Doğma diyarın tədris muzeyi



Yüklə 19,19 Kb.
tarix03.02.2017
ölçüsü19,19 Kb.
#7392
Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının təqdimatı
Milli Azərbaycan Tarix Muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılmışdır. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış “İstiqlal” muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılmışdır. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmişdir.

Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

2015-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasına Tarix Muzeyi tərəfindən 4598 kitab göndərilmişdir. Kitablarin tərkibi həm dil, həm də mövzu baxımından müxtəliflik təşkil edir. Kitabların çox hissəsi Elektron kataloqda işlənibdir. Belə ki, Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilmiş və elektron kataloqa salınmışdır.

Alman dilində olan kitablar-837

Fransız dilində olan kitablar-955

İngilis dilində olan kitablar-184

Latın dilində olan kitablar-4

İtaliyan dilində olan kitablar-2

Yunan dilində olan kitablar-1

Rus dilində olan kitablar-1355 kitab var ondan 508-zi elektron kataloqda işlənir.

Polyak dilində olan kitablar-2

Şərq dillərində olan kitablar- 332 kitab gəlib onlardan 80-ni elektron kataloqda işlənib

Azərbaycan dilində olan kitablar- 1

Azərbaycan dilində olan kitab 1929-cu ildə nəşr olunmuş “Xalq Maarif Komisarlığının rəsmi sərəncamlar və ittilat bülleteni” dir.

Əski Erməni dilində olan kitablar-881 kitab var, ancaq işlənməyib

Kitablar tarixilik baxımdan 1600-1960-70-ci illəri əhatə edir.

Kolleksiyanın ən qədim kitabı 1600-cü ilə aid latın dilində kitabdır. Kitab Müxtəlif müəlliflərin tarixi mənbələri və yerin dəqiq təsviri ilə bağlı fikirlər verilmişdir.

1. Antike Münzen aus Olbia und Pantikapäum. Praga, 1959

Olbia və Pantikapoymun qədim sikkələri.

Bu kitab tanınmış çex kolleksioneri C.Mixerin xatirəsinə həsr olunub. Kitabda 2 yunan qəsəbəsi Pantikapoym və Olbia şəhərlərindəki mədəniyyət abidəsi sayılan antik sikkələrin toplusundan bəhs olunur. O cümlədən müəlliflər qədim sikkələrin əzəməti haqqında fikirlərini bölüşmüş və qeyd etmişlər ki, kitab minillərlərlə qərb və şərq xalqlarının mədəniyyətinin bir-birilə qaynayıb qarışmasında və bu sintezdən yeni daha gözəl incəsənət nümunələrinin yaranmasına təkan verir. Həmçinin kitabda b.e.ə. aid olan sikkələr və onların diametri də xüsusu vurğulanmışdır.

2. Fridrich Schillers Lebensgang. Leipzig, 1955 Fridrih Şillerin ömür yolu.

Kitab alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi Fridrix Şillerə həsr olunmuşdur. Qeyd etməliyik ki, Şiller dünya ədəbiyyatının görkəmli simaları sırasında özünəməxsus yer tutur. Almaniyada maarifçiliyin tanınmış nümayəndəsi öz yaradıcılığı ilə doğma xalqının milli mənafeyi uğrunda çıxış edən qüvvələri zülmə, köhnəliyə və cəhalətə qarşı mübarizəyə çağırırdı. Təqdim olunan kitabda da dünya ədəbiyyatının inkişafında xüsusi rolu olmuş yazıçının həyat və yaradıcılığı 150 şəkil ətrafında ifadə olunmuşdur. Şəkillərdən də göründüyü kimi burada Şillerin anadan olduğu yer, Şilerin ikinici vətəni Ludviqsburx, yazıçının təltif olunduğu mükafatlar, dram əsərlərindən seçmələr, əsərləri tamaşaya qoyulduğu Berlin teatr binası və digərlərini görürük.

3. Max Laeuger. Keramische Kunst. Hamburg, 1939

Maks Laoyqer. Keramişə Kunst.

Kitabda müxtəlif müəlliflər tərəfindən Maks Laoyqerin sənətkarlığı, Maks Laoyqerin emalatxanasındakı keramik incəsənət ilə bağlı müşahidələr, saxsı qablarla bağlı ümumi və texniki məsələlər təhlil olunmuşdur. Qeyd etməliyik ki, vaza, kafel, plastik, tikinti keramikası, mozaika, kərpic incəsənəti ilə əlaqədar nəzəri və praktiki məsələlər də xüsusilə işıqlandırılmışdır. Həmçinin kitaba müəllifin sözügedən mövzularla bağlı 75 dördtonlu və 77 birtonlu reproduksiyaları əlavə olunmuşdur.

4.Derbend-Nameh or the History of Derbend. St.Petersburg, 1851

Dərbəndnamə və ya Dərbəndin tarixi. Sankt-Peterburq, 1851

1851-ci ildə nəşr olunmuş əsərin ingilis dilinə tərcüməsinin müəllifi Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, rus şərqşünası, tarixçi və filoloq Mirzə Kazımbəydir.

Kitabda Azərbaycan və Dağıstan arasındakı tarixi qeydlər, Bakının tarixi və etimologiyası, Bakı nefti, Dərbənd və Şirvan şəhərinin tarixi haqqında xülasələr və s. Işıqlandırılmışdır

5. Edward Fitzgerald-“Rubaiyat Omar Khayyam” – “Ömər Xəyyamın Rübailəri”-1909

Fitsgerald Vuktorian dövrünun yazıçısı Edvard Krovellə rastlaşır və təsadüf nəticəsində Ömər Xəyyamın əlyazmasını əlinə keçir. Belə ki, Kovel Ömər Xəyyamın bodleyanda əlyazmasını tapmışdır. Və beleəlikə Ömər Xəyyamın əsərini tərcüməsinə başlayırlar.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə Ömər Xəyyamın həyatı yaradıcılığı öz əksini tapıb. İkinci hissədə isə Ömər Xəyyamın rübayiləri verilmişdir. Ömər Xəyyamın 75 rübaisini ingilis dilinə tərcümə etmişdir.

6.Şərhe-Məsnəviye Şərif (Məsnəviye-Şərifin Şərhi)- hicri tarixi 1289

Şərhi verən: Şeyx İsmayıl Ankaravi

Kitabın müəllifi Ankaravi 17-ci əsr Osmanlı təfəkkür həyatının parlaq simalarından biri olub, sufi mütəfəkkiri sayılır. Mövləvi təriqətinin nümayəndəsidir. Hətda, Ankaravi Cəlaləddin Ruminin “Məsnəviye-Mənəvi” adlı əsərini mövləvixanalarda, yəni sufi xanəganlarında təlim vəsaiti kimi istifadə etmişdir.

Ümumilikdə 6 cildlik olan bu kitabda Ankaravi Mövlanə Cəmaləddin Ruminin “Məsnəvi”sinin şərhli tərcüməsini vermişdir. Belə ki, fars dilində verilmiş hər bir beytin altından Türk (əski osmanlıca) tərcüməsi verilmişdi. Elimizdə olan bu kitab isə çoxcildliyin 5-ci kitabıdır.

7.Divane-Nabi (Nabinin divanı)- hicri tarixi 1292

Kitab XVII əsr Osmanlı divan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Nabinin divanıdır. Divanda şairin məsnəviləri, rübailəri, qitələri, farsca qəzəlləri toplanmışdır

8.Kitab Əl- Mütəmid “Fi Üsul Əl-fəqih” (Mötəmidin “Fiqh” (Şəriət) qanunları adlı kitabı

Məhəmməd ibn əli əl-Bəşirin müəllifi olduğu kitabda İslamda qaydaları geniş şəkildə əks olunmuşdu.

Kitab ərəb dilindədir.

9. Füzulinin “Fars dilində seçilmiş şeirləri”

Kitabda Füzulinin qəzəlləri, qitələri, rübailəri , oğluna nəsihəti, “Ənüsül-qəb” əsəri yer almışdır. Və Nizami Gəncəvinin “Şərəfnamə” əsəri .

10.Шота Руставели «Витязь в тигровой шкуре» 1938-ci il.

XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yaşamış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.

"Pələng dərisi geymiş pəhləvan" əsərində əsasən, qəhrəmanlıq və cəngavərlik, dosta vəfa və təmənnasız kömək motivlərinin çox qüvvətlidir. "Pələng dərisi geymiş pəhləvan" poemasında üç cəngavərin taleyindən bəhs olunur: Avtandil, Tariel və Firidun. Əsərin süjeti həmin qəhrəmanların həyat macərasını əhatə edir. Onların hərəsi bir ölkədəndir — Avtandil Ərəbistandan, Tariel Hindistandan, Firidun Mülkizanzardandır.

11. Лермонтов « Герой нашего времени» - Kitab 1938-ci ildə nəşr olunub.



Mixail Yuryeviç Lermontov-Görkəmli rus şairi, yazıçı, dramaturq.

“Zəmanəmizin qəhrəmanı” Adsız səyyah tərəfindən danışılan əsərdə XIX əsr Rusiyasının burjua abu-havasını hiss etmək olar. Peçorin obrazı şairin təxəyyülünün deyil, cəmiyyətin formalaşdırdığı bir protaqonistdir.
Yüklə 19,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin