Aşıq Hüseyn Cavan, İsmayıl Qarayev, Telman Əliyev, Sərvər Aslanov, Mikayıl Rəfili, Sərdarlılar, Bünyadzadəl



Yüklə 16,75 Kb.
tarix21.04.2020
ölçüsü16,75 Kb.
#30931
Aşıq Hüseyn Cavan

Aşıq Hüseyn Cavan, İsmayıl Qarayev, Telman Əliyev, Sərvər Aslanov, Mikayıl Rəfili, Sərdarlılar, Bünyadzadələr və b.

Texnika elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının və Nyu-York Akademiyasının həqiqi üzvü seçilmiş, Akademik Keldiş adına və «Qızıl Ulduz» medalı ilə təltif olunmuş, Azərbaycan EA Kibernetika İnstitutunun direktoru Telman Əliyev, Tarix Elmləri doktoru, professor, «Əməkdar elm xadimi», Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Xalq Təsərrüfatı və Azərbaycan dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində işləmiş, Yusif Məmmədəliyev mükafatı laureatı Sərvər Aslanov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, şair, tərcüməçi, sərbəst şeirin ilk nümunələrinin yaradıcısı, çoxsaylı kitabların müəllifi Mikayıl Rəfili, Kanadanın Edmonton Universitetinin professoru, fizika üzrə elmlər doktoru Arzu Sərdarlı, Kimya elmləri doktoru, professor, ixtiraları üçün 53 müəlliflik şəhadətnaməsi almış, «Şərəf Nişanı» ordeni ilə təltif olunmuş Aygün Bünyadzadə, Geologiya-minerologiya elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Dövlət Mükafatı laureatı, neft və qaz yataqlarının kəşfiyyatı və axtarışı üzrə tanınmış mütəxəssis alim Ziya Bünyadzadə, Kimya elmləri doktoru, 100-dən çox elmi əsərin, 15 ixtira və patentin müəllifi Mikayıl Qulubəyov, Tibb elmləri doktoru, professor, 70-ə qədər elmi işin, bir neçə dərsliyin müəllifi Zakir Əliyev, Hüquq elmləri doktoru, professor, 60 elmi işin müəllifi Firudin Əhmədov, Tibb elmləri doktoru, professor, 100-ə yaxın elmi məqalənin, 5 müəlliflik şəhadətnaməsinin, bir dərsliyin, bir neçə vəsaitin müəllifi Hüseyn İbrahimov, kimya elmləri doktoru, professor, Çexoslovakiya və Başqırdıstanda tətbiq edilmiş patent qabiliyyətli 35 ixtira və səmərələşdirici təklifin müəllifi Mədəd İsgəndərov, Tibb Elmləri doktoru, professor, 130-dan artıq elmi əsərin, 3 dərsliyin müəllifi olmuş, «SSRİ Səhiyyə Əlaçısı» döş nişanına layiq görülmüş Sədrəddin Kərimov, Fizika-riyaziyyat elmləri doktoru, professor, 35-dən çox elmi və elmi-metodiki məqalənin, tədris vəsaitinin müəllifi Tofiq Kərimov, Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası EA Fizika İnstitutunda «Kristollofizika» laboratoriyasının rəhbəri, elmi işin, 10 müəlliflik şəhadətnaməsinin müəllifi Elmira Kərimova, Tibb elmləri doktoru, 50 elmi məqalənin, 40 səmərələşdirici təklifin, 6 yeni kəşfin, 9 metodik tövsiyənin, 3 kitabın müəllifi Cəmaləddin Mehdiyev, Tarix elmləri doktoru, professor, rayon üzrə ilk arxeoloq alim, 70-dən artıq elmi işin, 500-ə yaxın elmi məqalənin müəllifi Arif Məmmədov, Fizika-riyaziyyat elmləri doktoru, professor, 40-a yaxın elmi əsərin müəllifi Nazim Musayev, Tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, Tarix elmləri doktoru, professor İradə Rəfizadə, Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Rauf Sərdarlı, Geologiya-minerologiya elmləri doktoru, 100-dən çox elmi əsərin müəllifi Firudin Hacıyev, Tarix elmləri doktoru, professor, 5 iri həcmli monoqrafiya və dərsliyin, 50-ə yaxın elmi məqalənin, «Dünya xalqlarının etnoqrafiyası» adlı kitabın müəllifi Həbil Həbilov, Texnika elmləri doktoru, professor Asif Həsənov, Geologiya-minerologiya elmləri doktoru, 180-dən artıq əsərin müəllifi, «Əməkdar geoloq» İlyas Həsənov, Tarix elmləri doktoru, professor, 6 kitab, 50-dən çox elmi və elmi metodiki məqalə və Azərbaycan tarixi kursunun tədrisinə dair bir neçə proqramın müəllifi Vahid Çıraqzadə, Tibb elmləri doktoru, professor Zeynal Cəfərov və adları qeyd olunmayan neçə-neçə elmlər doktoru və yüzə yaxın elmlər namizədi Goranboy rayonunun elmi potensialının göstəricisidir.
Goranboy rayonu el şairləri, yazıçıları və incəsənət xadimləri ilə də məhşurdur. Saz və söz sənətinin əvəzsiz ustadı, respublikanın «Əməkdar mədəniyyət işçisi», «Səttarxan» və «Şərəf Nişanı» ordenləri ilə təltif olunmuş Aşıq Hüseyn Cavan, tanınmış el şairi və aşığı, qoşma, qıfılbənd, deyişmə, təcnis, dodaqdəyməzləri indi də el aşıqlarının dilindən düşməyən Bisavad Teymur, Azərbaycan şairi, XX əsr realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri, şeirlərində mülkədar zülmünü, çarizmin müstəmləkəçilik siyasətini, süründürməçiliyi, qadın azadlığı düşmənlərini, geriliyi qamçılayan, azadlıq ideyalarını təbliğ edən Böyük Sabirimizin davamçısı Əli Nəzmi, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü, 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə və oçerkin müəllifi İsmayıl Qarayev, «Əməkdar incəsənət xadimi», rəsam, Dövlət Bədii Qalereyasının direktoru olmuş Rüfət Rəfizadə, «Əməkdar incəsənət xadimi», professor, ilk azərbaycanlı rejissor qadın Ulduz Rəfili, şairə, bəstəkar, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, bir neçə publisistik və şeirlər kitabının, xeyli sayda mahnıların müəllifi Xanım İsmayılqızı, el şairi, şeirləri dillər əzbəri olan Şair Səfər həmişə fəxrlə anılır, onların yaradıcılıqları ilə bağlı tədbirlər keçirilir.
Goranboy rayonu hərb tarixinə və hüquq-mühafizə orqanları sisteminə layiqli kadrlar yetişdirmişdir. General-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri işləmiş, hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev, General-mayor, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis idarəsinin rəisi işləmiş Oqtay Əliyev vətən qarşısında, dövlət qarşısında xidməti borclarını ləyaqətlə yerinə yetirərək bu ali rütbəyə yüksəlmişlər.
Yüklə 16,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin