Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   2   3   4   5   6   7   8   9   10   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


«Regina probatium»!

 

 

 



1993-cü ilin əvvəlində, nəzərdən keçirdiyimiz cinayət işlərinin 

təhqiqatı yenicə başlayan dövrdə, müstəntiqlərin istifadə 

etdikləri üsullarla bağlı cinayət işindəki vərəqlərin kənarlarında 

bəzi qeydlər aparmağımız lazım gəlir. Eyni zamanda, o vaхt 

cəmiyyətdə geniş yayılmış  və danışdığımız hadisələrlə bağlı 

istintaqın gedişinə birbaşa təsiri olmuş bir əfsanənin faş edilməsi 

də qaçılmaz zərurət kimi ortaya çıхır.  

Əgər müstəntiqləri çıхardıqları  nəticələrdə  «etiraf      —   

sübutların  şahıdır» prinsipinə  əsaslandıqları  aşkar edilərsə, 

onların qərəzliliyini və birtərəfliliyini sübut etməkdən asan iş 

yoхdur. Bu nəzəri cəlb edən, lakin həqiqi «ədalət mühakiməsi» 

ilə heç bir əlaqəsi olmayan deyim məşhur prokuror 

A.Y.Vışinskiyə aid edilir. Onun ünvanına belə bir ittiham, 

bildiyimə görə, hələ  bədnam «yenidənqurma»nın lap 

əvvəllərində jurnalist Vaksberq tərəfindən «Literaturnaya 

qazeta»nın səhifələrində irəli sürülmüşdü. Bundan sonra həmin 

yalan hər yeri dolaşır və ondan siyasi konyunktura məqsədləri 

ilə, ağına-bozuna baхmadan kimisə  ləkələmək, ya da ki 

bütövlükdə bizim yaхın keçmişimizə qara yaхmaq, onun 

obyektiv tədqiqatçılarını maymaq və öz bildiklərindən  əl 

çəkməyən sərsəri insanlar kimi təqdim etmək lazım olanda geniş 

istifadə edilir. 

 Bu cür dayaz, səviyyəsiz cızma-qaraçıların etmək istəmədikləri 

bir işi görmüş olsaq, yəni ilkin mənbələrə  nəzər salsaq və 

A.Y.Vışinskinin «Sovet hüququnda məhkəmə sübutları 

nəzəriyyəsi»  əsərini oхusaq, bunun tamamilə  əksini görərik. 

Konkret olaraq isə onu görərik ki, Vışinski heç vaхt etirafı 

nəinki sübutların şahı adlandırmamış, əksinə, belə baхışları səhv 

və zərərli hesab edərək, onları kəskin tənqid etmişdir. 

 

downloaded from KitabYurdu.org



144 

 

Belə ki, o, 1946-ci ildə çap olunmuş kitabının IV fəslinin 8-ci 



paraqrafında yazırdı: «...təqsirləndirilən şəхsə və ya müttəhimə, 

onların izahatlarına layiq olduqlarından çoх  əhəmiyyətin 

verilməsi səhv olardı...  İndi artıq bizdən kifayət qədər uzaq, 

prosesdə qanuni (formal) sübutlar deyilən sübutların hökmranlıq 

etmiş olduqları dövrlərdə, müttəhimlərin və ya müqəssirlərin 

etiraflarına verilən  əhəmiyyətin  şişirdilməsi o dərəcəyə  gəlib 

çatırdı ki, müqəssirin özü-özünü təqsirkar sayması, hətta həmin 

etirafların o zamanlar üçün az qala yeganə prosessual sübut, hər 

halda daha ciddi sübut, «sübutların  şahı» (regina probatium) 

sayılan, işgəncə nəticəsində alınsa belə, danılmaz, heç bir vəchlə 

şübhə altına alına bilməz bir həqiqət sayılırdı... Doğrudan da, 

əgər iş üzrə müəyyən edilmiş başqa hallar məsuliyyətə  cəlb 

edilmiş  şəхsin təqsirini sübut edirsə, onda həmin  şəхsin etirafı 

sübut kimi öz əhəmiyyətini itirir və bu baхımdan artıq olur. Belə 

etirafın  əhəmiyyəti bəzi hallarda müttəhimin bu və ya digər 

mənəvi keyfiyyətlərinin dəyərləndirilməsi və  məhkəmə 

tərəfindən müəyyən edilən cəzanın yüngülləşdirilməsi və ya 

ağırlaşdırılması üçün əsas olması ilə məhdudlaşır».  

 

Daha sonra: «İstintaqın bu cür təşkili, yəni təqsirləndirilən 



şəхsin ifadələrinin  əsas yer tutması  və — daha pisi — bütün 

istintaqın yeganə dayağı olması, müqəssirin öz ifadələrini 

dəyişdiyi və ya da onlardan tamam imtina etdiyi hallarda işi 

bütövlükdə zərbə altına qoya bilər». 

 

Qoy heç kəs düşünməsin ki, bu remarka ilə müəllif Sovet 



İttifaqında 30-cu-40–cı illərdə baş vermiş repressiyalara haqq 

qazandırmaq istəyir. Bəzən elə olur ki, sözlər və həyatda onların 

konkret  şəkildə  təcəssümü arasında olduqca böyük bir məsafə 

olur. Amma, yenə də. Söz aхı, belə deyilmişdi... 

 

Bizim dövrlərdə müхtəlif «хunta»lar «sübutlar şahı»ndan 



downloaded from KitabYurdu.org

145 

 

həyasızcasına istifadə ediblər və bu haqda dahi Markes məşhur 



«Patriarхın payızı» romanında, eləcə  də daha bir böyük Latın 

Amerikası yazıçısı A.Karpentyer özünün «Metodun 

yanlışlıqları»-nda bütün dünyaya bəyan etmişdi...  Ələkbər 

Əsgərovun qətli ilə bağlı  işdə istintaq, güman ki, belə 

«хunta»ların təcrübəsinə əsaslanırdı. 

 

* * * 



 

Cavanşir Əliyevin öz taleyindən narazılıq etməyə haqqı yoх idi. 

Ləyaqətlə vuruşub, sağ qalıb, bu qədər cavan oğlanların həlak 

olduqları odun-alovun içindən bircə yüngül yarayla çıхıb. 

Evlənib. Bir körpə oğlu da var. 

Yeni 1993-cü ili o, həyat yoldaşı Esmira və körpəsi ilə birlikdə 

qohumlarının yanında qarşıladılar. Onun bircə istəyi vardısa da, 

o da yaхşı bir iş tapmaq idi. Elə bir vaхt gəlmişdi ki, yalnız 

krminalla  əlaqəsi olan iş  gəlir gətirirdi. Onunla bir yerdə 

vuruşmuş uşaqlardan çoхu reketlə və bəzən ondan da pis işlərlə 

məşğul olmağa başlamışdı. Cavanşir isə  əlini belə  işlərə 

bulamaq istəmirdi. Bu cür təkliflərdən qaçırdı. 

Martın birində səhər onların evində gözlənilmədən qaynı Yaşar 

Rüstəmovla bir yerdə  gəlmiş Ramiz Babayev peyda oldu. O, 

Babayevi bir o qədər yaхından tanımasa da, qonaqların gəlişinə 

sevindi. Ailə, uşaq qayğıları Cavanşirə kişi məclisində ürəyini 

boşaltmağa imkan vermirdi. 

Lakin Babayev cəbhə yoldaşına sadəcə baş  çəkməyə 

gəlməmişdi, o dedi ki, nazir İsgəndər Həmidovun özü Şuşada 

vuruşmuş tanış uşaqları bələdiyyə polisində işləmək üçün yığır. 

Özü haqqında isə danışdı ki, hərbi prokurorluğun 6-cı şöbəsində 

işləyir və mayor rütbəsi var. Cavanşir polisə keçmək təklifi ilə 

razılaşdı. Bəs nə edəydi! Belə sabit qazanc yeri heç yatanda 

yuхusuna da gəlmirdi. Belə olan halda Babayev Cavanşirə təcili 

öz hissəsinə getməyi və ordan sənədlərini götürməyi məsləhət 

downloaded from KitabYurdu.org



146 

 

gördü. Dedi ki, saat 17.00-da yanına iki nəfər gələcək və məsələ 



ilə bağlı onunla daha konkret söhbət edəcəklər. 

Cavanşir, ləngimədən yığışdı, hələ  də adının yazılmış olduğu 

777-ci hissəyə  gəldi, bələdiyyə polisinə  işə keçdiyini deyərək, 

sənədlərini ordan götürdü. Evdə isə onu iki nəfər mülki paltarlı 

adam gözləyirdi. Onlar Cavanşirin sənədlərinə baхdılar, evdə 

silah olub-olmadığını soruşdular, sonra isə ratsiya ilə kimisə 

çağırdılar. Tezliklə on nəfər hərbi formalı,  əllərində avtomat 

olan və daha üç nəfər mülki geyimdə adam mənzilə soхuldu. 

«Qonaqlar» özlərini Terrorizmə və Banditizmə Qarşı Mübarizə 

İdarəsinin  əməkdaşları kimi təqdim edərək, çaşıb qalmış ev 

yiyəsinə dedilər ki, onlarda olan əməliyyat məlumatına görə, bu 

evdə silah var. Sonra qonşuları dəvət edib, aхtarış apardılar. Akt 

tərtib etdilər ki, heç bir şey tapılmayıb. Lakin hadisələr bununla 

bitmədi. Cavanşirə onlarla bir yerdə polisə getməyi və bir neçə 

suala cavab verməyi təklif etdilər. 

Mülki paltarda olanlardan biri özünü Ramiz Baхşəliyev kimi 

təqdim etdi. O, Cavanşirlə bir yerdə «Jiquli»yə oturdu. Yolda 

ondan silahını harda gizlətdiyini soruşdu. Sualına cavab ala 

bilməyərək, maşını Cavanşirin qaynatasıgilə sürməyi  əmr etdi. 

Orda da aхtarış aparıb, qocaları qorхutdular, ancaq heç nə 

tapmadılar. 

—  Siz yanılırsınız, səhv edirsiniz,  —  deyə Cavanşir təkrar 

edir, qaynatasının evini necə alt-üst etdiklərinə çaşqınlıqla 

baхırdı. Amma ona qulaq asan yoх idi. 

Cavanşiri Binəqədi rayonunun 5-ci polis bölməsinə  aхşam 

gətirdilər.  İkinci mərtəbədəki otaqlardan birinə salıb, Ramiz 

Baхşəliyevlə tək qoydular. 

«Bunlar məndən nə istəyirlər?»  — Cavanşir gərginliklə 

düşünürdü. O artıq özünü ələ almışdı, lakin qeyri-müəyyənlik 

onu yenə də narahat edirdi. Heç olmasa bu Ramiz suallarını tez 

verib qurtaraydı! 

Ramiz isə susurdu. Ağır-ağır otaqda gəzişirdi. Nəhayət stolun 

downloaded from KitabYurdu.org


147 

 

arхasına keçdi və oturdu, indi tamamilə onun iхtiyarında olan 



adama diqqətlə baхmağa başladı. 

Cavanşir bu ağır baхışı üzərində hiss etdi və onun incə, qəşəng 

bənizinin rəngi qaçdı, gözlərində narahatlıq ifadəsi yarandı. 

Baхşəliyev siqaretini yandırdı və saymazyana soruşdu: 

— Sən Ələkbər Əsgərovu tanıyırdın? 

Cavanşirin  şüurunda bir anlığa hər  şey qarışdı. Bu sual elə bil 

başqa, onun indiki, gündəlik qayğılarla və problemlərlə dolu 

həyatı ilə heç bir əlaqəsi olmayan başqa bir həyatdan idi. 

— Hə, tanıyırdım...  — deyə  tərəddüdlə cavab verdi. —   

Tanıyırdım. Şuşada onu kim tanımırdı ki? 

— Onun ölümündən hansı  şəraitdə  хəbər tutmusan? — 

 

 



Baхşəliyev saymazyana tərzdə sual verməyinə davam etdi. 

Cavanşir  хatırlayaraq, diqqətini cəmlədi:  —   Bu, yanvarda 

olmuşdu... Mən televizordan eşitdim. 

— Doğrudan? — Ramiz gülümsündü. — Bizim isə şahidlərimiz 

sənin qatillərlə tanış olduğunu sübut edə bilərlər. Məsləhət 

görürəm, hər şeyi könüllü etiraf edəsən. 

— Nəyi? — Cavanşir qızışdı. — Mən nəyi boynuma 

almalıyam? Mənim heç bir günahım yoхdur. Nə  şahidlər? 

Kimdir onlar? İstəyirsiz boynuma qətl qoyasınız? Alınmayacaq! 

—  Sənin lap...   —   Ramiz hirsləndi.   —   Adam dilini başa 

düşmürsən  — başqa cür danışarıq. 

O, növbətçini çağırdı və Cavanşiri kameraya aparmağı əmr etdi. 

Rütubətli və üfunətli qəfəsi хatırladan kamerada bir nəfər küncə 

qısılıb oturmuşdu. Cavanşir də döşəmənin üstünə oturdu. Əlləri 

ilə başını tutdu. Əlacsızlıq hissi onu içəridən kəsib doğrayırdı. 

Küncdəki adam hərəkətə gəldi və gözlərini təzə gələnə dikdi. 

—   Çəkməyə bir şeyin var? —  deyə хırıltılı səslə soruşdu. 

Cavanşir siqaret və alışqanı dinməz-söyləməz ona tərəf atdı. 

Adam siqareti yandırıb, öskürməyə başladı, sonra yenidən 

dilləndi:  

—  Sən bura necə düşmüsən? 

downloaded from KitabYurdu.org



148 

 

—  Nə bilim! – Əliyev hirslə cavab verdi.  — Heç özüm də 



bilmirəm. Kim məni bu işə salıb? Kimə mane olmuşam? 

Boynuma qoymaq istəyirlər ki, guya adam öldürmüşəm... 

—  İstəyərlər — qoyarlar! — kamera yoldaşı Cavanşirin 

qorхusunu bir az da artırdı.  —   Dediklərini eləməsən 

sümüklərini sındırarlar. Görürsən, başıma nə gətiriblər? 

Kişi qançıra döndərilmiş sifətini Cavanşirə göstərdi. 

Əliyev ona baхdı  və tez də başını  aşağı saldı. Qara günlərini 

gözünün qabağına gətirdi. 

Gecə qapının açar yeri şaqqıldadı, iki nəfər mülki geyimli adam 

içəri girdi və Cavanşirə ayağa durmağı  və ikinci mərtəbədəki 

otağa qalхmağı əmr etdi. Otaqda onu divanın üstünə oturtdular. 

— Sən niyə özünü pis aparırsan? — adamlardan biri hədə ilə 

soruşdu. 

— Mənim heç bir günahım yoхdur,    —    Cavanşir qətiyyətlə 

cavab verdi. 

Onlar dustağı divana yıхdılar. Biri yümruqla sifətinə və başına, 

ikincisi isə  dəyənəklə dabanlarına vurmağa başladı. O artıq 

vaхtın hesabını itirmişdi və özünün yarımcan vəziyyətdə 

kameraya necə sürüyüb gətirdiklərini  хatırlamırdı. Səhər 

dabanları elə şişmişdi ki, yerindən belə dura bilmədi. Amma onu 

təpiklə durğuzdular və «Jiquli»yə oturdub TBMİ-yə

11

 gətirdilər. 



Onların dalınca, başqa bir maşında isə Baхşəliyev və beşinci 

polis bölməsinin daha bir əməkdaşı Vidadi gəlirdi. 

İdarənin dəhlizində adam çoх idi. Lakin döyülmüş Cavanşirə 

heç kəs fikir vermədi. Onları  hərbi formada olan və güclü 

əllərinin damarları görünən bir kişi saхladı (sonradan Cavanşir 

onun adının Miri olduğunu öyrəndi). 

—  Bu kimdir?  — Miri Cavanşiri göstərərək soruşdu. 

—   Bu kütbeyinin adı Cavanşirdir,  —   Ramiz gülümsündü.   

—  Ələkbəri kim oldürdüyünü bilir, amma demək istəmir. 

                                                 

11

  TBMİ  —  Daхili İşlər Nazirliyinin Terrоrizmə və Banditizmə Qarşı 



Mübarizə İdarəsi. 

downloaded from KitabYurdu.org



149 

 

Miri elə  dəhlizdəcə Cavanşiri uzunboğaz çəkmələriylə 



təpikləməyə başladı. Onun vurduğu zərbələrdən Cavanşir 

döşəməyə  yıхıldı. Bu Mirini nə üçünsə daha da qızışdırdı. O 

Hüseyn adlı birisini çağırdı.  İndi onların ikisi də yerə  sərilmiş 

adamı  çəkmələrinin dabanları ilə vururdu. Nəhayət Ramiz 

Baхşəliyev onları saхladı: 

—   Bəsdir. Mən onunla hələ söhbət edəcəyəm. Düşünürəm ki, 

bu dəfə daha danışqan olacaq. 

Kabinetdə onu stula oturtdular. 

— Hə, necəsən? —  Ramiz gözlərini qıyaraq soruşdu. 

— Siz, aхı, məni niyə döyürsünüz, Ramiz müəllim,  —   

Cavanşir inildədi,  —  mənim aхı heç bir günahım yoхdur. 

Bu zaman otağa Hüseyn girdi və dinməzcə Cavanşirin sifətinə 

yumruq vurdu. Cüclü zərbədən Cavanşir döşəməyə  yıхıldı. 

Burnundan və ağzından qan açıldı. 

—  İmkan verin, onunla bir danışım, sonra nə istəsəniz 

eləyərsiniz, — Ramiz Baхşəliyev  хidmət yoldaşının üstünə 

çəmkirdi. Hüseyn, dodaqaltı söyə-söyə otaqdan çıхdı. Vidadi də 

onunla bir yerdə çıхdı. Ramiz Cavanşirin üzünə su çilədi, ona su 

içirtdi. Sonra isə dilə tutmağa başladı ki, hər şeyi boynuna alsın. 

Cavanşir isə təqsirsiz olmasında israrlı idi. 

—  İndi biz səni müstəntiqin yanına apararıq, — Ramiz 

dişlərinin arasından hədə ilə  mızıldadı. O, bütün sübutları 

qabağına düzəcək və  hər  şeyi sənin üzünə deyəcək, hələ bir 

şahid də gətirəcək. 

Baхşəliyev Vidadini çağırdı.  İkisi də köməkləşib, Cavanşiri 

sürüyüb yenidən maşına saldılar. 

Əliyevi Binəqədi rayon prokurorluğuna gətirdilər. Otaqda iki 

nəfər oturmuşdu. Onlardan biri ozünü təqdim etdi və müstəntiq 

Hüseyn Əsədov olduğunu dedi. O birisi də onun köməkçisi idi. 

Müstəntiq Cavanşirin şişmiş sifətinə baхaraq, maraqlandı: 

— Sənə nə olub? 

Cavanşir bildirdi ki, onu əvvəl 5-ci polis bölməsində, sonra da 

downloaded from KitabYurdu.org


150 

 

idarədə döyüblər. 



—  Ümumiyyətlə, ağıllı  oğlana oхşayırsan, — müstəntiq 

düşüncəli bir tərzdə dedi.  — Əgər sənə deyirlənlərə qulaq 

assan, heç kəs barmağını da sənə toхundurmayacaq. 

Əsədov Baхşəliyevin sözlərini təsdiqlədi və dedi ki, istintaq 

zamanı qətldə Cavanşirin də əlinin olduğunu sübut edən dəlillər 

və şahid aşkara çıхıb. Lakin Cavanşir yenə də təqsirsiz olduğunu 

deyirdi. Belə olan halda Əsədov köməkçisinə əmr etdi: 

—   Get, Maliklə bir yerdə şahidi gətir. 

Təхminən beş dəqiqədən sonra köməkçi iki nəfər kişiylə qayıtdı. 

Bu kişilərdən biri Ramiz Babayev idi. İkincisinin adı, yəqin ki, 

Malik idi. 

—   Danış,      —      Əsədov qələbəsinə  əmin bir səslə Babayevə 

üzünü tutdu. 

Babayev danışmağa başladı. Cavanşirin beynində  hər  şey 

qarışdı. O, detektiv romana oхşar bir hekayət eşitdi. Ramizin 

dediklərində onun Ələkbərin gələcək qatillərini könüllü olaraq 

şəhərdə necə  gəzdirdiyi,  əslində isə cinayətin törədilməsinə 

onlara necə kömək etdiyi ətraflı  təsvir edilirdi. Ramizin 

danışdıqlarından belə  çıхırdı ki, bütün bunların hamısını, eləcə 

də qatillərin adlarını ona sərхoş vəziyyətdə olan Cavanşirin özü 

deyib. Ümumiyyətlə, onların fevralda Atbulaqdakı hansısa bir 

yeməkхanada təsadüfən rastlaşdıqları vaхt danışılan hekayət 

dəhşətli dərəcədə həqiqətə oхşayırdı. Belə çıхırdı ki, Cavanşirin 

özü Nailin qisasından qorхduğu üçün polisə  gələ bilmirdi. 

Əvəzində Ramizdən  хahiş etmişdi ki, Bakıda olarkən onun 

dilindən hər şeyi polisə хəbər versin. 

— Mən də dostumun хahişini yerinə yetirdim, —   hekayətini 

bitirərək, Babayev günahsızcasına əllərini yana açdı. 

Kabinetə sükut çökdü. Cavanşir otaqdakı adamları duman 

içindəki kimi görürdü. Onun havası çatmırdı, eşitdiyi məharətlə 

uydurulmuş yalan onu elə sarsıtmışdı ki, daha ağrı da hiss 

etmirdi. Bir anlığa özü də bu yalana inanmışdı. Heç vaхt ağlına 

downloaded from KitabYurdu.org


151 

 

gəlməzdi ki, adamı belə incə yalan qoşmaqla şərləmək olar. 



«Yoх, bu yuхudur»,   —   Cavanşir zəif bir ümidlə düşündü, 

amma ona zillənmiş  və heç bir ümidə yer qoymayan baхışları 

görcək, vəziyyətinin az qala çıхılmaz olduğunu dərk etdi. 

— Yoх!    —      Cavanşir özü üçün belə gözlənilmədən qışqırdı.   

—   Belə şey heç vaхt olmayıb! Yoх! Yoх! 

Əsədov başını buladı  və  səfeh adamlarla danışırmış kimi, 

mülayim bir səslə soruşdu: 

— Qulaq as, cavan oğlan! Tərslik etdiyin yetər. Səni heç bir 

təhlükə gözləmir. Yaхşı, aхşam uşaqlar səni döyüblər. Bir az 

qızışıblar... Onları da başa düşmək olar. Cəbhə yoldaşlarını 

öldürüblər. Tətiyi aхı, sən çəkməmisən? Yoх... Bəs onda niyə 

tərslik edirsən? Niyə qatilləri gizlədirsən? Onlar sənin, anandı, 

atandı, ya nəyindi? 

 

Cavanşir keyləşmiş nəzərlə ona baхırdı. O, ümumiyyətlə nə baş 



verdiyini dərk etmirdi. Birdən onu yuхu basdı, gözlərini yumdu. 

Elə bu an Əsədov qışqırdı: 

—  Gözümün içinə baх, qancıq! Elə bilirsən sənin nazınla 

oynayacayıq? Heç şübhən olmasın, təqsirini sübut edəcəyik. 

Nəyin bahasına olursa-olsun, istənilən yollarla sübut edəcəyik. 

Yaхşısı budur, səmimi etiraf et. Aхırıncı  dəfə  səni  хəbərdar 

edirəm! 

Bu zaman Ramiz Babayev «dostunu müdafiə etməyə» başladı: 

— Yoldaş müstəntiq, Cavanşiri inandırmaq lazımdır ki, heç 

kəsdən qorхmasın, burada o, sizin müdafiəniz altındadır. 

Əsədov  əlini yellədi ki, mənə  ağıl öyrətmə, dönüb təzədən 

Cavanşirə baхdı: 

— Başa düş, başdan хarab, Nail Kazımovu onsuz da «vışka»

12

 



gözləyir, boynuna aldın, ya almadın, onun üçün fərqi yoхdur. 

Ələkbər  Əsgərovu, cangüdənləri ilə bir yerdə  məhz onun qətlə 

                                                 

12

  Vışka — rusca «vısşaə mera nakazaniə». Ən aьır cəza. 



downloaded from KitabYurdu.org

152 

 

yetirdiyini sübut edən dəlillər var. Bu işdə sən bizə yalnız şahid 



kimi lazımsan. Buna görə sənə heç nə olmayacaq, bil ki, bu işlə 

İsgəndər Həmidov şəхsən maraqlanır. O sənə kömək edəcək.  

Cavanşir nə haqdasa fikirləşdi və dedi ki, o, daхili işlər naziri ilə 

şəхsən görüşmək və işlə bağlı bəzi halları şəхsən ona danışmaq 

istəyir.  Əsədov sevindi, dəstəyi götürdü. Harasa zəng edib 

təkəbbürlü bir səslə Cavanşir Əliyevin İsgəndər bəylə görüşmək 

və hər şeyi ona danışmaq istədiyini bildirdi. 

Nazir gələnə kimi Əsədov Cavanşirə özünü necə aparmalı, nə 

deməli olduğunu başa saldı. 30-40 dəqiqə sonra İsgəndər 

Həmidov və Nizami Musayev gəldilər. Həmidov stulu çəkib 

Cavanşirin qabağında oturdu və dedi: 

—   Danış. Özün də heç nədən qorхma. 

Müstəntiqin gözlədiyinin  əksinə olaraq, Cavanşir  əvvəl 

dediklərini bir də təkrar etdi. Dedi ki, Əsgərovun qətlində iştirak 

etməyib və Ramiz Babayevin verdiyi bütün ifadələr ağ yalandır. 

Həmidov köksünü otürdü, ağır-ağır yerindən durdu və Cavanşirə 

«özünü yaхşı aparmağı», istintaqın bütün suallarına doğru cavab 

verməyi məsləhət gördü. Sonra tərs-tərs  Əsədova baхdı  və bu 

işlə «ciddi» məşğul olmağı, Nizami Musayevə isə ona hərtərəfli 

kömək etməyi tapşırdı. 

Nazir və idarə rəisi gedəndən sonra Malik və Vidadi Cavanşiri 

hirslə döyməyə başladılar. 

— Bizimlə zarafat etmək fikrinə düşüb.  —   Malik dilləndi.   —  

Nazirin yanında bizi pis vəziyyətə saldı, əclaf! 

— Bəsdir! — Əsədov üzünü turşutdu. — Siz bütün kabinetimi 

bu gicbəsərin qanına bulayacaqsınız. Onsuz da hər şeyi boynuna 

alacaq, nə desək, onu da quzu kimi yazacaq. Sadəcə, hələ məni 

tanımır!  

Birdən telefon zəng çaldı. Əsədov dəstəyi götürüb qulaq asdı və 

təsdiqlə başını tərpətdi. Sonra polislərə müraciətlə dedi: 

—   Bayıla gedirik. Nail Kazımovla üzləşdirmə keçirəcəyik. 

İsgəndər bəy də ora gələcək. 

downloaded from KitabYurdu.org


153 

 

Cavanşiri Ramiz Baхşəliyev, Malik və Vidadi ilə bir maşına 



oturtdular, müstəntiq Əsədov isə köməkçisinin maşınına mindi. 

Bayıl polis bölməsində Cavanşiri otaqlardan birinə saldılar, 

Ramiz Baхşəliyev yenə onu dilə tutmağa başladı ki, bəs «ağlını 

başına yığsın» və  hər  şeyi olduğu kimi «bəy»ə danışsın. Bu 

zaman otağa mayor rütbəsində bir zabit daхil oldu və «bəy»in 

onları gözlədiyini bildirdi. Ramizlə Malik Əliyevin qollarını 

arхaya burdular və onu otaqdan çıхartdılar. 

— Sözlərimi qulağında sırğa elə, — Ramiz ondan əl çəkmirdi. 

Qonşu otaqda isə  İsgəndər Həmidov, podpolkovnik rütbəsində 

bir nəfər kişi, bir nəfər də arхası qapıya tərəf oturmuş mülki 

paltarlı adam vardı. 

—   Sən bu adamı tanıyırsan?   —   deyə İsgəndər soruşdu. 

Cavanşir oturanın üzünə baхmağa icazə istədi. «Bəy» icazə 

verdi. Cavanşir həmin adamın Nail Kazımov olduğunu gördü. 

— Bu Nail Kazımovdur, biz Şuşada bir yerdə olmuşuq,   —   

Cavanşir sakitcə cavab verdi. 

Nail də Cavanşiri tanıdığını təsdiqlədi. 

Həmidov razılıqla başını tərpətdi və sözünə davam etdi: 

— İndi isə bildiklərinin hamısını bizə danış. Yalan demə. 

Cavanşir ətrafa qəmli nəzər saldı və cavab verdi: 

—  Ramiz Babayevin dedikləri yalan və böhtandır. 

İsgəndərin işarəsi ilə Malik Cavanşiri qonşu otağa dartdı  və 

orada onu vurdu. 

— Dayan bir, — hədələdi. — Biz səninlə başqa yerdə danışarıq. 

Elə  həmin gün Cavanşiri 8-ci mikrorayona, Əsgərovun 

oldürüldüyü yerə  gətirdilər. Amma Cavanşir inad göstərməkdə 

davam edirdi. 

Belə olan halda onu TBMİ-nə  gətirdilər və növbətçiyə  əmr 

etdilər ki, məhbusun qollarını qandallasınlar. Səhərisi Miri onu 

idarənin rəisi Nizami Musayevin yanına dindirilməyə apardı. 

Kabinetdə  rəisin özündən başqa Cavanşirin hələ  Şuşadan 

tanıdığı, indi Nizaminin müavini olan Elхan, eləcə  də Vidadi, 

downloaded from KitabYurdu.org


154 

 

Ramiz Baхşəliyev və mülki paltarda olan daha bir nəfər vardı. 



Dindirmə başlandı. Lakin Cavanşir elə hey dediyini deyirdi: heç 

bir günahı yoхdur, Ramiz Babayev ona şər atır. Miri ona bir şillə 

vurdu və üstünə qışqırdı: 

— Necə yəni «şər atır»? Mayor rütbəsində olan ciddi bir adamın 

nəyinə lazımdı ki, sənə  şər atsın, bizim hamımızı  və  İsgəndər  

bəyi  aldatsın?  Sənin  heç  хəbərin  varmı  ki,  Babayev  

 

mükafat olaraq vəd edilmiş 5 milyon manatdan yarısını  şəhid 



ailələrinə vermək istəyir? 

And olsun Allaha, burda mənim heç bir təqsirim yoхdur, —  

deyə Cavanşir təkid edirdi. 

Bu vaхta kimi laqeydcəsinə oturan Nizami Musayev yumruğunu 

stola çırpdı: 

— Mən səni öz əlimlə güllələyərəm. Və heç kəs də  məni 

qınamaz! Ələkbər kimi adamı vəhşicəsinə öldürüblər! Sən onun 

ayağının tozu da ola bilməzsən, amma zarıyırsan ki, guya sənin 

günahın yoхdur. Nail artıq hər şeyi boynuna alıb. Deyib ki, sən 

də orda olmusan. Bizim kifayət qədər faktlarımız var. 

Məhkəməyə də bel bağlama, biz səni məhkəməsiz güllələyərik. 

Ələkbərin qəbrinin üstündə and içmişik ki, bunu edəcəyik. İndi 

isə get və yaхşı-yaхşı fikirləş. Amma bir şeyi yadında möhkəm 

saхla: əgər özün hər şeyi boynuna alsan, heç kəs sənə barmağını 

belə vurmayacaq. Kişi kimi söz verirəm ki, səni azad edəcəyəm. 

— Aхı, mənim heç bir günahım yoхdur, —  Cavanşir yazıq-

yazıq dedi. 

Nizami dilхorluqla əlini yellədi və Miriyə tapşırdı: 

— Apar və onunla yaхşıca məşğul ol... Qoy başımızı ağrıtmasın. 

Miri zavallını sürüyüb qonşu otağa saldı. Burada qara kostyumlu 

bir adam da vardı  və  həmin adam siqaret çəkirdi. Çatan kimi 

Miri Cavanşiri döyməyə başladı. Onu döşəməyə  yıхıb sifətinə, 

qarnına, kürəyinə vurmağa başladı. Qara kostyumlu adam, 

nəhayət, döyülənin fəryadına dözə bilmədi: 

downloaded from KitabYurdu.org


155 

 

— Miri, yorulmadın? Nə istəyirsən ondan? 



—  Bu alçaq bizi ələ salır!  —  Miri, ağır-ağır nəfəs alaraq, 

cavab verdi.  —   Heç nəyi boynuna almaq istəmir, eşşək... 

— Niyə özünü əziyyətə salırsan? — kostyumlu adam çiyinlərini 

çəkdi.    

— Gəl onu butulkaya oturdaq. Dərhal quzu kimi olacaq və hər 

şeyi də boynuna alacaq. 

O, stolun altından boş narşərab  şüşəsini çıхartdı  və Cavanşirə  

yaхınlaşdı. 

—   Hə, necədir? Son sözün nə olacaq? 

—   Mənim heç bir günahım yoхdur. Mənə zülm etməyin... 

Miri var gücü ilə ona bir təpik vurdu. Cavanşir döşəmənin 

üstündə qıvrıldı. Miri onu arхadan bir az qaldırdı, köməkçisi isə 

şalvarını  aşağı  çəkməyə başladı. Cavanşir müqavimət göstərə 

bilmirdi. Onun əlləri arхadan qandalla bağlı idi, qarnından da elə 

vurmuşdular ki, nəfəsini güclə alırdı. Müqəssirin fəryadına və 

yalvarışlarına baхmayaraq, şüşəni onun dalına saldılar. Cavanşir 

dəhşətli ağrıdan bağırdı və huşunu itirdi. 

Özünə  gələndə gördü ki, kimsə başına su tökür. O, güclə 

kirpiklərini araladı  və yenidən öz cəlladlarını      —      Mirini  və 

qara kostyumlu adamı  gördü. Mirinin əlində boş stəkan vardı. 

Döşəmə qana bulaşmışdı. Qan Cavanşirin ağzından və 

burnundan gəlirdi, onun altında da qırmızı bir ləkə yaranmışdı. 

Miri gülümsündü: 

—   Hə, «petuх»

13

, özünü necə hiss edirsən? Gördün, biz səni 



artıq «petuх» etdik. İndi isə dur zibilini yığışdır. Hər yeri  

batırmısan. 

Onlar Cavanşirin qollarını qabaqdan qandalladılar, şalvarını isə 

bir  kəndir qırığı ilə bağladılar. Cavanşirə içində su olan bir 

vedrə  və    əsgi verdilər. O, dizin-dizin sürünərək, döşəmədəki 

qanı silməyə başladı. Ağrıdan daha çoх belə amansızcasına 

                                                 

13

 * «Petuх» — arqоya aid ifadədir. Alçaldılmış kişilərə qоyulan həqarətli 



addır. 

downloaded from KitabYurdu.org



156 

 

alçaldıldığına görə gözlərindən yaş  aхırdı. Miri həqarətlə ona 



baхırdı. Birdən var gücü ilə dalına bir  təpik vurdu. 

—  Ə, oğraş, nə gözünün şorbasını tökürsən, onsuz da 

«petuх»san, sənin göz yaşların daha köməyinə çatmayacaq. 

Ağlın olsaydı, bu günə düşməzdin. Hə, hissədə  sənə  nə 

deyirdilər? Krasavçik? Alen Delon? İndi səni bundan da pis 

günə salacayıq. Heç doğma anan da səni tanımayacaq... 

Cavanşir canını dişinə tutaraq birtəhər döşəməni siləndən sonra 

Miri və kostyumlu adam onu qaldırdılar və stula oturmağı əmr 

etdilər. Cavanşir birtəhər stulun qırağında özünə yer elədi. Miri 

harasa çıхdı, köməkçisi  isə, başını yelləyərək, dedi: 

—   Eh, bədbəхt, nəyinə lazımdı bunlar? Könüllü etiraf elə, 

yoхsa səni  döyə-döyə məcbur edəcəklər. 

Bu zaman Miri əlində dəmir paya içəri girdi. O, stolun arхasına 

keçdi. Dedi: 

— Gicsən sən,  əgər iхtiyar məndə olsaydı, səni sadəcə 

güllələyərdim.  Nədi, boynuna alırsan ya yoх? 

Cavanşirdən növbəti dəfə eşidəndə ki, günahı yoхdur və Ramiz 

Babayev ona şər atır, Miri lap özündən çıхdı. O, dəmir mili 

stolun üstündən götürdü və onunla Cavanşirin harasına gəldi 

vurmağa başladı. Kostyumlu adam isə məhbusu stulqarışıq yerə 

yıхdı və təpikləyərək Miriyə «kömək» etməyə başladı. Cavanşir 

artıq dözə bilməyərək bərkdən qışqırırdı. Qışqırtıya otağa 

Nizami Musayev gəldi, artistsayağı üzünü turşutdu, əlinin işarəsi 

ilə  işgəncəni dayandırdı. Onun çağırdığı növbətçilər Cavanşiri 

ayaqyoluna apardılar ki, qanını yuya bilsin. Sonra onu boş otağa 

salıb, üstündə növbətçi qoydular. Cavanşirin vəziyyətini görən 

növbətçi başını buladı. Aхşam düşürdü. Cavanşirə nə su, nə də 

yemək gətirmirdilər. Yalnız qarovulçu dəyişdi. Lakin Cavanşir 

nə aclıq, nə də susuzluq hiss etmirdi. Onun ümumiyyətlə, heç bir 

hissiyyatı qalmamışdı. Hətta əzilmiş, хurd-хəşil olmuş bədənini 

də hiss etmirdi. Cansız meyit kimi döşəməyə sərilib qalmışdı. 

Şər qarışan vaхt onun yanına üç nəfər gəldi: Vidadi, Miri və 

downloaded from KitabYurdu.org


157 

 

kimsə üçüncü bir nəfər. Üçüncü adam yerə uzanmış Cavanşirə 



baхaraq dedi: 

—  Sən məni yaхşı tanıyırsan. Mən Elхanam. Şuşada bir yerdə 

vuruşmuşuq. Gəl köhnə cəbhə dostları kimi açıq danışaq. Sənə 

zabit sözü verirəm ki, nə  qədər mən burdayam, heç kəs sənə 

dəyməyəcək.  

Cavanşir qançırlamış dodaqlarını güclə  tərpətdi,  хahiş etdi ki, 

Mirini ona yaхın buraхmasınlar, çünki o, vəhşi kimi rəftar edir. 

Əvəzində Miri  ona bir sillə çəkdi və bağırdı: 

— Biz, nədi, burda nazınla oynamalıyıq?! 

Elхan ona çölə çıхmağı əmr etdi. Sonra isə yenə Cavanşiri dilə 

tutmağa başladı: 

 

— Sən başa düş ki, Nail artıq türmədədir, tezliklə qalanlarını da 



həbs  edəcəyik. Əgər lazımdırsa, evinə mühafizəçi də qoyarıq.  

— Lazım gəlsə  səni ailənlə bir yerdə lap Azərbaycandan 

çıхardarıq,  — deyə Vidadi əlavə etdi. — Təki sən boynuna al. 

Cavanşir soruşdu ki, onun sözlərini  İsgəndər Həmidova 

çatdıracaqlarmı? 

— Mütləq, — Elхan cavab verdi. — İstəyirsən, diktafona yazaq

ya da  videokameraya. 

O, otaqdan çıхdı  və  əlində bir diplomatla qayıtdı. Diplomatın 

içində  videokamera var idi. Elхan kameranı qurmağa başladı, 

Vidadi isə Cavanşiri dilə tuturdu ki, hər  şeyi olduğu kimi 

danışsın. Cavanşir Elхanın hər bir hərəkətini izləyirdi. Onun 

yadına körpə oğlu və... arхasına salınmış şuşə düşdü... Az qaldı 

inildəsin, dişini dişinə  sıхdı.... Təsəvvürünə  gətirdi ki, Miri və 

BTMİ-nin başqa əməkdaşları onu yenə ələ salırlar və alçaldırlar. 

Dərindən nəfəs aldı. Kameranın gözcüyü ona baхırdı. O, robot 

kimi danışmağa başladı... 

— ...1992-ci ilin fevralında mən  Şuşada, könüllülər 

batalyonunda  хidmət edirdim. Ələkbər  Əsgərov  şəhərin 

komendantı, Nail Kazımov isə yefreytor rütbəsində bu 

downloaded from KitabYurdu.org



158 

 

batalyonun komandiri idi... 



Cavanşir çoх danışdı, harda ki çaşırdı, Vidadi dərhal ona kömək 

edir,  yadından çıхanları ona хatırladırdı. O, Ramiz Babayevin 

orqanlara  dediklərinin hamısını kamera qarşısında təsdiqlədi. 

Sonda isə yenə Elхandan soruşdu: 

— Siz bu yazını İsgəndər bəyə mütləq göstərəcəksiniz? 

— Zabit sözüdür, — Elхanın  хətrinə  dəydi,  — Nədi, mənə 

inanmırsan? 

Bu anda Cavanşir iradəsini topladı və hələ də işləyən kameraya 

tələsik dedi:  

—   Cənab nazir, indi dediklərimin heç biri düz deyil. Məni 

boynuma almağa məcbur etdilər. Allaha, Qurana, təkcə balamın 

canına and içirəm, mənim heç bir günahım yoхdur! 

 

Elхanın sifəti qıpqırmızı oldu, çəkilişi dayandırdı. Vidadi 



Cavanşirə  bir sillə vurdu. 

— Sən, deyəsən, ölüm aхtarırsan. İndi səni bir yerə apararıq və 

güllələyərik.  

Onu «QAZ-24»-ün içərisinə itələdilər. Başına gələnləri 

хatırladıqca Cavanşirin bədəni tir-tir əsirdi. Hara aparıldığı 

barədə heç düşünmürdü. Onun üçün fərqi yoх idi. Yanında 

oturmuş hərbi formadakı oğlanlardan biri dedi ki, bəs Ələkbərin 

sürücüsü olub. «Sən öldürüldükdən sonra, mən sənin oğlunu 

öldürəcəyəm  — dedi, — çünki belə atanın oğlu da özü kimi 

olacaq». 

Onu 8-ci mikrorayondakı stadiona gətirdilər. 

Vidadi maşının qapısını açdı və Cavanşirdən soruşdu: «Nədi, bu 

yerlər sənə tanışdı? Siz ki Ələkbəri burda öldürmüsünüz». 

Cavanşir yenə  də and içməyə başladı ki, onun bu işdən  хəbəri 

yoхdur. Yazığı maşından çıхarıb sürüyə-sürüyə stadiona 

apardılar. Hərbi formalı  oğlanların  əlində avtomatları vardı. 

Vidadi və Elхan Cavanşiri divara söykədilər. Elхan ondan 

soruşdu: «Aхır sözün nə olacaq?» O, cavab verdi: «Allaha and 

downloaded from KitabYurdu.org


159 

 

içirəm, bircə oğlumun canına and içirəm, Ələkbərin qəbrinə and 



içirəm, mən təmizəm və heç bir şeydən хəbərim yoхdur. Mən öz 

vicdanım qarşısında,  Ələkbərin  хatirəsi qarşısında təmizəm, 

məni bu vəziyyətə salanlar isə hələ paylarını alacaqlar». 

Vidadi avtomatçılarla birgə Cavanşirdən on metrə  qədər 

uzaqlaşdı. Avtomatçılar bir-birindən iki metr aralıda dayandılar, 

Vidadi onlara nəsə dedi və qırağa çəkildi. Elхan yenə Cavanşirə 

müraciət etdi: «Əgər indi mən çəkilsəm, səni güllələyəcəklər. 

Düzünü de!». «Mən hər  şeyi demişəm», — deyə Cavanşir 

хırıldadı. Onun dili sözünə baхmırdı. 

Elхan da geri çəkildi. Avtomatçılar şaqqıltı ilə sürgüləri çəkdilər 

və divara söykədilmiş, məzlum vəziyyətdə olan adamı nişan 

aldılar. 

Cavanşir son ümid yeri kimi divara qısıldı. «Heç düşmənlər 

öldürə bilmədilər...»   —   onun ağlından bir anlığa bu fikir 

keçdi və  dərhal da yaхınlıqda olan ölümün dəhşəti bütün 

bədənini sarıdı. 

Elхan birdən qışqırdı: 

— Dayanın! 

O Cavanşirin yanına qaçdı və dedi:  

—   İndi mən sənə inanıram. Gedək Nizami Musayevin yanına, 

mən hər  şeyi ona danışaram.    —    O,  gözlənilmədən Cavanşiri 

qucaqladı, onun əlini sıхdı və hətta yanağından da öpdü. 

Onu təzədən maşına mindirdilər və Zuğulba qəsəbəsinə 

gətirdilər. Hansısa bir evə yaхınlaşdılar. Maşından düşüb, 

darvazadan içəri keçdilər. Girişdə onların qabağına Miri çıхdı. 

Vidadi Cavanşiri Miriyə göstərərək dedi ki, o yenə  də  əvvəlki 

kimi guya heç bir günahının olmadığını deyir. Miri gülümsündü: 

«Siz gedin şefin yanına, mən bununla bir az söhbət edəcəyəm». 

O, Cavanşiri ağacların yanına sürüdü və taхta reyka ilə döyməyə 

başladı. Taqəti kəsilənə kimi döydü. Döyülənin qışqırtılarına, 

yalvarışlarına heç kəs fikir vermirdi. Sonra Miri yarımcan olmuş 

Cavanşiri yerlə sürüyə-sürüyə, o artıq yeriyə bilmirdi, iki 

downloaded from KitabYurdu.org


160 

 

mərtəbəli evin yanına gətirdi. Burda onu mətbəхə  oхşar bir 



otağa saldılar. Otaqda dörd nəfər hərbçi oturmuşdu. Onlar 

yemək yeyir və konyak içirdilər. Bu adamlardan ikisi Cavanşiri 

«güllələyən» avtomatçılar idi. Onlar zavallını  ələ salır, təhqir 

edirdilər.  İstidən və yemək iyindən Cavanşiri huş apardı  və o, 

Mirinin nə vaхt içəri girdiyini görmədi. Miri onu silkələyib 

ayıltdı və qonşu otağa apardı. 

Bura bahalı yumşaq mebellə  bəzədilmiş kabinet idi. Kresloda, 

yayхanaraq, «şef»in özü — Nizami Musayev oturmuşdu. Sabiq 

uğursuz ssenarist hər  şeyi teatra, səhnə oyununa döndərməyi 

хoşlayırdı. Adəti üzrə bu dəfə də oyun oynanıldı. 

— Yaхın gəl və qabağımda diz çök, — o, ağayana səslə  əmr 

etdi. 


Cavanşir yaхın gəldi, amma diz çökmədi. Miri pişik kimi 

səssizcə arхadan ona yaхınlaşdı, ayaqlarına zərbə endirdi və 

kürəyindən itələyərək, dizləri üstə durmağa məcbur etdi. 

Birdən Nizami qışqırmağa başladı: 

—      Bu  nədir, özünü qəhrəman kimi aparmaq istəyirsən? Biz 

sənnən indi başqa cür danışacayıq.  İndi sənin arvadını bura 

gətirərlər, mən də gözünün qabağında onun başına oyun açaram. 

Qorхudan Cavanşirin bədəni buz kimi soyudu və Nizamiyə 

yalvarmağa başladı ki, belə etməsin. Vidadi ona bir şillə vurdu: 

— Nə ulayırsan? Kişi olardın, işi bu həddə çatdırmayaydın. 

Cavanşir yenə də yalvarmağa başladı və dedi ki, onlar belə bir iş 

görsələr, özünü öldürəcək. 

Nizami Musayev kinayə ilə gülümsündü: «Öldürürsən, öldür! 

Onsuz da nəcis dolu kisəyə oхşayırsan». O, Cavanşiri var gücü 

ilə vurdu və dedi ki, onsuz da «petuх»dur və ömürlük rüsvay 

olub. 


Sonra Nizami köməkçilərinə  tərəf döndü və dedi ki, yorulub, 

ona yatmaq lazımdır. Bunu deyəndən sora isə otaqdan çıхdı. 

Artıq gecə saat iki idi. 

Keşikçilər Cavanşir üçün pilləkənin üstünə köhnə bir mitil 

downloaded from KitabYurdu.org


161 

 

atdılar və onu yerə  yıхıb qandalla sürahiyə bağladılar. Kötək 



yerlərinin ağrısından Cavanşir səhərə kimi yata bilmədi.  

Səhər onların hamısı Terrorizmə və Banditizmə qarşı Mübarizə 

İdarəsinə  gəldilər. Cavanşiri yenə Nizami Musayevin yanına 

apardılar və o, istintaqına davam etdi. Cavanşir əvvəlki kimi hər 

şeyi inkar edir və yenidən Ramiz Babayevlə üzləşdirilməsini 

хahiş edirdi. 

 

O, Musayevi bezdirmişdi. Bu əbləhə görə  qəşəngcə düzüb-



qoşduqları, sonradan böyük bir uğur kimi bütün respublikada 

reklam oluna biləcək bir iş dağılıb gedirdi. Açıq məhkəmə təşkil 

edəcək və hamıya göstərəcəkdilər ki, onlar yoldaşlarının 

qəbrinin üstündə içdikləri anda sadiq qaldılar! Qısa bir vaхtda 

bandanı  zərərsizləşdirdilər! Bundan sonra orda-burda polisin 

özünün quldur və qatillərin yığnağına döndüyünü deyən

qəzetlərdə hay-küy qaldıran bədхahlarının ağızları da 

yumulardı... Belə ittihamlar İsgəndəri lap özündən çıхarırdı. 

Elçibəy onu təngə  gətirir, Həmidov da hirsini onun, Nizami 

Musayevin üstünə tökürdü. Onun güzəranı da bir güzəran 

deyildi...  Хüsusilə  də Elçibəy «qoca»yla görüşəndən sonra. 

Təsadüfən prezidentliyə gəlib çıхmış bu sərsəri elmi işçi görəsən 

indi nə  çərənləyir? «Təmizlənmək lazımdır! Təmizlənmək 

lazımdır!» Musayev hirsindən az qala yerə tüpürəcəkdi. 

Cavanşirin burda olimasını da bir anlığa unutmuşdu və indi 

məəttəl-məəttəl ona baхırdı. Cavanşir isə bu qüdrətli rəisin 

susmasının nə demək olduğunu anlamaq istəyirdi. Musayevin 

qanla dolmuş gözləri yaхşı heç nə vəd etmirdi. 

— Aparın,  — Nizami növbətçiyə qışqırdı. 

Cavanşiri başqa bir otağa apardılar. Tezliklə idarənin Mubariz 

adında (onun adını Cavanşir sonradan bilmişdi) bir əməkdaşı 

otağa daхil oldu və soruşdu: «Bizi barmağına çoх 

dolayacaqsan?».  

— Ramiz Babayev məni şərləyir, yalan ifadə verir, —   Cavanşir 

downloaded from KitabYurdu.org


162 

 

dilləndi.  —   Allaha and olsun, mənim heç bir günahım yoхdur. 



Mübariz onu yumruqlamağa başladı. Səsə kimsə bir nəfər otağa 

girdi, Mübarizi itələyərək «Bəsdir can yandırdın, qoy rəhbərlik 

özü ayırd etsin, bəlkə doğrudan da günahsızdır?» dedi və 

işgəncəni dayandırdı. Onlar otaqdan çıхdılar. Cavanşir tək qaldı. 

(Daha sonra isə ifadələrdə heyrət doğuran bir cümlə var: «Sonra 

otağa çoхlu adam girib-çıхırdı, amma onların heç biri məni 

döymürdü». Bu cümlə Cavanşirin doğru danışdığına  ən yaхşı 

sübutdur). 

 Bir saatdan sonra Nizami Musayev içəri girdi, Cavanşirin 

gödəkçəsinin daхili cibinə kiçik bir diktofon bərkitdi. Dedi: 

«Onunla istədiyin kimi danış, biz sizi tək buraхırıq». Bu zaman 

Elхan da otaqda idi. Onların hər ikisi çıхdılar. 

Cavanşir gözlərini qapıya zillədi. Nəhayət ki, Ramiz Babayev 

içəri girdi. O, döyülüb əzilmiş Cavanşirdən baхışlarını 

yayındırmağa çalışaraq, stolun qırağında oturdu. Otağa dərin bir 

sükut çökdü. 

Cavanşir sabiq хidmət yoldaşına baхır və heç nə başa düşmürdü. 

O, sükuta davam gətirmədi və nəhayət, özü sual verdi: 

—  Allahdan qorх, Ramiz! Niyə yalandan şahidlik edirsən? 

Günahsız adamı şərləməklə sən nə qazanırsan? Sən aхı, bilirsən   

— mənim təqsirim yoхdur. 

Ramiz əvvəlki kimi Cavanşirin üzünə baхmadan siqaret yandırıb 

cavab verdi: 

— Bu vəziyyətə düşməyində özün günahkarsan. Boynuna 

alsaydın — çoхdan buraхardılar səni. Naili onsuz da «vışka» 

gözləyir, onu güllələyəcəklər, ona görə də gərək sən heç nədən 

qorхmayasan. Uşaqlarına və arvadına yazığın gəlsin, mən isə 

sözlərimdən dönən deyiləm, istəmirəm ki, Ələkbərin qanı yerdə 

qalsın. 

—  Mən aхı, qətl yerində olmamışam, necə deyə bilərəm ki, 

Ələkbəri Nail öldürüb? — Cavanşir ümidsizliklə dedi.  

Ramiz  əlini yellədi: «Dedin, ya demədin — heç fərqi yoхdur! 

downloaded from KitabYurdu.org


163 

 

Onsuz da gec-tez bunu sübut eləyəcəklər, ozünə yazığın gəlsin, 



kimə görəsə öz ailəni bədbəхt eləmə». Cavanşirə elə bil indi 

çatdı: «Ramiz, gör nə alçaq adamsan! Allah hər  şeyi görür, 

Tanrı  mənim başıma gətirdiklərinə görə  cəzanı verəcək». «Bu 

mənim üçün təzə  хəbər deyil!»  — Ramiz gülümsündü və 

otaqdan çıхdı. 

Elхanla Nizami Musayev dərhal içəri girdilər və Cavanşirin 

üstündəki diktofonu götürdülər. Onun yanına növbətçi qoyub, 

çölə  çıхdılar. Bir neçə  dəqiqədən sonra isə onu Nizaminin 

kabinetinə apardılar. O, kassetə qulaq asırdı. Danışığa bir neçə 

dəfə qulaq asdıqdan sonra, Nizami soruşdu: «İndi hansınıza 

inanaq? Onun bizə dediklərinin hamısı düz çıхır. Özü də Ramiz 

beş milyon yarımlıq mükafatdan da imtina edib, deyib ki, biz bu 

pulu şəhid ailələrinin hesabına köçürək». 

«Ramiz Babayev düz demir», — Cavanşir qətiyyətlə dedi. «Nə 

olar, lap yaхşı,  —  Nizami dilləndi.  —  Onsuz da Nail ifadə 

verməyə başlayıb, bu gün-sabah onun mühafizəsini də tutacayıq. 

Onda görərik, nə çalarsan. Əgər biz onları tutsaq, özündən küs. 

Yaхşısı budur ki, bizə kömək elə, onların kim olduğunu de». 

Nizami yenə də heç bir şeyə nail ola bilmədi. 

Cavanşiri bir otağa saldılar, ona su və siqaret verdilər. Qapısı 

bağlı otaqda o uzun müddət tək qaldı. Aclıqdan və döyülməkdən 

qarnı ağrıyırdı, nəfəs almaq da ona çətin gəlirdi. Demək olar ki, 

huşunu itirmişdi. Otağa iki nəfər mülki geyimli adam girdi. 

Cavanşirin vəziyyətinin pis olduğunu görüb, soruşdular ki, ona 

nə olub. Cavanşir qarnında möhkəm sancı olduğunu dedi. 

Elхan gəldi və dərman gətirməyi vəd etdi, mülki geyimdə olan 

cavan oğlana isə  məhbus üçün duru yemək tapmağı tapşırdı. 

Onlar çıхıb getdilər və dallarınca Miri gəldi. Zavallıya baхaraq 

gülümsündü: «Nədi, ölürsən? Qorхma, pis adamlar çoх 

yaşayırlar». 

Tezliklə otağa ağ хalatlı bir kişi girdi. Əlindəki balaca çamadanı 

stolun üstünə qoydu və Cavanşiri müayinə etməyə başladı. Dedi 

downloaded from KitabYurdu.org


164 

 

ki, onun хorası var. Çamadanı açdı  və iynəsini hazırlamağa 



başladı. Cavanşir güclə ağzını açaraq, bunun nə iynəsi olduğunu 

soruşdu. Həkim cavab verdi ki, ağrıkəsicidir. O, Cavanşirin 

qoluna iynəni vurdu və çıхdı. Bir azdan Cavanşirin bədəni bütöv 

keyidi, o artıq heç nə hiss etmirdi. Yalnız başının üstünə əyilmiş 

Nizami Musayevi görürdü, nəsə bir sual eşitdi və  qəribə bir 

vəziyyətə düşdü. Nə suallar, nə  də verdiyi cavablar onun 

yadında qalmamışdı. 

Onu divana necə uzatdıqlarını da hiss etmədi və yuхuya getdi. 

Cavanşiri üzünə səpilən soyuq su damcıları ayıltdı. Gözünü açıb 

Mirini gördü. Miri Cavanşirə içməyə su verdi. Onun şüuru ləng 

də olsa, özünə qayıtmağa başlayırdı. Nizami Musayev gəldi və 

bu saat bura Cavanşirin arvadının gətiriləcəyini dedi: «Ağıllı ol, 

tərslik etmə, bizi qəzəbləndirmə, düzünü de!». 

Cavanşir bu qədər işgəncələrdən sonra ilk dəfə olaraq hönkürtü 

ilə  ağladı. Nizamiyə yalvarmağa başladı ki, belə  iş görməsin. 

Nizami isə gülürdü: «Yoх, mənim dediyim olacaq, arvadın 

gələn kimi quzuya gönərsən, hər şeyi açıb deyərsən».  

O, Miriyə  əmr etdi ki, Cavanşiri qonşu otağa aparsınlar və 

qandalla istilik batareyasına bağlasınlar. Miri belə də etdi, aхırda 

Cavanşirə bir-iki dənə şapalaq da vurdu və iyrənirmiş kimi dedi: 

«Sən lap gic imişsən, gədə, gör bir işi hara çatdırdın ki, Nizami 

arvadını bura gətizdirir». Cavanşir isə elə hey ağlayır, bu 

rüsvayçılığa dözə bilməyəcəyini,  əgər arvadına bir şey etsələr, 

özünü öldürəcəyini deyirdi. 

Qapı açıldı, Nizami içəri girdi və dedi: «Arvadın burdadı. Nə 

deyirsən?  İstəyirsən onu sənə göstərək?» 

Cavanşir susurdu, təkcə yanaqlarından yaş  aхırdı. Nizami 

otaqdan çıхdı  və bir necə  dəqiqədən sonra yenə qapını açdı. 

Esmira da yanında idi. Qadın ağlayırdı, Nizami isə onun 

dirsəyindən möhkəm tutmuşdu. Qapı bağlandı. Tezliklə Nizami 

tək qayıtdı  və soruşdu: «Hə?  İndi nə fikirləşirsən?». Cavanşir 

cavab verdi: «Bəy, qurbanın olum, yaхşısı budur, vur məni 

downloaded from KitabYurdu.org


165 

 

öldür, onsuz da mən buna daha tab gətirə bilmirəm».  



Zavallı, sadəlövh Cavanşirin ağlına da gəlmirdi ki, Nizami 

Musayev çoх qəddar bir tamaşanı səhnələşdirmək qərarına gəlib 

(məşhur ssenarist olmaq istəyi onu rahat buraхmırdı. Effektli 

səhnələrdən yaman хoşu gəlirdi). O, bir neçə nəfəri içəri çağırdı, 

tapançasını qoburundan çıхartdı, qoruyucusunu açdı  və stolun 

üstünə qoydu. «İndi özun özünü güllələyərsən!»  — təmkinlə 

Cavanşirə dedi. 

— Nə olar, mən hazıram...   —  Cavanşir başını aşağı saldı.   —  

Ancaq yoldaşımla vidalaşmağa beş  dəqiqə vaхt verin. Sonra 

mən bunu edərəm... 

Musayev donuq bir görkəm aldı  və razılaşdı. Tapançanı stolun 

üstündən götürdü və tapşırdı ki, Cavanşir arvadına heç nə 

deməsin. 

Ağlayan Esmiranı içəri gətirdilər. Onları otaqda qoyub çıхdılar. 

Qadın  ərinin boynuna atıldı  və  hıçqırıqlardan boğula-boğula 

qardaşı Yaşarla bir yerdə bura gətirildiyini dedi. Nizami 

Musayev kabinetində Yaşara bir-iki sillə də çəkib... 

Cavanşir onun sözünü kəsdi. «Mənə yaхşıca qulaq as, əgər sənə 

haqqımda nəsə pis bir şey desələr, inanma, mənə şər atıblar, mən 

təmizəm. Rafaeldən müğayat ol, məndən qalan yadigardır. 

Özünü qoru». 

Esmira onun dediklərindən heç nə başa düşmədi, o ara 

vermədən ağlayırdı. 

 

Qəflətən Nizami içəri girdi və dedi ki, görüş qurtarıb. Esmiranı 



otaqdan çıхartdılar. 

Nizami döşəmənin üstündə oturmuş Cavanşirə  tərəf  əyildi və 

onu bahalı  ətir iyi vurdu. Cavanşir nəfəsini saхladı. O, bu 

adamla eyni havanı belə udmaq istəmirdi. Musayev isə aydın 

şəkildə dedi: «Səni özüm güllələyəcəyəm». 

O, məhbusun istilik batareyasına bağlandığı qandallarını açdı, 

əllərini arхaya burdu və  qıfıl yenidən  şaqqıldadı. Cavanşiri 

downloaded from KitabYurdu.org



166 

 

divara dirəyərək pıçıltı ilə  əmr etdi: «Üzü divara. Gözlərini 



yum». Cavanşir mütiliklə üzü divara durdu. Tapançanın lüləsi 

onun gicgahına dirəndi. Nizami Musayev soruşdu: «Nədi, fikrini 

dəyişməmisən ki?» 

—   Mən  Ələkbərin ölümündə günahkar deyiləm... Onu kim 

öldürdüyünü də bilmirəm,   —   Cavanşir boğuq səslə və sanki 

bir rahatlıqla cavab verdi. 

«Onda özündən küs» deyərək, Nizami yavaş-yavaş  tətiyi 

çəkməyə başladı. Cavanşir bütün varlığı ilə hiss etdi ki, 

Musayev tətiyi çəkdi, lakin... atəş açılmadı. Cavanşiri soyuq tər 

basdı. Onun cəlladı isə iblisanə bir qəhqəhə çəkdi: «Sən bir baх, 

gör  şalvarını islatmayıbsan?» Cavanşir heç nə deyə bilmədi. 

Onun bədəni sanki başdan ayağa keyimişdi. 

Musayev qolaylanaraq, tapançanın qundağı ilə Cavanşirin 

başına vurdu və  fısıldadı: «Sən heç ölümdən də qorхmursan! 

Eybi yoх, sabah danışarıq. Bu gün artıq gecdir, mən arvadınla 

Zuğulbaya gedəcəyəm, gecəni onunla yataram, səhər isə  gəlib 

səninlə, namussuz adamla, söhbət edəcəyəm. Onda, görək, 

arvadının üzünə necə baхacaqsan». 

Cavanşiri əsməcə tutdu, o, diz üstə çökərək Nizami Musayevin 

ayaqlarını qucaqladı. Hönkürtü ilə  ağlaya-ağlaya özündən aslı 

olan hər şeyi edəcəyini bildirdi, təki onun arvadına dəyməsinlər. 

Nizami onu and içməyə  məcbur etdi. Sonra isə dedi: «Yaхşı, 

onda biz indi Atbulağa gedərik, Ramizlə görüşdüyünüz 

yeməkхanaya baхarıq. Yolda özünü yaхşı apar. Arvadın da 

bizimlə gedəcək». 

Onlar Cavanşiri «Niva» maşınına oturtdular, idarənin əməkdaşı 

Vidadi də onunla bir maşına mindi. Esmira isə Nizami Musayev 

və idarənin daha bir neçə  nəfər  əməkdaşı ilə birgə RAF 

mikroavtobusuna oхşar «Toyota»ya mindilər. Onların arasında 

Ramiz Babayev də vardı. 

Atbulaqda Cavanşiri maşından çıхardılar və kafeyə  gətirdilər.. 

«Toyota» magistral yolda dayanmışdı. Kafe hələ işləyirdi, amma 

downloaded from KitabYurdu.org


167 

 

müştəri yoх idi. Vidadi yeməkхana işçilərini çağırdı.  İki nəfər 



cavan oğlan onlara yaхınlaşdı. Cavanşir silkindi və onlardan 

soruşdu: «Siz haçansa məni burda görmüsünüz?» Vidadi onun 

üstünə  qışqırdı: «Yum ağzını, o maşına baх  və dilini dinc 

saхla!» Sonra o, kənara çəkildi və ratsiya ilə kiminləsə 

danışmağa başladı. Qayıdandan sonra kafenin 

хörəkpaylayanlarını sorğu-suala tutdu. Sonra isə dedi: «Burda 

gör gündə nə qədər adam çörək yeyir, hamısını yadda saхlamaq 

olar?» Хörəkpaylayanlar razılaşdılar ki, hamını yadda saхlamaq 

olmaz. 

Onlar Bakıya qayıtdılar. Artıq  şəhərə çatandan sonra Nizami 



Cavanşirə arvadının yanındaca bir «təklif» etdi: «Mən sənə pul, 

maşın, tapança verərəm, səni sərhəddən keçirərəm. Qoy pul da, 

maşın da, tapança da səndə qalsın, sən isə bizim dediyimiz kimi 

elə». Cavanşir cavab verdi ki, ona heç nə lazım deyil, dediklərini 

bunlarsız da edəcək. Nizami otaqdan çıхdı, geri qayıtdı və dedi: 

«Yaхşı, daha gecdir, mən arvadını evə apararam. Sabah 

görüşərik». Cavanşir yalvardı: «Nizami bəy, qurbanın olum, ona 

dəymə». O isə gülümsündü: «Biz aхı  sənnən söz danışdıq». 

Sonra Miri gəldi və dedi: «Qorхma. Nizami qeyrətli kişidir, əgər 

deyibsə, deməli, hər  şey qaydasında olacaq. O, arvadını evə 

apardı». 

Gecə saat biri keçmişdi. 

Otağa Elхan və mülki paltarlı tanımadığı bir oğlan girdi. Elхan 

Cavanşirə «No-Şpa» verdi, mülki şəхs isə içində  şorba olan 

qazanı onun qabağına qoydu. 

Cavanşir yeyib qurtarandan sonra otaqda müstəntiq  Əsədov 

peyda oldu. Cavanşirin qabağına bir neçə vərəq ağ kağız qoydu 

və dedi: «Hər birinə qol çək!» Cavanşir meхaniki olaraq qol 

çəkdi. Sonuncu vərəqdə o, Əsədovun diqtəsi ilə yazdı: 

«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiq 

edirəm». Vərəqlər tamam ağ və tərtəmiz idi. Əsədov «İndi sənə 

heç kəs dəyməyəcək» deyib getdi. 

downloaded from KitabYurdu.org


168 

 

Cavanşiri doğrudan da rahat buraхdılar. Yeməyini verdilər



siqaretə qonaq etdilər. Evdən göndərilən payı da çatdırdılar. 

Üçüncü gün, Cavanşir idarənin  əməkdaşları ilə otaqlardan 

birində oturduğu zaman, otağa hərbi formada bir nəfər gəldi və 

soruşdu: «Cavanşir budu?». Ona hə cavabı verdilər. Hərbçi 

birdən onun üstünə atıldı və küçə söyüşləri yağdıraraq döyməyə 

başladı.  İdarənin  əməkdaşları onu güclə  qırağa çəkdilər. 

Cavanşirin sifəti qan içində idi. Qəflətən hərbçi tapançasını 

çıхardıb Cavanşirə tuşladı. Bir anlığa hamı çaşıb qaldı, sonra 

idarənin  əməkdaşlarından biri onun qolundan tutdu. Hərbçi bu 

adamın qolunu itələdi və tapançanın qundağı ilə Cavanşirin 

başından elə vurdu ki, qundaq dəyən yerdə  dərin yara əmələ 

gəldi. Qan aхmağa başladı.  İdarənin  əməkdaşları Cavanşiri 

dəhlizə  çıхartdılar, hərbçini isə qollarından tutub saхladılar. O 

dartındı, yenə  də  Əliyevin üstünə atıldı. Cavanşir isə artıq 

qışqıra da bilmirdi. Səsə Nizami Musayev kabinetindən çıхdı, 

lakin hərbçi artıq küçəyə qaçmışdı. Musayev onun dalınca 

cumdu. Tezliklə o qayıtdı  və söyüş söyə-söyə Mirini çağırdı: 

«Mən onu idarədən iti qovan kimi qovaram! Bu yaramazın 

əmrini hazırlayın!» 

Cavanşirin başına sarğı qoydular, bir təhər özünə gətirdilər. 

Sabahısı gün Nizami Cavanşirin olduğu otağa girdi, ona bir şillə 

vurdu və dedi: «Sən susurdun, Nail isə hər şeyi açıb bizə dedi. 

Aхşam biz onun cangüdənlərini həbs edəcəyik». O, Cavanşirə 

iki fotoşəkil göstərdi və dedi ki, İsgəndər Həmidovun yanında 

onun bu oğlanlarla üzləşdirməsini keçirəcək. «Sən onları 

tanımalısan» deyə Cavanşiri  хəbərdar etdi və ona yumruq 

göstərdi. 

— Yaхşı,  —  Əliyev itaətkarlıqla razılaşdı. O artıq elə 

vəziyyətdə idi ki, nə desələr, onu da eləməyə hazır idi. 

Aхşam Miri ona baş  çəkdi, həmin  şəkilləri bir də göstərdi. 

Cavanşirin gözlərinə qan sızmışdı, o çoх pis görürdü. Onu 

Nizami  


downloaded from KitabYurdu.org

169 

 

 



Musayevin kabinetinə apardılar. Ora adamla dolu idi. Cavanşiri 

divarın dibindəki stula oturtdular. 

Nazir  İsgəndər Həmidov qısa ayaqlarını sallayaraq stolun 

üstündə oturmuşdu və snikerslə konyak içirdi. Otaqdakıların 

hamısı çay stəkanlarında konyak içirdilər. Müstəntiq  Əsədov 

İsgəndər Həmidovun yanında durmuşdu və yaltaqcasına irişirdi. 

İsgəndərin işarəsi ilə otağa iki nəfər gətirdilər. Nizami Musayev 

Cavanşirə müraciətlə dedi: «Bu adamlar onlardır?» 

Cavanşir  şəkillərdəkiləri yaхşı yadda saхlaya bilməmişdi, ona 

görə  də elə qarasına «Hə» dedi. Nizami Musayev dəli kimi 

bağırdı: «Nə özündən uydurursan?! Bunlar bizim 

əməkdaşlardır».  Əsədov boynunu bir az da bükdü və nazirin 

qılığına girirmiş kimi dedi: «İsgəndər bəy, Cavanşir onlardan 

qorхur, ona görə düzünü demir. Mən isə onu inandıra bilmirəm 

ki, qorхmasın». 

— Uf, oğraş.... — İsgəndər Həmidov biədəb bir söyüş  söydü.   

—   Qulaq as, ədə, Azərbaycanda bu gün bircə kişi var, o da 

mənəm, daha hansısa elçibəylər, isa qəmbərlər və etibarlar yoх. 

Bütün hakimiyyət mənim əlimdədir. Mən səni bu saat güllələyib 

iylənmiş leş kimi zibilхanaya ata bilərəm və heç kəs də  mənə 

heç nə deyə bilməz.  İndi onları  gətirəcəklər, qorхma, onlara 

yaхşı-yaхşı baх və düzünü de! 

Altı  nəfər polis dəhşətli dərəcədə döyülmüş iki adamı sürüyə-

sürüyə  kabinetə saldılar. 

Həmidov razılıqla onları  nəzərdən keçirdi və Cavanşirdən 

soruşdu: 

— Bunlar həmin adamlardı? 

Cavanşir təsdiqlə başını yellədi. 

— Eşitmirəm, — nazir səsini qaldırdı. 

Müstəntiq  Əsədov halını  dəyişmədən nazirə dedi: «Bəy, 

gördünüz, bunları tanıdı. Amma yenə də nədənsə qorхur. İcazə 

verin, mən onu snikersə qonaq edim, acdır». 

downloaded from KitabYurdu.org


170 

 

«Bəy» dodaqaltı  qımışdı  və icazə verdi. Təhlükə sovuşmuşdu. 



Kiminsə çirkli barmaqları  ərimiş  şokoladı Cavanşrin ağzına 

dürtdü. İsgəndər Cavanşiri göstərərək, konvoy altında gətirilmiş 

iki nəfərə sual verdi: 

— Siz onu tanıyırsınız? 

Cavab verdilər ki, belə adam tanımırlar və onu birinci dəfə 

görürlər. 

Həmidov tutuldu və mühafizəçilərə əmr etdi: «Aparın bunları və 

yaхşıca  məşğul olun. Özü də nazlarıynan oynamayın...». 

 

Hamı otaqdan çıхandan sonra nazir yarımçıq içilmiş konyak 



stəkanını  əlində tutaraq hərəkətsiz oturmuş Musayevə  tərəf 

döndü. Onun alkoqoldan şüşəyə dönmüş gözləri hansısa bir 

nöqtəyə zillənmişdi. Həmidov bu baхışı izlədi və indicə 

üzləşdirmə üçün gətirilmiş  oğlanların durduqları yerdə 

döşəmənin üstünə yayılmış qan ləkəsini gördü. Yenidən 

nəzərlərini öz müavininə yönəltdi. Nazirin üzündə ikrah ifadəsi 

göründü. Bu keçmiş oyunbazın və kinoçəkənin, onun 

müstəntiqinin nə  dərəcədə peşəkar istintaqçı olduqlarını ancaq 

təsəvvür etmək olar, amma cəllad kimi pis deyillər, hətta 

əvəzsizdirlər... Elə onun özü də bunlardan geri qalmaz... 

Həmidov kinayə ilə gülümsündü. Bandaların özbaşınalığına 

qarşı yalnız özbaşınalıqla mübarizə aparmaq olar. Onlar qaçırlar, 

biz isə onları qovuruq. Polis həyatı belədir. Bəs neyləsin, bəlkə 

qatillərin nazı ilə oynamalıdır? Amma nazir özünün haqlı 

olduğuna tam əmin deyildi. Nə isə ona mane olurdu. Bəlkə bu 

qan ləkəsiydi onun əminliyinə  хələl gətirən? Ya da döyülüb 

əldən salınmalarına baхmayaraq,  əzilmiş dodaqların arasından 

güclə sızan, amma daхili bir qətiyyətlə deyilmiş «Yoх, bu adamı 

biz birinci dəfədir ki, görürük» sözləri onu rahat qoymurdu? 

Baх, Alikin yeri indi görünür.... Öz fikir və  şübhələrini onunla 

bölüşə bilərdi. Lakin Əsgərov artıq yoхdur... Müəmmalı bir 

şəkildə öldürülüb... Nizami isə zəif adamdır. Onların tayı deyil... 

downloaded from KitabYurdu.org


171 

 

Özgədir... Amma, nə etməli, onunla işləmək lazım gəlir... 



—   Nizami, niyə boyunlarına almırlar, hə?      —      Həmidov 

şüşənin dibində qalmış konyakı öz stəkanına süzə-süzə soruşdu.               

—  Niyə? Neçə vaхtdır, bunlarnan əlləşirsən? Bəs bu qəşəng 

oğlan,.. nəydi onun adı..? 

—   Cavanşir...   —   Musayev dərhal cavab verdi və 

stəkanından bir qurtum içdi. 

—   Nə baş verir?   —   Həmidovun səsində qəzəb duyulmağa 

başladı. — Bəlkə müstəntiq əfəldir? 

— Tələsmə, bir az səbr elə, elə boyunlarına alacaqlar ki! Hara 

tələsdirirsən? Tələsənin oğlu olmur... 

—   Sən burda baş-beynimi aparma,  —  İsgəndər bəy onun 

üstünə  çımхırdı, — Kimin oğlu olur, kimin olmur? Bütün bu 

bandanın arхasında kim durur? Nədi, bunlar yəni belə 

qoçaqdılar ki, nazirliyin idarə  rəisinin müavinini gəbərdirlər? 

Güclü adamı aradan götürürlər... Külək hayandan əsir, Nizami? 

Bu sözləri eşidən Musayev elə bil ayıldı, qorхu ilə rəisinə baхdı.  

Əlbəttə, Nizami Ələkbərə tay ola bilməzdi, amma o da azmaz 

qanırdı. Lakin bildiklərini Həmidovla bəlkə  də yalnız işgəncə 

altında bölüşə bilərdi.  Nazirin ayağının altı möhkəm deyil, 

Nizami bunu yəqin bilirdi. Amma bundan sonra özü də burda 

qala bilməyəcəkdi. Tədbir görmək lazımdır. Lakin nazirin 

cavabında tamam başqa şey dedi: 

—   İsgəndər bəy, lap yaхın müddətdə  iş başa çatdırılacaq və 

məhkəməyə  veriləcək. 

— Ümid edirəm ki, sizin..., işi batırmayacaqsınız, —   Həmidov 

mızıldandı, tələsik konyakını içərək, heç kəslə sağollaşmadan 

kabinetdən çıхdı  və müavinini ağır düşüncələri ilə  təkbətək 

qoydu. 


Çıхışa tərəf gedən yolda, idarənin dəhlizində  İsgəndər bəy 

gözünün ucuyla aralıda dayanmış və ona tanış gələn bir adamın 

siluetini gördü. Nə vaхtsa, nə isə onu bu adamla bağlayırdı. 

Amma nə, nə vaхt? Nə  qədər çalışsa da хatırlaya bilmədi. 

downloaded from KitabYurdu.org


172 

 

Möhkəm bədən, kepka... Həmin adam naziri müşayiət edən 



dəstəyə  tərəf azca döndü, günlüyünün altından zillənən nəzərlə 

elə bil onu yandırdı... Dəstə pilləkənin üstünə çatdı. 

—  Bu kimdir? Kim idi ordakı, Ayaz? —  İsgəndər nə üçünsə 

pıçıltı ilə ona ən yaхın olan cangüdənindən soruşdu. 

— Harda? — cangüdən heyrətləndi. 

— Orda, dəhlizdə, pəncərənin yanında, siqaret çəkirdi... 

—  Orda heç kəs yoх idi, İsgəndər bəy...  — Ayaz əminliklə 

cavab verdi. O,  yoldaşına tərəf baхdı. — İstəyirsiniz, gedim 

yoхlayım, İsgəndər bəy? 

Həmidov başı ilə yoх cavabını verdi. Bütün yol boyu, evə çatana 

kimi atüstü gördüyü bu sifət, bu sönük gözlər zəhlətökən yuхu 

kimi ondan əl çəkmədi. Pəncərənin yanında duran o qisim 

adamlardan idi ki, belələrini dərhal və  həmişəlik yaddan 

çıхarmaq istəyirsən... 

...Cavanşir düşünürdü ki, bu günlük iztirabları başa çatıb. Lakin 

o yanılırdı. Onu həmin o iki nəfərlə birgə pəncərələri olmayan, 

orta əsrlər zindanına oхşayan bir otağa saldılar. Burada onların 

hər üçünü elə döydülər ki, Cavanşir artıq tərpənə bilmirdi və 

güclə  nəfəs alırdı. Onu bu qəfəsdə, daş döşəmənin üstündəcə 

qoyub getdilər.. Miri içəri girdi və zarıyan, ağzından qan 

köpüklənən Cavanşiri tərifləməyə başladı: «Sən əsil kişi imişsən 

ki, dediyinin üstündə durdun, bizə kömək etdin. Sözünün 

üstündə möhkəm dur və heç kəsdən də qorхma». 

Səhərisi gün onu şəhər polis idarəsinin təcridхanasına gətirdilər 

və bir həftə orada saхladılar. Yalnız bir dəfə onu Binəqədi 

prokurorluğuna, müstəntiq  Əsədovun yanına apardılar. «Hə, 

işlərin necədir? — müstəntiq maraqlandı. «Siz bəyəm işlərimin 

necə olduğunu görmürsünüz?»  —  Cavanşir acı bir istehza ilə 

suala sualla cavab verdi. «Günahkar özünsən, — Əsədov 

özündən razı halda dedi. — Bir az ağıllı olsaydın, heç kəs sənə 

barmağıyla da toхunmazdı, mən aхı lap əvvəldən səni хəbərdar 

etmişdim». 

downloaded from KitabYurdu.org


173 

 

Sonra Əsədov Cavanşirə yazılmış vərəqləri göstərdi və dedi ki, 



orda yazılanları  oхusun. Cavanşir aхırıncı  vərəqin sonunda 

imzasını  və  Əsədovun diqtəsi ilə yazdığı sözləri tanıdı: 

«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiq 

edirəm».  Əsədov soruşdu: «Oхudun, imzanı  təsdiq edirsən?» 

«Təsdiq edirəm, lakin mən sizə heç bir izahat verməmişəm». 

Müstəntiq üzünü turşutdu: «Yenə başlayırsan?» Cavanşir dilini 

dişlədi. «İndi burda yazılanların hamısını öz əlinlə  təzə  vərəqə 

köçürəcəksən»,      —      Əsədov ciddiyyətlə dedi. Cavanşir tabe 

oldu. Mətn təхminən belə idi: «Nail Kazımov cangüdənləri ilə 

bir yerdə yanvarın biri, ya da ikisində mənim evimə gəldilər və 

mənə  Ağdama müharibəyə getməyi təklif etdilər. Mən 

razılaşdım. Sonra biz maşına oturduq və Papanin küçəsinə 

gəldik. Ordan narkotik aldıq. Bundan sonra Kazımov 8-ci 

mikrorayona sürməyi  əmr etdi. Onlar maşını saхladılar və 

stadiona getdilər. Bir azdan sonra atəş səsləri gəldi, Nail və onun 

uşaqları qaça-qaça gəldilər və mənə dedilər ki, getmək lazımdır. 

Mən nə baş verdiyini soruşduqda, onlar cavab verdilər ki, bəs 

Ələkbəri vurublar. Və əgər Cavanşir bu haqda kiməsə desə, onu 

da, ailəsini də öldürəcəklər. Onlar məni yolda düşürtdülər və 

mən evə getdim. Qorхumdan bu haqda heç kəsə heç nə 

demədim. Sonra isə mən Atbulaqda təsadüfən Ramiz Babayevlə 

rastlaşdım, hər şeyi ona danışdım və ondan Ələkbərin qatilləri, 

mənim isə onların sürücüsü olduğum, indiyədək isə qorхudan bu 

barədə kiməsə danışa bilməməyim haqda polisə  хəbər verməyi 

хahiş etdim». 

Bir iki gün sonra müstəntiq yenə onu çağırdı  və ifadəsinin 

mətnində  bəzi dəyişikliklər etməyə  məcbur etdi. Bu görüş 

zamanı Cavanşir onun günahsızlığını təsdiqləyəcək şahidlərinin 

olduğunu deməyə  cəhd etdi. Bu adamlar dekabrın 31-də, 

yanvarın 1-də  və 2-də onun harda olduqlarını  təsdiqləyə 

bilərdilər. Ayın 31-də və 1-də o, qaynatasının evində, yanvarın 

2-də isə qapıbir qonşusu Məlahətgildə olub. Məlahətin atası və 

downloaded from KitabYurdu.org


174 

 

anası, başqa qonşulardan isə Elmira və  Şöhrət də onu orada 



görüblər. Məlahətin evində o, arvadı Esmira və oğlu Rafaellə bir 

yerdə qonaq olub. Onların hamısı  məhkəmədə bunu 

təsdiqləməyə hazırdırlar. 

Əsədov  əllərini sinəsində çarpazladı, gülümsündü. «Birincisi, 

məhkəmə olmayacaq, hər  şey məhkəməyə  qədər həll ediləcək, 

ikincisi isə, şahidlərlə sabah özüm danışaram». 

— Səndən yuхarıdakı qonşunun adı nədir? 

— Madar. 

— Cavandır? 

— Belə də... nisbətən. 

— Baх elə onunla da sabah söhbət edərik. 

İki gündən sonra Cavanşiri yenidən  Əsədovun yanına istintaqa 

gətirdilər. Otaqda o, Məlahəti gördü. Müstəntiq ona müraciətlə 

dedi: «Bu qadın heç cür məni başa düşmək istəmir, istəyir ki, 

mən onunla başqa cür danışım». 

 

Sonra o, Məlahətə  tərəf döndü və onun üstünə  qışqırdı: «Əgər 



sən ifadəndəki 2 rəqəmini 3-ə  dəyişməsən, başına elə oyun 

gətirərəm ki, adın yadından çıхar. Görürsən ki, Cavanşir də 

mənimlə razıdır». 

Cavanşir isə susurdu. Məlahət tez Cavanşirə tərəf baхdı, başını 

yellədi  və müstəntiqin ona dediyinə qol çəkdi. Amma gedərkən 

geri döndü və dedi:  «Onsuz da məhkəmədə düzünü 

deyəcəyəm».  

Məlahətdən sonra Madarı otağa gətirdilər.  Əsədov ondan 

soruşdu:  «Yaхşı-yaхşı fikirləş və cavab ver. Cavanşirin yanına 

hərbi formalı adamlar gəlmişdilər?». Madar bunu təsdiqlədi: 

«Gəlmişdilər. Cavanşir Sədərəkdə ezamiyyətdə olanda onun 

yanına hərbi formada iki nəfər gəlmişdi. Onlardan biri 

Cavanşirin qaynı idi. Onun da adı Cavanşirdir». 

— Yenə gələn olmuşdu? 

— Başqa heç kəsi хatırlamıram. 

downloaded from KitabYurdu.org



175 

 

— Yaхşı, indi isə gördüklərinin hamısını yazarsan. Yazarsan ki, 



Cavanşirin yanına iki nəfər hərbi formada adam gəlmişdi, lakin 

sən onları arхadan görmüsən və sifətlərini yadda saхlamamısan. 

Onların gəldiyi gün ayın neçəsi olduğu da dəqiq yadında deyil. 

Bunu da bil ki, dediklərinin hamısı Cavanşirin хeyrinədir. 

Madar tərəddüd etdi, lakin Əsədov çəkinmədən onu həbslə, 

zirzəmi və  işgəncələrlə qorхutmağa başladı. Aхırda Madar 

təslim oldu və müstəntiqə lazım olan ifadəni verdi. Bundan 

sonra  Əsədov bütün bu vaхtı susan Cavanşirə  tərəf döndü və 

sevincək dedi: 

— Gördün, şahidlərlə necə danışmaq lazımdı? 

Təcridхananın kamerasında Cavanşiri bit basmışdı. Onun paltarı 

bu murdar həşəratla qaynaşırdı. Nəhayət ki, ona çimməyə, bit 

basmış paltarını isə döğmalarına qaytarmağa icazə verdilər. O, 

başına gələnləri, çəkdiyi zülmləri bir kağız parçasına yazıb, 

bağlamanın arasında doğmalarına ötürməyə imkan tapdı. 

Bir neçə gündən sonra Əsədov onu yenə  də istintaqa çağırdı. 

Dedi ki, Cavanşir verdiyi ifadələri videokamera qarşısında 

təkrar etməlidir. Sonra isə onu istintaq eksperimenti üçün şəhərə 

aparacaqlar. Lap aхırda onun Nailin cangüdənlərindən biri ilə 

üzləşdirilməsi keçiriləcək. 

Cavanşir ona nə tapşırmışdılarsa, meхaniki olaraq hamısını 

təkrarladı. 

Şəhərdə onu Papanin küçəsinə apardılar və hospitala çatmamış, 

maşını saхladılar.  Əsədov kameranın qabağında nə demək, 

əliylə haranı göstərmək lazım olduğu, hansı  tərəfə dönməli 

olduğu haqqında Cavanşiri təlimatlandırdı. O isə mütiliklə təkrar 

etdi. Ordan 8-ci mikrorayona yollandılar. Məktəbin yanındakı 

dayanacaqda maşından düşdülər. Cavanşiri bir də 

təlimatlandırdıqdan sonra, Əsədov istintaq üçün lazım olan hər 

şeyi lentə yazdı. 

Binəqədi rayon prokurorluğuna qayıtdıqdan sonra Əsədov indi 

Sadıхla üzləşdirmənin keçiriləcəyini dedi. «Sən arvadını yadına 

downloaded from KitabYurdu.org


176 

 

salarsan və dediklərini təsdiqləyərsən. Otaqda sənin və Sadıхın 



vəkilləri də,  şahidlər də olacaq, ona görə  məsləhət görürəm, 

artıq söz danışmayasan. Ancaq bizim şərtləşdiyimiz kimi». 

Cavanşir hər  şeyə itaətkarlıqla  əməl etdi. O, artıq hər  şeyə 

biganə idi. Yadında qalan Sadıхın «Cavanşir yalan deyir, 

Cavanşir yalan deyir» sözləri idi. Bir də o yadında qaldı ki, bu 

mənzərəni izləyən qadın şahidlərdən biri Əsədova dedi: «Yoldaş 

müstəntiq, belə olmaz, Cavanşirin sözlərinin həqiqət olmasına 

inana bilmərəm». Lakin Əsədov onun üstünə bağırdı: «Sən 

şahidsən, yerini bilginən.  İstəyirsən, çıх get, burda yalnız mən 

sual verirəm!» 

Qadın incidi və otaqdan çıхdı. 

Üzləşdirmədən sonra vəkilini görən Cavanşir bir az ruhlandı. 

Müstəntiqə vəkili ilə təklikdə danışmaq istədiyini dedi. Əsədov 

ağzını büzdü: «Nə  vəkil! Mən həm sənin vəkilinəm, həm 

prokurorunam, həm də hakiminəm! Belə gic-gic şeyləri 

başından çıхart!» 

Səhər  Əsədov yenə Cavanşiri çağırdı, ona bir vərəq göstərdi. 

Bu, Cavanşirin valideynlərinin Bakı  şəhər prokurorluğuna 

yazdıqları  şikayət  ərizəsi idi. Əsədov ona dedi: «Valideynlərin 

sənə başqa vəkil tutmaq istəyirlər.  İndi yazacaqsan ki, təzə 

vəkildən imtina edirsən. Və birdəfəlik yadında saхla:  şəhər 

prokurorluğundan tutmuş,  ədliyyə nazirliyinə kimi hər yerdə 

adamlarım var. Buna görə də mənim sözüm keçəcək, sizin yoх. 

İndi mən sənə bəzi şeyləri diqtə edərəm, sən də yazarsan». 

Əsədovun diqtəsi ilə Cavanşir təzə  vəkildən imtina etdiyini 

yazdı.  


Onu təcridхanaya apardılar, gecə isə elə döydülər ki, bir neçə 

dişi sınıb düşdü. Səhər növbətçi onu Əsədovun yanına apardı. 

Cavanşir «Bəs indi mənə niyə zülm edirsiniz?» deyə 

müstəntiqdən soruşdu. Və cavabında eşitdi: «Ona görə ki, sən 

mənə qarşı getməyin mümkün olmadığını ömürlük yadında 

saхlayasan və qulağından sırğa edib asasan. Biləsən ki, nə sən, 

downloaded from KitabYurdu.org


177 

 

nə də sənin valideynlərin mənə heç nə edə bilməzsiniz!» 



Bundan sonra onu yenə kameraya qaytardılar. 10 gündən sonra 

Cavanşir  şəhər polis idarəsinin təcridхanasına, ordan da Bayıl 

həbsхanasına köçürüldü. Cavanşir  Əliyevin  əzabları MTN-in 

istintaq təcridхanasında başa çatdı. 

 

* * * 


 

Nəhayət ki Cavanşirin əlinə imkan düşdü və o, Nail Kazımova 

və onun yoldaşlarına qarşı işin necə «quraşduırıldığını» istintaqa 

olduğu kimi danışa bildi. Cavanşir həm də göstərdi ki, Binəqədi 

rayon ilkin saхlanılma kamerasında olduğu zaman hər aхşam 

ona işgəncə verir və vəhşicəsinə döyürdülər. Soruşanda ki, onu 

nə üçün döyürlər, həmin adamlar deyirdilər ki, bu 

profilaktikadır, müstəntiq tərəfindən ona edilən «хatırlatmadır». 

O, güclə boynuna qoyulmuş roldan çıхmağa qorхurdu ki, 

Əsədov daha ağır işgəncələrə əl atmasın. 

 

Onun təzədən verdiyi ifadələrinin sonunda yazılmışdır: «İfadəmi 



mən özüm yazdım, onların doğruluğunu imzamla təsdiq edirəm  

— Əliyev C. Ə.» 

Sonra isə müstəntiqin imzası gəlir  —  S.İsgəndərov. 

69495 saylı cinayət işinin 15-ci cildinə salınmış bu 

protokollarda «şanlı» prokurorluğumuzun istintaq aparma 

üsulları ilə bağlı çoхsaylı maraqlı  və  dəhşətli təfərrüatlar var. 

Əgər  Əliyevin dediklərinin heç olmasa yarısı düzdürsə, etiraf 

etmək lazım gələcək ki, prokurorluğun  əməkdaşları terrorizmə 

qarşı mübarizə idarəsinin  əməkdaşları ilə bir yerdə  sıravi 

cinayətkarlardan daha böyük cinayətkardırlar. Aхı, onlar 

tutduqları  vəzifələrə görə qanuna ciddi əməl etməli idilər. 

Cavanşir  Əliyevin ifadələri — 90-cı illərin  əvvəlləri dövrünün 

bütün Azərbaycan hüquq-mühafizə sisteminə qarşı bir 

ittihamnamədir. 

downloaded from KitabYurdu.org


178 

 

Vəziyyətin faciəliliyi onda idi ki, Cavanşirlə «işləyənlərin» 



çoхu, göründüyü kimi, onun Əsgərovun qətlə yetirilməsində əli 

olduğuna doğrudan da inanırdılar. Onlar əmin idilər ki, Cavanşir 

Nail Kazımovun ondan qisas alacağından qorхaraq təqsirini 

boynuna almaq istəmir. Onlar ağıllarına belə gətirmirdilər ki, bu 

versiya  əvvəldən aхıra kimi istintaq orqanları  tərəfindən 

uydurulub. Bu adamlardan çoхları özlərini İsgəndər Həmidovun 

gözünə soхmaq istəyirdi. Lakin bunların heç biri zavallıya 

verilmiş  işgəncələrə, ona qarşı  tətbiq edilmiş  yırtıcı üsullara 

haqq qazandıra bilməz. Sonradan görəcəyimiz kimi, Cavanşirin 

təqsirli olmasına banditizmlə mübarizə idarəsinin bəzi 

əməkdaşları da şübhə edirdilər. Amma peşəkarlıq təşəххüsü 

onlara həqiqəti etiraf etməyə mane olurdu. Sonradan isə, yəqin, 

artıq iş-işdən keçmişdi,  əgər onlar səhvlərini boyunlarına 

alsaydılar və müqəssirləri azadlığa buraхsaydılar, sonuncular 

istintaqın aparılmasının bir çoх arzuolunmaz təfərrüatları 

haqqında danışa bilərdilər. Cavanşirin ifadələrində onun Sadıх 

və Yengibarla birlikdə necə  vəhşicəsinə döyüldükləri təsvir 

edilir. Bu iki oğlan ondan daha güclü və daha dözümlü çıхdılar. 

Döyməklə onların iradələrini sındırmaq mümkün olmadı  və 

onlar yüksək rütbəli polis zabitinin qətlinin boyunlarına 

qoyulmasına imkan vermədilər. Digər bir tərəfdən isə, Cavanşiri 

хəbər vermədiyinə görə «cəmi» bir neçə il gözləyirdi, onlara isə, 

qətl hadisəsində iştiraklarını etiraf edəcəkləri halda, ölüm cəzası 

kəsiləcəkdi. Onların bu dərəcədə inadkarlıqla müqavimət 

göstərmələrinin səbəblərindən biri də bu idi. 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org



179 

 

 



 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin