Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

Abbas Tufarqanlı, Sarı Aşıq 
Abdulla
daha çox tanmırdılar. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz" dastanı 
Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır. Bu aşığın məhəbbət məzmunlu qoşmaları 
xüsusilə qiymətlidir. Sarı Aşıq həm də gözəl bayatılar yaradırdı. O, qoşma və mənzum tapmacalar da yazmaqda 
mahir idi. Sarı Aşıq cinasın tanınmış ustası olmuşdur. Aşıq Abbasın və Sarı Aşığın yaradıcılığı aşıq sənətinə, XVI-
XVII əsrlərin klassik poeziyasına nəzərə çarpacaq təsir göstərmişdir. 
Folklorun faydalı təsirindən bəhrələnən məşhur şairlərdən biri də Məhəmməd Əmani idi. O, XVI əsrin 
ikinci yarısı - XVII əsrin əvvəllərində yaşamışdır. İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib 
və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbnz 
(1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir 
qismini bu yürüşlərə həsr etmişdir. Şair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır. 
Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası 
ənənələrini davam etdirirdilər. Əlican Qövsi Təbrizi öz lirikası ilə tanınırdı. 
Məsihinin
(1580-1655) zəngin yaradıcılığından (100 min beytdən ibarət məsnəvi formasında şeirlər, üç 
poema) bizə yalnız " Vərqa və Gülşa" poeması, cüzi miqdarda şeir gəlib çatmışdır. 
Məsihinin bu poeması forma, quruluş baxımından "Leyli və Məcnun"u xatırladır. Lakin "Vərqa və Gülşa" 
əsəri baş verən hadisələrin daha dinamik səciyyədə olması ilə fərqlənir. Bu poema Azərbaycan dilində
məsnəvi formasında yazılmış ən yaxşı romantik əsərlərdən biridir. 
XVII əsrin maraqlı şairlərindən biri 
Tərzi Əfşar
idi. O, Urmiyada anadan olmuş, gənc yaşlarında İsfahana 
köçmüşdür. Tərzi Əfşar İsfahanda mükəmməl təhsil almışdı. O, ərəb dilini dərindən bilmiş, xsyli səyahət 
etmişdir (Şimali və Cənubi Azərbaycanın müxtəlif yerlərində, Orta Asiyada, İraqda və Hindistanda olmuşdur). 
T.Əfşarın Avropa ölkələrində olması da ehtimal edilir. O, poeziyada təqlidçiliyə qarşı çıxış edir, yaradıcılıq 
prosesində yeni yollar, vasitələr aramayan həmkarlarını tənqid edirdi. Şair poetik əsərlərində formal 
yeniliklərə də cəhd göstərmişdi (müxtəlif adlardan yeni fellər yaratmış, fars ifadələrinə Azərbaycan söz 
sonluqları artırmışdı). Onun bir sıra əsərləri fars, Azərbaycan və ərəb dillərində olan beytlərin sıralanmasına 
əsaslanırdı. Sənətkarın "Şikayətnamə"si Füzulinin eyni adlı məşhur əsərini xatırladır. 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin