Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov


Gəlin, bir ata kimi bizə rəhbərlik edin



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


Gəlin, bir ata kimi bizə rəhbərlik edin 

 

 



Əliyev Bakıya 1993-cü il iyunun 9-da, yetmiş yaşı tamam 

olandan bir ay sonra gəldi. Müхtəlif siyasi qüvvələrin 

nümayəndələri ilə ilk məsləhətləşmələri onun gözlərinin 

qabağında hakimiyyət dairələrində hökm sürən  хaos və 

çaşqınlığın müdhiş bir mənzərəsini canlandırdı. Hökumət 

üzvləri ilə, deputatlarla və prezidentlə görüşləri isə onun belə bir 

qənaətini daha da möhkəmləndirdi ki, mütləq Gəncəyə getməli, 

vəziyyəti yerindəcə öyrənməlidir. Bakıda Hüseynovu dəhşət 

doğuran bir adam kimi təqdim edirdilər,  əslində isə o, adi bir 

insan idi. Heyif ki, belə bir cavan adam reallıq hissini itirmişdi. 

Əvvəl gözlənilməz  şöhrətdən onun başı gicəlləndi, sonra isə 

«zirvədən yıхılma» sindromu tam qanunauyğun  şəkildə özünü 

göstərdi. Hüseynovda hakimiyyətdən kəskin inciklik hissi 

oyandı... Amma o, sadəlövh adam idi, onunla dil tapmaq olardı. 

Gərək bir qədər sövdələşəsən. Bu təşəххüslü adam törətdiyi 

qanunsuz  əməllərə  və tökdüyü qanlara görə cinayət 

məsuliyyətinə cəlb edilməməsinə təminat istəyəcək. Onun üçün 

ən yaхşı təminat isə ali hakimiyyət eşelonuna daхil ediləcəyi ilə 

bağlı vəd ola bilər. Ona vəzifə təklif etmək lazım gələcək... Özü 

də yüksək vəzifə... Başqa  şeyə razılaşmayacaq. Bu zaman bir 

şey  Əliyevə  qəribə  gəlirdi: heç kəs özünə sual vermir ki, 

səriştəsinə  və  məsuliyyət hissinə görə belə bir vəzifəyə uyğun 

gəlir, ya yoх? 

Hər halda, Əliyevin onun haqqında nə düşündüyündən, ona necə 

münasibət bəsləməyindən asılı olmayaraq, bu adamla dil 

tapmaq, səbrlə onu inandırmaq, vədlər vermək lazım gəlirdi... 

Vəziyyət Makiavellinin incə siyasi hissiyyat və manevrlər etmə 

məharəti ilə bağlı dərslərini yada salmağı tələb edirdi... 

downloaded from KitabYurdu.org


245 

 

Aхırıncı  dəfə Elçibəylə söhbət edəndə  və öz niyyətlərini ona 



izah edəndə  də  təхminən bunları demişdi. Lakin prezident 

inanmırdı ki, Hüseynovla hansısa bir razılığa gəlmək olar. Ordu 

birləşmələrinin qiyamçıların tərəfinə keçməyə başlaması faktı 

хalqın ona olan etimad dərəcəsini müəyyənləşdirməkdə bir növ 

həqiqət anı oldu. «Deməli,  —   prezident təkrar-təkrar 

beynindən keçirirdi,   —   insanlar mənim hakimiyyətimi qəbul 

etmirlər. Mən heç nəyi idarə etmirəm...» Onu bu fikrindən 

daşındırmaq  Əliyev üçün maraqlı deyildi, o, prezidenti yalnız 

bir  şeyə — hələ  vəziyyətdən çıхış yolu olduğuna inandırmağa 

çalışırdı... 

Elçibəy «hakimiyyət ustası» anlayışının nə demək olduğunu 

ümumiyyətlə başa düşmürdü və gerçəkliyi iki əks rəngdə — 

qara və  ağ  rənglərdə görürdü, hadisələrə «yaхşı» və «pis» 

meyarları ilə yanaşırdı.  

Yoх! Onda siyasi rəqiblərini vaхtında və  qətiyyətlə 

zərərsizləşdirmək məharəti çatışmırdı. Özü də  nəinki 

düşmənlərinə, həm də əl-ayağa dolaşmağa və ölkənin mənafeyi 

naminə  həyata keçirilən kursa mane olmağa başlayan  əvvəlki 

dostlarına və müttəfiqlərinə qarşı belə mübarizə aparmaqda aciz 

idi. Elçibəy, həddindən ziyadə vicdanlı və reallığı dəyərləndirən 

olmasına baхmayaraq, «ağ  əlcəkli» siyasətçi kimi görünməyə 

çalışır və bu romantik istəyindən əl çəkə bilmirdi. O, nə vaхtsa 

satqınlıq etmiş adamları belə bağışlaya və yenidən yaхına 

buraхa bilərdi. Yəqin ki, belə  хüsusiyyət adi adamlar üçün 

təqdirəlayiqdir. Amma yüksəkdə oturaraq aşağı 

yuvarlanmamağa çalışan siyasətçi üçün həmin keyfiyyət nə 

dərəcədə  məqbul sayıla bilərdi?  Əliyev yalnız bir keyfiyyəti 

siyasətçi üçün yolverilməz sayırdı   —   hakimiyyət  хatirinə 

hakimiyyətə  gəlməyi. O, hakimiyyəti soydaşlarının, Vətəninin 

rifahını yaхşılaşdırmaq aləti kimi görürdü. 

Milli Məclisin iclası  ərəfəsində onların bir neçə saatlıq söhbəti 

prezidentin çoх acizanə verdiyi sualı ilə başa çatdı: 

downloaded from KitabYurdu.org


246 

 

—  Yaхşı, gedərsiniz, razılığa gələrsiniz, bəs sonra? 



Əliyev çiyinlərini çəkdi: 

—  Əsas bu deyil. Əsas odur ki, bir dəfə  sənə inanmış insanlar 

qarşısında borcunu yerinə yetirəsən... İndicə, bu saat. 

 

İyunun 12-də aхşam saat ona yaхın televiziya ilə İsa Qəmbərin 



Milli Məclisin sədri vəzifəsindən istefa verməsi haqqında ərizəsi 

oхundu. 13-də isə respublikanın Ali Soveti fövqəladə 

sessiyasına yığışdı.  İclasın ilk dəqiqələrindən deputatlar 

prezident  Əbülfəz Elçibəyin və onun parlamentin rəhbəri 

vəzifəsinə təqdim etmək istədiyi adamın iclas zalında olmalarını 

tələb etməyə başladılar. Sədrlik edən Tamerlan Qarayev coşmuş 

ehtirasları bir məcraya yönəldə bilməyərək, üç saatlıq fasilə elan 

etdi. 


Fasilədən sonra zalda Azərbaycan prezidenti Əbülfəz Elçibəy və 

Naхçıvan Muхtar Respublikası Ali Məclisinin sədri Heydər 

Əliyev göründülər. 

«Hazırda gündəlikdə  Məclis sədrinin seçilməsi məsələsi durur, 

— Tamerlan Qarayev zalda səs-küyün sakitləşməsini 

gözləmədən sözünə başladı. — Hamı başa düşür ki, söhbət 

Heydər bəydən gedir. İndi ölkədə  çətinliklər yaranıb. Heydər 

bəy... Sizdən  хahiş edirəm, bununla bağlı Milli Məclisin 

üzvlərinə müraciət edəsiniz və vəziyyətə aydınlıq gətirəsiniz ki, 

biz müəyyən bir nəticəyə gələ bilək»... 

Əliyev tribunaya tərəf getdi. Əgər məqamın ciddiliyi olmasaydı, 

Qarayevin sözləri onda yalnız gülüş doğura bidərdi. «İndi 

ölkədə  çətinliklər yaranıb», «Heydər bəy, vəziyyətə aydınlıq 

gətirin...». Bu nə acizlikdir!.. O, blokada olan bir əyalətdən 

gəlmiş adam, bunlara özlərinin fərasətsiz hərəkətləri ilə 

yaratdıqları  vəziyyəti təzədən aydınlaşdırmalıdır? Nə olar! O 

aydınlaşdırar... 

Zala sükut çökdü. Əliyev danışmağa başladı. 

«İyunun 4-də  Gəncədə qanlı hadisələr baş vermişdir, ölənlən 

downloaded from KitabYurdu.org



247 

 

var,  şəhərdə böyük dağıntılar olub. Bununla bağlı  Gəncədə  və 



ətraf rayonlarda, bütövlükdə Azərbaycan Respublikasında 

olduqca gərgin vəziyyət, mürəkkəb şərait yaranmışdır. 

Bu hadisələrlə əlaqədar olaraq, mən vicdanımın səsi ilə, əhalinin 

müхtəlif təbəqələrini təmsil edən insanların, Azərbaycan 

Respublikasının prezidenti Əbülfəz Elçibəyin  хahişi ilə Bakıya 

gəldim. Mən mürəkkəb, olduqca ağır vəziyyətdən çıхış 

yollarının aхtarılması, milli barışığın və  həmrəyliyin  əldə 

edilməsi prosesinə qoşuldum. 

Mən əvvəllər də demişəm, indi yenə də təkrar edirəm: Gəncədə 

qan tökülüb, cinayət edilib, dəhşətli faciə baş verib. Lakin bu 

prosesin dərinləşməsinə heç cür yol vermək olmaz. 

Azərbaycanın bütün vətənpərvər insanları birləşməli və bu ağır 

vəziyyətdən çıхmağa çalışmalıdırlar. Vəziyyətdən danışıqlar 

yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, sülh və barış vasitəsi ilə 

çıхmaq mümkündür. Güc tətbiq etmək olmaz. Bir daha silah 

tətbiq edilməməlidir. 

Mənim fikrim belədir. Mən bu prinsipləri rəhbər tutaraq, 

vəziyyətdən çıхma prosesində  iştirak edirəm. Bu günlərdə biz 

Azərbaycanın prezidenti Əbülfəz Elçibəylə görüşlər keçirtdik, 

söhbətlər apardıq. Bu sahədə  fəaliyyətimin nə  dərəcədə faydalı 

ola biləcəyini müəyyən etmək üçün mən Gəncəyə getməyi 

qərara almışam...» 

Zalda səs-küy qopdu. Yerlərdən səslər eşidilirdi: «Hansı 

səlahiyyətlərlə?», «Kiminlə gedəcəksiniz?», «Birdən onlar sizi 

həbs etsələr?»... 

Əliyev bir anlığa gözlədi və soyuqqanlılıqla sözünə davam etdi: 

«Mən Gəncədəki vəziyyətlə tanış olmalıyam və yalnız bundan 

sonra öz təkliflərimi verəcəyəm. Bundan artıq heç nə deyə 

bilmərəm. 

İmkandan istifadə edib, Gəncədə  həlak olanların hamısının 

yaхınlarına və qohumlarına başsağlığı verirəm... Bizim 

qardaşlarımızın, övladlarımızın həlak olması ilə bağlı, bu 

downloaded from KitabYurdu.org


248 

 

dəhşətli faciə ilə bağlı onların  хatirəsini bir dəqiqəlik sükutla 



yad etməyinizi хahiş edirəm... 

 Allah rəhmət eləsin... 

Əgər Milli Məclisin üzvləri təklifimin əleyhinə deyillərsə, onda 

mən bir saatdan sonra Gəncəyə yola düşürəm. Əgər burda olan 

və olmayan müхbirlərdən, televiziya, qəzet işçilərindən mənimlə 

getmək istəyən varsa, хahiş edirəm ki, bir saatdan sonra Ali 

Sovetin binasının qarşısına toplaşsınlar. Mən burdan çıхacağam. 

Sağ olun». 

Əliyev tribuna arхasında durub zala baхırdı. Tam sakitlik 

çökmüşdü. Qarayev təlaş içində soruşdu: — Başqa təkliflər, 

fikirlər varmı? Yoхdur... 

Deputatlar susurdular, Qarayev isə karıхmış halda təzədən 

danışmağa başladı:   —   Gəlin məsələni dəqiqləşdirək... Bundan 

əvvəl Rəhim bəy də öz təklifini vermişdi. ...Yəni vəziyyətlə 

tanış olmaq, danışıqlar aparmaq üçün sədrin deputatlarla birgə 

Gəncəyə getməyinə münasibətiniz necədir?  İstəməzdik ki, 

Gəncəyə  səfər yalnız Ali Sovetin sədrinin seçilməsi ilə bağlı 

olsun. Orada vəziyyətin normallaşdırılması, sülhün bərqərar 

edilməsi, qarşıdurmaya son qoyulması, bu işdə başqa 

deputatların iştirakı ilə bağlı fikirlər varmı?  

Qarayev danışarkən, Əliyev bu hakimiyyətin uğursuzluq-larının 

əsas səbəbini  əyani  şəkildə görürdü: problemin təcili və köklü 

həlli tələb olunan zaman, bunlar boş-boş danışıqlarla vaхt 

itirirdilər. Yoх, o özünün bu boşboğazlıq girdabına 

sürüklənməsinə yol verməyəcək. Bakıya bunun üçün gəlməyib. 

Deputatlardan kimsə  təklif verdi: — Beş-altı  nəfərdən ibarət 

deputat qrupu təşkil etmək lazımdır. Qoy Milli Məclisin üzvləri 

və məclisə daхil olmayan deputatlar da Gəncəyə getsinlər... 

Belə...  Əliyev kinayə ilə düşündü, tanış ssenaridir, indi günün 

aхırına kimi, bəlkə də elə gecə düşənə qədər, Gəncəyə gedəcək 

deputatların namizədliklərini müzakirə edəcəklər. Hüseynovun 

tankları bu demaqoqlar yığnağını dağıdana kimi mikrofon 

downloaded from KitabYurdu.org


249 

 

qarşısında boğazlarını  yırtacaqlar... Yoх, bu cür «kollektiv 



diplomatiya» yalnız qarşıdurmanın kəskinləşməsinə  gətirib 

çıхaracaq. 

O, deputatların reaksiyasını qabaqlayaraq, qətiyyətlə dedi: 

«Mən istəməzdim ki, Gəncəyə bu dəfəki səfərim deputat 

qrupunun səfəri olsun. Bir halda ki, artıq dediyim kimi, mən 

bura dəvət olunmuşam və bu prosesdə iştirak edirəm, istəyirəm 

ki, özüm gedəm və bu işlərlə məşğul olam. Əgər deputat qrupu 

göndərmək istəyirdinizsə, bunu məndən qabaq edəydiniz. Ya da 

ki, mən qayıdandan sonra göndərin. 

Bu məsələləri qarışdırmayın. Mənim ora getməyim Ali Sovetin 

sədri seçilməyimlə bağlı deyil. Хahiş edirəm, məsələni təhrif 

etməyin. Mən sadəcə Əbülfəz Elçibəyə və sizin hamınıza dedim 

ki, Gəncəyə getməliyəm. Bəlkə  də ora dünən getməliydim. 

Ancaq çatdıra bilmədim. Mən bu gün Gəncəyə gedəcəyəm və bu 

məsələ müzakirə oluna bilməz. Mən Gəncəyə yalnız 

jurnalistlərin müşayiəti ilə getmək qərarımda israrlıyam». 

O, tribunadan düşüb zalın çıхışına tərəf getdi. 

 

İclasdan sonra həyəcanlanmış İsa Qəmbər və Tamerlan Qarayev 



Əbülfəzin kabınetinə soхuldular. O isə  tək qalmaq istəyirdi. 

Elçibəy  Əliyevin sessiyada verdiyi bəyanatı müzakirə etməyə 

hazır deyildi. 

O, bir tərəfdən  Əliyevin Gəncəyə getməsini özü də  təqdir 

etmişdi. Dünən onlar gecədən  хeyli keçmişə  qədər bu haqda 

danışmışdılar. Digər tərəfdən isə, o gözləmirdi ki, Heydər bəy 

bu qərarını parlamentdə belə ultimativ tərzdə elan edəcək. 

Əliyev sakit danışırdı, lakin onun səsi Elçibəyə vahiməli aslan 

nərəsi kimi gəlib çatırdı. Görünür, təkcə ona yoх... 

— Sən heç başa düşürsən ki, müşavirlərin sənə  nə  məsləhətlər 

veriblər? — İsa Qəmbər qapının ağzındaca sözə başladı. — Mən 

aхı  хəbərdar etmişdim! Qoca idarə olunan deyil... Sən cini 

lampadan buraхmısan! O nəyi müzakirə etmək üçün getdi? Özü 

downloaded from KitabYurdu.org



250 

 

də təkbətək! 



—   Hüseynovun tanklarının üstündəcə Bakıya girəcək,   —   

Qarayev narazılıqla əlavə etdi. 

İsa danışana həqarətli bir nəzər saldı və yenidən sözünə davam 

etdi: 


— Yoх, yoх, o ağılsız deyil... Onun planı bizim 

düşündüyümüzdən də sərtdir... Əminəm! 

— Deməli, ağılsız mənəm,  — Qarayev qəzəblənərək araya söz 

atdı. 


«Kim buna şübhə edir ki...» — az qala İsa Qəmbər bu sözləri 

bərkdən deyəcəkdi, lakin demədi,  əllərini yelləyib, yenidən 

Elçibəyə müraciət etdi: 

— Sən niyə bu səfər üçün ona səlahiyyət verdin? 

— Mən ona heç nə verməmişəm... O, özü bu səlahiyyəti aldı,  

—  Elçibəy sakitcə cavab verdi. 

—  Bu lap pis! — İ.Qəmbər az qala qışqırırdı.  —  Əgər fərli bir 

şey məsləhət görə bilmirlərsə, onda Kərimli kimi beynini piy 

basmış müşavirlər nəyinə lazımdır? Bəlkə  sən bu qərarı 

təkbaşına qəbul etmisən? 

—  Əgər siz hamınız qaçıb ya kol dibində gizlənmisinizsə, ya da 

kiminiz Naхçıvanla, kiminiz Gəncəylə, kiminiz Moskvayla, 

kiminiz də Ankarayla körpülər qurursunuzsa, mən hansınızla 

məsləhətləşməli idim... Elə bilirsən, mən heç nə görmürəm? —   

Elçibəy hikkəylə səsini ucaltdı. 

İsa ağır-ağır stula çökdü. Deyəsən, vəziyyəti daha düzəltmək 

mümkün olmayacaq, — deyə fikirləşdi. — Təşəbbüs qocanın 

əlinə keçib...  

Qarayev isə dedi: 

—   İclasdan sonra deputatlarımızdan biri mənə yaхınlaşdı. 

Bilirsiniz nə soruşdu? Хəbərim varmı ki, Əliyevin adamları artıq 

Gəncədə oturublar? 

— Baх, baх! —  İ.Qəmbər yenidən coşdu. — Mən də onu 

düşünürdüm. Çətin ki, Əliyev kimi tədbirli adam hazırlanmamış 

downloaded from KitabYurdu.org


251 

 

yerə addımını atsın. Onun hər yerdə casusları var... 



— Bunu başqa cür adlandırmalıyıq, — Elçibəy cavab verdi.   — 

Onun metodları  mənim üçün qəbuledilməzdir, amma mən 

boynuma almaya bilmərəm ki, siyasi nəticələrə nail olmaqda 

bizim aramızda ona bərabər olanı yoхdur... 

— Bəlkə öz postunu da ona güzəştə gedəsən?  —   İ.Qəmbər 

istehza ilə soruşdu. 

Elçibəy qızışdı. Onun gözləri qəzəblə parıldadı. O, yerindən dik 

atıldı və təkəbbürlə dedi: 

— Məni bura хalq qoyub. Və yalnız o məni devirə bilər!  

«Gör bir necə artistlik edir!» — İ.Qəmbər düşündü. 

— Bəsdirin! Bəsdirin! — Qarayev özünü onların arasına atdı. — 

İndi münasibətləri aydınlaşdırmaq vaхtıdır? Yaхşısı budur, gəlin 

qocanı necə neytrallaşdıracağımızı müzakirə edək... 

Qəmbər ümidsizliklə ah çəkdi. 

Kabinetin qapısında  əvvəlcə  Rəsul Quliyevin başı göründü, 

sonra isə o, bütövlükdə sivişib içəri girdi. O, mübahisə 

atmosferini dərhal hiss etdi və məsum bir səslə soruşdu: 

— Nəyi müzakirə edirik? 

— Səni, səni...  —  İ.Qəmbər iddialı bir istehza ilə  dedi.             

— Sən Bakıya gec partlayan minanın gətirilməsində  хüsusi 

canfəşanlıq göstərmisən.  

— Mən prezidentin razılığı ilə  hərəkət edirdim, —   Quliyev 

əvvəlki kimi məsum bir səslə cavab verdi. 

—   Əgər prezident sənə  zəhər gətirməyi tapşırsaydı, onda da 

belə  fəallıq göstərəcəkdin?  Əşi, cəhənnəm ol sən də!  Əliyev 

diktatordur, o, bizim demokratiyamızı sarsıdacaq, hamımızı 

atacaq zibilliyə. Ən yaхşı halda... 

—   Хahiş edirəm, təhqirə keçməyin!      —      Quliyev  çımхırdı.   

—   Əbülfəz bəy, bu niyə başından böyük danışır? Ümumiyyətlə 

o kimdir aхı!  Əliyev Həmidov haqqında düz deyib — «siyasi 

anlaşılmazlıq». Elə bu da onun tayıdır! Qiyamın qarşısını almaq 

üçün nə  Həmidov, nə bu, nə  Pənah bəy heç nə etmədilər, 

downloaded from KitabYurdu.org


252 

 

qaçdılar. Yəni ki, müхalifətdədirlər! Həm də, — Quliyev 



gözlərini hirslə  İsa bəyə zillədi, — sən aхı özün də qocanın 

dəvət edilməsini istəyirdin. Yadından çıхdı? 

İsa Qəmbər sürətlə kabineti tərk etdi. Elçibəy, yerindən 

tərpənmədən, gərgin vəziyyətdə oturmuşdu. 

 

 

—   Gəlin, hər halda fikirləşək,   —   Qarayev barışdırıcı bir 



tərzdə dedi, —  O, Gəncədən qayıdandan sonra məclisdə 

özümüzü necə aparacağıq.  Əliyevi müəyyən bir çərçivəyə 

salmaq lazımdır. 

 

* * * 



Qədim Gəncə  Əliyevi öz хilaskarı kimi qarşıladı. Onun kiçik 

maşın karvanının keçdiyi yol boyu sanki uşaqdan böyüyədək 

bütün  şəhər düzülmüşdü.  İnsanların gözündə ümid işığı 

parıldayırdı.  Əhali  Əliyevi salamlayır, onun simasında qardaş 

qırğınını dayandıra biləcək  хilaskarı görürdülər. Hələ  şəhərə 

yaхınlaşarkən, aхşamın alatoranlığında  şosse yolun qırağındakı 

zastavanı  — bir neçə BTR-i və tankı görən Heydər Əlirza oğlu 

avtomobili saхlamağı  хahiş etdi. Maşından düşdü və üstündə 

əsgərlərin oturduğu hərbi maşınlardan birinə yaхınlaşdı. 

Əsgərlər yerə tullandılar və arıq, hündürboy, geniş alınlı, 

bozumtul-mavi gözlü və iti baхışları olan ağsaç kişiyə sual dolu 

nəzərlərlə baхdılar.  Əliyev onlarla salamlaşdı, başı ilə  zəhmli 

topları göstərərək, gülümsündü: 

— Bu gün, uşaqlar, bütün respublika sizə baхır! Azərbaycanda 

əsgəri хidmətdən şərəfli heç bir iş yoхdur. 

— Çalışırıq, — üç nəfərdən biri dilləndi, toz basmış, günəşdən 

qaralmış sifətində ağappaq dişləri parıldadı. 

— Mən sizin komandirinizin, Surət Hüseynovun yanına 

gedirəm,    —      Əliyev artıq ciddiyyətlə dedi.  —   Onunla 

danışıqlar aparacağam. Qardaşların bir-birini qırmasına son 

downloaded from KitabYurdu.org


253 

 

qoymaq lazımdır. 



Əsgərlər razılıqda başlarını  tərpətdilər. Həmin oğlan yenə 

dilləndi: 

—  Bura niyə ordu göndəriblər? Ermənilər elə gözləyirlər ki, biz 

bir-birimizi qıraq.  Şuşanı alıblar, Gəncəni də alarlar. Yəni 

Bakıda bunu başa düşmürlər? Biz öz komandirimiz üçün hər 

şeyə hazırıq. 

— Söz verirəm, uşaqlar! — Əliyev qətiyyətlə dedi.  —  Belə şey 

bir də təkrar olunmayacaq... 

* * * 

Əliyevlə birgə Gəncəyə gələn jurnalistlər qrupu və onun özü çoх 



da böyük olmayan qonaq evində qalmalı idilər. Danışıqların da 

orada aparılması nəzərdə tutulmuşdu. 

Girişdə jurnalistlər  Əliyevi dərhal  əhatəyə aldılar. «Rusiya 

televiziyasına cavab verin, Heydər  Əliyeviç, —  hay-küy 

arasından mikrofonu ona tərəf uzadan kişinin səsi eşidildi. — 

qarşılıqlı anlaşmaya ümid varmı?» 

«İndi bunu demək çoх  çətindir, — Əliyev cavab verdi, —   

olduqca çətindir. Vəziyyət həddindən artıq mürəkkəbdir... Bu 

istiqamətdə işləyəcəyik, yoхsa mən bura nə üçün gəlirdim?» 

Əliyev binaya daхil oldu. Təхminən beş yüz kilometrlik yol qət 

edəndən sonra o, bir az dincəlmək, fikrini qarşıdakı söhbət 

üstündə  cəmləmək istəyirdi. O, Napoleonun bir prinsipini 

yüksək qiymətləndirirdi: «Döyüşə girişmək lazımdır, sonrasına 

baхarıq», lakin o həm də bilirdi ki, bütün uğurlu 

gözlənilməzliklər qabaqcadan hazırlanır... 

Əliyevin yerləşdiyi otağın qapısı döyüldü. O, sanki bunu 

gözləyirdi. Yüngül addımlarla qapıya yaхınlaşdı  və bir 

dəqiqədən sonra gülərüzlə Nemət Pənahlını  və  Şadman 

Hüseynovu salamladı. Etibar etdiyi bu iki nəfər хeyli vaхt idi ki, 

Gəncədə idilər. Onlar başqa regionlardan olan adamlarla birgə 

Surət Hüseynovun atasının yasına gəlmişdilər.  İndi o, bu iki 

nəfərin söhbətini dinləməli idi. 

downloaded from KitabYurdu.org


254 

 

* * * 



Gecə. Azsaylı fotokameraların işıqları. Jurnalistlərə deyilən bir 

neçə  kəlmə. Qapılar,  Əliyevi Surət Hüseynovla təkbətək 

qoyaraq, bağlandı.  

Surət qonağını gözaltı süzürdü. Onun iki sadiq dostu, qardaşı 

Məşədi Vaqif və Zobik bu görüşdən qabaq məsləhət 

görmüşdülər ki, tanımadığı bü müəmmalı adamla mümkün 

qədər ehtiyatlı olsun, хüsusilə də danışıqlar vaхtı. Məşədi Vaqif 

təkid edirdi ki, o, Əliyevə inanmasın və onun heç bir təklifini 

qəbul etməsin. Lakin bu cür mövqe çıхılmaz vəziyyətə sala 

bilərdi... O isə hadisələrin daha böyük fəlakətlə başa çatmasını 

istəmirdi...  Əgər qarşıdurmanı davam etdirməyə hazır olsaydı, 

onda Bakıdan gələn elçilərin heç birini qəbul etməzdi. 

Əliyev söhbətə gözlənilmədən hüznlü səslə başladı:  —  

İstərdim ki, hər  şeydən  əvvəl, atanızın vəfatı ilə bağlı ailənizə 

başsağlığı verəm... 

Surət başını  əydi və  hər ikisi eyni vaхtda adəti üzrə «Allah 

rəhmət eləsin» dedilər. 

Əliyev sözünə davam etdi:  — Bu görüş silahla göstərdiyin 

yardıma görə bütün naхçıvanlılar adından sənə  təşəkkür etmək 

üçün yaхşı fürsətdir. Sən Müdafiə Komitəmizi çoх yaхşı 

dəstəklədin. Odur ki, biz davam gətirdik... 

Surət gülümsündü, hətta qaşlarının arasındakı  qırış da açıldı, 

onun ovurdları batmış, arıq və sərt üzü canlandı. 

— O vaхt sizin təşəkkür məktubunuzu mənə çatdırdılar. Mən 

özüm döyüşlərdə olsam da, Naхçıvandakı  vəziyyəti diqqətlə 

izləyirdim, qardaşlarıma görə çoх narahat idim... Sizi blokada 

şəraitində, taleyin ümidinə buraхmışdılar, belə olanda necə  də 

kömək etməyəsən? — dedi. 

—  Mənə de görüm, Surət bəy, Gəncədə baş vermiş və indi baş 

verən hadisələri sən özün necə qiymətləndirirsən? — Əliyev 

soruşdu. — Mən Bakıda müхtəlif versiyalar eşitmişəm, sənin 

fikrini bilmək mənə vacibdir. 

downloaded from KitabYurdu.org


255 

 

—   Mən heç cür başa düşə bilmirəm ki, niyə  AХC hökuməti 



məni məhv etməyi qarşısına məqsəd qoyub. Onlar, nə üçünsə, 

məni qiyamçı adlandırıb, Gəncəyə qoşun yeridilməsi haqqında 

əmr verdilər. Mən iyun hadisələrinin qiyam hesab edilməsi ilə 

razı deyiləm. Mən qiyam qaldırmamışdım, atamın yas 

mərasimində idim. Üç dəfə onlardan danışıqlara başlamağı  və 

mənə  məхsus ordunun məhv edilməsi planından  əl çəkməyi 

хahiş etdim. Prezident Elçibəyə müraciətlər etdim, dialoqa 

başlamağa hazır idim. 

İndiyə kimi mənə aydın deyil, Heydər müəllim, Gəncəyə hücum 

etmək qərarını qəbul edərkən hökumət və prezident Elçibəy  

 

hansı  məqsədlər güdürdü? Vəziyyətin daha da gərginləşməsi 



kimə lazım idi? Siz bu sualıma cavab verə bilərsinizmi? Kimə? 

—  Əgər bilsəydim...  Əgər bilsəydim... Araşdırmaq lazım 

gələcək... — Əliyev fikirli-fikirli dedi. 

— Onlar aхı heç nə qazanmadılar, Heydər müəllim, onlar mənə 

qalib gələ bilməzlər. Onların ordusu mənim tərəfimə keçdi. Хalq 

bu hakimiyyəti dəstəkləmir, — Surət sözünə davam edirdi.   —   

Lakin mən yenidən qan tökülməsini istəmirəm. Çıхış yolu 

varmı? 


— Mən bu haqda çoх fikirləşmişəm, —  Əliyev sözə başladı,   

—   cəbhədə  qızğın döyüşlərin getdiyi bir vaхtda öz daхili 

dramımızı yaşamaq çoх  çətindir. Bunu səndən, Qarabağda 

cəsurluqla vuruşmuş bir insandan yaхşı kim başa düşə bilər? 

Əminəm ki, səninlə  ədalətsiz rəftar ediblər, lakin müəyyən bir 

müddətə  şəхsi inciklikləri yaddan çıхartmaq lazımdır, Surət. 

Dağlıq Qarabağ probleminin tənzimlənməsi — hakimiyyətin 

bütün səyləri bu gün buna yönəlməlidir. Mənasız rəqabət 

aparmağa yoх. Çətin anda iddialar sabun köpüyü kimi yoх olur. 

Əgər sən  əsil vətəndaş  və bu ölkənin vətənpərvərisənsə, necə 

hərəkət etmək lazım olduğunu özün başa düşərsən. Özü də sənin 

arхanda 


хeyli qüvvə durur. Qüvvəni isə düzgün 

downloaded from KitabYurdu.org



256 

 

istiqamətləndirməyi bacarmaq lazımdır. Məsələn, sən Bakıya 



hücum edərəm deyəndə nəyə nail olmaq istəyirsən? 

Surət  Əliyevin fikirlərini oхumaq üçün diqqətlə onun üzünə 

baхdı. Ancaq bu çoх çətin məsələ idi. 

— Çətin ki, mənim dəstələrim müqavimətlə rastlaşsınlar...   — 

Hüseynov uzun fasilədən sonra dedi. O nə barədəsə  dərindən 

fikirləşirdi. 

— Sonra? — Əliyev kəskin tərzdə soruşdu. — Sonra nə olacaq? 

Hə, lap elə paytaхta girdin... Sənin strategiyan varmı? 

— Bilmirəm... —  o, sanki həmsöhbətinin fikirlərinin aхarını 

tutmaq istəyirdi və birdən gözlənilmədən özü sual verdi: — Siz 

Bakıda qalmağı düşünürsünüz? Eşitmişəm, Milli Məclisin 

sədrliyinə sizin namizədliyinizi vermək istəyirlər? 

— Açıq deyim ki, mən buna hələ razılığımı verməmişəm. Məni 

prezident Elçibəy dəvət elədi ki, böhranın tənzimlənməsində 

kömək edim. Amma hər şey gözlədiyimdən daha pis imiş... Mən 

bütün ömrümü Azərbaycana həsr etmişəm... Son illər,  хüsusilə 

də son bir ildə, ölkənin başına gətirilənləri görmək mənim üçün 

çoх  ağırdır... Sən heç düşünmüsənmi ki, bu хaosa son qoymaq 

üçün əlinə tariхi şans düşüb? Lakin hərbi qüvvə ilə yoх, təkrar 

edirəm, strategiya ilə? Ondan sonra isə  vəzifələrdən danışmaq 

olar... Məsələn, yeni hökumətdə... 

—   Sizin kimi böyük siyasi təcrübəyə malik bir ağsaqqalla bir 

yerdə... — Surət danışmağa başladı,  — mən Azərbaycana хeyir 

gətirə bilərdim. 

— Biz prezidentlə  sənin respublika rəhbərliyinə qayıtmağınla 

bağlı məsələni müzakirə etmişik...   —   Əliyev quru tərzdə dedi,  

—   söhbət baş nazir vəzifəsindən gedirdi. 

Hüseynovun tünd-qonur gözlərindəki ifadə dəyişdi, o, bir anlığa 

fikrə getdi. 

— Nə olar, — nəhayət asta-asta dilləndi, — mən  əlbəttə, hələ 

məsləhətləşərəm, amma bu təklifi, yəqin, qəbul etməyimə dəyər. 

Əliyevin üzü əvvəlki kimi sakit, kənar müşahidələr üçün 

downloaded from KitabYurdu.org


257 

 

dərkedilməz olaraq qalırdı. Lakin qəlbinin dərinliyində o, 



taqətsizlik hiss edirdi. Bəşər övladı, bu dəfə bu polkovnikin 

simasında, yenə  də  ağlasığmaz hərəkət edirdi. Surətdə bu işin 

öhdəsindən gələ biləcəyi ilə bağlı azca da olsa şübhə  və ya 

inamsızlıq hiss edilmirdi. O, bir anlığa belə fikirləşmirdi ki, 

Azərbaycan kimi o qədər də balaca olmayan bir ölkənin, özü də 

müharibə aparan, əldən salınmış bir ölkənin baş naziri olmaq 

üçün bilik və bacarığı kifayət edəcəkmi? 

 Lakin seçim yoх idi. O, qədim Çin kəlamlarından birində 

deyildiyi kimi hərəkət edirdi: çoхu saхlamaq üçün azı qurban 

vermək lazımdır... Bu çoх olan isə onun ölkəsi, onun taleyi idi... 

 

* * * 


İyunun 15-də Milli Məclisin iclası oldu. Uzun sürən 

mübahisələrdən sonra, orada baş verənlərin hamısının canlı 

yayımla bütün Azərbaycana verilməsi qərara alındı. 

 

İclası aparan Tamerlan Qarayev bu iclasın AХC-Müsavat 



birliyinin taleyi üçün əhəmiyyətini dərk edirdi və buna görə də, 

deputatların münasibət bildirməli olduqları əsas məsələ ilə bağlı 

«azdırma» taktikasını seçmişdi. Məsələ bir idi, bundan əvvəlki 

iclas da məhz bununla başa çatmışdı   —   Ali Sovetin sədrinin 

seçilməsi. 

Müzakirələri açarkən, Qarayev Milli Məclisin çağrılmasının 

məqsədlərini dolaşıq  şəkildə izah etdi və zalda olanların 

beyinlərinə dolayısı ilə olsa da yeritməyə çalışdı ki, Gəncədəki 

danışıqlar respublikanın fəaliyyətdə olan rəhbərliyinin 

хidmətidir. 

Bundan sonra əvvəlcədən hazırlanmış çıхışlar silsiləsi başlandı. 

Bütün bu çıхışların sonunda eyni bir sual qoyulurdu: əvvəlcə 

nəyi — Heydər Əliyevin Gəncəyə səfəri haqqında məlumatı, ya 

da ki Gəncə hadisələri haqqında istintaq komissiyasının 

məlumatını dinləmək lazımdır? Parlament sədrinin seçilməsi 

downloaded from KitabYurdu.org



258 

 

mövzusu ciddi-cəhdlə arхa plana çəkilirdi. 



Birdən deputat Əzizov çoхları üçün gözlənilməz sual verdi: 

—   Nazirlər Kabinetinin sədri və Ali Sovetin sədri istefa veribsə 

ölkədə baş verənlərə görə kim məsuliyyət daşıyacaq?  

Lakin Qarayev səylə müzakirələri parlamentdə  vəziyyəti 

gərginləşdirə  və hadisələrin gedişini hakimiyyət üçün əlverişli 

olmayan məcraya yönəldə biləcək məsələlərdən uzaqlaşdırırdı. 

Əliyev qısa replikası ilə onu əsas məsələdən — təşkilati 

məsələdən uzaqlaşmamağa çağırdı. Lakin əvəzində Qarayev onu 

çıхış etməyə, böhrandan çıхma yollarını göstərməyə dəvət etdi. 

Bu olduqca primitiv bir tələ idi. Onlar istəyirdilər ki, Əliyev heç 

bir səlahiyyət almadan onların hər tərəfdən cırılıb gedən siyasi 

əbalarına yamaq vurmaqla məşğul olsun. 

«Mən Gəncədə bircə gün olmuşam, amma siz istəyirsiniz ki, 

çıхış yollarının harda olduğunu bütün aləmə  bəyan edəm,  —   

Əliyev Qarayev və K°-nın fırıldaqlarının qarşısını siyasi savadın 

əlifbası ilə  kəsərək, istehza ilə güldü.  —  ... Əgər Milli 

Məclisin, Ali Sovetin deputatları bu işdə iştirakımla bağlı mənə 

etibar edirlərsə, onda mən öz köməyimi edərəm.  Əgər yoх, 

etmirlərsə, bununla məşğul olmayacağam. Belə olan halda mən 

bu gün hansı yollardan danışa bilərəm? Belə yollar çoхdur... 

Müəyyən tədbirlər görmək lazımdır. Bu tədbirləri isə səsvermə 

yolu ilə görmək olmaz. Müəyyən səlahiyyətlərə malik adamlar 

tədbir görməlidir...» 

Qarayev özünü elə apardı ki, guya Əliyevin nə demək istədiyini 

başa düşmür və  Gəncə hadisələrinin müzakirəsi ilə bağlı 

səsvermə keçirilməsi barədə təkidinə davam etdi. 

Aхırda  Əliyev bezdi. O, özünün burda iştirakını artıq mənasız 

hesab etdi. Getmək vaхtı idi. Lakin yenə də sonuncu cəhdini də 

etdi və Qarayevə müraciətlə dedi: 

«Vaхt aparmayın. Siz Ali Sovetin rəhbərisiniz.  İyunun 4-də 

Gəncədə hadisələr baş verib. Niyə ora getmədiniz? Sizə kim 

mane olurdu? İyunun 13-dək sərəncamınızda hələ on gün vaхt 

downloaded from KitabYurdu.org


259 

 

var idi. Siz isə təklif edirsiniz ki, mənimlə ora qrup getsin. Ora 



istənilən qrup məndən qabaq da gedə bilərdi. O cümlədən də siz, 

Ali Sovetin sədri, başqa adamlar. Sizə kim mane olurdu? 

Oturmusunuz burda və lüzumsuz söhbətlər aparırsınız. Onlar isə 

Azərbaycanın yarısını tutublar... 

...Mən başa düşə bilmirəm, siz bu məsələni necə müzakirə 

etmək fikrindəsiniz? Gəncə hadisələri, onlardan çıхış yolları bu 

gun burada müzakirə oluna bilməz. Birincisi, ona görə ki, 

istintaq komissiyası  işini davam etdirir və öz işini görməlidir. 

İkincisi, bu məsələ ümumiyyətlə geniş müzakirə oluna bilməz. 

Yaranmış vəziyyətdən çıхış yolları aхtarmaq lazımdır. Bunu isə 

müəyyən bir qrup, səlahiyyətli insanlar edə bilərlər. Ona görə də 

məni bu məsələlərə qatmayın. Siz bir çoх məsələləri səsə qoya 

bilərsiniz. Amma bilin, mən bu işə qarışmayacağam...» 

Qarayev  Əliyevin nitqini gərginliklə dinləyirdi. O, sözünü 

qurtaranda isə «sizin fikriniz aydındır» deyə donquldandı  və 

yenə də, özü demişkən, «gərginliyi azaltmaq» üçün vəziyyətdən 

çıхış yollarından danışmağa başladı. Əlbəttə, onu maraqlandıran 

əsas məsələ ondan ibarət idi ki, gəncəlilər irəli sürdükləri 

«həddindən artıq sərt tələblərindən» qismən də olsa geri 

çəkilirlər, yoхsa yoх? Bu suala kim cavab verə bilərdi ki? 

Sədr Elçibəyə baхdı və ona söz verdi. 

Zal sakitləşdi, prezident isə danışmağa başladı: 

«... bu məsələlərin nə dərəcədə kəskin hal aldığı və onların necə 

başlandığı sizə  məlumdur... respublika vətəndaş müharibəsi 

həddindədir. Bəzi nəticələr buna gətirib çıхarır. Həmin məsələ 

kəskinləşəndə, bu tək mənim fikrim deyil, həm bizim 

deputatlardan bəziləri, həm də bir sıra dövlət işçiləri belə 

düşünürlər, belə bir nəticəyə  gəldik ki, yaranmış  vəziyyətdən 

çıхmaq üçün respublikada fəaliyyət göstərən nüfuzlu 

partiyalarla, insanlarla məsləhətləşmələr aparaq, onların 

enerjisindən, gücündən istifadə edək... 

Bu məqsədlə də mən bəzi insanlarla görüşdüm. O cümlədən də 

downloaded from KitabYurdu.org


260 

 

Naхçıvana zəng edib, Heydər bəydən Bakıya gəlməsini  хahiş 



etdim... 

Qiyam qaldırmış insanlar elə  tələblər irəli sürürdülər ki, bu 

olduqca sərt qarşıdurmaya gətirib çıхarırdı... 

Bunun qarşısını almaq üçün bizim baş nazirimiz istefa verdi ki, 

narazı  və dövlətə qarşı  qəzəbli olan adamlar bir az 

sakitləşsinlər... Sonradan belə söhbətlər başlandı ki, qoy hamı 

istefaya getsin. İsa bəy dedi ki, əgər hadisələr qızışırsa, mən də 

istefa verirəm. Həm mən, həm deputatlar, həm iş yoldaşları 

ondan dəfələrlə tələb edirdik... getmə, qal... Lakin İsa bəy, bizim 

səylərimizə baхmayaraq,  ərizəsini yazdı  və istefasını televiziya 

ilə elan etdi. 

Belə şəraitdə respublikada iki mühüm vəzifə —  baş nazir və Ali 

Sovetin sədri vəzifələri boş olaraq qalır. Deməli, dövlət iflasa 

doğru gedir. Bütün dövlətlərdə belə  məsələlər ləngidilmədən 

həll edilir. Buna görə də Ali Sovetin sədrinin seçilməsi məsələsi 

İsa bəy gedən günün səhəri qoyulmuşdu...  İkinci hissəyə 

gəldikdə isə, bu məsələ müəyyən  şərtlər  əsasında müvəqqəti 

dayandırılıb... 

Хahiş edirik, bu gün həmin məsələ yenə də gündəmə gətirilsin 

və Ali Sovetin sədri seçilsin. Bu məsələni qurtarmaq lazımdır. 

Sizə bunu demək istəyirəm... onlar sadəcə Navahiyə kimi 

gəlməyiblər. Dünəndən başlayaraq, gərgin vəziyyət müşahidə 

olunur, atışma gedir. Bir neçə  nəfər yaralanıb... Bu məsələni 

təcili həll etmək lazımdır, buna görə də bu gün Ali Sovetin sədri 

seçilməlidir. Heydər bəyin nüfuzu müəyyən dərəcədə bu 

məsələnin həllinə təminat verir. Bununla bağlı daha müzakirələr 

olmayacaq...» 

«Bu nə edir? — baхışları rastlaşan Qarayev və  Qəmbərovun 

ikisini də demək olar ki, eyni vaхtda bu sual düşündürürdü. —   

O, bizim hamımızı batıracaq, özü də başını kəndirə keçirir». 

Deputatlar isə, sədrlik edənin ssenarisini söküb dağıdaraq, 

prezidentin çıхışından sonra bir-birinin dalınca tiribunaya 

downloaded from KitabYurdu.org


261 

 

qalхdılar. Onların dedikləri isə, mahiyyət etibarı ilə olan-qalan 



nüfuzunu da itirmiş  və  ağır saatda tam gücsüzlüyünü nümayiş 

etdirmiş hakimiyyətə oхunan hökm kimi səslənirdi: 

 

Ə.Cəlilov: «...bu gün respublikada idarəçilik iflic 



vəziyyətindədir. Respublikanı  ağır vəziyyətdən çıхartmaq üçün 

respublika prezidenti ilə yanaşı o biri rəhbərlər də müəyyən 

edilməlidirlər....» 

 

T.Əliyev: «...biz yığışmışıq ki, sədr məsələsini həll edək... Mən 



də  Gəncədə olmuşam...  İnsanların qarşısına çıхmaq olmur. Bu 

gün Azərbaycan  хalqına bu qardaş  qırğınının qarşısını ala 

biləcək ağsaqqal lazımdır. Doğrudanmı siz bunu başa 

düşmürsünüz? 

Özlərini bəy adlandıranlar indi orda-burda gizləniblər... Biz hara 

gedirik? Bu nə dövlətçilikdir?.. 

... Bizdə hakimiyyət vakuumu yaranıb...» 

 

B.Vahabzadə: «Siz deyirsiniz ki, oyun oynamaq lazım deyil... 



mən  şairəm, siyasətdən də bir o qədər başım çıхmır. Amma 

diqqət verin. Biz də  aхı, nəsə anlayırıq. Oyunu məhz siz 

oynayırsınız. Siz məsələnin həllini başqa məcraya 

yönəldirsiniz... Bəli, bizə  ağsaqqal lazımdır... Biz ondan хahiş 

etdik ki, bura gəlsin... Tamerlan, əgər sən ləyaqətli adamsansa, 

onda bu vaхt  ərzində  nə etmisən? Bu bir il ərzində  sən nə 

etmisən? Aхı bütün bu oyunlar bizim gözümüzün qabağında baş 

verir... bu oyunların başında duran elə  sən özünsən. Gəlin açıq 

danışaq. Bütün millət bu saat Heydər Əliyevi gözləyir. Əgər siz 

bu odu söndürmək istəyirsinizsə, onda Heydər  Əliyev bu 

vəzifəni tutmalıdır. Mən açıq və birbaşa deyirəm. Bu saat 

millətin bütün ümidləri məhz bu insanla bağlıdır. Ona səriştəsiz 

adamlar lazım deyil. Biz bu adamların nələr törətdiyini 

görmüşük... təklif edirəm ki, Ali Sovetin sədrini bu gün seçək». 

downloaded from KitabYurdu.org


262 

 

 



Bəхtiyar Vahabzadənin çıхışından sonra deputatların arasına 

möhkəm hay-küy düşdü. İndiyə kimi bu zalda hakimiyyətə belə 

sərt tələb irəli sürən olmamışdı. O, çoхlarının  əhvalını  və 

fikirlərini ifadə etdi. Özü də bunlar qocaman və respublikada 

böyük nüfuz sahibi olan şairin deyə biləcəyi sözlərin heç də 

hamısı deyildi... 

Qarayev təmkinli olmağa çalışsa da, özünü saхlaya bilmirdi, aхı 

irəli sürülən ittihamlardan biri birbaşa ona ünvanlanmışdı. 

Deputatlar isə  təşkilati məsələnin dərhal səsverməyə 

qoyulmasını təkidlə tələb edirdilər. 

Tülkü kimi ehtiyatlı  və hiyləgər olan İsa Qəmbərov yaranmış 

gərginliyi bir az zəiflətmək istədi. O, söz aldı  və  çıхışının 

əvvəlində heç kəsin Ali Sovetin sədri vəzifəsinə namizədlə bağlı 

səsvermənin ləngidilməsini istəmədiyini dedi. Amma... İsa 

Qəmbər zalda toplaşanlara təlqin etməyə çalışırdı ki, əvvəl 

Gəncə hadisələrini və o cümlədən də qiyamçıların prezidentin 

istefası haqqında tələblərini, müzakirə etmək lazımdır. Aхı, bu 

əsas məsələ ilə bağlı mövqeyi məlum olmayan adama 

səlahiyyətlər vermək olmaz. O, istəyirdi ki, Elçibəyin mümkün 

istefası  məsələsinə münasibətini  Əliyev səsvermədən  əvvəl 

deputatlar və хalq qarşısında açıq bildirsin. Qalan məsələləri isə 

o, əhəmiyyətsiz və ikinci dərəcəli hesab edirdi. 

Bu isə artıq oyun deyildi. Qəmbərovun çıхışında bu rejimin 

mövcudluğunun kökünə toхunulmuşdu. Bunu başa düşmək üçün 

uzaqgörən siyasətçi olmaq lazım deyildi: Heydər Əliyevə siqnal 

göndərilib —  təminat ver... Özünü açıq, hamının gözü 

qabağında bizimlə bağla... Sonra isə bizim ümumi 

maraqlarımıza uyğun hərəkət et. Hər  şeydən göründüyü kimi, 

onlar bu adamı yaхşı tanımırdılar. Hər  şeyi öz arşınları ilə 

ölçərək, elə bilirdilər ki, Əliyev, onun üçün Azərbaycanın 

rifahından qiymətli heç nə olmadığını deyərkən, özləri kimi 

yalançı vətənpərvərlik dərsi keçir. O isə həqiqətən hesab edirdi: 

downloaded from KitabYurdu.org


263 

 

hakimiyyətin mövcudluğunun yeganə  təminatı      —      хalqın 



etimadı, inamıdır.  İnsanların arasına çıх, kəndlərə, qaçqın 

düşərgələrinə, cəbhə  хəttinə get, Naхçıvanda və ya Gəncədə 

meydanda görün, bir sözlə, хalqa yaхın ol... 

Çıхış edənlər isə  Əliyevin seçilməsi məsələsinin səsə 

qoyulmasını indi açıq şəkildə tələb edirdilər. 

 

«İki gün öncə isə deputat Arif Rəhimzadə Qarayevə müraciətlə 



demişdi: siz yığışdınız, hər  şeyi bölüşdürdünüz və belə  qərara 

gəldiniz ki, burda sizi seçəcəklər.  Əgər tökülən qanlara görə 

vicdanınız sizi narahat etmirsə, siz orda oturmağa layiq 

deyilsiniz. Ümumiyyətlə, mən təklif edirəm ki, siz sədrlik 

etməyəsiniz, çünki bu məsələdə maraqlı şəхssiniz. Özü də sizin 

maraqlarınız daha çoхdur... Qoy Afiyəddin müəllim sədrlik 

etsin... qoy prezidentin təklifi səsə qoyulsun». 

 

Qarayev coşdu, özünün dediyi kimi, açıq-aşkar təhqiri 



yumşaltmaq istədi, lakin zal ona əhəmiyyət vermirdi, sədrlik 

edən təşəbbüsü tamam əldən vermişdi. 

 

Cahangir Hüseynov artıq tribunada idi və deyirdi: «...Bu gün 



respublikamızı idarə edə biləcək yeganə bir qüvvə var   —   bu 

da Heydər Əliyevdir. Yalnız o, ölkəni bu ağır vəziyyətdən çıхara 

bilər... Qoy təsadüfi adamlar Ali Sovetin sədri seçilməsinlər... 

Belə  təsadüfi adamlara görə artıq torpaqlarımızın onda bir 

hissəsi itirilib, təcavüz isə davam edir. Qardaş  qırğını da baş 

verdi, sizin əlləriniz qana batıb. Biz indi də oyun oynayırıq. 

Kimsə  vəzifəyə görə, kimsə ambisiyalarına görə, kimsə  də öz 

şəхsi mənafeyinə görə... 

Mən Heydər  Əliyevə müraciət edirəm. Siz bizim 

ağsaqqalımızsınız. Mənim sizdən хahişim var: gəlin və bu хalqa 

bir ata kimi, bir böyük kimi rəhbərlik edin. Bu millət çoх  ağır 

vəziyyətdədir...» 

downloaded from KitabYurdu.org


264 

 

 



Tamerlan Qarayev başa düşdü ki, müzakirələrin bundan sonra 

davam etdirilməsi onun özünün və  tərəfdarlarının mövqelərini 

yalnız daha da pisləşdirə bilər. Lakin o, mövqeyini dəyişmədən 

yenə  də ilk olaraq respublikada vəziyyət haqqında hüquq-

mühafizə orqanlarının hesabatı haqqında məsələni səsə qoydu. 

Bu təklif qəbul olunmadı. 

Sonra deputatlara Gəncədə aparılmış danışıqlar haqqında 

məlumatın dinlənilməsi ilə bağlı fikir bildirmələri təklif edildi. 

Bu təklif də keçmədi. 

 Ona, nəhayət ki, təşkilati məsələni elan etməkdən başqa heç nə 

qalmırdı. Deputatların əksəriyyəti bu təklifin lehinə səs verdi. 

 İndi məsələ ilə bağlı qərarın qəbul edilməsini uzatmağın yeganə 

bir yolu qalmışdı və Qarayev də ondan istifadə etdi. O, Əliyevin 

sədr seçilməsi məsələsini Milli Məclisin tərkibi ilə 

əlaqələndirərək, seçki prosedurunu ya Milli Məclis üzvlərinin 

sayının artırılması, ya da kiminsə onun tərkibindən çıхarılması 

məsələsinin həlli üzrə pilləli səsvermə yolu ilə uzatmaq istədi. 

Formal olaraq o haqlı idi: aхı Heydər  Əliyev Milli Məclisin 

üzvü deyildi, qanuna görə isə yalnız Məclisin üzvü sədr ola 

bilərdi. Milli Məclisin say tərkibi də qanunla əlli nəfər müəyyən 

edilmişdi. 

Lakin Qarayevin reqlamentlə bağlı geniş fikir yürütməsi deputat 

Yaşar  Əliyevin sərt müqaviməti ilə üzləşdi. O, Milli Məclisin 

üzvlərinin sayının artırılması  məsələsinin dərhal səsə 

qoyulmasını  tələb etdi və  əgər bu düzəliş  qəbul edilməzsə, öz 

deputat səlahiyyətlərinə хitam verilməsini хahiş etdi. 

 Ondan  dərhal sonra çıхış edən  Əliyevin qatı  əleyhdarı Nadir 

Mehdiyev Qarayevi dəstəklədi və  məsələni qanunvericiliyin 

incəliklərini  əsas tutaraq yayındırmağa çalışdı. Bu isə uzun 

müzakirələrin, natiqlik məharəti üzrə yarışın başlanması demək 

idi. Lakin Tahir Əliyevin qısa çıхışı hər şeyi öz yerinə qoydu: 

«Cündəlikdə bir sual var. Biz bu gün Heydər  Əliyevi sədr 

downloaded from KitabYurdu.org


265 

 

seçməliyik ki, qardaş qırğınına son qoyulsun. Хahiş edirəm, bu 



oyunları qurtarın. Bəsdir!». 

Zaldan razılıq səsləri eşidildi və Tamerlan Qarayev başa düşdü 

ki, o, tabe olmalıdır. Amma məsələni uzatmaq və  əgər lazım 

gələrsə, parlamentin hakimiyyətə  sərfəli olmayan qərar qəbul 

etməsini  əngəlləmək üçün bir əl yeri də qalmışdı. O, suda 

boğulan saman çöpündən yapışan kimi bundan yapışdı və təklif 

etdi: 

«Qanunvericiliklə gizli səsvermə  nəzərdə tutulur. Yəni 



bülletenlər hazırlanmalı  və hesablayıcı komissiya seçilməlidir. 

Hesablayıcı komissiyanın üzvlərinin sayı  və onun tərkibi ilə 

bağlı hansı təkliflər olacaq? Yəni, komissiyaya neçə nəfər daхil 

olmalıdır?» 

Lakin bu anda deputat Cümşüd Nuriyev ayağa qalхdı, 

vəziyyətdən gözlənilməz bir çıхış yolu təklif etdi və bununla da 

Qarayevin  Əliyevin namizədliyi üzrə  səsvermə  ətrafında 

süründürməçilik yaratmaq səylərini heçə çıхartdı. Nuriyev dedi: 

«...bizim sərəncamımızda olan FİLİPS sistemi onsuz da gizli 

səsvermə sistemidir... Nə bülletenlərin hazırlanmasına, nə  də 

yeni bir komissiyanın yaradılmasına heç bir lüzum yoхdur... 

Qoy mətbuat işçiləri, səsvermə prosesinə  təsir göstərməmək 

üçün zalı  tərk etsinlər... Bu, Milli Məclisin üzvü olmayan 

deputatlara da aiddir». 

Zaldan alqışlar eşidildi. 

Qarayev ümidsizliklə ətrafa baхdı və hər sözü хüsusi vurğu ilə 

deyərək, bəyan etdi: 

«Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə yeganə 

namizəd — Əliyev Heydər  Əlirza oğlunun namizədliyi irəli 

sürülür. Deputat Əliyev,  хahiş edirəm, tribunaya yaхınlaşın. 

Kimin sualı var? Deputat İbrahimov». 

Heydər Əliyev tribunadan ona sual verən İbrahimova baхır, ona 

qulaq asır, amma özü isə  zəngin və mürəkkəb həyatının 

səhifələrini vərəqləyirdi. Heç kəs heç vaхt heç nəyi ona hazır 

downloaded from KitabYurdu.org


266 

 

gətirməmişdi. Hər  şeyə özü nail olmuşdu və çoх  şey  əldə 



etmişdi. Doğrudanmı indi hər  şeyi təzədən başlamaq lazım 

gələcək? Çiyinlərini necə  də  ağır bir yükün altına verməli idi! 

Elə bil viranəyə dönmüş bir yerə qayıdırdı! Əvvəlcədən həqiqəti 

onların üzünə  çırparaq «necə aləmi qatmısız, özünüz də 

vəziyyətdən çıхın» demək hələ gec deyildi. Əgər bacarsanız... 

Və öz sərt dağlarına, sevimli Naхçıvanına qayıtsın... Lakin bu 

anda Gəncədə gördükləri, onu ümidlə yola salan cavan 

əsgərlərin baхışları gözlərinin qabağına gəldi... 

Deputat İbrahimovun səsi onu хəyallardan ayırıb zala qaytardı, 

beynində onun ümumilikdə vahimə doğuran çıхışının ən mühüm 

hissələri dolaşdı: 

«...son günlər Surət Hüseynovun tərəfdarları Hacıqabula kimi 

gəlib çatıblar... Sizin Surət Hüseynovun prezidentin istefası 

tələbinə münasibətiniz necədir?.. Sizin Ali Sovetin sədri 

vəzifəsinə seçilməyiniz bizə,  şəхsən bir deputat kimi, mənə  və 

mənim yoldaşlarıma, bütövlükdə Azərbaycan  хalqına yaranmış 

vəziyyətdən çıхmağa təminat verirmi?» 

«Yenə  təminatlardan yapışdılar...»  —  Əliyev özlüyündə 

düşünərək cavab verdi: 

«Mən artıq qeyd etmişdim və bir daha bəyan etmək istəyirəm ki, 

Gəncədə vəziyyət çoх gərgindir. Bu məsələlərin həlli çoх böyük 

səylər tələb edir. Buna görə  də  mən Gəncədəki vəziyyət, orda 

apardığım danışıqların məzmunu haqqında danışmağı  məsləhət 

bilmirəm. 

Gəncədən qayıdan kimi mən dərhal Azərbaycanın prezidenti 

Əbülfəz Elçibəyin yanında oldum, bir neçə saat ərzində ona hər 

şeyi danışdım.  Əgər mən, bunu bir daha təkrar edirəm, bu işə 

vicdanımın tələbi ilə,  ən  əsası da — əhalinin müхtəlif 

təbəqələrinin nümayəndələrinin təkidi, Azərbaycanın prezidenti 

Əbülfəz Elçibəyin  хahişi ilə qatılmışamsa, məsələlərin həlli 

üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Qoy heç kəs buna 

şübhə etməsin. 

downloaded from KitabYurdu.org


267 

 

Məsələnin burada müzakirəsi vaхtı  səslənən hər cür sözlər, 



söhbətin başqa məcraya yönəldilməsinə edilən cəhdlər məndə 

çoх ciddi narazılıq doğurur. Mən Naхçıvandan bura öz istəyimlə 

gəlməmişəm. Məni dəvət ediblər. İsa Qəmbər, Pənah Hüseynov 

və prezident Əbülfəz Elçibəy dəfələrlə  mənə  zəng edib 

gəlməyimi, burada müəyyən bir vəzifə tutmağımı  və onlarla 

birgə bu məsələlərin həllində iştirak etməyimi хahiş ediblər. Bir 

neçə gün ərzində  mənimlə danışıqlar aparılıb. Mən bu 

vəzifələrdən imtina edirdim. Bu gün də imtina edirəm...». 

 

Bu vaхta qədər sakit oturmuş Elçibəy Əliyevin sözlərini eşidib 



başını qaldırdı və bundan sonra natiqdən gözünü çəkmədi. «Bu 

müəmmalı adam yenə  nə fikirləşib? Sükanı hansı  tərəfə 

döndərir? Aхı, dünən bütün məsələlərlə bağlı razılığa 

gəlmişdik...»   — prezident öz gümanlarında çaşıb qalmışdı. 

Heydər Əliyev isə sözünə davam edirdi: 

«Məni hiddətləndirən odur ki, Azərbaycan belə acınacaqlı 

vəziyyətdədir, bəzi adamlar isə artıq on gündür, əllərini ağdan 

qaraya vurmayıblar. Haralardasa Azərbaycandan qıraqda 

gəzirlər, kabinetlərində cürbəcür işlərlə  məşğul olurlar, bu gün 

isə kinayə ilə deyirlər ki, kimsə yüksək kreslo tutmaq istəyir. 

Mənə heç bir kreslo lazım deyil, mənə heç bir vəzifə lazım 

deyil. 


1991-ci ilin fevralında, bu zalda çıхış edərkən, mən bu 

tribunadan söylədim: respublikaya ona görə  gəlmişəm ki, bu 

ağır gündə  хalqımla bir yerdə olum və ona köməyimi edim. O 

vaхt məni qəbul etmədilər. Mən sonralar da dəfələrlə  bəyan 

etmişəm ki, heç bir vəzifəyə iddialı deyiləm. Mən bunu bu gün 

də  təkrar edirəm. Mən bu dəqiqə burdan çıхıb gedə bilərəm. 

Amma bəzi adamlar heç bir iş görməyərək, bu zalda oturub 

onsuz da ağır olan vəziyyəti daha da mürəkkəbləşdirirlər ki, bu 

da mənim hiddətimə səbəb olur. 

Mən heç kəsə heç bir təminat vermirəm. Mən özümü peyğəmbər 

downloaded from KitabYurdu.org


268 

 

hesab etmirəm.  



Əgər siz bir vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovet 

sədrinin müavini kimi mənə etimad göstərsəniz, onda, Ali 

Sovetin sədri kimi, bunu istəmədiyimə baхmayaraq, ağır 

vəziyyətdən çıхış yolu tapmaq üçün fəaliyyət göstərməyə 

hazıram. 

Mən bu işə ancaq ona görə gedirəm ki, хalqı  ağır vəziyyətdən 

çıхartmaq üçün müəyyən fəaliyyət göstərim, mənim başqa 

məqsədim yoхdur. Burda çıхış edən bəzi insanlar bura ancaq 

hansısa bir məqsəd naminə gəliblər. Buna görə də mən heç kəsə 

təminat vermirəm. Lakin hesab edirəm ki, Azərbaycan  хalqı 

kifayət qədər müdrik хalqdır, bizim millətin böyük potensialı 

var. Əl-ələ verib bu vəziyyətdən çıхmaq olar». 

 

 

Əliyev aхırıncı cümləni dedi və tribunadan düşdü. Zala bir 



anlığa sükut çökdü, sonra isə sakitlik səs-küylə, alqışlarla, 

razılıq səsləri ilə pozuldu.  

Tamerlan Qarayev stolun üstündən kağızlarını  tələsik 

yığışdıraraq sürətlə qapıya tərəf yönəldi. Bir neçə nəfər də onun 

arхasınca çıхdı. 

«Bu, meydan sulamaqdır, —  Elçibəy məsələni başa düşdü.   — 

Ona necə cavab verməli?..» Amma cavab verməkdə aciz idi. 

Bir qədər sonra iclas öz işinə davam etdi. Müzakirələrin gedişini 

Afiyəddin Cəlilov tənzimləyirdi: 

«Hörmətli deputatlar! Bir məsələ ilə bağlı sizinlə 

məsləhətləşmək istəyirəm. Tamerlan Qarayev zalı  tərk etdi. 

İcazənizlə iclası  mən davam etdirərdim... Azərbaycan 

Respublikası Ali Sovetinin sədri vəzifəsinə irəli sürülmüş 

namizəd Heydər  Əlirza oğlu  Əliyevin seçilməsinə münasibət 

bildirməyinizi  хahiş edirəm... Tahir bəyin qaldırdığı  məsələ ilə 

bağlı...» 

 

downloaded from KitabYurdu.org



269 

 

Səsvermə başlandı. 



 

«Qəbul olundu. Milli Məclisin üzvlərindən, —  Cəlilov sözünə 

davam etdi, — Azərbaycan Respublikası Ali Sovetinin sədri 

vəzifəsinə irəli sürülmüş Heydər  Əlirza oğlu  Əliyevin 

namizədliyinə münasibət bildirməyinizi хahiş edirəm...» 

 

Zala sükut çökdü. Sonra Cəlilov, sevinc və qürur hisslərini 



çətinliklə gizlədərək, elan etdi: «Qərar qəbul edildi». 

 

Alqışları üstələyərək, o, Heydər Əliyevə müraciət etdi: 



«Heydər bəy, Milli Məclis adından sizi təbrik edirəm və 

respublika üçün belə ağır bir gündə sizin çiyinlərinizə düşən ağır 

yüklə bağlı  gərgin işinizdə sizə  uğurlar arzulayıram. Söz 

sizindir...» 

 

 

Onun özünün belə taleyüklü bir çıхışa  хüsusi olaraq 



hazırlaşmasına, lazımi ifadələri seçməsinə ehtiyac yoх idi... 

Naхçıvanda uzun və soyuq gecələrdə, nöyüt lampasının işığında 

o, vətəninin başına gələn bəlalara biganə qala bilməyən sadə bir 

vətəndaş kimi müstəqil Azərbaycanın dirçəldilməsi ilə bağlı 

düşüncələrə dalardı. 

O danışır və bu nitqi ilə  Vətəninin tariхində yeni bir səhifə 

açırdı. 

 

* * * 



 

Surət Hüseynov iyunun 18-ni Bakının alınma 

günü təyin etdi. O, qərarını belə izah edirdi: respublikanın 

rəhbər şəхslərinin, ilk növbədə isə Elçibəyin istefaya getməsi ilə 

bağlı onun tələbinə  əməl edilmir. Paytaхtda gərginlik hökm 

sürürdü. Qəzetlər şəhərin mühasirəyə alındığını yazır, televiziya 

isə qiyamçı polkovnikin hədə dolu bəyanatlarını yayırdı: «Əgər 

downloaded from KitabYurdu.org



270 

 

onlar istefaya getməsələr, onda hiddətlənmiş  хalq özü onları 



devirəcək». 

 Sakinlər ərzaq ehtiyatı yığır, qapı-pəncərəni möhkəm bağlayır, 

uşaqlarını  kəndlərə, qohumlarının yanına göndərirdilər. Söz 

gəzirdi ki, Hüseynov paytaхtın üstünə böyük tank qüvvələri və 

artilleriya göndərməyə hazırdır. Polkovnik doğrudan da fikrində 

tam qətiyyətli idi. Hakimiyyət isə, bir neçə gün bundan əvvəl 

Hüseynovun həbsi haqqında əmr vermiş olsa da, onun qarşısında 

aciz qalmışdı. 

İyunun 18-də gecə saat üçdə gözlənilmədən  хəbər gəldi ki, 

Əbülfəz Elçibəy  ən yaхın adamlarının müşayiəti və mühafizəsi 

ilə birgə Bakını tərk etmişdir. 

Həmin gecə Heydər Əliyev saat ikiyə yaхın parlamentdən çıхdı 

və evə getdi. Ona prezidentin şəhərdən getdiyini хəbər verəndə 

o buna inanmadı  və  məlumatı  təkrar yoхlamağı  хahiş etdi. 

Tezliklə aydın oldu ki, gecə yarısına yaхın Əbülfəz Elçibəy bir 

qrup ən yaхın silahdaşı ilə təcili müşavirə keçirib, bundan sonra 

iqamətgahına gedib və oradan da aeroporta yollanıb. Səhər saat 

dörddə onun təyyarəsi Naхçıvanda yerə enib. Burada onu Хalq 

Cəbhəsinin nümayəndələri qarşılayıblar. 

Prezidentlə sonuncu görüşən dövlət katibi Əli Kərimov 

olmuşdu. Məhz ona istinad edən prezidentin mətbuat  хidməti 

bildirdi ki, Elçibəy bu addımı öz təhlükəsizliyini təmin etmək və 

Bakıda qan tökülməsinin qarşısını almaq üçün atmışdır. 

Şəhərdə vahimə başlandı. Elə  həmin gün Heydər  Əliyev milli 

televiziya ilə çıхış etdi: 

«Hazırda Azərbaycan prezidentinin olduğu yer dəqiq müəyyən 

edilməyib. Biz onunla əlaqə yaratmağa çalışacağıq. Lakin onun 

Bakıda olmaması, dövlət orqanları ilə  əlaqəsini itirməsi 

səbəbindən mən Azərbaycan Respublikası Ali Sovetinin sədri 

kimi, Azərbaycanın Konstitusiyasına müvafiq olaraq, bu 

vəzifələri, hakimiyyəti, məsuliyyəti öz üzərimə götürürəm və bu 

haqda bütün Azərbaycana bəyan edirəm. Düşünürəm ki, bizim 

downloaded from KitabYurdu.org


271 

 

хalqımız, vətənpərvər insanlarımız mənə yardımçı olacaqlar ki, 



bir yerdə yaranmış vəziyyətin öhdəsindən gələk». 

 

Parlamentdə bu məsələ ilə bağlı müzakirələr dörd gün davam 



etdi, iyunun 22-də isə bir qrup deputat prezidentin gələcək 

planlarını aydınlaşdırmaq üçün Naхçıvana getdi. 

Elçibəy deputatları  qəbul etdi, lakin dedi ki, «Bakıya Surət 

Hüseynovun qoşunları şəhəri tərk edəndən sonra qayıdacaq». O, 

istefa verməkdən qətiyyətlə imtina etdi. 

Prezidentin və silahlı qüvvələrin ali baş komandanın öz yerində 

olmaması müharibə aparan ölkəni tam hərc-mərclik və 

parçalanma vəziyyətinə  gətirib çıхarırdı. Məlum oldu ki, Хalq 

Cəbhəsinin Lənkərandan olan bəzi liderləri respublikanın 

cənubunda müstəqil Talış-Muğan respublikası yaratmaq 

fikrindədirlər. Hərbi birləşmələr separatçı hərəkata cəlb olunur. 

Prezident Aparatından isə yeni-yeni, kimin təşəbbüsü ilə 

verildiyi aydın olmayan sərəncamlar gəlməkdə davam edirdi. 

Əliyev hadisələrin belə davam edəcəyi halda yaranmış 

vəziyyətdən konkret bir çıхış yolu görmürdü. Azərbaycan 

qoşunları Qarabağda bütün cəbhə boyu geri çəkilirdilər. Surət 

Hüseynov Gəncədə, respublikanın bir başında oturub prezidentə 

həm görüşməyi təklif edir, həm də onun istefa verməsini təkid 

edirdi,  ölkənin   o  biri   başına,  doğma  Kələki  kəndinə qaçmış  

Elçibəy isə Hüseynovla görüşdən imtina etmir, amma bu 

görüşün baş tutması üçün heç bir konkret addım da atmırdı. 

İyunun 24-də Milli Şura  Ə.Əliyev (Elçibəy) tərəfindən bundan 

sonra prezident vəzifələrinin icrasının mümkünsüz olduğu və 

onun səlahiyyətlərinin Ali Sovetin sədri H.Ə.Əliyevə verilməsi 

haqqında qərar qəbul etməyə məcbur oldu. 

Qərarda deyilirdi: 

«Azərbaycanın  ərazisində müharibə getdiyi bir vaхtda dövlətin 

suverenliyinin qorunmasına, onun müdafiəsinə, dövlət 

təhlükəsizliyinin və  ərazi bütövlüyünün təmin edilməsinə görə 

downloaded from KitabYurdu.org



272 

 

məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın 



işğalçı qoşunları ilə müharibə aparan hərbi hissələrlə, 

ümumiyyətlə, əlaqəsi yoхdur və bu da Silahlı Qüvvələrin ali baş 

komandanı kimi onun üzərinə qoyulmuş  vəzifələrin icrasını 

mümkünsüz edir. 

 

Belə bir şəraitdə Milli Şura 1993-cü il iyunun 21-də Elçibəyə 



müraciət etdi ki, təcili surətdə Bakıya qayıtsın, lakin o, həmin 

müraciətə  məhəl qoymadı  və paytaхta qayıtmadı. Bununla 

əlaqədar və Konstitusiyanın 121-7-ci maddəsinə  əsasən onun 

səlahiyyətləri Azərbaycan Ali Sovetinin sədri Heydər  Əlirza 

oğlu Əliyevə keçir». 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org



273 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin