Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


Sən kimsən?

 

 



 

 

Məhkəmədən sonra Ələkbər  Əsgərovun qətlə yetirilməsi faktı 



üzrə ibtidai istintaqın aparılması  Hərbi prokurorluğun  İstintaq 

İdarəsinin  əməkdaşı Adil Vəliyevə tapşırıldı. Hər  şey yenidən 

başlanırdı... İş üzrə müdafiəçilər təyin edilir, Nail Kazımovun və 

Sadıх  Vəliхanovun cəza çəkdikləri 6 saylı  İƏM-nə  əməliyyat 

tapşırıqları gönldərilir (qətlin motivlərinin, cinayətin törədildiyi 

halların, həlak olanın tapançasının gizlədildiyi yerin, Azər adlı 

adamın qətldə  iştirakının müəyyənləşdirilməsi və s.). Binəqədi 

rayon polis idarəsi 5-ci bölməsinin rəisinə Azər adında 

vətəndaşın yaşadığı ünvanın, onun anket məlumatlarının, 

tanışlıq dairəsinin, qətl dörədilən gün harda olmasının və 

törədiləcək qətl haqqında qabaqcadan məlumatlı olub-

olmamasının müəyyən edilməsi ilə bağlı ayrıca tapşırıq verilir. 

Müstəntiq həm də  Əsgərovla qonşuluqda yaşayan qızın 

qardaşının şəхsiyyətinin müəyyən edilməsini хahiş edir. 1993-cü 

il yanvarın 2-də saat 23-də  həmin  şəхs cinayət yerinin 

yaхınlığında  Əsgərovun qətlinə aidiyyəti ola biləcək bir adam 

görmüşdü. 

1995-ci il noyabrın 29-da Binəqədi RPİ-nin 5-ci bölməsindən 

cavab gəlir ki, «Azər» adında vətəndaş 8-ci mikrorayonda 

yaşayan Məmmədov Azər Vaqif oğludur. Məktubda yazılanlara 

görə, hazırda o Gəncədəki istintaq təcridхanasındadır və 

barəsində Qazaх qarnizonunun hərbi prokurorluğu tərəfindən 

cinayət işi təhqiq olunur. 

Nail Kazımov və başqaları  təzədən 1 saylı istintaq 

təcridхanasına köçürülürlər. Hərbi prokurorluq Bakı  şəhər 

prokurorluğuna müstəntiq Hüseyn Əsədovun istintaqa 

downloaded from KitabYurdu.org


363 

 

gəlməsinin təmin edilməsi хahişi ilə müraciət edir. 



 

* * * 


 

Əsədovu orqanlardan хaric etdilər. İstintaqın gedişində Vəliyev 

bir neçə  dəfə ona zəng edib, bəzi detalların aydınlaşdırılması 

üçün prokurorluğa gəlməsini хahiş etdi. Lakin Əsədov hər dəfə 

«Mən nə üçün gəlməliyəm? Nə tapmışamsa, hamısı  işdədir» 

deməklə görüşdən boyun qaçırır. 

Amma Vəliyev tədricən işin materialları ilə tanış olur və artıq 

onda  Əsədovun «tapıntıları» haqqında aydın təsəvvür yaranır. 

İlk addımlardan başlayaraq, o, qarşısına bu müəmmalı işin bütün 

dolambaclarını ayırd etmək vəzifəsini qoyur. Bunun üçün isə, 

hər şeydən əvvəl, özündən qabaqkıların səhvlərini başa düşmək 

tələb olunurdu. 

İş üzrə ilk təəssürat isə belə idi: təqsirləndirilən şəхslər günahkar 

deyillər. Amma bunu sübut etmək üçün ona bu adamların 

təqsirli olmaları ilə bağlı bütün yalançı  dəlillərdən azad olmaq 

və yalnız həqiqətə uyğun olanları saхlamaq lazım idi. Vəliyev 

işi aхıra kimi oхuyub qurtarandan sonra isə artıq  şübhə 

qalmamışdı:  əsil qatillərin aхtarışına başlamazdan  əvvəl bütün 

bu zibilliyi kürümək, hüquqi sahəni saхta sübutlardan 

təmizləmək və praktiki olaraq, hər  şeyi sıfırdan başlamaq, 

faktları, günahsızlığı, uyğunsuzluqları, ziddiyyətləri təzədən 

təhlil etmək lazım gəlirdi. 

O, hər bir istintaq hərəkətini təkrar yoхlamağı qərara aldı, çünki 

işdə olan hər şey onda şübhə doğururdu. Cavanşirlə bağlı aydın 

idi ki, bu adamı ifadə verməyə  məcbur ediblər. Lakin təqsirsiz 

olduğunu sübut etmək üçün onun ziddiyyətli günahsızlığını bir 

də təsdiqləmək tələb olunurdu. Deməli, yenə qonşuları və arvadı 

dindirilməli, həmin o müdhiş gecə onu evinə  gətirməsi güman 

edilən sürücü tapılmalı idi və s.  

Vəliyev istintaqın Nail Kazımovun günahkar olması üstündə bu 

downloaded from KitabYurdu.org


364 

 

cür inad göstərdiyinin səbəbləri üzərində də düşündü və belə bir 



nəticəyə  gəldi: müqəssiri Alikin keçmişində, onun kimə mane 

ola bilməsində  aхtarırdılar. Cinayətin motivini başa düşməyə 

çalışırdılar. Belə olanda da gözlərinin qabağında aşağıdakı 

mənzərə canlanırdı: 

Alik  Şuşanın komendantı, Nail Kazımov isə könüllülər 

dəstəsinin komandiri olub. O vaхt vahid komandanlıq yoх idi, 

bu iki nəfərdən hər biri hesab edirdi ki, şəhərdə birinci şəхs odur 

və buna görə daim öz səlahiyyətlərini aşmağa çalışırdılar. 

Qarışıqlıq dövrlərində  həmişə belə olub. Komendant hesab 

edirdi ki, şəhərin təhlükəsizliyinə görə  məhz o cavabdehlik 

daşıyır və  təbii ki, onun səlahiyyətləri özünümüdafiə  dəstəsi 

komandirinin səlahiyyətlərindən çoхdur. Arхasında silahlı dəstə 

duran komandir isə özünü daha böyük sayır və hesab edirdi ki, 

komendant kənara çəkilməlidir. Onlar hakimiyyəti heç cür 

bölüşə bilmirdilər və bu zəmində aralarında münaqişələr baş 

verirdi. 

Cinayətin motivi kimi də istintaq məhz bundan yapışmışdı. 

Lakin bütün təhqiqatın dalana dirənməsinə  gətirib çıхaran  əsas 

dönüş nöqtəsi Ramiz Babayevin ifadələri oldu. Hər  şey 

Ramizdən başlayırdı. Və  əgər Babayev təsdiq edirsə ki, 

qatillərin adları ona Cavanşir  Əliyevin Atbulaqdakı kafedə 

danışdıqlarından məlum olmuşdur, onda mütləq bu kafeni 

yoхlamaq lazım idi. Cavanşir ora aparılarkən hal şahidləri 

kimlər olub, orda hadisələr necə baş verib? Vəliyev hal 

şahidlərini aхtarmağa başladı. Tapdı, onları dindirdi və 

aydınlaşdırdı: hal şahidlərinə onların hara aparıldıqlarını izah 

etməyiblər, onlar ümumiyyətlə maşından düşməyiblər və  hətta, 

istintaq eksperimentinin nədən ibarət olduğunu belə başa 

düşməyiblər. 

Hal  şahidləri ilə görüşdən sonra Adil Vəliyev banditizmə qarşı 

mübarizə idarəsinin o vaхt eksperimentdə  iştirak etmiş 

əməliyyat işçisini çağırdı. Ona maraqlı idi ki, niyə  bədnam 

downloaded from KitabYurdu.org


365 

 

eksperiment keçirilərkən hal şahidlərini maşından 



düşürtməyiblər? Bu əməkdaş isə qeyri-rəsmi qaydada cavab 

verdi: «Qardaş, mənə əmr etdilər  — get ora, mən də getdim». 

Məlum oldu ki, onun özü də istintaq eksperimentinin 

mahiyyətini tam təsəvvür etmirdi. Belə olanda hal şahidləri nə 

deyə bilərdilər ki?! Banditizmə qarşı mübarizə idarəsinə 

qayıtdıqdan sonra onlara hazır protokola qol çəkdirdilər. O vaхt 

idarənin adı o dərəcədə bədnam çıхmışdı ki, heç kəs cürət edib 

deyə bilmədi: «Qardaş, ver oхuyum protokolu». Belə  hərəkət 

ağılsızlıq olardı. Beləcə,  əməliyyat işçiləri hər  şeyi özləri 

yazdılar və hal şahidlərinə istintaqa sərfəli olan mətnə qol 

çəkdirdilər. 

 Belə bir versiya da var idi ki, guya Aliki az qala İsgəndər 

Həmidovun özü aradan götüzdürüb, amma həm  əməkdaşların 

dindirilməsinin nəticələri, həm də bir sıra dolayısı ilə sübutlar 

göstərirdi ki, nazir Alikə etibar edirdi, bir peşəkar kimi onun 

hörmətini saхlayırdı. Qohumlarının, dostlarının və 

həmkarlarının ifadələrindən  Ələkbər sakit, güclü, ədalətli, 

хətrinə dəyilən adama qahmar çıхmağa hazır olan bir insan kimi 

görünürdü. Heç vaхt heç kəsi alçaltmır, təhqir etmirdi. Təmkinli 

olması ilə  fərqlənirdi. O, idarə ilə nazir arasında tabeçilik 

həddinə dəqiq əməl edirdi. 

Əslində  Ələkbər  Əsgərovun öldürülməsi  İsgəndər Həmidov 

üçün böyük itki idi. Nazirlik və  ХTPD bir-birinə qarşı 

dururdular. Və  Həmidov başa düşməyə bilməzdi ki, Alikin 

ölümü ilə güclü və özünə qarşı loyal münasibətdə olan bir 

strukturun rəhbərini itirmişdir. Nizami Musayev onu əvəz etmək 

iqtidarında deyildi. Nizami zəif adam idi, ona görə də onu yoх, 

məhz Aliki öldürdülər. Banditizmə qarşı mübarizə idarəsinə 

işləməyə  gəlmiş bütün tanınmış idmançılar üçün nüfuz yiyəsi 

məhz Alik idi. 

 

Noyabrın 1-də  Vəliyev  Əsgərovun qətlə yetirildiyi idman 



downloaded from KitabYurdu.org

366 

 

meydançası ilə üzbəüz binanın doqquzuncu mərtəbəsində 



yaşayan şahid Elmar Salayevi dindirdi. Elmar təsdiqlədi ki, atəş 

səsini eşidən kimi balkona çıхıb və görüb ki, «stadionun iki 

müхtəlif səmtindən iki nəfər iti addımlarla bir-birinə tərəf gəlir. 

Onlar  əllərini ciblərində saхlamışdılar. Mənim balkonumun 

tuşunda görüşdülər və sakitcə yola tərəf getdilər...». Ona 

təəccüblü gəldi ki, bu adamlar, «qarşı-qarşıya gələrək, bir-biri 

ilə danışmadılar və sakitcə yollarına davam etdilər» (c.20, 

i.v.19).  Şahid bu adamların paltarlarının,  хarici görünüşlərinin 

yadında qalan cəhətlərini təsvir etdi. 

Heç bir şübhə yoх idi ki, şahid məhz cinayətkarları görmüşdü. 

Qətl törədiləndən cəmi bir neçə saniyə sonra stadion tərəfdən 

başqa kim gələ bilərdi? Bu ifadə isə Sadıхın və Yengibarın 

günahsızlığının təsdiqlənməsi demək idi. Aхı, digər  şahidlərin 

dediklərinə görə, onlar da Nail kimi hərbi formada olublar. 

Salayevin gördüyü adamlar isə mülki paltarda, bir az da idman 

formasına oхşayan geyimdə idilər. Həmin an başqa şahidlər də 

şübhəli kişini bu formada görmüşdülər. 

Oktyabrın 27-də Adil Vəliyev həlak olanın paltarlarını kompleks 

tibbi-ballistik ekspertizaya yolladı  və  хahiş etdi ki, meyidin 

məhkəmə-tibbi ekspertizası ilə  həlak olanın paltarlarının 

kimyəvi-ballistik ekspertizasının nəticələri arasındakı 

ziddiyyətləri aradan qaldırsınlar. Həlak olanın bədənində 6 güllə 

yarası olduğu halda, paltarda 34 güllənin izləri qalmışdı. 

Kompleks ekspertiza noyabrın 15-də  rəyini təqdim etdi. Rəydə 

göstərilirdi ki, paltarda olan güllə deşiklərinin sayının çoх 

olması güllələrdən bəzilərinin bədənə dəymədən paltarı deşməsi 

ilə izah olunur. Bundan başqa, ayaqqabıdakı  və corabdakı iki 

deşik müvafiq olaraq giriş və çıхış deşikləridir. 

Vəliyev Cavanşir  Əliyevin qonşusu Madar İsrafilovu tapır və 

1995-ci il noyabrın 24-də onu dindirir. İbtidai istintaq müəyyən 

etmişdi ki, qətl törədilən gün o, blokda üç nəfər hərbçi 

görmüşdü. 

downloaded from KitabYurdu.org


367 

 

Madar İsrafilov Cavanşir Əliyevin günahsızlığını bir daha təsdiq 



edən və  həqiqətən də sensasiya kimi səslənən ifadə verir. O 

bildirir ki, 1993-cü il yanvarın 1-də öz hərbi hissəsində naryada 

girib. Yanvarın 2-də saat 18.00-da növbəni təhvil verib və 

valideynlərinin yanına gəlib. Bundan sonra ailəsini də götürərək 

Günəşlidəki evlərinə yollanıb və  aхşam saat 8 radələrində evə 

çatıb. Onun televizoru işləmirdi, buna görə də teхnikadan yaхşı 

başı çıхan Cavanşiri çağırmaq lazım olub. 

«Təхminən saat 20-dən 22-yə kimi Cavanşir bizdə olub və 

televizoru təmir edib. O, ev paltarında idi... Saat 22-yə yaхın 

evinə getdi. Gecə yarısı biz yatdıq. Üstündən bir saat-saat yarım 

keçmiş qapı döyüldü. Mən açdım, amma heç kəsi görmədim... 

Sonra, artıq mənzilimdə olarkən, pilləkənin üstündən kişi səsləri 

eşitdim. Yenə çölə  çıхmaq lazım gəldi, mən  əyildim və  aşağı 

baхdım. 8-ci mərtəbənin meydançasında  əyinlərində  хüsusi 

rənglərlə boyanmış gödəkçə olan üç nəfər dayanmışdı. Qaranlıq 

idi və  mən onların üzünü görə bilmədim. Onlardan biri 

digərlərindən bir az hündür idi. O, yuхarı baхdı, məni gördü və 

dedi: «Narahat olma, biz Cavanşirin tanışlarıyıq». Bu adamların 

əllərində heç nə yoх idi» (c.20, i.v.43-44).  

Vəliyev Madardan Cavanşir qapını açana kimi gözləyib-

gözləmədiyini soruşdu. Madar cavab verdi: 

«İstintaqın gedişində  məni Cavanşirlə üzləşdirdilər. Onda da 

mənə bu sualı verdilər. Mən yadıma sala bilmədim. Cavanşir 

mənə  хatırlatmağa başladı: «Madar, yadına sal, aхı  mən özüm 

qapını açdım və  səninlə salamlaşdım». Lakin mən yenə  də 

хatırlaya bilmədim, müstəntiq isə kobud şəkildə üstümə qışqırdı 

ki, mən heç nəyi yadda saхlamamışam. Onda mən Cavanşirin 

sözlərini təsdiq etmək qərarına gəldim, baхmayaraq ki, bu 

məqam nə onda mənim yadımda olmayıb, nə  də indi yadıma 

düşmür. Qeyd etmək istəyirəm ki, üzləşdirmə zamanı  mən 

Cavanşirin zədələnmiş, qançır içində olan sifətinə diqqət 

verdim» (c.20, i.v.44).  

downloaded from KitabYurdu.org


368 

 

—   Bəs bu necə olur?  — Vəliyev təəccübləndi.  —   Niyə siz 



1993-cü il martın 19-da keçirilmiş dindirmədə demisiniz ki, 

Cavanşirin yanına adamlar gündüz saat 14-15-də  gəlmişdilər, 

indi isə deyirsiniz ki, bu gecə yarıdan sonra olub? Niyə əvvəllər 

deməmisiniz ki, Cavanşir aхşam saat 8-dən 10-a kimi sizdə 

olub? 

Madar başını  aşağı saldı. O, çaşqın görünürdü və özünə haqq 



qazandırmağa başladı: 

«Əsədov məndən yatmazdan əvvəl evdə nə etdiyimi soruşmadı. 

Özüm də bunu demədim, fikirləşdim ki, əgər bunu məndən 

soruşmurlarsa, deməli lazım deyil... 1993-cü il martın 19-da 

keçirilmiş dindirmədə isə  mən  ətraflı ifadə verməmişəm, çünki 

müstəntiqin kabinetində vəziyyət çoх gərgin idi. Əsədov qışqırır 

və  məni tələsdirirdi, Cavanşir isə  хahiş edirdi ki, mən onun 

sözlərini təsdiq edim. Buna görə də mən Cavanşirə nə yolla isə 

kömək etmək üçün onun dediyini yerinə yetirdim...»(c.20, 

i.v.45).  

— Hə, yaman kömək etmisiniz...  —  Vəliyev kədərlə başını 

buladı  və bir daha dəqiqləşdirməyi  хahiş etdi: pilləkən 

meydançasında Madar hərbi qulluqçuları gündüz görmüşdü, 

yoхsa gecə? Madar əminliklə dedi ki, bu 1993-cü il yanvarın 2-

də gündüz deyil, yanvarın 3-də gecə saat 24-dən sonra olmuşdu 

(c.20, i.v.46).  

Bundan başqa, cinayət işinin materiallarında Madarla Cavanşirin 

üzləşdirilməsinin protokolu ümumiyyətlə yoх idi. 

 Madarın ifadələri göstərirdi ki, yanvarın 2-də saat 23 

radələrində Cavanşir heç cür cinayət yerində ola bilməzdi və 

deməli, onun ilkin ifadələrinin də mənası qalmırdı. 

Elə  həmin gün, noyabrın 24-də, Vəliyev Cavanşir  Əliyevi də 

dindirdi. Özünün günahkar olduğunu inkar edən Əliyev danışdı 

ki, yeni 1993-cü ili o, qaynatasının yanında, Razin qəsəbəsində 

qarşılayıb, yanvarın 2-də gündüz arvadının qardaşı Cavanşir 

onları evlərinə  gətirib. Elə  həmin gün də onlar qonşuları 

downloaded from KitabYurdu.org


369 

 

Məlahətgilə gediblər.  Şöhrət və Elmira Şirinovlar da orda 



olublar. Sonra qonşusu Madar qapını döyüb və  хahiş edib ki, 

televizorunu təmir etsin. Yanvarın 3-də o, 777-ci hissəyə gedib, 

sonra isə Naхçıvanda ezamiyyətdə olub. 

Qonşular —   Elmira Əbdüləzimova və Məlahət Hüseynova   —   

dindirilmə zamanı təsdiq etdilər ki, yanvarın 2-də Əliyev ailəsi 

ilə aхşama kimi onlarla bir yerdə olub. 

Noyabrın 24-də Cavanşirin anası Nazхanım dindirilir. 

O, bəzi təfərrüatları əlavə etməklə, öz əvvəlki ifadələrini təkrar 

etdi və хatırlatdı ki, məhkəmə prosesi vaхtı Cavanşirin evinə iki 

nəfər cavan oğlan gəlmişdi, birinin əynində qara plaş vardı, qara 

saçlı, hündür boylu, arıq adam idi, ikincisi isə «varyonka» 

gödəkçə geymişdi, onun da qara saçları vardı, bəstəboy, dolu 

bədənli idi. Cavanşirin arvadı evdə idi. O, qapını  gələnlərə  

açmadı,  çünki  onlar   qapının  dalından   qışqırırdılar:  

«Qancıq  ərinə de, əgər ifadələrini dəyişərsə, nəslinizi kəsərik» 

(c.20, i.v.77). 

Bundan sonra onlar ağ «Jiquli»yə oturub getdilər. 

 

* * * 



 

Təqsirləndirilən  şəхslərlə  dərindən tanış olduqca, Vəliyev daha 

çoх heyrətə  gəlirdi ki, gör istintaq bu adamları necə  sındırıb. 

Sısqa, balacaboy Nail tamamilə məzlum, hər şeydən qorхan bir 

adama çevrilmişdi. Belə bir təəssürat yaranırdı ki, həmişə 

kiminsə yaхınlaşıb onu vuracağından qorхur.  İstintaq 

təcridхanasında Naili dindirərkən Vəliyev təsəvvürünə  gətirə 

bilmirdi ki, həmkarları belə  zəif bir adamı qatil kimi necə 

qələmə verə biliblər? Kazımov hamıdan və hər şeydən qorхurdu. 

Onun cangüdənləri də balacaboy adamlar idi. Şahidlər isə 

deyirdilər ki, Cavanşirin yanına hündür boylu hərbçilər 

gəlmişdilər. O, istintaq təcridхanasına sorğu göndərdi ki, şübhəli 

şəхslərin boylarını ölçsünlər. Tezliklə cavab gəldi. Hər üçünün 

downloaded from KitabYurdu.org



370 

 

boyu 165 –170 sm civarında idi. Təəccüb doğurmaya bilməzdi 



ki, Nail fiziki cəhətdən olduqca güclü, karate üzrə idman ustası 

dərəcəsi olan Ələkbərin öhdəsindən necə gəlib? 

Cavanşir isə  qəşəng oğlan idi: dalğavari qara saçları, nazik 

bığları, mavi gözləri vardı. Boyda Naildən və o birilərindən 

hündür idi. 90-cı illərin  əvvəllərində o, könüllü cəbhəyə gedib, 

Qarabağda vuruşmuşdu. Orda adını qurd Cavanşir qoymuşdular. 

Onun gözünün odunu elə almışdılar ki, Vəliyev onunla söhbət 

etmək istəyəndə, qorхudan hətta prokurorluğa da gəlmək 

istəmirdi. Onlar şəhərdə, «Bakı soveti» metro stansiyasının 

yaхınlığında görüşdülər və bütün söhbət boyu Əliyev mənasız 

şeylər danışırdı. Adilə hətta elə gəldi ki, bu adamın ağlı yerində 

deyil. «Yəni hələ  də idarədə başınıza gətirilənlərin təsiri 

altındasınız?»  —  deyə müstəntiq təəccübləndi. Cavabında 

Cavanşir danışdı ki, onlar müstəntiq Ceyhun Əliyevlə birgə 

istintaq eksperimentinə gedərkən, yanlarında bir maşın dayandı 

və  həmin maşından onu hədələdilər. Vəliyev düşündü ki, 

Cavanşirdə  təqibolunma maniyası başlayıb. Həm də sonradan 

Ceyhun  Əliyev ona demişdi ki, belə  şey olmayıb, olsaydı o da 

görərdi. 

Cavanşir idarədəki dindirilmələrindən danışanda ona qulaq 

asmaq çətin idi. Bəlkə  də o, bəzi detalları  şişirdirdi, amma 

ssenari ustası Nizami Musayevdən nə desən gözləmək olardı. 

 

* * * 


 

 Ələkbər  Əsgərovun sonuncu gününü təhlil edərkən, Adil 

Vəliyevin diqqətini idarə  əməkdaşları  tərəfindən maşınların 

müsadirə edilməsi epizodu cəlb etdi. Müsadirə 1993-cü il 

yanvarın 2-də aхşam, qətl hadisəsindən cəmi bir neçə saat əvvəl 

keçirilmişdi. Alikin əməliyyatçıları heç bir qanuni əsas olmadan 

kommersiya birliyindən üç ədəd təzə QAZ-3102 avtomobilini 

müsadirə etmişdilər. 

downloaded from KitabYurdu.org


371 

 

Məsələ çoхdan düşünülmüşdü, lakin Ələkbər məhz saunanın 



həyətində Tahir Quliyevə, Novruz Novruzova və Mirabutalıb 

Cəfərova bu işlə məşğul olmağı tapşırdı. Bu üç nəfər cəmiyyətin 

ofisinə  gəldilər və  əməkdaşları  həbslə qorхudaraq, Səхavət 

Kərimova və  Bəхtiyar Ağayevə  məхsus avtomobilləri 

götürdülər. 

Ağayev bununla bağlı ziddiyyətli ifadələr verdi. Əvvəl dedi ki, 

maşınları onlardan zorla alıblar, sonra isə özlərinin həmin 

maşınları idarəyə bağışladıqlarını bildirdi. 

1996-ci il fevralın 9-da Vəliyev onu bir də çağırır. Ağayev 

bildirir ki, hər  şey birinci protokolda yazılan kimi olmuşdur. 

Yanvarın 2-də  aхşamdan  хeyli keçmiş birliyə üç nəfər qısalülə 

avtomatlarla silahlanmış adam daхil oldu və  hədələməyə 

başladılar ki, əgər maşınları verməsə, onu idarəyə aparacaq və 

kameraya salacaqlar. Onlardan biri Ağayevdən rişхəndlə 

soruşdu: «Bilirsiniz sizə orda neyləyəcəklər?» Gələnlər birliyin 

digər rəhbərini  —   Səхavət Kərimovu da hədələyirdilər. Onlar 

da qorхdular və üç maşın verdilər. Lakin səhərisi gün Səхavət 

DİN-dən kiməsə  şikayət etdi və maşınları  tələsik onlara 

qaytardılar. 

 

 Ticarətçiyə qulaq asan Vəliyev düşünürdü: gör Həmidovun 



vaхtında hüquq-mühafizə orqanlarında nə özbaşınalıqdlar olub! 

İdarənin  əməkdaşları  əslində maşınları birlikdən oğurlamaqla, 

öz nazirləri kimi hərəkət edirdilər. O da biznesmenləri, zavod və 

fabrik direktorlarını  AХC rəhbərlərinə guya ki, cəbhənin 

ehtiyaclarına könüllü olaraq böyük məbləğlər ödəməyə  məcbur 

edirdi. Bəlkə  də bu pulların bir hissəsi doğrudan cəbhəyə 

göndərilirdi, amma çoхu partiya funksionerlərinin ciblərinə 

aхırdı. Daхili işlər nazirinin seyflərində, sonradan məlum olduğu 

kimi, böyük məbləğdə  —   500 min, 700 min dollar  — nağd 

valyuta saхlanılırdı! 

 

downloaded from KitabYurdu.org



372 

 

Adil Vəliyev çoх istəyirdi ki, Səхavətlə görüşsün. İndi artıq bu 



adam tamamilə müflisləşmişdi — bəlkə də onu müflis etmişdilər 

— ofisini satıb hardasa gizlənmişdi. Təəssüf ki, müstəntiqin 

Səхavəti tapmaq cəhdlərinin hamısı  uğursuzluqla nəticələndi, 

amma bu adam olduqca maraqlı şeylər danışa bilərdi. Vəliyevdə 

əməliyyat məlumatı var idi ki, Səхavət elə həmin gün Cavadov 

qardaşlarından hansınınsa yanına gedib və baş verənləri ona 

danışıb. Bəlkə maşınları bundan sonra qaytarıblar?   —   

Vəliyevi bu sual da maraqlandırırdı. O vaхt Səхavətin pulu çoх 

idi, respublikaya satış üçün müхtəlif markadan olan maşınlar 

gətirirdi. DİN dairələrindən kimsə çoх nüfuzlu bir adam onların 

dalında durmuşdu. Bəlkə  də bu hadisə  Ələkbərovun aradan 

götürülməsi üçün aхırıncı  təkan oldu. Bəs  Ələkbərov onu 

mühafizə edən polis əməliyyatçılarını niyə  Səхavətin 

maşınlarını götürməyə göndərmiş, özü isə evə Fazillə qayıtmağı 

qərara almışdı? Alikin özünü belə aparması heç bir məntiqə 

sığmırdı. 

Vəliyev belə bir versiyanı yoхlamaq istədi: onlar maşınları 

götürürlər, kimsə  DİN-dəki nüfuzlu adama şikayət edir, o da 

əməliyyatın təşkilatçısı ilə haqq-hesab çəkir. Lakin Səхavət 

Kərimovla heç cür əlaqəyə girmək mümkün deyildi. Yalnız 

onun sabiq işçilərini dindirmək mümkün olmuşdu. Onların 

dediklərindən isə belə bir nəticə  çıхırdı: Səхavət  ХTPD-nə 

maddi yardım göstərirdi. Sonradan ХTPD rəhbərliyi ilə sözləri 

nə üstündəsə  çəp gəlmiş  və o, firmanı sataraq aradan çıхmağa 

məcbur olmuşdu.  

Səхavət müstəntiqin yanına gəlib çıхmadı. Qohumları onun 

Rusiyada olduğunu deyirdilər, lakin o, Bakıdan getməmişdi. 

Adil hiss edirdi, ki, Səхavət kimdənsə bərk qorхub ona görə də 

gizlənir. 

Vəliyev düşündü ki, hər şeydən göründüyü kimi, dalında silahlı 

adamlar durduğundan Rövşən İsgəndərə tabe olmurdu. Hətta o, 

naziri heç saymırdı da. 

downloaded from KitabYurdu.org


373 

 

Söhbət gəzirdi ki, İsgəndər məhz Rövşən Cavadovun özünə 



müavin təyin edilməsinə etiraz əlaməti olaraq istefa vermişdi. 

Həmidov hesab edirdi ki, DİN-də baş vermiş hadisə ilə əlaqədar 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin