Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

Saib Təbrizi
dövrünün yüksək səviyyədə təhsil almış ziyalılarından idi. Şair - mütəfəkkir bir çox Yaxın və 
Orta Şərq ölkələrini ziyarət etmiş, dövrünün tanınmış ziyalıları ilə təmasda olmuş, bir müddət Səfəvi hökmdarı 
II Abbasın sarayında 
məlik üş-şüəra
kimi ali adı daşımışdır. Lakin o, saraydakı çəkişmələrdən, fıtnə- fəsad 
yuvasından uzaq olmağa çalışmış, tezliklə Səfəvi sarayını tərk etmişdir. Saib Təbrizi həyatının son illərində öz 
əsərlərinin təsnifatı ilə məşğul olmuş və onlan "Mirat ül-camal" ("Gözəllik aynası"), "Arayişi-nigar" ("Gözəllik 
bəzəyi"), "Vacib ül-hifz" ("Qorunması vacib olan") adlı məcmuələrdə yerləşdirmişdir. Şair- mütəfəkkir 
əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Yaxın və Orta Şərq xalqlarının fəlsəfı irsi, xüsusilə Şərq 


21
peripatetizmi Saib Təbrizinin də dünyagörüşünün təşəkkülü üçün əsas olmuşdur. O, Şərq peripatetizmi 
vasitəsilə qədim yunan elmini və fəlsəfəsini öyrənmişdi. Saibin orta çağlar Şərqinin panteist bidətçi təlimlərinə 
bağlılığı onun daim Mənsur Həllaca istinad etməsi ilə təsdiqlənir. Saib yazırdı: "Biz Mənsurun qanıyıq və daim 
qaynamaqdayıq". Digər bir əsərində mütəfəkkir qeyd edirdi: "Quru zahidlərlə həqiqət haqqında ucadan 
danışma, dar ağacına məhkum olunmuş Mənsura bax". Saib Təbrizi özü haqqında demişdi: "Mənim 
Mənsurum dar ağacından qorxmur". O göstərirdi ki, sufılərin vəhdət əl-vücud haqqında təliminin əsiridir, bu 
təlimə valeh olmuşdur. Saibin dünyagörüşünün əsasını məhz bu nəzəriyyə təşkil edir. Onun fıkrincə, Allahın 
varlığı ilə bağlanmış mövcudluq, dünya bir-biri ilə üzvi şəkildə əlaqədar olan 4 ünsürdən ibarətdir, dünya 
vəhdət bəhridir. Məhəbbət bu bəhrdəki hərəkətin və dəyişikliklərin mənbəyidir. 
Saib Təbrizinin irsində idrak məsələləri mühüm yer tutur. Mütəfəkkir dünyanın dərk olunması 
prosesində ağıla və elmə yüksək qiymət verir, elmin (nəzəriyyənin) və təcrübənin vəhdəti zəruriliyini daim 
qeyd edirdi: "İnsanın biliyi özünü əməldə, təcrübədə göstərməlidir, ağıl məntiqi dəlillərə və əqli nəticələrə 
əsaslanmalıdır". Saib Təbrizi zəmanəsinin hökmdarlarının elmə, təfəkkürə mənfı münasibəti haqqında ürək 
ağrısı ilə yazırdı: "Ağıl və bəsirət qara quruşa da dəymir, molla çalmaları və onların qarın toxluğu bizim 
zəmanəmizdə daha ləyaqətli yer tutmur". 
Əxlaq və estetika məsələləri də Saib Təbrizinin yaradıcılığında, dünyagörüşündə müəyyən yer 
tutmaqdadır. O, həmin dövrdə hakim olan "tale", "alın yazısı" haqqındakı nəzəriyyəyə qarşı çıxaraq insan 
iradəsinin azadlığı, insanın öz əməlləri müqabilində məsuliyyət daşıması fıkrini təbliğ edirdi. İnsanı gerçək 
həyatdan uzaqlaşdıran asketizmə deyil, yaradıcılığa, əməyə qızğın çağırış Saib Təbrizinin əxlaqi görüşlərinin 
mərkəzindədir: "Əməklə məşğul olmamaq, taleyə güvənmək alicənablıqla bir araya sığmaz, öz yükünü xalqın 
üzərinə aşırma". Saibin əxlaqi görüşləri onun ictimai -siyasi ideyaları ilə sıx şəkildə bağlıdır və demokratizmin, 
insanpərvərliyin təbliği ruhundadır. O, məhz bu mövqelərdən cəmiyyətdə hökm sürən zülmü və zor siyasətini 
pisləyirdi. Saib Təbrizi zəhmətkeş xalqı "cəmiyyətin qanadları" adlandıraraq yazmışdı: "Sadə, yoxsul 
insanlardan yardım istə, çünki onlar zəif və yoxsul olsalar da, başqaları üçün qanaddırlar (güc mənbəyidirlər. - 
məsul red.) ".
Saibin estetik baxışları dövrün mütərəqqi Şərq estetik fıkrinin inkişafına böyük töhfə idi. Onun 
incəsənətdə, ədəbiyyatda forma və məzmunun münasibəti, poetik məharətin ictimai şüura təsiri haqqındakı 
fıkirləri Şərqin estetik fıkri ənənələrinin davamı kimi diqqəti cəlb edir və bir çox məqamlarda Sadiq bəy Əfşarın 
estetik görüşləri ilə səsləşir. 
XVII əsrdə Azərbaycanda fəlsəfı fikrin ümumi mənzərəsi belə idi. 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin