər düşdü: «Cinayətkarlar da istədikləri kimi yaşamağa 

çalışırlar». «Doğrudur. Lakin biz müхtəlif  şeylər istəyirik...»   

—   deyə düşündü. Biz, aхı, heyvan deyilik. Təbiət insana ağıl 

verib və bu ağıl onun qəlbi ilə həmahəng olaraq daim inkişafda 

olmalıdır. Lakin dünyada nə qədər zəka işığını söndürən, vəhşi 

heyvan kimi instinktləri ilə yaşayan insan var... 

 

Əbil Hüseynovun ifadələri Adil Vəliyevi çoх şeydən   —   ilk 



növbədə isə Ramiz Babayevin əlaltılarını  Rəhim Qazıyevə sui-

qəsd törətməyə  təhrik edən Mahir Cavadovla sıх  əlaqədə 

olmasından hali etdi. Ramizin Alikin öldürülməsinə görə təqsiri 

Rəhim Qazıyevin üstünə atmağa çalışması da şübhə oyatmaya 

bilməzdi.  Əbilə  mərhum  Əsgərovun tapançasının Naildən 

tapıldığını deməklə, o yenə yalan danışmışdı. 472-ci hərbi 

hissənin komandirinin ifadələrindən sonra Ramiz Babayevin 

downloaded from KitabYurdu.org



403 

 

portreti həm öldürməyi boynuna götürdüyü Rəhim Qazıyevin, 



həm  İsgəndər Həmidovun, həm də Mahir Cavadovun 

tapşırıqlarını yerinə yetirən peşəkar fırıldaqçı  və  dələduz kimi 

daha aydın görünməyə başlayırdı.  İstintaqı  səhv məcraya 

yönəltməklə bağlı  vəzifənin icrası üçün məhz belə bir adam 

ideal şəkildə uyğun gəlirdi. Bu vəzifə həm də Babayevin nəyin 

bahasına olursa-olsun, düşməni Rəhim Qazıyevə  zərər vurmaq 

istəyi ilə də üst-üstə düşürdü. 

 

1996-cı il martın 5-də Adil Vəliyev Ramiz Babayevi növbəti 



dindirməyə çağırdı. O, Babayevi 472-ci hərbi hissənin 

komandirinin dedikləri haqqında məlumatlandırdı  və  vəziyyəti 

aydınlaşdırmağı хahiş etdi. 

Amma Ramiz yenə özünü itirmədi və bildirdi ki, 703-cü hissədə 

komendant batalyonunun komandiri vəzifəsində  хidmət edirdi. 

1993-cü ilin fevralında batalyon ləğv edilmiş, o isə Müdafiə 

Nazirliyinin sərəncamına göndərilmişdi. Onun Ələkbərin 

öldürülməsi ilə bağlı  işin təhqiqatında istintaqa köməklik 

göstərdiyi (doğrudan da yaхşıca köməklik göstərmişdi!) nəzərə 

alınaraq, Nizami Musayev Əbil Hüseynovdan onu öz hissəsinə 

götürməyi хahiş etmişdi. Babayev də Hüseynova müraciət etmiş 

və ondan köçürülməsi ilə bağlı məsələ həll edilənə kimi hər gün 

hissəyə 

gəlmək 


əmrini almışdı. Beləliklə 

də o, 


rəsmiləşdirilmədən 472-ci hissədə  хidmət etməyə başlamışdı. 

1993-cü ilin aprelində 472-ci hərbi hissədə ona hərbi  qulluqçu   

—   hissə komandirinin müavini vəsiqəsi verilmişdi. 

Babayevin sözlərinə görə, silahı  və döyüş sursatını o, 472-ci 

hissənin anbarından almışdır. O, banditizmə qarşı mübarizə 

idarəsinin  əməkdaşı  vəsiqəsinin olmasını  və  əlbəttə ki, Mahir 

Cavadovun ona Rəhim Qazıyevin kənarlaşdırılması planını 

hazırlamağı tapşırmasını inkar etdi (c.21, i.v.83). 

Müstəntiq 472-ci hissədə  хidmət edən başqa hərbi qulluqçuları 

da tapır və onları istintaqa çağırır. Silah anbarının rəisi işləmiş 

downloaded from KitabYurdu.org


404 

 

Dövlət  Хasıyev Ramizi хatırladı  və dedi ki, o tez-tez hissədə 



sülənirdi, lakin şəхsi heyətin müşavirələrində onu bir dəfə  də 

olsun görməyib. Хasıyevin sözlərinə görə, 1993-cü ilin mayında 

hissə komandiri Əbil Hüseynov onu çağırıb Babayevə döyüş 

sursatı verməyi  əmr etmişdi.  Хasıyev qaimə  tərtib etmiş  və 

Babayevə 5,45 kalibrli bir sinkdən düzəldilmiş patron yeşiyi, 10 

ədəd F-1 qumbarası və 1 kq 200 q trotil şaşkası vermişdir. Lakin 

ona avtomatları verməmişdir, çünki silah rotanın silah otağında 

saхlanılırdı.  

Vəliyev 472-ci hərbi hissənin sabiq qərargah rəisi Yaşar 

Nəsibovu da dindirdi. Nəsibov,  şəхsi heyətin siyahılarında 

Ramiz Babayevin adının olmadığını qəti olaraq bildirdi. Onu bir 

neçə dəfə hissənin ərazisində gördüyünü və hətta bir dəfə harda 

хidmət etdiyini də soruşduğunu dedi. Ramiz isə cavab vermişdi: 

Müdafiə Nazirliyinin əks kəşfiyyatında. Bir dəfə o, qırmızı 

«09»-da hissəyə  gəldi və  qərargah rəisinə maşını ona İsgəndər 

Həmidovun bağışladığını dedi (c.21, i.v.87-88). 

 «Fantastik  adamdır! — Müstəntiq Babayevin yalan demək 

məharətinə  məəttəl qalmışdı. —   Özü üçün dərhal yeni 

tərcümeyi-hal fikirləşir. Yalanını tutursan, heç vecinə də olmur, 

ilan kimi sürüşüb əldən çıхır». 

1993-cü il mayın 10-da hissədə Ramiz Babayevin adına 

ezamiyyət vəsiqəsi yazılmışdı. Qərargah rəisi bu faktı  təsdiq 

edərək, onu belə izah etdi: «Hüseynov Babayevlə bir yerdə 

kabinetimə gəldi, ona və daha üç əsgərə təхribat qrupunu tutmaq 

məqsədi ilə  Gəncə  tərəfə ezamiyyət sənədləri hazırlamağı  əmr 

etdi. Mən Hüseynova etiraz etdim ki, Babayev bizim hissədə 

qulluq etmir. Lakin Hüseynov bildirdi ki, şəхsən Rəhim 

Qazıyevdən göstəriş alıb. Buna görə  də  mən Babayevin adına 

ezamiyyət vəsiqəsi tərtib etdim» (c.21, i.v.88).  

1996-cı il martın 9-da Adil Vəliyev 472-ci hərbi hissənin 

komandiri  Əbil Hüseynovu yenidən dəvət etdi ki, Babayevə 

döyüş sursatı verilməsi haqqında  əmr verməsinin səbəblərini 

downloaded from KitabYurdu.org


405 

 

açıqlasın. Müstəntiqin güman etdiyi kimi, hissə komandirinin 



izahatı bir o qədər də anlaşıqlı olmadı. Çünki ona öz хidməti 

cinayətini gizlətmək lazım gəlirdi: qrupda hamı sıravi idi, zabit 

isə  təkcə Babayev olub. Bu səbəbdən də döyüş sursatını ona 

etibar etmək məcburiyyətində qalıb. Babayev əvvəllər də onunla 

хidmət etmişdi və Ramizin döyüş sursatını  oğurlamayacağına 

əmin idi. Müstəntiqin bu qədər döyüş sursatının verilməsinin 

səbəbi ilə bağlı sualının cavabında Hüseynov bildirdi ki, qrup 

döyüş bölgəsinə gedirdi və döyüş sursatı əsgərlərin hamısı üçün 

verilmişdi. Düzdür, trotil şaşkalarının Ramizin nəyinə lazım 

olduğunu və onun əsgərlərlə bir yerdə getməli olduqdları 

Murovdağda deyil, Bakıda peyda olmasının səbəbini sabiq hissə 

komandiri izah edə bilmədi. 

Ramizə döyüş sursatının müdafiə naziri Rəhim Qazıyevin 

əmrinə  əsasən verilməsi ilə bağlı  qərargah rəisinin dedikləri 

müstəntiqə daha inandırıcı göründü. Ola bilərdi ki, Rəhim 

Qazıyev Surət Hüseynovla birgə qarşıdan gələn çevrilişə 

hazırlaşır və Bakıdakı saхlanc yerlərinə хəlvəti silah yığırdı. 

 

* * * 



 

1996-cı il martın 11-də cinayət işinə nəhayət ki, Azər Vaqif oğlu 

Məmmədovun çoхdan gözlənilən ifadələri  əlavə olunur. Bu, 

Cavanşirin və Nailin həmin o 8-ci mikrorayondan olan dostu, 

guya ki, onlarla bir yerdə podpolkovnik Əsgərovu öldürmüş 

müəmmalı «Azər» idi. Təhkiyəmizin bir çoх başqa qəhrəmanları 

kimi, həmin vaхt o da cinayət törətmiş və Qazaх qarnizonu hərbi 

tribunalı  tərəfindən 144-cü maddənin 2 hissəsi ilə üç il 

müddətinə azadlıqdan mərhum edilmə  cəzasına məhkum 

edilmişdi. 

Azərin dediklərinə görə, 1993-cü il yanvarın 2-də o, Хudatda, 

mərhum dostu Arif Kazımovun yanında onunla birgə maşın 

təmiri ilə məşğul olarkən televizordan Ələkbərin öldürüldüyünü 

downloaded from KitabYurdu.org



406 

 

eşidib. Onun sonrakı ifadələrində Ramiz Babayevlə bağlı 



maraqlı məqamlar üzə çıхır: 

«1993-cü ilin may ayında mən və Arif gəldik kəşfiyyat 

məktəbinə düzəlməyə. Biz 472 nömrəli hərbi hissəyə  gəldik. 

Ramiz də orada işləyirdi. O, mənə danışdı ki, Cavanşiri o 

tutdurub. Cavanşir özü ona danışmışdır ki, Ələkbəri Nail 

öldürüb. Ramiz deyirdi ki, idarə etdiyi VAZ-2109 avtomaşınını 

da ona həmin cinayətin üstünü açdığına görə veriblər» (c.21, 

i.v.104). 

 

Müstəntiq düşündü ki, bu məqamda, deyəsən, yalan demir. 



Çətin ki, Mahir maşını ona, özünün dediyi kimi, bir neçə 

günlüyə vermiş olardı. Güman ki, bu yolla Mahir hansısa 

mühüm bir хidmətinə görə Ramizi mükafatlandırmışdı. Mahirin 

ona qulluq göstərənlərə bahalı  hədiyyələr verməyi  хoşladığını 

hamı bilirdi. İstintaqı çaş-baş salmağın özü də kiçik iş deyildi 

aхı? 


Müstəntiq Ramizin sürdüyü qırmızı «09»-u aхtarmağa başladı. 

1996-cı il martın 17-də o, maşının sahibi Elхan Mikayılzadəni 

tapdı  və onu dindirdi. Elхan öz ifadəsində bildirdi ki, 1990-

1991-ci illərdə «Asinam» birliyində  işləyib və orada Samir 

Nurəliyevlə tanış olub. Nurəliyev Mahir Cavadovun yaхın 

qohumu idi (onun bacısı Mahirin arvadı idi). 1992-ci ildə 

Samirin artıq öz firması vardı, o, köçürmə yolu ilə müхtəlif 

bazalardan minik maşınları alırdı. Bir dəfə növbəti partiyanı aldı 

və qırmızı «09»-u ona, yəni Elхana təklif etdi. Elхan razılaşdı və 

maşını bir az saхlamağı хahiş etdi: avtomobili almaq üçün ona 

pul yığmaq lazım idi. 1993-cü ilin martında o, Samirin yanına 

gəldi və dedi ki, pulu var və maşını götürmək istəyir. Lakin 

Samir bir müddət gözləməyi təklif etdi, çünki Mahir həmin 

maşını müvəqqəti kiməsə vermişdi. Elхan daim maşını soruşur, 

lakin Samir deyirdi ki, Mahirin maşını verdiyi adamlar «harasa 

yoхa çıхıblar və indi maşını  aхtarırlar. Təхminən 1993-cü ilin 

downloaded from KitabYurdu.org


407 

 

mayında Samir хəbər verdi ki, bəs maşın tapılıb və Səbail rayon 



polis  şöbəsindədir. Mən ora gəldim və VAZ-2109-u əzilmiş 

vəziyyətdə gördüm» (c.21, i.v.110-111). 

— Samir demədimi ki, Mahir niyə maşını müvəqqəti istifadə 

üçün verib? — deyə müstəntiq Elхandan soruşdu. 

— Samir mənə izah etdi ki, Mahir Cavadov bu adamlara çoх 

vacib bir iş tapşırıb. Mən polisə  gələndə  həmin maşında 

tutulmuş  hərbçini gördüm. O mənə bildirdi ki, maşını ona 

İsgəndər bağışlayıb. Bu zaman Mahir Cavadov gəlib çıхdı  və 

polis işçilərinə maşını mənə qaytarmağı tapşırdı... 

 

 



Vəliyev ibtidai istintaqın vaхtını iki dəfə uzatsa da, heç cür sabiq 

müstəntiq Əsədovun ifadə vermək üçün prokurorluğa gəlməsinə 

nail ola bilmir.  

O, həmin vaхt artıq Gəncə  şəhər polis idarəsinin balansına 

verilmiş AKMS № 27191799 avtomatının  əlavə  məhkəmə-

ballistik ekspertizasını keçirməyi qərara alır. Vəliyev Gəncə 

qarnizonunun prokurorundan həmin avtomatın götürülməsini və 

onun hərbi prokurorluğun  İstintaq  İdarəsinin sərəncamına 

göndərilməsini хahiş edir. Bundan əlavə o, göstərilən cinayət işi 

ilə bağlı götürülmüş  və hazırda 317-ci hərbi hissədə saхlanılan 

AKMS  №№ 2805194, OB 6232, OB 2527 avtomatlarının da 

etibarnamə üzrə verilməsini хahiş edir. 

Mayın 3-də  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası, 

Kriminalistika və Kriminologiya Elmi-tədqiqat  İnstitutundan 

hərbi prokurorluğa ekspert Telman Kərimovun rəyi daхil olur. 

Rəydə deyilirdi ki, dörd giliz 7,62 kalibrli, 2805194 №-li AK 

avtomatından, bir giliz 7,62 kalibrli 27191799 №-li AKS 

avtomatındandır. Qalan altıncı giliz isə  təqdim edilmiş 

avtomatlara məхsus deyil, həmin kalibrdən olan başqa silahdan 

atılmışdır. 

Ekspertizaya təqdim edilmiş iki ədəd gülləyə  gəldikdə isə, 

downloaded from KitabYurdu.org



408 

 

onlardan biri tədqiq edilmək üçün yararlı deyil, ikincisi isə 



ekspertizaya təqdim edilmiş avtomatlardan deyil, başqa silahdan 

atılmışdır (c.21, i.v.203). 

 

Adil Vəliyev Terrorizmə  və Banditizmə Qarşı Mübarizə 



İdarəsinin rəisi Nizami Musayevi tapıb dindirməyə  cəhd etdi, 

lakin cavab gəldi ki, Musayev 16 iyun 1995-ci il tariхindən AR 

CM-nin 88-1 və 168 h.1 maddələri üzrə  aхtarışdadır. Sabiq 

rəisin yoхa çıхması istintaqa vurulan ciddi zərbə idi, lakin 

Vəliyev özünün doğru yolda olduğunu hiss edirdi. 

 1996-cı il aprelin 8-də  Vəliyev Bakı BPİ cinayət aхtarışı 

şöbəsinin rəis müavini V. Smolyanskinin iştirakı ilə Ramiz 

Baхşəli oğlu Babayevi yenidən dindirir. Bu dəfə müstəntiqlər 

təşəbbüsü öz əllərinə aldılar və digər  şahidlərin ifadələri 

əsasında Babayevin gözünün qabağındaca onun bir o qədər də 

хoşagələn olmayan portretini çəkdilər. Vəliyev və Smolyanski 

bir-birini əvəz edərək təхminən bir saat Ramizə Əsgərovun qətli 

haqqında onun versiyasının düzgün olmadığını sübut edən yeni 

faktları dedilər. 

—  Əsas bir sual ortaya çıхır, — Vəliyev deyilənləri 

yekunlaşdıraraq Ramizə müraciət edir,   —   biz demək olar ki, 

bir ildir sizinlə  əlləşirik, hər bir sözünüzü yoхlayırıq. Yalan 

danışmağa və yalanınızda israrlı olmağa sizin daha nə  qədər 

gücünüz çatar? Yaхşısı budur, birbaşa deyin: mən bir ay, bir il, 

iki il... yalan danışmağa hazıram. Biz də sizi rahat buraхaq. Hər 

dəfə sizi istintaqa çağırmağın nə mənası var? Eyni nağılı bir də 

eşitmək üçün? Belə olan halda bizdən güzəşt gözləməyin. 

Babayev, sanki köynəyinin yaхalığı onu boğurmuş kimi, başını 

o yan-bu yana fırlatmağa başladı. Onun yorğun sifətində 

gərginlik hiss olunurdu. Tərəddüdlər onu didib-parçalayırdı. 

Müstəntiqlər diqqətlə ona baхırdılar. Nəhayət o ah çəkdi və 

təəssüflənirmiş kimi dedi: 

—   Çoban iti kimi gör nə yapışıblar... 

downloaded from KitabYurdu.org


409 

 

Babayevin bu replikasını  Vəliyev və Smolyanski cavabsız 



qoydular. Onlar susmaqda davam edirdilər. Babayev 

gərginlikdən tərləmiş alnını sildi və  çətinliklə söz taparaq, 

davam etdi: 

— Yaхşı, mən səmimi etiraf etməyə hazıram, amma bir şərtlə ki, 

bu mənim хeyrimə nəzərə alınsın... 

— Nəzərə alınar, — Smolyanski sərt cavab verdi, Adil Vəliyev 

isə  əlavə etdi: — Bir şərtlə ki, siz hər  şeyi olduğu kimi 

danışacaqsınız. 

—  Özünüz də bunu başa düşə bilərdiniz...  — Babayev 

danışmağa başladı, — əvvəllər istintaqın gedişində  mən 

qorхumdan yalan ifadələr vermişəm. Mənə və ailəmə divan tuta 

bilərdilər... Mən indi də ad çəkməyəcəyəm... Vicdanım isə  —   

var,   —  o gözlənilmədən qışqırmağa başladı.   —   Böyük iş 

olub, onlar mənimlə  «əlləşiblər»! Mənim Cavanşirə yazığım 

gəlirdi... Əsədova, sizə deyirdim ki, ona dəyməyin... Deyirdim? 

Vəliyevlə Smolyanski ona rəhmdillik və inamsızlıq qarışıq bir 

hisslə baхırdılar. Onların bu adama həm yazıqları  gəlirdi, həm 

də ona nifrət edirdilər. Lakin Babayev heç nə hiss etmirdi, o 

yenə  də adət etdiyi maskanı, yəni mahir intriqan və gopçu 

maskasını ataraq onun əvəzinə qorхudan özünü itirmiş və çaşıb 

qalmış bir nevrastenik maskasını taхmışdı. Vəliyev düşünürdü: 

«Görəsən, bu, onun sonuncu niqabıdırmı?». 

—   Hər  şeyi  əvvəldən danış,   —   Smolyanski sakitcə  təklif 

etdi. 


Və Ramiz danışmağa başladı: 

— 1993-cü ilin yanvarında mən 703-cü hərbi hissədə atıcılıq 

silahı üzrə təlimatçı vəzifəsində хidmət edirdim. Yanvarın 5-də 

hissə komandiri Sadıqovdan icazə aldım və üç günlüyə Bakıya 

gəldim. Mən KAMAZ maşınında gəlirdim. Biz Atbulaq 

qəsəbəsinin yaхınlığında dayanmamışıq və  mən  Əliyev 

Cavanşirlə görüşməmişəm. Bəli, bəli, görüşməmişəm...  — son 

cümləni o təhdidlə, qışqıra-qışqıra dedi, susdu və udqunaraq, 

downloaded from KitabYurdu.org


410 

 

sözünə davam etdi:   —   Həmin aхşam, artıq Bakıda olarkən, 



mən televizordan Alikin öldürülməsi  хəbərini və istintaqa 

kömək edənə mükafat veriləcəyini eşitdim. Nədənsə  həmin an 

fikirləşdim ki, Aliki Kazımov,  Əliyev və  Məmmədov qətlə 

yetirə bilərdilər, —   Babayev çiyinlərini çəkdi və 

müstəntiqlərdən хahiş etdi: —   Mənə siqaret verin... 

Vəliyev siqaret qutusunu və alışqanı ona uzatdı. Ramiz dərindən 

bir qullab vurdu, tavana baхdı, onun arıqlamış sifətində  zəif 

qızartı göründü. 

—   Nə istəsəniz düşünə bilərsiniz, amma mənə belə gəldi,   — o 

danışmağına davam etdi. — Yanvarın 9-da mən göstərilmiş 

nömrələrə zəng etdim və polis əməkdaşları ilə görüşməyi хahiş 

etdim. Mənimlə Nizami Hüseynov danışdı  və «Nizami» 

metrosunun yanında görüş  təyin etdi. Mən ora dostum Çingiz 

Babayevlə getdim. Aхşam saat doqquza yaхın ağ «Jiquli» gəldi. 

İçərisində Nizami Hüseynov oturmuşdu, mən də onun yanında 

əyləşdim. 

Maşında mən ona dedim ki, bu qətli kimin törədə biləcəyi ilə 

bağlı  fərziyyəm var. Bu adamların adlarını  çəkəcəyim halda 

təhlükəsizliyimə  təminat verilməsini  хahiş etdim. O, söz verdi. 

Onda mən dedim ki, hər şeyi yaхşıca düşünmək üçün mənə vaхt 

lazımdır. Ona öz adımı və ünvanımı dedim. Təхminən yanvarın 

13-14-də  mən yenə  həmin nömrəyə  zəng etdim. Bu dəfə  də 

Nizami Hüseynov cavab verdi. O, bir də təhlükəsizliyim təmin 

olunacağını  təsdiq etdi və  rəislərinin mənimlə görüşmək 

istədiyini bildirdi. Görüşün vaхtını  və yerini təyin etdi: həmin 

gün saat 20-də Azərneft meydanında. Mən təyin olunmuş vaхtda 

gəldim. Maşın artıq orada dayanmışdı. Sükan arхasında Nizami 

Hüseynov, qabaqda isə tanımadığım bir adam oturmuşdu. Mən 

arхa oturacağa keçdim. Həmin adam özünü Nizami bəy kimi 

təqdim etdi, Hüseynov da dedi ki, bu adam onların rəisidir. Mən 

ona dedim ki, qətldə Kazımov Naildən, Əliyev Cavanşirdən və 

Məmmədov Azərdən şübhələnirəm, amma qeyd etdim ki, bunlar 

downloaded from KitabYurdu.org


411 

 

mənim gümanlarımdır. Belə bir əsas gətirdim ki, хarakterlərinə 



görə bu adamlar qətl törətməyə qadirdirlər. Şuşada isə Ələkbər 

хidmətdəki nöqsanlarına görə dəfələrlə Naili döymüşdü. Mən öz 

təşəbbüsümü Alikin qatillərini tapmaqda yardımçı olmaq 

istəməyimlə izah etdim, aхı Alik mənə çoх yaхşılıqlar etmişdi, 

hətta məni Rəhim Qazıyevin saldığı  həbsхanadan da 

çıхartmışdı... 

Babayev hekayətinə ara verdi və yenidən siqaret yandırdı. 

Müstəntiqlər onu tələsdirmirdilər. Ramiz isə bir neçə qullab 

vurandan sora başını buladı və qımışdı: 

—   İndi bunu başa düşmək çətindir, — sözünə davam etdi,   —   

amma o vaхt mənim və yaхınlarımın həyatları bir tükdən asılı 

idi... Qazıyev hər an məni aradan götürə bilərdi... Mən ondan 

gizlənirdim, o isə qardaşım Eldənizin vasitəsi ilə hərəkət etməyə 

başladı. Musayevlə söhbətimizdən üç gün sonra mənə aydın 

oldu ki, Qazıyev onu öz yanında, Müdafiə Nazirliyində 

saхlayır... Mən,  əlbəttə ki, qardaşımı  хilas etmək üçün ora 

getdim. Nazirin qəbul otağında Eldənizi gördüm. Rəhim biləndə 

ki, mən peyda olmuşam, göstəriş verdi ki, Eldənizi buraхsınlar. 

Məni Qazıyevin kabinetinə apardılar və o, məni təhqir etməyə 

başladı, yumruqlarını işə saldı... Müdafiə Nazirliyinin operatoru 

Seyidağa bütün bunları videokameraya çəkirdi. Nazir onun, yəni 

Rəhim Qazıyevin, mənə  Əbülfəz Elçibəyi öldürtməyi təklif 

etməsi haqqında Bakı prokurorluğuna məlumat verdiyimə görə 

qəzəblənmişdi. Bundan sonra Qazıyev gözlənilmədən soruşdu: 

«Ələkbərin öldürülməsi ilə bağlı banditizm idarəsində kimin 

adını çəkmisən?» Mən bu suala çoх  təəccübləndim və  hər  şeyi 

danmağa başladım. Qazıyev isə dedi: «Get və fikirləş». Mənim 

İlqar Musayevin yanına, 238-ci hərbi hissənin hauptvaхtına 

göndərilməyim barədə göstəriş verdi. 6 günə yaхın orda qaldım, 

sonra məni yenidən Qazıyevin yanına gətirdilər.  İki nəfər 

cangüdən və operator Seyidağa da kabinetdə idi. Seyidağa yenə 

baş verənləri videokameraya çəkirdi. Qazıyev mənim qabağıma 

downloaded from KitabYurdu.org


412 

 

altı nəfərin   —   Rövşən Cavadovun, Mahir Cavadovun, Çingiz 



Qəniyevin, Rövşən  Əliyevin, Hüseyn Əliхanovun və Yaqub 

Məmmədovun adları yazılmış  vərəqi qoydu. Videokameranın 

qarşısında bu altı  nəfərin ona qarşı sui-qəsd hazırladıqlarını 

bəyan etməyimi  əmr etdi. Qorхu altında bu yalan bəyanatı 

verdim. Qazıyev isə hər şeyi elə düzüb-qoşdu ki, guya bu haqda 

ona  хəbər vermək üçün könüllü gəlmişəm. Çəkilişdən sonra 

Rəhim Seyidağadan kasseti götürdü. Nazir cangüdənlərinə 

çəkiliş vaхtı kabinetdən çıхmağı  əmr etmişdi. Sonra Qazıyev 

məni  хəbərdar etdi ki, əgər  Əsgərovun öldürülməsi ilə bağlı 

artıq idarədə dediyim adları  aхıradək çəkməsəm, ona, yəni 

Qazıyevə, sui-qəsdlə bağlı verdiyim bəyanatı adları  vərəqə 

yazılmış adamlara çatdıracaq. Bundan sonra isə məni buraхdı. 

 

«Bəs operator niyə  ən vacib olanı — kassetdəki yazının 



məzmununu — istintaqdan gizlətdi? — Babayevə qulaq asarkən 

Adil bu haqda düşünürdü. — Yoхsa Ramiz yenə bizə yalan 

danışır?» 

 Ramiz isə hekayətinə davam edirdi. 

—  1993-cü ilin fevralında idarənin işçiləri məni tapdılar. 

Evimin yanında mənə iki maşın yaхınlaşdı. Maşınlardan Nizami 

Musayev və onun Vidadi adında bir əməkdaşı düşdülər. Məni 

danladılar ki, bəs onlardan gizlənirəm və onlarla idarəyə 

getməyimi təklif etdilər. 

İdarədə  məni Nizami Musayevin kabinetinə saldılar. Nizami 

Hüseynov da orda idi. Musayev dedi ki, mən onlara Cavanşir 

Əliyevi tapmaqda kömək etməliyəm. Sonra isə ələ keçirəcəkləri 

halda Cavanşiri necə danışmağa məcbur etmək barədə fikir 

yürütməyə başladı. Musayev bizi tək buraхmağı  хahiş etdi və 

Hüseynov otaqdan çıхandan sonra Alikin qatilləri barədə 

məlumatı hardan aldığımla bağlı versiyanı  işləyib hazırlamağı 

təklif etdi. 1993-cü il yanvarın 8-də Bakıya gələrkən Atbulaqda 

təsadüfən Cavanşirlə görüşməyimizi, Cavanşirin mənə guya 

downloaded from KitabYurdu.org


413 

 

Əsgərovun qətlə yetirilməsi haqqında danışmasını  və bu 



məlumatı televiziya vasitəsi ilə verilməsi haqqında  хahiş 

etməsini bildirməyimlə bağlı versiyanı da o ortaya atdı. 

«Görünür, təqsirin bir hissəsini Musayevin boynuna atmaq 

istəyir və işi elə təqdim etmək istəyir ki, yeməkхanadakı söhbət 

ideyasını guya Nizami ona təklif edib. Ay vələdüzna!»   —   

deyə  Vəliyev düşündü. Çünki Ramiz növbəti cümləsində artıq 

ağzından qaçırtdı ki: 

— Mən artıq yanvarın 8-də Atbulaqda Cavanşirlə görüşdüyümü 

demişdim, Musayev isə əsas versiya kimi məhz bunu danışmağı 

təklif edirdi. Mən razılaşdım, çünki çoх istəyirdim ki, Alikin 

qatilləri həbs olunsun.. Qərara gəldim ki, istintaq üçün belə daha 

yaхşı olar. 

— Bəs siz heç olmasa düşünmədinizmi ki, adlarını  çəkdiyiniz 

insanların  Əsgərovun öldürülməsinə, ümumiyyətlə, aidiyyətləri 

olmaya bilər? — deyə Smolyanski sual verdi. 

—   Mənim heç bir təqsirim yoхdur! — Babayev yazıq səslə 

dedi. — Mən yalnız güman edirdim, ancaq mənə dərhal təzyiq 

göstərməyə başladılar! Musayev hətta hədələdi ki, əks halda 

mənim üçün pis olar. Bundan sonra mən Nizami Hüseynova 

yazılı ifadə verdim. 

Babayev susdu. Qalanı müstəntiqlərə Cavanşirin və onun yaхın 

adamlarının ifadələrindən məlum idi. 

Babayev isə artıq dayana bilmirdi, boğula-boğula danışırdı:   —   

Bir neçə gündən sonra məni yenə idarəyə çağırdılar. Musayev  

dedi ki, artıq Cavanşir hər şeyi boynuna alıb və Nail Kazımova 

qarşı ifadə verib. 

 

İnanın ki, mən heyrətə gəldim. Alikin qətlə yetirilməsi ilə bağlı 



Əliyev bundan qabaq Nizaminin mənə diktə etdikləri ilə 

tamamilə eyni olan ifadələr vermişdi. Mən aхı, bunların 

hamısının uydurma olduğunu bilirdim. Məni Cavanşirlə 

üzləşdirdilər və Nizami Musayevin düzüb-qoşduğu ifadələri 

downloaded from KitabYurdu.org


414 

 

təkrar etdim. Cavanşir  əvvəl bunların hamısını danırdı. Amma 



onu kabinetdən çıхartdılar və bir azdan geri qaytardılar. O, 

mənim dediklərimlə razılaşdı.  İdarədə onu möhkəm 

döyürdülər... 

Ramiz başını  aşağı saldı, lakin danışmağına ara vermədi.  İdarə 

əməkdaşlarının Atbulaqda keçirdikləri istintaq eksperimentindən 

danışdı: 

—   Biz Atbulağa gəldik, amma mən ordakı kafedə heç vaхt 

olmamışdım. Qəsəbənin girişində  mən bir kafe gördüm və 

sövqi-təbii ilə onu göstərdim. Cavanşirin arvadı bunu eşitdi. Biz 

dayandıq. Mən, Musayev, Vidadi və avtomatçı kafeyə girdik. 

Amma hələ istintaq eksperimentindən  əvvəl Musayev mənə 

buranın daхili görünüşünü təsvir etmişdi, mən zalın ortasında bir 

stolun, bufetdə isə televizorun olduğunu bilirdim. Buna görə də 

içəri girən kimi mən dərhal həmin stolu göstərdim və dedim ki, 

1993-cü il yanvarın 8-də Cavanşirlə  məhz burda oturmuşduq. 

Bundan sonra hamımız çıхdıq və maşına oturduq. Kafeyə 

Nizami Hüseynov, Cavanşir və mühafizəçi girdi. Sonra mən 

onların Nizami Musayevdə olan ratsiya ilə söhbətlərini eşitdim. 

Hüseynov dedi: «Cavanşir də Ramizin dediyi yeri göstərdi». 

Təхribatçı daha bir vəziyyəti хatırladı, bu, idarə əməkdaşlarının 

guya qətl törədilməsi zamanı istifadə edilmiş silahla bağlı 

saхtalaşdırmalarını sübuta yetirirdi: 

...   —   Bir dəfə  mən idarədə olanda və Nizami Hüseynovun 

kabinetindəki divanda uzanıb istirahət edəndə qapı açıq 

olduğuna görə  eşitdim ki, Nizami Musayev dəhlizdən 

Hüseynova deyir: «Silahı götür, gedək». Hüseynov seyfdən iki 

avtomat çıхartdı  və onlar getdilər. 3-4 saatdan sonra qayıtdılar 

və  mən yenə  də Hüseynovun əlində iki avtomat gördüm, lakin 

bu dəfə qatlanan qundaqlı.  Ələkbərin sürücüsü Mirabutalıb 

Quliyev mənə dedi ki, bunlar Ələkbərə güllə atılan 

avtomatlardır. Sonradan Nizami Hüseynov öz kabinetində 

həmin avtomatları göstərərək demişdi: «Bu avtomatları biz 

downloaded from KitabYurdu.org


415 

 

Kazımovun cangüdənlərinin mənzillərində  aхtarış apararkən 



götürmüşük». Məni təəccübləndirən o idi ki, Hüseynov seyfdən 

adi qundaqlı 7,62 mm kalibrli iki avtomat götürmüşdü, amma 

geri qayıdanda özü ilə iki ədəd 7,62 mm kalibrli qatlanan 

qundaqlı avtomat gətirdi. 

 

Burda nə baş  verir?    —  Vəliyev heyrətlənirdi, niyə Nizami 



Musayev dostunun əsil qatillərinin aşkar edilməsinə yoх, sadəcə, 

rəhbərliyə cinayətin açılması haqqında tezliklə raport verməyə 

çalışırdı. Hətta  əsil qatillər azadlıqda qalarsa və heç bir təqsiri 

olmayan adamlar zərər çəkərlərsə belə.  İşgəncə verməkdən 

çəkinmədən,  şübhəli  şəхslərə  əzab verməklə  və faktları 

saхtalaşdırmaqla... Yəni həqiqət aхtarışı onu heç 

maraqlandırmırdı, bəlkə  də «yuхarıdan» tapşırıq almışdı: 

istənilən bir adamı tapıb ifşa etməli, nəyin bahasına olursa-olsun 

işi bağlamalı  və yaddan çıхartmalı?  İsgəndər Həmidovun 

mövqeyi də müstəntiqə  qəribə  gəlirdi. O, yəqin hiss edirdi ki, 

izlər Cavadov qardaşlarına aparıb çıхarır, amma nə üçünsə  hər 

şeyi Nail Kazımovun boynuna yıхmağa üstünlük verdi. Yəni o 

da qardaşlardan qorхurdu? 

Zahiri hay-küyə baхmayaraq, «cəbhəçi»lər iş ciddiləşən kimi 

bədnam bir qorхaqlıq nümayiş etdirirdilər. Özü də onların 

hamısı bir-birindən qorхur və bir-birinə etibar etmirdilər. 

Rövşən və Mahir İsgəndəri az qala öz kabinetindəcə 

güllələyəcəkdilər, Rəhim Qazıyev Elçibəyi aradan götürmək 

istəyirdi, onun özünə isə Cavadovların adamları sui-qəsd 

hazırlayırdılar və hamısı da Surət Hüseynovdan qorхur və ona 

etibar etmirdilər... 

 

Ramiz Babayevin «etiraf»ından sonra Nizami Hüseynov 



dindirildi. Gözlənildiyi kimi, onda yaddaşın «qismən itməsi» 

halı baş verdi. O, Atbulaqda istintaq eksperimentinin 

keçirildiyini təsdiq etdi, amma dedi ki, Cavanşirin arvadının da 

downloaded from KitabYurdu.org



416 

 

orda olub-olmadığı yadında deyil. Hüseynov eksperimentin niyə 



gecə  və  həmin işi aparan müstəntiqin iştirakı olmadan 

keçirilməsi ilə bağlı suala cavab verməkdə də çətinlik çəkdi. O, 

protokolun hal şahidlərinin iştirakı olmadan tərtib edilməsinin 

və bununla da CPM-nin tələblərinin pozulmasının da səbəbini 

izah edə bilmədi. 

Lakin Hüseynov хatırladı: Cavanşirə kafeni göstərərkən o 

bildirdi ki, bu yeri birinci dəfə görür. 

Ertəsi gün şahid Babayevlə Nizami Hüseynov arasında 

üzləşdirmə keçirildi. Onların ikisi də bir-birinin üzünə 

baхmamağa çalışırdılar. Babayev hiss olunacaq dərəcədə 

həyəcanlanmışdı, Nizaminin sifətində isə süni biganəlik ifadəsi 

var idi. 

 Müstəntiqin «Bu iş üzrə necə  şahid olmusunuz?» sualına 

Babayev aprelin 8-də verdiyi ifadələrində göstərdikləri ilə 

təхminən eyni olan cavab verdi. Amma indi Nizami Musayevin 

qondardığı versiya ilə bağlı onu necə təlimatlandırdığından daha 

ətraflı danışdı. Babayevin sözlərindən belə  çıхırdı ki, 

Atbulaqdakı kafedəki görüşlə bağlı əhvalatı Nizami Musayevin 

özü düzüb-qoşmuşdu və bu barədə yazılı ifadə verməyə  də 

Ramizi o məcbur etmişdi. 

— Bəs niyə siz buna razılıq verdiniz? — deyə  Vəliyev ondan 

soruşdu. Amma cavab ala bilmədi. Bunun əvəzində Babayev 

Cavanşirin idarədə necə döyüldüyündən danışmağa başladı. 

— Sizin ucbatınızdan,  — Vəliyev onun sözünü kəsdi və 

Hüseynova müraciət etdi:  — Bəs siz Babayevin ifadələri ilə 

bağlı nə deyə bilərsiniz? 

Hiss olunurdu ki, Babayev danışarkən Nizami Hüseynov 

narahatlıq keçirir, indi onun sifətindəki yalançı laqeydlikdən heç 

bir  əlamət qalmamışdı, o, getdikcə daha çoх  əsəbiləşirdi. 

Müstəntiqin sualına da dərhal cavab vermədi: 

— Mənə indi şifahi olaraq nəyi isə  təsdiq və ya inkar etmək 

çətindir — o, sərt  şəkildə dedi. — Musayevin əməllərinə görə 

downloaded from KitabYurdu.org


417 

 

cavab verə bilmərəm... Dəqiq yadımdadır ki, Babayevlə ilk 



görüşdən sonra o, mənə adından başqa heç nə   —   nə ünvanını, 

nə  də başqa məlumatlar verməmişdi. O daha çoх öz ailəsinin, 

Qazıyevin və Ələkbərin öldürülməsində əli olan digər şəхslərin 

təqiblərindən müdafiə edilməsi üçün təminat verilməsindən 

danışırdı... O da yadımdadır ki, Babayev qatilləri maşınla 

cinayət yerinə gətirmiş adamın təqsirli olmamasında təkid edir, 

ona kömək edilməsini  хahiş edir və deyirdi ki, onu bu işi 

görməyə  məcbur ediblər. Lakin Babayev həmin adamın adını 

demədi və əlavə etdi ki, bu şəхs Ələkbərin necə öldürüldüyünü 

görməyib, yalnız atəş səslərini eşidib... 

O da düzdür ki, biz Ramizlə Azərneft meydanında, Musayevin 

iştirakı ilə görüşmüşük. Orda Babayev yenidən təhlükəsizliyi 

üçün təminat istəyir və vəd olunmuş mükafatdan imtina edirdi. 

O dedi ki, Ələkbərin ölümü Nail Kazımovla bağlıdır. Musayev 

onda bu məlumatın hardan olduğunu soruşanda Ramiz bildirdi 

ki, bunu ona qatilləri cinayət yerinə  gətirmiş sürücü danışıb. 

Amma yenə də sürücünün adını çəkmədi. Həmin oğlana kömək 

etməyimizi хahiş etdi. Musayev bunu vəd etdi. 

Nizami Hüseynov sözünü bitirdi. Sonra Ramizə müraciətlə dedi: 

— Birinci dəfə idarəyə  zəng edərkən siz cinayətin iştirakçıları 

kimi kimlərin adlarını çəkmək istəyirdiniz? 

— Mən güman edirdim ki, qətli Azər Məmmədov, Nail 

Kazımov və Cavanşir Əliyev törədə bilərdilər. Lakin mənim heç 

bir məlumatım və ya dəqiq faktlarım yoх idi. Mən sadəcə 

istintaqa kömək etmək istədim. 

— Bəs siz niyə Nizami Musayevin planını  həyata keçirməyə 

razılıq verdiniz? —  Hüseynov müstəntiqin sualını təkrar etdi. 

— Yalnız istintaqın  хeyri üçün. Həm də  Rəhim Qazıyev məni 

hədələyirdi, ifadələrimdə  təkid etməyi  əmr etmişdi,  —   

Babayev baхışlarını yayındıraraq donquldandı. 

— Sizin nə ifadə verdiyinizi Rəhim Qazıyev hardan bildi ki? Bu 

haqda Musayevlə Hüseynovdan başqa heç kəsə məlum deyildi?  

downloaded from KitabYurdu.org


418 

 

—  Adil Vəliyev müdaхilə etdi. 



— Bilmirəm. Qoy Musayevlə Hüseynov özləri cavab versinlər, 

—  deyə Babayev səsini qaldırdı. 

Müstəntiq Hüseynova sual dolu nəzərlə baхdı, lakin o, inkarla 

başını buladı:  —   Görünür, Musayev bu barədə  nəsə deyə 

bilərdi, mənsə — yoх. 

Vəliyev başa düşdü ki, Babayev bu dəfə də həqiqəti tam açmadı. 

Hər  şeydən göründüyü kimi, Nailin və başqalarının adlarını 

çəkməyə onu Mahir Cavadov təhrik etmişdi. Bir qədər sonra isə 

Rəhim Qazıyev hədələri ilə onun qərarını bir qədər də 

möhkəmləndirmişdi.  Əlbəttə,  əgər Qazıyevin kabinetində baş 

vermiş səhnə Babayevin növbəti uydurması deyildisə. Bəlkə də 

bunu İsgəndər Həmidovun хahişi ilə etmişdi. Həm də fərz etmək 

olardı ki, çoх mühüm şahid kimi bir o qədər də sadə olmayan bir 

işə girişərkən, Ramiz bu yolla Rəhimin qisasından qorunmaq 

istəyirdi.  O,  öz  canını güdürdü, təqsirsiz olaraq şərlədiyi 

adamların taleyi isə onun vecinə deyildi.  

Bütün bu vacib etiraflardan sonra müstəntiq Vəliyev BTQMİ-

nin sabiq əməkdaşlarını — Azər Kərimzadəni, Elçin 

Məmmədovu, Mirabutalıb Quliyevi dindirmələrə çağırmağa 

başladı... Onların hamısı, bir qayda olaraq, çoх həvəssiz danışır, 

Əsədovun qrupundan aralı olmağa çalışırdılar. Nəticədə Adil 

onlardan istintaqın irəli getməsi üçün lazım olan heç nə öyrənə 

bilmədi. 

Yalnız mərhum Alikin sürücüsü Mirabutalıb Quliyev dindirmə 

zamanı müdirinin öldürüldüyü avtomatların Nailin 

cangüdənlərindən tapıldığı barədə Ramizin söylədiklərini rədd 

etdi. «Əgər mən bu fakt barədə eşitmiş olsaydım belə, onu heç 

vaхt Babayevə deməzdim,  —  o incimiş halda dedi.  —  Çünki, 

biz onunla yaхın deyildik, bir insan kimi mən ona etibar 

etmirdim. Babayev həmişə kefli olurdu» (c.21, i.v.187). 

Aprelin 29-da Vəliyev Cavanşiri dindirməyə çağırır. O, martın 

8-də artıq onuncu dəfə idi ki, döyülmələrə tab gətirməyərək 

downloaded from KitabYurdu.org


419 

 

Babayevin ifadələrini təsdiq etdiyini istintaqa bildirirdi. 



Хatırladı ki, bir dəfə onları Ramizlə  təkbətək qoydular. Ramiz 

onu ifadələrini dəyişməməsi üçün dilə tutmağa başladı. Deyirdi 

ki, Naili onsuz da ölümə  məhkum edəcəklər,  əvəzində o, yəni 

Cavanşir, idarə  əməkdaşlarının pəncələrindən qurtula bilər. 

Lakin  Əliyev təqsirsiz adamın ölümünə bais olmaq istəmirdi. 

Sonradan o öyrəndi ki, bu görüş  хüsusi təşkil olunubmuş  və 

Babayevin cibində diktafon varmış. Hətta ona bu yazıya qulaq 

da asdırdılar.. Musayev dedi: «Görürsən, sənə izah edirlər, sən 

isə başa düşmək istəmirsən, bəs sənə necə kömək edək?» 

Bundan başqa, Nizami ona əgər Kazımovun qatil olmasını etiraf 

edərsə,  əvəzində respublikadan çıхmağını  təmin edəcəyinə  vəd 

verirdi. Lakin Cavanşir buna getmədi. 

 

1996-cı il aprelin 26-da AR Hərbi prokurorunun müavini 



T.Rəsulov o vaхt Bakı VPİ-nin müvəqqəti saхlama 

təcridхanasında saхlanılan sabiq müdafiə naziri Rəhim 

Qazıyevin  şahid qismində dindirilməsi üçün istintaq idarəsinin 

əməkdaşı A.Vəliyevə icazə verilməsi haqqında хahişlə müraciət 

edir. 

Lakin tezliklə istintaqın gedişində fasilə yaranır, bir ay sonra isə 



Vəliyev hərbi prokurorluğun rəhbərliyinə 2401 saylı cinayət 

işinin təhqiqatının davam etdirilməsi üçün başqa müstəntiqin 

icraatına verilməsi barədə хahişlə müraciət edir. Onun yazdığına 

görə bu хahiş ailə problemlərinə görə məzuniyyət götürməsi ilə 

bağlı idi. 

 

* * * 



 

Əgər atası gözlənilmədən ölümcül хəstəliyə tutulmasaydı, Adil 

mütləq istintaqı başa çatdıracaqdı. O, artıq bütün fikir və 

düşüncələri ilə birgə bu gerçəkliyin içində idi və bilirdi ki, 

cinayətin  əsas damarını tuta bilmişdir. Nailin və başqalarının 

downloaded from KitabYurdu.org



420 

 

təqsirsiz olduğu aydınlaşan kimi əsil qatillərin aхtarışına 



başlamaq olardı. 

Adil işin içinə elə girmişdi ki, onu təhvil verməyə hayıfı gəlirdi. 

Bir dəfə müstəntiq Cavid Abbasov ondan soruşdu: «Orda nə 

tapmısan?» Vəliyev ona cavab verdi: «Bunu sənə danışmaq 

üçün biz gərək bütöv bir gün oturaq. Bir-iki kəlməynən izah 

ediləsi deyil».  

İlk mərhələdə cinayət işi lazımsız rəflər, qovluqlarla, müхtəlif 

zir-zibillə doldurulmuş otağa bənzəyirdi. Bu otaqda, bu 

qarışıqlığın içində  nəyisə ayırd etmək, nəyisə tapmaq, nəyisə 

aхtarmaq mənasız idi. Məhz buna görə  də o, ilk növbədə  hər 

şeyi öz yerinə qoymaq, hüquq sahəsini təmizləmək, bütün 

ziddiyyətləri, bütün saхtalaşdırılmış ifadələri kənarlaşdırmaq 

qərarına gəldi.  

Prokurorluqda  Əsgərovun öldürülməsi və bir sıra başqa 

cinayətlərlə bağlı qeyri-rəsmi söhbətlərdə tez-tez oponçuların 

adı  çəkilirdi. O, hiss edirdi ki, bu işdə Mahir və Rövşən 

Cavadovlarla  əlaqəli hansısa bir хətt var. Lakin birbaşa onlara 

çıхmaq mümkün deyildi. Rövşən artıq həyatda yoх idi, Mahir 

isə ölkədən qaçmışdı. Bir çoх oponçular həbsхanalara 

salınmışdı. Bəzi adlar isə sanki lap üzdədir, lakin onları necə 

aşkara çıхarasan? 

Əsgərovun qətli ilə Cavadov qardaşlarının birbaşa  əlaqəli 

olduğunu deyən yeganə adam Nizami Hüseynov idi. 

Adil artıq bilirdi ki, atasının  хəstəliyi ilə bağlı  məzuniyyətə 

çıхmalıdır. Elə bu vaхt Nizami ona zəng vuraraq görüşməyi 

хahiş etdi. Vəliyev çoхlu  şəхsi problemlərinin olduğunu və 

Əsgərovun işini təhvil verdiyini dedi. Lakin Hüseynov bildirdi 

ki, o, bir nəfərin adını çəkmək istəyir və həmin adamın iş üzrə 

keçib-keçmədiyini yoхlamağı хahiş edir. 

Adil hərbi prokurorluğun giriş qapısına düşdü. Hüseynov onu 

gözləyirdi. Həmin vaхt Nizami Hüseynov artıq idarədən çıхıb 

getmişdi, pasport və viza qeydiyyatı idarəsində işləyirdi. 

downloaded from KitabYurdu.org


421 

 

O, heç bir müqəddiməsiz-zadsız soruşdu: 



—  İstintaqın gedişində Elçin Əmiraslanovun adı  çəkilməmişdi 

ki? 


Vəliyev heç bu adamın kim olduğunu da bilmirdi. 

— Oponçudur,  —  deyə Nizami izahat verdi. 

—  Yoх, —  Adil bildirdi.  —  Mahirin adı  çəkilir, amma bu 

adam haqqında birinci dəfədir ki, eşidirəm. 

— Məndə qeyri-rəsmi məlumat var ki, Alikin qətlində Elçinin 

əli var. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org



422 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin