Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

Şah İsmayıl Xətayi
Azərbaycan xalqının tarixinə görkəmli dövlət xadimi və istedadlı bir şair kimi daxil 
olmuşdur. Şairin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik 
qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir. Xətayi öz 
yaradıcılığında xalq dilindən, əruz və heca vəznlərindən, folklordan istifadə etmişdir. Üç dildə şeir yazmaq 
qabiliyyəti olan Xətayinin əsərlərinin böyük bir qismi Azərbaycan dilindədir. Xətayi əsasən Azərbaycan xalqının 
ədəbi-bədii irsini mənimsəmişdi və milli ədəbiyyatın ənənələri ilə bağlı idi. Onun yaradıcılığının təşəkkülü və 
inkişafında Nəsiminin güclü təsiri aydın şəkildə nəzərə çarpır. 
Şah İsmayıl Xətayinin Sultan Səlimə müraciətlə yazdığı qəzəli onun hökmranlıq qürurunu bariz surətdə 
ifadə edir. 1514-cü ildə, Çaldıran döyüşü ərəfəsində I Sultan Səlim I Şah İsmayıla fars dilində şeir göndərmiş, 
Xətayi isə bu şerə azərbaycanca belə cavab vermişdi: 
Diyari-eşqə sultanəm, dila, mən də zəmanimdə
Vəzirimdir qəmü-ğüssə, oturmuş iki yanimdə. 
Aşağıdakı beytdə isə əzəmətli dövlət qurmuş hökmdarın əyilməz ruhu duyulmaqdadır: 
Mən ol şəhbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafə
Neçə enqa kimi yavru uçurdum aşiyanimdə. 
XVI 
əsrdə xalq yaradıcılığı, xüsusilə aşıq ədəbiyyatı yalnız xalq içərisində deyil, hətta sarayda da 
rəğbətlə qarşılanırdı. Heca vəzni ilə yazılmış və "varsağı" adlanan şeirlər I Şah İsmayılın sarayında keçirilən 
ədəbi məclislərdə bəyənilirdi. 
Xətayinin bayatıları da çoxəsrlik Azərbaycan bayatılarının formasına və məzmununa uyğun gəlir. 
Onlardakı həyatilik, sadəlik, səmimilik başlıca xüsusiyyətlərdir: 
Xətayi, işin düşər, 
Gəlib-gedişin düşər, 
Dişləmə çiy löğməni, 
Yerinə dişin düşər. 
Xətayinin "Nəsihətnamə" si Azərbaycan dilində, ibrətamiz yazılmış ilk məsnəvilərdəndir. Əsərdə 
sufiliyin təsiri də nəzərə çarpır. Şair öz müridlərini s ədaqətli və etibarlı olmağa dəvət edirdi: 
Yoldaş odur rəhm edə yoldaşına, 
Yoldaşın uğratmaya yol daşına. 
Xətayinin həcm baxımından ən böyük əsəri "Dəhnamə"dir. 1506-cı ildə məhəbbət mövzusunda 
yazılmış bu poemada bütün hadisələr birinci şəxsin dili ilə nəql olunur. 
Azərbaycan ədəbiyyatının inkişafı tarixində 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin