Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

Məhəmməd Füzuli
idi. O, dəqiq elmləri, ilahiyyatı, fəlsəfəni derindən öyrənmiş, Azərbaycan (türk), fars və ərəb 
dillərini gözəl bilmiş, həmin dillərdə divanlar yaratmışdır. Bu divanlar Yaxın və Orta Şərqin fəlsəfı poeziyasının 
inciləridir. Divanlarla yanaşı, Füzulinin "Tərcümət ül-əhadis əl- ərbəin" ("Qırx hədisin tərcüməsi"), "Şah və 
gəda", "Hədiqət üs-süəda" ("Səadət bağçası"), "Leyli və Məcnun", "Şikayətnamə", "Rind və Zahid", " Səhhət 
və Mərəz", "Ənis ül-qəlb" ("Könül dostu"), "Mətlə ül-etiqad" əsərləri bizə gəlib çatmışdır. Füzuli fəlsəfi və elmi 
əsərlərini yaşadığı dövrün ənənəsinə uyğun olaraq ərəb, fars dillərində yazmışdır və yaradıcılığı Şərqin XVI əsrə 
qədərki ideoloji və mədəni təkamül tarixi ilə sıx bağlıdır. Şərqin peripatetik fəl-səfəsi və islamın rasionalist 
təlimləri Füzulini daha çox cəlb etmişdi. 
Füzuli Şərq mədəniyyətinin dahilərindən olan Nizami Gəncəvinin fəlsəfı poeziyasını, bir çox təriqətlərin 
və cərəyanların, ilk növbədə sufiliyin fəlsəfi təlimlərini, habelə qədim yunanların elm, fəlsəfə sahəsindəki 
uğurlarını gözəl bilirdi. 
"Mətlə ül-etiqad" Füzulinin başlıca fəlsəfi əsəridir. Bu, mahiyyətcə Azərbaycan tədqiqatçıları tərəfindən 
fəlsəfə tarixinə dair yazılmış ilk əsərdir. Həmin əsərdə ilahiyyat məsələləri ilə yanaşı, qədim yunan 
filosoflarının, Yaxın Şərqin orta əsrlərdə yaşamış mütəfəkkirlərinin baxışlarının qısa şərhi də verilmişdir. 
Fəlsəfəyə, ilahiyyata, təbiət elmlərinə dair mülahizələrində Füzuli qədim yunan və orta əsr Şərq fılosoflarının 
fikirlərinə əsaslanır. Əsər dörd hissədən ibarətdir və hər bir hissə müvafıq qisimlərə bölünür. Birinci hissədə 
elmin və biliyin mahiyyəti, idrak prosesində elmin məqsəd və vəzifələri nəzərdən keçirilir. İkinci hissə dünyanın 
başlanğıcı və mahiyyəti məsələlərinə həsr edilmişdir. Üçüncü və dördüncü hissələrdə Allahın mövcudluğu, 
peyğəmbərlik, ruhların varlığı, məkanlarını dəyişməsi haqqında danışılır, digər mistik-ilahiyyat problemləri 
araşdırılır. Təbiidir ki, orta çağların tipik mütəfəkkiri kimi Füzuli də dini dünyagörüşünə malik idi və həmin 
dünyagörüşünü təbliğ edirdi. 
Füzuli "Mətlə ül-etiqad" əsərində elmlərin təsnifatını vermişdir. Onun fıkrincə, təcrübi və nəzəri elmlər 
mövcuddur. Təcrübi elmlərin (əxlaq, evdarlıq və siyasət) predmeti insandan asılıdır. Füzuli ilahiyyatı, 
riyaziyyatı və təbiyyat elmlərini nəzəri elmlərə aid edir. 
Məhəmməd Füzuli "Şikayətnamə" əsərində yaşadığı dövrdə rüşvətxorluğun, satqınlığın, ikiüzlülüyün, 
zülmün və ədalətsizliyin tam hökmranlığı haqqında nifrət hissi ilə danışmışdır. İctimai bəlaların dərin köklərini 


20
aşkara çıxara bilməyən Füzuli həyatın mənfi hallarının dövrün hökmdarlarının xarakteri ilə bağlı olduğunu 
göstərir, "ədalətli hökmdar" arzusu ilə yaşayırdı. Füzuli irsi orta əsrlərin Yaxın və Orta Şərq ictimai-fəlsəfı 
fıkrinin inkişafı tarixində mühüm mərhələdir. 
XVI əsrdə 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin