Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

Saib Təbrizi
(1601/02-1676/77) XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli simasıdır. I Şah Abbasın 
hakimiyyəti dövründə Saib Təbrizi İsfahana köçürülmüş, Əfqanıstana, Ərəb ölkələrinə, Kiçik Asiyaya səyahət 
etmişdir. Saib Təbrizi iki dəfə Hindistanda olmuş və 6 il orada yaşamışdır. II Şah Abbas tərəfındən Səfəvi 
sarayına dəvət olunmuş Saib Təbrizi məlik üş -şüəra adını almışdı. O, həyatının son illərində sarayı tərk etmiş, 
bütün varlığı ilə poetik yaradıcılığa bağlanmışdı. Azərbaycan və fars dillərində şeirlər yazan Saib Təbrizinin 
yaradıcılıq irsi zəngindir (120 min beytdən ibarət 7 divanı, "Qəndəharnamə", "Mahmud və Ayaz" adlı 
məsnəviləri, "Səfıneyi-Saib" məcmuəsi vardır). İnsan və təbiət gözəlliklərinə vurğunluq, məhəbbət


5
zəmanədən şikayət onun əsərlərinin başlıca mövzularıdır. Saib Təbrizinin poeziyası Yaxın Şərq ölkələri 
ədəbiyyatının, Hindistanda farsdilli poeziyanın inkişafına böyük təsir göstərmişdir. 
XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr ədəbiyyatı tarixində mühüm mərhələ olmuşdur. Bu ədəbiyyatın 
əsas xüsusiyyəti folklor təmayüllü epik və lirik formaların güclü təsiri, klassik Şərq poeziyasının qiymətli 
ənənələrinin inkişafı ilə əlaqədardır. 
Epiqrafik abidələr. Bu dövrün kitabələri məzmun, mətn paleoqrafiya və bədii tərtibat baxımından çox 
zəngindir. Bədii daşyonma sənəti əsərlərinin ən gözəl və nadir nümunələri (sənduqə, başdaşı formalı qoç, at 
fiqurları) bu dövrə də aiddir. Qeyd olunan abidələr üzərindəki kitabələr Azərbaycan və fars dillərində olan 
mənzum parçalardan, dəfn olunmuş şəxslər haqqında məlumat verən ərəbcə mətnlərdən və Quran 
ayələrindən ibarətdir. 
Təbrizin, Bakının, Ordubadın cümə məscidlərində və digər tikililər üzərində I Şah Təhmasibin və I Şah 
Abbasın fərmanlarının həkk olunmuş nüsxələri qalmışdır. Həmin fənnanların əsli dövrümüzə gəlib çatmadığı 
üçün onların daş nüsxələrinin böyük əhəmiyyəti vardır. Bu kitabələr ictimai-siyasi məsələlərə dair yeni 
məlumatlar verir, bir sıra istilahları aydınlaşdırmağa yardım edir. 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin