Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

məsul red.)
qalmışdır. Əsəd Sornai başqa məclislərə gedib musiqi çaldığı üçün 
bir müddət zindana salınmışdı. Sonra ona and vermişdilər ki, saray nağaraxanasından başqa heç yerdə zurna 
çalmasın". 
İsgəndər bəy Münşinin yazdığından və əldə olan məlumatdan aydın olur ki, o dövrdə musiqi ifasının 
qadağan edilməsi dini mərasimlərə və saray musiqiçilərin aid deyildi. Məsələn, Şah Təhmasib özü istədiyi vaxt 
musiqiçiləri yanına dəvət edirdi. 1544-cü ildə Təbrizə gəlmiş Hindistan hökmdarı Hümayunun şərəfinə Şah 
Təhmasibin əmri ilə təşkil edilmiş şənlik məclisində Hafız Sadıq Bərtaq, Mövlana 
Qasım Qanoni (qanonçalan), Ustad Şahməhəmməd Sornai, Ustad Yusif Mövdud və digər məşhur xanəndə və 
sazəndələr çalıb -oxuyurdular. 
Beləliklə, aydındır ki, musiqinin qadağan edilməsi haqqındakı fərman (müasirin yazdığı kimi, "hər kəs 
saz çalırdı, onun əlini kəsirdilər") heç də saray adamlarına aid deyildi. Dini mərasimlərdə də nıusiqidən istifadə 
olunması qadağan edilməmişdi. Əslində bu fərman və cəzalar geniş xalq kütləsini musiqidən məhrum etmək 


15
demək idi. Bundan əlavə, həmin fərmanda müharibə vaxtı musiqi alətlərindən istifadə edilməsinə icazə 
verilirdi. Belə ki, Şah Təhmasib Gürcüstana yürüş təşkil edərkən "döyüş təbilinin sədası və vuruş neyinin naləsi 
hər tərəfə səs salmışdı". 
II Şah İsmayıl hakimiyyətə keçdikdən sonra Şah Təhmasibin musiqi çalınmasını qadağan edən fərmanı 
öz qüvvəsini itirdi. Həmin dövrdə kamança, ud, çəng, tənbur və çahartar yenidən səslənir, musiqiçilər və 
xanəndələr azad çalıb - oxuya bilirdilər. 
I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycan şəhərlərində musiqi xeyli inkişaf etmişdi. Şahın özü 
həm bəstəkar, həm də musiqi çalan idi. İsgəndər bəy Münşi onu musiqişünaslıqda və musiqi çalmaqda dövrün 
görkəmli adamı adlandırmışdı. Şahın bəstələdiyi bəzi təsniflər musiqiçalanlar arasında geniş yayılmışdı. 
XVII əsrdə Azərbaycan şəhərlərində rəsmi qonaqları musiqi sədası altında qarşılayırdılar. Alman səyyahı 
Adam Oleari Ərdəbilə çatarkən təbil və tütək çalınır. Şamaxıda da səyyahı gərranay, tütək və təbil çala -çala 
qarşılayırlar. Orada ziyafət məclislərində də səntur, kamança, dəf çala -çala mahnılar oxuyurdular. 
Şah öz ordusu ilə bir yerdən digər yerə gedərkən onu musiqiçilər və xanəndələr müşayiət edirdi. 1586-
cı ildə Səfəvi hökmdarı Sultan Məhəmmədin oğlu Həmzə Mirzə Kürəkçayda (Gəncə yaxınlığında) olarkən 
məclisdə xeyli musiqiçi və xanəndə iştirak etmişdi. Əyalətlərin mərkəzi şəhərləri olan Təbrizdə, Gəncədə, 
Şamaxıda bəylərbəyilərin saraylarında həmişə musiqiçilər dəstəsi olardı. Bəylərbəyinin göstərişi ilə onlar şənlik 
məclislərində çalıb -oxuyur və rəqs edirdilər. Hətta bu şəhərlərdə xan saraylarında teatr kollektivi də fəaliyyət 
göstərirdi. Şarden XVII əsrin ortalarında İrəvanda olarkən şah sarayında üçpərdəli tamaşaya baxmış və onu 
"Şərqin operası" adlandırmışdır. Şarden yazır ki, belə teatrlara bəylərbəyilərin iqamətgahı olan əyalətlərin 
mərkəzi şəhərlərində də təsadüf edilirdi. 
XVI-XVn əsrlərdə Azərbaycan şəhərlərində aşıq musiqisi də geniş yayılmışdı. Aşıq mahnıları geniş xalq 
kütləsinin real həyat tərzini və vəziyyətini tərənnüm etdirird i. 
Həmin dövrdə Azərbaycan şəhərlərində saz, kamança, tənburf ud, gərranay, bərbət, tütək, qanon, dəf 
və s. musiqi alətlərindən istifadə olunmuşdur. 
Musiqiçilərdən Hüseyn Şüştəri Bəyani, zurnaçalan Ustad Əsədi Hafız Sadıq Bərtaq, qanonçalan Mövlana 
Qasım, zurnaçalan Ustad Şahməhəmməd, Ustad Yusif Mövdud, Hafız Laleyi Təbrizi, cəlacəl alətində çalan Hafız 
Cəlacəl, Mirzə Məhəmməd Kamançei, Sultan Məhəmməd Kamançei, Sultan Məhəmməd Çənginin adları 
dövrün yazılı mənbələrindən məlumdur. 
Ümumiyyətlə, orta əsrlər boyu din xadimləri musiqinin inkişafına mane olmuşlar. Lakin bu və ya digər 
hökmdarın musiqi çalınmasını qadağan etməsi Azərbaycanda ümumiyyətlə musiqi sahəsindəki irəliləmənin 
qarşısını ala bilməmişdir. Azərbaycan musiqisi Yaxın və Orta Şərqdə də geniş şöhrət tapmışdır. Sarı Tağının 
oğlu bir neçə nəfərdən ibarət nümayəndə heyəti ilə İsfahandan Ərdəbilə, Adam Olearini və onun dəstəsini 
qarşılamağa gələrkən Adam Oleari Sarı Tağının oğluna bildirmişdir ki, burada hər şey onun xəşuna gəlir, 
xüsusilə Azərbaycan musiqisi onu valeh etmişdir. 
Hələ XV əsrdə azərbaycanlıların da Avropa musiqisi ilə tanış olduğunu göstərən faktlar mövcuddur. 
XVI əsrin əvvəllərində mərkəzləşdirilmiş Səfəvilər dövlətinin yaranması Azərbaycan memarlığının 
inkişafı üçün də mühüm əhəmiyyət kəs b edirdi. 
Dinin aparıcı ictimai şüur forması olması Azərbaycan şəhərlərinin memarlıq həllində də öz əksini 
tapmışdı: şəhərlərin əksəriyyətində dini təyinatlı binalar izdihamlı ticarət küçələrində yerləşirdi. Orta əsrlər 
Şərqinin ictimai təyinatlı tikililərinin səciyyəvi növü olan karvansaralar daxili və xarici ticarət əlaqələrinin 
inkişafı tələbatından doğmuş memarlıq kompleksləri idi. Ticarət kompleksinin ən gözəl nümunələrindən biri 
Bakıda yaranmışdı. Altı binadan ibarət bu kompleks tipik Şərq memarlıq incisi hesab olunmaqdadır. Hamamlar 
Azərbaycanda geniş yayılmış ictimai tikililərdən idi və onların fəaliyyəti yalnız təmizlik funksiyası ilə 
məhdudlaşmırdı. Bunlar habelə müəyyən yaşayış yerlərinin (məhəllələrin və s.) toplanış, qarşılıqlı informasiya 
obyektləri idi. Saray kompleksləri, müdafıə qurğuları, körpülər də bu dövrün Azərbaycan gerçəkliyinin tərkib 
hissəsi olmuşdur. 
XVI əsrin ilk onilliklərinədək Azərbaycan 
memarlığının aparıcı 
istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Hərbi-siyasi hadisələrin həddən artıq olması, siyasi 
qeyri-sabitlik ölkənin cənub ərazilərində memarlığın uğurlu inkişafına imkan vermirdi. Şirvan-Abşeron 
məktəbinin uğurlarının mənbəyi ictimai-siyasi həyatın sabitliyində və IX əsrdən etibarən tədricən yüksələn 
Şirvanşahlar dövlətinin mövcudluğunda idi. Bu memarlıq məktəbinin mühüm abidələri Bakıda, Şamaxıda və 
Dərbənddə cəmləşmişdi. Yaxın və Orta Şərqin nadir ansambullarından olan Şirvanşahlar saray kompleksi 
(Bakı) Şirvan -Abşeron memarlıq məktəbinin tipik nümunəsidir. XV əsrin II rübündən etibarən formalaşmağa 
başlamış bu kompleks saray, divanxana, Şirvanşahlar türbəsi (1435), ovdan (1436), hamam (1438), Şah məscidi 
(1441), Keyqubad məscidi və Seyid Yəhya Bakuvinin türbəsindən ibarətdir. XVI əsrin ortalarından başlayaraq 
(Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq Azərbaycanın cənub vilayətlərinə 
keçdi. Bu dönüş memarlığın inkişaf mey illərini müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı 
mövqeyini itirdi. 


16
Yeni dövlətin paytaxtına çevrilmiş Təbriz şəhəri bütün ölkənin aparıcı bədii - memarlıq mərkəzi kimi 
əhəmiyyətini saxlamaqda idi. Ölkənin şimal vilayətlərinin də Səfəvilər dövlətinə tabe edilməsi Təbriz və 
Abşeron memarlıq məktəblərinə xas olan ümumi cəhətləri gücləndirdi. 
Həmin memarlıq məktəblərinin memalıq ideyaları və üsulları sahəsində qarşılıqlı surətdə 
zənginləşməsinə dair xeyli nümunə nəzərdən keçirmək mümkündür. Bu baxımdan Ərdəbildəki xatirə 
kompleksi daha çox diqqəti cəlb edir. Kompleksin piştağlarında Şirvanşahların Bakıdakı saray kompleksinin 
memarlıq həllinə bənzər cəhətlər vardır. 1584-cü ildə isə Şirvanşahlar sarayının şərq Plştağında Təbriz 
memarlıq məktəbinin ənənələri tətbiq edilmişdir. 
Əski tarixi mərhələnin ənənələrinin bilavasitə davam etdirilməsinə baxmayaraq, me marlıqda baş 
vermiş tarixi-siyasi hadisələrlə bağlı yeni təzahürlər nəzərə çarpırdı. Səfəvilər dövlətini də feodal-teokratik 
xarakteri memarlıqda dini- xatirə təyinatlı obyektlərin daha çox əhəmiyyət kəsb etməsinə səbəb olmuşdu. 
Müqayisə üçün xatırlamaq lazımdır ki, XII-XV əsrlərin Azərbaycan memarlığında memorial cəhətlər aparıcı rol 
oynamışdır. 
Bu dövrdə memarlıq formalarının özündə də dəyişikliklər baş vermişdir. Həmin dəyişikliklər həm 
memarlığın özünün mahiyyətindəki təmayüllərlə, həm də abidələrin quruluşu, kompozisiya baxımından inşa 
olunmasındakı yeni meyillərlə əlaqədar idi. Memarlıq quruluşunda həcm elementlərinin rolu güclənmişdi. 
Tağlı tikililərin daha çox olması dövrün ən xoşagələn, geniş istifadə edilən memarlıq üsullarının təcəssümüdür. 
Memarlıq obyektlərinin dekorativ tərtibatı getdikcə güclənirdi. Bu dövrdə həndəsi naxışlardan imtina edilir və 
abidələrin dekorativ tərtibatında nəbati naxışlardan daha çox istifadə olunurdu. Memarlıq tikililərində daşların 
oyulması üsulundan əsasən istifadə edilmirdi. Bu üsul tədricən tikililərin divarlarının müxtəlif şəkildə 
təsvirlənməsi ilə əvəz olunurdu. 
XVI əsrdə Azərbaycan memarlığının inkişafı prosesində bir sıra yeni cəhətlər meydana çıxdı. Başlıca 
cəhət ölkənin cənub vilayətlərində tikinti işlərinin daha intensiv olması idi. Həmin əsrdə bəzi şəhərsalma 
tədbirləri əsasən Cənubi 
Azərbaycan şəhərlərində aparılmışdır. Səfəvilər sülaləsinin vətəni olan Ərdəbilin yüksəlişi daha çox diqqəti 
cəlb edir. 1555 -ci ildə Qəzvin şəhəri dövlətin paytax-tına çevrildi və yeni paytaxtda xeyli tikinti işi aparıldı. XVI 
əsrdən etibarən müxtəlif təyinatlı tikililərin əsasən ölkənin cənubunda yaradılması aşağıdakı səbəblərlə bağlı 
olmuşdur: 1) ölkənin şimal vilayətlərinin (xüsusilə Şirvanın) inzibati-siyasi əhəmiyyətinin azalması; 2) Şirvanın 
hərbi-siyasi, hərbi çəkişmələr meydanına çevrilməsi; 3) XV əsr də daxil olmaqla, çoxəsrlik tarixi inkişaf ərzində 
Şirvanda müxtəlif təyinatlı memarlıq obyektləri inşa edilmişdi, fəaliyyət göstərirdi və onlann tikintisinə kəskin 
tələbat yox idi. XVI əsr Azərbaycan memarlığının digər bir cəhəti onun bədii yaradıcılığın başqa sahələri ilə sıx 
əlaqədə olmasıdır. Bu dövrdə memar - xəttat, şair-rəssam, şair-musiqiçi kimi fəaliyyət göstərmiş şəxslər çox 
idi. Miniatürçü rəssam, nəqqaş, həkkak, xəttat memarlıq abidələrinin inşası gedişində memarların əsas 
yardımçısı sayılırdı. XVI əsrdə sənətlərin sintezi prosesinin geniş vüsət alması, müxtəlif incəsənət növlərinin 
vahid, kompleks yaradıcılığının tərkib hissələrinə çevrilməsi mədəniyyətin İntibah (Renessans) mərhələsi üçün 
səciyyəvi olan hadisədir. 
XV əsrin sonlarından - XVI əsrin əvvəllərindən etibarən dünya miqyaslı və ölkədaxili ictimai-siyasi, 
iqtisadi amillərin təsiri altında bir çox Azərbaycan şəhərlərinin inkişafında yeniliklər baş verdi. Şimali 
Azərbaycan şəhərlərinin ölkənin cənub vilayətlərinə mey il etməsi Cənubi Azərbaycan şəhərlərinin isə 
Səfəvilər dövlətinin cənub ərazilərinə istiqamətlənməsi böyük coğrafı kəşflərin, ölkə ərazisində yeni 
mərkəzləşmiş dövlətin yaranmasının labüd nəticəsi idi. Bu fakt Bakının timsalında daha bariz şəkildə üzə 
çıxmışdı. Orta çağlar Bakısının təkamülündə sonuncu mərhələ şəhərin ictimai və inzibati həyat mərkəzinin 
yenidən dənizkənarı sahəyə qayıtması ilə əlamətdardır. Şamaxı istiqamətində şəhərə başlıca giriş hissəsində 
yeni inzibati mərkəz, Bakı xanlarının mürəkkəb yaşayış kompleksi yerləşirdi. Şəhərin əks tərəfində - Salyan 
qapılarına gedən yolda XVI əsrdə karvansaralardan və anbar binalarından başqa, məscid binasını da özündə 
ehtiva edən geniş ticarət kompleksi meydana gəldi. XVI əsrdə Bakı şəhəri memarlığında baş vermiş əsaslı 
dəyişikliklər (onun ticarət qapılarının cənuba istiqamətlənməsi, mühüm obyektlərin şəhərin cənubunda 
cəmləşməsi və s.) o zaman Azərbaycanda baş vermiş güclü inteqrasiya prosesinin təzahürlərindən biri kimi 
qiymətləndirilə bilər. Həmin inteqrasiya meyilləri qədim zamanlardan vardı və əslində bu proses XVI əsrdə 
yenidən canlanmışdı. Təbiidir ki, şəhərin təkamülünün bütün mərhələlərində onun ictimai, ticarət həyatı 
həmişə aşağı, dənizkənarı hissədə cəmləşirdi. Şirvan şəhərlərinin əksəriyyəti üçün cənub vilayətlərinə bu cür 
istiqamətlənmə XVI əsrin nəzərəçarpacaq hadisəsi kimi qeyd edilə bilər. 
Azərbaycanın cənub və şimal vilayətlərinin mərkəzləşdirilmiş Səfəvilər dövləti tərkibində olması həmin dönüşü 
şərtləndirən əsas siyasi amil idi. 
Qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin ilkin inkişaf mərhələsində həm yeni xatirə kompleksləri inşa 
olunur, həm də mövcud olan memorial abidələrin dini-xatirə obyektlərinə çevrilməsi sahəsində tədbirlər 
görülürdü: memorial abidələrinə yeni tikilmiş məscidlər, ziyarətçilər üçün nəzərdə tutulmuş türbələr və s. 
əlavə edilirdi. Məhz bu dövrdə Azərbaycanda "İmamzadə" adlanan memarlıq tipi təşəkkül tapmışdır. Həmin 
memarlıq tipi xanəgah komplekslərini əvəz etməyə başlamışdı. 


17
Dövrün ən iri dini-xatirə kompleksi Ərdəbildə yerləşirdi. Bu kompleks özündə dövrün memarlığının yeni 
cəhətlərini, keçmişlə bağlı olan dərin ənənələri, Təbriz və Şirvan-Abşeron memarlıq istiqamətləri arasındakı 
ümumi cəhətləri qabarıq surətdə əks etdirir. Şeyx Səfıəddinin Ərdəbil kompleksinin əsasını təşkil edən 
məqbərənin özülü XIV əsrdə qoyulmuşdu. XV əsrdə isə o, qülləvari məqbərə görkəmini almışdı. Səfəvilərin 
hakimiyyətə gəlməsindən sonra yeni sülalə özü üçün doğma, müqəddəs olan Şeyx Səfı məqbərəsini iri 
memarlıq kompleksinə çevirmək istiqamətində əsash tədbirlər görməyə başladı. 
XVI-XVn əsrlərdə aparılmış memarlıq işləri nəticəsində Ərdəbil kompleksi nəinki öz dövrünün, 
ümumiyyətlə Azərbaycan memarlığının ən iri dini-xatirə səciyyəli abidəsinə çevrilmişdi. 
Piştağda başlanan kompleks bir neçə iri həyət ətrafında qruplaşmışdır. Kompleksin Şeyx Səfı 
məqbərəsinin yanında məscid vardır. Bu kompleksdə "Çinixana" adlanan bina inşa edilmişdir. Ziyarətə gələnlər 
üçün nəzərdə tutulmuş otaqlar, kitabxana binası, digər tikililər Şeyx Səfi kompleksinin elementlərindəndir. 
Həyətlərdən birində I Şah İsmayıldan başlayaraq bütün Səfəvi qəbirləri mövcuddur. 
Ərdəbil kompleksi dekorativ baxımdan da zəngindir. Dekorativ tərtibatda nəbati naxışlardan daha çox 
istifadə olunmuşdur. Bəzək işlərində quş təsvirləri də mühüm yer tutur. Baş məsciddə qızıl və gümüşdən 
istifadə edilmişdir. 
Şeyx Cəbrayılın Ərdəbil yaxınlığındakı türbəsi, Gəncədəki "İmamzadə" kompleksi, Şeyx Mahmud 
Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar bölgəsinin Həzrə kəndində, 1544 -cü ildə tikilmiş Şeyx 
Cüneyd türbəsi bu dövrün ən iri xatirə tikililərinə aiddir. Şamaxı ərazisindəki Kələxana kəndində mövcud olan 
məqbərələr qrupu XVI-XVII əsrlərin xatirə kompleksləri içərisində mühüm yer tutmaqdadır. Burada tikilmiş 9 
məqbərədən 8-i indiyədək qalmışdır. Həmin məqbərələrin yalnız birində yazı vardır. Bu yazıdan aydınlaşır ki, 
məqbərə 1663 -cü ildə, Sərkər Əbdüləzimin rəhbərliyi altında inşa olunmuşdur. Güman etmək olar ki, Sərkər 
Əbdüləzim digər məqbərələrin tikintisinə də başçılıq etmişdir. Kələxana məqbərələrinin səciyyəvi xüsusiyyəti 
onların səkkizguşəli formaya malik olması və gözəl yonulmuş yerli daşlardan tikilməsidir. Məqbərə onu əhatə 
etmiş divarlarla, giriş qapısı ilə uzlaşır. Bizim səkkizguşəli məqbərələrdə ilk dəfə təsadüf etdiyimiz bu dəst-xətt 
Kələxana abidələrinin məkan ifadəliliyini gücləndirmişdir. 
Şəhərsalmada da dəyişikliklər baş vermişdi. Təbrizin Səfəvilər dövlətinin paytaxtı olması orada yeni 
memarlıq obyektlərinin artması üçün şərait yaratdı. Mənbələrdən məlum olur ki, bu dövrdə Təbrizdə 300 
mindən artıq əhali yaşayırdı. Osmanlı-Səfəvi müharibələri şəhərsalma işlərinə mənfi təsir göstərmişdir. Bu fakt 
nəticədə şəhərsalmanın inkişafı prosesini xeyli ləngitdi və bir çox bədii-memarlıq dəyərlərinin məhv olmasına 
gətirib çıxardı. Bakı, Gəncə, Şamaxı, Təbriz kimi iri şəhərlərin müdafiə istehkamları xüsusən böyük dağıntılara 
məruz qaldı. 
Bu dövrdə çoxsaylı məscidlərin inşası səciyyəvi hal idi. Məscidlərin nəzdində mədrəsə binaları da 
tikilirdi. Təhsil prosesi başlıca olaraq bu mədrəsələrdə gedirdi. Təbriz məscidləri öz ölçülərinə görə XIV-XV 
əsrlərin eyni tipli obyektlərindən geri qalırdı. Lakin qeyd edilməlidir ki, XVI -XVII əsrlərdə tikilmiş məscidlərin 
sayı daha çox olmuşdur (bir çox şəhərlərin böyük məhəllələrində məscidin olması zəruri şərt kimi geniş 
yayılmışdı). 
Maraqlıdır ki, əwəlki dövrdən fərqli olaraq XVI -XVII əsrlərdə Təbrizdə birminarəli məscidlər inşa 
olunmağa başlanmışdı. Halbuki əvvəllər ikiminarəli məscidlərin tikilməsi vacib hesab edilirdi. 
1606-cı ildə Gəncədə inşa olunan came həm memarlıq həllinə, həm də şəhərsalma baxımından 
mövqeyinə görə diqqəti cəlb edir. Abbasqulu Ağa Bakıxanovun məlumatından aydın olur ki, məscid tanınmış 
alim, memar Bəhaəddinin rəhbərliyi altında tikilmişdir. 
Abşerondakı ölçülərinə görə böyük olmayan dini təyinatlı tikililər də maraqlıdır. Bunlar Abşeron 
memarlığının nadir incilərindəndir. Nardaranda əhəngdaşından tikilmiş məscid öz quruluşuna görə simmetrik 
memarlıq obyektidir. Məsciddəki daşüstü yazıdan aydın olur ki, abidə 1663 -cü ildə tikilmişdir. Digər bir yazıda 
isə abidəni inşa edən usta Muradəlinin adı qeyd olunmuşdur. 
Ordubad şəhərindəki came və mədrəsə binası da bu dövrün abidələrindəndir. Bəzi materiallara əsasən 
ehtimal etmək olar ki, bu məscidin ilkin əsası daha qədimdir. Lakin məscidin memarlıq görkəmi XVII əsr 
abidələrinin başlıca cəhətlərini özündə daşımadadır. Güman etmək olar ki, məscid XVII əsrdə əsaslı şəkildə 
bərpa edilmişdir. 
Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan, hamam və karvansara tikintisi işləri də geniş 
miqyasda aparılırdı. 
Təbrizin cənub-şərqində, Şibli adlı yerdə inşa cdilmiş karvansara özünəməxsus səciyyəyə malik 
obyektdir. Bütövlükdə XVl -XVII əsrlərin Azərbaycan memarlığı böyük maraq kəsb edir və memarlıq 
fəaliyyətinin bir çox sahələrində yeni, məhsuldar ideyalarla təmsil olunur. Bu cəhət ictimai təyinatlı tikililərdə 
özünün daha aydın ifadəsini tapmışdır. 
Fəlsəfi flkir. XVI əsrin əvvəllərində İsmayıl Səfəvinin Təbrizdə taxta çıxması ilə ictimai həyatın bütün 
sahələrində - siyasətdə, dində və fəlsəfi fıkirdə kəskin dəyişiklik başlandı. Şahlıq taxtına yiyələnmiş İsmayıl 
Səfəvinin onu hakimiyyətə gətirmiş kütlələrə qarşı münasibəti dərhal dəyişdi. Dini həyatda da nəzərəçarpan 
yeniliklər baş verdi: islamın sünnilik məzhəbindən imtina olundu, şiəlik isə dövlətin ərazisində rəsmi məzhəb 


18
elan edildi. Lakin artıq bu zamandan etibarən şiəlik müxalifətin deyil, imtiyazh ictimai təbəqələrin məfkurəsinə 
çevrildi. Sünnilik rəsmi dinə qarşı durmuş məzhəb kimi təqib olunmağa başlandı. İsmayıl Səfəvinin hakimiyyətə 
gəlməsində fəal iştirak etmiş ifrat şiəlik tərəfdarları da bidətçi elan olundular. 
XVI əsr fəlsəfı fıkri sahəsində müəyyən ideya fərqi və qarşıdurması, həm panteizmlə rəsmi dini baxış 
(ilahiyyat) arasında, həm də panteizmin öz daxilində (onun idealist və materialist təmayülləri arasında) 
mübarizənin kəskinləşməsi ilə səciyyəvidir. 
Şah İsmayılın hakimiyyətə gəlişindən sonra şiə-qızılbaş məfkurəsi kəskin surətdə dəyişdi. Onun müxtəlif 
ifratçı sufı cərəyanları ilə əlaqələri ya tamamilə kəsildi, ya da formal səciyyə daşımağa başladı. Bilavasitə 
panteizmə əsaslanan mülayim və ifratçı cərəyanlarda yeni parçalanma baş verdi. İfratçı mövqedə duran 
panteistlər aləmin dərk olunmasında materializmə meyil göstərir, ictimai tələblər sahəsində isə ümumi 
bərabərlik ideyaları ilə çıxış edirdilər. Mülayim cərəyan tərəfdarları tədricən yeni mövqelərdə qərarlaşır, 
mistik-panteist cərəyanların bidətçi istilahlar məcmusundan istifadə etmələrinə baxmayaraq, panteizmdən 
uzaqlaşır, idealizmə daha çox meyil edirdilər. İslamın şiə ruhunda sonsuz təbliği mülayim mövqelərdə olan 
ideoloqlara xas idi. Bu xüsusiyyət İsmayıl Səfəvinin (Xətayinin) yaradıcılığında və siyasətində daha parlaq 
surətdə aşkara çıxmışdır. O, yaşadığı dövrdə qızılbaş məfkurəsinin əsas təbliğatçısı olmuşdur. Şah İsmayıl, ilk 
növbədə, bidətçi panteizmdən uzaqlaşmağa can atırdı. Hakimiyyətə qədərki dövrdə özü haqqında "Ki adəm 
donuna girmiş xuda gəldi, xuda gəldi" misralarını yazmış, hürufiliyə aludə olduğuna görə məzəmmət edilmiş, 
özlərini ilahiləşdirmələri və Babəkin dini qanununu geniş yaymaları ilə tanınan əcdadlarının əməllərini davam 
etdirmiş İsmayıl Səfəvi şahlıq taxtına çıxaraq taxta yiyələnmək üçün özünün əvvəlki Mehdi rolundan imtina 
etdi, zaman keçdikdən sonra panteizmdən uzaqlaşdı və əsasən şiəliyin təbliğinə başladı. O, şiə imamlarını 
sonsuz şəkildə mədh edir, onların taleyinə acıyırdı. Lakin şair -hökmdar özünü təkmilləşdirmənin təbliği 
zərurətini də unutmur, ruhani rəhbəri - mürşidi ilahiləşdirir, ona sədaqət və itaət hisslərini təbliğ edirdi. Həmin 
tarixi dövrdə qızılbaşlığı sufızm təriqəti ilə bağlayan və Xətainin imtina etmədiyi cəhətlər əsasən bunlar idi. 
İsmayıl Səfəvi dövləti ərazisində islamın "ifratçı" cərəyanlarının bidətçi - panteizmini fəal surətdə məhv 
etməyə can atırdı. Siyasətdə dəfələrlə cəngavər alicənablığı nümayiş etdirmiş Şah İsmayıl əsasən ifratçı şiə 
təriqətlərinə mənsub olan təqibdən yaxı qurtarmaq üçün Kiçik Asiyanı tərk etmiş və Səfəvi sarayına pənah 
gətirmiş xeyli qaçqına amansız münasibət göstərdi — 917-ci ildə (15111512) ticarət karvanının qarət olunması 
bəhanə edilərək, Kiçik Asiyadakı üsyanlara başçılıq etmiş, şahdan nicat gözləyən şəxslər I İsmayılın əmrinə 
əsasən edam olundular. 
Şah İsmayıl bir çox hallarda xalq üsyanlarının yatırılmasına "ifratçı şiələrin bidətçi əməllərinə qarşı 
mübarizə" kimi qələmə verirdi. Məsələn, 1506 -cı ildə Şah İsmayıl yezidi kürdlərin üsyanını yatırdı, 1511 -ci 
ildə isə Xuzistanda "Müşəşə" adlanan ifratçı şiə təriqəti ardıcıllarının yaratdıqları Sərbədar tipli dövlətin tarix 
səhifəsindən sildi, onun tərəfdarlarına divan tutdu. Təriqətçilərin Əlini və Sərbədar hökmdarı Sultan Feyzi 
ilahiləşdirmələri Səfəvi şahının hücumu üçün bəhanə kimi istifadə edildi. 
Şah İsmayılın dini siyasətini səciyyələndirən İ.D.Mikluxoj Maklay tamamilə düzgün olaraq qeyd edir ki, 
"...ifratçı şiəliyə və ifratçı şiələrə qarşı mübarizə yeni feodal dövlətinin xalq hərəkatlarına qarşı münasibətdə 
siyasətinin ifadəsi idi". Səciyyəvidir ki, Səfəvilər kütlələrin həyəcanını yatırmaq üçün bidətçilik şəklində kifayət 
qədər bəhanə tapmadıqda sülalənin hakimiyyətinə qədərki dövrdə dəfələrlə sınaqdan çıxmış üsula - xalqın bir 
qismini digərinə qarşı qaldırmaq üsuluna əl ataraq, bu yolla kütlələri sosial, siyasi mübarizədən yayındırırdılar. 
I Abbasın sənətkarlar arasında dəfələrlə silahlı toqquşmalar təşkil etdiyi bir çox mənbələr tərəfındən təsdiq 
olunur. 
Beləliklə, XVI əsrdə siyasi vəziyyətin dəyişməsi mövcud olan təriqətlərin və cərəyanların yeni 
ayrılmalarını şərtləndirirdi. Həmin təriqət və cərəyanların bir qismi hakim qızılbaş məfkurəsi ilə barışır, 
tədricən islam şiə ilahiyyatının ideya əlavəsinə çevrilir, təşkilati, siyasi və ideoloji cəhətdən hakim qızılbaş 
təriqətinə tabe olur, tədricən onunla çulğaşırdı. Mövcud ideya cərəyanlarının digər qismi isə hakim məfkurəyə 
qarşı kəskin mövqe tutur və bidətçilik kimi qiymətləndirilirdi. 
XVI əsrdə qızılbaş məfkurəsi müxtəlif funksiyaları yerinə yetirirdi. Səfəvilər dövlətində o, hakimiyyətə 
aparan yolda bidətçiliyin və müxalifliyin bütün ünsürlərini itirmiş baxışlar sistemi idi. Səfəvilər dövlətinin 
hüdudlarından kənarda isə (məsələn, Osmanlı imperiyasında) o, hakim olan sünniliyə və Osmanlı hökumətinə 
qarşı şiə müxalifətinin təzahürü kimi fəaliyyət göstərirdi. Osmanlı dövlətinin ərazisində qızılbaşlıq bəktaşiliklə 
sıx surətdə bağlı olmuşdur. Əgər Səfəvi imperiyasında qızılbaşlıq ruhanilərlə birgə azadfikirliliyin hər bir 
təzahürünü fanatikcəsinə təqib edirdisə, Səfəvi dövlətinin hüdudlarından kənarda o, bir qayda olaraq, bidətçi 
mistik-panteist fəlsəfə ilə bağlı olmuş, azadfikirliliyin və müxalifətin ifadəçisi kimi diqqəti cəlb etmişdi. 
Qızılbaşlıq müxalifətçi ruhunu Osmanlı imperiyasında XIX əsrədək qoruyub saxlamışdır. XIX əsrdə Osmanlı 
imperiyasında bu təlimin inkişaf istiqamətlərini araşdırmış V.Qordlevski yazır ki, yalnız qorxu hissi qızılbaşları 
islamdan açıq surətdə imtina etməkdən saxlayır, çünki onlar Əlini ilahiləşdirir, panteizmə əməl edir, 
məscidlərin zəruriliyi fikrini qəbul etmir, insanın ölümünü materiyanın sonu kimi qiymətləndirir, materiyanın 
sonunu onun yeni formada aşkara çıxmasının başlanğıcı sayırdılar. 
Şah İsmayılın qurduğu dövlətin hərbi qüdrətinə, şəriət məhkəmələrinin əzablı edamlara gətirən 
amansız fıtvalar təcrübəsinə arxalanmasına baxmayaraq, qızılbaş ideologiyası hətta Səfəvilər imperiyası 


19
hüdudlarında belə yeganə məfkurə ola bilmədi. Təqiblər Azərbaycanda bidətçiliyi aradan qaldırmaq 
iqtidarında deyildi. Burada ilahiləşdirmə nəzəriyyəsinə əsaslanan ifratçı şiə təriqətləri qalmaqda idi. "Tarixi 
aləmarayi-Abbasi" salnaməsinin materiallarından görünür ki, hicri 962 (1554-1555)-ci ildə "qələndərlərin və 
cəmiyyət törtöküntülərinin bir dəstəsi" yeni dini təlimlərlə çıxış edərək Şah Təhmasibi İmam Mehdinin 
təcəssümü kimi qələmə verməyə cəhd edirdi. Başlanmış hərəkat elə geniş miqyas almışdı ki, Səfəvi hökmdarı 
onu yalnız üsyan rəhbərlərini edam etdirdikdən sonra yatıra bilmişdi. 
Bu dövrün Səfəvi hökmdarları tərəfındən amansızcasına təqib olunan, geniş yayılmış bidətçi 
təlimlərindən biri "nöqtəvilik" idi. Materialist meyilli panteist fəlsəfənin, rasionalizm və islamın bir çox 
ehkamlarına qarşı kəskin surətdə çıxması "nöqtəviliyin" başlıca cəhətləri olmuşdur. Məlumdur ki, Şah 
Təhmasibin əmrinə əsasən Kaşan və Qəzvin nöqtəviləri amansızcasına cəzalandırılmışdılar. Lakin "nöqtəvilik" 
təliminə qarşı təqiblər I Abbasın dövründə xüsusilə gücləndi. Salnamələrdə məlumat verilir ki, I Şah Abbas o 
zaman dövlətin paytaxtı olan Qəzvindəki gözəl xanəgahlardan birini ziyarət etmiş və nöqtəvilərin 
rəhbərlərindən dərviş Xosrov Qəzviniyə məxsus həmin xanəgahda söhbət əsnasında öyrənmişdi ki, 
nöqtəvilərin sayı çoxdur, onlar bütün dövlətin ərazisində yayılmışlar, öz təşkilatlan var, əhalini nöqtəvilik 
təliminə cəlb edirlər. Hökmdar anlamışdı ki, dövlətin ərazisində "nöqtəvilik"dən təhlükəli təlim yoxdur. I Şah 
Abbas bu "ziyarətindən" sonra hicri 1002 (1593-1594)-ci ildə bütün nöqtəvilərin və "nöqtəvilik”lə bağlılıq 
ehtimalı olan şəxslərin tutulması haqqında fərman verdi. İsgəndər bəy Münşi və Cəlal Yəzdi Səfəvi dövlətinin 
ərazisində nöqtəvilərin təqib olunduğunu göstərmişlər. I Şah Abbasın dövründə nöqtəvilərin kütləvi surətdə 
cəzalandırılması adi hala çevrilmişdi. İsgəndər bəy Münşi güman edir ki, I Abbasın bu tədbirləri nöqtəvilərin 
varlığına son qoymuşdu. Lakin Zeynalabdin Şirvani XIX əsrdə də burada "nöqtəvilik" təliminin gizli surətdə 
təbliğ olunduğunu bildirir. 
XV-XVI əsrlərdə hürufıliyin bir çox nümayəndələri də qızılbaşlara qoşulmuşdular. Məlumdur ki, Şah 
İsmayılın sarayında "hürufılik" fəlsəfəsini poeziya vasitəsilə təbliğ edən Süruri və Tüfeyli kimi şairlər fəaliyyət 
göstərmişlər. Lakin aydındır ki, Şah İsmaylın sarayında yaşayan, hökmdarı mədh edən, şahın himayəsinə 
sığınan hürufilər əski zamanın üsyankar hürufıliyini təbliğ edə bilməzdilər. 
Sürurinin və Tüfeylinin bizə məlum olan şeirlərində isə bidətçi panteizm təbliğ edilir, Şah İsmayıl 
"Mehdi" adlandırılaraq ilahiləşdirilir, insana ilahi varlıq kimi yanaşılır. Bu cəhətlər həmin şeirlərin XV əsrin 
sonuna - İsmayılın hakimiyyətə can atdığı zamana aid edilməsinə imkan verir. 
XVI əsrdə Azərbaycanda "nöqtəvilik"lə yanaşı, "bəktaşilik", "əliallahi", "əxi", "rövşəni" və s. təlimlər 
təbliğ edilirdi. XVI əsrin qızılbaş ideologiyasını səciyyələndirərək qeyd etmək lazımdır ki, hakimiyyətə can 
atarkən Səfəvilərin arxalandığı şəhərlilər tədricən qızılbaş ideologiyasından uzaqlaşdılar. XVI-XVII əsrlərdə 
şəhərlilər əsasən "Heydəriyyə" adlanan və asketizmi təbliğ edən sufı təşkilatlarına, panteist meyilli 
"nemətullahiyyə" təliminə bağlı olmuşlar. 
XVI əsrdə Azərbaycanda fəlsəfi və ictimai -siyasi fikrin məşhur nümayəndəsi dahi şair, mütəfəkkir 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin